Dininin yaranma və yayılma tarixi


Gileyli (Comərd Gəray) məscidi -



Yüklə 44,15 Kb.
səhifə10/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   ...   5   6   7   8   9   10   11   12   13
atestasiya

Gileyli (Comərd Gəray) məscidi - 1309 - cu ildə inşa olunan məscidə, XIX əsrdə bəzi əlavələr edilsə də kompozisiyanın vəhdəti pozulmamışdır. Taclı və çatma formalı günbəzlə inşa olunan məscidin ibadət zalının daxili interyerini zənginləşdirən naxışlı mehrabı və künclərdə kiçik otaqları vardır. Ölkə əhəmiyyətli abidədir.
Hacı Bani məscidi - XVI əsrdə memar Hacı Bani tərəfindən inşa edilmişdir. Plan üzrə mərkəzi günbəzlidir, iki böyük pəncərəsi vardır. 1902-сi ildə təmir olunandan sonra ənənəvi memarlıq üslubu saxlanılmaqla məscidə dəhliz və qadınlar üçün otaq da əlavə edilmişdir. Ölkə əhəmiyyətli abidədir.
Çin (Qazi Fədlallah bin Osman) məscidi -1375-ci ildə Fəzlullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa edilmişdir. Xalq etimalogiyasına görə məscidin “Çin”adının alması bura gələn insanların arzu və diləklərinin çin olması ilə əlaqədardır. Ölkə əhəmiyyətli abidədir
Keyqubad məscidi (qalıqlar) -XIV əsrdə inşa edilmiş məscid Şirvanşahlar Saray kompleksinə daxildir, hal- hazırda isə məscidin konservasiya olunmuş fraqmentləri qalmaqdadır.1918-ci il mart soyqırımı zamanı dağıdılmış məscidin Şirvanşah I Keyqubad tərəfindən tikildiyi ehtimal olunur. Dünya əhəmiyyətli abidədir.
Mədrəsə məscidi - XII əsrdə inşa edilən və son orta əsrlərədək məscid- mədrəsə kimi fəaliyyət göstərmişdir. Mədrəsə ali təhsil ocağı idi. Burada müridlər (tələbə) mürşidlik (müəllim) dərəcəsi alırdılar. İslam dininin mahiyyətini dərk etmək üçün dünyəvi elmlərin də tədrisinə xüsusi diqqət verilərdi. Belə ki, fiqh (şəriət hökmləri), təfsir (dinin izzahı), kəlam(dini əqidələri) kimi ilahiyyat elmləri ilə birlikdə, riyaziyyat, coğrafiya, məntiq, ədəbiyyat və s. elmlər də lazımi səviyyədə tədris olunardı. XVII əsrin ortalarında Bakıda 10-dan çox məktəb və 2 mədrəsə olmuşdur. Ölkə əhəmiyyətli abidədir.
İmam Qulu Məktəb-məscidi - 1646-ci ildə inşa edilmiş, məktəb- məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb- məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir.Ölkə əhəmiyyətli abidədir.

Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin