Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


 Müəssisə standartlarının işlənməsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
Azf-295386


11.3. Müəssisə standartlarının işlənməsi 

 

Müəssisə standartları müəssisə və müəssisə birlikləri, o cümlə-



dən  assosiasiyalar,  konsernlər,  səhmdar  cəmiyyətləri,  sahələrarası, 

regional    və  digər  birliklər  tərəfindən  ancaq  özündə  hazırladığı  və 

tətbiq etdiyi məhsul, proses və xidmətlərə o cümlədən: 

1) 


məhsulun  sərbəst  halda  göndərilməyən  tərkib  hissəsinə, 

texnoloji tərtibatlara və alətlərə; 

2) 

texnoloji proseslərə, ümumi texnoloji normalara və onlara 



olan tələblərə; 

340 

 

3) 



müəssisə  daxilində  göstərilən  xidmətlərə  tətbiq  edilir. 

Müəssisə standartı istehsalın təşkili və idarəsi prosesləri üçün işlənib 

hazırlanır və təsdiq edilir. 

vlətlərarası müqaviləyə əsasən və ya milli orqanın razılığı ilə 



başqa  ölkələrin  srandartları  müəssisə  standartları  kimi  tətbiq  oluna 

bilər. Bu o halda həyata keçirilməlidir ki, onlara verilən tələblər xalq 

təsərrüfatının  tələblərini  ödəsin  və  onların  əsasında  işlənmiş 

Azərbaycan Respublikasının Dövlət standartları və sahə standartları 

olmasın. 

Müəssisə  standartları  Azərbaycan  Respublikasının  Dövlət 

standartlar

ının məcburi tələblərinə zidd olmamalıdır. 

Tədarük olunan məhsul üçün müəssisə standartları təsdiq olun-

mur. 


Müəssisə  standartlarının  işlənməsi,  razılaşdırılması,  təsdiqi, 

qey


di, nəşri, yeniləşdirilməsi (dəyişiklik və ya yenidən baxılması) və 

ləğvi  qaydalarını,  müəssisə  bu  standartın  tələblərini  nəzərə  almaqla 

müəyyənləşdirir.  Müəssisə  standartlarının  tərtibi,  şərhi,  rəsmi-

ləşdirilməsi, məzmunu və işarə olunması AZS 1.5 üzrə aparılır. 

Müəssisə standartlarını müəssisə rəhbəri (rəhbərin müavini) öz 

əmri  ilə  və  ya  standartın  birinci  səhifəsində  şəxsi  imzası  ilə  təsdiq 

edir. Müəssisə standartları müəssisə rəhbərinin əmri ilə təsdiq olun-

duqda,  onun  tətbiq  edilmə  tarixi  müəyyən  edilir  və  lazım  olarsa, 

s

tandartın tətbiqi üçün təşkilati-texniki tədbirlər təsdiq olunur. Adə-



tən  müəssisə  standartları  bir  qayda  olaraq  qüvvədə  olma  müddəti 

məhdudlaşdırılmadan təsdiq edilir. Standartın qüvvədə olma müddəti 

müəssisənin qərarı ilə məhdudlaşdırıla bilər. 

 

11.4. Texniki şərtlərin işlənməsi 



 

Texniki  şərtlər  (TŞ)  konkret  məhsul,  xidmət  üçün  tələblər 

qoyan texniki sənəddir, mal göndərənlə və ya xidmət göstərənlə la-

yihəçi və ya istehsalçı ilə istehlakçı (sifarişçi) arasında münasibətləri 

tənzimləyir. 

Texniki  şərtlər  aidiyyatı  məhsulun  (məmulat,  material,  maddə 

və  xidmətin)  texniki  sənədlər  toplusunun  ayrılmaz  hissəsi  və  ya 

müstəqil sənədidir. 



341 

 

Texniki şərtlər aşağıdaı hallarda işlənib hazırlanır: 



məhsul (xidmət) üçün dövlət və sahə standartları olmadıqda; 

məhsulun (xidmət) standartın tələblərinə, norma və qaydalarına 



əlavələr edilməsi  və ya onların sərtləşdirilməsi labüd olduqda; 

bir konkret məmulat, material və s. üçün; 



bir neçə konkret məmulat, material, həmçinin xidmətlər üçün 

(qrup texniki şərtləri). 

Məmulat aşağıda göstərilən sənədlər əsasında buraxıla bilərsə, 

ond

a texniki  şərtlər hazırlanmaya bilər: 



konkret  məhsul  (xidmət)  növü  standartı  əsasında,  həmçinin 

sifarişçinin (əsas istehlakçının) razılığı ilə; 

fərdi məhsula texniki tapşırıq (kontrakt, protokol, konstruktor 



sənədləri və s.) üzrə; 

məmulatın  tərkib  hissələrinin,  həmin  məmulatın  sənədlər 



toplusuna daxil olan konstruktor sənədləri üzrə

bir  müəssisənin  sifarişi  ilə  müəyyən  həcmdə  hazırlanan  və 



sonralar  emal  ediləcək  maddələrin,  materialların  və  yarımfabri-

katların texniki sənədləri (texnoloji və konstruktor sənədləri) üzrə; 

keyfiyyət  göstəriciləri  bircinsli  məhsul  qrupu  standartında 



müəyyənləşdirilmiş  qeyri-ərzaq  xalq  tələbatı  mallarının    (mürəkkəb 

məişət  kimyası  məhsulları  və  nəqliyyat  vasitələri  istisna  edilməklə) 

etalon - 

nümunə və nümunə - texniki təsviri üzrə; 

-  

ancaq  ixrac  ediləcək  məhsullar  üçün  (təhlükəsizlik  və  ətraf 



mühitin  qorunması  üzrə  standartların  məcburi  tələblərini  ödəmək 

şərti ilə), kontrakt əsasında. 

Ayrı-ayrı  tələblər  başqa  məhsul  standartlarında  və  ya  texniki 

şərtlərdə  müəyyənləşdirilmişsə,  bu  tələblər  məhsulun  texniki 

şərtlərində  təkrar  edilmir  və  uyğun  bölmələrdə  həmin  normativ 

sənədlərə istinad edilir. 

Texniki şərtlərdə müəssisə standartına istinad verilə bilməz. 

Döv


lətlərarası standart mövcud oldıqda, başqa ölkələrin  uyğun 

təşkilatı    ilə  razılıq  əsasında,  onların  beynəlxalq,  regional  və  milli 

standartları texniki şərtlər kimi istifadə  edilə bilər. 

Texniki şərtin tətbiq edilmə tarixini layihəçi müəssisə sifarişçi 

müəssisə  (istehlakçı)  ilə  birlikdə  təyin  edir.  Texniki  şərtin  qüvvədə 

qalma müddəti sifarişçi ilə razılaşdırma əsasında hüdudlanmaya bilir. 



342 

 

Texniki  şərtin  tətbiq  edilmə  tarixini  layihəçi  müəssisə,  sifarişçi 



müəssisə  (istehlakçı)  ilə  birlikdə  təyin  edir.  Texniki  şərtin  qüvvədə 

qalma müddəti sifarişçi ilə razılaşdırma əsasında hüdudlanmaya bilir. 

Texniki  şərtin  işlənib  hazırlanması  üzrə  qərar  qəbul  edilməsi 

üçün əsas aşağıdakılardır: 

məhsulun layihələndirilməsi üçün icraçı müəssisə və sifarişçi 



(istehlakçı)  müəssisələrin  qəbul  etdiyi  qaydada  işlənmiş  və  təsdiq 

edilmiş trexniki tapşırıq; 

- dö

vlət məramnaməsi və ya rəhbər sənəd; 



layihəçi müəssisənin və ya məhsul istehsalçısının (müəssisə-

nin, təşkilatın) təşəbbüsü. 

Texniki şərtə dəyişiklikləri, texniki şərtin əslini saxlayan müəs-

sisə işləyib hazırlayır. 

Texniki şərt giriş hissəsinə (tətbiq sahəsi) və aşağıdakı ardıcıl-

lıqla yerləşdirilmiş bölmələrə malik olmalıdır: 

texniki tələblər; 



təhlükəsizlik və ətraf mühitin qorunması tələbləri; 

qəbul qaydaları; 



nəzarət üsulları (sınaq, təhlil, ölçmələr); 

daşınma və saxlama; 



istismar üzrə göstərişlər; 

istehsalçının zəmanəti. 



İstehsalın xüsusiyyətindən və məhsulun (xidmətin) təyinatından 

asılı olaraq TŞ-ə başqa bölmələr əlavə etməyə və ya ixtisar etməyə 

yol verilir. 

Texniki  şərtlərin  məcburi  əlavəsində  texniki  şərtlərdə  edilən 

istinad sənədlərinin siyahısı verilir. 

Lazım gəldikdə texniki şərtlərdə aşağıdakılar göstərilə bilər: 

texniki  şərt  əsasında  hazırlanan  məhsulun  nəzarəti,  sınağı, 



qəbuluna  hazırlıq  və  onların  aparılması  üçün  lazım  olan  ölçü 

vasitələri, alət, ləvazimat, material və reaktivlərin siyahısı; 

məhsulun texniki göstəricilərini müqayisə etmək üçün lazım 



olan etalonların (nümunələrin) siyahısı. 

Məhsulun istehsala qoyuluşu haqqında qərarı qəbul komissiyası 

verirsə, texniki şərtlər həmin komissiyada razılaşdırılmalıdır (ГОСТ 

15.001). 



343 

 

Layihəçi müəssisə texniki şərtləri sifarişçi (əsas istehlakçı) ilə 



razılaşdırdıqdan  sonra,  onları  başqa  razılaşdırılmalı  sənədlərlə 

birlikd


ə  bir  aydan  gec  olmayaraq  komissiya  üzvü  olan  təşkilatlara 

ndərir.  Dövlət  nəzarəti  orqanlarının  səlahiyyətlərini  əks  etdirən 



texniki şərtlərin layihəsi həmin orqanlarla razılaşdırılmalıdır. 

Texniki  şərtlərin  layihəsinə  rəy  almaq  üçün  marağı  olan 

təşkilatlara göndərilmə  vacibliyini,  layihəçi  müəssisə,  sifarişçi  (əsas 

istehlakçı)  ilə  razılaşdırıldıqdan  sonra  təyin  edir.  Razılaşdırma 

təşkilatlarının  qəbul  komissiyası  üzvü  olan  nümayəndələrinin  məh-

sulun  təcrübi  nümunəsinin  (təcrübi  partiyasının)  qəbul  aktını  im-

zalaması, texniki şərtlərin layihəsinin razılaşdırıldığına dəlalət edir. 

Texniki şərtlərin layihəsində məhsulun insanların həyatı və sağ-

lamlığı  üçün  təhlükəsizliyini  təmin  edəcək  tələblər  yürüdən  başqa 

standartlara  istinadla  və  ya  onlardan  çıxarışlar,  eləcə  də  Dövlət 

Nəzarəti  orqanlarının  təyin  etdiyi  norma  və  qaydalardan  çıxarışlar 

verilərsə, texniki şərtlərin layihəsi həmin orqanlarla razılaşdırılmır. 

Texniki  şərtlərin  layihəsi  razılaşdırıcı  təşkilatın  rəhbərinin  

(müavininin) imza

sı  və  “RAZILAŞDIRILMIŞDIR”  qrifi  ilə  rəsmi-

ləşdirilir. Razılaşdırılma  zamanı:“Qeydlərlə razılaşdırılıb” ifadəsinin 

yazılışına icazə verilmir. 

Texniki  şərtlərdə  ediləcək  dəyişikliklər,  onun  qüvvədə  olma 

müddətinin  məhdudlaşdırılması  və  ya  çıxarılması,  texniki  şərtlərin 

ö

zlərinin razılaşdırılma qaydaları kimi razılaşdırılır. 



Məhsul istehsaldan çıxarıldıqda onun texniki şərtləri ləğv edilir. 

Məhsul  bir  neçə  müəssisədə  istehsal  edilirsə,  onun  istehsalı  bütün 

müəssisələrdən  çıxarıldıqdan  sonra  texniki  şərtlər  ləğv  edilə  bilər. 

Əgər texniki şərtlərdən istehsaldan çıxarılmış, lakin istismarda olan 

məhsul  üçün  ehtiyat  hissələri  hazırlamaq  və  ya  təmir  məqsədləri 

üçün  istifadə  edilirsə,  o  ləğv  edilmir,  onun  titul  vərəqində  “Təmir 

məqsədləri üçün” yazısı verilir və qüvvədə olma müddəti göstərilmir. 

Texniki şərtlərin və ona ediləcək dəyişikliklərin razılaşdırılma 

müddəti, texniki şərtləri hazırlamış təşkilatdan (müəssisədən) alınan 

vaxtdan, 15-

gündən çox olmamalıdır. 

Texniki şərtləri onu işləyib hazırlayan müəssisə təsdiq edir. 

Texniki  şərtlərə  dəyişiklikləri  texniki  şərtlərin  əslini  saxlayan 

müəssisə  təsdiq  edir.  Texniki  şərtlərin  (ona  dəyişikliklərin)  təsdiqi 



344 

 

müəssisə  rəhbərinin  (onun  müavininin)  titul  vərəqində  “təsdiq 



edirəm” qrifi altındakı imzası ilə rəsmiləşdirilir. Texniki şərtləri bir 

qayda  olaraq  qüvvədə  qalma  müddətini  məhdudlaşdırmadan  təsdiq 

edirlər. Lazım olduqda qüvvədə qalma müddəti sifarişçi (istehlakçı) 

müəssisənin razılığı ilə məhdudlaşdırıla bilər. 

Məhsul üçün texniki şərtləri işləyən müəssisə, ona işarə verir. 

Texniki şərtlərin işarəsinin strukturu aşağıdakılardan ibarətdir: 

sənədin indeksi (TS); 



- dö

vlətin qısaldılmış adı (AZ); 

texniki şərtlərin əslini saxlayan müəssisənin (təşkilatın) kodu-



səkkiz rəqəmli qeydiyyat sıra nömrəsi (əlamətləri); 

təsdiqlənmə ilinin axırıncı iki rəqəmi. 



Bu standartın tələblərinə uyğun razılaşdırılmış və təsdiqlənmiş 

seriyalı və kütləvi istehsal məhsullarının texniki şərtləri dövlət qey-

diyyatına alınmalıdır. 

Təsdiq olunma günündən 1 aydan çox olmayaraq texniki şərtlər 

və ona dəyişikliklər dövlət qeydiyyatına təqdim edilir. 

Müşayiət məktubu ilə birlikdə dövlət qeydiyyatına  aşağıdakılar 

ndərilir: 



texniki şərtlər (ona dəyişikliklər)- üç nüsxədə; 

texniki şərtlərin titul vərəqində razılaşdırma imzaları olmadıq-



da,  texniki    şərtlərin  (ona  dəyişikliklərin)  razılaşdırıldığını  təsdiq 

edən sənədlərin (məktub, teleqram, təcrübi nümunənin qəbul aktı və 

s.) surətləri; 

məhsulun əlavəyə uyğun kataloq vərəqi. 



Texniki  şərtləri  işləyib  hazırlayan  müəssisə  kataloq  vərəqinin 

düzgün  tərtibi  üçün    məsuliyyət  daşıyır.  Texniki  şərtlər  dövlət 

qeydiyyatına kitabça şəkildə verilməlidir. 

ARSMPDK  ö

zünün  təyin  etdiyi  qaydada,  alındığı  andan  15 

günə  qədər  müddətdə  texniki  şərtlərin  (ona  dəyişikliklərin) 

qeydiyyatını yerinə yetirir. 

ARSMPDK texniki şərtlərin (ona dəyişikliklərin) titul vərəqinə, 

vlət qeydiyyatına alınma tarixini və sayını əks etdirən möhür vu-



rur. 

Texniki şərtlərin (ona dəyişikliklərin) qeydiyyatdan keçmiş bir 

nüsxəsi texniki şərtləri işləyib hazırlayan və ya texniki şərtlərin əslini 


345 

 

saxlayan müəssisəyə (təşkilata) göndərilir ki, onlar dövlət qeydiyyatı 



haqqındakı məlumatları əslin titul vərəqinə köçürsünlər. 

Aşağıdakı  məhsulların  texniki  şərtləri  dövlət  qeydiyyatından 

keçirilmir: 

təcrübi nümunələr (təcrübi partiyalar); 



suvenirlər və xalq bədii sənət məmulatları (qiymətli metallar-

dan və daşlardan hazırlanmış məmulatlardan başqa); 

xammal, material və  yarımfabrikatların texnoloji sənaye tul-



lan

tıları; 


ayrılıqda satışa göndərilməyən və ya müəssisənin birbaşa si-

farişi ilə hazırlanan məmulatın, yarımfabrikatın, maddə və materialın 

tərkib hissələri; 

fərdi istehsal məhsulu. 



Texniki  şərtlərin  titul  vərəqi  ГОСТ  2.105  üzrə  rəsmiləşdirilir. 

Titul vərəqində dövlət qeydiyyatı orqanının möhürü üçün 90x45 mm 

ö

lçüdə boş yer nəzərdə tutulmalıdır. 



Konstruktor  sənədləri  toplusuna  daxil  olan  texniki  şərtlər  

ГОСТ 2.105 və ГОСТ 2.104 üzrə rəsmiləşdirilir. 

Texniki  şərtlər  ГОСТ  2.301  üzrə  A4  formalı  (ölçülü) 

vərəqlərdə, ГОСТ 2.104 (2 və 2a şəkilli) üzrə əsas  yazılarla  yerinə 

yetirilməlidir. 

Texniki  şərtlərdə  ayrı-ayrı  ifadələr  və  şərti  işarələr,  həmçinin 

sxem  və  şəkillər  qara  mürəkkəb,    pasta  və  ya  tuşla  yazılmalı  və 

çəkilməlidir. 

Sxem, cizgi və cədvəllər ГОСТ 2.301 üzrə A2 və A3 formatlı 

vərəqələrdə,  ГОСТ  2.104  formatı  üzrə  əsas  yazı  ilə  yerinə 

yetirilməlidir. Texniki şərtləri çap üsulu ilə hazırlanmış sxem və cəd-

vəllərlə dəstləşdirmək olar. 

Konstruktor sənədləri  hazırlanmayan məhsulun texniki şərtləri 

və ona dəyişikliklər AZS 1.5 üzrə  rəsmiləşdirilir. 

Xidmətlər  üçün  texniki  şərtlər  məhsulun  texniki  şərtləri  kimi, 

ilkin xidmət  xüsusiyyətləri nəzərə alınaraq rəsmiləşdirilir. 

Texniki şərtlərin axırıncı vərəqi ГОСТ 2.503 üzrə rəsmiləşdiril-

məsi  və  sənədin  vərəqlərinin  ümumi  sayına  daxil  olan  “Dəyişiklik-

lərin qeydiyyatı vərəqi” ilə dəstləşdirilməlidir. 


346 

 

Texniki şərtlərlə (ona dəyişikliklərlə) təmin olunma, müqavilə 



əsasında AZS 1.0-ə uyğun olaraq, texniki şərtlərinin əslini saxlayan 

müəssisə (təşkilat) tərəfindən həyata keçirilir. 



347 

 

XII 



FƏSİL. DETALLARIN HƏNDƏSİ PARAMETRLƏRİNİN 

SAPMALARININ 

STANDARTLAŞDIRILMASI 

 

12.1. Detallar

ın həndəsi parametrlərinin 

sapm

alarının  sinifləri 

 

Detallar, 



həndəsi parametrlərinin dəqiqlik analizində–formaları 

c

izgilərdə verilmiş nominal səthlər (ideal, forma və ölçülərinin heç 



bir  sapm

ası olmayan səthlər) və detalı təcrid edərək ətraf mühitdən 

ayıran real (həqiqi) səthlər ilə xarakterizə olunurlar. Detalların real 

səthləri  emal  prosesi  və  yaxud  istismar  zamanı  formalarının 

dəyişməsi nəticəsində alınır. Uyğun olaraq nominal və real profil

səthin normal və real yerləşməsi anlayışlarından da istifadə edilir. 

Səthin nominal yerləşməsi xətti və bucaq ölçüləri ilə baza arasında, 

əgər  baza  verilməyibsə  baxılan  səthlərə  görə  müəyyənləşdirilir. 

Səthlərin  real  yerləşməsi  xətti  və  bucaq  ölçülərinin  həqiqi 

qiym


ətlərinə görə müəyyən olunur. Baza, detalın elə səthinə, xəttinə, 

nöqt


əsinə  deyilir  ki,  onlara  görə  koordinat  sisteminin  müəyyən 

müst


əvisi və ya onların oxları müəyyən olunur. Bu müstəvi və oxlara 

rə yerləşmənin müsaidəsi verilir və yaxud sapması tapılır. Səthin 



profili

səthin müstəvi ilə və yaxud verilən səthlə kəsişməsi xəttinə 

deyilir. 

Həqiqi  formanın  nominal  formadan  sapması  nəticəsində 

det

alın eyni ölçüsü müxtəlif en kəsiklərində müxtəlif ola bilər. 



Eninə  kəsikdə  ölçüləri,  nominal  kəsiyin  həndəsi  mərkəzindən 

(0) hesablanan 

dəyişən radiusla (R) təyin etmək olar. Bu radius cari 

ölçü 

adlanır,  x  koordinatının  (B-B  -  kəsiyi)  vəziyyətindən  və 

nöqt

ənin  ∆  bucağı  koordinatından  (∆



1

,  R



radiusunun  bucaq 

koordinat

ıdır)  asılıdır. Cari  ölçü  R-in, R



0

-ö

lçüsündən  sapması  ∆R-i 

aşağıdakı asılılıqdan tapmaq olar 

 

)



(

f

R



R

R

ϕ



=

=



0

.  



 

(12.1) 


 

348 

 

Burada  f(



ϕ)  funksiyası  profilin  xətasını  xarakterizə  edir  (ϕ  

polyar buc

aqdır). 

Eninə kəsiyin dövrəsi qapayıcılıq şərtini ödədiyindən  

   

)

(



f

)

(



f

ϕ

=



π

+

ϕ 2



              (12.2) 

 

Həqiqi  profilin  analitik  təsəvvürü  üçün  xətaların  dağılma 



funksiyasını (ϕ) Furye sırası şəklində vermək olar,  

 

(



)



=

ϕ

+



ϕ

+

=



ϕ

1

0



2

R

R

R

R

sin

b

R

cos

a

a

)

(

f

      (12.3) 

 

Burada


2

0

a



dağılmanın  sıfır  həddi,  a



R

,b

R

  -  Furye 

sırasının  R 

harmoniklik 

əmsalları; R

 



sıra nömrəsidir. 

Furye 


sırasını aşağıdakı şəkildə də göstərmək olar 

 



=

ϕ



+

ϕ

+



=

ϕ

1



0

2

R



R

R

)

R

cos

C

(

C

)

(

f

.            (12.4) 

 

Burada  C



R,

  R  harmonikliyinin  amplit

udası;  ϕ



başlanğıc 



fazadır. 

Furye 


sırasından məhdud  hədlərlə  triqonometrik  polinom 

şəklində istifadə etsək  

 

.

)

R

cos(

C

C

)

(

f

n

R

R

R

=



+

+

=



1

0

2



ϕ

ϕ

ϕ



 

         (12.5) 

 

n - polinomun 

yüksək harmonikliyinin sıra nömrəsidir.  

Furye 

nəzəriyyəsinə görə dağılmanın sıfır həddi, ümumi halda 



T=2

π dövrü üçün (ϕ) funksiyasının orta qiymətidir  



349 

 



π

ϕ

ϕ



π

=

2



0

2

1



2

d

)



(

f

C



 

Beləliklə 



2

0

C



,  cari  ölçünün  sapm

asının daimi tərkib hissəsidir. 

Dağılmanın  birinci  həddi  S

1

cos(

ϕ+ϕ



1

), 

fırlanma  mərkəzi  O'



 

-in  en 


kəsiyinin  həndəsi  mərkəzi  O-  a  (eksentrisitet)  uyğun  olmadığını 

göst


ərir. Burada C

1

 

və ϕ



1

 

uyğun olaraq eksentrisitetin amplitudası və 



fazasıdır. 

Sıranın hədləri ikincidən başlayaraq R-ə qədər R=P-dir.  

 



=



+

P

R

R

R

)

R

cos(

C

2

ϕ



ϕ

    


         (12.6) 

 

ifadəsi  eninə  kəsikdə  detalın  forma  sapmasının  spektrini  yaradır. 



Burada  Furye 

sırasının ikinci həddi C





cos(2

ϕ+ϕ



2

) 

ovallığı, üçüncü 

həddi C



cos(3

ϕ+ϕ



3

) üç t

əpəli çoxtilliyi və s. ifadə edir. Sıranın R>P

 

nöm


rələri olan sonrakı hədləri dalğalılığı göstərir. Nəhayət, sıradakı 

hədlərin  sayı  kifayət  qədər  artdıqda,  səthin  kələ-kötürlüyünü 

xarakt

erizə edən yüksək tezlikli ifadə alırıq.  



Analoji olaraq silindrik 

səthin uzununa kəsiyinin sapmasını da 

göst

ərmək olar. Ancaq bu halda dairənin qapayıcılıq şərti ödənmir 



 

)

(



)

(

l



z

f

z

f

+

±



 

(12.7) 



 

Burada z - silindrin oxu boyu hesablanan 

dəyişən;  z  l; 

l -

 

det



alın uzunluğudur.  

R, 

ϕ, z-i silindrik koordinat sisteminə daxil edib, şərti  olaraq 



T=2l 

qəbul etsək və real silindrik detalın uzununa kəsikdə dövrəsini 

triqonometrik polinom 

şəkilində göstərsək, yaza bilərik 



350 

 



=

+



p

R

R

.

z

l

R

sin

C

C

)

z

(

f

1

0



2

2

π



             (12.8) 

 

Burada  R  



dağılma  həddinin  sıra  nömrəsidir.  R=1-də  birinci 

hədd 




z

π

sin0,5



C

(z)


f

1

1



=

-

dır.  Onda  z=0  -  da  f



1

(z)=0  

və  z=l-də   



f

1

(z)=c

1  

olacaqdır. 

Birinci 

dağılma  həddi  silindrin  doğuranının  əyilməsini 

(konusluq),  ikinci 

dağılma  həddi 



l

z

C

z

f

π

sin



)

(

2



2

=

,  uzununa 



kəsikdə  dövrənin  qabarıqlılığını  (çəlləkvarilik)  xarakterizə  edir. 

Həmin hədd  

 

l

z

C

l

z

c

z

f

π

π



π

cos


sin

)

(



2

2

2



2

=







=

 

 



fazasının yerdəyişməsində yəhərvariliyi göstərir.  

Həndəsi parametrlərin sapmalarını ümumi şəkildə aşağıdakı ki-

mi 

qruplaşdırmaq  olar:  xüsusi  ölçüdən  sapmanı  ∆D,  sıfır  tərtibli 



sapmaya; 

səthlərin  yerləşməsindən  sapmanı  (e),  birinci  tərtibli 

sapmaya; 

səthlərin formasında sapmanın (∆

f

), ikinji t



ərtibli sapmaya; 

dalğalılığı,  üçüncü  tərtibli  sapmaya,  səthin  kələ-kötürlüyünü, 

dördüncü t

ərtibli sapmaya aid etmək olar (şəkil12.1).  

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin