291
olaraq
leykositar
(Z),
fibroblast ((i)
və
immun (y) növləri
vardır,
a
və P İFN-
lər orqanizmin virusla yoluxmuş hüceyrələri, (J- İFN-isə - virus antigeni ilə
fəallaşmış T-limfositlərin - helperlərin bəzi subpopulyasiyalan və təbii
killerlər tərəfindən sintez edilir.
a-
İFN-əsasən qamn leykositlərində sintez olunur, orqanizmdə immun
sistemin mediatoru rolunu oynayaraq immunokompetent hüceyrələrin
funksiyalarım tənzimləyir və fəallaşdırır. Termostabildir (56°Ç-də bir saat öz
fəallığını saxlayır), turş və qələvi mühitin təsirinə (pH-2-Ю) davamlıdır,
limfositləri, təbii killerləri, makrofaqları və MHC-antigenlərinin ekspres-
siyasını fəallaşdınr.
P - İFN-patogen viruslar orqanizmin hüceyrələrinə daxil olduqdan
sonra somatik hüceyrələrdə, xüsusilə fıbroblastlarda sintez edilir.
у -
İFN-əsasən T və p -limfositlərin mitogenlərlə fəallaşması, yaxud
antigenlərlə restimulyasiyası zamanı sintez olunmur, termolabildir, pH-2
olan mühitdə dərhal öz fəallığını itirir, leykositlərin və hüceyrələrin
proliferasiyasına və antitellərin sintez olunmasına (in vitro) ləngidici təsir
göstərir.
A.A.Smorodinsev və b., interferonun xassələrini 3 əsas qrupa bölmüşlər:
1. Virusların çox böyük əksəriyyətinə qarşı fəal məhvedici təsirə malik
olması.
2. Başqa inqibitorlardan fərqli olaraq viruslara qarşı güclü hüceyrədaxilı
təsir etməsi.
3. Homoloji növün orqanizmində növ spesifikliyi və seçicilik fəallığına
malik olması.
Kaloniyastimullaşdmcı sitokinlər
(faktorlar)- əsasən
qandoğuran
orqanların (sümük iliyi və s.) qanyaratma prosesinə (hemopoezə), sümük
iliyindəki kötük və leykositlərin sələf hüceyrələrinin profilerasiyası -
bölünməsi və differensiyası proseslərini tənzimləyir. Onların qranulyar (Q-
KSF), qranulyar - makrofaq (QM-KSF), makrofaq (M-KSF) və kötük
hüceyrə KSF-tipləri mövcuddur.
Şiş nekrozu amilləri (SN A )
- yaxşı və yaman keyfiyyətli şiş
hüceyrələrinin lizisini induksiya etmək xassəsinə malik olmaqla, onların
a
(a
- ŞNA), p (P-ŞNA) şiş nekrozu amilləri və p - transformasiyaedici böyümə
amili (p- TBA) tipləri vardır. Həmin amillər immunobioloji reaksiyalarda
müxtəlif funksiyaları yerinə yetirməklə, iltihab və sitotoksiki proseslərin ən
ümdə mediatorları hesab olunur. Orqanizmdə toksiki və şiddətli
anqlam anın (kaxeksiyanın) yaranmasının əsas səbəblərindən biri də a -
ŞNA -dır. a - ŞNA-nın hüceyrələrin səthində mövcud olan 2 cür
reseptorlardan hüceyrələrə apoptozun (hüceyrənin proqramlaşdırılmış
məhvi) induksiyası siqnalını ötürür, beləliklə də hədəf hüceyrələr apoptotik
mexanizmlə məhv edilir, a və P ŞNA-nm (limfotoksinlərin) başlıca produ-
sientləri T-killerlərdir. a - ŞNA çoxfunksiyalı sitokinlər olmaqla, onların
əsas produsentləri makrofaqlardır, mikroorqanizmlər və onların ifraz etdiyi
toksinlər həmin sitokinlərin sintez induksiyaedici təsir göstərən amilləri
sayılır. Qeyd edilən sitokinlər hüceyrədə həm sitotoksik effekt göstərir, həm
292
də bədən tem peraturunu tənzimləyir və iltihab reaksiyasının yaranmasına
zəmin yaradır.
Hüceyrəsətki molekullar
- hüceyrəlirin, xüsusilə leykositlərin səthində
ekspressiya olunan çoxlu sayda zülal təbiətli molekullardan ibarət olub,
müxtəlif funksiyaları yerinə yetirməklə bəziləri bir qrup, yaxud populyasiya-
nın hüceyrələrinə məxsusdur. O nlardan m arker (nişan) kimi populyasiyamn
hüceyrələrinin identifikasiyasmda və inkişaf mərhələlərinin təyinində istifadə
olunur. İm m unoloqlar son zam anlar leykositlərin səthində mövcud olan
molekullarm əksəriyyətinin təfriq olunmasının (identifıksiyasmm) olduqca
səmərəli və sadə üsullarım və testlərini işləyib hazırlamışlar. O nlann əsasım
leykositlərinin səthində lokalizasiya edən molekullann - antigenlərin ağ
siçanlardan alınmış monoklonal antitellərlə qarşılıqlı əlaqəyə girməsi
(aqqlyutinasiyası) təşkil edir. Bu zam an spesifikliyinə görə uyğun olan
monoklonal antitellər qruplaşdınlaraq,
CD (Cluster Desiqnatsion
-
qruplaşmış nişan adlanan sistemdə nömrələnir. Hazırda onlann sayı 200-
dən artıqdır (CD 1 - CD 200). Səthi CD molekullanndan əsasən
hüceyrələrin hansı populyasiyaya aid olmasını, fəallaşma və ixtisaslaşma
mərhələlərini dəqiqləşdirmək məqsədilə geniş istifadə olunur.
9.5.Transplantasiya zamanı immunitet.
Hələ bu yaxınlara qədər
sıradan çıxmış orqanın başqası ilə əvəz edilməsi fantaziya hesab edilirdi.
Elm inkişaf etdikcə bu prosesin yaxm gələcəkdə həyata keçəcəyini
söyləyirdilər. Lakin hazırda bu məsələnin müvəffəqiyyətlə həyata keçiril
məsinə çox böyük önəm verilir. Son üç onillikdə insanlarda 40 000-ə qədər
böyrək, yüzlərlə ürək, bəzi hallarda isə - qara ciyər və başqa orqanların
köçürülməsi mümkün olmuşdur. Kliniki transplantalogiya müasir cərrahiy
yənin təkmilləşməsi sayəsində yüzlərlə ümidsiz xəstənin həyatını xilas
etmişdir. Buna baxm ayaraq qarşıda duran əsas məsələ orqan köçürmənin ən
•çətin və mürəkkəb hissəsi orqanizmin immun qüvvələrinin təsiri altında yad
orqanın çürüməsi və toxuma uyğunsuzluğu səddini dəf etməkdir. Bunun çox
böyük əhəmiyyəti olduğunu nəzərə alaraq XX-ci əsrin 40-60-cı illərindən
başlayaraq müxtəlif ölkələrin im m unoloqlan toxuma uyğunsuzluğu səddini
tam öyrənmək və başlıca olaraq onu dəf etmək yolunda geniş işlər aparırlar.
Transplantasiya haqqında elmin inkişafında həlledici addım 1944-cü
ildə Piter Medevarm kəşfi olmuşdur. O, köçürülən orqanların çürümüəsinin
təbiətində əsas səbəbləri aydınlaşdırmağa çalışmışdır. İnsanlarda yanıqlar
zamanı dəri köçürülməsi və həmçinin dovşanlarda eksperimental olaraq dəri
köçürülməsini öyrənən Medevar belə qənaətə gəlmişdir:
«Yad darinin çürümə
mexanizmi, qazanılmış aktiv immun reaksiya kateqoriyasına aiddir».
Orqa
nizm yalnız öz transplantatmı (məsələn, dərini), antigen tərkibə tam uyğun
gələnini yaşatmaq qabiliyyətinə malitkdir. Transplantasiya immunitetin əsas
müddəaları bunlardır: 1) D onor (transplantat) və resipiyent antigen nöqteyi
nəzərdən tam eyni (identik) seçilməlidir; 2) Belə seçmə mümkün olmadığı
293
şəraitdə orqanizmin immun sistemini maksimum dərəcədə immundepresant-
lar vasitəsilə azaltmaq lazımdır.
Transplantasiya immunitetinin öyrənilməsinin sonrakı nailiyyətləri anti
gen cəhətdən eyni olan təmiz xətli siçanlar üzərində aparılan eksperiment
lərlə bağlıdır. Bu işlər də transplantasiya uyğunsuzluğunun bəzi qanıma
uyğunluqlarını öyrənməyə imkan vermişdir. Siçanlar üzərində aparılan təc
rübələr göstərmişdir ki, hətta tək bircə antigenin fərqlənməsi donor dərinin
çürüməsinə səbəb olur.
Transplant atın çürümə reaksiyası
- donorun və resipiyentin antigenləri-
nin uyğun gəlməməsi nəticəsində baş verir. Bu antigenlər histoloji uyğun gəl
məyən antigenlər və ya transplantasion adlanaraq insanın leykositar
sistemində HLA (H um an Leucocyte Antigenes) identifikasiya edilir. Trans-
plantatlann üç növü məlumdur:
autotransplantat
- orqanizmə öz dərisinin
köçürülməsi,
homotransplantat -
bir növ orqanizmlərin birindən digərinə
köçürmək və
heterotransplantat
- müxtəlif növlərdən birindən digərinə
köçürmək. Adətən autotransplantat çox yaxşı inkişaf edir. Homotransplan-
tatın effektli olması donor və resipiyentin antigeninin histoloji uyğunluğun
dan asılıdır. Çürümə reaksiyası allogen transplantatlar arasmda da müşahidə
edilir, yəni bir növə mlik, lakin toxuma uyğunsuzluğu olan və identik
olmayan heyvanlar arasmda bir və ya bir neçə leykositar antigen uyğun
gəlməyən həmin proses baş verir. Resipiyentdə sensibilizasiya törətmə
səviyyəsinə görə insanlarda güclü və zəif leykositar antigen ayırd edilir.
Güclü antigenlər siçanlarda transplantatı 8-10, zəiflər isə -20 gün və daha gec
müddətdə çürümə verir. Transplantatın iki tip çürümə prosesi ayırd edilir:
birincili (first set)
və ikincili (second set) tip. Birinci halda köçürülən
toxumada çürümə (dəri) eyni növ heyvanlarda 7-9 gündən sonra baş verir,
ikinci halda eyni toxumanın (eyni antigenləri olan) köçürülməsi zamanı
çürümə daha qısa müddətdə, (4-6 gündən sonra) başlayır. Homotrans-
plantatlarda, xüsusilə məməlilərdə dəri köçürməsi zamanı bu özünü daha
yaxşı göstərir, əvvəlcə xarici görünüşcə guya dəri bitişir. Lakin 8-10-cu
günlərdə hər bir transplantat patoloji dəyişikliyə uğrayır, şiş, qansızmalar,
immun limfositlərin məhvi nəticəsində güclü infiltrasiya əmələ gəlir, epiteli
qatm ın strukturu pozulur, nekroz və dəri parçalarının çürüməsi baş verir.
Əgər təkrar olaraq eyni cür dəri transplantasiya edilərsə çürümə daha sürətlə
gedir və 5-ci gün, bəzən isə daha tez baş verir. Həmin hadisə resipiyentə bi
rinci transplantatın spesifik immunlaşdıncı təsiri ilə izah edilir. Trans-
plantatm çürüməsi əsasən hüceyrə imuntetinin yaranması nəticəsində baş
verir.
Bu proses məhv edilmiş transplantatın çoxlu miqdarda limfosit
infiltratı və makrofaqlarla əhatə olunması, həmçinin məhv edilmiş
transplantatın limofıd hüceyrələrinin passiv şəkildə ötürülməsi, yaxud kənar
limfa düyünlərinin toxumaları ilə əlaqəli olub, sensibilizasiya olunmuş
heyvanın zərdabı ilə əlaqəli olmamasının nəticəsi hesab olunur. Trans-
plantatın çürüməsində xüsusi sensibilizasiya edici T-hüceyrələr iştirak edir
ki, bunlar transplantatın meşin hüceyrəsinə fermentlərlə və ya sitotoksiki
təsir edir, yaxud bilavasitə induksiya olunmuş makroronlann köməyi ilə
294
iştirak edir. Transplantatm çürüməsində iımrnm mexanizmlə yanaşı, bu
prosesdə transplantatm vaskulyarizasiyasmm (qanla təchizatının) inten
sivliyi də nəzərə alınmalıdır. Müəyən edilmişdir ki, transplantat qanla nə
qədər çox təchiz edilərsə, qan dam arlan ilə daha çox zəngin və resipiyentin
toxumaları ilə çox əlaqəli olarsa onun çürüməsi daha tez baş verir. Buna
gözün buynuz qişasının köçürülməsini misal göstərmək olar. Məlum olduğu
kimi buynuz qişa qanla zəif təchiz olunur, onun növ arası köçürülməsi çox
müvəffəqiyyətlə aparılır və çürümə reaksiyası olmadan başa çatır. Həmçinin
müəyyən edilmişdir ki, mukopolidsaxarid örtüklə örtülmüş (məsələn,
çığırdaq) toxum alara limfolositlər daxil ola bilmədiyi üçün eyni növ hey
vanlar arasında bu köçürmə çox müsbət nəticə vermişdir. Transplantasiya
immuntetinin əmələ gəlməsində hümoral faktorların da müəyyən rolu
vardır. H om ortansplantata (dəri, sümük, iliyi, böyrək və s.) humoral immun
cavab leykositlərin, sitotoksinlərin, hemolizinlərin, hemaqqlytinlərin əmələ
gəlməsi nəticəsində yaranır. Lakin transplantasiya zamanı leykosit əleyhinə
antitel həmişə əmələ gəlmir və həm də aşağı titrlərdə olur. Sonuncu (titr)
təkrar köçürmələr zamanı çox yüksək dərəcədə artır və bununla yanaşı
transplantatm çürüməsi sürətlənir. Lakin çürümə reaksiyasına səbəbin limfa
hüceyrələri olması tam təsdiq edilməmişdir.
Genin eksperimental və kliniki təcrübələri göstərmişdir ki, orqanların
transplantasiyası zam anı müvəffəqiyyət qazanmaq üçün «donor-resipiyent»
antigen cütlüyü düzgün seçilməlidir. Onların histoloji uyğunluğunu tipləş-
dirmək çox mühüm əhəmiyyət kəsb edir. R .B.Petrova (1983) görə limfositlər
öz səthlərində histoloji uyğun gələn antigen daşıyırlar ki, bunu da seroloji və
qarışıq kulturalarda blastotransformasiya reaksiyası vasitəsilə aşkar etmək
mümkündür. Birinci qrup antigenlər seroloji təyin edilən (SD -antigenlər);
ikinci qrup limfositlə təyin olunanlardır. İnsanlarda bir neçə HLO sistemli
izoantigen müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, doğuş zamanı ananın
yalnız eristrositlərlə deyil, həm də transplantasiya hüceyrələrində olan
antigenlərlə (antirezus antitelin analoqu) immunlaşır. Çox saylı doğuşlar
zamanı ana qanında bir çox transplantasıyon antigenlərə görə antitel əmələ
gəlir. Xüsusi olaraq o zərdab qiymətli hesab olunur ki, ondan monospesifik
standart kimi istifadə etmək mümkündür. E. B. Qruntenko (1982) qeyd edir
ki, donorun bütün antigen sistemlərinə görə seçilməsi az inandırıcıdır.
Donoru seçən zaman, çox güman ki, yalnız əsas transplantat lokusu və
eritrosit antigenləri nəzərə alınmalıdır. Köçürmənin müvəffəqiyyətli olması
üç amildən asılıdır: 1) cərrahi ustalıq; 2) hansı resipiyentə hansı donorun
toxumasının daha çox uyğun gəlməsini tez təyin etmək bacanğı. 3)
resipiyentin immun reaksiyasım spesifik üsulla elə zəiflətmək ki, başqalarına
toxunulmasın. Transplantologiyamn qarşıya qoyduğu məsələlərlə əlaqədar
olaraq orqanizmin immun reaktivliyini ləngitmək problemi meydana
çıxmışdır. İmmundepressiya üçün hazırda rentgen şüalarından və əvvəllər
məlum olan antigen sintezinə ləngidici təsir edən vasitələrdən istifadə edilir.
Toxumaların köçürülməsində geniş praktiki iş göstəmişdir ki, transplantatm
yaşaması üçün düzgün dozanın seçilməsi ilə şüalandırma çox yaxşı nəticə
295
verir. Bununla yanaşı məlum olmuşdur ki, şüalanma infeksiya əleyhinə
immuniteti zəiflədir və digər ağır fəsadlar törədir.
Transplantasion immuniteti ləngitmək üçün çox böyük sayda kimyəvi və
bioloji immundepressorlar sınaqdan keçirilmişdir. Bunlar hüceyrənin bölün
məsini və differensiyasını ləngidir. İmmundepressorlar, şüalanmada olduğu
kimi qeyri spesifıkdir, onlar bütün bölünən hüceyrələri, o cümlədən qan və
sümük iliyi hüceyrələrinin fəaliyyətinin zəiflədir. Yüzlərlə kimyəvi immun-
depressorlardan ən çox istifadə edilənləri imuran, merkaptopirin,
azotopirin, siklofosfamiddir. Müəyyən edilmişdir ki, immun sistemə dep-
ressiv təsir etmək qabiliyyətinə həmçinin hormonalar - kortizon və
adrenokortikotrop hormon da (AKTH) malikdir. Göstərilən hormonlar o r
qanizmə yeridilən zaman transplantatm həyatı uzanır, lakin bu zaman
infeksiyasmm aktivləşməsi və infeksiya əleyhinə immunitetin zəifləməsi təh
lükəsi artır. Şüalanma ilə yanaşı immundepressorlardan istifadə edilməsi
köçürülən orqanın (böyrək, ürək) fəaliyyət müddətini uzadır. Yuxanda
göstərdiyimiz qeyri-spesifik immun depressorlardan imtina etmək üçün
limfositlərə - transplantat toxumasının parçalanmasına kömək edənlərə -
spesifik təsir edən vasitələr axtanşı başlanmışdır. İnsan limfositlərini
müvafiq heyvan produsentlə hiperimmunlaşdırma yolu ilə alman antilimfo-
sitar serum (ALS) bu yolla alınmışdır. Müəyyən olunmuşdur ki, ALS daha
çox dərəcədə transplantatm immunitetini ləngidir, nəinki antimikrob
immuniteti. E. B. Q runtenkonun verdiyi məlumata görə ALS həkimlərin
əlində ən başlıca immundepressantdır. ALS-nrn təkmilləşdirilməsi davam
edir. Lakin etiraf etmək lazımdır ki, immundepressiv terapiya hələ tam
mükəmməl deyildir. Çünki çox zaman anemiya, leykopeniya, sümük iliyinin
və limfa toxumalarının atrofiyası və bunlarla yanaşı infeksiya əleyhinə
immunitetin zəifləməsi müşahidə olunur (Berşiqora, 1975).
Heyvan orqanlarının praktikada köçürülməsi, tibbdən fərqli olaraq az
inandırıcıdır. Lakin bu o demək deyildir ki, baytarlıq genetik immu-
nologiyası bu məsələlərdən kənarda qalmasıdır. Əksinə transplantalogiyanın
bütün nəzəri və əməli sualları eksperimental olaraq heyvanlar üzərində
öyrənilir. Bununla əlaqədar olaraq çox yaxın zamanlarda toxuma uyğunsuz-
luğunun dəf edilmə prosesi baytarlıq praktikasında da xüsusi əhəmiyyət
kəsb edəcəkdir. Hal-hazırda yüksək məhsuldar heyvanlar almaq üçün uzun
illər (on illərlə) vaxt sərf etmədən mayalanmış yumurta-hüceyrəsinin
transplantasiyası m etodlan öyrənilir, onların hibridləşməsi və seleksiyası
təkmilləşdirilir. Yumurta hüceyrəsi mayalandınJır və alman ziqota 8-16-32
blastomer vəziyyətində balahğa ötürülür və dölün sonrakı inkişafı burada
gedir (şəkil 42). Belə hesab edirlər ki, heyvandarlıqda bu üsul yaxın
vaxtlarda süni mayalandırma üsulundan üstün olacaqdır. Mayalanmış yu
m urta hüceyrəsinin transplantasiyasında olan bir çox çətinliklərdən ən əsası
resipiyentin (inəyin) və köçürülən embrionun antigenləri arasında gedən
immunoloji rəqabətin aradan qaldırılmasıdır. Buradan belə nəticə çıxır ki,
immunoloji nəzarəti (testləşdirmə) yalnız qruplara (eritrositlərə) görə deyil,
həm də leykosit antigenlərinə görə aparm aq lazımdır.
296
Şəkil 42. Rüşeymin köçürülmə sxemi (A.P.Studensov və b., 1980)
1- çoxalma keyfiyyətinə və məhsuldarlığına görə donor heyvanlar;
2- çoxlu ovulyasiya əmələ gətirmək üçün hormonal işləmə;
3- hövrəgəlmənin diaqnostikası;
4- donorların mayalandırılması;
5-
rüşeymlərin yoxlanması (onların qiymətləndirilməsi, yetişdirilməsi və
saxlanması) ;
6- törəmələrinin keyfiyyətinə görə qiymətləndirilən törədicilər;
7- donorun cinsiyyət tsikli ilə resipientin cinsiyyət tsiklinin sinxronluğu;
8- hövrəgəlmənin diaqnostikası;
9- resipient rüşeymin köçürülməsi;
10- resipientdə boğazlıq və doğum, buzovların yetişdirilməsi;
9.6. Kolostral immunitet və onun genetik aspektləri
«
Süd-təbiətin bəxş etdiyi ən qiymətli və əvəzolunmayan qidadır»
(İ.P.Pavlov).
İmmunitetin bu növü yeni doğulan heyvanlarda humoral ana
immuniteti adlamr.
Yeni doğulan orqanizmlər həyatının ilk günlərində pato-
gen mikroorqanizmlərə, hətta həmin heyvan növünə məxsus olmayan
yoluxucu xəstəliklərə olduqca həssas olmaqla tez yoluxurlar. Məsələn, yeni
297
doğulan dovşanları onlara xas olmayan dabaq, donuzların taun, quşların
Raus sarkoması virusları ilə eksperimental olaraq yoluxdurmaq mümkün
olmuşdur. D oğulduqdan dərhal sonra anasının ilk ağız südünü qəbul etmə
miş buzov və çoşqalan Escherichia coli-nin entepopatogen seroloji variant
ları ilə süni yoluxdurma mümkün olduğu halda, doğulduqdan bir neçə gün
sonra isə onlarda yoluxma baş verməmişdir. Bu, onunla izah olunur ki, yeni
doğulan orqanizmlərdə immunokompotent sistem, immunoloji yetişkənlik
formalaşmır. Lakin yeni doğulmuş körpə heyvanlar ananın orqanizmindən
ağız südü vasitəsilə hazır antitellər-immunoqlobulinlər qəbul etmək yolu ilə
qısa müddət ərzində bəzi infeksion xəstəliklərin törədiciləri ilə yoluxmadan
müdafiə olunurlar. İmmunitetin bu növü
kolostral immunitet
adlanmaqla iki
yolla-ana bətnində balaətrafı pərdə (plasenta, cift, ətənə) və doğulduqdan
sonra ananın
ağız südü ( 7-10-cu günlərədək)
anadan balaya verilən
anticismlər vasitəsilə həyata keçirilir. Har iki halda yeni doğulan körpələrdə
yaranan immunitet
qeyri-fəal immunitet
hesab edilir. Bala ətrafı pərdə
vasitəsilə verilən immunitet anticismlərin
transplasentar
yolla anadan balaya
verilməsi nəticəsində yaranır, insanda, meymunda və dovşanda müşahidə
olunur. Gövşəyən heyvanlarda, atlarda və donuzlarda balaətrafı pərdə iki
qat qalın olduğundan ananın qanmdakı immunoqlobulinlər (anticismlər)
'balaya verilə bilmir və doğulana, ananın ağız südünü qəbul edənə qədər
onun qanında müşahidə edilmir. Buna görə də həmin passiv immunitet
ko
lostral, yaxud ağız südü immuniteti
(latmca-kolostrum-ağız südü) adlanmaq
la
təbii və süni
yaradılmış növlərə bölünür. Kolostral immunitet tamamilə
genetik zəmində yaramr və xüsusi genlər tərəfindən idarə olunur. Fəlsəfi və
dialektik baxımdan bu immunitet orqanizmin ontogenezinin başlanğıc
dövründə (doğumdan sonra) yoluxucu xəstəlikləri törədən patogen agentlərə
qarşı davamlılığın yaranmasının
bazisi
(fundamenti, təməli) sayılır.
İmmunogenezin äpf çürümü-sonrakı mərhələləri isə (immun sisteminin və
immunokompotent hüceyrələrin formalaşması və s.) məhz həmin bazis
üzərində formalaşır. Məşhur immunoloqlar bir mənalı olaraq həmin
dialektik qanunauyğunluğu qəbul etmiş və onunla tamamilə razılaşmışlır.
Təbii kolostral (ağız südü) immunitet.
Sitoloji tərkibinə görə süd
laktasiya dövründə 3 növə bölünür: ağız südü, keçid südü və yetişmiş süd.
Laktasiyanm 5-7-ci günlərində doğumdan sonra və doğuma az qalmış süd
vəzisində intensiv sarı, yaxud ağımtıl-sarı rəngli (bu rəngi onun tərkibindəki
karotin əmələ gətirir), qatı yumşaq konsistensiyalı, özünə məxsus qoxusu,
duzlu təhər tamı olan xüsusi sekret-ağız südü ifraz olunur. Keçid və yetişmiş
süddən fərqli olaraq ağız südü biokimyəvi tərkibinin zənginliyi ilə bərabər,
həm də neytrofıl leykositləri, epitelial Jhüceyrələr və s. ilə də çox zəngin
olduğundan yüksək immunogenliyi ilə səciyyələnir. Yetişmiş süddə normada
hüceyrə elementləri olmur və onların tapılması heyvanın mastitlərlə xəstə
olmasını göstərir və xüsusi diaqnostiki əhəmiyyətə malikdir. Ona görədə onu
yeni doğulmuş körpələr üçün «p
ox qiymətli və əvəzolunmaz»
qida mənbəi
adlandırırlar. Yeni doğulan körpələrdə ağız südünü qəbul etdikdən dərhal
sonra bağırsaqların peristaltikası güclənir, həzm aparatının fermentativ və
298
soruculuq funksiyası normallaşır, fəallaşır, formalaşır, bağırsaqlardan
ilk
kalın (mekoniya)
ixracı-defekasiya baş verir. Müəyyən edilmişdir ki, inəyin
ağız südü bəzi patogen mikroorqanizmlərə (qarayara, salmonellyoz, dov-
şancıq, kolibakterioz törədiciləri və qızılı stafilokoklara) qarşı bakteriosid və
bakteriostatik xassələrə malikdir. Lakin doğumdan 36 saat sonra ağız
südünün antibakterial təsiri xeyli zəifləyir, 8-9 sutkadan sonra isə o, artıq
südə çevrilir və tərkibində imunoqlobulini olmadığına, yaxud onun yalnız
izi qaldığına leykositlərin miqdarı və onların opsonofaqositar fəallığının
intensivliyi kəskin surətdə azaldığına görə həmin xassəni tamamilə itirir.
Doğumun ilk günlərində antibakterial anticismlərin titri xeyli yüksək olur:
Escherichia coli-yə qarşı 1:256, salmonellara qarşı isə-l:132. Lakin doğum
dan 2 sutka sonra onların titri get-gedə azalır, 8-9-cu sutkalarda E.coliyə-
1:16, salmonellalara qarşı isə-l:32 olur (S.N.Karlikanova, 1966). İlk gün
sağılan ağız südündə brusellalara qarşı təbii anticisimlərin titri 1:23,
salmonellalara qarşı-1:19-1:66, E.colinin bəzi serotiplərinə qarşı isə 1:16-1:32
(B.A.Atomas, 1970). Ümumiyyətlə, ağız südündə immunoqlobulinlərin ən
yüksək konsentrasiyası doğumdan sonra 1-ci gündə müşahidə edilir (10-
20%). Alimlər (İ.E.Kolyakov, 1986 və b.) güman edirlər ki, inəklərin
orqanizmi ətra f m ühit amillərindəki mikroblarla əlaqədə olduğundan onlara
qarşı müvafiq antitellər sintez edilir. Doğuma 3-4 həftə qalmış yelində ağız
südünün əmələ gəlməsi prosesi hormonların təsirindən qan zərdabmda
yaranan immunoqlobulinlərin, xüsusilə İqÇı-in ananın qanından süd vəzinə
yelinə keçməsi nəticəsində baş verir.
Südün, о cümlədən ağız südünün sinte
zində humoral amillər, xüsusila yumurtalığın (follikulosteron
,
estrogeniər), hi-
pofizin (prolaktin, laktogen, qalaktin, oksitotsin) və sarılıq cisminin
(lyuteosteron)
horm onları olduqca mühüm rol oynayır. Laktasiya prose-
sind
s-laktopoezdə (südün əmələ gəlməsində)
qeyd edilən horm onlar yelinin
xemo-kimyəvi reseptorlanna təsir edərək onları qıcıqlandırır, impulslar baş-
beyin уanmkürələrinə ötürülərək, sonra yelinə daxil olur, əsasən onun vəzili
epiteli, eləcə də kiçik süd axarlarının və çəninin epitelial hüceyrələrində süd
və ağız südü sintez olunur.
Lakin qeyd etməliyik ki, ağız südü və südün sek
resiyası başlanğıcdan sonadək xüsusi genlərin (məlumat, nəqliyyat, nəzarətçi)
tam nəzarəti altında icra olunur. Həm bu prosesdə iştirak edən hormonların if
razı
və
təsiri, kəm də ağız südü
və
südün sekresiya olunduğu yelin hüceyrə
lərinin sekrotor fəaliyyəti, məhz həmin genlərin iştirakı və nəzarəti altında baş
verir və tənzimlənir.
Ağız südünün tərkibində həm də immun xassəyə malik
olan digər
maddələT-aqqlyutininlər, anthoksinlər, opsoninlər, presipitinlər
və
s. də yeni doğulan körpə heyvanların orqanizminin xəstəliklərə davamlılığın
da müəyyən pozotiv rol oynayır.
Ağız südü kimyəvi tərkibinin çox zənginliyi və zülalların, xüsusilə
albumin və qlobulinlərin miqdarının yüksək olması ilə süddən kəskin surətdə
fərqlənir. Doğumdan sonra ilk gündə onun tərkibindəki albumin və qlobu
linlərin miqdarı süddən 15-20% artıq olur. Onun tərkibində
karotin, natrium,
dəmir, xloridhr, A, E vitaminləri, riboflavin, niotsin və nisbətən az miqdarda
kalium və laktoza vardır. Ağız südündə ilk sağımdan sonra immunoqlobulinlər
Dostları ilə paylaş: |