Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45
Azf-295386


Radian  -  (la

tınca  radiantis-şüalandıran) müstəvi bucağın ölçü  

vahididir 

və uzunluğu radiusa bərabər olan  qövsə  uyğun bucağa de-

yilir. 

Təcrübədə 



adətən  dərəcədən 

(1

0



=2π/360 

rad=0,017453rad), dəqiqədən (1`=1

0

/60=2,9088∙10



-4

rad) və sa-

ni

yədən  (1``=1`/60=  =4,8481∙10



-6

rad)  isti

fadə  edilir.  Uyğun  olaraq 

1rad=57


0

 17` 45``=57,2961

0

 

= (3,4378 ∙10



3

)`=(2,0627 ∙10

5

)``. 


Steradian-

təpəsi ətrafında bu bucaq xaricinə cəkilmiş steradian 

radiusunun  kvadra

tına bərabər səth  ayıran  cism bucağına deyilir və 

ster 

ilə işarə edilir. Tam stera 4   φ  ster cisim bucağıdır. 



Vahid

lərin bütün sistemlərində müstəvi φ və cismi Ω bucaqları 

φ = I/R; Ω = S/R

2

  



tənliklərinin köməyi ilə daxil edilir. Burada I 

qövsün, R radiuslu  çev

rənin üzərində mərkəzi müstəvi bucağın kəs-

diyi  uzunluqdur;  S  - 

mərkəzi cismi bucağın radiusu R olan kürədə 

kəsdiyi sahədir. Bu anlayışlara uyğun olaraq hər iki bucağın istənilən 

vahid

lər sistemində vəzni yoxdur: 



 

                            

[φ]=L /L;  [Ω]=L

 2

/L



 

 



1.4. Fiziki 

kəmiyyət vahidlərinin əks etdirilməsi və 

onla

rın ölçülərinin verilməsi 

 

Ölç



mələr  yerinə  yetirilərkən  onların  vahidliyi  təmin  edilməli-

dir. 


Ölç

mənin-vahidliyi kimi, ölçmənin elə keyfiyyət xarakteristi-

ka

ları başa düşülür ki, onların nəticələri, ölçüləri təyin edilmiş hədd 



31 

 

daxilin



də, əks etdirilən ölçülərə bərabər olan qanunlaşdırılmış vahid-

lərlə ifadə edilsin. 

Ölç

mənin nəticələrinin verilmiş ehtimalla xətası təyin  edilmiş 



hədlərdən kənara çıxmamalıdır. 

“Ölç


mənin vahidliyi” kifayət qədər geniş anlayışdır. O metro-

logiya


nın ən vacib məsələlərini, o cümlədən fiziki kəmiyyət vahidlə-

rinin unifikasiya

sını, kəmiyyətlərin əks etdirilməsi sistemlərinin işlə-

nil


məsini, onların ölçülərini təyin edilmiş dəqiqliklə işçi ölçmə vasi-

tələrinə ötürülməsini və bir sıra  digər  məsələləri əhatə edir. Ölçmə-

lərin vahidliyi elm və texnika üçün vacib olan istənilən dəqiqliyi tə-

min et


məlidir. Ölçmənin vahidliyinə nail olmaq və onu lazımi səviy-

yədə  saxlamaq  dövlət  və  sahə  metroloji  xidmətlərinin  fəaliyyətinin 

ən əsas istiqaməti və vəzifəsidir. Bu fəaliyyət qəbul edilmiş qayda-

lara, 


tələblərə və normalara uyğun həyata keçirilir. 

Döv


lət səviyyəsində ölçmənin vahidliyinin təmin edilməsi fəa-

liy


yəti,  ölçmənin  vahidliyinin  təmin  edilməsinin  dövlət  sisteminin 

standart


ları, yaxud metroloji xidmət orqanlarının normativ  sənədləri 

ilə nizamlanır. 

Ölç

mənin vahidliyini təmin etmək üçün eyni kəmiyyətin bütün 



məlum ölçmə sistemlərində dərəcələnmiş vahidlərinin eyniliyi vacib-

dir. Bu, 

dəqiq əks etdirmə və təyin edilmiş fiziki kəmiyyətlərin xüsu-

si

ləşdirilmiş  müəssisələrdə  saxlanılması,  həmçinin  onların  ölçüləri-



nin 

qəbul edilmiş ölçmə sistemlərinə ötürülməsi yolu ilə həyata keçi-

rilir. 

Fiziki 

kəmiyyətin vahidinin əks etdirilməsi - fiziki kəmiyyə-

tin 


ən yüksək dəqiqliklə dövlət etalonu, yaxud ilkin nümunəvi ölçmə 

vasi


tələrinin  köməyi  ilə  maddiləşdirilməsi  üçün  lazım  olan  əməliy-

yatla


rın cəminə deyilir. Fiziki kəmiyyətlərin  vahidlərinin əks etdiril-

məsi, əsas və törəmə kəmiyyətlərin vahidlərinin əks etdirilməsinə ay-

rılırlar. 

Əsas vahidin əks etdirilməsi - vahidin təyininə uyğun, fiziki 

kəmiyyətin  ölçüsünə  görə  təsbit  edilməsi  yolu  ilə  əks  etdirilməsinə 

deyilir.  Bu  ilkin  döv

lət  etalonlarının  köməyi  ilə  həyata  kecirilir. 

Məsələn:  kütlə  vahidi  1  kiloqram  tərkibi  90  faiz  platindən, 10 faiz 

iridiumdan iba

rət olan xəlitədən hazırlanmış, diametri və hündürlüyü 

təqribən eyni olan (30mm-ə yaxın) silindirdir. Bu silindir Beynəxalq 



32 

 

ç



əki və ölçü bürosunda kiloqramın beynəlxalq  etalonu kimi saxlanı-

lır. Başqa ölkələrə paylanılan etalonlar 1kq nominal çəkiyə malikdir-

lər. Ölkə etalonları müəyyən dövrdən sonra beynəlxalq etalonla tu-

tuşdurulur. Məsələn: 1979-ci il tutuşdurulmasına görə Rusiya Fede-

rasiya

sının 1 kq-lıq çəki etalonu 1,000000087  kq-a bərabərdir. 





rəmə  vahidinin  əks  etdirilməsi-ölçülən  kəmiyyətlə  funk-

sional 


əlaqəsi olan başqa kəmiyyətlərin dolayısı ilə ölçülməsi əsasın-

da  fiziki 

kəmiyyətin  göstərilən  vahidlərdə  qiymətlərinin  təyin  edil-

məsinə deyilir. Məsələn: qüvvə vahidi-nyutonun əks etdirilməsi me-

xanika

nın məlum F=mg tənliyi əsasında həyata kecirilir. Burada 



küt

lə; - sərbəst düşmə təcilidir. 



Vahidin  ölçüsünün  ötürül

məsi -  yoxlama, ölçmə vasitəsi ilə 

saxla


nılan  vahidin  ölçüsunun,  yoxlama,  yaxud  kalibrləmə  zamanı 

əks etdirən, yaxud etalonla saxlanılan vahidin ölçüsünə gətirilməsinə 

deyilir. Vahidin ölçü

ləri “aşağıdan-yuxarıya”, daha dəqiq ölçmə vasi-

tələrindən, aşağı dəqiqliyə malik ölçmə vasitələrinə ötürülür. 

Vahidin  saxla

nılması - verilmiş ölçü sisteminə məxsus vahi-

din  ölçüsünün  sabitliyini 

təyin edilmiş vaxt müddətində təmin edən 

əməliyyatların cəminə deyilir. Fiziki kəmiyyətlərin etalonlarının sax-

la

nılması, onların metroloji xüsusiyyətlərini təyin edilmış hədd daxi-



lin

də  saxlamaq  üçün  bir  sıra  qarşılıqlı  əlaqəli  əməliyyatların  yerinə 

yetiril

məsini nəzərdə tutur. İlkin etalonların saxlanılması zamanı, on-



la

rın  müntəzəm tədqiqi, başqa ölkələrin milli etalonları ilə tutuşdu-

rul

ması həyata keçirilir. Burada əsas məqsəd, vahidlərin əks etdiril-



məsinin dəqiqliyinin artırılması və onların ölçülərinin ötürülməsi me-

todla


rının təkmilləşdirilməsidir. 

Etalon - 

təyin edilmiş qayda üzrə etalon kimi rəsmi təsdiq edil-

miş, ölçüsünü yoxlama sxeminə görə aşağı pillədə duran ölçmə vasi-

tələrinə vermək məqsədi ilə fiziki kəmiyyət vahidinin əks etdirilmə-

sini 

və qorunmasını təmin edən ölçmə vasitələrinə deyilir. 



Etalonla

rın təsnifatı, təyinatı, onların yaradılması, saxlanılması 

və tətbiqi üçün ümumi tələblər Dövlət Standartları ilə müəyyənləşdi-

rilir. 


      Etalonla

rın  siyahısı  fiziki  kəmiyyətlərin  siyahısını  təkrar  etmir. 

Bir 

sıra vahidlər üçün etalonlar yaradılmır. Buna səbəb, uyğun fiziki 



kəmiyyətin  bilavasitə  müqayisə  edilməsinin  mümkün  olmamasıdır. 

33 

 

Məsələn: sahənin etalonu yoxdur. Fiziki kəmiyyətlərin kifayət qədər 



dəqiq əks etdirilməsi, digər fiziki kəmiyyətlərin sadə ölçmə sistemlə-

rinin kö


məyi ilə mümkün olduğu hallarda da etalonlar yaradılmır. 

Etalonun konstruksi

yası, onun fiziki xassələri və vahidinin əks 

etdiril


məsi üsulu, vahidi əks etdirilən fiziki kəmiyyətlə müəyyənləş-

dirilir.  Burada  veri

lən ölçmə sahəsində ölçmə texnikasının inkişafı-

nın  səviyyəsi  də  nəzərə  alınır.  Etalonlar  ən  azı  üc  qarşılıqlı  əlaqəli 

xas

sələrə malik olmalıdırlar: dəyişməzlik, əks etdirmə və tutuşdurma. 



Dəyişməzlik  -  etalonun  əks  etdirdiyi  vahidin  ölçüsünü  uzun  

müd


dətli  vaxt  intervalında  dəyişməz  saxlama  xassəsinə  deyilir.  Bu 

halda  xarici 

şərtlərdən asılı olan bütün dəyişmələr, dəqiq ölçmələrə 

imkan ve


rən kəmiyyətlərin ciddi təyin edilmiş funksiyaları olmalıdır. 

Belə  tələblərin  reallaşdırılması,  fiziki  sabitlərə  əsaslanmış  müxtəlif 

kəmiyyətlərin  “təbii  etalonların  yaradılması  ideyasına  gətirib  cıxar-

mışdır. 


Əks  etdirmə  -  fiziki  kəmiyyət  vahidinin  ölçmə  texnikasının 

mövcud  inki

şafı səviyyəsində  ən kiçik xəta ilə əks etdirilməsi (nə-

zəri təyin etmə əsasında) imkanına deyilir. Buna sistematik xətaların 

müəyyənləşdirilməsi məqsədi ilə etalonların daimi tədqiq edilməsi və 

bu 


xətaların uyğun düzəlişlər etməklə kənarlaşdırılması yolu ilə nail 

olunur. 


Tu

tuşdurma  -  başqa  ölçmə  sistemlərinin  etalonlarından  yox-

lama sxe


minə görə aşağı səviyyədə duran, birinci növbədə ikinci də-

rəcəli etalonlarla tutuşdurulması imkanına deyilir. Bu xassələr ehti-

mal  edir  ki,  etalonlar  öz

lərinin quruluşuna və hərəkətlərinə görə tu-

tuşdurmanın nəticələrinə hər hansı bir dəyişikliklər daxil etmir və öz-

ləri tutuşdurma zamanı heç bir dəyişikliyə uğramır. 

Etalonla

rın üç növü vardır: 



*  ilkin  etalonlar  bu  etalonlar  (

başqa  etalonlarla  müqayisədə) 

ö

lkədə fiziki kəmiyyət vahidini ən yüksək dəqiqliklə saxlanılmasını 



və əks etdirilməsini təmin edir. İlkin etalonlar unikal ölçmə vasitələ-

ridir, onlar çox halda elmin 

və texnikanın ən yeni nailiyyətlərini nə-

zərə almaqla yaradılmış mürəkkəb ölçmə kompleksləri olurlar. İlkin 

etalonlar ölç

mələrin vahidliyini təmin edən dövlət sisteminin əsasını 

təşkil edirlər; 


34 

 

* bey



nəlxalq etalonlar - milli etalonlarda əks etdirilən və sax-

lanılan vahidlərin ölçülərini razılaşdırmaq üçün beynəlxalq əsas kimi 

götürü

lən beynəlxalq sazişlə qəbul  edilmiş etalonlardır; 



* döv

lət, yaxud milli etalonlar - bunlar, dövlət üçün başlanğıc 

etalonu  kimi 

rəsmi  təsdiq  edilmış  ilkin,  yaxud  xüsusi  etalonlardır. 

Döv


lət etalonları ölkənin metroloji institutları, yaxud  bu funksiyaları 

ye

rinə yetirən təşkilatları tərəfindən yaradılır, saxlanılır və tətbiq edi-



lir.  Vahidin 

əks  etdirilməsi  dəqiqliyi  ən  yaxşı  dünya  naliyyətlərinə 

uy

ğun olmalı, elmin və texnikanın tələblərinə tam cavab verməlidir. 



Döv

lət etalonlarının tərkibinə elə ölçmə vasitələri daxil    edilir 

ki,  onla

rın  köməyi  ilə  fiziki  kəmiyyətin  vahidi  əks  etdirilir,  yaxud 

saxla

nılir,  ölçmə  şəraitinə,  vahidin  əks  etdirilən  və  saxlanılan  ölçü-



sunə  nəzarət  edilir,  vahidin  ölçüsünün  ötürülməsi  həyata  keçirilir. 

Döv


lət etalonları dövrü olaraq digər ölkələrin dövlət etalonları ilə tu-

tuşdurulmalıdır. “Milli etalon” anlayışı ayrı-ayrı ölkələrə məxsus eta-

lonlarla, bey

nəlxalq etalonlarla, yaxud bir sıra ölkələrin etalonları ilə 

dai

rəvi adlandırılan tutuşdurma zamanı tətbiq edilir; 



* ikinci 

dərəcəli etalonlar - uyğun fiziki kəmiyyətin vahidinin 

ölçüsünü  birin

cı dərəcəli etalonla tutuşdurma yolu ilə özündə saxla-

yır. İkinci dərəcəli etalonlar vahidləri saxlayan və onların ölçülərini 

ötü

rən tabe ölçmə vasitələrinin tərkib hissələridir. Onlar yoxlama iş-



lərini təşkil etmək və dövlət etalonlarının mümkün qədər az yeyilmə-

sinə nail olmaq üçün yaradılır və təsdiq edilir. İkinci dərəcəli etalon-

la

rın tərkibinə fiziki kəmiyyət vahidlərini saxlayan və onların ölçü-



sünü ötü

rən,   həmçinin saxlama şəraitinə nəzarət edən ölçmə vasitə-

ləri daxildir. İkinci dərəcəli, yaxud işçi etalonlar uyğun nazirliklər və 

sa

hələr üçün ilkin etalonlar hesab edilir. Dövlətin birinci və ikinci də-



rəcəli  etalonları  ölkədə  ölçmənin  vahidliyini  təmin  edən  əsas  kimi, 

öl

kənin etalon bazasını təşkil edir; 



*  müqa

yisə  etalonu  -  biri-biri  ilə  birbaşa  tutuşdurulması  hər 

han


sı  bir  səbəb  üzündən  mümkün  olmayan  etalonları  tutuşdurmaq 

üçün isti

fadə edilir; 



işçi etalon - vahidin  ölçülərini işçi ölçmə vasitələrinə ötür-

mək üçün tətbiq edilir. Bunlar ən geniş yayılmış etalonlardır. İşçi eta-

lonlar  fiziki 

kəmiyyətlərin  ölçülməsinin  dəqiqliyini  artırmaq  üçün  



35 

 

nazirilik



lərin və təşkilatların müxtəlif ərazi metroloji orqanlarında və 

laboratoriyala

rında istifadə edilir. 

İşçi etalonlara daxil edilən ölçmə vasitələrininin sayından asılı 

olaraq 

aşağıdakılara ayrılırlar: 





tək etalon - bu etalonun tərkibində vahidin əks etdirilməsi və 

yaxud saxla

nılması üçün bir ölçmə vasitəsi (ölçü, ölçü cihazı, etalon 

qur


ğu) olur; 

*  qrup  etalon  -  qrup  etalonun 

tərkibinə  eyni  tipli  ölçmə 

vasitələri toplusu, nominal qiymətlər, yaxud ölçmə diapozonları daxil 

edilir; 


* etalon 

dəsti - ölçmə vasitələri toplusundan ibarət olub, ölçmə 

vasi


tələrinin  diapozonlarının  birləşməsi  kimi  təqdim  edilir,  vahidi 

diapozonda 

əks  etdirir  və  yaxud  özündə  saxlayır.  Məsələn:  etalon 

cəki daşları dəsti, mayelərin xüsusi cəkisini   təyin etmək üçün isti-

fadə edilən areometrlərin etalon dəsti və s. 

Əgər  etalon  (bəzi  halda  xüsusi  konstruksiyaya  malik)  ölçmə 

vasi

təsinin yoxlama,  yaxud verilmiş vahidin etalonunun tutuşdurma 



ye

rinə nəql edilirsə, onda o nəql edilən adlanır. 

Etalonla

rın xətalarının ifadə edilməsi üsulları Dövlət Standart-

ları  ilə  təyin  edilir  (məsələn:  Rusiya  Federasiyasında  bu  8∙381-80 

standart 

ilə müəyyənləşdirilir). 

Birinci 


dərəcəli və xüsusi dövlət etalonlarının xətaları kənarlaş-

dırılmayan sistematik xətalarla və qeyri sabitliklə xarakterizə edilir. 

Kənarlaşdırılmayan sistematik xətalar, onların yerləşdiyi sərhədlərlə 

gös


tərilir. Təsadüfi xətalar, riyazi statistikanın qanunları ilə izah edi-

lir.  Etalonun  qeyri  sabitliyi, 

müəyyən  edilmiş  vaxt  müddətinə  görə 

etalonda 

əks etdirilən, yaxud saxlanılan vahidin ölçüsünün dəyişməsi 

ilə verilir. 

İkinci dərəcəli etalonların xətalarının qiymətləndirilməsi, onla-

rın saxladığı vahidin ölçülərinin birinci dərəcəli etalonla əks etdirilən 

vahidin ölçüsün

dən sapması ilə xarakterizə edilir. İkinci dərəcəli eta-

lon üçün 

xətaların cəminə, tutuşdurulan etalonların  təsadüfi xətaları 

və birinci dərəcəli etalonlardan vahidin ölçüsünün ötürülməsi  xətası, 

həmçinin özünün  qeyri sabitliyi daxildir. İkinci dərəcəli etalonun xə-

tala

rının cəmi, ölçmənin nəticələrinin birinci dərəcəli etalonla, yaxud 



ikinci 

dərəcəli  etalonlardan  daha  yüksəkdə  duran  digər  etalonla,  ya 



36 

 

da 



xətanın inanma sərhəddinin 0,99 inanma ehtimalı ilə xarakterizə 

olunur. 


Fiziki 

kəmiyyətlərin  vahidlərinin  ölçülərinin  etalonlardan  işçi 

ülkü

lərə və ölçmə ciahazlarına ötürülməsi işçi etalonların köməyi ilə 



həyata kecirilir. 

La

zım  gəldikdə  işçi  etalonlar  1,2    və  s.  dərəcələrə  ayrılırlar. 



Belə düzülüş onların yoxlama sxeminə görə tabeçilik qaydasına əsas-

la

nır. 



Müx

təlif növlü ölçmələr üçün, təcrübənin tələblərini nəzərə al-

maqla, 

işçi etalonlarının dərəcələrinin müxtəlif sayları müəyyənləşdi-



rilir. Bu veril

mış ölçmə növü üçün tətbiq edilən yoxlama sxemi Döv-

lət Standartlarına görə həyata keçirilr. 

Fiziki 


kəmiyyət vahidlərinin ölçülərinin metroloji zəncirin bü-

tün 


həlqələrində  düzgün  ötürülməsi  yoxlama  sxemlərindən  birbaşa 

isti


fadə etməklə yerinə yetirilir. 

Yoxlama  sxemi,  fiziki 

kəmiyyət  vahidinin  ölçüsünün  etalon-

dan 

işçi ölçmə vasitələrinə ötürülməsində iştirak edən ölçmə vasitələ-



rinin  tabeçiliyini,  metod 

və xətalarını göstərməklə təyin edən, veril-

miş  qayda  üzrə  təsdiq  edilən  normativ  sənəddir.  Yoxlama  sxemləri 

haq


qında  əsas  müddəalar  Dövlət  Standartlarında  verilir.  Yoxlama 

sxem


ləri dövlət və lokal (məhdud) sxemlərə bölünürlər. 

Döv

lət yoxlama sxemi, verilmiş fiziki kəmiyyətin ölkədə olan 

bütün  ölç

mə vasitələrinə aid edilir. Onlar, mətndən və izahatı veril-

miş cızgidən ibarət olan Dövlət Standartları şəklində işlənir. 

Lokal  yoxlama  sxem

ləri  verilmiş  fiziki  kəmiyyətin  müəyyən 

regionda, sa

hədə, müəssisədə və təşkilatda istifadə edilən ölçmə vasi-

tələrinə aid edilir. 

Lokal yoxlama sxem

ləri, eyni fiziki kəmiyyətin ölçmə vasitələ-

rinin  döv

lət  yoxlama sxemlərinə ziddiyət təşkil etməməlidir. Onlar, 

döv


lət yoxlama sxemləri olmadan tərtib edilə bilərlər. Onlarda ölçmə 

vasi


tələrinin konkret tiplərinin (nüsxələrini) göstərilməsinə icazə ve-

rilir. Lokal yoxlama sxem

ləri, elementləri şəkil 1.3.-də verilmiş cizgi 

şəklində tərtib edilir. Yoxlama sxemləri bir və ya bir neçə qarşılıqlı 

əlaqəli kəmiyyətlərin vahidlərinin ölçülərini təyin edir. Onlar ölçülə-

rin 


ən azı iki pilləli ötürülməsini təmin etməlidirlər. 

37 

 

Eyni 



kəmiyyətin  ölçmə  vasitələrinin  yoxlama  sxemi  ölçmə 

diapozonuna, isti

fadə şərtinə və yoxlama metoduna görə əhəmiyyətli 

dərəcədə  fərqləndikdə,  həmçinin,  bir-neçə  fiziki  kəmiyyətin  ölçmə 

vasi

tələri üçün hissələrə ayrıla bilər. Yoxlama sxeminin cizgilərində 



aşağıdakılar göstərilməlidir: 

*  ölç


mə vasitələrinin və yoxlama metodlarının adı; 

* fiziki 

kəmiyyətlərin  nominal  qiymətləri,  yaxud  onların 

diapozonu; 

*  ölç

mə vasitələrinin xətalarının buraxıla bilən qiymətləri; 



* yoxlama metodlla

rının xətalarının buraxıla bilən qiymətləri. 

Yoxlama  sxem

lərinin  parametrlərinin  hesablanması  və  yox-

lama  sxem

lərinin cizgilərinin tərtib edilməsi qaydaları standartlarda 

və xüsusi göstərişdə verilir. 

 

 



 

 

 



 

 

 



 

 

 

Şəkil 1.3. Ölçülərin ötürülməsi yoxlama sxeminin qrafiki 

təsvirinin elementləri: 



a-3 metodu 

ilə 1 etalonundan 5 yoxlama obyektinə ötürmə; 

b-3 metodu 

ilə 1  etalonundan 5 və 6 yoxlama obyektinə ötür-

mə; 

v  -  3  yaxud  4  metodu 

ilə 1  etalonundan 5 yoxlama obyektinə 

ötür

mə; 

q - 1  etalonundan  3  metodu 

ilə 5 yoxlama obyektinə və 4 me-

todu 

ilə 6 yoxlama obyektinə ötürmə. 

 

Yoxlama  - 

səlahiyyətli  orqan  tərəfindən  həyata  keçirilən  və 

ölç

mə  vasitələrinin  istifadəyə  yararlılığını  təcrübi  yolla  müəyyən 



 

38 

 

edil



ən  metroloji  xassələrə  və  onların  verilən  tələblərə  uyğun  olma-

sına nəzarət əsasında təyin edən əməliyyata deyilir. Ölçmə vasitələri-

nin yoxla

nılmasında əsas metroloji xassə, onların    xətalarıdır. Onlar, 

yoxla

nılan ölçmə vasitəsinin daha dəqiq   ölçmə vasitəsi ilə - etalonla 



müqa

yisə etmə nəticəsində tapılır. Yoxlamanın aşağıdakı növləri var-

dır: ilkin, dövrü, növbədənkənar, təftişedici, kompleks, elementli və 

seç


mə. 

Ölç


mə vasitələrinin yoxlanılmasının təşkili və  keçirilməsi qay-

dala


rına verilən əsas tələblər metrologiya üzrə  qaydalarda və tövsiy-

yələrdə verilir. 

Yoxlama,  ona  xüsusi  ica

zəsi  olan  metroloji  xidmətlər  tərə-

findən yerinə yetirilir. Istifadəyə yararlı ölçmə vasitələrinə yoxlama 

haq


qında şəhadətnamə verilir. Onların üzərinə yoxlama möhürü, ya-

xud  normativ  texniki 

sənədlərlə müəyyən edilmiş başqa işarələr vu-

rulur. 


Bəzi hallarda yoxlamanı dərəcələmə adlandırırlar.  

Dərəcələmə  -  Şkalaya,  nümunəvi  ölçmə  vasitəsinin  göstərici-

sinə uyğun nişanların qoyulmasına, yaxud bu göstərici  əsasında işçi 

ölç

mə vasitəsinin şkalasında olan nişanlara uyğun kəmiyyətin dəqiq-



ləşdirilmiş qiymətlərinin müəyyənləşdirilməsinə deyilir. 

Əgər ölçmə vasitələri məcburi metroloji yoxlamaya və nəzarətə 

uğradılmırsa, onda onlar kalibrlənir. 

Kalibr

ləmə  -  Kəmiyyətin  verilmiş  ölçmə  vasitəsi  ilə  alınmış 

qiy


mətinin, etalonun köməyi ilə təyin edilmiş uyğun qiyməti arasında 

olan münasi

bəti müəyyənləşdirən əməliyyatların   məcmuusudur. 

Kalibr


ləmə nəticəsində ölçülən kəmiyyətin verilmiş ölçmə va-

si

təsi ilə göstərilən həqiqi qiymətini, yaxud onun göstəricilərinə edi-



lən düzəlişləri təyin edirlər. 

Ölç


mə vasitələrinin xətalarını və bir sıra başqa metroloji xassə-

ləri qiymətləndirmək olar. 

Ölç

mə  cihazlarının  yoxlanılması  aşağıdakı  metodlarla  yerinə 



yetirilir: 

*  ölçü

lən  kəmiyyətləri,  uyğun  dəqiqlik  sinfinə  malik  ölçülər 

vasi

təsi ilə əks etdirilən kəmiyyətlərlə bilavasitə müqayisə etməklə; 



*  eyni  bir  

kəmiyyətin ölçülməsində, yoxlanılan və nümunəvi 

cihazla

rın göstəricilərinin bilavasitə tutuşdurulması yolu ilə. Bu me-



39 

 

todun 



əsasını eyni fiziki kəmiyyətin qiymətinin yoxlanılan və nümu-

nəvi ölçmə vasitəsi ilə eyni vaxtda ölçülməsi təşkil edir. Bu cihazla-

rın göstəricilərinin fərqi yoxlanılan ölçmə vasitəsinin mütləq xətasına 

bərabərdir. 

Bir 

sıra az istifadə edilən ölçmə metodları da vardır [1,2]. 



Yoxlamada  nümu

nəvi və  yoxlanılan ölçmə vasitələrinin bura-

xıla bilən xətaları arasında optimal nisbət əhəmiyyətləri rol oynayır. 

Əgər yoxlamada nümunəvi ölçmə vasitələrinin göstəricilərinə düzə-

lişlər edilirsə, bu 1:3 nisbətinə bərabər olur (xətaların çox kiçik qiy-

mətlərə malik olması meyarına görə). Əgər düzəlişlər edilmirsə, onda 

nümu

nəvi ölçmə vasitələri 1:5 nisbətinə görə seçilir. 



Yoxla

nılan və nümunəvi ölçmə vasitələrinin buraxıla bilən xə-

tala

rının nisbəti yoxlama metodunu, xətaların xarakterini, I və II növ 



səhvlərin buraxıla bilən qiymətlərini nəzərə almaqla təyin edilir. Bəzi 

hallarda  onlar,  yuxa

rıda  göstərilən  rəqəmlərdən  kifayət  qədər  fərq-

lənə bilərlər. 

Bir 

sıra  ölçmə  sahələri,  ilk  növbədə  fiziki-kimyəvi  ölçmələr 



üçün 

yoxlama


nın  effektivliyinin  artırılması  baxımından  ən 

perspektivli ö

lçmə vasitələri standart nümunələr hesab edilir. 

Standart nümu

nələrlə işləmə qaydaları standartlarla  müəyyən-

ləşdirilir. Standartlara görə maddələrin və materialların tərkib və xas-

sələrinin standart nümunələri maddə (material) şəklində olan ölçmə 

vasi


tələridir. Onların tərkibi və xassələri attestasiya ilə təyin edilir. 

Standart  nümu

nələr ölçmələrin vahidliyini və tələb edilən də-

qiqliyi 


təmin etmək üçün təyin edilir. Bunun üçün aşağıdakılar yerinə 

yetiril


məlidir: 

*  ölç


mə vasitələrinin dərəcələnməsi, metroloji attestasiyası və 

yoxla


nılması; 

* ölç


mənin yerinə yetirilməsi metodikasının metroloji attestasi-

yası; 


* ölç

mənin dəqiqliyinin göstəricilərinə nəzarət;                     

* mad

dələrin və materialların tərkib, yaxud xassələrini xarakte-



rizə edən fiziki kəmiyyətlərin müqayisə metodu ilə ölçülməsi. 

Təyinatına görə standart nümunələr ölçü rolunu oynayır. Lakin 

“klassik” ölçü

lərdən fərqli olaraq, onların bir sıra  xüsusiyyətləri var-

dır. Məsələn: tərkib nümunələri, hazırlandıqları materialın tərkib və 


40 

 

xas



sələrini xarakterizə edən fiziki kəmiyyətin qiymətini əks etdirilər. 

Standart nümu

nələr bir qayda olaraq, məmul şəklində olmurlar. On-

lar, 


adətən  eyni  cinsli  maddələrin  (materialların)  hissələri,  yaxud 

müəyyən   miqdarı kimi götürülürlər. Bununla belə, bu hissələr əks 

etdiri

lən fiziki kəmiyyətin vahidinin hissəsinin deyil, özünün tam hü-



quqlu da

şıyıcısı olur. Nümunələrin bu xüsusiyyətləri, onların tərkibi 

və xassələrinin eynicinsliyinə verilən tələbatlarda əks etdirilir. Stan-

dart  nümu

nənin hazırlandığı materialın eynicinsliyi onun üçün prin-

sipial 


əhəmiyyətə malik olduğu halda, ölçülər üçün bu göstərici çox 

vaxt ikinci 

dərəcəli əhəmiyyət kəsb edir. 

Tərkibin və xassənin standart nümunələri ölçülərdən fərqli ola-

raq qeyri 

məlumatlı parametrlərin (qatışıqları, materialın strukturu və 

s.) böyük 

təsiri ilə xarakterizə olunurlar. Standart nümunələrdən isti-

fadə edərkən belə parametrlərin təsirini nəzərə almaq lazımdır. 

Təsir dairəsi və tətbiq sahələrindən asılı olaraq standart  nümu-

nələrin təsdiq etmə səviyyəsi müəyyənləşdirilir. Bu göstəriciyə görə 

onlar döv

lət, sahə və müəssisə standart  nümunələrinə ayrılırlar. Yox-

lama sxem

lərinə daxil edilmiş standart nümunələrinə dərəcələr veri-

lir. 


Standart  nümu

nələr tiplərdə birləşirlər. Tip - nümunələrin təs-

nifat qrupudur. Onla

rın təyinedici əlamətləri, hazırlandıqları maddə-

lərin eyniliyi və icra olunduqları vahid  sənədlərdir. Standart nümu-

nələrin tipləri müvafiq qaydada təsdiq edildikdən və uyğun reyestrdə 

qeydiyyatdan keçdik

dən sonra tətbiq edilməyə buraxılır. Standart nü-

mu

nələrin hər bir tipi üçün attestasiyadan keçməklə istifadə müddəti 



10 il

dən çox olmayaraq təyin edilir. Onların işlənməsi və buraxılması        

sənədlərində isə normalaşdırılmış metroloji xassələri müəyyənləşdiri-

lir. Bunlara 

aşağıdakılar aiddir: 

* attestasi

yası edilmiş qiymət - nümunənin əks etdiyi, attestasi-

yası  zamanı  müəyyən  edilmiş,  onun  xətanı  göstərməklə  şəhadətna-

mədə verilən attestasiya edilmiş xassəsinin qiymətinə deyilir; 

*  attestasiya  edil

miş qiymətin xətası-ölçmədə nümunənin isti-

fadə edilən hissəsində əks etdirilən kəmiyyətin attestasiya edilmiş və 

həqiqi qiymətlərinin fərqinə deyilir; 


41 

 

* eynicinslik xarakteristi



kası - ölçmədə istifadə edilən nümunə-

nin 


ayrı-ayrı  hissələrində  əks  etdirilən  qiymətlərin  sabitliyini  ifadə 

edən xüsusiyyətlərin xarakteristikalarına deyilir; 

* sabitlik xarakteristi

kası - nümunənin saxlama və tətbiqi şərai-

tini  göz

ləməklə  şəhadətnamədə  göstərilmiş  yararlılıq  müddətində 

özünün  metroloji  xas

sələrini  təyin  edilmiş  hədd  daxilində  saxlama 

xüsusiy

yətinə deyilir; 



təsir funksiyası - verilmiş tətbiq şəraitində ümumi metroloji 

xarakteristikala

rının xarici təsir kəmiyyətlərinin dəyişməsindən asılı-

lığına deyilir. 

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin