Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə52/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   47   48   49   50   51   52   53   54   55

449

milyard  insan  xəstələnir,  500  milyon  isə virusun  daşıyıcısı  olur,  vərəmlə  ild ə 

10  milyon xəstələnir,  5 milyon ölür, malyariya  ilə  500 milyon  xəstələnir,  1,5- 

2  milyon  vəfat  edir.  Bu  rəqəmlər  gündən-günə artaraq  ümumi inkişafa  c id d i 

maneçilik  törədir.  Viruslu  hepatit  (A,  B,  D)  QIÇS  virusundan  100  d əfə 

qorxuludur.  2011-ci  ildə  qeyd  edilən  xəstəliklərin  arealı  həddindən  a rtıq  

genişlənmişdir.  H azırda  dünyada  baş  verən  müharibələr,  etnik  münaqişələr, 

terrorçuluq  aksiyaları  (İraq,  Pakistan,  Fələstin,  Hindistan,  Türkiyə,  A frika, 

Ərəb  ölkələri-  (Misir,  Liviya,  Suriya  və  s.)  təbii  ətraf  mühitin  ekoloji 

durum unu  pozaraq  təhlükəli  torpaq  infeksiyalarmın  törədicilərini  y erin 

səthinə  çıxarır və  yeni  infeksiya  ocaqları  peyda  olur.  Terrorçuluq  aksiyaları 

zamanı  bioloji  terrorizmdən

 

(bakterioloji  üsuldan)  istifadə  olunması  d a  



yoluxucu  xəstəlikləri  törədən  patogen agentlərin arealım çox genişləndirir və 

yeni  infeksiya  ocaqları  peyda  olur. Yoluxucu xəstəlik  törədicilərinin  h azırda 

dünyada  çox  geniş yayılmasının əsas səbəblərindən biri də beynəlxalq  ticarət 

əlaqələri

 

və nəqliyyat



 

vasitələridir.

Dünyada  baş  verən  epidemiya  və epizootiyalar  ölkəmizə  də  sirayət  edə 

bilər.  Çünki  infeksion  agentlər  sərhəd  tanımır,  heç  kəsə  güzəştə  getmir  və 

əlverişli şərait yaranan anda öz hökmünü verir, xəstəlik törədir.  Rəsmi statis­

tik məlumata görə, hazırda müayinə olunan hər  100  nəfərdən  10 nəfəri h ep a­

tit  virusuna  (В,  C)  müsbət  reaksiya  vermişdir.  2008-ci  ildə  550  nəfər  adam ı 

quduzluqla  xəstə itlər dişləmiş və onlardan bəziləri ağır xəstələnmişlər.  Ölkə­

mizdə  hər  100  nəfər  uşaqdan  11  nəfəri  bir  yaşma  çatmadan  patogen  bakte- 

riya,  virus,  göbələk  və  xlamidiya  ilə  neonatal  (ana  bətnində)

 

və  postnatal 



(doğumdan sonrakı

)

  dövrlərdə  yoluxaraq  respirator və mədə-bağırsaq  xəstə­

liklərindən  vəfat  edir.  Qeyd  edilən  patogen  agentlər  isə  ana  və  uşaqların 

orqanizminə  əsasən  yoluxucu  xəstəlik  törədiciləri  ilə  yoluxmuş  çirkli  içməli 

su,  heyvan  (ət,  süd,  yumurta,  balıq)  və  bitki  məhsulları  ilə daxil  olur və ağır 

fəsadlar  törədir.  Respublikamızın  ərazisində  magistral  neft-qaz  və  su 

kəmərlərinin, kanalların,  yolların  (İpək Yolu və s.) çəkilişi, yeni yaşayış m as­

sivlərinin  salınması,  arxeoloji  və  dağ-mədən  qazıntıları  və  s.  yoluxucu  xəs­

təliklərdən  ölən  və  torpağa  basdırılan  insan  və  heyvan  cəsədlərinin  qalıqla- 

rındakı  infeksion  agentləri  torpağın  səthinə  çıxararaq  ətraf  mühiti  çirklən- 

dirir  və  yeni  infeksiyaların  baş  verməsinə  zəmin  yaradır.  Yoluxucu  xəstə­

likləri  Respublikamızda  yayan  ən  təhlükəli  amillərdən  biri  də  heyvandarlıq 

və  quşçuluq  təsərrüfatlarında  hökm  sürən  antisanitariya  şəraiti,  gəmiri­

cilərin,  yırtıcı  vəhşi  faunanın  (canavar,  çaqqal, tülkü,  yenol  və s.) və  sahibsiz 

itlərin  tüğyan  etməsidir.  Həmin  amillərin  hər  biri  zooantroponozların  əsas 

rezervuarı  və  mənbəyidir.  Son  zamanlar  alimlər  müəyyən  etmişlər  ki, 

patogen  mikroorqanızmlər,  viruslar,  göbələklər,  helmintlər,  parazitlər  və 

onların  sürfələri  gəmiricilərin  və  vəhşi  yırtıcı  faunanın  orqanizmində  uzun 

müddət  yaşayır,  özləri  xəstələnmir,  ancaq  həmin  agentləri  ətraf  mühitdə 

yayaraq, genetik modi/ikasiyaya

 

uğradır,xassələrini,  xüsusilə patogenliyini və 



virulentliyini  çox  gücləndirir.  Iləm in  agentlər  insan  və  heyvan  orqanizminə 

daxil  olduqda  ağır  fəsadlar  törədir  Patogen  agentlərin  genetik  statusunun 

dəyişilməsini  tibb  və  baytarlıq  təbabəti  alimləri  bəşəriyyət  üçün  olduqca

450


təhlükəli  və  neqativ  hal  kimi  dəyərləndirir.  Ferm alarda  peyin  biotermiki 

üsulla zərərsizləşdirilmədən əkin sahəsinə  tətbiq  edilir və yoluxucu  agentlərlə 

ətraf mühiti  çirkləndirir,  dezinfeksiya, dezinseksiya,  dezodorasiya, dezakari- 

zasiya və deheliraintizasiya  tədbirlərinin vaxtında  və lazımı  səviyyədə  aparıl- 

maması  olduqca  neqativ  haldır.  Gəmiricilərlə həm  mərkəzi  şəhərlərdə  (Bakı, 

Gəncə,  Sumqayıt,  Mingəçevir,  Şirvan  və ),  həm  də  təmas  xətti  rayonlarının 

ərazisində  mübarizə  (deratizasiya)  aparılmadığı  üçün  onlar  həm  yoluxucu 

xəstəlik  törədicilərini yayır,  ətraf mühiti çirkləndirir,  həm  də kənd  təsərrüfatı 

məhsullarına  (kartof,  soğan,  yerkökü,  çuğundur,  bostan  və tərəvəz  bitkiləri, 

yonca  və  s.)  həddindən  çox  (50 faizdən  çox) ziyan verir.  2010-cu  ilin  noyabr 

ayında  ermənilərin  Ağdamın  işğal  olunmuş  təmas  xətti  ərazisində  keçirdik­

ləri  hərbi  təlim  nəticəsində  sahibsiz  ərazilərdə  məskunlaşan  həddindən  çox 

bəzgəklər  təmas  xəttini  keçərək  rayonun  əkinçilik  təsərrüfatlarına  (taxıl  və 

yonca  sahələrinə)  çox  böyük  ziyan  vurmuş  və  sahələri  xarabalığa  çevirmiş­

dir.  Bəzgək sürülərinin ərazilərimizə yoluxucu xəstəlik törədicilərini yayması, 

epizootiya  və  epidemiyaların  baş  verməsinə  səbəb  olması  qaçılmazdır.  Qeyd 

edilənləri  nəzərə  alaraq  ən  dəhşətli  müharibə  və  yanğından  güclü  sayılan 

epidemiya  və  cpizootiyalarla  mübarizəyə  hazır  olmaq  lazımdır.  Bu,  artıq 

günün ən prioritet tələbi  hesab olunur və insan  sağlamlığı  üçün çox zəruridir.

Baytarlıq  təbabətinin  məşhur  alimləri  bəşəriyyətin  inkişafının  bütün 

dövrlərində  onun  insanların  sağlamlığının  keşiyində  dayandığını  uzaqgörən­

liklə  bəyan  etmişlər.  Hazırda  dünyanın  inkişaf  etmiş  ölkələrində  ekoloji 

böhranlar  insan  sağlamlığı  və  baytarlıq  təbabətinin  aktual  problemlərinin 

əsas  prioritet  sayılmasına  baxmayaraq,  Respublikamızda  bu  sahədə 

maarilləndirmə  işləri  həb  də  günün  tələbi  ilə  uzlaşmır  və  lazımı  səviyyədə 

aparılmır.  Hkoloji  böhran  zooanlroponoz  (heyvanlardan  insana  keçən)  və 

antropozoonoz  (insanlardan  heyvanlara  keçən)  xəstəliklərdən  ölmüş  və 

torpağa  basdırılmış  cəsədlərdəki  genetik  mulasiyaya  məruz  qalmış  palogen 

agcntbri  (törədiciləri)  uzun  illərdən  sonra  yenidən  torpağın  səthinə 

çıxararaq  içməli  su  mənbələrini  baklerioloji  çirkləndirir.  Bu  zaman  onların 

patogenliyi  (xəstəlik  törətmə  xassəsi)  və  virulcntliyi  (xəstəlik  törətmə 

dərəcəsi)  güclənir,  yeni  inleksiya  və  invaziya  mənbəyi  yaranır,  həmin 

xəstəliklər  təkrarən  baş  verir,  yeni  əlamətlərlə  səciyyələnir.  Maraqlı  elmi 

faktdır  ki,  son  zamanlar  parazitoz  və  helminlozların  törədici və sürfələrinin 

həm  də  insan  və  heyvanlarda  əzələdə,  daxili  orqanlarda,  hətta  beyində, 

sümük  toxumalarında,  cinsiyyət  orqanlarında,  gözdə  və  s.  lokalizasiya 

etməsi  aşkar  olunmuşdur.  Bu  elmi  yenilik  isə  yalnız,  müasir  diaqnostika 

cihazları (rezonans aparatı) vasitəsilə müəyyən edilə  bilir



Ümumdiinya  Vəhşi  Təbiəti M iihafizə  Fondunun  (  WWF)   son illərdə  təşkil 

etdiyi ekspedisiya qrupu  Cənubi Çin dənizinin  Borneo adasında dünya alimləri 

arasında  çox  böyük  sensasiya  törədən,  biologiya  elmində  xüsusi  əhəmiyyəti 

olan  yeni  maraqlı  eh  '  raktlar  aşkar  etmişdir.  Borneo  (Kalimantan) 

planetimizin  3-cii  ən  h< y  ‘k  adası  olmaqla,  İndoneziya,  M alayziya  və  Bruney 

arasında  üç yerə  bölünməsi ilə  unikaldır.

 

Sahəsi  743,33  kvadrat kilometr olan 



adada  neft  və  qaz  yataqları  da  aşkar  olunmuşdur.  Nəmli  ekvatorial

451


qurşaqda  yerləşdiyi  üçün  həmin  ada  olduqca  sıx  cəngəlliklərlə  örtülüdür. 

Ekspedisiya  qrupunun  ilk  səfəri  zamanı  adada  60-a  qədər  yeni,  in d iyəd ək  



elmə  məlum  olmayan  heyvan  (29 onurğasızlar,  1 7 balıq,  5  qurbağa,  3  ilan,  2  

kərtənkələ,  l   quş  və  3  həşərat)  və  67 m üxtəlif bitki  növü  aşkar  olunmuşdur. 

Heyvan növləri arasında 2 fərqli -  ağ ciyərsiz və uçan qurbağa,  uzunluğu  0,5 

metr  olan  yeni  həşərat,  al-qırmızı  başlı,  mavi  bədənli  ilan  kimi  ekzotik 

növlər  də  vardır.  Lakin  2007-ci  ilin  fevral  aymda  adaya  səfər  edən  2-ci 

ekspedisiya  qrupu  bu  adada  dünyanın  heç  bir  yerində  rast  gəlinməyən  və 

indiyədək  elmə  məlum  olmayan 

10 

yeni  məməli,  350  quş,  150  sürünən  və  10 

min  bitki  növü  aşkar  etmişdir.

 

Dünyanın  təbiətşünas  alimləri  bu  əsrarəngiz 



adada  hələ  elmə  məlum  olmayan  çoxlu  sirlərin  mövcud  olduğunu  nəzərə 

alaraq  onun  mühafizə  olunmasım  planetar  əhəmiyyətli  məsələ  kim i 

dəyərləndirirlər.  Həmin  kəşf  indiyədək  planetimizdə  mövcud  olan  flora  və 

fauna  növlərinin  təsnifatının  tamamilə  dəyişilməsi  və  yenidən  əsaslı  surətdə 

işlənib hazırlanması zərurəti yaradır. Çünki həmin adada müxtəlif genefonda 

malik  olan  canlı  aləmin  yeni  üzvləri  intişar  tapır.  Adada  məskunlaşan  yeni 

mikro və raakro fauna və flora növlərinin genetik statusunun və  biomüxtəlif- 

liyinin  ətraflı  surətdə  öyrənilməsi,  müvafiq  elmi-tədqiqatların  aparılması 

hazırda  bioloqların,  xüsusilə  zooloq,  genetik  və  botaniklərin  qarşısında 

olduqca qlobal problemlər qoyur.

Alimlər  belə güman edirlər  ki, qeyd edilən biotlar müxtəlif ərazilərdə baş 

verən  ekoloji  kataklizmlər  və  antropogen  fəaliyyətin  təsirlərindən  xilas 

olmaq  məqsədilə  məhz  bu  adaya  pənah  gətirmişlər.  Onların  fikrincə,  həmin 

biotlar  əvvəllər  başqa  bölgələrdə  də  mövcud  olmuş,  sonralar  isə  onların 

kökü  kəsilmişdir.  Borneo  adasına  indiyədək  insan  ayağı  dəymədiyindən 

oradakı  biotlar  hələ  də  öz  nəslini  və  populyasiyasını  saxlamışdır.  Bu  tarixi 

kəşfi  təbiətşünaslıq  elminin  ən  böyük  nailiyyəti  kimi  dəyərləndirmək,  onun 

ekoloji  aspektlərini,  mikrofaunasını ətraflı  surətdə,  öyrənmək  və  elmə  daxil 

etmək  lazımdır.  Alimlər  həmin  adada  mövcud  olan  biotların  elmə  indiyədək 

məlum  olmayan  yeni  epizootoloji,  epidemioloji,  enlomo/oji,  fitopatoloji 

patologiyalar  törədəcəyindən  və  bəşəriyyət  üçün  çox  ağır  fəsadiarla 

nəticələnəcəyindən  olduqca  böyük  narahatlıq  hissi  keçirir,

 

həmin  bəlanın 



qaçılmaz  olduğunu  bildirirlər.  Hazırda  dünya  alimlərinin  qarşısında  duran 

ən  qlobal  elmi  problemlərdən  biri  Borneo  adasındakı  flora  və  faunanın 

mənşəyini,  təkamülünü,  qohumluq  əlaqəsini,  növ,  cins,  xətt  müxtəlifliyini, 

onların  bioloji,  morfofunksional,  genetik,  populyasiya  xüsusiyyətlərinin 

hüceyrə,  xromosom  və  gen  səviyyəsində  öyrənilməsidir.  Dünyamn  məşhur 

alimləri  (arxeoloqlar,  bioloqlar,  geoloqlar,  ekoloqlar,  morfoloqlar,  gene- 

tiklər)  bu  sahədə  geniş  proqramlı  layihəni  həyata  keçirməyə  hazırlaşır. 

Həmin  layihədə  həmçinin  adadakı  məməli  heyvanların  və quşların  təsərrüfat 



əhəmiyyətinin,  məhsuldarlığının,  kəmiyyət  və  keyfiyyət  əlamətlərinin,  insan 

üçün  yararlılıq  dərəcəsinin  öyrənilməsi də

 

elmi  tədqiqat  işlərinin  proqram ına 



daxil  edilmişdir.  Alimlər  belə  qənaətə  gəliblər  ki,  onların  bu  axtarışları  elmə 

məlum  olmayan  çoxlu  qaranlıq  sirləri  açacaq  və  dünya  elminə  olduqca 

böyük,  səmərəli,  mütərəqqi  və  fundamental-tətbiqi  xarakterli  yeni  töhfələr

452


verəcəkdir.  Atmosferə  atılan  karbon,  azot,  kükürd  oksidləri,  etanol  və 

halogenlərin  onu  tamamilə  çirkləndirməsi  və  böhran  həddinə  çatdırması 

nəticəsində  yaranan  qlobal  istiləşmə  və  iqlim  dəyişikliyi  bütün  canlı  aləmin 

mövcudluğunu  müəmmalı  vəziyyətə  salmış  və  onların  genetik  statusuna, 

genefonduna  neqativ  təsir  göstərmişdir.  2010  və  2011-ci  illər  planetimizin 

tarixində  ekoloji  kataklizmlərin  arealının  həddindən  çox  intensivləşməsi  və 

fasiləsiz,  dinamik  inkişafı  ilə  yadda  qalır.  Braziliyanın  çaylarında  suyun 

səviyyəsi  1  metr,  Çinin  bəzi  bölgələrində  3  metr,  Hihdistanda  2-2,5  metr, 

Almaniyanın  bəzi  çaylarında  isə  hətta  7  metrə  qədər  qalxaraq  öz  məcrasın­

dan  çıxmış  və  yaşayış  məntəqələrinə,  təsərrüfatlara  böyük  zərər  vurmuş, 

insan tələfatı ilə nəticələnmişdir.

Planetimizdə  baş verən  geodinamik proseslər  yerdə  tektonik  hərəkətləri 

çox  gücləndirir.  Qlobal  geodinamik  proseslər  lokal  (yerli)  tektonik  hərə­

kətlərə və  torpaq  sürüşmələrinə səbəb  olur.  2010-cu  ildə Çilidə baş  verən  8,8 

bal  gücündə  zəlzələ  Haitidə  də  müşahidə  olunmuş,  həm  iqtisadi,  həm  ağır 

ekoloji  fəsadlar  törətmiş,  güclü  dağıntılara  və  çoxlu  sayda  insanların 

ölümünə  səbəb  olmuşdur.  Ümumiyyətlə son  10  ildə  zəlzələlərin  855-i  Asiya 

qitəsində  baş  verərək  4,8  milyon  insan  ölmüşdür.  Geodinamik  proseslər 

yerin  Avrasiya,  Afrika  və Ərəbistan  plitələrinin  toqquşmasına  və zəlzələlərə 

zəmin  yaratmışdır.  Hazırda  Yer  kürəsində  mövcud  olan  hər  üç  seysmik 

qurşaqda  (Alp-Himalay,  Atlantik  və  Sakit  okean)  geodinamik  proseslər 

ildən-ilə  gücləndiyi  üçün  tektonik  hərəkətlərin,  dalğaların  sayı  gel-gedə 

artm aqla planetimizin ekoloji  durumunu pozur,  iqlimin xəritəsini dəyişdirir, 

qlobal  istiləşməni və parnik effektini daha da gücləndirir, bütün  patogcnlərin 

genetik  xüsusiyyətləri  dəyişilir,  onlar  tamamilə  yeni,  arzuolunmaz  xassələr 

kəsb  edir,  ciddi  təhlükə  mənşəyinə  çevrilir.  2010-cu  ilin  ilk  4  ayı  ərzində 

ölkəmizdə 875  tektonik yeraltı təkan müşahidə olunmuşdur.  Həmin  tektonik 

hərəkətlər  və  güclü  leysan  yağıntıları  ölkəmizin  bəzi  rayonlarında  (Quba, 

Qusar,  Lənkəran,  Lerik,  Daşkəsən,  Goranboy  s.)  geniş  miqyaslı  Yer 

sürüşmələri  törətmiş və böyük zərər vermişdir.  Yağıntılar  Kür çayında suyun 

səviyyəsinin  metrdən  artıq  qalxmasına  səbəb  olmuş  və  Kür  boyu  ərazidəki 

rayonların  (Zərdab,  Kürdəmir,  imişli,  Ağcabədi,  Şirvan,  Sabirabad,  Salyan 

və s.)  bəzi  kəndlərini  su  basmışdır.  Ümumilikdə 40  rayonda sel subasmaları 

ölkəmizə  böyük  zərər  vermişdir.  Kür  və  Ara/,  çaylarında suyun  səviyyəsinin 

artması  yeraltı  qrunt  sularının  səthə  çıxmasını  daha  da  sürətləndirmiş,  50 

min hektardan  çox  torpaq  sahəsi  yararsız hala  düşmüşdür.  Qrunt  suları  həm 

də  genetik  dəyişikliyə  uğramış  yoluxucu  xəstəlik  törədicilərini  torpağın 

altından  onun səthinə çıxarmaqla çox  təhlükə  yaradır.  Çayda suyun  səviyyə­

sinin  artmasının  əsas  səbəbi  onun  Xəzərlə  təmas  hissəsində  (deltada)  gilli 

palçığın  həddindən  çox  toplanması  nəticəsində  suyun  cəmi  1-2  metr  də­

rinliyə malik  olması (deltada suyun  dərinliyi  5-6 metrdən  az olmamalıdır)  və 

durğunluğun  əmələ  gəlməsidir.  Əgər  təmas  xəttindəki  gil  vaxtında  təmiz­

lənsəydi,  onda  bu  ekol.  •  böhran  baş  verməzdi,  iqlimin  xəritəsinin  kəskin 

dəyişilməsi,  qlobal  istiləşmə  həm  Yer  təbəqəsinin  müxtəlif  qatlarında 

temperatur  fərqi  yaradır,  həm  də  buzlaqların  əriməsi  sürətləndiyi  üçün

453


dünya  okeanında  suyun  səviyyəsi  artdığından  yerin  təkinə  təsir  edərək 

tektonik  hərəkətlərə  səbəb  olur,  zəlzələ və  vulkan püskürmələrinin dinamik 

inkişafına  və  tez-tez  baş  verməsinə  zəmin  yaradır.  2010-cu  il  aprelin  15-də 

İslandiyada  100  ildən  sonra  təkrarlanan  və  1  aydan  artıq  davam   edən 

vulkan  püskürməsi  planetimizdə  analoqu  olmayan  neqativ  ekoloji  mənzərə 

yaratmış,  zəhərli  qazlar  və  kimyəvi  maddələrlə  zəngin  olan  külü  atmosferə 

qaldıraraq  Avropa  ölkələrinin  əksəriyyətinin  üzərində  tünd  qara  rəngli  kül 

buludu  əmələ  gətirmişdir.  Eyni  vaxtda  Mərkəzi  Amerikada  100  kilometr 

hündürlüyə  qalxan  analoji  vulkan  püskürməsi  də  planetimizin  ekoloji 

durum una  çox neqativ  təsir  etmişdir.  Onların ağır fəsadları  isə heç şübhəsiz 

ki,  tezliklə canlı  aləmə öz  neqativ  təsirini mütləq  göstərəcək  və onun genetik 

dəyişikliyə  məruz  qalması  prosesi  büruzə  verəcəkdir.  Kül  buludu  Günəş 

şüalarının Yer səthinə keçməsinin qarşısını alır, hava cərəyanım pozur,  iqlim 

anomaliyaları  törədir,  Yerin  maqnit  və  elektromaqnit  sahələrini,  iqlimin 

xəritəsini  dəyişdirir  və  havanın meteoroloji  kataklizmlərüıi  törədir,  insan və 

heyvanlar  üçün  çox  təhlükəli  olan  patogen  agentlərin  əlamət  və  xassələrini 

tamamilə dəyişdirir.

Ən  təhlükəli ekoloji böhranlardan biri və ən başlıcası qlobal  istiləşmənin 

təsirindən  buzlaqların  əriməsi,  buz  dağlarınm-aysberqlərin  qopub  ayrılma­

sıdır.  Dünyanın  buz  ehtiyatının  əsas  hissəsi  (80  faiz)  A ntarktida  materikinə 

məxsusdur.  Bu  materik  həm  Yer  kürəsində  hava  cərəyanını,  temperaturu 

tənzimləyir,  həm  də  iqlim  amillərini  formalaşdırır.  Qlobal  iqlim  dəyişik- 

liyininin  səbəbləri,  onu  törədən  amillər  və  bu  prosesin  inkişaf  dinamikası 

məhz  A ntarktida  materikində  quraşdırılan  cihaz  və  texniki  qurğular  vasi­

təsilə  öyrənilir,  təhlil  olunur,  meteoroloji  məlumatlar  toplanır  və  müvafiq 

nəticələr  çıxarılır.  Alimlər  bunu  nəzərə  alaraq  həmin  qitəni  dünyanın 



"me­

teoroloji 

laboratoriyası  və 

məlumat  mərkəzi"

  adlandırırlar.  Antarktidanın 

ekoloji  durumu  isə  o  qədər  də  ürəkaçan  deyildir.  Onun  buzlaqlarının  hazır­

da  çox  sürətlə  və  aramsız  olaraq  əriməsi  nəticəsində  dünya  okeanı  suyunun 

səviyyəsinin  XXI  əsrin  ortalarında  0,5  metr  qalxması  gözlənilir.  A ntark­

tidanın  buzları  tamamilə əriyərsə,  onda  Yer  kürəsində  suyun səviyyəsi  80-90 

metr  qalxa  bilər.  Buzlaqların  əriməsinin  səbəbi  parnik  effekti  və  qlobal  isti­

ləşmədir.  Göründüyü  kimi,  insanların  prosesin  proqnozunu,  törədə  biləcəyi 

neqativ  fəsadları  nəzərə  almadan  törətdikləri  ekoloji  bumeranq,  son  nəti­

cədə,  bəşəriyyəti  qarşısıalınmaz  fəlakətli  ekoloji  böhranlara  düçar  edir,  bü­

tün  canlı  aləmin  genetik  resurslarını  neqativ  dəyişikliyə  uğradır  və  onların 

mövcudluğunu  sual  altına  alır.  Qeyd  olunanları  nəzərə  alaraq BMT və digər 

nüfuzlu  beynəlxalq  təşkilatlar  dünya  ölkələri  qarşısında  atmosferin  çirklən­

məsinin,  buzlaqların  əriməsinin  və  qlobal  istiləşmənin  qarşısının  alınması, 

parnik  effekti,  ozondağıdıcı  təsir  edən  və qlobal  iqlim  dəyişiklikləri  törədən 

qazların  atmosfer  havasına  buraxılmasına  yol  verilməməsini  təxirəsalınmaz 

məsələlər  kimi  ön  plana  çəkmiş  və  xüsusi  tövsiyələr  hazırlanmışdır.  BM'l 

həm  də  bütün ölkə alimlərinin  planetimiz  üçün  müstəsna əhəmiyyəti  olan və 

buzlaq  materiki  sayılan  A ntarktidada  aparılan  meteoroloji  elmi-tədqiqa( 

işlərinə  cəlb  edilməsini,  bu  sahəyə  öz  töhfələrini  verməsini  və  onun  canli

454


aləminin  mühafizə  olunmasını  ən  prioritet  və  təxirəsalınmaz  məsələ  kir.iı 

qarşıya məqsəd  qoymuşdur.  Unutmaq  olmaz  ki,  bu  nəhəng maicrik  həm  də 

canlı  aləmin  olduqca  nadir  inciləri-suitilər,  pinqvinlər,  balinalar,  xəıçəngki 

milar  və  s.  məskunlaşdığı yaşayış  yeridir.  Dünya  faunasının  nəhəngi  sayılar, 

ən  nəhəng  canlı  mavi  balina  da  (uzunluğu  35  metr,  çəkisi  160  iondur)  ö/; 

üçün  vətən  kimi  məhz  bu  materiki  seçmişdir.  Iləyəcan  doğuran  haldır  k- 

giqant  materikdə məskunlaşan  canlı aləmin  növlərinin  sayı  ildən-ilə getdik e ə 

çox  sürətlə  azalır,  populyasiyaların  ekoloji  durumu  zəifləyir,  nəsli  kəsilir 

genefondu  ilir  və  həyəcan təbili çalır.

Aııtraktida  materikinin  ekoloji  durumunun  pozulması  və  gel-ged  ' 

pisləşməsi  bülün  bəşəriyyəti  narahat  elməklə  çox  ciddi  düşünməyə  vadə- 

edir.  Antarktida  materiki,  A rktika  və  Qrenlandiya  yarımadası  insanlardan 

əlini  üzərək  sanki  Ulu  'Janrıya  yalvarır,  ondan  imdad  diləyir,  köməklik 

gözləyir.  Bu  isə  bülün  dünya  ölkələri  rəhbərlərinin,  beynəlxalq  təşkilatların 

hamısının,  alimlərin,  bir  sözlə,  planetin  hər  bir  vətəndaşının  buzlaqlaiıə 

mühafizəsinə  qoşulmasını  və  öz  insani,  bəşəri  borcunu  yerinə  yetirmə .ini 

tələb edir.  Çünki  həmin  problem  harada yaranm asından asılı  olmayaraq  h  ч 

bir  insanın  problemidir,  günün  ən  ümdə  tələbidir.  Buzlaqların  əriməsi  nətıc.- 

elibarı  ilə  planetimizin  iqlim  xəritəsini  çox  kəskin  dəyişir,  ekoloji  böhran  v  

kalaklizmlər,  təhlükəli  epizooliya,  epidemiya  və  pandemiyalara  zəmin 

yaradır.  20l()-cu  ildə  dünyanın  məşhur  okeanoloqları,  hidrobioloqları,  tib' 

və  baytarlıq  təbabəti  alimlərinin  apardığı  yeni  elmi-tədqiqat  işlərinin  v. 

analizlərin  nəticələrinə  əsasən  müəyyən  edilmişdir  ki,  buzlaqların  çox  sürəti, 

əriməsi  və  bu  prosesin  gündən-günə  daha  da  geniş  vüsət  alması  nəticəsimi, 

dünya  okeanının  suyunda  civə  və  digər  zərərli  metalların  konsentrasiv  ıs: 

həddindən  çox  artaraq  hidrobiolları  (su  canlılarını)  genetik  modifikasıyav. 

uğratmış,  onların  irsi  əlamət  və  xassələrini  dəyişmiş,  yoluxucu  xəstəliklərə 

davamlılığını  azaltmış  və  məhv  olmasına  böyük  zəmin  yaralmışldıı.  Ol hətlə 

buzlaqların  ərimə  prosesi  bu  sürətlə  davam  etdiyi  təqdirdə  dünya  lıidı o 

biollarıııın,  eləcə də  həmin  suyu  qəbul  edən  bütün  heyvan  və quşların 

gene 

tik  resurslarının  azalmasına  çox  böyük  təkan  verəcəyi  və  ağır  fəsadlaı  tö, . 



dəcəyi qaçılmaz sayılmalıdır.

Dahi  filosof  K.M arks  yazmışdır:  «Na  qadar  ki,  insanlar  mövcuddur 



labial

  ıv 


insanlar  hir-hiri  iki Maq,ular  olacaqdır»  I ‘mıımnıil/i  l ider.  Ulu önd.» 

Ucydar  OHyev  da

 

həmişə  təbiətə  qayğı  ilə  yanaşmağı  yüksək  dəyərlənib­



mişdir:  «liiz  tabiata  qarşı  zar  islada  hUmarik



ağacın  bir  hııdağı  к asılanda 



biliram ki,  qoluımın  biri kaxilir».

 

Akademik 



ləsən  Oliyev  yazmışdır.  « I abiaf, 



duymaq,  din!атак,  lazım yalanda biinnı  lıiss/arinı  sa/ar har dayib  oıııın  kesi\a; 

da  durmağı  bacarmaq  psixologiyasını  böyiiyan  nasla  a.şılamuq  an  yaxşı  lal 

izn 

darsidir».

 

Məşhur  genetik  akademik  N  Y.Vavilov  isə  ölkəmizi  belə  >əris 



etmişdir:  «Azarhaycon dünyanın  ,>n  ~  c'in  bioloji hankıdır  l abs  isa bıı bani 

an  zatiyin  hissisidir».  V

 

;ik  fəlsəfi  sarm üz  Nizami  Uəncəvi  hələ  XIi-ə:>; 



insanların təbiətə düşir 

. :!=k  mıinasibətdən  əl çəkməsini tövsıyyə elmişdi'-



" H a r  m a r a l o v ç u n u n   z iilm iiııd a n   q a ç a r .

Yırtıcı vəhşidir 

lıala 

insanlar

Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin