Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
Azf-295386


Standart  

standartlaşdırılan  obyektə  kompleks  normalar, 

qayda

lar  müəyyən  edən  və  səlahiyyətli  orqanlar  tərəfindən  təsdiq 



edilən, standartlaşdırmanın normativ texniki sənədidir. 

307 

 

Standartlaşdırma  üzrə  normativ  sənəd  -müəyyən  növ  fəa-

liyyətin, yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma, 

qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır. 



Standartlaşdırma obyekti-standartlaşdırılacaq və ya standart-

laşmaya məruz qalmış məhsul, iş və xidmətdir. 



Azərbaycan Respublikasının dövlət standartı - Azərbaycan 

Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə 



vlət Komitəsi tərəfindən təsdiq edilmiş milli standartdır. 

Sahə standartı-Azərbaycan Respublikasının nazirliyi (idarəsi) 

tərəfindən təsdiq olunmuş standartdır. 



Müəssisə  standartı-müəssisə  tərəfindən  təsdiq  olunmuş  və 

ancaq həmin müəssisədə tətbiq olunan standartdır. 



Texniki  şərtlər-sifarişçi  müəssisə  (istehlakçı)  ilə  razılaşdırıl-

mış və istehsalçı müəssisə tərəfindən təsdiq edilmiş konkret məhsula 

(xidmətə) aid olan normativ sənədlərdir. 



vlətlərarası standart (ГОСТ)-standartlaşdırma, metrologi-

ya və sertifikatlaşdırma üzrə birgə siyasət aparma haqqında müqavilə 

bağlayan  dövlətlər  tərəfindən  bilavasitə  qəbul  və  tətbiq  edilən 

standartdır. 



Milli standart-

hər hansı bir ölkənin standartlaşdırma üzrə milli 

orqanı tərəfindən qəbul edilmiş standartdır. 

Standartlar toplusu-

qarşılıqlı  əlaqəli  standartlaşdırma 

obyektləri  üçün  uyğun  tələblər  irəli  sürən  və  ümumi  məqsədə 

nəlmiş qarşılıqlı əlaqəli standartlar yığımına deyilir. 



Beynəlxalq  standartlaşdırma-bütün  ölkələrin  uyğun 

orqa


nlarının iştirakı üçün açıq standartlaşdırmadır. 

Regional 

standartlaşdırma-dünyanın müəyyən bir coğrafi və 

ya iqtisadi reqionunda yerləşən ölkələrin uyğun orqanlarının iştirakı 

üçün açıq olan standartlaşdırmadır. 

Milli  standartlaşdırma-konkret bir ölkə  səviyyəsində  həyata 

keçirilən standartlaşdırmaya deyilir. 



Təhlükəsizlik-ziyan  ehtimallı  yolverilməz  riskin  olmamasına 

deyilir. 



İnsanların sağlamlığının qorunması-insanların sağlamlığının 

məhsulların,  proseslərin,  xidmətlərin  və  ətraf  mühitin  ziyanlı 

təsirindən mühafizəsinə deyilir. 


308 

 

Ətraf  mühitin  qorunması-ətraf  mühitin,  məhsulların, 

proseslərin və xidmətlərin ziyanlı təsirindən mühafizəsinə deyilir. 

Uyğunluq-məhsulların, proseslərin və xidmətlərin xoşagəlməz 

qarşılıqlı  təsir  yaratmadan,  verilmiş  şəraitdə  qəbul  olunan  tələbləri 

ö

dəməklə birgə istifadələrinə yararlılığa deyilir. 



Standartların  (texniki  şərtlərin)  tətbiqi-standartlardan, 

(texniki  şərtlərdən)  tətbiq  və  təsir  sahəsinə  uyğun  olaraq 

standartlarda  (texniki  şərtlərdə)  müəyyən  edilmiş  tələblərə  əməl 

etməklə istifadəyə, eləcə də standartlardan (texniki şərtlərdən) sorğu 

məlumat məqsədilə istifadə etməyə deyilir. 



Beynəlxalq, regional və ya başqa ölkənin milli standartının 

tətbiqi - beynəlxalq, regional və ya başqa ölkənin milli standartının 

mətninin  tamamilə  və  ya  bir  hissəsinin  standartlaşdırma  üzrə  milli 

normativ sənədlərə daxil edilməklə istifadəsinə deyilir. 

Standartın  (texniki  şərtlərin)  tətbiq  edilmə  tarixi-  

standartın (texniki şərtlərin) hüquqi qüvvə alma tarixinə deyilir. 



Standartın (texniki şərtlərin) istifadəçisi-standartdan (texniki 

şərtlərdən)  istehsalat, elmi-tədqiqat,  təcrübi-konstruktor, texnoloji, 

tədris-pedaqoji və başqa növ əmək fəaliyyətində istifadə edən hüquqi 

və ya fiziki şəxsə deyilir. 



Vahidləşdirmə 

(adi 

unifikasiya-lat.unio-vahid 

və          

facere-

etmək  sözlərindən  alınmışdır)-eyni  funksional  təyinatlı 

obyektlərin  müəyyən  edilmiş  oxşar  əlamətlərinə  görə  vahid  şəklə 

gətirilməsinə  və  onların  səmərəli  tətbiqinə  əsaslanaraq,  saylarının 

məqsədə uyğun şəkildə azaldılmasına deyilir. Vahidləşdirmə, yüksək 

keyfiyyət göstəricilərinə malik, tam qarşılıqlı əvəzolunma təmin edən 

detalların,  yığım  vahidlərinin  və  məmulların  tiplərinə,  növlərinə  və 

tip  ö

lçülərinə  görə  minimum,  lakin  kifayət  edəcək  qədər  saylarını 



müəyyən edir. Vahidləşdirmə standartlaşdırmanın geniş yayılmış ən 

effektli  formasıdır.  Əgər  vahidləşdirmənin  nəticələri  standart  kimi 

sənədləşdirilməyibsə,  onu  standartlaşdırmaya  qədər  tətbiq  etmək 

olar.  Məmulların,  onların  tərkib  hissələrinin  və  detallarının 

standartlaşdırılması,  onların  vahidləşdirilməsini  tələb  edir.  

Materialların  markaları,  tərkibi  və  ölçüləri,  proseslər,  alətlər, 

texnoloji  quruluşlar,  sınaq  metodları,  sənədlər,  terminlər,  şərti 


309 

 

işarələr və s. vahidləşdirilməlidir. Vahidləşdirimənin əsası sistemləş-



dirmə və sinifləşdirmədir. 

Sistemləşdirmə  -  əşyaların,  hadisələrin  yaxud  anlayışların, 

işlətmək üçün rahat olan, dəqiq sistem şəklində, müəyyən sayda və 

ardıcıllıqla  düzülməsinə  deyilir.  Sistemləşdirmədə  obyektlərin 

qarşılıqlı əlaqəsini nəzərə almaq lazımdır. Sistemləşdirmənin ən sadə 

forması  obyektlərin  əlifba  sırası  və  yaxud  rəqəm  ardıcıllığı  ilə 

düzülməsidir. Belə sistemləri sorğu məlumatı materriallarının ardıcıl 

düzülməsində,  biblioqrafiyada,  standartların  qeydiyyatında  və  s. 

istifadə  edirlər.  Maşınların,  onların  tərkib  hissələrinin,  detallarının 

ö

lçülərini  və  parametrlərini  sistemləşdirmək  üçün  üstün  tutulan 



ədədlər sırasından istifadə edilir. 

Sinifləşdirmə  (təsnifat)-sistemləşdirmənin  xüsusi  növü olub 

müxtəlif  sahələrdə  geniş  tətbiq  tapmışdır.  Onun  məqsədi  əşyaları, 

hadisələri,  anlayışları  ümumi  əlamətlərinə  görə  siniflərə, 

yarımsiniflərə,  dərəcələrə  görə  düzməkdir.    Sinifləşdirmə  əsasında 



universal  onluq  təsnifatı  (UOT)  yaradılmışdır  (rus  dilində  УДК, 

универсалъная десятичная классификация ). 



Universal  onluq  təsnifatı  (UOT)-texniki  və  humanitar 

ədəbiyyatların indekslə  FƏSİLlərə bölünməsinin beynəlxalq sistemi 

kimi  qəbul  edilmişdir.  Məsələn:  UDK  62-  texnikanı;  UDK621-

ümumi maşınqayırma və elektronikanı, UDK621.3- elektronikanı və 

s. xarakterizə edir. 

Simplifikasiya 

(müvəqqəti  vahidləşdirmə)  -  standartlaşdırma-

nın müəyyən forması olub, məmulların tiplərinin və başqa növ müx-

təlifliklərinin  sayının,  verilmiş  vaxt    müddətində,  lazım  olan  tələ-

batları ödəməklə azaldılmasına deyilir. 

Qarşılıqlı əvəzolunma-məmulatların (maşın, mexanizm, cihaz 

və s.) və yaxud başqa növ məhsulların (xammal, material və s.) çoxlu 

sayda nüsxələrinin hər birinin digəri ilə bərabər səviyyədə əvəz oluna 

bilməsi xassəsinə deyilir. 



Məmulun konstruksiyasının tipləşdirilməsi-məmullar, yığım 

vahidləri  və  detallar  üçün  ümumi  konstruktiv  parametrləri  olan  tip 

konstruksiyalarının  işlənməsinə  və  müəyyənləşdirilməsinə  deyilir. 

Tipləşdirmədə,  nəinki  məmulların,  onların  tərkib  hissələrinin 

detallarının  tipləri  və  tip  ölçüləri  analiz edilir, eyni zamanda elm


310 

 

texnika və istehsalatın inkişafı nəzərə alınır, yeni perspektivli  kons-



truksiyalar işlənir. 

Texnoloji proseslərin tipləşdirilməsi-müxtəlif təsnifat  qrup-

larına daxil olan eyni tipli  detalların  hazırlanması, eyni tipli tərkib 

hissələrin  və  məmulatların  yığılması  üçün  texnoloji  proseslərin 

işlənməsi  və  təyin  edilməsinə  deyilir.  Texnoloji  proseslərin  tipləş-

dirilməsindən  əvvəl  detallar,  yığım  vahidləri  və  məmullar  sinifləş-

dirilməli,  onların  tipik  nümunələri  və  ümumi  əlamətlərinin  sayı 

müəyyən edilməlidir. 

Aqreqatlaşdırma-maşınların,  avadanlıqların,  cihazların  və 

digər  məmulatların  vahidləşdirilmiş  standart  aqreqatların  müxtəlif 

sayından və tərtibindən yaradılması prinsipinə deyilir. Bu aqreqatlar 

istismar gö

stəricilərinə  və  birləşən  səthlərinə  görə  tam  qarşılıqlı 

əvəzolunan  olmalıdırlar.  Aqreqatlaşdırmada  əsas  prinsip  minimum 

sayda aqreqatlardan, maksimum sayda müxtəlif tərtibli avadanlıqlar 

yaratmaqdır.  Aqreqatlaşdırmanın  geniş  yayılmış  sahələrindən  biri 

metalkəsən  dəzgahların  müxtəlif  aqreqatlardan  yığılmasıdır. 

Aqreqatlaşdırmanın  prinsiplərindən  sənayenin  müxtəlif  sahələrində 

geniş istifadə edilməsi, avadanlıqların yeni növlərinin yaradılması və 

onların  modifi-kasiyası  zamanı  layihə-konstruktor  işlərinin  azalma-

sına,  istehsalın  hazırlanması  və  istifadəyə  verilməsinə,  məmulların 

hazırlanma  xərclərinin  azalmasına  imkan  verir.  Maşınların  kons-

truksiya

larının  aqreqatlaşdırılmasının  gələcək  inkişafı  aqreqatlaşdır-

manın nəzəri əsaslarının yaradılmasını tələb edir. 

Üstün tutulan ədədlər sırası. Texnikada üstün tutulan ədədlər 

sırası geniş tətbiq edilir. Bu ədədlərin əsasında üstün tutulan ölçülər 

təyin  edilir.  İSO-nun tövsiyələrinə  görə  üstün  tutulan  ədədlər  sırası 

normalaşdırılmışdır. Üstün tutulan ədədlər sırası aşağıdakılardır: 

)

00

,



4

;

50



,

2

;



60

,

1



;

00

,



1

(

5



;

6

,



1

10

5



R

=



ϕ

 

sırası üçün; 



)

00

,



2

;

60



,

1

;



25

,

1



;

00

,



1

(

10



;

25

,



1

10

10



R

=



ϕ

sırası üçün; 

)

40

,



1

;

25



,

1

;



12

,

1



;

00

,



1

(

20



;

12

,



1

10

20



R

=



ϕ

 

sırası üçün; 



)

18

,



1

;

12



,

1

;



06

,

1



;

00

,



1

(

40



;

06

,



1

10

40



R

=



ϕ

 

sırası üçün. 



 

Sıranın hər bir rəqəmi əvvəlki rəqəmlə 

ϕ

 

ədədinin hasilinə bə-



ra

bərdir.  Ölçülərin  seçilməsi  üçün  üstün  tutulan  ədədlər  sırası  əsa-



311 

 

sında  nominal  ölçülər  standartı  (ГОСТ  6636-69)  işlənmişdir.  Bu 



standart 0,001mm-

dən 20000mm-ə qədər xətti ölçülərin əsas sıraları-

nı müəyyənləşdirir. 

Məhsulun  standartlaşdırma  və  vahidləşdirmə  səviyyəsi     

gös

təricisi - Məmulların standartlaşdırma və vahidləşdirmə  səviyyə-

si kimi, o

nların stanlaşdırılmış və vahidləşdirilmiş tərkib hissələri ilə 

təchiz  edilməsi  başa  düşülür.  Standartlaşdırma  və  vahidləşdirmə 

səviyyəsi aşağıdakı ilə təyin edilir: tətbiq etmə əmsalı 

 

100



.



=

n

n

n

K

o

e

T

.                          (9.1) 

 

Bunda  



məmulda olan detalların tip ölçülərinin ümumi sayı; 

o

n

bu məmul üçün ilk dəfə tətbiq edilmiş orjinal detalların sayıdır. 



Bundan başqa əmək tutumu, kütlə, qiymət və detalların sayına 

rə  təyin  edilən  əmsallardan  da  istifadə  edilir.  Layihələrarası 



vahidləşdirmə əmsalı aşağıdakı ifadə ilə təyin edilir: 

 

K

e.a

100


1

max


1



=



=

=



n

i

i

n

i

i

n

n

Q

n

.                                        

(9.2) 

 

Burada  n



 

baxılan  məmulların  (layihələrin)  sayı; 



n

-i           

məmuldakı tərkib  hissələrinin tip  ölçülərinin sayıdır, 

   


=

=



m

j

j

q

Q

1



 

Q  -  n 

məmulun  tərkib  hissələrinin  tip  ölçülərinin  sayı;    q



j

-j 

tərkib hissəsində olan eyni tip ölçülərin növ müxtəlifliklərinin sayı; 



312 

 

m



 

- 

buraxılan məmullardakı tərkib hissələrin adlarının ümumi sayı; 



n

max


  - 

məmuldakı tərkib hissələrin tip ölçülərinin sayıdır. Göstərilən 

əmsalları hesablayarkən  bərkidici detallar, işgillər, aralıqlar, alətlər 

və  buna  oxşar  digər  detallar  nəzərə  alınmır  və  onlar  ayrıca  qeyd 

edilir. 

 

 



 

 

 



313 

 



FƏSİL. STANDARTLAŞDIRMANIN  

ÜMUMİ  MÜDDƏALARI 

 

Standartlaşdırma  üzrə  məsələlərin  həlli,  onlar  haqqında 



müddəalara  uyğun  olaraq,  normativ  sənədlərlə  müəyyən  edilir. 

Standasrtlaşdırmanın  əsas  vəzifəsi  təssərrüfatın  müxtəlif  sahələrinin, 

əhalinin,  ölkənin  müdafiəsinin  ehtiyacları  üçün  lazım  olan  və  xarici 

ö

lkələrlə  mübadilə  və  satış  üçün  hazırlanan  məhsullara  mütərəqqi 



tələblər  müəyyən  edən  normativ  texniki  sənədlər  sistemini  yaratmaq 

və həmin sənədlərdən düzgün istifadə edilməsinə nəzarət etməkdir. 

 

10.1. 

Standartlaşdırmanın məqsəd və vəzifələri 

 

Standartlaşdırmanın məqsədləri aşağıdakılardır: 

məhsulların  keyfiyyət  və  nomenklaturasının,  xidmət  və 



proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyin təmin 

olunması,  ətraf  mühitin  mühafizəsi  məsələlərində  dövlət  və 

istehlakçıların mənafeyinin müdafiəsi

xalq  təsərrüfatı  və  əhalinin  tələbatına,  elm  və  texnikanın 



inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi; 

məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəzolunmasının 



təmini; 

insan  və  material  ehtiyatlarına  qənaət  edilməsinə  köməklik 



stərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması; 

istehsalda  və  ticarətdə  texniki  maneələri  aradan  qaldırmaqla 



məhsulların  dünya  bazarında  rəqabətliyinin  və  dövlətin  beynəlxalq  və 

vlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi; 



təbii  və  texnogen  qəzaların  və  digər  fövqəladə  vəziyyətlərin 

yaranması  təhlükəsi  nəzərə  alınmaqla  xalq  təsərrüfatı  obyektlərinin 

təhlükəsizliyinin qorunması; 

səfərbərliyə hazırlığa və müdafiə qabiliyyətinin  yüksəldilmə-



sinə köməklik göstərilməsi. 

 

Standartla



şdırmanın əsas vəzifələri aşağıdakılardır: 

layihəçi,  istehsalçı,  satıcı  və  istehlakçılar  arasında  qarşılıqlı 



anlaşmanın təmin edilməsi; 

314 

 



istehlakçı  və  dövlətin  mənafeyi  naminə  məhsulun  no-

menklatura və keyfiyyətinə, o cümlədən insanların həyatı, sağlamlığı 

və  əmlakının  təhlükəsizliyini,  ətraf  mühitin  mühafizə-sinin 

qorunmasını təmin edəcək optimal tələblərin müəyyən-ləşdirilməsi; 

məhsulun  uyğunluğuna  (konstruktiv,  elektrik,  elektromaq-nit, 



məlumat, proqram və s.), eləcə də qarşılıqlı əvəzolunmasına tələblərin 

təyin edilməsi; 

məhsulun  göstərici  xarakteristikalarının,  elementlərinin, 



dəstləşdirici 

məmulatlarının, 

xammal 

və 


materiallarının 

uyğunlaşdırılması və əlaqələndirilməsi; 

metroloji  normaların,  qaydaların,  nizamnamə  və  tələblərin 



təyin edilməsi; 

nəzarətin (sınaq, analiz, ölçü), sertifikatlaşdırılma və məhsulun 



keyfiyyətinin qiymətləndirilməsinin normativ texniki təminatı; 

texnoloji proseslər, həmçinin material və əmək sərfinin, enerji 



tutumunun  azaldılması,  az  tullantılı  texnologiyanın  tətbiqi-nin  təmin 

edilməsi üçün tələblərin təyin edilməsi; 

texniki  iqtisadi  məlumatın  təsnifləşdirilmə  və  kodlaşdırıl-ma 



sisteminin yaradılması və aparılması; 

-  dö


vlətlərarası  və  dövlət,  sosial-iqtisadi  və  elmi-texniki 

proqramların  (layihələrin),  infrastruktur  komplekslərin  (nəqliyyat, 

rabitə,  müdafiə,  ətraf  mühitin  mühafizəsi,  yaşayış  mühitinə  nəzarət, 

əhalinin təhlükəsizliyi və s.) normativ təminatı; 

istehlakçıları  məhsulun  nomenklaturası  və  əsas  göstərici-ləri 



haqqında  məlumatla  təmin  etmək  üçün  kataloqlaşdırma  sisteminin 

yaradılması; 

Azərbaycan  Respublikası  qanunvericiliyinin  yerinə  yetirilmə-



sində standartlaşdırma metod və vasitələri ilə köməklik. 

 

10.2.    

Standartlaşdırmanın  əsas  prinsipləri 

Standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi bütün marağı 

olan  tərəflərin,  məhsulun  layihəçilərinin,  istehsalçılarının,  məhsulun 

çoxçeşidliliyinin, keyfiyyətinin, səmərəliliyinin tətbiqinin uyğunluğu və 

qarşılıqlı əvəzolunmasının, insanların həyatı, sağlamlığı və əmlakı üçün 

təhlükəsizliyinin, ətraf mühitin qorunmasının və başqa qarşılıqlı maraq 



315 

 

doğuran məsələlərin idarə edilməsində tərəflərin hər birinin rəyi nəzərə 



alınmaqla onların qarşılıqlı istəyinə əsaslanmalıdır. 

Beynəlxalq standartlaşdırmada konsensus termini işlənir. Bu ad 

altında  marağı  olan  tərəflərin  çoxunun  məsələnin  məğzinə  etiraz 

etməməsi, bütün tərəflərin rəyini nəzərə almaq və üst-üstə düşməyən 

nöqteyi-

nəzərləri yaxınlaşdırmaq istəyinin olması nəzərdə tutulur. 

Standartın  yaradılmasının  məqsədəuyğunluğu,  onun  sosial, 

texn


iki və iqtisadi labüdlüyü və tətbiqinin qənaətbəxşliyi ilə qiymət-

ləndirilir. 

İnsanların  həyatı,  sağlamlığı  və  əmlakının  təhlükəsizliyini, 

mühitin  qorunmasını,  məhsulun  uyğunluğu  və  qarşılıqlı  əvəzolunma 

qabiliyyətinin  təmin  edilməsi  üzrə  standartların  yaradılmasına 

üstünlük verilir. 

Standartları  elə  işləmək  lazımdır  ki,  onlar  beynəlxalq  ticarətə 

maneə törətməsinlər. 

Standart və texniki şərtlər yaradıldıqda layihələrə diqqət  yetiril-

məli və qəbul edilmiş beynəlxalq və regional standartları, BMT, EİK 

və  başqa  beynəlxalq  təşkilatların  qaydaları,eləcə  də  lazım  gəldikdə 

başqa  ölkələrin  milli standartları  nəzərə alınmalıdır. 

Standartlar hazırlanarkən aşağıdakılar təmin edilməlidir: 

-  st


andartların  tələbləri  qanunvericilik  normalarına,  eləcə  də 

vlət  nəzarəti  funksiyasını  yerinə  yetirən  orqanların  norma  və 



qaydalarına uyğun olmalıdır; 

metroloji təminat da daxil olmaqla qarşılıqlı əlaqəli obyektlərin 



standartları,  həmin  obyektlərə  verilən  tələblərin  razılaşdırılması  və 

standartlaşdırma  üzrə  normativ  sənədlərin  qüvvəyə  minmə  

müddətlərinin əlaqələndirilməsi yolu ilə kompleks halda olmalıdır; 

standarta daxil edilən tələblər optimal olmalıdır. 



Elm  və  texnikanın  müasir  naliyyətlərinə  ölkələrin  və  xaricin 

qabaqcıl  təcrübəsinə  uyğunluğunu  təmin  etmək  üçün  standartların 

hnəlmiş tələbləri vaxtında dəyişdirilməli və standart vaxtaşırı olaraq 



yeniləşdirilməlidir. 

Standartlar  standartlaşdırılacaq  obyektin  əsas  xassələrinə, 

insanların  həyatı,  sağlamlığı  və  əmlakının  təhlükəsizliyini,  ətraf 

mühitin qorunmasını, uyğunluq və qarşılıqlı əvəzolunma qabiliyyətlə-

rini,  eləcə  də  nişanlama  qaydaları  və  nəzarət  üsullarını  təmin  edən 


316 

 

tələblər  daxil  edilməklə  elə  tələblər  müəyyən  etməlidirlər  ki,  onlar 



obyektiv yoxlana bilinsin. 

Məhsul  və  xidmət  standartları  sertifikatlaşdırma  məqsədləri 

üçün yararlı olmalıdır. 

Standartların tələblərinin birmənalı başa düşülməsi üçün, o dəqiq 

və aydın şərh olunmalıdır. 

Eyni standartlaşdırma obyektlərinin standartlarının müxtəlif idarə 

səviyyələrində təkrar işlənib hazırlanmasına yol verilməməlidir. 

 

10.3. Standartlaşdırma üzrə işlərin təşkili 

 

Azərbaycan  Respublikasında  standartlaşdırma  üzrə  Dövlət  ida-



rəetmə  fəaliyyətini  Azərbaycan  Respublikası  Metrologiya,  Standart-

laşdırma və Patentləşdirmə üzrə Dövlət Komitəsi həyata keçirir. 

Digər Dövlət idarəetmə orqanları standartlaşdırma üzrə    fəaliy-

yəti öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər. 

Xalq  təsərrüfatı  sahələrində  və  digər  fəaliyyət  dairələrində 

standartla

şdırma  üzrə  işləri  təşkil  etmək  və  istiqamətləndirmək  üçün 

Azərbaycan  Respublikasının  nazirliklərində  (idarələrində),  lazım 

gəldikdə  standartlaşdırma  bölmələri  və  ya  standartlaşdırma  üzrə  baş 

təşkilat yaradılır. 

 

Azərbaycan Respublikası Dövlət standartlarının, standartlaşdır-



ma üzrə başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, ra-

zılaşdırılması və təsdiq etmək üçün hazırlanması, eləcə də beynəlxalq 

(regional) 

standartlaşdırma üzrə işlərin aparılması üçün standartlaşdır-

ma üzrə  texnik komitələr (TK)  yaradılır. 

  TK - 


lərin işinə  könüllülük əsasında marağı olan müəssisə və 

təşkilatların,  sifarişçilərin,  məhsul  istehsalçılarının,  standartlaş-dırma, 

metrologiya  və  sertifikatlaşdırma  üzrə  orqan  və  təşkilatların, 

istehlakçıların,  ictimai  təşkilatların,  elmi  tədqiqat  və  mühəndis 

cəmiyyətlərinin səlahiyyətli nümayəndələri cəlb edilir. 

  TK  - 


lərin  işinə  alimlər  və  aparıcı  mütəxəssislər  cəlb 

edilməlidir. 

  TK - 

lər müəyyən məhsul, texnologiya, yaxud fəaliyyət növləri 



üzrə  ixtisaslaşan  və  həmin  sahələrdə  kifayət  dərəcədə  yüksək  elmi-

texniki potensiala malik olan müəssisələrin (təşkilatların), o cümlədən 



317 

 

Azərbaycan Respublikası Metrologiya Standartlaşdırma və Patent üzrə 



vlət Komitəsinin (ARSMPDK) bazasında yaradılır. 

 

Standartlaşdırma  üzrə  TK-lər    marağı  olan  müəssisə  və  idarə 



orqanlarının  təklifləri  əsasında  ARSMPDK-nin  qərarları  ilə  təşkil 

edilir  və  qeydə alınır. 

  TK  ö

z  fəaliyyətini  “Standartlaşdırma  üzrə  texniki  komitə 



haqqında  nümunəvi  qaydalar”  əsasında  işlənmiş  TK  haqqında 

qaydalara müvafiq o

laraq yerinə yetirir. 

 

Müəssisələrdə 



yaradılan 

standartlaşdırma 

bölmələri 

(konstruktor-texnoloji, elmi-

tətqiqat  şöbələri,  laboratoriya,  büro) 

standartlaşdırma üzrə elmi-tədqiqat, təcrübi-konstruktor və başqa işləri 

yerinə  yetirir,  müəssisənin  başqa  bölmələrinin  standartlaşdırma  üzrə 

rdüyü  işlərdə  iştirak  edir,  eləcə  də  müəssisənin  standartlaşdırma 



üzrə işlərinə təşkilati - metodiki    və elmi-texniki rəhbərlik edir. 

 

Standartlaşdırma bölmələri öz işini standartlaşdırma bölmələri 



haqqında tövsiyələrə müvafiq olaraq yerinə yetirir. 

 

Standartlaşdırma  üzrə  işlər  görülərkən  istehlakçıların  mara-



ğının mümkün qədər tam nəzərə alınması üçün TK (standartı hazırla-

yarkən) istehlakçıların ictimai təşkilatları ilə əlbir işləyir. 

 

Bu  əlbirlik  istehsalçıları  aşağıdakı  məsələlərin  həllinə  cəlb 



etməklə əldə edilir: 

  - 


məhsulun nomenklaturası və keyfiyyətinə olan tələblərin eləcə 

də keyfiyyətin qiymətləndirilməsi üsullarının təyin edilməsində

  - 

standartların işlənməsi və yeniləşdirilməsi üzrə təkliflərin ha-



zırlanmasında; 

  - 


standart layihələrinin işlənməsində bilavasitə  iştirak         etmək-

lə. 


  Sosial iqtisadi, elmi-

texniki proqram və layihələr işləyib həyata 

keçirən müəssisələr lazımi standartların işlənməsini nəzərdə tutmalı və 

təmin etməlidirlər. 

 

Əsasverici tələblər (təşkilati-metodiki və ümumi texniki)     insan 



həyatı,  sağlamlığı  və  əmlakının  təhlükəsizliyini,  ətraf  mühitin  qo-

runmasını, uyğunluğu və qarşılıqlı əvəzolunmanı təmin edən məhsulun 

keyfiyyətinə məcburi tələbləri müəyyən edən Azərbaycan Respublikası 

vlət  standartlarının  işlənməsinin,  eləcə  də  beynəlxalq (regional)  və 



318 

 

başqa ölkələrin milli standartlarının Azərbaycan  Dövlət standartları kimi 



işlənib istifadə edilməsinin sifarişçisi ARSMPDK-dır. 

 

Nazirliklər (idarələr), müəssisələr və müəssisələr birliyi,   eləcə 



də istehlakçıların ictimai təşkilatları, elmi-texniki və mühəndis cəmiy-

yətləri də Azərbaycan Dövlət standatrlarının sifarişçisi ola bilərlər. 

 

Azərbaycan  Respublikasında  Dövlət  standartlaşdırılması  üzrə 



işlər  TK-lərin,  müəssisələrin  və  müəssisə  birliklərinin,  nazirliklərin 

(idarələrin)  perspektiv  proqpamları  (planları)  əsasında  tərtib  edilmiş 

illik planlar üzrə yerinə yetirilir. 

  Dö


vlət standartlaşdırılması planına birinci növbədə        res-

publika standatrlarının, beynəlxalq (regional) və başqa ölkələrin milli 

standartlarının  tələbləri  ilə  harmonikliyini,  məhsulun,  proseslərin, 

xidmətlərin, insanların sağlamlığı və mənafelərinin qorunması, dövlət 

sosial-

iqtisadi  və  elmi-texniki  proqram  və  layihələrinin  həyata 



keçirilməsini təmin edəcək işlər daxil edilir. 

vlət  standartlaşdırılması  plan  tapşırıqlarının  yerinə 



yetirilməsi, dövlət büdcəsi vəsaitlərinin sərf edilməsinin uçotu, nəzarət 

altında saxlanması və bu işlərin nizamlanması ARSMPDK tərəfindən 

yerinə yetirilir. 

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin