Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə50/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   47   48   49   50   51   52   53   54   55

31

50

1901-1950

40

50

Cəmi

106

150

Bioloji  Müxtəliflik  Konvensiyası  üzrə  «Birinci  Milli  Məruzə»nin 

məlumatına  əsasən  ölkəmizdə  müəyyən  edilmiş  bioloji  növlərin  müxtəlifliyi 

hazırda aşağıdakı kimidir:

mikroorqanizmlər

-   1250 növ;

ibtidailər

-   1600 növ;

göbələklər

5050 növ;

ibtidai  bitkilər

249 növ;


ali bitkilər

-   4500 növ;

onurğasızlar

-  20200 növ;

onurğalılar

-   623  növ;

balıqlar

-  97 növ;

suda-quruda yaşayanlar

-   10 növ;

sürünənlər

-  52 növ;

quşlar

-  363 növ;



məməlilər

-  106 növ;

dəyirmiağızlılar

  1  növ



Məmalilər  sinfi

  (Mammalia) -   təkamül  sırasının  zirvəsində  duran  ən

yüksək  təşkilatlı  onurğalılar  olub,  biosenozlarda  və insan  təsərrüfatında  on­

ların  müstəsna  əhəmiyyəti  vardır.  Onların  müxtəlif növləri  suda,  quruda  və 

havada  yaşama  şəraitinə  uyğunlaşmaqla  xarici  görünüşü,  morfoloji  quru­

luşu,  böyüklüyü,  diri  kütləsi  və  s.  əlamətlərə  görə  olduqca  fərqli  və  yüksək 

fövqəladə  amplitudaya  malikdirlər.  Ən  kiçik  nümayəndəsi 

bədənlərinin 

uzunluğu  2-3  sm  və  kütləsi  1-2,5  q  olun  cırtdan  ağdiş

  və  1973-cü  ildə  Qərbi 

Tailandda  tapılan 

C.thonqlonqyai

  yarasası,  ən  nəhəngi  isə  -  



göy  balinadır 

(uzunluğu  33  m,  kütləsi  165  ton).

  Məməlilər  ontogenezin  ilk  mərhələsində

422


yaşamağa  əlverişli  şərait  yaradan diridoğmaya  və  balaların  südlə yemlənmə- 

sinə  uyğunlaşmışlar,  istiqanlıdırlar,  mərkəzi  sinir  sistemi  və  bütün  analiza- 

torlar  yüksək  ali  dərəcədə  inkişaf  etmişdir,  mürəkkəb  davranışlıdırlar  (bə­

ziləri  ultrasəs  exolokasiyasma  malikdir),  populyasıyalarda  münasibətləri 

«ictamailəşmişdir».  Qidalanmasına  görə  onların 

hər  şey  yeyən

  (qaban,  do­

nuz,  porsuq), 

bitki  ilə  qidalanan

  (gəmiricilər,  dovşankimilər,  dırnaqlılar  və 

b.), 

ət  yeyən

  (cücü  yeyənlər,  əksər  yarasalar,  kürəkayaqlılar,  balınakimilər, 

yırtıcılar)  qrupları  mövcuddur.  Əksər  məməlilər fəal  həyat  tərzi  keçirir.  La­

kin  qida  çatışmazlığı,  ya  da  çətin  əldə  edilməsi  bəzi  növlərdə  qeyri - fəal  hə­

yat tərzi keçirməyə məcbur  olmuşlar.  Məsələn,  ayılar,  yenot  iti,  porsuq  qışın 

əvvəlində  uzun  müddətli  qış  yuxusuna  gedir.  Bu  zaman  onların  orqa­

nizmində  bədən  temperaturu  (37°C),  ürək,  tənəffüs  fəaliyyəti  normal  qalır, 

narahatçılıq  və  təhlükə  yarandıqda  isə  heyvan  dərhal  ayılır.  Bəzi  məməlilər 

(sünbülqıran,  yarasalar,  marmot)  isə  dərin  yuxuya  gedir,  bədən  temperaturu 

O0C-ə  qədər  enir.  Digər  qrup  məməlilərdə  çox  maraqlı  bir  hadisə-yay 

yuxusuna  getmə  baş  verir  (səhraların  sakinlərində).  Hazırda  planetimizdə 

4675  məməli  növü  olmaqla,  1985-1995  -ci  illərdə  onların  151  ycnı  (əvvəllər 

elmə  məlum  olmayan)  növü  aşkar  olunmuşdur.  Azərbaycanda  97  məməli 

növü  qeydə  alınıb.  Respublikamızın 



teriofaunasına

  (məməlilər)  introduksiya 

(gəlmə)  yolu  ilə  ərazimizə  daxil  olanlar  da  nəzərə  alınmaqla  (Amerika 

jenotu,  qunduzlar,  vəhşi ada dovşanı)  100 növ daxildir:

c ü c ü y c y ə n l ə r

yarasalar

dovşankimilər

gəmiricilər

yırtıcılar

kürəkayaqlılar

cütdırnaqlılar

-   13  növ, 7  cins,  3  fəsil:

-  26 növ,  11  cins,  3-fəsil;

2 növ, 2-cins,  1 

fəsil;

-3 1   növ,  17-cins. 7-fəsil;



-   19 növ,  12-cins, 6  fəsilə;

-  1  növ,  1-cins,  1-fəsil;

8 növ,  7-cins,  3-fəsil.

Məməlilərin  hamısı  genetik  baxımdan  heterogendir,  bioloji  xüsu­

siyyətlərində  müşahidə  olunan fərqli  əlamətlərin  hamısı  irsiyyət yöniimlüdür, 

onların  formalaşması  isə  müvafiq  genlər  qrupu  tərəfindən  idarə  edilir  və 

tənzimlənir.

  Teriofauna  haqqındakı  paleontoloji  məlumatlar,  müxtəlif gene- 

fondların  zəngin  kolleksiyaları,  yayılması  və  ekologiyası  N.K.  Vereşşagin 

tərəfindən  müfəssəl surətdə öyrənilmişdir.



Quşlar sinfi

  (Aves)-yüksok  və  stabil  bədən  temperaturuna  (42,2-45,541) 

malik  olan  onurğalılardır,  180  mln.  il  öncə  Yerin  inkişafının  yura  dövründə 

qədim  sürünənlərdən  əmələ  gəlib,  bədənləri  lələklərlə  örtülüdür  (tempera­

turu  tənzimləyir  və  uçuş  zamanı  xüsusi  rol  oynayır),  uçmaq  qabiliyyətinə 

malikdirlər  (bəzi  lələklilərdə-pinqvinlər,  dəvəquşular-bu  qabiliyyət  ikincili 

hadisə  kimi  itirilmişdir).  Skeletin  pnevmatikliyi,  hava  kisələri,  ön  ətrafların 

qanadlara  çevrilməsi,  döş  əzələlərinin  güclü  inkişafı,  dişlərin  olmaması, 

metabolizmin  yüksək  səviyyədə  icra  olunması,  diridoğmanın  qeyri-möv- 

cudluğu  və  mədənin  sadə  quruluşu  quşların  uçmasına  zəmin  yaradan 

amillərdir.  Populyasiyaların  fərdləri  arasındakı  əlaqə  olduqca  sıxdır,  heyvan

423


və bitki mənşəli yemlərlə qidalanır, buzlu şimaldan tutmuş qızmar cənuba və 

çox  yüksək  dağlara  qədər  Yer  kürəsində  geniş  yayılıb,  baş  beyni,  analiza- 

torlar (əsasən isə görmə və eşitmə) yüksək  səviyyədə inkişaf etmişdir, yumur­

ta qoymaqla  çoxalır,  balaları kürt yatan quşun (ananın)  bədən temperaturu 

hesabına  inkişaf edir.  Quşların  səciyyəvi  xüsusiyyətlərindən  biri  də onlarda 

nəsil  qayğısının-yuva  qurma,  kürt  yatma,  balalara  qayğı  göstərmək,  onları 

yemləmək,  yuvadan  çıxana  qədər  nəzarət  altında saxlamaq,  müdafiə  etmək 

və  s.  güclü  olmasıdır.  Əfsuslar  olsun  ki,  yuvanı  tərk  edən  balalar  valideyn 

qayğısını  tamamilə  unudur  və  onları  etiraf etməyərək  ayrılırlar.  Onların  ay­

rı-ayrı  növləri  bədən  quruluşuna  və  böyüklüyünə  görə  bir-birindən  xeyli 

fərqlənir (kolibri quşunun kütləsi-2 q, dəvəquşununku  isə-90 kq-a qədər, yu­

murtası  isə 

2  kq). 

Hazırda  planetimizdə  8500-ə  yaxın  müxtəlif  quş  növü 

olmaqla  onlar  40  dəstəyə  bölünür.  Ölkəmizdə 

orm tofaunanın

  17  dəstəsi.  59 

fəsiləsi  və 

18 


cinsi  təmsil  edən  423  növ  və  yarımnövü  qeydə  alınmışdır 

(Q.Mustafayev, 

1985). 

Onlardan  152  növ  oturaq,  93-köçəri 



(245 

yuvalanan 

növ  və  yarımnöv),  97-qışlayan,  46-ötüb  keçən  və  32-azıb  gələnlərdir.  36 

növün  124-ü monotipikdir (yarımnövləri yoxdur).  Ağac-kol quşları  arasında 

oturaq  və  köçəri  yuvalayanlar 

87,5%, 


açıq  biotopların  sakinləri  arasında 

yuvalayanlar  - 

72.5, 

evzitop  quşlar  arasında  isə 



-80% 

təşkil  edir.  Quşların 

yayılmasında 

şaquli u yğu nlaşm a

 xarakterik olmaqla, ovalıq dağətəyi zolaqda 

daha çox məskunlaşır (347 növ,  95%), dağ-meşə qurşağında ornitofauna çox 

zəifdir  (137  növ,  38%),  yüksək  dağlarda  isə-yalnız  6  9  növ  (19%) 

məskunlaşıb  ki,  onların  da  1/3  hissəsi  Kiçik  Qafqaz  hüdudlarını  aşmır. 

Azərbaycanın ərazisi 2 coğrafi dairəy



э -Q a fq a z

 və 


Ön  A siy a  bölünür.

  Qafqaz 

dairəsində 405 növ və yarımnöv,  Ön Asiyada  iso 390 növ qeydə alınmışdır.

Dünya  okeanı  təkcə  su  heyvanlarının  deyil,  həm  də  müxtəlif  növ  su 

quşlarının  vətənidir.  Avrasiyanın  şimalında  yerləşən  dənizlərin  sahilboyu 

ərazilərində,  həmçinin  adaların  (Novosibır,  I'rans-İosif,  Şimal  və  Yem 

Torpaq)  və  yarımadaların  (Çukot,  Kola)  sahillərində  yay  fəsli  həddindən 

çox  və  müxtəlif  növ  ornitofauna  məskunlaşaraq  olduqca  qeyri-  adi,  ağıla- 

gəlməz  dərəcədə  heyrətamiz,  əsrarəııgic  və  möcüzəli  bir  təbiət  mənzərəsi- 

peyzaj,  tablo  yaradır.  Burada  həm  müxtəlif  quruluşlu  və  rəngli  quşların 

özləri, həm  də onların gözəl, fərqli səsləri, cəh-cəhləri sanki məşhur bəstəkar­

ların simfoniyasını xatırladır, insanı tamamilə məst edərək möcüzəli,  ecazkar 

bir  aləmə  aparır.  Bu  qeyri-adi  mənzərəyə  malik  olan  möcüzəli  ərazilər 

«quş 

b a z a n »

  adlanaraq  ornitoloqlann,  məşhur  səyyahların,  eləcə  də  turistlərin 

diqqətini  həmişə  cəlb  edir.  Iləmin  unikal  mənzərədən  insanlar  zövq  alır, 

təəccüblənir,  heyrətlənir,  təkrarən  yenidən  «quş  bazarnmı görmək  arzusu ilə 

yaşayır,  ondan  qətiyyən  ayrılmaq  istəmir.  Dahi  K.Marks  bəlkədə,  belə 

möcüzələrə  görə 



« k a in a t,  m a teriya n ın   canlı  və  can sız  aləm i  ecazkar 

m öcü zələr,  seh irli m ək a n la r  və h adisələr d iya rıd ır»

 demişdir.



424

Respublikamızın  bütün  ərazisində  quşların  miqrasiya  yolları  (ornito- 

faunanm  150-yə  qədər  nümayəndəsi),  dayanacaq  yerləri  və  qışlama 

məskənləri beynəlxalq əhəmiyyətə malik  olmaqla  populyasiyaların dayanıqlı 

inkişafına çox böyük zəmin yaradır.

Balıqlar. 

Azərbaycanda  Xəzər  və  daxili  su  hövzələri  balıqlarının 

öyrənilməsi  sahəsində  böyük  xidmətləri  olan  A.N.Derjavin  (1949,  1951) 

bütün  Xəzər  akvatoriyası  üçün  74  balıq  növünü  qeydə  almışdır.  Məşhur 

ixtioloq alim  İ.A.Əbdürrəhmanov (1962) şirin sularda  55 növ  və 9 yarımnöv 

qeydə  almış,  sonralar  isə  bunların  müvafiq  olaraq  77-yə  və  15-ə  çatdığını 

qeyd  etmişdir  (1966).  Z.M.Qulıyev  Kürün  aşağıları  və  qolları  körfəzlərində 

ixtiofaunanm  dəyişikliklərini  öyrənərək  Böyük  Qızılağacda  31  növ  aşkar 

etmişdir  (1965-1983).  H.S.  Abbasov  (1980)  Kürün  aşağıları  üçün  -   52, 

qolları  üçün  isə-22,  Arazda-35,  Mingəçevir  su  anbarında  33  (və  2  hibrid) 

balıq  növünü  aşkarlamışdır. 

D.B. 


Rəhimov  öz  tədqiqatlannı  ən  az 

öyrənilmiş  xilkimilər  fasiləsinə  həsr  edərək  aşkar  etdiyi  28  növ  arasında  2 

yeni  növün  olduğunu  qeyd  etmişdir.  Xəzərin  balıqlar  aləminin  əsas 

xüsusiyyəti,  burada  ancaq  onun  hövzəsində  yaşayan  çoxlu  sayda  cndemik 

növlərin  olmasıdır.  Burada  balıqların  yayılması  şaquli  zonal  xüsusiyyət 

daşıyır.  Xəzərin  ixtiofaunasmı  əsasən 



nərə,  siyənək,  ağ  balıq,  qızıl  balıq, 

şam ayı,  kütüm ,  kilkə,  aterina,  ziyad,  kefal,  bölgə,  xəşəm,  qaya  balığı,  kiilnıə, 

çapaq,  çəki,  sıf,  naxa,  xilkimilərin  hamısı,  ilanbalığı  və  uzunburunlar

 

təşkil 


edir.  Onların  əksəriyyətinin  yaşama  müddəti  orla  hesabla  6-8  ildən  çox 

olmur.  Xəzər  nərələri  isə uzun  ömürlü  olması  ilə  səciyyələnir,  bölgə  balığı-60 

il,  nərə-40  il,  uzunburun  isə-30  ilə  qədər  yaşaya  bilir.  Xilkimilər  və 

uzunburunlar ən qısa  ömürlü olub, cəmi  2-4 il  yaşayırlar.  Nərələr,  karplar və . 

s.  ömürləri  boyu  bir  neçə  dəfə,  qızılbalıqlar  isə  cəmi  bir  dəfə  kürü  tökür, 

sonra  da  məhv  olurlar.  Xəzərin  ən  böyük  balığı  bölgə  sayılır  (1  tondan 

artıq),  ancaq  son  zamanlar  ovlanan  bölgə  balıqlarının  kütləsi  250  kq-a, 

uzunluğu  isə-360-380  sm-ə  qədər  olur.  Kilkələr  vətəgə  əhəmiyyətli  balıqlar 

arasında  ən  xırdası  olub,  uzunluğu-13  sm-ə qədər,  kütləsi  isə-8-I0  q-a  qədər 

olur.  Endemik  balıq  növlərinin  əksəriyyətini  siyənəkkimilər  və  xilkimilər 

təşkil  edir.  Başqa  fəsillər  içərisində  isə  nərəkimilərin  6  növü  və  yarımnövü 

mühüm  əhəmiyyət  kəsb  edir.  Dünyada  nərə  ovunun  90%-nı  Xəzər  verir. 

Nərə  balıqlarına  və  qara  kürüyə  olan  tələbat  ölkəmizin  iqtisadi  və  mədəni 

inkişafında  bioloji müxtəlillıyin  tutduğu  prioritet mövqeyə bariz nümunədir. 

Naxa-  tez  böyüyən,  uzunömürlü  və  tipik  yırtıcı,  vətəgə əhəmiyyətli,  qiymətli 

və  keyfiyyətli  əti  olan  iri  balıqdır.  Azərbaycanda  1965-1994-cü  illər ərzində 

naxa  balıqların tutulması göstəriciləri (sentnerlə) aşağıdakı kimidir:

illər


tutum, s

1965-1969

473,0

1970-1974



751,0

1975-1979

1009,0

1980-1984



745,4

1985-1989

994,0

1990-1994



553.0

425


Yer  kürəsində  ən  balaca  balıq  Trımmatom  nanus-hind  okeanı  xulu- 

sudur  (uzunluğu  1  sm-ə  qədər).  Ən  böyük  balıq  isə  balinaya  oxşar  köpək 

balığıdır  (uzunluğu-12  m,  kütləsi-15  tondan  artıq).  Köpək  balıqları  insan 

üçün  təhlükəsiz,  zəhərli  tikanlara  malik  olan  ziyilli  balıqlar  isə  ən  təhlükəli 

sayılır,  hətta  insanı  öldürə  bilir.  Xəzərin  bəzi  çaylar  və  kanallarla  əlaqəsi 

nəticəsində ona miqrasiya olunan balıqlar arasında ən  təhlükəlisi 



anqivil  və 3 

iynəli tikan  balığıdır.

 

Onlar  yerli  endemik  balıqlarla  qida  rəqabətinə  girərək 

onların  qida  ehtiyatlarının  azalmasına  və  nəslinin  kəsilməsinə  səbəb  olur, 

potensial sanitar-epidemioloji və ekoloji təhlükə mənbəyinə çevrilir.  AMEA- 

nın  Zoologiya  İnstitutunun  «Su  heyvanları»  (İxtiologiya)  şöbəsinin  müdiri 

professor Zülfüqar  Quliyevin (2005)  məlumatına  görə  bir 



tikan  balığı  5  saat 

ərzində  uzunluğu  6  m m   olan

 

74  ədəd  endemik  balıqların  körpələrini  udaraq 

onları  məhv  edir.  Alimin  fikrincə,  hazırda 

Xəzərdə  tikanbalığıkimilərin  2 

cinsinə  mənsub  olan  3  növü-kiçik  cənub  tikanbalığı,  iynəli  tikanbalığı  və  üç 

iynəli  tikan  balığı

 

yaşamaqda  və  endemik  növlərin  genefondunu  çox  sürətlə 

azaltmaqda  davam  edir.  Onlar  vətəgə  əhəmiyyətli  balıqlarla  həm  qida 

rəqabəti  aparır,  onların  qidasına  şənk  olur,  həm  də  kürii  və  sürfələrini 

yeməklə çoxalmalarına çox ciddi maneçilik törədir.  Parazil balıqların hər bir 

dişi  fərdi  yosunlar  və  digər  bitkilərdən  xüsusi  yuva  düzəldərək  oraya  150-ə 

.qədər  kürü  tökür,  erkəklər  isə  bu  yuvalara  keşik  çəkirlər.  Əgər  iynəli  tikan 

' balıqları  bu sürətlə inkişaf edərsə onda Xəzərin endemik  balıqlarının sayının 

çox azalması,  hətta nəslinin kəsilməsi təhlükəsi yarana bilər.

Heyvanların  ümumdünya  genetik  resurslarının  müasir  durumu  hazırda 

nüfuzlu beynəlxalq təşkilatlan narahat edir vo priontet problem hesab olunur.  Bu 

problem  ölkəmizin  heyvandarlıq  alimlərini  və  mütəxəssislərini  də  çox  ciddi 

düşündürür.  Çünki  yerli,  qiymətli,  unikal  genefondlann-  Azərbaycanın  yerli 

heyvan cinslərinin qorunub saxlanılması, onlardan səmərəli istifadə edilərək ycnı, 

yüksək  məhsuldar,  yerli  şəraitə  uyğunlaşmış,  xəstəliyə davamlı  cinslər yaratmaq 

böyük  dövlət  və  xalq  təsərrüfatı  əhəmiyyətinə  malikdir.  Ona  görə  də  onların 

dövlət  tərəfindən  qorunmasına  nəzarət  böyük  əhəmiyyət  kəsb  edir.  E.B.Bəşirov 

“Azərbaycanda damazlıq  heyvanların  biologiyası  və yetişdirilməsi” (Bakı,  2005) 

monoqrafiyasına  istinad  edərək  respublika  kənd  təsərrüfatı  Nazirliyi  «Heyvan­

darlıq» idarəsinin rəisi Çingiz Fərəcovun rəhbərliyi ilə professor Q.Q.Abdullayev,

F.Ö.Eminov.  A.M.Məmmədov  tərəfindən  hazırlanmış  "Azərbaycanın  yerli 

heyvan  cinsləri"  kataloqunun  əsas  aspektlərinin  şərh  edilməsini  məqsədəuyğun 

hesab edirik.

13.6.  Azərbaycanın  yerli  heyvan  və  quş  cinsləri

Azərbaycanda  kənd  təsərrüfatının  ayrı-ayrı  sahələrinin  inkişafı,  əsasan 

ərazinin  oroqrafiyası  ilə  bağlı  olan  torpaq-iqlim  şəraitinin  xüsusiyyət­

lərindən çox asılıdır.  Azərbaycan ərazisi bir neçə iqlim zonasna bölünür: 

Rütubətli subtropik  Lənkəran  ovalığı:

-Q u ru   subtropik  Kür-Araz  ovalığı;

426


-  Kiçik Qafqazın mülayim quru iqlimə malik aşağı zonaları;

-  Böyük Qafqazın  rütubətli zonası;

-  Kəskin kontinental iqlimə malik Naxçıvan zonası;

-  Soyuq dağlıq zonası

Belə  müxtəlif iqlim  şəraitində,  Azərbaycan xalqı  hələ  qədimdən  təbiətin 

bu  tələblərinə  uyğunlaşan  yerli  qaramal  cinslərinin  yaradılması  ilə  məşğul 

olmuşlar.  Maldarlıq  özündə  iri  buynuzlu  malları,  camışları,  zebulan, 

dəvələri  və  atları  birləşdirir.  Onlar  südlük,  ətlik  və  qismən  iş  heyvam  kimi 

istifadə edilir.  İqlim və yem şəraitindən asılı olaraq respublikada maldarlığın 

3  tipi  yaranmışdır:  köçəri,  yarımköçəri  və  oturaq.  Aparılan  eksperimental 

işlərə əsasən, alimlərimiz yerli  malları 2 cinsə ayırırlar:

Böyük  Qafqaz  dağlarının  ətəklərində  yetişdirilən  Böyük  Qafqaz 



malları.

*  Kiçik  Qafqaz  dağlarının  ətəklərində  və  bu  dağların  arasındakı 

ovalıqlarda  yetişdirilən  Kiçik  Qafqaz  malları.  Azərbaycan  Böyük  Qafqaz 

malı  əsasən  qara  və  qara-ala  rəngdə  olur.  Bədən  quruluşuna  görə  onlar 

Kiçik Qafqaz mallarına yaxındır, ondan ölçüsünün kiçikliyinə görə fərqlənir.

Kiçik  Qafqaz  cinslərinə  Qazax  bölgəsində  (Qazax,  Tovuz,  Gədəbəy, 

Şəmkir, Daşkəsən  rayonlarında) yaranmış və  burada yayılan Qırmızı Qazax 

malları  aiddir.  Kiçik  Qafqaz  malının  75%-i  açıq  qırmızı  rəngdədir.  Qırmızı 

Qazax  cinsli  mallar  gözlərinin  ətrafındakı  tünd-qırmızı  rəngli  həlqə  ilə 

fərqlənir.

Azərbaycan  zebusu  -   cənub  dağ  və  əsasən  Lənkəran,  Astara,  Ixnk  vo 

Yardımlı  rayonlarının  meşə 

zonalarında 

yayılmışdır.  Bu  növ  heyvanlar 

Zaqafqaziya  respublikalarından  təkcə 

Azərbaycanda 

yetişdirildiyi  üçün 

Azərbaycan  zebusu  adlanır  və  müstəqil 

növ 

kimi  tanınır.  Azərbaycan  zcbu- 



sunun  bədən  quruluşunda  ən 

böyük 


fərqləndirici  xüsusiyyətləri  belində  hür- 

kücün mövcudluğu, buynuzlarının 

böyüklüyü 

vo 


düz 

istiqamətdə olmasıdır.

Azərbaycan camışı. 

O m ışçılığın inkişaf 

tarixi 

eramızdan  3-5 



min  il 

əvvəl 


başlayır.  Öz  bioloji  xüsusiyyətinə  görə  camışlar  çox  su 

və 


gölməçələr  olan 

yerlərdə  yetişdirilir.  Ona 

görə 

də  onlar 



h id ro fil

 

heyvanlar 



hesab  olunur. 

Akademik  A.A.Ağabəylinin  məlumatlarına  əsasən,  keçmiş  SSRİ-nin 

ərazisində  camışlar  əsasən  Azərbaycanda  məskunlaşmışdır.  Sabiq  SSRİ-də 

camışçüıq  üzrə 

damazlıq 

müəssisələri  məhz  Azərbaycanda  (Şəki  rayonunun 

"Daşüz", 

Zərdab  camışçılıq 

və  Neftçala 

rayonunun  "Xəzər"  təsərrüfatları) 

yaradılmışdır. 

Hazırda 


Zaqafqaziya  regionlarında  camışçılıq  əsasan  Azər­

baycanda fermer 

və 

fərdi  təsərrüfatlarda  böyük  müvəffəqiyyətlə  inkişaf etdi­



rilir.  Bunu  nəzərə  alaraq  camışları  "Azərbaycan  camışı"  adlandırmaq  olar. 

Camış  müxtəlif infeksion  və  hemosporigioz xəstəliklərə davamlı,  südü yağlı, 

çox  da  tələbkar  heyvan  deyildir,  günün  çox  hissəsini  suda  uzanıqlı  vəziy­

yətdə  keçirməklə,  isti  hava  şəraitinə  çox  dözümlüdür.  Camışlar  Azərbay­

canın əsasən  Salyan, Mil-Muğan,  Şəki  bölgələrində cəmləşmişdir.

Dəvə  -   qədim  dövrlərdən  uzaq  məsafəyə  sürülən  və  köçəri  heyvandar­

lıqda,  xüsusilə  qoyunçuluqda  əvəzsiz  yük  heyvamdır.  Hazırda  Azərbaycan

427


dəvələri  genofond  kimi,  Abşeron  rayonunun  "Qobu"  damazlıq  təsərrüfatın­

da saxlanılır.

Atçılıq.  Ən  qədim  vaxtlardan  Azərbaycan  qiymətli  minik  atları  olan 

Qarabağ  və  Dilbaz  at  cinslərinin  vətənidir.  Qiymətli  nadir  genofond  kimi, 

Qarabağ  atları  Ağdam  at  zavodunda,  Dilbaz  atları  isə  Şəki  rayonunun 

"Daşüz" və Ağstafa rayonunun  "Sadıxlı"  atçılıq zavodunda yetişdirilir.

Qoyunçuluq  -   Azərbaycan  heyvandarlığının  ən  qədim,  əsas  və  aparıcı 

sahələrindən  biridir.  Qoyunlardan  yun,  qoyun  və  quzu  dərisi  almır, 

həmçinin,  qiymətli  yeyinti məhsulları -  ət,  quyruq  yağı və süd almır.  Qoyun 

südündən  motal  pendiri,  şor,  qurut,  yağ  və  s.  hazırlanır.  Azərbaycan 

Respublikasında  9  müxtəlif təbii-iqlim və iqtisadı zona vardır.  Bu zonalarda 

müxtəlif yerli (aborigen) qoyun cinsləri yetişdirilir.  Bu cinslərin yetişdirilməsi 

Azərbaycan  Respublikasının  dağ,  dağətəyi  və  aran  zonalarının  təbii  yem 

ehtiyatlarından  və  xüsusilə  müxtəlif  otlaq  sahələrindən  tam  və  səmərəli 

istifadə  etməyə  imkan  verir.  Respublikanın  bütün  zonalarında,  qoyunların 

ən  yaxşı  cinslərinin  yetişdirilməsi  əhaliyə  yüksək  gəlir  gətirir.  Bəzi  rayon­

larda  o,  gəlirin  başlıca,  digər  zonalarda  isə  əlavə  mənbəyidir.  Azərbaycan 

Respublikasının  9  təbii-iqlim zonasının  hər  birində,  aşağıdakı  müxtəlif yerli 

(aborigen) yağlıquyruq qoyun cinsləri yetişdirilir:

1.  Qarabağ  və  Mil  bölgələrində  Qarabağ  qoyun  cinsi və onun  bir  qolu 

■olan Qaradolaq qoyunları yetişdirilir.

2.  Naxçıvan  Muxtar  Respublikasında  Balbas  və  Mazex  cinsindən  olan 

yerli  aborigen  qoyunlar  yetişdirilir.  Onlar  yerli  sərt  kontinental  iqlim  və 

yaylaq şəraitinə yaxşı uyğunlaşmışlar.

3.  Muğan-Salyan bölgəsində qədim dövrlərdən yerli  qabayunlu -  Şirvan 

qoyunları  yetişdirilir.  Onlar  sərt  isti  iqlimə  uyğunlaşmışlar.  Şirvan 

qoyunlarının  bu  xüsusiyyəti  bölgədə qoyunçuluğun  yalnız  oturaq  şəraitində 

saxlanması  üçün çox vacibdir.

4 .

  Abşeron  bölgəsində quru  subtropik iqlim şəraitində 



Q a l a   q o y u n l a r ı  

yetişdirilir.  Onlar  qabayunlu  Şirvan  qoyunlarının törətmələridir.  Bu  qoyun­

ların  yetişdirilməsilə  2  damazlıq  təsərrüfatı  məşğul  olur.  Aran  və  dağətəyi 

zonalarda  istifadə  elmək  üçün,  bu  təsərrüfatlardan  ildə  damazlıq  material 

kimi  1000-1500 baş qoyun satılır.

5.  Quba-Xaçmaz  bölgəsində  qədim  zamanlardan  yerli  qabayunlu 

G ö d ə k  

qoyunları  yetişdirilir.  Onlar  yerli  şəraitə  çox  yaxşı  uyğunlaşmışlar, 

uzaq  məsafədə  yerləşən  qış  və  yay  otlaqlarına  sürülmək  qabiliyyətinə 

malikdirlər.

6. 

Şirvan  bölgəsində  qədim  zamanlardan  yerli  qabayunlu 



Şirvan 

qoyunları yetişdirilir.  Bu qoyunlar dağ və dağətəyi rayonlarda üstünlük təşkil 

etməklə, köçəri vəyarımköçəri şəraitində saxlanılmağa  uyğunlaşmışlar.

7.  Şoki-Zaqatala  bölgəsində  yerli  aborigen  qoyunları  -Ləzgi  cinsi 

saxlanılıb  yetişdirilir.  Onlar  Böyük  Qafqazın  yerli  iqlim  və  yem  şəraitinə 

uyğunlaşmışlar,  ildə  yay  və  qış  otlaqları  arasındakı  300-400  km  uzaq 

məsafəyə sürülmək qabiliyyətinə malikdirlər.

428


8. 

Lənkəran-Astara  bölgəsində  yerli  qabayunlu  -  



Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin