Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

262

güman  edilir  ki,  ultrabənövşəyi  şüaların  mutagen  təsiri  virusların  nuklein 

turşusunda gedən dəyişikliklərlə əlaqədardır.  Belə ki, ultrabənövşəyi şüalann 

təsiri zamanı virusun nuklein turşusunun molekulu fotonu tutur və fotokim- 

yəvi  proses  nəticəsində  mutasiya  baş  verir.  Ultrabənövşəyi  şüalann  bila­

vasitə təsirindən əla v ə ,,nuklein  turşusuna  həmçinin  mühitdə  olan  sərbəst  N 

və ON radikallan,  peroksidlər və  başqa  birləşmələr də təsir göstərir.  Həmin 

şüalar mühitdə olan  oksigen  (O

2

)  molekullanm atom  halmda  olan  oksigenə 



(O

2

)  dissosiasiya  edir  ki,  bu  da  kəskin  oksidləşdirici  kimi nuklein  turşusuna 



təsir  göstərərək  onu  mutasiyaya  uğradır.  Ultrabənövşəyi  şüalann  mutagen 

təsiri  onun  dozasmdan  və  dalğalarının  uzunluğundan  asılıdır.  Beləliklə, 

müəyyən  edilmişdir  ki,  ultrabənövşəyi  şüalar  nuklein  turşusu  molekuluna 

təsir  edərək  onu  oyadır,  amin  turşulanm n  yerləşmə  ardıcıllığım,  yəni  zülal 

sintezini  pozmaqla  viruslarda  m utantlann  yaranmasına  səbəb  olur. 

Mutasiya  nəticəsində  viruslarda  həm  morfoloji,  həm  də  funksional  və 

biokimyəvi  dəyişikliklər  baş  verir.  Virus  mutantmm  ləkə  törətmə xassəsinin 

dəyişilməsi  onun  iterferona  və  virusa  mənfi  təsir  göstərən  başqa  maddələrə 

(hüceyrə  metabolitlərinə)  qarşı  həssaslığının  dəyişilməsi  formasında  özünü 

biruzə  verir.  Viruslarda  morfoloji  dəyişikliklərin  əmələ  gəlməsi  elektron 

mikroskopunun  köməyilə  və  xüsusi  biokimyəvi  üsullarla  müəyyən  edilir. 

Biokimyəvi  m utantlar  virusun  tərkibində  baş  vermiş  kimyəvi  dəyişikliklər 

nəticəsində yaranm aqla onun temperatura  həssas m utantlanm n,  (ts-mutant- 

lann)  alınması  ilə  səciyyələnir.  Tem peratura  həssas  mutasiya  onurğalılann 

viruslarında  geniş  yayılmaqla  onların  bütün  funksiyalarım  və  xassələrini 

dəyişdirir.  Bu  cür  mutasiya  viruslarda  genetik  müayinələrin  (mutasiya  və 

rekombinasiya),  eləcə də  genlərin  molekulyar  səviyyədə  öyrənilməsi üçün  ən 

müvafiq  model  sayılır.  Mutasiya  nəticəsində  bəzi  virusların  biokimyəvi 

funksiyasmda  müəyyən  dəyişikliklər  müşahidə  edilir.  Məsələn,  herpes  və 

çiçək vaksini  viruslarının  mutantlarında  timidinkinaza  fəallığı itir,  dabaq  və 

poliomielit  viruslarının  m utantlarında  isə  sistinə  həssaslıq  və  quanidinə 

•davamlılıq  baş  verir.  Qeyd  edilən  misallardan  göründüyü  kimi,  virusların 

mutasiyası  təbiətdə  geniş  müşahidə  olunmaqla  onların  xassələrinin  dəyiş­

məsinə səbəb olur.



8.3.2.  Virusların  passaj  zamanı  dəyişkənliyi.

  Viruslarda  passaj  zamanı 

(heyvan  orqanizmi,  toyuq  embrionu  və  hüceyrə  kulturasından  keçirməklə) 

müşahidə  edilən  dəyişikliklərdən  biri  adaptasiyadır.  Virusların  yeni  şəraitə 

uyğunlaşaraq  dəyişməsi  və  həmin  dəyişikliklərin  irsi  olaraq  nəsildən-nəslə 

keçməsi 


adaptasiya /uyğunlaşma/

adlanır.


Heyvan  orqanizmindən passaj etdikdə  virusların  dəyişkənliyi.

  Virusların 

heyvan orqanizmindən passaj edildikdə dəyişkənliyə uğramasmı və onun  irsi 

olaraq  nəslə  verilməsini  ilk  dəfə  L.  Paster  /1882/  quduzluq  virusu  üzərində 

sübut  etmişdir.  O,  quduzluqla  təbii  xəstələnmiş  itdən  alınmış  virusu  ada 

dovşanlarının  beynindən  bir  neçə  dəfə  passaj  edərək  onun  virulentliyini 

kəskin  zəiflətmiş  və  müəyyən  etmişdir  ki,  passaj  zamanı  viruslarda

263


dəyişkənlik  birdən-birə  deyil,  tədricən  gedir.  Belə  ki,  10-cu  passajdan  sonra 

həmin virusla  beyindaxili yoluxdurulmuş dovşanda  inkubasiya müddəti  10- 

14,  21-ci  passajdan  sonra  7-8  gün  və  90-cı  passajdan  sonra  isə  -   6-7  gün 

olmaqla  quduzluğun  kliniki  əlamətləri  müşahidə  edilmişdir. 

İnsanlar  və 

itlər  üçün  isə  həmin  virus  virulentliyini  tamamilə  itirmişdir.  Müvyyən 

edilmişdir  ki,  virulentliyi  zəiflədilmiş  (fıksasiya  olunmuş)  quduzluq  virusu 

dərialtı  yoluxdurma  zamanı  itlər  və  dovşanlar  üçün  də  patogenliyini 

itirməklə,  ağız  suyu  vəzilərinə  daxil  olmur.  Həmin  virus  dovşan  və  itin  baş 

beyinin  Ammoni  buynuzunda  spesifik  Babeş-Neqri  cisimcikləri  əmələ 

gətirməklə  mərkəzi  sinir  sistemində  zəif  patomorfoloji  dəyişikliklər  törədir 

və  qliserinlə  çox  sürətlə  inaktivləşdirilir.  Quduzluğun  adaptasiya  olunmuş 

virusunu  cücənin  beynindən və  toyuq  em brionundan  ardıcıl  passaj  etməklə 

də  almaq  olar.  İnkubasiyadan  yenicə  çıxmış  cücələrin  beynindən  7-8  dəfə 

passaj  etdikdən  sonra  fiksasiya  olunmuş  virus  almır.  Liç  və  Conson  (1940) 

quduzluqla xəstələnmiş  Fluri  adlı  qızın  onurğa  beynindən  əldə etdiyi virusu 

bir  günlük  cücələrin  beynindən  136  dəfə  passaj  edərək,  adaptasiya  olunmuş 

virus  almışlar.  Bu  virusun  patogenliyini  it  və  ada  dovşanları  üçün  kəskin 

zəifləməklə  ondan  quduzluğa  qarşı  vaksin  ştammı  kimi  istifadə  edilir. 

Beləliklə,  müəyyən  edilmişdir  ki,  quduzluq  virusunu  ada  dovşanı  və  yeni 

çıxmış  cücələrin  beynindən  passaj  etməklə  onun  irsiyyətini  dəyişdirmək 

mümkündür.  Bu  üsulla  ilk  dəfə  olaraq  eksperimental  yolla  virus  xəstəlik­

lərinə  qarşı  diri  virus  vaksinin  hazırlanmasının  təməli  qoyulmuşdur.  Çiçək 

vaksini virusunu dovşan,  buzov və başqa heyvanlardan passaj etdikdə onun 

virulentliyi  zəifləyir  və  vaksin  ştam mına  çevrilir.  Bu  dəyişiklik  irsi  olaraq 

nəsildən-nəslə  verilir.  Bir  sıra  tədqiqatçılar  sübut  etmişlər  ki,  toyuqların 

çiçək  virusunu  göyərçinlərdən  passaj  etdikdə  onun  virulentliyi  itir.  Qeyd 

edilən  viruslardan  başqa  dabaq,  donuzların  taun,  quşların  klassik (Avropa) 

taunu,  Nyukasl  xəstəliyi  və  qrip  virusları  da  heyvan  orqanizmindən  passaj 

edildikdə virulentliyini  və başqa əlamətlərini itirir.



Toyuq  embrionundan  passaj  etdikdə  virusların  dəyişkənliyi.

  Əksər 


virusların dəyişkənliyinin  öyrənilməsində toyuq  embrionundan geniş  istifadə 

edilir.  Həmin  üsul  əsasən  çiçək  vaksini,  dabaq,  quduzluq,  qrip  və  başqa 

virusların  dəyişkənliyinin  öyrənilməsində  tətbiq  edilir.  Çiçək  vaksini 

virusunu toyuq  embrionundan  passaj  etdikdə  onun  patogenliyi  arta­

raq  təbii  çiçək  virusuna  yaxınlaşır.  Quduzluq  virusu  toyuq  embrionundan 

75 dəfə passaj edildikdən sonra dovşan üçün beyindaxili yoluxdurma zamanı 

virulentliyini  tamamilə  itirir.  Dabaq  virusunu  toyuq  embrionundan  passaj 

etdikdə  qaramal  üçün  onun  virulentliyi  azalır,  120-ci  passajdan  sonra  isə  o 

həm  patogenliyini,  həm  də  immunogenlik  xüsusiyyətini  tamamilə  itirir. 

Lakin  bütün  viruslan  toyuq  embrionundan  passaj  etdikdə  heç  də  onların 

hamısı  öz  virulentliyini  itirmir  (Nyukasl  xəstəliyi,  toyuqların  çiçək,  klassik 

taun  və  atların  ensefalomielit,  infeksion  abort  viruslan  və  s.).  Məsələn, 

qaramalın  taun  virusunu toyuq  embrionundan  passaj  etdikdə  16 ştammdan 

yalnız  biri  öz  virulentliyini  itirmişdir.  Virusun  toyuq  embrionunda  passajı 

zamanı  alman  dəyişikliklər  ştammın  xassəsindən  embrionun  yaşmdan,

264


yoluxdurma  üsulundan,  yoluxdurmanın  müxtəlif  həssas  heyvanlarda  və 

toyuq  embrionunda  periodik  olaraq  növbə  ilə  əvəz  edilməsindən  və  başqa 

səbəblərdən  asıbdır.  R.  A.  Aleksander  və  başqalan  (1947-1951)  qoyunların 

kataral  isitmə  («göy  dil»)  virusunu  toyuq  embrionundan  passaj  edərək 

adaptasiya  olunmuş  immunogen  ştamm  əldə  etmişlər.  Toyuqların  Nyukasl 

xəstəliyi virusunu toyuq  embrionundan passaj  etməklə adaptasiya  olunmuş 

yüksək  immunogenli  vaksin  ştammı  («H»)  əldə  edilmişdir.  Bu  vaksini 

toyuqların  əzələsi  arasına  inyeksiya  etdikdə  24  saatdan  sonra  dayamqlı 

immunitet yaradır və toyuqları  1  il həmin virusla yoluxmadan qoruyur.

Hüceyrə  kulturasından  passaj  etdikdə  virusların  dəyişkənliyi.

 

Son 



vaxtlar virusları adaptasiya etmək üçün hüceyrə kulturasından  geniş  istifadə 

edilir.  Virusları  hüceyrə  kulturasında  passaj  etməklə  onlarda  gedən  irsi 

dəyişkənlikləri  (virulentlik  və  başqa  xüsusiyyətlərinin  dəyişilməsini)  öyrən­

mək  mümkün  olmuşdur.  Bu  məqsədlə  ən  çox  ilkin  tripsinləşdirilmiş  və 

keçirilən  hüceyrə  kulturalarm dan  (N ela  ştammı)  istifadə  edilir.  ABŞ-da 

Hela  adlı  qızın

  uşaqlığından  aynimış  həmin  hüceyrələr  bu  gün  də  virusları 

yetişdirmək  üçün  müasir  virusologiyamn  ən  ləverişli  və  səmərəli  təcrübə 

vasitəsi hesab olunur.  Müəyyən  edilmişdir ki,  bəzi viruslar  bir növ,  digəri isə 

başqa növ,  hüceyrələrdə yaxşı  və ya  pis  inkişaf etmə qabiliyyətinə  malikdir. 

Yaponiya  ensefaliti  virusunu  əvvəlcə  sarafanın  böyrəyindən  hazırlanmış 

hüceyrə kulturasm dan,  sonra  isə  yeni  doğulmuş  ağ siçandan  passaj  etdikdə, 

o,  siçanlar üçün virulentliyini itirir və həşəratla başqa orqanizmə keçə bilmir. 

Poliomielit  virusunu  meymun  böyrəyinin  hüceyrə  kulturasında  20-40  dəfə 

passaj  etdikdə  onun  virulentliyi  kəskin  zəifləmiş  m utant  ştam mlan  alınmış­

dır ki,  onları meymunun  baş və onurğa  beyninə inyeksiya  etdikdə iflic əmələ 

gəlmir.  Sarı  isitmə  virusunu  toyuq  embrionunun  hüceyrə  kulturasında  bir 

neçə  dəfə  passaj  etdikdə  virus  imnogenliyini  saxlamaqla  neyrotrop  və  vis- 

serotrop xassəsini itirir.  Həmin  virusun  bu variantından (17 D ştammı) vak­

sin  hazırlamaq  üçün  geniş  istifadə  edilir.  H azırda  dabaq  virusunu  müxtəlif 

hüceyrə  kulturasında  passaj  etməklə  stabil  avirulent  ştammlar  alınmışdır. 

Beləliklə,  virusları  müxtəlif heyvanların  orqanizmindən,  toyuq  embrionun­

dan  və  hüceyrə  kulturasından  passaj  etməklə  adaptasiya  edilmiş  mutant 

ştammlar  almaq  mümkündür.  Hüceyrə  kulturasında  passaj  etməklə  dabaq, 

toyuqların  taun,  donuzların  taun  və  Aueski  və  s.  xəstəliklərin  adaptasiya 

olunmuş  virus  ştam m lan  alınmışdır  ki,  onlardan  həmin  xəstəliklərə  qarşı 

vaksinlərin  hazırlanmasında  geniş  istifadə  edilir.  Viruslar  süni  amillərin 

təsirindən  əlavə  təbii  şəraitdə  də  adaptasiyaya  uğrayır.  Belə  ki,  quduzluq 

virusunun  bəzi  xüsusiyyətlərinə  görə  bir-birindən  fərqlənən  ştammlan 

mövcuddur.  Yarasalarda  müşahidə  edilən  quduzluq  virusu  at  üçün  çox  az, 

qaramal üçün  isə  yüksək  patogendir.  Bu  hal  çiçək  viruslarında  da  müşahidə 

edilir.

Aşağı 


və  yüksək  temperaturda  passaj  edildikdə  virusların  dəyişkənliyi. 

Passaj  zamanı viruslarda  baş  verən  dəyişikliklərin  əmələ gəlməsində mühitin 

aşağı  və  yüksək  temperaturlu  olmasının  da  böyük  əhəmiyyəti  vardır.  Bu 

məsələ  dabaq  virusu  üzərində  daha  ətraflı  öyrənilmişdir.  D abaq  virusu



265

buzovun  böyrəyindən  hazırlanmış  hüceyrə  kulturasında  22,  28,  37,  40°  C 

temperaturda  passaj  olunduqda  müəyyən  edilmişdir  ki,  virusun  avirulent 

ştammları  yüksək  temperaturda  (40°  C)  inkişaf  etmədiyi  halda,  aşağı 

temperaturda  (22°  C)  fəal  yetişir,  lakin  28°  C  -də  virulent  və  avirulent 

ştammlar  daha fəal çoxalır.  Virusu passaj  etdikdən  sonra  alınmış  ştam m lar 

donuz  və  siçanlar  üçün  avirulent  olmuşlar.  Qrip  virusunu  aşağı 

temperaturada  (25-32°  C)  toyuq  embrionundan  passaj  etdikdə  yuxan 

temperatura  (36°  C) nisbətən daha fəal inkişaf edən m utantlar almır.  Bu cür 

mutantların  virulentlik  və  toksinlik  Xassələri  tədricən  zəifləyərək  tamamilə 

itir.  Bunun  əksinə  olaraq  yüksək  tem peraturda  passaj  olunmaqla  alınmış 

yeni  seleksion  m utantlar  39-41° C  -də ilkin  ştam ndara  nisbətən  daha  sürətlə 

çoxalır.  Qeyd edilən viruslardan  başqa poliomielit, yaponiya ensefalomieliti, 

qızılca,  donuzlann  taun  və  başqa  viruslan  aşağı  temperaturda  passaj  et­

məklə onlann avirulent variantlan alınmışdır.  Beləliklə, apanlan tədqiqatlar 

göstərir  ki,  viruslan  aşağı  temperaturda  passaj  etdikdə  onlann  virulentliyi 

zəifləyərək  yuxan  temperaturda  inkişaf etmə  xassəsini  itirir.  Passaj  zamanı 

viruslann  dəyişkənliyinin  səbəbi  hələlik  ətraflı  öyrənilməmişdir.  Bir  qrup 

alimlər  (seleksiya  nəzəriyyəsinin  tərəfdarları)  passaj  zamanı  viruslarda 

yaranan  dəyişkənliyi  onlann  seleksiyası  ilə  əlaqələndirirlər.  Yəni  virusu 

orqanizmdə  və  ya  hüceyrə  kulturasmda  passaj  etdikdə  şəraitə  uyğun  olan 

variantlar  seçilir  və  onlar  həmin  şəraitdə  yaxşı  inkişaf  etməklə  yeni  mu­

tantlar yaranır.  Digər qrup  alimlərin fikrincə passaj  zamanı virus  mühitə uy­

ğunlaşır və bununla  əlaqədar olaraq  onun  xüsusiyyətləri  dəyişilir.  Son müla­

hizəyə  görə isə passaj zamanı virusların yeni variantlarının  əmələ gəlməsinin 

əsas səbəbi virusların rekombinasiyasıdır.

8.3.3. Virusların  qarşılıqlı  əlaq»si.

  Qanşıq  virus  infeksiyalarının  ətraflı 

öyrənilməsi  nəticəsində  müəyyən  edilmişdir  ki,  viruslarda  bütün  canlılara 

məxsus olan ümumi hallardan (hibridizasiya,  heteroziqotluq) başqa,  həm də 

əvvəllər  məlum  olmayan  fərdi  hallar-genetik  və  qeyri-genetik  təsirlər 

müşahidə edilir,



Virusların  qarşılıqlı  qeyri-genetik  tosirləri.

  Bu  təsirlərə  fenotipik 

qarışıqlığı,  qeyri-genetik  reaktivasiya,  komplementasiya,  stimulyasiya  və 

interferensiya aiddir.



Fenotipik qarışıqlığı.

  Hüceyrə kulturasmda iki genetik cəhətdən müxtəlif 

olan  virusu  yetişdirdikdə  əvvəlcə  ştammların  genotipini  saxlayan,  lakin 

iki  virusun  antıgenliyinə  malik  olan  və  hər  iki  virusa  qarşı  hazırlanmış 

spesifik  serumla  neytrallaşan  virionlar  əmələ  gəlirik  ki,  bu  hal 

fenotipik 

qarışıqlıq

  adlanır.  Bu  zaman  virionda  hansı  virusun  nuklein  turşusu  varsa, 

virus ona uyğun gəlir və birinci passajda ondan ilkin ştammlar alınır.

Qrip  virusunun  A  və  B,  A  və  A2  tiplərini  qarışdırıb  hüceyrə 

kulturasmda  yetişdirdikdə  hər  iki  tipin  antigenlik  xassəsinə  malik  olan  yeni 

virionlar əmələ  gəlir.  Bunları  passaj  etdikdə yenə də  ilkin  ştammlara  ayrılır. 

Bu  hal  faqlar,  miksoviruslar,  alfaviruslar,  polimielit, 

YCHO

  və  koksaki 

viruslarında  da  müşahidə  edilir.  Genetik  cəhətdən  bir-birindən  uzaq  olan

266


virusları 

(YCHO

  və  poliomielit)  qarışdırıb  hüceyrə  kulturasmda  yetiş­

dirdikdə  də  həmin  dəyişikliklərə  rast  gəlinir.  Fenotipik  qarışıqlığı  zamanı 

viruslann  genotnpi  və fenotipi  bir-birinə uyğun gəlmir.  Bu zaman dəyişiklik 

yalnız alman virusun  xarici zülal  qişasında getməklə burada hər iki valideyn 

virusun quruluş zülalı yaranır, nuklein turşuları isə bir-birinə təsir göstərmir.



Qeyri-genetik  reaktivasiya

  zamanı  inaktivləşdirilmiş  virusun  zülalının 

normal  quruluşu  pozulduğuna  görə  o,  başqa  qohum,  eləcə  də  DNT-si 

zədələnmiş  və  yaşama  qabiliyyətini  itirmiş  virus  zülalının  fəallığı  hesabına 

mühitdə  reproduksiya  olunma  qabiliyyətini  bərpa  edir.  Hər  iki  virusun 

inkişaf fəaliyyətini  yalnız  bir  virusun  antigeninm  tərkibinə  daxil  olan  zülal 

ifa edir.  Qeyri-genetik reaktivasiya əsasən çiçək qrupu viruslarında müəyyən 

edilmişdir.



Komplementasiya.

  Mutasiya  zamanı  genoması  zədələnmiş  iki  virusun 

bir-birinin  komponentlərindən  istifadə  edərək  hüceyrədə  inkişaf  etmələri 

hadisəsinə komplementasiya deyilir.  Belə viruslar təklikdə hüceyrədə  inkişaf 

edib çoxala bilmir. Zədələnmə bir virusun genində,  digər virusun isə quruluş 

zülalında  olarsa,  belə viruslar bir hüceyrəyə daxil olaraq  inkişaf edə bilir.  Bu 

zaman  qarşılıqlı  əlaqədə  olan  viruslann  genotipi  dəyişilmir,  yalnız  bir 

virusun sintez etdiyi  ferment (RN T polimeraza) digərinin  reproduksiyasına 

şərait  yaradır.  Beləliklə,  təklikdə  yaşama  və  çoxalma  qabiliyyətinə  malik 

olmayan  iki  zədələnmiş  virus  qarışıq  infeksiya  zamanı  sinergizm  və  ya 

kompensasiya  təşkil  etməklə hər  iki  virusun  tam  reproduksiyası  üçün  şərait 

yaranır.


Stimulyasiya.

  -   genetik  cəhətcə  müxtəlif  olan  iki  virusun  qanşıq 

infeksiyası  zamanı  birinin  nuklein  turşusu  və  ya  zülal  sintez  etmək 

qabiliyyəti  olmadıqda,  başqa  virusun  köməyi  ilə  bu  prosesin  başa  çatdırıl­

masından  ibarətdir.  Belə  halda  qüsurlu virus  başqa virusun fermentindən və 

ya  digər  komponentlərindən  istifadə  edir.  Məsələn,  Raus  sarkoması  virusu 

zülal komponentləri sintez etmək və  özünün xarici təbəqəsini yaratmaq üçün 

quşların  leykoz  virusunun  zülalından  istifadə  edir  və  nəticədə  toyuq 

embrionu  fibroblastlanndan  Raus  sarkoması  virusu  ayrılır.  Paraqrip virusu 

meymun  böyrəyindən  hazırlanmış  hüceyrə  kulturasmda  Nyukasl  xəstəliyi 

virusunun stimulyatoru (köməkçi virus) hesab olunur.

İnterferensiya  -

  bir  virusun  reproduksiyasının  digər  virus  tərəfindən 

dayandınlmasmdan  ibarət  olub,  həm  hüceyrənin  daxilində,  həm  də  xari­

cində  müşahidə  edilir.  İnterferensiya  viruslar  arasmda  gedən  antaqonizm 

olub onların  m iqdanndan,  inyeksiya  edilmə  vaxtından  və mühitdən  asılıdır. 

Hüceyrə  xaricində  reseptorlan  eyni  olan  viruslar  qılaf  üzərində  adsorbsiya 

edərkən  biri  digərini  interferensiya  edir.  Yəni  bır  virus  eyni  reseptoru  olan 

hüceyrə  qılafmda  adsorbsiya  olunduqdan  sonra  ikinci  virusun adsorbsiyası 

çətinləşir,  ya  da  tamamilə  pozulur.  Viruslann  hüceyrədaxili  interferensiyası 

onun  təsirindən  sintez  olunan  xüsusi  hüceyrə  zülalının  interferensiya 

yaratması ilə əlaqədardır.  İnterferensiya  yaradan həmin zülal mənşəli maddə 

interferon

  adlanır.  Bir  virusa  qarşı  hüceyrə  daxilində  yaranmış  interferon



267

başqa  virusun  da  inkişafına  mane  olur.  Interferensiya  hadisəsi 

faqlar, 


heyvan və bitki viruslarında müşahidə edilir.

Virusların  qarşılıqlı  genetik  təsirbri.

  Genetik  cəhətdən  eyni  olmayan 

bəzi  viruslar  hüceyrəyə  daxil  olduqda 

bir-birlərinə  müxtəlif 

formalı 

genetik təsir göstərərək  bəzi  irsi dəyişikliklərə uğrayır.  Viruslarda gedən  bu 

cür  dəyişikliklər  nəslə  verilərkən  virusların  qarşılıqlı  genetik  təsirləri 

adlanmaqla 



reaktivasiya,  hibridizasiya,  heteroziqotluq

  və 


transkapsidasiya 

formalarında  özünü  büruzə  verir. 

Bu  hadisələrin  hamışı  viruslarda  irsi 

dəyişkənliklərə səbəb olmaqla rekombinasiya  adlanır.



Reaktivasiya

  -   bir  hüceyrəyə  iki  və  daha  çox  inaktivasiya  olunmuş 

varion  düşdükdə  baş  verir.  Belə  ki,  ultrabənövşəyi  şüalarla  faqlan 

inaktivləşdirdikdə  onların  nuklein  turşusunun  molekullarımn  müxtəlif 

sahələrində zədələnmələr baş verir.  Bu cür zədələnmiş  faqlann biri və ya  bir 

neçəsi  bakteriya  hüceyrəsinə  daxil  olarsa,  onların  nuklein  turşularının 

zədələnməmiş  hissələri  bir-birilə  əvəz  olunduğu  üçün  virionlann  çoxalma 

qabiliyyətləri  bərpa  olunur.  Reaktivasiya  hadisəsi  ultrabənövşəyi  şüaların 

təsirilə  inaktivasiya  olunmuş  bir  çox  virusları  (qrip  və  s.)  toyuq 

embrionunda  yetişdirdikdə müşahidə  edilir.  İki  müxtəlif növlü virusların  bir 

mühitdə yetişdirilməsi nəticəsində alman yeni virus növü və ya variantı 

hibrid 

adlanır.


Hibridizasiya

  -əvvəlcə  bakteriofaqlarda,  sonralar  isə  qrip,  dabaq, 

Nyukasl  xəstəliyi» və quşlann  klassik  taun,  poliomielit,  çiçək,  adenovirus  və 

herpes  viruslarında  müəyyən  edilmişdir.  Hibridləşdirmə  məqsədilə  viruslan 

və  ya  onların  nuklein  turşularını  bir  orqanizmdə,  yaxud  bir  hüceyrə 

kulturasında  yetişdirirlər.  Virusların  eksperimental  hibridizasiyası  iki  üsulla 

aparılır:

1.  İki yaşama qabiliyyəti  olan  virusu  birlikdə yetişdirdikdən  sonra  eyni, 

yaxud  da  müxtəlif vaxtda  orqanizmə  və  ya  hüceyrə  kulturasına  ötürməklə; 

Inaktivləşdirilmiş  (qızdırma  və  ultrabənövşəyi  şüa  ilə)  virusu  orqanizmə, 

yaxud  hüceyrə kulturasına yeritməklə.

2.  İlk  dəfə  qrip  virusunun  bir-birindən  neyrovirulentaik,  antigenlik  və 

başqa xüsusiyyətlərinə görə fərqlənən  neyrotrop və pnevmotrop ştammlannı 

siçanın  beynində  birlikdə  yetişdirərək  onlardan  ümumi  bir  xassəyə  malik 

olan  hibrid  əldə  edilmişdir.  Bundan  başqa,  qrip  virusunun  normal  və 

inaktivləşdirilmiş  ştammlarım  hüceyrə  kulturasında  və  ya  toyuq  embrino- 

nunda  yetişdirməklə  də  hibrid  alınmışdır.  Aparılan  tədqiqatlar  nəticəsində 

müəyyən  edilmişdir  ki,  hibridləşmə  zamanı  virusun  müxtəlif  xassələri 

(hemaqqlyutinasiya,  infeksionluq,  immunogenlik  və  s.)  nəslə  verilir. 

Rekombinasiya  dabaq  və  çiçək  viruslannda  da  müəyyən  edilməklə  onların 

hibridləri  alınmışdır.  Müəyyən  edilmişdir  ki,  hibridləşmə  əsasən  genetik 

cəhətcə  yaxın  olan  virus  növləri  və  tipləri  (dovşanın  çiçək  virusu  və  çiçək 

vaksini  virusu)  arasında  müşahidə  edilir.  Genetik  cəhətcə  uzaq  olan  virus 

növləri  (herpes,  qrip,  poliomielit  və  s.)  arasında  hibridlərin  alınması 

müəyyən çətinliklər törədir.

268


Heteroziqotluq

 -  zamanı eyni hüceyrədə iki müxtəlif virus  inkişaf edərək 

bir  vırionda  hər  iki  virusun  genetik  informasiyaları  birləşməklə,  belə  virion 

onların  əlamətlərini  özündə  cəmləşdirərək  nəslə  verir  və  hər  iki  virusun 

spesifik  serumu  ilə  neytrallaşır.  Onlarda  genetik  informasiyalar  möhkəm 

olmadıqları  üçün  birinci  passaj  zamanı  əvvəlki  ştammlara  parçalana  bilir. 

Heteroziqotluq  hadisəsi  ilk  dəfə  E.  coli  mikrobunu  T

2

  faqı  ilə  yoluxdur­



duqda  müşahidə  edilməklə  alınmış  faqlarda  iki  valideyn  ştammlann  əsas 

xüsusiyyətləri  aşkar edilmişdir.  Qrip virusunun A  tipinin  iki ştammmı toyuq 

embrionunda  birlikdə  yetişdirdikdə  alınan  ştam mlann  80%-i  eyni  antigenli- 

yə malik olur və hər iki  ştamma qarşı hazırlanan serumla neytrallaşır. Bəzən 

isə qrip virusunda 50%-ə qədər heteroziqotluq müşahidə edilir.  Heteroziqot­

luq  Nyukasl  xəstəliyi  virusunun  müxtəlif ştammlanm,  eləcə  də  poliomielit 

virusunun  müxtəlif  tiplərini  (I  və  II)  hüceyrə  kulturasında  birlikdə  yetiş­

dirdikdə  də  müşahidə  edilir.  Heteroziqotluğun  əmələ  gəlmə  mexanizmini 

faqlar və DNT-li  viruslar  üzərində öyrənərək, alimlər  belə nəticəyə  gəlmişlər 

ki,  müxtəlif viruslar  hüceyrədə  inkişaf edərkən  bir  virusun  nuklein  turşusu 

spiralının  zənciri  digər  virusun  nuklein  turşusunun  eyni  tipli  zəncirilə 

birləşdiyi  üçün  alınan  virion  ilk  nəsildə  hər  iki  virusun  əlamətlərini  özündə 

cəmləşdirir.  Heteroziqotluq  faqlarda  vzünü  daha aydm  göstərməklə  onların 

populyasiyası  zamanı  alman  yeni  nəslinin  2%-ni  heteroziqot  forma  təşkil 

edir.

Transkapsidasiya -

  zamanı  hüceyrə  daxnlində  iki  virusun  genləri  bir 

virus  kapsidində  möhkəm  birləşir.  Bu  hadisə  ilk  dəfə  adenoviruslarla  mey­

munun  SV-40  virusunu  eyni  hüceyrə  kulturasında  yetişdirdikdə  müşahidə 

edilmişdir.  Müəyyən  edilmişdir  ki,  insanların  adenoviruslan  meymun 

böyrəyinin hüceyrə kulturasında  tam  inkişaf edə  bilmir.  Bu  onunla izah  olu­

nur ki, adenoviruslar yetişən meymun  böyrəyinin hüceyrəsində spesifik nuk­

lein  turşuları  (m-RNT,  DNT)  sintez  olunur,  lakin  virus  kapsidinin  təşkili 

üçün  lazım  olan  zülallar  sintez  olunmur.  Adenovirus  A7  və  SV-40 virusları 

birlikdə yetişdirildikdə,  SV-40 virusu A7 virusu kapsidinin təşkili üçün lazım 

olan spesifik zülalı sintez edir.  Bu hal  viruslar arasında  qohumluq əlaqəsinin 

olmasım göstərir.

Viruslarda  müşahidə  edilən  rekombinasiyanın  mexanizmi  haqqında 

müxtəlif fikirlər vardır.  Lakin son  mülahizələrə  görə  hüceyrə daxilində viru­

sun  bir  ştammmm  nuklein  turşusunun  müəyyən  sahəsi  digər  ştammrn  nuk­

lein  turşusu  ilə  möhkəm  birləşir.  Bu  zaman  bir  virusun  nuklein  turşusu 

molekulunda  boş  sahə yaranır və həmin  sahənin  bərpa  olunması üçün digər 

virus ştammmm nuklein  turşusundan  istifadə  edilir.  Nəticədə həmin  virusun 

nuklein  turşusunun  molekulunun  tamlığı  bərpa  olunur  və  rekombinat 

yaranır,  nəticədə  rekombinatm  dəyişikliyə  uğraması  nəticəsində  virusun 

özündə yeni genetik əlamətlər yaranır və nəslə verilir.


Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin