Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil


  Antigenlər, antitellər (immunoqlobulinlər) və onların



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

9.8.  Antigenlər, antitellər (immunoqlobulinlər) və onların 

genetik aspektləri

9.8.1. 

Antigenlər.

  Antigen (yunanca-«anti»-əksinə, «genes»-növ)  term ini 

ilk  dəfə  1899-cu  ildə  elmə  daxil  edilmişdir.  Genetik  cəhətdən  antigen  o r­

qanizmə  yad,  kənar  olan  informasiyaları  daşıyan  və  spesifik  im munoloji 

reaksiyalar,  xüsusilə  hüceyrə  immuniteti  yaradan  maddə  hesab  olunur. 

A.E.Versiqora  (1975)  və  E.N.Şlyakov  (1977)  antigenləri  immunoloji  reak­

siyalar  kompleksi-antitel  sintezi,  hücyerə  hi per həssaslığı  və  immunoloji 

yaddaş  yaradan  xüsusi  spesifik  maddələrdir.  Antigen müvafiq  heyvan  növü 

üçün  mütləq  yabançı,  kənar,  «özününkü»  olmayan  maddə  olmalıdır,  əks 

təqdirdə  ona  qarşı  antitel  sintez  olunmur. Antigenlər 2  qrupa -  tamqiymətli 

(tamam)  və  tamqiymətli  olmayan  (natamam),  yaxud  qaptenlərə-bölünür. 

Tamam  antigenlər

  -həm  canlı  orqanizmdə  (in  vivo),  həm  də sınaq  şüşəsində 

(in  vitro)  antitel  sintezi  yaradan  antigenlərdir. 

Natamam antigenlər

  isə-canlı 

orqanizmdə deyil,  yalnız smaq  şüşəsində antitellərlə müvafiq  reaksiya əmələ 

gətirir.  Antigenin  əsas  mahiyyəti  onun  immunogenliymdən-orqanizmin 

immun  cavabımn  hazırlanmasından  (homoloji  antigenin  əmələ  gəlməsi  və 

limfoid  hüceyrələrin  sensibilizasiyası)  ibarətdir.  Güclü  (heyvanlar,  bitkilər, 

m ikrob  zülalları,  toksinlər)  və  zəif  (jelatin,  hemoqlobin,  insulin,  əksər 

 polisaxaridlər)  antigenlik  səviyyəsi  mövcuddur.  Antigenliyin  müəyyən  edil- 



ttıəsi üçün 5 əsas param etr nəzərə alınmalıdır.

1.  Antigenin 'orqanizm üçün yabançı-yad olması.

2.  Orqanizm tərəfindən assimilyasiya olunmalıdır.

3.  Yüksək molekulyar kütləyə malik olmalıdır.

4.  Kolloid vəziyyətində olmalıdır.

5.  Antigen kimyəvi tərkibə malik  olmalıdır.

Orqanizmə  antigenləri  parenteral  (əzələarası,  dərialtı,  dəriüstü)  yolla 

tətbiq etdikdə immun cavab və immunoloji reaktivlik daha sürətlə yaranır və 

antitellərin  titri  yüksək  olur.  Çünki  antigen  orqanizmə  alimentar yolla  daxil 

olduqda  həzm  fermentlərinin  (amilolitik,  proteolitik,  lipolitik)  təsirindən  o 

parçalanır  və  antigenlik  xassəsinə  malik  olmayan  birləşmələrə  (peptonlar, 

albumozlar,  amin  turşuları)  parçalanır.  Güclü  antigenlər  böyük  molckul 

kütləsinə-40 000  daltondan  artıq-malikdir,  zəiflərdə  isə  həmin  göstərici  çox 

aşağı olur. Antigenlərin aşağıdakı növləri  ayırd edilir:

1. 

Heyvan antigenləri

 -  hüceyrələrdə,  toxumalarda və  bioloji mayelərdə 

(qan  zərdabı,  plazma,  limfa,  süd  vəzilərin  sekreti)  olub,  spesifikliyinə  görə 

onlar  növ  qrup  spesifikliyi  (izoantigenlər),  orqanlar  və  toxumalar,  yaş 

spesifikliyi, heterogenlər, histoloji qəbuletməməzlik-transplantasion və auto- 

antigenlər- kimi növlərə bölünür.

2. 

Mikrob antigenləri.

  Mikroorqanizmlər növ  və  cins  çərçivəsində anti­

genlik  quruluşuna, görə bir-birindən fərqlənir və bu göstərici  onların təsnifatı 

və  differensiasiyası  zamanı  çox  önəmli  rol  oynayır.  Patogen  mikroblar  çox 

mürəkkəb  antigenlik  quruluşuna  malikdir.  Bakteriya  hüceyrələrinin  mem- 

branmda,  sitoplazmasında,  kapsulasında  və  qamçılarında  müxtəlif  naxışlı



324

antigenlər  və  antigen  amilləri  yerləşir.  Bakteriyaların  səthi  strukturları 

antigenlərlə daha zəngin olur.

3. 

Virus antigeniəri.

  Virusların əksəriyyətində həll olan (virus hissəciklə­

rindən  ayrılan)  və  həll  olmayan  (virus  hissəciklərindən  ayrılmayan) antigen­

lər mövcuddur.  O nların ayrı-ayrı  növləri  antigenlik  tərkibinə  və  quruluşana 

görə  mürəkkəb  olmaqla,  antigen  komponentləri  ilə  çox  zəngin  olur.  Məsə­

lən.  dabaq  virusunun  2  antigeni-infeksion.  komplement-bırləşdirici  və  im- 

munizasiya  edici  vardır.  Virus  infeksiyalarınm.  xüsusi  ilə  quduzluğun 

seroloji  diaqnostikasında  diffuz  presipitasiya.  neytrallaşma  (ağ  siçanlar 

üzərində).  KBR  (komplementlərin  birləşməsi  reaksiyası),  vasitəsiz  hemaq- 

qlyutinasiya  və  hemaqqlyutinasiyanm  ləngiməsi  reaksiyasından  geniş 

istifadə olunur.

9.8.2.  Antitellər  (immunoqlobulinhr)-

  immun  zərdabın  zülallarından 

ibarət  olub,  spesifik  antıgenin  təsirindən  yaranır və  onunla  birləşmə xassəsi­

nə  malikdir.  Praktiki  olaraq  onlar  qan  serumunun  qamma-qlobulin 

fraksiyası  ilə  identikdir.  İmmunoqlobulinlər  həm  plazmada,  zərdabda,  həm 

də  digər  bioloji  mayelərdə-limfa.  süd,  xüsusilə  ağız  südündə,  onurğa  beyin 

mayesində,  müxtəlif  sekretlərdə  və  iltihab  məhsullarında  müşahidə  edilir. 

Antitel  orqanizmə daxil  olan  antigen  molekulunun  yalnız  müəyyən  sahələri­

nə  və onun  determinantına  qarşı  sintez  olunur  və onunla  spesifik  reaksiyaya 

girir.  Orqanizmin  yoluxucu  (infeksion  və  invazıon)  xəstəliklərin  törədicilə­

rinə və  genetik  cəhətdən yabanı  (yad)  olan  maddələrə  qərşı  spesifik  müdafiə 

reaksiyasının  ən  başlıca  amili  məhz  antitellər  sayılır.  Onlar  orqanizmin 

patogen  amillərlə  yoluxması 

(təbii  immumzusiya

) .  yaxud  diri  və  inaktivl- 

əşdirilmiş vaksinlərlə  immunizasiya 

(süm immumzusiya)

  zamanı əmələ gəlir. 

Lımfoid  sisteminin  yad  hüceyrələr  və  toxumalarla (transplantlarla)  kontaktı 

zamanı,  yaxud  orqanizmin  özünün  zədələnmiş  hüceyrələrinə qarşı  autoanti- 

tellər  sintez  olunur.  Təsir  mexanizminə  görə  antitellər  3  qrupa

-neytraliuş- 

dırıa,  lizis  törədici  və  koaqulyasiyaedici

-qrupa  bölünür.  A



'eytrallaşdırıcı 

antitelləro  antitoksinlər,  virus  neytrallaşdırıcı  antitellər  və  antifermentlər; 

həlledici  (lizis  törədici)  antitellərə-bakteriolizinlər.  sitolizinlər.  hemolizinlər; 

koaqulyasiyaedici  qrupa  isə-presipitinlər  (antigenlə  birləşdikdə  çöküntü 

əmələ  gətirən),  aqqlyutinmlər  (mikrob  və  s,  hüceyrələri  kleyiəyən) antitellər 

aiddir.  Antitellər  həmçinin  bioloji  funksiyaları  da-komplementləri  birləş­

dirmə  və  onu  fəallaşdırma,  faqositoz  üçün  mikrobun  hazırlanması- 

epsonizasiyası.  ləngiyən  tipli  allergiya  reaksiyası  törətməsi-icra edir.  Onların 

orqanizmin  ən  əsas  müdafiə  amili  olmasına  baxmayaraq,  bəzən  patogen 

effekt  (infeksion  xəstəliklər  zamanı  mürəkkəbləşmələr),  autoimmun  və 

atopik  xəstəliklər,  anafılaksiya  və  s.  əmələ  gətirir.  İnfeksion  xəstəliklərin 

törədicilərinə  qarşı  müdafiə  funksiyasını  yerinə  yetirməsinə  baxmayaraq, 

presipitinləşdirici  antitellərdən  başqa  onun  bu  xassəyə  malik  olmayan 

növləri  də  vardır.  Patogen  agentlərlə  müdafiə  funksiyasından  məhrum  olan 

həmin  presipinləşdirici  antitellər  allergiyalar  törədir  və 

reaginhr

  adlanır. 

Müasir  unitar  təlimə  görə  antitelin  hər  bir  molekulu spesifik  antigenə qarşı

325


müxtəlif  reaksiya  cavab  reaksiyası  verir.  Antitel  yüksək  spesifikliyə  m alik 

olmaqla  antigenin  ayrı-ayrı  determ inantlan  ilə  reaksiyaya  girir.  Spesifik 

homoloji  antigenlə  kontakt  zamanı  heç  bir  seroloji reaksiyaya  (aqqlyutina- 

siya,  presipitasiya.lizis)  girməyən  antitellər 



natamam

  (blokadaedici) 

antitellər  adlanaraq  immunoqlobulinlərin  müxtəlif sinifləri  ilə təmsil  olunur 

və  Kumbs  (1945)  reaksiyası  ilə  aşkar  edilir.  Orqanizmin  immun  cavabı 

zamanı  sintez olunan antitellərin  spesifiklik  dərəcəsi  heterogen olmaqla,  bir- 

birindən  fərqlənir  və  onun 



heterogenliyi

  adalınr.  Bu  onunla  əlaqədardır 

ki,hər  bir  antigenə  qarşı  müxtəlif  bioloji  fəallıq  və  quruluşa  malik  olan 

antitel  sintez  olunur.  Qaurovitsə  görə  (1968)  antitelin 



ekzogen

  və 


endogen 

heterogen  növü  vardır. 



Ekzogen  heterogenlik

  spesifik  antigenen  moleku- 

lunda  bir  neçə  müxtəlif determ inant  qrupların  olması  nəticəsində  mövcud 

olur. 


Endogen  heterogenlik

  immunoqlobulinlərin  sintezinin  müxtəlif  orqan 

və  toxumalarda  baş  verməsi,  genetik  determinasiyalı  qlobulinlərin  və 

antitellərin  əmələ  gəlməsi  ilə  xarakterlənir.  Boyuna  görə  (1969)  antigenə 

qarşı  yaranan  cavab  reaksiyası  nəticəsində  sintez  olunan  antitellərin 

heterogenliyi  immunoloji  reaksiyaların  ən  xarakterik  əlaməti  sayılır  M üəl­

lifin  fikrincə  antitel  populyasiya  deyil,  çox  böyük  bir  ailəni  xatırladır. 

Antitelin  molekulu  determinant  antigenin  bütün  molekullan  ilə  deyil,  özü­

nün yalnız müəyyən hissəsi

-antitelin fdal m wkszi

  (antiderminant)  ilə  birləşir. 

Müxtəlif siniflərə  mənsub  olan  antitellərin  molekulları  fərqli  olmaqla,  onlar 

malik  olduqları  fəal  mərkəzin  miqdarına-valentliyinə  görə  təsnif  olunur. 

Məsələn,  İqÇ və  İqA  bivalent  (2  fəal  mərkəzə malikdir),  İqM-polivalent  (10 

fəal mərkəzi vardır,  onlardan  5-i  antigenlə çox güclü birləşmək qabiliyyətinə 

malikdir)  immunoqlobulin  sinfinə  aid  edilir. 

Antigenlərə  təsirinə  görə 

antitellər antitoksinlər, aqqlyutininlər,  presipitinlər və lizinlərə bölünür.

İmmunoqlobulinhr

  (antitellər)  3  genetik  sistemlə  kodlanır.  1-ci  qrup 

lokuslar ağır zəncirlərin sintezini, 2-ci qrup lokuslar yüngül  kappa zəncirləri­

nin  sintezini  kodlaşdırır.  İnsan,  dovşan  və  gəmiricilərdə immunoqlobulınlə- 

rin çoxu allotinləri aşkar olunub.  Allotin  immunoqlobulinlərin səthində yer­

ləşən növdaxili antigen determinantıdır.  Allotinlərdən başqa  immunoqlobu- 

linlərdə  izotin  və  idiotin  antigen  determ inantlan  qrupu  vardır.  İzotin  qrup 

bir  növdən  olan  bütün  fərdlər  üçün  ümumi  olan  antigen  spesifikliyidir.  İm- 

munoqlabilinlərin  5  sinfinin  hamısı  izotin  hesab  olunur.  İdiotinlər antitellər 

arasında olan antigenlik fərqidir.

İmmunoqlobulinlərin  molekulyar  kütləsi  20000  olan  yüngül  (L)  və  50000 

olan ağır (H)  bir-birinə dolanan  polipeptidlərdən təşkil olunur 



(şskU 50).

  IqC- 


nin  quruluşu  daha  ətraflı  öyrənilməklə,  onun  molekulu  2  yüngül  və  2  ağır 

zəncirdən ibarətdir.  Hər 2 zəncir antigenlıyə malikdir.  Lakin ağır zəncirlərdə o, 

immunoqlobulinlərin  bütün  siniflərində  daha  səviyyəvi  spesifıkdir.  Bu 

xüsusiyyətinə görə bütün immunoqlobulinlərin ağır zəncirləri belə ifadı olunur:

qamma  (£)  İqÇ,  myn  (p)  İqM,  alfa  (a)  İqA,  delta (d)  İqD və epsilon  (e) 

İqE.  Çerbertə  görə  atlard a-  3  sinif (İqÇ,  İqÇ  (t),  yaxud  İqA  (t)  və  İqM,  iri 

buynuzlu heyvanlarda-İqÇ,  İqA,  İqM   və 2 yanmsinif (İqÇı,  İqÇı), qoyun və 

keçilərdə-  İqÇı,  İqÇı,  və  İqÇ

3

,  İqA,  İqM ,  donuzlarda  isə-İqÇ,  İqA.  İqM-



326

immunoqlobulinlər mövcuddur.  İ.N .Fedorov (1963) qoyvm  və keçilərin  qan 

zərdabında İqÇ-21,8±0,53, İqM -l,87±0,18 və İqA-0,37±0,06 mq/1 olduğunu 

müəyyən  etmişdir,  İmmunoqlobulinlərin  maksimal  səviyyəsi quzularda  ağız 

südü qəbul etdikdən 24, minimal isə 20 günlükdə müşahidə olunur.

0 0 0 0 ^ 3

o

^boooo



4

«p

o



«

X   Ф

ooo°  ®©o® 

'ООоооОФСФФ®

o*

, # • • • * *   COÜOOOO 

o000 0 0 ı

’•и »


J a a \

 

! * * • • • *



°~ı.

•   §   * 4

: :  

5 f   : •



• •  

•  t  


v

ФФ ФФШОСЮООООС

•  • 


•  •

4

J

•  •••


••

Şə/r// 50. Edelmana 

g ö r ə   ( 1 9 6 9 )  

IqÇ-nin 

q u r u l u ş u .   Z ü l a l   i k i   a ğ ı r  

(şəkildə 

q a r a  

f o n d a   v e r i l i b )  

və 


i k i   y ü n g ü l   z ə n c i r d ə n   i b a r ə t d i r .   1 9 9 9 6   a t o m l a r   1 3 2 0   a m i n  

t u r ş u l a r ı n d a   q r u p l a ş d ı n l ı b



İmmunoqlobulim

 -  M-insanın qan  zərdabmdakı  bütün  immunoqlobulin- 

lərin  10%-ni  təşkil  edir,  molekulyar  kütləsi  900 000  dalton,  sedimentasiya 

konstantı  19 s monomerdir.  10 fəal  mərkəzə malikdir (onlardan  5-i  homoloji 

antigenə  qarşı  olduqca  fəaldır).  İqM-antigen  impulsuna  bütün  immunoqlo- 

bulinlərdən  cəld  cavab  reaksiyası  verir,  5  sərbəst  subvahidi  ilə  homoloji 

hüceyrələrlə  (eritrositlər,  bakteriyalar  və  s.)  təmasda  olur  və  İqM ı,  İqM

yarımsinifləri  vardır.  Heyvanların  əksəriyyətində  İqM  bala  ətrafı  pərdədən 



ananın qanı  ilə  balaya keçə bilmir.

İmmunoqlobulin

  -   Ç  (İqÇ  antiteli)  insan  və  heyvanların  qan  zərdabında 

dominantlıq  etməklə  bütün  qlobulinlərin  70-85%-ni  təşkil  edir,  toxuma 

mayelərində  də  mövcuddur,  molekul  kütləsi  160 000  dalton,  konstrant 

sedimentasiyası  75  monomerdir,  insanda  -   4  (Çı,  Ç

2

,  Ç



3

,  Ç


4

,)  iri  buynuzlu 

heyvanlardı  isə  -2  (Ç -l,  Ç-2)  yarımsinifı  vardır.  İri  buynuzlu  heyvanlann 

qanında  parçalanma  müddəti  20-25,  insanda  və  bütün  digər  heyvan 

növlərində  isə-20  gün təşkil  edir.  İqÇ  toksinlərin  və virusların prepitasiya və

327


neytralizasiya  reaksiyasında  çox  fəal,  sitolizisdə  zəif,  kompiementlərin 

birləşməsində  isə  daha  zəif  fəallıq  göstərir,  dəri  hüceyrələri  ilə  birləşərək 

onlann sensibilizasiyasına səbə olur və ləngiyən hiperhəssaslıq törədir.

İmmunoqlobuliıt-D

 və E.  İmmunoqlobulin D-heyvanlarda zəif öyrənilib, 

İqE-isə  xeyli  allergiya  reaksiyalarının  yaranm asında  çox  böyük  rol  oynayır. 

Bunların  hər  ikisi  toxum alan  (ən  çox  isə  dəri  və  selik  qişalarını) 

sensibilizasiya edir.

İmmunoqlobulin

 -  


A-2

 növə-qan  zərdabı  və sekretora malikdir.  Sekretor 

İqA  selikli  qişaların  (tənəffüs,  mədə-bağırsaq  sistemi  və  sidik-cinsiyyət  o r ­

qanları) limfatik toxuması tərəfindən  hasil olur,  ən  çox  iti  gedişli dizenteriya 

və  qann  yatalağı  zamanı  bakteriyadaşıyıcı  adamların  qan  zərdabında  və 

koproloji  filtratlannda  müşahidə  olunur.  O,  heyvanların  qan  zərdabında 

dominantlıq  təşkil  etmir,  inəyin  südündə  14  mq/100  ml,  ağız südündə  isə  50 

mq/100  ml  miqdarında  olur,  körpə  heyvanların  peroral  və  aerozol  immuni- 

zasiyalan  zamanı  daha  güclü  və  gərginliyə  malik  olan  immunitet  yaradır, 

İqM  və  İqÇ-dən  fərqli  olaraq  komplementlə  birləşmir,  sitoliz  və  aqqlyu- 

tinasiyada  iştirak  etmir.  Sekretor İqA əsasən selikaltı toxumaların yerli anti- 

genə cavab  reaksiyası zamanı  plazmatik  hüceyrələr  tərəfindən  sintez  olunur. 

Buna  görə  də  parenteral immunizasiya  zamanı  limfa  düyünləri,  dalaq və  sü­

mük  iliyinin  im munokompotent  hüceyrələri  olduqda  fəallaşırlar.  Ümumiy­

yətlə,  immunoqlobulinlər  albuminlərə,  homolojilər  isə  heterogenlərə  nisbə­

tən çox sürətlə adsorbsiya olunur.



Antigen-antitel

  reaksiyası-spesifik  immunitetin  yaranmasmda  misilsiz 

əhəmiyyətə malikdir.  Antitellərin əsas bioloji vəzifəsi  onların antigenlərlə sü­

rətli  və  spesifik  reaksiyaya  girməsidir.  Bu  qarşılıqlı  əlaqə  aqqlyutinaisya, 

presipitasiya,  neytralizasiya  və  lizis  reaksiyaları  formasında  təzahür  edir. 

Antitellər  həm  də  m akrofaqlann  (leykositlərin)  faqositar  fəallığını  artın r 

(opsonizasiya).  İmmunitetin  spesifikliyi  antitelin yalnız onu əmələ gətirən və 

sintez  edən  antigenlə  reaksiyaya  girməsindən  ibarətdir.  Spesifik  antitellər 

olan orqanizm müəyyən müddət ərzində öz antigeninə qarşı ümumi vəziyyət­

də olur.  Həm hüceyrə,  həm də  humoral  immunitet  immunoloji yaddaş  qabi­

liyyətinə  malikdir.  Yəni  antigen  təkrarən  orqanizmə  yeridildikdə,  təkrarən 

immunoloji  reaksiya  əmələ  gəlir.  Müəyyən  şəraitdə  orqanizmin  həssaslığı 

artaraq  təkrarən  yeridilən  antigenə  qarşı  hiperhəssalıq  əmələ  gəlir.  Bu 

zaman ləngiyən və təcili tipli allergiyaya astma, anaflaksiya aiddir. Ləngiyən 

tipli hiperhəssaslıq  vərəm, bruselyoz, m anqo, paratuberkulyoz və s. xəstəlik­

lər zamanı  əmələ  gəlir.  Təcili  hiperhəssaslıq  humoral  immunitetlə,  ləngiyən 

tipli  hiperhəssaslıq  isə hüceyrə immuniteti zamanı  əmələ gəlir.  Güman edilir 

ki, antitellər bir neçə antigen birləşdirən mərkəzə malikdir.



9.9.  immunoloji  tolerantlıq. 

-   immunologiya  sahəsində  ən  böyük  və 

xüsusi  əhəmiyyətli  kəşflərdən  biri  olub,  orqanizmin  antigenin  təsirinə  qarşı 

verdiyi spesifik immunoloji reaksiyaların tamamilə əksinə olan bir prosesdir, 

onun  ya  qismən,  ya  da  tamamilə  olmamasım  səciyyələndirir.  İmmunoloji

328


rezistentlik  təliminin  banisi  P.Medavara  görə  tolerantlıq  antigenlə  əlaqəyə 

girən  zaman  orqanizmdə  yaranan  spesifik  areaktivlikdən  ibarət  olan  bir 

prosesdir.  Onun  yaranması  haqqında  Bemetə  görə  (1969)  aşağıdakı 

kriteriyalar əsas götürülür:

1.  Adi  antigen  stimuluna  qarşı  antitelin  ya  tamamilə  olmaması,  ya  da 

olduqca zəif əmələ gəlməsi.

2.  Allogen  toxumanın  transplantantm dan  orqanizmin  imtina  etmək 

qabiliyyətinin olmaması.

3.  Orqanizmin  virus  infeksiyasm  məhv  etmək,  neytrallaşdırmaq 

qabiliyyətindən məhrum olması.

4.  Sensibilizasiyadan  sonra  antigenin  təsirinə  qarşı  adi  toxuma 

reaksiyasının  olmaması.  Embrional  və  neonatal  immunoloji  tolerantlığın 

öyrənilməsi  həmin təlimin hazırlanmasında çox böyük rol oynamışdır.  1945- 

ci  ildə  R.Oyen  2  əkiz  buzovun  qanında  eritrositlərin  müxtəlif qan  qrupuna 

malik  olduğunu  aşkarlamışdır.  1953-cü  ildə  isə  M.Qaşek  iki  inkişafda  olan 

toyuq  embrionunda  ümumi  qan  dövranı  yaradaraq  (xorioallantors 

qişalarını  birləşdirməklə)  onlarda  çox  maraqlı  bir xassə  müşahidə  etmişdir. 

Onların  eritrositlərini  bir-birinə  inyeksiya  etdikdə  onlar  heç  bir  reaksiya 

göstərməmiş,  areaktiv  olmuş  və  eritrositlərə  qarşı  antitel  sintez  olunmamış­

dır.  Nəzarət  qrupunun  embrionlannda  isə  həmin  eritrositlərə  qarşı  müvafiq 

antitel  hasil  edilmişdir.  Həmin  ildə  P.M edavar  çox  maraqlı  bir  təcrübə 

qoymuşdur.  Q,  boğaz  siçanın  balalıq  divan  vasitəsilə  onun  embrionuna 

başqa təmiz xətlə siçanın dalaq  və böyrək  hüceyrələrinin qarışığını inyeksiya 

etmişdir.  Antigen  kimi  istifadə  edilən,  hücyerə qarışığı  hazırlanan  siçan-  В 

(qara  rəngli),  embrionun  antigeni  qəbul  edən  anası  isə  -  A   (ağ  rəngli)  kimi' 

qəbul  edilsə,  embrionlar  doğulduqdan  sonra  B-xəttinə  qarşı  antitel  sintez 

etməmiş,  tamamilə  areaktiv  olmuşlar.  Doğulan  balalar  böyüdükdən  sonra 

onlara  B-xəttinin  qara  rəngli  dərisi  (loskut-kiçik  bir  hissə)  köçürülmüş, 

onlarda  heç  bir  reaksiya  müşahidə  olunmamışdır.  Ağ  siçanlara  köçürülən 

qara  dəri loskutu  onların dərisi ilə birləşmiş və regenerasiya  olunmuşdur.  Bu 

cür  genetik  cəhətdən  fərqli  olan  hüceyrə və  toxumaların  bir  fərdin  orqaniz­

mində fəaliyyət  göstərməsi  və dəyişikliyə uğramaması 

j

timer

 adlanır.  Baytar­

lıq  təbabəti  üçün  ana  bətnidaxili  yoluxma  (xüsusilə  virus  infeksiyalan  ilə) 

çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  zaman  infeksion  balasalma  ilə  yanaşı, 

həm  də  həmin  infeksiyası,  o  cümlədən  virusa  qarşı  çox  davamlı  (rezistent) 

balalar  doğulur  və  onların  orqanizmində  virusəleyhinə  antitel  müşahidə 

olunmur.  Məsələn,  donuzların  taun  virusu  ilə  yoluxmuş  anadan  doğulan 

sağlam  çoşkalar  həmin  virusun  daşıyıcısı  kimi  (özləri  tam   sağlam  olsa  da) 

digər  sağlam  çoşkalan  yoluxdurur.  İmmunoloji  tolerantlığın 

təbii

  (özünün 

normal  komponentlərinə  qarşı)  və 

süni

  (ekzogen  yabançı  süni  antigenlərə 

qarşı)  formaları  ayırd  edilir.  Hazırda  insanda  orqan  və  toxumaların 

köçürülməsinin daha səmərəli və uğurlu olması üçün immunoloji tolerantlığa 

olduqca  böyük  ehtiyac  duyulur  və  bu  istiqamətdə  fundamental  tədqiqatlar 

aparılır.  Heyvanların  bəzi infeksion xəstəliklərinə qarşı yaranan immunoloji 

tolerantlıq bir-birindən xeyli fərqli olur.

329

i


Brusellyoz-

 zamanı  immunoloji  tolerantlıq  onunla  səciyyələnir ki,  xəstə 

inəklərin  buzovları  həm  bu  xəstəliyə  qarşı  tamamilə  sağlam  olur,  onların 

qan zərdabında  brusellalara  qarşı  antitel sintez  olunmur,  yaxud  onların  titri 

olduqca  cüzi  olur.  Sayduldinin məlumatına  əsasən  (1971)  35  baş xəstə  inək­

lərin  buzovlarında  müayinə  zamanı  tamam  və  natam am   brusella  antitelləri 

müşahidə  edilməmişdir.  Cavan  qara  mallarda  brusellyoz  vaksinlərinə  qarşı 

immun  cavab  reaksiyası  yaşlı  heyvanlara  nisbətən  daha  tez  yaranır. 

M.M .İvanova  görə  (1963)  laktasiya  dövründə  olan  və  brusellyoza  qarşı 

müsbət  reaksiya  verən  (brusellalar  ayrılan)  inəklərin  30%-i  areaktiv  olmuş­

dur,  yəni  onların  qan  zərdabı  və südündə brusella  antitelləri  müşahidə  olun­

mayaraq  seroloji  müayinənin  nəticəsi  mənfi  olmuşdur.  Bu  onu  göstərir  ki, 

müəyyən  dövrlərdə  seroloji  reaksiyalarla  xəstə  heyvanları  aşkar  etmək 

mümkün olmur.



Dovşancığa

  görə  müayinə  olunan  2000  torpaq  nümunəsinin  müayinəsi 

zamanı onların  27%-də, həmçinin xəstə heyvanların və insanın kalında  onun 

törədicisinin  tapılmasına  baxmayaraq  normada  onların  qanında  anatoksin 

müşahidə  olunmur  (insan,  at,  it,  donuz),  yaxud  olduqca  aşağı  titirdə təsadüf 

edilir  (iri  və  xırda  buynuzlu  heyvanlar).  Batsildaşıyıcı  heyvanlarda 

antitoksinin  müşahidə  edilməməsi  dovşancıq  zamanı  yaranan  hüceyrə 

immuniteti ilə əlaqədardır.



Donuzların  taun

  virusu  ilə  yoluxmuş  donuzlarda  boğazlıq  dövründə  və 

vaksinasiyadan  sonra  immunoloji  tolerantlıq  müşahidə  edilir,  spontan 

(təbii)  taun  zamanı,  yaxud  vaksinasiyadan  sonra  doğulan  çoşkalarda 

virusemiya  baş  verir  və  onlarda  immunoloji  tolerantlıq  müşahidə  olunur. 

ABŞ  və  K anadada  bu  cür  vinısdaşıyıcı  donuzlar  sağlamlaşdmlmış 

təsərrüfatlarda çox  böyük erizootiya törətmişdir.

Leptospiroz

  -   zamanı  da heyvanlarda  immunoloji  tolerantlıq  müşahidə 

olunur.  S.U.Lyubaşenkonun  məlumatına  görə  (1974)  müayinə  zamanı 

sidiyində  leptospiralar tapılan  donuzların  30%-i  seroneqativ olmuşdur (qan 

zərdabında 

antitel 


olmur). 

Leptospiroza 

görə 

qeyri-sağlam 



olan 

təsərrüfatlarda leptospira daşıyıcısı və qan zərdabında antitelin titri  çox cüzi 

olan  donuzların  sayı  35,2%  təşkil  etmişdir  (V.T.Kotov,  1974).  E.A. 

Kiryonov  (1982)  qeyd  edir  ki,  epizootiya  ocaqlan  üçün  immunoloji 

tolerantlıq qanunauğyun proses hesab edilməlidir.

Heyvanların  infeksion  balasalmaları  (abortlar)

  -   spesifik  xarakter 

daşımaqla  infeksiya  mənşəli  patologiya  sayılır.  Onlara  bakterial  və  virus 

etiologiyalı infeksion abortlar,  qaramal və qoyunların brusellyozu, qoyun və 

atların  paratifoz  balasalma,  qoyunların  vibrioz,  donuzların  leptospiroz, 

madyanların  viruslu  abort  (rinopnevmopiya),  qoyunların viruslu abort və s. 

xəstəliklər aiddir.  Bu xəstəliklərin hamısı infeksiyanın ən xarakterik nozoloji 

forması  sayılır  və  boğazlığın  2-ci,  yaxud  sonuncu  dövründə  balasalma  baş 

verir.  Məsələn,  briısellyozla xəstə qoyunlarda  boğazlığın 4-5-ci,  inəklərdə isə 

-   5-8-ci  aylarda,  qoyunların  vibriozu  zamanı  2-ci  yarısında,  donuzların 

leptospirozunda  -   sonuncu  mərhələsində  balasalma  olur.  Paratifozlu 

(salmonellyozlu  və  viruslu)  abort  zamanı  boğaz  madyanlarda  8-11-ci



Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin