Dininin yaranma və yayılma tarixi



Yüklə 44,15 Kb.
səhifə11/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   ...   5   6   7   8   9   10   11   12   13
atestasiya

Mirzə Əhməd məscidi - 1347-ci ildə inşa edilmiş kiçik həcm - məkan tutumuna malik olan məscid Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir. Plan üzrə dördbucaqlı formadadır, xidməti otaqdan, taxçalı zaldan ibarətdir. Yerli əhəmiyyətli abidədir
Seyid Murtuza Yəhya məscidi - XVII əsrin əvvəllərində inşa edilmişdir. Diqqət çəkən hündür portalı və taxta giriş qapısı vardır. Kvadrat formalıdır, mərkəzi günbəzlidir. Məscid onu inşa etdirən adamın adını daşıyır. Ölkə əhəmiyyətli abidədir
Şeyx İbrahim (Xacə Əmirşah) məscidi - 818-ci ildə (1415/16) Hacı Əmirşah Yaqub oğlunun sifarişi ilə inşa edilmişdir. Dördbucaqlı formada olan məscid çatma daş qübbə ilə örtülmüş, memarlığında yerli və Avropa motivləri birləşdirilmişdir. Ölkə əhəmiyyətli abidədir.
Təkiyə -XIII əsrdə inşa edilmiş təkiyə əsasən orta təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Kvadrat formalı tək otaqdan ibarətdir. Burada dərvişlər ruhən təmizlənir, fərdi və kütləvi olaraq dini ayinləri həyata keçirirdilər. Təkyələr həm də səfərə çıxmış qəriblər üçün sığınacaq yeri idi.Ölkə əhəmiyyətli abidədir.
Xıdır məscidi - 1301-ci ildə atəşpərəstlik məbədi üzərində inşa edilmişdir. Kvardrat formalı məscidin küçə pilləkən üzərində tikilməsi və perimetri boyu zərif profilli daş tacı ona xüsusi görünüş verir və Şərq kompozisiya üsullarını özündə aydın göstərir. Ölkə əhəmiyyətli abidədir.
Molla Əhməd (Nəsir ad-Din Gəştasib) məscidi - 1300-cü ildə inşa edilmiş məscid Nəsr - əd din Gəştasib bin Həsən Hacıbaba tərəfindən sifariş edilmişdir. Dördbucaqlı formada olan məscid kiçik həcmli ibadət zalından, sadə mehrabdan və sonradan əlavə olunmuş iki pəncərədən ibarətdir. Ölkə əhəmiyyətli abidədir.
Xanəgah kompleksləri - karvan-ticarət yolları üzərində yerləşirdi. Xanəgah komplekslərinə karvansara, türbə, təkyə, məscid, ovdan, hamam və s. dini və ictimai tikililər daxil olardı. Xanəgahlarda şeyxlər, xəlifələr, sənət sahibləri, mürid və dərvişlər, kompleksi idarə edənlər, müsafirlər və digər ziyarətçilər olurdular.1806-cı ildə rusların Azərbaycanı işğalı nəticəsində ərazidə pravoslav kilsələri tikilmişdir. 1815-ci ildə inşa olunmuş kilsəyə müqəddəs Nikolaus Mirlikiyskinin adı verilmişdir. Bir müddət sonra çar rusiyası tərəfindən kilsə sökülmüş və yerində yenisi tikilmişdir. Bu kilsəyə isə İsa Məsihin apostollarından biri olmuş “Varfolomey”in adı verilmişdir. 1850-ci ilin martında Şamaxı qapısının yanında inşa olunmuş kilsəyə isə yenidən “Möcüzə yaradan Nikolay”ın adı verildir . Bu abidələr 1936-cı ildə ateizim ideologiyasının təsiri altında olmuş sovet rejimi tərəfindən dağıdılmışdır. Hazırda kilsənin qalıqları qorunub saxlanılır.



Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin