Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


 Ö lçmənin yerinə yetirilməsi metodikası



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
Azf-295386


6.5. Ö

lçmənin yerinə yetirilməsi metodikası 

 

Ö

lçmənin  yerinə  yetirilməsi  metodikası  ölçmənin  nəticələ-

rinin 


təminatlı dəqiqliklə, qəbul edilmiş metoda uyğun alınmasını tə-

min edən əməliyyatların və qaydaların təyin edilmiş sayıdır. 

Ö

lçmənin  yerinə  yetirilməsi  metodikasını,  aşağıda  göstərilən 



başlanğıc məlumatlar əsasında işləyirlər: 

263 

 

 



tətbiq sahəsi göstərilən təyinat, ölçülən kəmiyyətin və onun 

xarakteristikalarının  adları,  ölçülən  obyektin  xarakteristikaları,  əgər 

onlar ö

lçmə xətasına təsir edirlərsə; 



 ö

lçmə vasitəsinə tələblər; 

 

nominal  qiymətlər  şəklində  verilmiş  ölçmə  şərtləri,  yaxud 



təsir  edən  kəmiyyətlərin  mümkün  qiymətlərinin  diapozonlarının 

sərhədləri; 

  indekasiya nö

vü  və  ölçmənin  nəticələrinin  təqdim  etmə 

forması; 

 ö


lçmə qaydalarının avtomatlaşdırılmasına verilən tələblər; 

 

yerinə  yetirilən  işlərin  təhlükəsizliyinin  təmin  edilməsinə 



verilən tələblər: 

  ö


lçmələrin  yerinə  yetirilməsi  metodikasına  verilən  digər 

tələblər (əgər onlar lazımdırsa). 

Ö

lçmələrin  yerinə  yetirilməsi  metodikasının  işlənməsi  bir 



qayda olaraq aşağıdakı mərhələləri əhatə edir: 

  ö


lçmənin  yerinə  yetirilməsi  metodikasının  işlənməsinə 

texniki tapşırığın yazılması, razılaşdırılması və təsdiq edilməsi; 

işlənmək üçün başlanğıc məlumatların formalaşdırılması; 



 

normativ  sənədlər  əsasında  ölçməninin  metodlarının  və 

vasitələrinin  seçilməsi (yaxud işlənməsi); 

  ö


lçmənin  yerinə  yetirilməsində əməliyyatiların ardıcıllığının 

və  məzmununun  təyin  edilməsi,  ara  nəticələrin  emalı  və  ölçmənin 

son nəticələrinin hesablanması; 

  ö


lçmə  xətalarının  yazılmış  xarakteristikalarını  ölçmənin  yeku-

nunun 


istənilən nəticələrinin xətalarının xarakteristikalarını təyin etmək; 

  ö


lçmənin  alınan  nəticələrinin  dəqiqliyinə  nəzarətin  norma-

tivlərinin və qaydalarının hazırlanması; 

  ö

lçmənin  yerinə  yetirilməsi  metodikasına  sənədlərin,  yaxud 



sənədlərin bölmələrinin tərtib edilməsi

• ö


lçmənin  yerinə  yetirilməsi  metodikasının  sənədlərinin  layi-

hələrinin metroloji ekspertizası-metodun və ölçmə vasitələrinin, əmə-

liyyatların, ölçmənin aparılması qaydalarının və onların nəticələrinin, 

ö

lçmənin yerinə yetirilməsi metodikasının verilən metroloji tələblərə 



uyğunluğunu təyin etmək məqsədi ilə müəyyənləşdirilməsinin analizi 

və qiymətləndirilməsi



264 

 

  ö



lçmənin  yerinə  yetirilmə  metodikasının  attestasiyası. 

Attestasiya  ö

lçmənin  yerinə  yetirilməsi  metodikasının,  ona  verilən 

metroloji tələblərə uyğunluğunu təsdiq və sübut edir. 

• 

Attestasiyadan  keçmiş  ölçmənin  yerinə  yetirilmə  metodikası 



nəzarətə və yoxlamaya uğradılır; 

  ö


lçmənin  yetinə  yetirilməsi  metodikasının  standartlaşdırıl-

ması. 


Ö

lçmənin  yerinə  yetirilməsi  metodikası  sənədlərində  aşağıda-

kılar göstərilir: 

 ö


lçmənin yerinə yetirilməsi metodikasının (ÖYYM) təyinatı; 

 ö


lçmə şəraiti; 

 ö


lçmə xətasına tələblər, yaxud onun yazılmış xarakteristika-

ları; 


 ö

lçmə metodları: 

 ö

lçmə vasitələrinə, köməkçi quruluşlara, materiallara verilən 



tələblər; 

 ö


lçmənin yerinə yetiriləməsinə hazırlıq əməliyyatları; 

 ö


lçmənin yerinə yetirilməsində  əməliyyatlar; 

 ö


lçmənin nəticələrinin emalı və hesablanması əməliyyatları; 

 

yerinə yetirilən ölçmələrin nəticələrinin xətalarının normativ-



ləri, qaydaları və nəzarətin dövrülüyü; 

 ö


lçmənin nəticələrinin sənədləşdirilməsinə tələblər; 

 

operatorun ixtisasina verilən tələblər



 

yerinə  yetirilən  işlərin  təhlükəsizliyinin  təmin  olunmasına 

verilən tələblər; 

 

ekoloji təhlükəsizliyin təmin olunmasına verilən tələblər. 



Ö

lçmənin yerinə yetirilməsi metodikası anlayışından aydın olur 

ki, o,  ö

lçmə  texnoloji  prosesi  kimi  təqdim  olunur.  Buna  görə  də 

ö

lçmənin  yerinə  yetirilməsi  metodikası  ilə,  ölçmənin  yerinə 



yetirilməsi metodikasının sənədlərini qarışdırmaq olmaz. 

 

6.6. Metroloji ekspertiza 



 

Metroloji ekspertiza,  ilk nö

vbədə  ölçmənin  vahidliyi  və 

dəqiqliyi  ilə  əlaqədar  olan  tələblərdən  düzgün  istifadə  olunmasının 

ekspert-


metroloqlar  tərəfindən  analizi  və  qiymətləndirilməsidir. 

265 

 

Onun keçirilməsində əsas məqsəd məhsulların və xidmətlərin həyat 



siklinin  bütün  mərhələlərində  nəzarət-ölçmə  avadanlıqlarından 

effektiv istifadəni təmin etməkdir. 

Metroloji  ekspertizanın  həyata  keçirilməsi  zamanı  aşağıdakı 

məsələlər həll olunur: 

 

məhsulun  və  proseslərin  ölçülən  və  nəzarət  edilən  para-



metrlərinin  optimal  sayı,  onların  ölçmə  diapozonu  və  dəqiqliyə 

verilən tələblər müəyyənləşdirilir; 

  ö

lçmənin  dəqiqlik  göstəricilərinin,  nəzarətin  və  sınağın 



doğruluğuna və effektivliyinə uyğunluq tələbləri,  həmçinin texnoloji 

proseslərin  rejimlərinin  optimallığının  tələblərinin  təmin  edilməsi 

müəyyənləşdirilir; 

 

nəzarətə yararlı məhsulun qiymətləndirilməsi həyata keçirilir; 



 

nəzarət (ölçmə) avadanlığına və ölçmənin yerinə yetirilməsi 

metodikasına  verilən  tələblərin  tamlığı  və  düzgünlüyü  müəyyən-

ləşdirilir; 

 ö

lçmənin lazımi kefiyyətini təmin edə bilən metod və ölçmə 



vasitələrinin seçilməsi həyata keçirilir; 

  ö


lçmənin  (sınağın,  yaxud  nəzarətin)  yerinə  yetirilməsi 

metodikaları işlənir və attestasiyadan keçirilir; 

 

vahidləşdirilmiş və standartlaşdırılmış ölçmə vasitələrində və 



attestasiyadan  keçmiş  ölçmənin  yerinə  yetirilməsi  metodikalarında 

daha çox istifadə edilməsi imkanları müəyyənləşdirilir; 

 

istifadə edilən ölçmə vasitələrinin verilmiş dəqiqlikdə nəzarət 



əməliyyatlarının tələb edilən məhsuldarlığının və maya dəyərlərinin 

təmin edilməsinin qiymətləndirilməsi yerinə yetirilir; 

 

fiziki vahidlərin və onların  ГОСТ 8.417-81-ə uyğun vahidlə-



rinin adlarının və işarələrinin düzgünlüyü müəyyənləşdirilir. 

Metroloji ekspertizaya uğradılan məhsulların nomenklaturasını 

təşkilat müəyyənləşdirir. 

Metroloji ekspertizanın nəticələri ekspert qərarında izah edilir. 



 

6.7. Ö

lçmənin vəziyyətinin analizi 

 

Müəssisədə ölçmənin, sınağın və nəzarətin vəziyyətinin analizi, 

metroloji  təminatın  müəyyən  tələblərə  cavab  verməsi  vəziyyətini 


266 

 

təyin etmək və onun əsasında yeni təkliflərin hazırlanması məqsədini 



güdür. 

Analiz nəticəsində aşağıdakılar müəyyənləşdirilir: 

 ö

lçmənin vəziyyətinin, nəzarətin və sınağın müəssisənin əsas 



texniki-iqtisadi gö

stəricələrinə təsiri; 

 

müəssisənin bölmələrində nəzarət ölçmə avadanlığına verilən 



tələbləri  reqlamentləşdirən  dövlət  ölçmə  sisteminin  sənədlərinin və 

digər normativ sənədlərin olması; 

 

müəssisələrdə ölçmənin vahidliyinə və tələb edilən dəqiqliyə, 



sınağa  və  nəzarətə  verilən  tələblərin  təmin  edilməsini  reqlament-

ləşdirən dövlət və digər standartlardan istifadə edilməsi vəziyyəti

 

müəssisənin  müasir  nəzarət  ölçmə  avadanlıqları  ilə  təmin 



edilməsi və onlara olan ehtiyac;  

 

nəzarət  ölçmə  avadanlıqlarının,  yoxlama  və  kalibrləmə 



vasitələrindən istifadənin effektivliyi; 

 

müəssisənin  metroloji  xidmətinin  təşkilati  strukturu  və 



fəaliyyətinin vəziyyəti; 

 i


stifadə edilən ölçmə metodikalarının, sınaqların və nəzarətin 

attestasiyasının, unfikasiyasının və standartlaşdırılmasının vəziyyəti; 

 

istifadə  edilən  nəzarət  ölçmə  avadanlıqlarının  texniki  və 



metroloji  vəziyyəti,  təmirinin,  yoxlanmasının  və  kalibrlənməsinin 

təmin edilməsi; 

 

müəssisənin  sənədlərinin  metroloji  ekspertizasının  aparıl-



masının vəziyyəti və efektivliyi; 

 

müəssisənin, məhsulun keyfiyyətini təmin etmək üçün vacib 



olan  maddələrin  və  materialların  xassələri  haqqında  dövlət 

standartlarına, standart sorğu məlumatına tələbatı; 

 

müəssisənin mütəxəssis-metroloqlara tələbatı. 



Ö

lçmənın  vəziyyətini  qiymətləndirmək  üçün  materiallar 

hazırlanır. Bu materiallarda aşağıdakılar əks olunur: 

 

yerinə  yetirilən  işlərdə  normativ  sənədlərin  sayı,  istifadə 



edilən obyektlər və bu obyektlərin ölçülən parametrləri; 

  ö


lçmənin  yerinə  yetirilməsi  və  sınaq  metodlarının 

sənədlərinin sayı (o cümlədən dövlət və sahə standartları); 

 ö

lçmənin yerinə yetirilməsi metodlarının vəziyyəti haqqında 



məlumatlar; 

267 

 

 



istifadə  edilən  ölçmə  vasitələri  və  sınaq  avadanlıqları 

haqqında məlumatlar; 

 

laboratoriyaların  bütün  kateqoriyadan  olan  standart 



nümunələrlə təchiz edilməsi; 

 

fəaliyyətdə  olan  ixtisasartırma  formaları  daxil  olmaqla 



kadrların tərkibi və ixtisası haqqında məlumatlar; 

 

istehsal sahələrinin vəziyyəti haqqında arayış. 



Ö

lçmənin  vəziyyətinin  qiymətləndirilməsində  aşağıda 

stərilənlər yoxlanılır: 



 metroloji bö

lmə haqqında əsasnamə; 

  ö

lçmənin  yerinə  yetirilməsi  metodikası  sənədlərinin  ləğv 



edilməsi və yenidən baxılması; 

  ö


lçmənin  yerinə  yetirilməsini  təmin  edən  vacib  ölçmə 

vasitələrinin,  o  cümlədən  bütün  kateqoriyalardan  olan  standart 

nümunələrin olması; 

 

lazımi  keyfiyyətə  malik  materialların,  reaktivlərin,  sınaq  və 



məkçi avadanlığın olması; 

 

lazımi qaydada təsdiq edilmiş vəzifə təlimatları; 



 

istehsalatın  bütün  mərhələlərinin,  sənədlərdə  təyin  edilmiş 

dəqiqlik  təlabatlarına  cavab  verən  nəzarət  ölçmə  avadanlıqları  ilə 

təmin edilməsi; 

 

ətraf  muhitin  qorunması  məqsədi  ilə  atmosferə, axarlara, 



torpağa buraxılan zərərli maddələrin tərkibinə nəzarəti təmin etmək; 

 

normativ sənədlərin aktuallaşdırılmış fondunun vəziyyəti. 



Fəaliyyətdə  olan  sənədlərin  analizini    apararkən  aşağıdakılara 

baxmaq vacibdir: 

 ö

lçülən parametrlərin optimal sayı; 



 ö

lçmənin dəqiqliyinin təyin edilmiş normalarının olması; 

  ö

lçmənin  tələb  edilən  dəqiqliklə  yerinə  yetirilməsinin 



mümkünlüyünün qiymətləndirilməsi; 

  ö


lçmənin  dəqiqlik  göstəriciliklərinin  istehsalatın  effektiv-

liyinə  və  nəzarətin  düzgünlüyünə,  həmçinin  ölçmənin  dəqiqliyinin 

standartlaşdırılmış  üsullarla  ifadə  olunması  uyğunluğunun  təyin 

edilməsi; 

 ö

lçmənin nəticələrinin, nəzarətin və sınağın normalaşdırılmış 



metodla qiymətləndirilməsinin doğruluğu; 

268 

 

  ö



lçmənin  yerinə  yetirilməsi  metodunun  olması,  vahidləş-

dirmə səviyyəsi və standartlaşdırılması; 

  ö

lçmənin  yerinə  yetirilməsi  metodikasının  seçilməsinin 



düzgünlüyünün,  nəzarətin  və  sınağın  qiymətləndirilməsi,  onların 

metodikanı reqlamentləşdirən sənədlərin tələblərinə uyğunluğu;                                                                                             

      ö

lçmə  vasitələrinin,  maddələrin  və  materialların,  reagentlərin 

tərkibinin düzgün seçilməsinin qiymətləndirilməsi; 

 

 



məhsulun  istehlak  və  digər  xassələrini  müəyyənləşdirən 

ö

lçmə, nəzarət və sınaq tələblərinin müəyyənləşdirilməsi



 

sənədlərdə  reqlamentləşdirilən  tələblərin,  metodikaların  və 

ö

lçmə vasitələrinin məhsuldarlığına uyğunluğu; 



 

fiziki  konstantlardan,  maddələrin  və  materialların  xəssələri 

haqqinda  məlumatlardan  istifadə  edilməsinin  doğruluğunun  və 

düzgünlüyünün təyin edilməsi. 

Ö

lçmənin vəziyyətinin qiymətləndirilməsində əsas həlqələrdən 



biri, mü

əssisənin metroloji xidmətinin fəaliyyətinin analizidir. Onun 

keçirilməsində aşağıdakılar müəyyənləşdirilir: 

 

metroloji xidmət haqqında təsdiq edilmiş əsasnamənin olma-



sı; 

 m


etroloji xidmətin ixtisaslı kadrlarla komplektləşdirilməsi və 

onların ixtisaslarının artırılması planının olması; 

  ö

lçmə  vasitələrin  hazırlanmasına  və  təmirinə  lisenziyaların 



olması; 

  ö


lçmə  vasitələrinin  yoxlanılması  və  kalibrlənməsi  üçün 

qanun


vericilikdə nəzərə tutulmuş qaydaların gözlənilməsi; 

 konkret nö

v məhsulun keyfiyyətinin təmin edilməsundə met-

roloji xidmət mütəxəssislərinin iştirak etmə dərəcəsi; 

 

istehsalatın metroloji təminatının təkmilləşdirilməsi işlərində 



metroloji xidmətin iştirak etmə dərəcəsi; 

  ö


lçmə  vasitələrinə  metroloji  nəzarətin  əsas  formalarının 

vəziyyəti; 

 

nəzarət  ölçmə  avadanlıqlarının  istismarı  zamanı  imtinaların 



olması,  onların  saxlanması  vəziyyəti  və  şəraiti,  istifadə  effektliyi 

əsasında məlumatların olması; 



269 

 

 



metroloji xidmətin, müəssisəsinin digər texniki xidmətləri ilə 

metroloji təminat məsələləri üzrə qarşılıqlı əlaqəsinin effektivliyi; 

 

müəssisəsinin metroloji xidmətinin dövlət metroloji xidməti 



orqanları ilə qarşılıqlı fəaliyyətinin forması. 

Müəssisədə  tətbiq  edilən  ölçmə  vasitələrinin  vəziyyətinin, 

nəzarətin, sınağın analızındə aşağıdakılar yerinə yetirilir: 

 

yoxlamanı  və  təmiri  həyata  keçirən  təşkilatı  göstərməklə 



yoxlama,  kalibirləmə  və  təmirlə  təmin  olunmuş  (və  təmin  olunma-

mış) ölçmə vasitələri haqqında məlumatlar təqdim edilir; 

 

müəssisənin etalonlara, maddələrin və materialların tərkibi və 



xassələrinin standart nümunələrinə olan təlabatı müəyyənləşdirilir: 

 

yüksək  dəqiqliyə  və  məhsuldarlığa  malik  yeni  yoxlama  və 



kalib

rləmə  vasitələrinə,  standart  nümunələrin  yeni  tiplərinə  tələbat 

müəyyənləşdirilir; 

 

təmirlə təmin olunmamış ölçmə vasitələrinin nomenklaturası 



müəyyənləşdirilir; 

 

müəssisələrdə istifadə olunan sınaq avadanlıqlarının vəziyyəti 



barədə məlumatlar təqdim edilir; 

 

müəssisənin, ölçmə vasitələrinin hazırlanma keyfiyyətinə və 



texniki xarakteristikalar

ına,  nəzarətə,  sınağa  tələbləri  müəy-

yənləşdirilir və onların  aradan qaldırılması üçün təkliflərə baxılır; 

  ö


lçmə  vasitələrinin  normativ  sənədlərinin  ayrı-ayrı 

maddələrinə,  onların  yoxlanması  və  kalibirlənməsi  metodikaları-na 

yenidən baxmaq üçün təkliflər tərtib olunur; 

 

müəssisədə tətbiq olunan bütün ölçmələrin, yoxlamaların və 



nəzarətin yerinə yetirilməsi metodikaları yoxlanılır; 

 

müəssisədə  ölçmələrin,  nəzarətin  və  sınağın  vəziyyətlərinin 



analizi  konüllü  (hər  1-2  ildən  bir)  və  yaxud  məcburi  qaydada 

(istehsalın  attestasiyasında,  keyfiyyətin  menecment  sisteminin 

serti

fikatlaşdırılmasında,  sınaq  və  metroloji  laboratoriyaların 



akkreditasiy

asında)  aparılır. İşlərin nəticələri aktla sənədləşdirilir. 

Aşağıda  göstərilən kobud nöqsanlardan biri müəyyən edilərsə 

sonuncu qərar qəbul edilir: 

 

istıfadə  edilən  metodikanın  nəzarət  edilən  obyektə  uyğun 



olmaması; 

270 

 

  ö



lçmənin  yerinə  yetirilməsi  metodikasının  attestasiyasının 

qaydalarının pozulması; 

 

ö

lçmə  vasitələrinin,  ölçmənin  yerinə  yetirilməsi 



metodikasının,  sınaq  metodlarının,  yaxud  standart  nümunələrin 

istifa


dəsinin qeyri-qanuni olması; 

 

sınaq  və  ölçmələrin  nəticələrinin  metodikanın  tələblərini 



pozmaqla sistematik alınması; 

 

lazım olan ölçmə vasitələrinə, sınaq və köməkçi avadanlığın, 



standart nümunələrin, reaktivlərin və materialların olmaması, yaxud 

onların verilən tələblərə cavab verməməsi; 

 

ixtisaslı kadrlarla kifayət qədər təmin olunmaması; 



 

laboratoriyaların  sahələrinin  təyin  edilmiş  tələblərə  uyğun 

olmaması. 

Ö

lçmənin, nəzəratin və sınağın nəticələrinin  analizi  əsasında 



müəssisədə istehsalın metroloji təminatının yaxşılaşdırılması ilə əla-

qədar təkliflər hazırlanır. 

 

6.8. Ö

lçmənin və nəzarətin təşkili prinsipləri 

 

İnversiya  prinsipi.  Bu  prinsip  məhsulun  hazırlanmasından 

başlayaraq, onun istismarına qədər olan bütün mərhələlərdə müxtəlif 

forma  və  vəziyyətlərə  düşməsinə  əsaslanır.  Məhsul  əvvəlcə  emal 

obyektinə,  sonra  nəzarət  və  ölçmə  obyektinə,  sonra  isə  istismar 

obyektinə çevrilir. Buna gorə də  inversiya prinsipi texnoloji, ölçmə 

və istismar prosesləri arasında əlaqə yaradır. 

Birinci  mərhələdə  detal  texnoloji  sistemin  qapalı  zəncirinin 

hissəsi  olur.  İkinci  mərhələdə  ölçmə  vasitəsi  ilə  birlikdə  qapalı 

sistemə daxil olur. Üçüncü  mərhələdə hazır detal maşının kinematik 

sisteminin  tərkibinə  daxil  olur.  İnversiya  prinsipini  konstruktor 

maşını  layihələndirərkən,  texnoloq  hazırlayarkən,  metroloq,  nəzarət 

və ölçmə vaxtı nəzərə almalıdır. 



Teylor prinsipi

. Bu prinsipə görə detalın həndəsi parametrlə-

rinin  qarşılıqlı  yerləşməsində  və  formasında  xətalar  vardırsa,  onda 

onun  ö


lçülərinin  uyğunluğu  o  halda  mümkündür  ki,  keçən  və  keç-

məyən hədlərin qiymətləri müəyyən edilmiş olsun. Ölçmə vasitələri 



271 

 

ilə nəzarət obyektlərinin qarşılıqlı əlaqəsi nöqtə, xətt və səth üzrə ola 



bilər. 

Abbe prinsipi

.  Bu  prinsipə  görə  ölçmənin  ən  kiçik  xətası  o 

vaxt  alınır  ki,  nəzarət  edilən  ölçü  ilə  müqayisə  elementi  eyni  xətt 

üzərinə  düşsün.  Abbe  prinsipindən  sxemlərin  seçilməsində,  ölçmə 

vasitələrinin  layihələndirilməsində  geniş  istifadə  edilir.  Bu  prinsipə 

rə  ölçmə  xətasının  minimum  qiymətə  malik  olması  şərti 



zlənilməlidir. 



Lingli  ö

türmələrin  parametrlərinin  seçilməsi  prinsipində 

ö

türmə nisbətinin sabitliyini və dəqiqliyini gözləmək lazımdır. Lingli 



ö

türmənin  əsas  xüsusiyyəti  kürə  ilə  müstəvinin  birləşdiyi  nöqtədə 

sürüşmə əlaqəsinin olmasıdır. Burada  linglərin tipləri, sayı, oynağın 

vü  müəyyən  edilməlidir.  Əgər  kürə  dönmə  həlqəsində  yerləşibsə 



ö

türmə  sinuslu,  dönmə  həlqəsinin  irəliləyən  qarışıq  həlqədə  

yerl

əşmiş kürəsinin toxunduğu müstəvi varsa, tangensli adlandırılır. 



Tangensli  lingin  xətası  sinuslu  lingin  xətasindan  iki  dəfə  çoxdur. 

Sistematik xətanın təsirini azaltmaq üçün  lingin hər iki qolunu eyni 

tipli  hazırlamaq lazımdır. 

Nəzarət  funksiyaları  ilə  proseslərin  idarə  edilməsi 

funksiyalarının  birləşdirilməsi  prinsipindən  sənayedə  geniş  isti-

fadə olunur. Nəzarət funksiyaları ilə texnoloji proseslərin funksiyala-

rının  birləşdirilməsi  yüksək  məhsuldarlıqlı      avtomatlardan  istifadə 

etməyə  imkan  verir.  Bu  prinsip  nəinki  əsas,  eyni  zamanda  əlavə 

keyfiyyət parametrlərinə də nəzarət etməyə imkan verir. Proseslərlə 

avtomatik  nəzarət  etmə  mümkünlüyü  bu  prosesləri  fasiləsiz  idarə 

etmə sistemlərini yaratmağa, onların istiqamətlərini nəzərdə tutulmuş 

q

anunauyğunluqla  yaxşılaşdırmağa, idarə etməni yalnız parametrlərə 



rə  deyil,  onların  qiymətlərinə,  xarakterlərinə  və  dəyişmənin 

ardıcıllığına  görə  yerinə    yetirməyə  imkan  verir.  Nəzarət  sisteminə 

idarə  etmə  funksiyalarının  verilməsi,  onları  məhsulların  çeşidlərə 

ayrılma-sından azad etmir. 

Nəzarət  vasitələrinin  istehsal  proseslərinin  idarə  edilməsində 

istifadə etmək qəza hallarının  aradan qaldırılmasında, onları yaradan 

səbəblərin qarşısının alınmasında, ətraf mühütin qorunmasında geniş 

tətbiq edilir. Bu prinsipin tətbiqi zamanı enerji sərfi azalır, operator 

vəzifələri    ixtisara  düşür,  istehsal  prosesinin  bütövlükdə 



272 

 

avtomatlaşdırılmasına şərait yaranır. Bununla əlaqədar olaraq nəzarət 



vasitələrinə kompyüterlərin və mikroprosessorların qoşulması imkanı 

yaranır,  alınan  məlumatların  işlənməsi  və  analizi  sürətlənir.  Əlavə 

parametrlərə  nəzarət  texnoloji  proseslərə  tez  və  sürətli  düzəlişlər 

etməyə imkan verir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin