Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil


  Quşların xəstəliklərə  davamlılığına  görə  seleksiyası



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

12.4.  Quşların xəstəliklərə  davamlılığına  görə  seleksiyası

Toyuqların pulloroza  (tip )  davamlılığa gora  seleksiyası.

 

Quşçuluq  təsər­



rüfatlarına  ən  böyük  iqtisadi  zərəri  Salmonella  pullorum  bakteriyaları  tərə­

findən  törədilən  pulloroz xəstəliyi  verir.  Pulloroz

 

-  cavanlarda  bağırsaqların 



və  parenxımatoz  orqanların,  yaşlı  quşlarda  isə  yumurtalığın  iltihabı  ilə 

xarakterlənir.  Quşların  pulloroza  davamlı  xətlərini  yaratmaq  üçün  ən 

səmərəli  və  əlverişli  üsul  təbii  seleksiyaya  üstünlük  verilməsidir.  Quşların 

pulloroza  davamlılığım  artırmaq  üçün  onların  yüksək  temperaturda  saxlan­

ması  istiqamətində  maraqlı  təcrübələr aparılmışdır.  Bu məqsədlə  10  günlüyə 

qədər  bədən  temperaturu  38,9°C  olan  cücələrin  saxlandığı  binada  tempera­

turun  tədricən  artırılması  nəticəsində  onların  temperaturu  4 yaşlı  toyuqlara 

məxsus  olan  həddə  (41-42°C)  çatdırılmışdır.  Bədən  temperaturu  həmin 

həddə  daha  tez  sürətlə  çatan  cücələr  pullorozun  törədicisi  ilə  süni  olaraq 

yoluxdurulduqda  onlar  temperaturu  daha  zəif sürətlə  yüksələn  fərdlərə  nis­

bətən pulloroza qarşı çox davamlılıq göstərmişlər. Alimlərin  fikrincə,  bunun 

əsas  səbəbi  temperaturu  çox  sürətlə yüksələn  orqanizmdə  immunoqlobulın- 

lərin  çox  sürətlə  və  dayanıqlı  sintez olunmasıdır.  Leqqorn  cinsli  toyuqlarda 

bədən  temperaturu  rod-ayland  cinslilərə  nisbətən  çox  sürətlə  yüksəlir  və 

onların  pulloroza  davamlılığı  yüksək  olur,  Göründüyü  kimi,  pulloroz  mühi­

tin irsi davamlılığa təsirinin sübutu  üçün  ən xarakterik nümunədir.  Müəyyən 

edilmişdir ki,  həyatının ilk  günlərində 35°C temperaturda  yetişdirilən cücələr 

daha  sağlam  o.lur və az xəstələnir,  30ÜC  temperaturda  yetişdirilən  cücələr isə 

pulloroza çox davamsız olur.

Eymerioza (koksidioza) 



davamlılığa 

görə 


toyuqların 

seleksiyası. Toyuqla­

rın  eymcrioza  davamlılığı  daha  geniş  və  ətraflı  öyrənilmişdir.  Bu  məqsədlə 

süni  olaraq  eymeriozun  oositləri  ilə  yoluxdurulmuş  cücələr  üzərində  lü 

günlük müşahidə aparılaraq müəyyən edilmişdir ki, davamlı cücələr arasında 

xəstələnmə  15%,  həssas  cinslərdə  iso-72%  olmuşdur.  Başqa  bir  seleksiya 

təcrübəsində  3  il  müddətində  eymeriozla  xəstələnmə  62,1%-dən  14,1%-ə 

qədər  azalmışdır.  Digər  seleksiya  təcrübəsində  ağ  leqqorn  cinsli  cücələri 

Eymeriozun  törədicisi  Eymeriya  tenella  ilə  süni  yoluxdurduqda  cücələr 

arasında ölüm faizi 29-90%,  orta hesabla isə 60,7% təşkil etmişdir.  Lakin  3-4 

illik  seleksiyadan  sonra  həmin  təcrübə  təkrar  olunduqda  cücələr  arasında 

ölüm  22,1%-ə  qədər  azalmışdır.  Toyuqların  eymerioza  davamlılığında 

bədənin  diri  kütləsi  çox  mühüm  əhəmiyyətə  malikdir.  Belə  ki,  davamlı  cins 

və xətlərin cücələrinin diri kütləsi  (115q)  həssaslara  (94q)  nisbətən xeyli  artıq 

olur.  Orta  diri  kütləyə  malik  olan  cücələrin  yaşama  müddətləri  arasında 

müsbət  korrelyasiya  (r=0,43)  mövcuddur.  Seleksiya  prosesində  qruplar 

arasında  xəstəliyə  davamlılığın  genetik  dəyişkənliyi  artdığı  halda,  qruplar 

daxilində,  əksinə,  xeyli azalır,  eymerioza  davamlılığın  növbələşmə əmsalı isə 

-  0,28-ə bərabər olur.

Murek  xəstəliyinə  davamlılığa görə  toyuqların  seleksiyası.

 

Bu  sahədə ən 



maraqlı  təcrübə 30 il  ərzində F.Xatta  və P.Kolle (1982)  tərəfindən aparılmış 

və  müəyyən  edilmişdir  ki,  Marek  xəstəliyinə  qarşı  davamlı  toyuq  cinsləri

399


yetişdirmək üçün ən azı 3-4 nəslin  alınması tələb olunur.  Müəyyən edilmişdir 

ki,  2,6,7,14  və  B21  qrupu  allellərinə  malik  olan  toyuq  cinsləri  Marek 

xəstəliyinə  çox davamlı,  əksinə,  1,3,5,13,15,19 genetik  indikatorlar  (marker- 

lər) isə  toyuqlarda yüksək həssaslığın yaranmasına səbəb olur.



12.5.  Heyvanların  etoloji  (davranışına  görə) seleksiyası

E to lo g iy a -o rq a n izm in

  təkamül  prosesi  nəticəsində  formalaşan  irsi  növ 

əlamətləri  və  fərdi  inkişaf  zamanı  qazanılan  müxtəlif  xarakterli  davranış 

reaksiyalarının  məcmuundan  ibarət  olmaqla,  əsasən  reflekslərin  iştirakı  ilə 

icra  olunur.  Bu  prosesdə  ən  başlıca  ekoloji-fizioloji  amil  adaptasiyanın 

davranış  formaları  hesab  edilir.  Bütün  heyvanlarda  postembritonal  dövrdə 

adaptiv  davranış  forması  biruzə  verir.  Məsələn,  məməlilərin  balası  doğulan 

kimi  ilk  əvvəl  ayağa  qalxmağa,  hərəkət  etməyə,  ən  əsası  isə  öz  anasını 

əmməyə  başlayır  və  ona  nail  olur.  Quşlarm  balalalrı  da  yumurtadan  çıxan 

zaman  dərhal  ağızlarım  açaraq  analarından  yem  gözləyir.  Postembrional 

inkişaf  dövründə  heyvanlarda  şərti  reflekslər  və  xarici  mühit  amillərinin 

təsirinə  uyğunlaşma-adaptasiya  davranışları  formalaşır  və  ctologiya  vərdiş­

lərinin yaranmasına zəmin yaranır. Uzaq məsafəyə  uçan quşlar (durnalar  və 

s.) soyuğa  (aşağı  temperatura),  yaxın  məsafəyə miqrasiya edən quşlar isə  is­

tiyə (yüksək temperatura) adaptasiya olunur.

A d a p ta s iy a -

  orqanizmlərin  mövcud  mühit  şəraitinə  uyğunlaşması  və 

özünün  ontogenetik  təkamülündə  dayanıqlı,  stabil  inkişafını  təmin  etməsin­

dən  ibarət  olan  mürəkkəb  bir  prosesdir.  Müasir  fiziologiyanın  və  genetika­

nın  ən  aktual  problemlərindən  biri  orqanizmin  adaptasiyasının  fizioloji  me­

xanizminin  aşkarlanmasıdır.  Müasir  son  təsnifata  əsasən  anadangəlmə  irsi 

və  fərdi  inkişaf prosesində yaranan  adaptiv  davranış  formaları  3  əsas  qrupa 

bölünür.


B irin ci  qru pa

 

postnatal  inkişaf  mərhələsində  yarana  fərdi  adap­



tasiyalar (şərti reflekslərin,  hormonal  və fermentativ və toxuma proseslərinin 

formalaşması və s.) aiddir.  Həmin adaptiv forma  geri dönən proses sayılır.



İk in c i  qrup

  -   irsi  möhkəmlənmiş  növ  uyğunlaşmasından  ibarət  olub 

mütləq  genetik  xarakter  daşıyır.  Onlar  orqanizmlərin  möhkəmlənmiş  sinir 

sistemi  və  genetik  sabitliyinin  və  ontogenez  zamanı  yaranan  morfoloji 

dəyişkənlik zəminində formalaşır və  bu  prosesdə  müxtəlif orqanlar və üzvlər 

sistemi  iştirak  edir.  Məməlilərin  yeni  doğulmuş  körpələrə  xüsusi  qayğı  gös­

tərməsi  (doğulan  kimi  balalarının  dərisini  yalaması,  təmizləməsi,  əmiz- 

dirməsi),  quşlarm  balalarını  yemləməsi  və  s.  buna  xarakterik  misaldır.  Hə­

min  genetik  davranışlar  irsi  olaraq  proqramlaşdırılmış  reflcktor  aktlar  və 

mürəkkəb  hormonal  münasibətlər  formasında  ixtisaslaşmaqla,  hətta 

taksonomik  cəhətdən  çox  yaxın  olan  növlərdə  belə  bir  -  birindən  olduqca 

fərqlənir.



Üçiincü  qrup

 -   populyasiya  adaptasiyalarından  ibarət  olub,  onun  kon­

kret  xarici mühit  şəraitində formalaşması 

prosesi 


zamanı  yaranır və müxtəlif

400


yaşayış  şəraitlərində həmin  növün  davranışını  xarakterizə  edir.  Populyasiya 

davranışı  öz genetik  quruluşuna  görə çox  mürəkkəbdir.  Bu  adaptasiya  növü 

çox  ciddi  genetik  xarakter  daşıyır  və  təbii  seçmə  (bəzən  isə  süni  seçmə)  ilə 

əlaqədar  olur.  Ontogenezin  prenatal  və  postnatal  dövrlərində  və  impritinq 

(məməlilərdə  və  quşlarda  erkən  postnatal  dövrdə  yaranan  reaksiyalar) 

hadisəsi  zamanı  genetik  adaptasiyanı  və  mühitin  təsirini,  görünüşünü  əks 

etdirir.  İmpritinq

 

hadisəsini  ilk  dəfə  quşlarda  və  məməlilərdə  Lorens  (1937) 



öyrənmişdir.  Heyvanların  inkişafının  təkamülü  baxımından  orqanizmin 

tənzimləyici  sistemlərlə  əlaqədar  olaraq  hüceyrə,  toxuma,  orqan,  orqanlar 



sistemi  və  orqanizm

 

səviyyəli  adaptasiyalar  ayırd  edilir.  Anadangəlmə  irsi 



adaptasiya  həm  də  instinkt

 

adlanır.  İnstinkt-



 

davranışın  genetik  olaraq 

formalaşan  və  orqanizmin  yaşayış  mühiti,  şəraiti  və  tərzi  ilə  heç  bir  əlaqəsi 

olmayan  və  ontogcncz  zamanı  təkmilləşən  formasıdır.  Məməli  heyvanların 

balaları doğulan  kimi  xarici  mühitlə heç bır əlaqəsi  olmayan anda  analarım 

əmməyə  başlaması  instinktin  əyani  növüdür.  Ana  südü  ilə  qidalanan 

küçüklər  yalnız  20-21  gündən  sonra  ət  yeməyə  başlayır,  qağayılar  və  bəzi 

başqa  quşlar,  tülkülər,  eləcədə  digər  heyvan  növləri  də  müxtəlif  formalı 

instinktlər  nümayiş  etdirirlər 

(

şəkil  63,  64,65).

 

ilər  bir  heyvan  növünün 



yemə  qarşı  şərti-reflektor  ağız  suyu  ifraz  etməsi  üçün  müəyyən  məsafə  tələb 

olunur:


it  üçün  3  metr

meymun üçün  4 metr

tülkü üçün  2,5-3 metr

kirpi üçün 

10 sm-o qədər.

Bu  instinktlərin  hamısı  genetik  olaraq  nəsildən  nəsilə  keçir.  Heyvanların 

bütün  müxtəlif  xarici  davarış  reaksiyaları  mərkəzi  sinir  sisteminin  birbaşa 

funksional  əlaqəsi  ilə  baş  verir  və  daimi  olaraq  onun  nəzarəti  altında 

çaxlanılır.  btologiyanın  əsas  və  vacib  məsələlərinin  elmi  əsasları  ilk  dələ 

Ç.Darvin tərəfindən öyrənilmişdir. O, instinktlərə, davranışlara, təbii  və süni 

seçməyə  çox  böyük  əhəmiyyət  vermişdir.  Uzun  müddətli  təkamül  prosesi 

zamanı  xarici  mühitin  təsiri  altında  heyvanlarda  xarakterik  əlamət  və 

reaksiyalar  formalaşaraq  nəsildən-nəsilə  keçmişdir.  Məsələn,  yırtıcı  vəhşi 

heyvanların  (canavar,  pələng,  ayı,  jenot,  giena  və  s.)  qida  məqsədilə 

heyvanlara  hücum  edərək  onları  parçalaması,  erkək  dağ  keçi  və  qoyun- 

larının-arxarların  dişi  fərdləri  qoruması,  mühafizə  etməsi,  onlara  keşik  çək­

məsi,  yaşlı  atların körpə  dayçaları dairəyə alaraq canavarların hücumundan 

qoruması  və s.  davranış reaksiyalarının xarakterik  nümunəsidir.

Ev  heyvanlarının  davranış  reaksiyaları  təkamül  prosesi  zamanı  uzun 

müddətli  əhliləşdirmə  nəticəsində  yaranmış  və  formalaşmışdır.  E.A.Boqda- 

nov  və  A.N.Seversevə  görə  ev  heyvanlarının  əhliləşdirilməsi  və  tam  keyfiy­

yətli  yemlərlə  təmin  olunması  və  müvafiq  saxlama,  bəsləmə  şəraitinin  yara­

dılması  zamanı  onların  səmərəli  təsərrüfat  keyfiyyətləri  dəyişilmiş,  möhkəm­

lənmiş  və nəsildən-nəsilə keçmişdir.  Heyvanlarda  davranış  reaksiyaları  müx­

təlif  amillər  tərəfindən  törəndiyi  üçün  onlar  bəzi  qruplara  təsnif  olunur 

(sxem

 

S).  Bu  zaman  növdaxilı  fərdlərin  öz aralarındakı  bir-birinə  olan  mü-



401

nasibəti,  davranış  reaksiyalarının forması və insan üçün onların noslə verilən 

səmərəli  təsərrüfat  keyfiyyətləri  nəzərə  alınır.  Heyvanlar  arasındakı 

növdaxili  münasibətlər müxtəlif şərtsiz reflekslər  kompleksi  (qida,  müdafiə, 

cinsiyyət və s.) ilə təyin olunur.

H e y v a n la rın  d a x ili 

re a k s iy a la rı



Şərtsiz

reflek slər

Q id a

M ü d a fiə



Ə m m ə

T əm sil  e tm ə

C in siy y ət

O y n a m a q  

(rəqs etmək)

A n alıq


Q o ru m a q

(keçik


O x ş a tm a

Y o x la m a q

(bənzətmə)

(araşdırmaq)

M ə ra sim ə

h a z ırla ş m a

(ritualizasiya)

Y en ilik

a x ta r m a q

D o m in a n tlıq

İn s a n  üçün  h e y v a n la rın   xeyirli 

k ey fiy y ətlərin in   növbələşm əsi 

ilə ə la q ə d a r  o la n   re a k s iy a la r

İn ək lərin  

cinsi və 

m əh su ld arlığ ı

Q o y u n la rın  

tipi  və


m ə h su ld arlığ ı

A li sin ir 

fəaliyyətinin 

tipi


T ə b ii

d av am lıiıq -

rezisten tlik

Q u ş la rın  cinsi,

y u m u r ta   və ə t

Ç o x lu   b a la

m ə h s u ld a rlığ ı

v erm ə


Sxem 

8.

 

Heyvanların  davranış  reaksiyalarının 



tə s n ifa tı  (A .A .S is o y e v ,  1 9 8 0 )

402


Heyvanlarda  irsiyyətin növbəloşməsı ilə əlaqədar olan  insan üçün xeyirli,  sərfəli 

təsərrüfat keyfiyyətlərinin  (xəstəliklərə təbii davamlılıq,  uzun müddət və  çoxlu 

balavermə,  yüksək  ət  və  süd  məhsuldarlığı,  doğulan  balaların  sağlam və iri  ol­

ması,  yelinin və əmcəklərin  forması  və  s.)  möhkəmlənməsi  və  dayanıqlı  olması 

üçün sinir sisteminin roluna,  tipinə,  onun təkmilləşməsinə çox  böyük və önəmli 

yer  verilir.  Məqsədyönlü  seçmə  yolu  ilə  kompleks  xarakterik  davranış  reaksiya­

larına  malik  olan heyvan cinsləri  yaradılmaqla,  bu  sahədə fundamental  tədqiqat­

ların  aparılması  davam  etdirilir.  Heyvan  növünün  sonrakı  törəmələrində  və 

xətlərində  səmərəli  təsərrüfat  keyfiyyətlərini  möhkəmləndirmək  və  dayanıqlı 

məcraya  yönəltmək  üçün  ontogenetik  inkişafın  müxtəlif  dövrlərində  normal 

inkişafın təmin olunması məqsədilə aparılan seleksiya işləri zamanı tam keyfiyyətli, 

rasional,  balanslaşdınlmış  yemləmə,  saxlanma  şəraitinə  və  sanitar-zoogigiyeniki 

şərtlərə  riayət  olunması  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Heyvanlann  davranış 

normaları  neyro-humoral  yolla  tənzimlənsə  də  bu  proses  ali  sinir  fəaliyyətinin 

genetik  olaraq  tamamilə nəzarəti  altında icra  olunur.  Ali sinir fəaliyyətinin əsasını 

isə heyvanlarda müşahidə olunan oyanma və ləngimə prosesləri təşkil edir.



O y a n m a -s in k

  lifinin  əsas  xassələrindən  biri  olmaqla,  müxtəlif  qıcıq 

amillərinin  təsir  göstərdiyi  yerdə  əmələ  gəlir,  müəyyən  qanunauyğunluq  və 

müvafiq  qayda  üzrə  fizioloji  fasiləsizlik,  oyanmanın  iki  tərəfli  və  təcrid- 

izolyasiya olunmuş  formada nəql olunması və sinir lilləri ilə yayılır.

L ən gim ə

 -  xarici  (cksteroreseptorlar)  və daxili  (interoreseptorlar)  rcscp- 

torların  qıcıqlanması  nəticəsində  yaranmaqla,  bir  refleksin  başqa  retlekslə 

əvəz, olunmasından  ibarətdir.  Oyanma və ləngimə  bir-biri  ilə dialektik  funk­

sional  əlaqədə  olan  fəal  fizioloji  proseslərdir.  Heyvanların  irsi  olanıq  malik 

olduqları  və  ontogenez  zamanı  yaşayış  tərzində  qazandıqları  oyanma  və 

ləngimə  proseslərinin  xüsusiyyətlərinin  məcmuu 

sinir  tip i

  adlanır,  davranış 

reaksiyalarını  tənzimləyir,  icra  edir  və  formalaşdırır. 

S in ir  tipinin

  əsas 


xüsusiyyətləri  refleksin  əmələ  gəlmə  sürəti,  şərti  refiekslərin  böyüklüyü  və 

möhkəmliyi,  daxili  və  xarici  ləngimənin  intensivliyi,  irradiasiyanm  (mərkəzi 

sinir  sisteminə  gələn  ımpulsları  özündən  yuxarıda  və  aşağıda  yerləşən  ney- 

ronlara  paylanması)  və  beyin  qabığında  impulsların  (qıcıqlanmaların) 

konsentrasiyası  ilə  əlaqədar  formada  mövcud  olur.  İ.P.Pavlov  itlər  üzərində 

ali  sinir fəaliyyətinin  xüsusiyyətini  öyrənərkən  uzun illər apardığı  təcrübələrə 

istinad  edərək  heyvanları  aşağıdakı əsas əlamətlərinə görə təsnif etmişdir:

-  Oyanma və ləngimə proseslərinin gücü (iş qabiliyyəti);

-  Müvazinətlilik  bir prosesin  digərini əvəz etmə sürəti.

Qeyd edilən  parametrlərə  görə 



İ .P .P a vlo v

 heyvanları  4 ali  sinir  fəaliyyəti 



tip im -g ü c lü   m ü v a zin ə tli  (özü n ii  ələ  ala  b ilm ə yən ),  g ü clii  m üvazinətli- 

h ərəkətli,  gü clü -m ü va zin ətli  inert  (ö lg ü n )  və  z z if-tə s n if  etm işdir.

  Vaxtilə 



H ip p o k ra t  insanları  k o m p lek s  davran ış  (ə x la q i)  rea k siya la rın a   g ö rə  4 

tem p era m en tə  bölm ü şdü r:  x o lerik   (ö zü n ü   sa x la y a   b ilm ə y ə n ), 

sanqvinik 

( h ə rə k ə tli),  fle q m a tik   (in ert, 

süst,  ö lg ü n )  və  m elu n xolik  (z ə if ).

  Hər  iki 

təsnifata  dair  məlumatlar 

dərsliyin 

sonundakı  rəngli  tabloda  müfəssəl  şəhr 

olunub.  Heyvanların 

sinir  tipləri  təyin 

olunarkən  əsas  meyar  kimi  şərti  reficks- 

lərin  yaranma  sürəti  qəbul  edilir.  Şərti  reflcks  nə  qədər  tez  bərqərar  olunarsa.

403


yaxud  başqa daha güclü serotipli reflekslə əvəz olunarsa heyvan daha güclü sinir 

tipinə aid edilir. Heyvanların əksəriyyəti əsasən güclü, az miqdan (12-20%) isə zəif 

sinir  tipinə  malikdir.  Təsərrüfat  əhəmiyyətinə  görə  güclü  sinir  tipinə malik  olan 

heyvanlar  daha səmərəlidir.  Çünki  onlar cəld,  çevik  cavab  reaksiyası  verməsinə, 

yemləri yaxşı qəbul etməsinə və yüksək ət,  süd, balavermə, yun məhsuldarlığına 

görə çox səmərəli və əlverişli hesab olunur. Zəif sinir tipinə malik olan heyvanlar 

isə  həmin  keyfiyyətlər  nəzərə  çarpacaq  dərəcədə  fərqli  olur.  Sxemdə  göstərilən 

davranış  reaksiyalanndan  başqa  heyvanlarda  həzm  (ağız  suyu,  mədə  şirəsi, 

mədəaltı  vəzi  şirəsi,  bağırsaqların  peristaltikası  və  s.),  orientasiya  (qulağını 

şəkləmək, başım 

və  gözünü 

çevirmək, burun dəliklənni genişləndirmək və s.).  səs 

reaksiyalan (səs çıxarmaq,  mələmək,  hürmək, ulamaq və s.) və tonik reaksiyalar 

(ayağa  durmaq,  dayanmaq,  yatmaq  və  s.)  da  mövcuddur.  Davranış  reaksiya­

larının  yaranması 

və 


formalaşmasında  həmçinin  rombvari  (uzunsov)  beyindən 

çıxan  12 cüt baş beyin sinirlərinin (qoxu, görmə, gözü hərəkət etdirən,  blok, üçlü, 

aparıcı,  üz,  eşitmə,  dil udlaq,  azan,  əlavə və  dilaltı  sinir) çox  böyük  rol  oynayır. 

Onların  innervasiya  və  impulslan  yaymaq  qabiliyyəti  geniş  diapozona  malik 

olmaqla,  analizatorlann fəaliyyətinin  icra  olunması  və tənzimlənməsi  prosesində 

və davranış reaksiyalarında xüsusi rol oynayır. Orqanizmin xarici mühiti və onun 

təsirlərini  hiss  etməsi  5  əsas  hiss  üzvlərinin  (görmə,  duyma-taktil,  eşitmə,  qoxu 

bilmə  və  hiss  etmə)  vasitəsilə  həyata  keçirilir.  Onlann  hər  biri  üçün  ayn-ayn 

orqanlar və mərkəzi sinir sisteminin müvafiq  şöbələri  fizioloji  funksiyaları yerinə 

yetirir.  Qeyd olunan hiss üzvlərindən  əlavə kəllə sümüyünün  dərinliyində qulağın 

azacıq aşağı hissəsinə yaxın yerləşən 

vestibulyar aparat

 çox  mühüm funksiyaları- 

dayaq  və  müvazinətin  təmin  olunmasını  icra  edir,  nəzarətdə  saxlayır  və 

tənzimləyir.



Şəkil  63.

  Ev  iti  küçüyünün  ətə  qarşı  verdiyi  hərəkət  reaksiyası  (Usdavini, 

1958);  yuxarıda-doğulduqdan  1  gün  sonra,  ortada-2-ci  gün,  aşağıda - 21-ci  gün.

404

Şəkil 64.

  Qağayıların  davranış formaları  (Tunbergen,  1965).

I-   u zu n   m ü d d ə tli səsli ça ğ ırış  və h ə r ə k ə t;

II- V-retual çağırışı  və göriişü;

VI- 

təhliikə hissi

,

VII- 



inamsızlıq;

VIII- 

qorxu hissi

Şəkil 65.

  Qırmızı  tülkülərin tipik  davranış formaları  (Tembrock,  1964).

/ -  


hücum etmək;

II-  passiv-mühafizə reaksiyası  (qaçmağa cəhd etmək);

III-  hərəkət fəallığının tamamilə tormozlanması;

IV-  arxadan dişləməyə qarşı müdafiə reaksiyası;

V- 

çiynini əyərək hücum etmək;

VI-  tabe olmaq davranışı

405

Heyvanların  etologiyasına  görə  seleksiyası  zamanı  onların  fərdi  davar- 

mşma  xüsusi  önəm  verilir.  Müəyyən  olunmuşdur  ki,  heyvanların  davranışı 

həm  genetik,  həm  də  xarici  mühit  amillərinin  təsiri  nəticəsində  yaranır  və 

formalaşır.  Müxtəlif genotipli heyvanlar sənaye və kompleks texnologiya  şə­

raitində  saxlandıqda  və  yetişdirildikdə  onların  həmin  mühitə  adaptasiya 

olunması  və  cavab  reaksiyası  eyni  olmur.  Heyvanların  sinir  tipi  ilə  ətraf 

mühitə  uyğunlaşma -  adaptasiya  olunma dərəcəsi  arasında yüksək  korrelya­

siya  vardır.  Stress  reaksiyalarına  orta  və yüksək davamlılıq  göstərən  inəklər­

də  süd  məhsuldarlığı  yüksək  olmaqla,  onlar  maşınla  sağıma  daha  tez  və  sü­

rətlə  uyğunlaşır.  Qoyunlarda  da  davranış tipinin  genetik  olaraq  baş  verməsi 

alimlər  tərəfindən  geniş  və  ətraflı  öyrənilmişdir.  Ana  qoyunların  və  onların 

dişi  törəmələrinin  davranış  tipi  arasında  müsbət  korrelyativ  əlaqə  mövcud­

dur.  Sakit  sinir  tipinə  malik  olan  ana  qoyunlar  həm  yüksək  məhsuldarlığa 

malik  olur,  həm  də  xəstəliklərə  və  stress  amillərinə  qarşı  çox  davamlılıq 

göstərir.  Akademik  D.K.  Belyayevin  rəhbərliyi  ilə  gümüşü-qara  tülkülər 

üzərində  çox  maraqlı  və  uzunmüddətli  bir  təcrübə  aparılmışdır.  Həmin 

təcrübənin əsas  məqsədi  tülkülərin  insanlara  qarşı  sakit  və  coşqun  (aqressiv) 

davranış  nümayiş  etdirməsinin  öyrənilməsindən  ibarət  olmuş  və  alınan 

nəticələr  ballarla  (1-4)  qiymətləndirilmişdir.  Tülkülərin  birinci  valideyn 

populyasiyasının  davranışı  -- 0.96  balla  qiymətləndirildiyi  halda,  18-ci  nəslin 

fərdləri  seçmə  nəticəsində  insana  qarşı  həddindən  artıq  sakit  davranış  tipi 

nümayiş  etdirərək  orta  hesabla  +  2,4  bala  layiq  görülmüşdür.  Aqressivlıyə 

görə  seçmə  aparılarkən  insana  qarşı  aqressivlik  FV  orta  hesabla  -   2,2  balla 

qiymətləndirilmişdir.  Göründüyü  kimi,  seleksiya  yolu  ilə  sakit  sinir  tipi  olan 

heyvanlar  sonrakı  nəsillərdə  daha  da  mülayim  olur,  aqressiv  tiplilərində  isə 

davranışı  kəskin  surətdə  dəyişilir.  Bu  isə  öz  növbəsində  heyvanların 

yetişdirilməsi  zamanı  xüsusi  əhəmiyyət  kəsb  edir  və  məhsuldarlığın 

artmasına çox  böyük zəmin yaradır.



Rezistentliyin artırılması üçün dolayı seleksiyanın aparılması.

  I Ieyvan  və 

quşların  xəstəliklərə  davamlılığını  təyin  etmək  məqsədilə  onların  yoluxucu 

agentlərlə  (patogen  virus,  mikroorqanizmlər,  helmintlər,  parazillər.  onların 

sürfələri  və  s.)  eksperimental  olaraq  yoluxdurulması  hazırda  o  qədər  də 

əlverişli  və  partativ  üsul  sayılmır.  Bunu  nəzərə  alaraq,  hazırda  heyvan  və 

quşların  xəstəliklərə davamlılığını  artırmaq  üçün  genetik  və biokimyəvi  mar- 

kerlərdən  dolayı  yolla  aparılan  seleksiya  işlərində  geniş  istifadə  olunur.  Bu 

zaman  istifadə olunan maı kerlər aşağıdakı tələbləri  ödəməlidir:

Xəstəliyə  qarşı  rezistentliyə  görə  yüksək  korrelyasiyaya  malik 

olmalıdır;

-  Yüksək  növbələşmə və təkrarlanma  xassəsinə malik olmalıdır;

-   Heyvanların  rezistentliyinin  cavan  yaşlarda  baş  verməsinin  aşkar 

olunması.

Quşların  Marek  xəstəliyinə  qarşı  davamlılığı  və  həssaslığı  arasındakı 

korrelyasiya  qan  qrupu  sisteminin  B-!  və  bB,9B  antigenləri  tərəfindən  tən­

zimlənir.  Həmin  halotan  testi  ilə  bəm  də  donuzların  yaman  keyfiyyətli 

hipertermiyaya  qarşı  həssaslıq  dərəcəsi  də  təyin  olunur.  Bəzi  alimlərin

406


fikrincə,  S.Pullorum  ilə  yoluxmuş  cücələrin  arasında  ölüm  faizi  B'  allelinə 

görə  homoziqotluq  ilə  əlaqədardır.  Belə ki,  bu  allelə  görə  homoziqot  fərdlər 

B>B2  yaxud  B 'B 19  nisbətən  az  antitellər  sintez  edir.  Hereford  cinsli 

qaram allarda  gözün  və  göz  qapaqlarının  xərçənginə  qarşı  davamlılığının 

əsas indikatoru gözün ətrafındakı  piqmentasiya hesab edilir.  Belə ki, intensiv 

Günəş  radiasiyasına  məruz  qalan  heyvanların  gözünün  ətrafında  və  göz 

qapaqlarında  piqmentasiya  olan  fərdlərı  xərçənglə  az  hallarda  xəstələnir. 

Piqmentasiyaya  görə  genetik  davamlılığı,  yaxud  həssaslığı  əsasən  3  aylıq 

yaşında  olan  heyvanlarda  aşkarlamaq  daha  asan  olur.  Hereford  cinsli 

qaramalların  gözlərinin  ətrafında  xarakterik  piqment  dairəsinin  olmasına 

görə  seleksiya  olunması  daha  səmərəli  nəticə  verir.  Əgər  4  yaşından  sonra 

hər  iki  valideyn  göz  xərçənginə  tutulmursa,  onların  törəmələri  xəstə 

valideynlərin  törəmələrinə  nisbətən  xərçənglə  3  dəfə  az  xəstələnir.  Bakterial 

infeksiyalara  qarşı əsasən aşağıdakı davamlılıq  markerləri  nəzərə almır:



Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin