6.
Standartların işlənməsinin elmi tədqiqat prinsipi. Stan-
dartların işlənməsi və onların tətbiqi üçün nəinki praktiki təcrübənin
geniş ümumiləşdirilməsi, eyni zamanda xüsusi nəzəri, eksperimental
və təcrübi-konstruktor işlərin aparılması lazımdır. Bu prinsip stan-
dartla
rın bütün növlərinə aiddir.
7. Üstün tutma prinsipi.
Adətən detalların tip ölçülərini və
tip birləşmələrini, müsaidələr və oturtmaların sıralarını və digər
parametrləri sənayenin bütün sahələri üçün eyni vaxtda
standartlaşdırırlar. Qarşılıqlı əvəzolunmanın səviyyəsini yüksəltmək
məmulların və pəstahların, kəsici alətlərin, tərtibatların, kalibirlərin
və s. say müxtəlifliyini azaltmaq üçün üstün tutma prinsipindən isti-
fa
də edirlər. Bu prinsipə görə standartlaşdırılmış parametrlərin bir
neçə sırasını müəyyənləşdirirlər. Burada standartlaşdırılmış
parametrlər seçilərkən birinci sıranı ikinci siraya, ikinci sıranı
üçüncüyə və s. üstün tuturlar. Bu prinsipə görə metrik yivlərin
diametrləri və addımları, normal bucaqların sırası, hamar silindrik
səthlər üçün müsaidələr və oturtmalar təyin edilmişdir.
8. Dinamiklik prinsipi.
İstehsalın effektivliyini artırmaq üçün
mütəmadi olaraq standartlaşdırma obyektlərinə verilən tələblərə
yenidən baxılır. Burada məqsəd obyektləri texniki tərəqqinin
tələblərinə uyğunlaşdırmaqdır.
9.
Materialların xüsusi məsrəflərinin azaldılması prinsipi.
Bu prinsipin məqsədi az material məsrəflər ilə çoxlu sayda yüksək
keyfiyyətli məhsul istehsal etməkdir.
10. 9
.
Kompleks standartlaşdırma
Ko
mpleks standartlaşdırma, konkret problemin optimal həllini
təmin etmək məqsədi ilə kompleks standartlaşdırma obyektinə, onun
əsas elementlərinə, obyektə təsir edən maddi və qeyri maddi
faktorlara qarşılıqlı əlaqəli tələblər sisteminin təyin və tətbiq edil-
məsinin məqsədyönlü və planlı şəkildə həyata keçirilməsinə deyilir.
329
Ümumiyyətlə, kompleks standartlaşdırma, məhsulun keyfiyyətinin
tələb edilən vaxt müddətində, iqtisadi cəhətdən optimal səviyyədə
təmin edən qarşılıqlı təsirə malik faktorların sistemləşdirilməsi,
optimallaşdırılması və əlaqələndirilməsidir.
Maşınların və digər məmulların keyfiyyətini, onların istehsa-
lının və istismarının effektivliyini təyin edən əsas faktorlara aşağı-
dakılar aiddir: konstruksiyaların, layihələndirmənin metodlarının və
maşınların möhkəmliyə, etibarlılığa və dəqiqliyə hesablanmasının
təkmilləşdirilməsi; tətbiq edilən xammalın, materialın, yarımfab-
rikatların, alınmış məhsulların keyfiyyəti; vahidləşdirmə, aqreqat-
laşdırma, standartlaşdırma dərəcəsi; texnologiyanın və istehsal va-
sitələrinin, nəzarətin və sınağın səviyyəsi; qarşılıqlı əvəzolunmanın,
istehsalın təşkilinin və maşınların istismarının səviyyəsi; fəhlələrin
hazırlığı və onların gördüyü işin keyfiyyəti. Maşınların yüksək
keyfiyyətini təmin etmək üçün göstərilən faktorların optimallaş-
d
ırılmasına layihələndirmədə, istehsalda və istismar zamanı keyfiy-
yətə qoyulan tələblərin qarşılıqlı uyğunlaşmalarına ciddi şəkildə fi-
kir verilməlidir. Kompleks standartlaşdırma qarşılıqlı əlaqəli stan-
dart
lar kompleksinin işlədilməsinə imkan verir.
10.10.
Qabaqlayıcı standartlaşdırma
Qabaqlayıcı standartlaşdırma, proqnozlara görə gələcək plan-
laşdırma dövründə optimal olan, standartlaşdırma obyektinə təc-
rübədə mövcud olan normalardan artıq tələblər təyin edən standart-
laşdırmaya deyilir. Qabaqlama məmula, onun vacib parametrlərinə
və keyfiyyət göstəricilərinə, istehsalın metodları və vasitələrinə,
sınağa nəzarətə və s. aid ola bilər. Qabaqlayıcı standartlaşdırmanın
obyekti məmulların mühüm növləri və proseslər (normalar, xü-
susiyyətlər,tələblər) ola bilər. Artırılmış keyfiyyət göstəricilərinə ma-
lik məmullara standartın vaxtında işlənməsi göstərici kimi adətən
qabaqlama dövrü T
q
-ni gö
türürlər. Standartın təsdiq etmə momenti
t
təs
və istehsalın başlanma dövrünə t
u.b
-
yə görə T
q
-
ni təyin etmək
olar:
T
q
=t
u.b
-t
təs
. (10.1)
330
Qabaqlama dövrü T
q
-
nin artırılması yeni standartın tələblərini
tam nəzərə almağa imkan verir.
Qabaqlayıcı standartlaşdırma elm və texnikanın ən yeni nailiy-
yətlərinə
əsaslanır,
mütərəqqi
tələblərdən,
normalardan,
konstruksiyalardan və s. istifadə edir.
331
XI FƏSİL. DÖVLƏT, SAHƏ, MÜƏSSİSƏ
STANDARTLARININ VƏ TEXNİKİ ŞƏRTLƏRİN
İŞLƏNMƏSİ
11.1. Dö
vlət standartlarının işlənməsi
Azərbaycan Respublikasının dövlət standartları Azərbaycan
Respublikasının standartlaşdırma təşkilatlarının plan tapşırıqları,
texniki komitələrin proqramları (planları) və standartların işlənib
hazırlanması müqavilələrinə uyğun olaraq həyata keçirir.
Standartların işlənməsində Azərbaycan Respublikasının qüv-
vədə olan qanunları, Azərbaycan Respublikasının dövlət standar-
tlaşdırma sisteminin standartları və standartlaşdırma üzrə normativ
sənədlər, həmçinin standartlaşdırma üzrə beynəlxalq və regional
təşkilatların sənədləri və AZS 1.0 nəzərə alınmalıdır.
Standartlar işlənərkən müəssisələrin apardığı elmi-tədqiqat,
təcrübi- konstruktor, təcrübi-texnoloji, layihə işlərinin, patent tətqi-
qat
larının nəticələrindən, həmçinin elm və texnika sahəsində xarici
öl
kələrin məlumatlarından istifadə olunur.
Standart adətən aşağıdakı mərhələlərlə işlənib hazırlanır:
1-
ci mərhələ - standartın işlənməsinin təşkili;
2-
ci mərhələ-standart layihəsinin (ilk redaksiya) işlənməsi;
3-cü
mərhələ-standart layihəsinin (son redaksiya) işlənməsi və
təsdiq üçün təqdimi;
4-
cü mərhələ-standartın təsdiqi və dövlət qeydiyyat;
5-
ci mərhələ-standartın nəşri.
Standartların tərtibi, şərhi, rəsmiləşdirilməsi, məzmunu və
işarələnməsi AZS 1.5 üzrə aparılır.
Standartların işlənməsindən qabaq, adətən, layihəçiyə (TK və
ya
müəssisəyə), ona təhkim edilmiş standartlaşdırma obyektləri üzrə
standartların işlənməsi üçün sifariş hazırlanır və təqdim edilir.
Sifarişləri TK-yə müəssisə, şəxsi əmək fəaliyyəti ilə məşğul
olan vətəndaşlar, Azərbaycan Respublikasındakı idarəetmə orqanları
təqdim edə bilərlər.
Sifarişin
hazırlanması
və
baxılması,
Azərbaycan
Respublikasının dövlət standartlarının illik planının formalaşması,
332
standartların işlənməsi üçün müqavilə bağlanması ARMSPDK
tərəfindən qoyulmuş qaydalarla həyata keçirilir.
La
yihəçi standartın layihısinin işlənməsini təşkil edir və
müqaviləyə əsasən verilmiş müddət ərzində standartın mərhələlərinin
yerinə yetirilməsi vaxtını müəyyənləşdirir.
TK-
nın (müəssisə) işçi qrupu standartın layihəsini və ona
izahe
dici qeydi hazırlayır.
Standart layihəsi üçün izahedici qeyddə aşağıdakılar göstərilir:
-
müvafiq sənəd təqdim etməklə standartın işlənməsi üçün əsas;
-
standartlaşdırma obyektinin qısa xarakteristikası;
-
standart layihəsinin beynəlxalq (regional) standartlara və
başqa ölkələrin milli standartlarına uyğunluğu haqqında məlumat;
-
standart layihəsinin patent təmizliyi haqqında məlumat;
-
standart layihəsinin standartlaşdırma üzrə başqa normativ
sənədlərlə qarşılıqlı əlaqəsi və onların yenidən baxılması,
dəyişdirilməsi və ya ləğvi barədə təkliflər;
-
standart layihəsinin rəy üçün göndərilməsi haqqında məlumat,
həmçinin ən mühüm nöqsanların və təşkilatların (son redaksiya
üçün) ümumləşdirilmiş qısa xarakteristikası;
-
əgər razılaşdırma aparılıbsa, o barədə məlumat;
- informasiya
mənbələri.
Layihəçi, işlənmiş standartın layihəsini, müqavilənin
şərtlərinin, Azərbaycan Respublikası dövlət standartlaşdırma sistemi
standartlarının və qanunvericiliyinin tələblərinə uyğunluğunu
gö
stərən izahedici qeydlə birlikdə elmi-texniki şuraya (ETŞ) və ya
TK üzvlərinə göndərir.
ETŞ və yaTK üzvləri standartın layihəsinə baxır (iclasda, mək-
tublaşma, danışıq yolu ilə) və bu bərədə öz təkliflərini hazırlayır.
Layihəçi (TK) təklifləri nəzərə almaqla standart layihəsinin ilk
redaksiyasını hazırlayır.
La
yihəçi (TK) rəy almaq üçün standart layihəsini (ilk redak-
siya) izahedici qeydlə birlikdə aşağıdakı müəssisələrə göndərir:
-
sifarişçi təşkilata;
- dö
vlət təftiş orqanlarına, əgər onlar TK üzvləri deyillərsə;
-
standartın tədbiqini təşkill edən təşkilatlara;
-
TK üzvlərinə.
333
Marağı olan müəssisələr və mütəxəssislər standart layihəsini
aldıqdan sonra, iki ay müddətindən gec olmamaq şərtilə ona iki
nüsxədə rəy hazırlayıb layihəçiyə (TK) göndərirlər.
Standartın layihəsi üzrə nöqsan və təkliflər aşağıdakı
ardıcıllıqla yerinə yetirilir:
- bütö
vlükdə layihə üzrə;
-
FƏSİLlər, yarımFƏSİLlər, bəndlər, yarımbəndlər və əlavələr
üz
rə.
Standart layihəsində nəzərdə tutulan tələblərə yenisinin əlavə
edilməsi, çıxarılması və ya dəyişdirilməsi təklifləri əsaslandırıl-
malıdır.
Layihəçi (TK) verilən rəyləri nəzərə alaraq standart layihəsinin
son redaksiyasını hazırlayır. Layihəçi (TK) standart layihəsini (son
redaksiya) razılaşdırmaq üçün izahedici qeydlə birlikdə aşağıdakılara
gö
ndərir:
-
sifarişçiyə (TK üzvlərinə);
- dö
vlət nəzarət orqanlarına.
Dö
vlət nəzarət orqanları standart layihəsini aldığı gündən bir
ay müddətədək razılaşdırır və ya öz səlahiyyətləri daxilində standart
layihəsinin tələbləri üzrə əsaslandırılmış təkliflərlə rəy verirlər.
Layihəçi (TK) yeni təklifləri nəzərə alaraq standart layihəsini
tamamlayır.
Layihəçinin (TK) ETŞ iclasında standart layihəsinə baxılır.
Səsvermə keçirilir və iclasın qərarı protokollaşdırılır.
Layihəçi (TK) standart layihəsini təsdiq üçün ARSMPDK-nə
gö
ndərmək haqqında qərar qəbul edir.
Layihəçi (TK) standart layihəsini aşağıdakı sənədlərlə birlikdə
təsdiq üçün göndərməlidir:
-
idarə rəhbərliyinin (TK sədrinin) imzası ilə məktub;
-
standartın layihəsi (son redaksiya), üç nüsxədə (bunlardan biri
sənədin əsli olmalıdır);
-
standart layihəsi üçün izahedici qeyd, 1 nüsxədə
ETŞ (TK) iclasında standart layihəsinin son redaksiyasına
baxılması haqqında protokol, 1 nüsxədə;
-
standart layihəsinin son redaksiyasının razılaşdırılma-sını
təsdiq edən sənədin əsli (əgər o aparılıbsa), 1 nüsxədə;
334
-
çap redaksiyasından keçmiş standart layihəsi, 1 nüsxədə;
-
standart layihəsi haqqında yekunlaşdırılmış rəy, 1 nüsxədə.
Eyni zamanda standart layihəsi (son redaksiyası) izahedici
qeydlər və ETŞ-in (TK) iclasının protokolu ilə standart sifarişçisinə
gö
ndərilir.
ARMSPDK standartı nəzərdən keçirir və onun təsdiqi üçün
qərar qəbul edir.
Standart layihəsinin təsdiqindən qabaq ARSMPDK, onun qa-
nunvericiliyə və Azərbaycan Respublikasının qüvvədə olan dövlət
standartlarının normalarına, standartların quruluş qaydalarına və
ifadəsinə uyğunluğunu yoxlayır.
Standartı təsdiq edərkən onun həyata keçirilməsi üçün lazım
olan tədbirləri nəzərə almaqla, tətbiq edilmə (qüvvəyə minmə) tarixi
müəyyən edilir. Adətən standartın qüvvədə olma müddəti göstə-
rilmir.
Standartın dövlət qeydiyyatı ARSMPDK tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
Standartın yeniləşdirilməsi, onun əhalinin tələbatına, respub-
likanın iqtisadiyyatı və müdafiə qabliyyətinə uyğun saxlanması üçün
həyata keçirilir.
Layihıçi (TK), standartın yeniləşməsi üzrə müəssisələrdən və
mütəxəssislərdən, həmçinin dövlət nəzarət orqanlarından alınan
təklifləri ümumiləşdirir.
Müəssisə və mütəxəssislər yenidən baxılmış və ya dəyişiklik
edilmiş standartın layihəsini təklif kimi təqdim edə bilərlər.
Verilən təklifləri nəzərə alaraq layihəçi (TK) standartda edi-
ləcək dəyişikliklər layihəsini (standarta yenidən baxılma təkliflərini)
və ya standartın ləğv edilməsi təklifini işləyib hazırlayır və göndərir.
ARSMPDK isə lazımi qərar qəbul edir.
Məhsul buraxılışı (xidmət göstərilməsi, proseslərin aparılması)
dayandırıldıqda, standartı əvəz edəcək digər normativ sənəd işlənib
hazırlandıqda və başqa xüsusi hallarda APSMPDK aidiyyatı
standartın ləğvini həyata keçirir.
Standartda dəyişiklik, standartın ayrı-ayrı tələbləri əvəz və ya ləğv
olunduqda, yaxud standarta yeni tələblər əlavə olunduqda edilir.
335
Məhsul standartında dəyişiklik, ona yeni məhsul ilə qarşılıq-
lı əvəzolunmasını və uyğunlaşmasını pozmayan yeni, qabaqcıl tə-
ləblər əlavə edildikdə aparılır.
Standarta redaksiya və ya istinad xarakterli dəyişikliklər üçün
müstəqil sənəd işlənilmir. Standartlara belə dəyişikliklər, məhsulun
(xid
mətin) keyfiyyəti ilə əlaqədar tələblərin əvəz edilməsi (əlavə edil-
məsi, ləğv olunması), beynəlxalq, regional və başqa ölkələrin milli
stan
dartlarının istifadə edilməsi ilə əlaqədar daxil edilir.
Standarta edilmiş hər bir dəyişikliyə ARSMPDK sıra nömrəsi
verir və bu dəyişikliyin qüvvəyə minmə tarixini adətən dəyişikliyin
təsdiqindən 6 aydan gec olmayaraq müəyyənləşdi-rirlər.
Standarta yenidən baxılanda qüvvədə olan standartın əvəzinə
yeni standart işlənib hazırlanır. Bu halda onun hansı standartı əvəz
etdiyi gö
stərilir. Yeni standarta köhnə standartın işarəsi verilir və
təsdiq olunma ilini göstərən iki axırıncı rəqəm dəyişdirilir. Yeni
qabaqcıl tələblər, qüvvədə olan standart üzrə hazırlanan məhsula
nəzərən yeni məhsulun qarşılıqlı əvəzolunma qabiliyyətini və (və ya)
əsas göstəricilərini dəyişdirirsə, məhsulun standartına yenidən
baxılır.
Konkret məhsulun standartına yenidən baxıldıqda, əgər əvvəl-
lər buraxılmış, istismarda olan məhsullar üçün ehtiyat hissələri
hazırlanırsa və təmir işləri aparılırsa, qüvvədə olan standart ləğv
edilmir. Bu halda layihəçi qüvvədə olan standarta dəyişiklik layihəsi
hazırlayır və onun tətbiq sahəsini müəyyənləşdirir.
Bu standart ancaq istismarda olan məmulatın təmiri və ehtiyat
hissələrinin hazırlanması üçün tətbiq edilməlidir.
Bu halda belə dəyişiklik edilən standartın qeydiyyat nömrəsi
saxlanılır.
Standarta yenidən baxıldığı zaman qarşılıqlı əlaqəli normativ
sənədlərin də ləğvi və ya yeniləşməsi üçün təkliflər hazırlanır.
Layihəçi (TK) standartın ləğv edilmə təklifi ilə razılaşdıqda,
müəssisə rəhbərliyinin və ya TK sədrinin imzası ilə 1 nüsxədə
aşağıdakı sənədləri məktubla birlikdə ARSMPDK göndərir:
-
standartın ləğv edilməsi haqqında ETŞ (TK) iclasının
protokolu, həmçinin onun əvəzinə hansı sənədin işlədilməsi və ya
əvəzolunmadan ləğvi haqqında məlumat;
336
-
əvvəlcədən standartın razılaşdırıldığı və TK-nin üzvü
olmayan dö
vlət nəzarət orqanlarının standartın ləğvinin mümkünlüyü
ilə razılığını təsdiq edən sənədlərin əsli.
ARSMPDK, standartın ləğvi haqqında sənədi qeydiyata alır və
bu məlumatı “Azərbaycan Respublikasının dövlət standartı”
haqqında məlumat kitabçasında, adətən standartın ləğvi tarixindən 3
aydan gec olmayaraq nəşr etdirir.
11.2. Sahə standartlarının işlənməsi
Sahə standartları, sahənin dövlət idarəetmə orqanlarının
(sahəyə aid standartlaşdırma planı üzrə) tapşırıqlarına əsasən,
standartlaşdırma baza təşkilatları, təsərrüfat subyektlərinin bölmələri
(xidmətləri) tərəfindən hazırlanır. Sahə standartları müqavilə əsa-
sında standartlaşdırma üzrə texniki komitələr tərəfindən də işlənib
hazırlana bilər.
Sahə standartları, sahənin məhsullarına, işlərinə və xidmətlə-
rinə tətbiq etmək üçün hazırlanır. Zəruriyyət olduqda təşkilati-me-
todiki və ümumitexniki sahə standartları da hazırlanır.
Hər hansı bir obyekt üçün beynəlğalq, dövlətlərarası və Azər-
baycan Respublikasının standartları mövcud olarsa, sahə standartları
məhsullara, işlərə, xidmətlərə yüksək tələblər müəyyən edə bilər.
Həmçinin sahənin xüsusiyyətlərinə uyğun istifadə olunan normaları
və tələbləri məhdudlaşdıra bilər.
Sahə standartlarının tələblərinin Azərbaycan Respublikasının
müvafiq standartlarının və (və ya) dövlətlərarası standartların tələb-
lərinə uyğun olmasına, onları təsdiq edən dövlət idarəetmə orqanları
məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının ərazisində sahə standartları, onları
təsdiq edən dövlət idarəetmə orqanlarının tabeçiliyində olan
müəssisələr tərəfindən tətbiq edilir. Digər təsərrüfat subyektləri sahə
standartlarını könüllü əsaslarla tətbiq edirlər.
Sahə standartlarının məhsullara, işlərə və xidmətlərə olan
tələbləri standartın əhatə sahəsinə uyğun olaraq təsərrüfat subyektləri
tərəfindən mütləq yerinə yetirilməlidir. Sahə standartlarının tələbləri,
vaxtlı-vaxtında elmi, texniki, texnoloji nailiyyətlərin, həmçinin
337
Azərbaycan Respublikasının və (və ya) beynəlxalq (regional)
s
tandartların tələblərinə uyğunlaşdırılma-lıdır.
Müəyyən hallarda xarici ölkələrin beynəlxalq, regional və milli
standartları sahə standartları kimi tətbiq oluna bilər.
Təşkilati-metodiki vahidliyə nail olmaq və işlərin yerinə
yetirilməsinə nəzarət etmək məqsədilə sahə standartlarının işlənib
hazırlanmasında beş mərhələ müəyyən edilir:
1-
ci mərhələ-sahə standartlarının işlənib hazırlanmasının
təşkili;
2-
ci mərhələ-standartın layihəsinin işlənib hazirlanması (birinci
redaksiya);
3-
cü mərhələ-sahə standartı layihəsinin son redaksiyasının
işlənib hazırlanması, razılaşdırılması və onun təsdiq olunmağa
təqdim edilməsi;
4-
cü mərhələ-sahə standartının təsdiq edilməsi və qeydiyyatdan
keçirilməsi;
5-
ci mərhələ-standartın nəşri.
Qeyd: sahə standartlarının işlənib hazırlanması mərhələlərinin
birləşdirilməsinə yol verilir, bu da standartın işlənib hazırlanması
müqaviləsində öz əksini tapmalıdır.
Sahə standartlarının tərtibi, ifadəsi, rəsmiləşdirilməsi və
məzmunu AZS 1.5-ə müvafiq olmalıdır.
Sahə standartının işlənib hazırlanması zəruriyyəti əsaslandırıl-
malıdır.
Sifarişlərin hazırlanması, müzakirə edilməsi, sahə standartlaş-
dırılmasının illik planının tərtib edilməsi və sahə standartlarının iş-
lənib hazırlanmasına dair müqavilənin bağlanması, dövlət idarəetmə
orqanlarının müəyyən etdiyi müvafiq qaydalara əsasən həyata
keçrilir.
Zərurət olduqda müqaviləyə əlavə kimi aşağıdakıları müəyyən-
ləşdirən texniki tapşırıq işlənib hazırlanır:
-
standartlaşdırma obyekti və tətbiq sahəsi;
-
standartın bölmələri və standartın müəyyən etdiyi əsas tə-
ləblər nomenklaturası;
-
standartın işlənib hazırlanma mərhələləri;
-
standartla birlikdə təqdim olunan sənadlərin siyahısı;
338
-
standart lahiyəsini razılaşdırmalı olan idarəetmə orqanları və
(və ya) müəssisələrinin siyahısı;
-
sifarişçinin digər tələbləri.
Sahə standartı lahiyəsinin birinci redaksiyası hazırlanır,
izahedici məktub və zərurət olduqda təşkilati texniki tədbirlər planı
əlavə edilir. Sahə standartlarının layihələrinə əlavə olunan izahedici
məktubun quruluşu, ifadəsi, tərtibi və məzmunu AZS 1.2- yə müva-
fiq olmalıdır. Sahə standartının layihəsi (birinci redaksiya), izahedici
məktub və əsas tədbirlər planının layihəsi, bu sənədləri işləyib
hazırlayan təşkilat tərəfindən çoxaldılaraq rəy üçün marağı olan
təşkilatlara göndərilir. Sahə standartı layihəsinin alındığı gündən 15
gün müddətindən gec olmayaraq təşkilatlar standartı işləyib
hazırlayanlara öz rəylərini göndərirlər. Sahə standartının layihəsinə
verilən rəyin quruluşu, ifadəsi, tərtibatı AZS 1.2- də müəyyən edilən
qaydada olmalıdır. Alınmış rəylər əsasında məlumat vərəqəsi tərtib
edilir. Daxil olunmuş iradlar və təkliflər nəzərə alınmaqla AZS 1.2-
yə uyğun olaraq sahə standartının son redaksiyasının layihəsi işlənib
hazırlanır. Sahə standartının layihəsinin son redaksiyasının
razılaşdırılması AZS 1.2- nin müəyyən etdiyi qayda əsasında aparılır.
Sahə standartı layihəsinin son redaksiyası təsdiq edilmək üçün
müvafiq dö
vlət idarəetmə orqanına göndərilir. Sahə standartları
layihələrinin təsdiq etmək üçün göndərilməsi qaydası müvafiq
idarəetmə orqanı tərafindən müəyyən edilir.
Dö
vlət sahə idarəetmə orqanı sahə standartını nəzərdən keçirir
və onun təsdiq edilməsi haqqında qərar qəbul edir, yaxud bu orqan
tərəfindən müəyyən edilmiş qaydaya müvafiq onu yenidən işləmək
üçün geri qaytarır.
Sahə standartını təsdiq etməzdən əvvəl təsdiq edən orqan, onun
Azərbaycan Respublikası qanunvericiliyinə, Azərbaycan Respub-
likası standartlarının, beynəlxalq və dövlətlərarası standartların tələb-
lərinə, metroloji norma və qaydalara, terminologiya tələblərinə,
quruluş, ifadə, tərtib qaydalarına uyğunluğunun ekspertizasını təmin
edir.
Sahə standartını təsdiq etdikdə, onun tətbiq edilməyə hazırlan-
ma
sı ilə əlaqədar olan tədbirlərin həyata keçirilmə müddətləri nəzərə
alınmaqla standartın tətbiq edilmə tarixi müəyyən olunur. Sahə
339
standartının təsir müddəti, onu təsdiq edən orqan ilə sifarişçinin
razılaşmasından sonra müəyyən edilir. Sahə standartları, ARSMPDK
tərəfindən, onun müəyyən etdiyi qaydaya uyğun olaraq qeydiyyatdan
keçirilir.
Sahə standartının işarə edilməsi SS AZ indeksindən,sahə
idarəetmə orqanlarının rəqəmli şərti işarəsindən ARSMPDK ilə
razılaşdırılmış qeydiyyat nömrəsi və tire ilə ayrılan axırıncı iki rəqəm
təsdiq edildiyi ildən ibarətdir.
Sahə standartlarının nəşri, yenidən nəşri, fondunun yaradılması
və aparılması standartı təsdiq edən dövlət idarəetmə orqanları tərə-
findən təmin edilir.
Bu orqanlar, istifadə edənləri, sahə standartları haqqında infor-
ma
siya və standartların özləri ilə, onların müəyyən etdiyi qayda
əsasında təmin edirlər.
Qüvvədə olan sahə standartının yenidən baxılması, dəyişdiril-
məsi və ləğv edilməsi, onları təsdiq edən orqanlar tərəfindən AZS
1.2-
yə uyğun həyata keçirilir.
Sahə standartında dəyişikliklər əsas standart üçün müəyyən
edil
miş razılaşdırılma, təsdiq edilmə və qeydiyyat qaydasında
aparılmalıdır.
Qəbul edilmiş, dəyişdirilmiş və ləğv edilmiş sahə standartları
barədə informasiya, ARSMPDK, onun müəyyən etdiyi qaydada
təqdim edilir.
Dostları ilə paylaş: |