Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil


8.4.  Virusların  seleksiya  üsulları



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

269

8.4.  Virusların  seleksiya  üsulları. 

Viruslar  təbiətdə  dövr  etdikdə  və 

həm  də  eksperimental  şəraitdə  müxtəlif  amillərin  təsirinə  məruz  qaldıqda 

onlarda  müəyyən  dəyişikliklər  baş  verir.  Bu 

dəyişikliklərin  bəziləri  irsi 

olaraq  nəslə  verilir.  İrsi  dəyişikliklər  virusları heyvan  orqanizmində,  toyuq 

embrionunda  və  hüceyrə  kulturasında yetişdirdikdə,  onlara müxtəlif fiziki və 

kimyəvi mutagenlərlə təsir  etdikdə, eləcə də hibridləşmə zamanı əmələ gəlir.

Dəyişkənlik nəticəsində genetik cəhətdən bircinili olmayan reproduksiya 

zamanı  yem  virus  populyasiyası  almır.  Bunu  nəzərə,  alaraq  virusun 

dəyişkənliyinin  əsas səbəbini  öyrənmək məqsədilə bircinili  klonların alınması 

əsas  şərt  sayılır.  Birinili  klonlar  əldə  etmək  üçün  aşağıdakı  seleksiya 

üsullarından istifadə edilir:

1.  Toyuq  embrionunun  yoluxdurulmuş  xorioallantois  qişasında  əmələ 

gəlmiş  ayrı-ayrı  suluqlardan  klonların  seleksiyası.  Belə  güman  edilir  ki, 

virusun  lokalizasiyası  nəticəsində  xorioallantois  qişasında  əmələ  gələn  hər 

bir  suluq  bir  viriondan  törənir.  Bu  üsuldan  çiçək,  adi  herpes  və  dovşanın 

miksoma  viruslarının  seleksiyasında,  həmçinin  virusun  genetik  cəhətdən 

təmiz  olan  xətlərinin  və  onun  konsentrasiyasınm  (titrinin)  təyin  edilməsi 

üçün istifadə olunur.

2.  Virusu  hüceyrə  kulturasında  yetişdirdikdə  əmələ  gələn  rongsizloşmiş 

ləkələrə  görə  klonların  seleksiyası.  Bu  ləkələr  virusun  kaloniyasından  ibarət 

olub  onun  genetik  cəhətdən  təmiz  olan  xətlərinin  və  təcrid  olunmuş 

kaloniyalarının  alınmasında  və  titrinin  təyin  edilməsində  tətbiq  olunur.  Bu 

üsulla  virusların  seleksiyası  zamanı  metilrotla  boyanmış,  aqarla  örtülmüş 

birqatlı  hüceyrə  kulturasında  degenerasiyaya  uğramış  hüceyrələrin  yerində 

virusun  təsirindən  bir  neçə  gündən  sonra  xüsusi  ləkələr  törənir. 

Pikornavirusların,  arboviruslarm.  adenovirusların,  miksovirusların,  herpes 

və  çiçək  viruslarının  seleksiyasında  bu  üsuldan  istifadə  edilir.  Müəyyən 

edilmişdir  ki.  hüceyrə  kulturasında  yaranan  hər  bir  ləkə virusun  bir  virionu 

tərəfindən  törənir  Bu  məqsədlə  ilkin  tripsinləşdirilmiş  birqatlı  hüceyrə  kul- 

turası,  yaxud  keçirilən  hüceyrə  kulturası  müvafiq  virusla  yoluxdurulduqdan 

sonra  həmin  virus  bir  neçə  dəfə  (üç  dəfədən  az  olmayaraq)  hüceyrə 

kulturasmdan  passaj  edilir  və  nəticədə  vahid  genetik  cinsli  virus  klonları 

alınır.  Qeyd  elmək  lazımdır  ki,  müxtəlif viruslar,  hətta  eyni  virusun  müxtəlif 

ştammları  böyüklüyünə,  morfologiyasına  və  yaranma  vaxtına  görə  müxtəlif 

ləkələr  törədir.  Ləkələrin  əmələ  gəlmə  müddəti  və  morfologiyası  virus 

ştammmm  növündən,  hüceyrənin  tipindən  və  yetişdirilmə  şəraitindən 

asılıdır.  Bu  da  mühitin  tərkibindən,  temperaturundan,  hidrogen  ionlarının 

konsentrasiyasmdan (pH),  buferliyindon  və  başqa  amillərdən asıldır.

3.  Ardıcıl  durultma  yolu  ilə passaj  etməklə virusun  seleksiyası üsulunda 

yoluxdurma  qabiliyyətini  saxlayan  yüksək  dərəcədə  duruldulmuş  virus, 

hüceyrə  kulturası  və  toyuq  embrionunda  3-5  dəfə  passaj  edilməklə  onun 

klonları  seleksiya olunur.  Bunun  üçün  virusun  müxtəlif durultma dərəcəsinin 

hər biri ilə eyni vaxtda  5-10 toyuq embrionu  yoluxdurulur.  Beləliklə,  virusun 

durultm a  dərəcəsinin,  embrionların  və  passajın  miqdarının  artırılması 

nəticəsində  genetik  cəhətdən  bircincilı  klonlar  alınır.  Bu  üsuldan  ən  çox

270


birqatlı  hüceyrə  kulturasında  ləkə  törətməyən  virusların  seleksiyasında 

istifadə edilir.

Hazırda  virusları  müxtəlif  üsullarla  passaj  etməklə  seleksiya  olunmuş 

sabit  klonlardan  diri  vaksinlər  hazırlanaraq  virus  xəstəliklərinin  spesifik 

profilaktikasında  tətbiq  edilir.  Diri  virus  vaksinləri  hazırlamaq  üçün 

viruslara  müxtəlif  fiziki  və  kimyəvi  mutagenlərlə  təsir  edilir.  Qeyd  edilən 

üsulla  donuzların  taun,  quşların  klassik  taunu  və  Nyukasl  xəstəliyi,  qrip, 

polıomielit,  qızılca,  parotit  və  başqa  xəstəliklərə  qarşı  diri  vaksinlər 

hazırlanmışdır.  Virusların  molekulyar  biologiyasının  daha  ətraflı  öyrənil­

məsi,  həmçinin  fiziki  və  kimyəvi  amillərin  təsiri  ilə  onların  irsi  xüsusiy­

yətlərinin  dəyişilməsi  virus  xəstəliklərinə  qarşı  diri  virus  vaksinlərin 

hazırlanmasının  və  təkmilloşdirilməsinin  gələcək  perspektivi  üçün  zəmin 

yaradır.

8 .5 .V iru s   ə le y h in ə   im m u n ite tin   a m illə ri.

8.5.1. 


Ümumi  anlayış.  Orqanizmin xəstəlik  törədən  agentlərin  və  onların 

həyat  fəaliyyəti  məhsullarının,  həmçinin  başqa  irsi  yabançı  maddələrin 

təsirinə qarşı  spesifik,  qcyri-həssaslığı  immunitet  (latınca-immımitas-nədənsə 

azad  olmaq)  adlanmaqla,  əsasən  kompleks  immunobioloji  müdafiə 

reaksiyalarının  əmələ  gəlməsi  ilə  səciyyələnir.  Orqanizmin  bu  cür  qeyri- 

həssaslığı  ya  irsi  xarakter  daşıyır,  yaxud  da 

onun  həyat  fəaliyyəti 

prosesində  yaranır.  İ.  İ.  Meçnikova  görə,  infeksion  xəstəliklərə  qeyri- 

həssaslıq  orqanizmin  xəstəlik  törədən  mikroblara  qarşı  müqavimətini  təmin 

edən  hadisələrin  ümumi  məcmuundan  ibarətdir.  İ.  P.  Pavlovun  təliminə 

əsasən  immunitet  orqanizmin  antigen  təbiətli  infeksion  agentlər  və  başqa 

maddələr tərəfindən  pozulan  daxili mühitinin  daimiliyinin  bərpa  olunmasına 

yönəldilmiş  fizioloji  prosesdir.  Bu  təlim  immunitet  haqqındakı  müasir 

anlayışlara 

daha 

ətraflı 


cavab  verir. 

Müasir  dövrdə  immunitetə 

■immunobioloji  proses  kimi  baxılır.  İmmunitetin  əmələ  gəlməsində  bütün 

orqanizm  iştirak  etməklə  həmin  proses  bilavasitə  mərkəzi  sinir  sisteminin 

iştirakı  ilə  icra  olunur.  Bu  zaman  ya  spesifik  anticisimlər,  ya  da  allergiya 

reaksiyası  əmələ  gəlir.  İlk  dəfə  ingilis  alimi  Eduard  Cenner  (1796)  çiçəklə 

xəstələnmiş  inəkdən  alınmış  suluğun  mayesi  ilə  insanı  peyvənd  elməklə,  bu 

xəstəliyə  qarşı  profilaktika  üsulunun  təməlini  qoymuşdur.  İmmunitetin 

yaranma  tarixi  L.  Pasterin  adı  ilə  bağlıdır.  O,  əməkdaşları  ilə  birlikdə 

pasterelyoz.  qarayara  və  quduzluq  xəstəliklərinə  qarşı  peyvənd  vasitəsi 

hazırlayaraq  immunitetin  elmi  əsasmı  qoymuşdur.  Onun  təşəbbüsü  ilə 

peyvənd  vasitəsi 



vaksin

  və  onun  tətbiq  edilmə  üsulu  isə 



vaksinasiya 

adlandırılmışdır.  L.  Paster  sübut  etmişdir  ki,  bütün  infeksion  xəstəliklərin 

xüsusi  törədicisi  (mikroblar)  olduğu  üçün  bu  xəstəliklərə  qarşı  spesifik 

preparatlar  (vaksin,  serum)  hazırlamaqla  onlarla  mübarizə  etmək  olar. 

İmmunitetin  öyrənilməsində  qeyd  edilən  alimlərdən  başqa,  alman  alimləri 

R.Kox,  P. E.  Erlix,  avstraliyalı F.  Bernet. rus  alimləri N.  F.  Qamaleya,  P.  F. 

Zdrodovski  və  başqalarının  böyük  rolu  olmuşdur. 

İnfeksiya  əleyhinə

271


yaranan  (antiinfeksion)  immunitet  mənşəyinə  görə  anadangəlmə  və  həyatda 

qazanılan  immunitetə  bölünür,  Anadangəlmə  immunitetdən  fərqli  olaraq 

həyatda  qazanılan  immunitet  çox  spesfik  olub  nəslə  verilmir. 

Həyatda 


qazanılan  immunitetin  təbii  və  süni  növləri  vardır  ki,  bunlar  da  öz 

növbəsində  fəal  və  qeyri-fəal  immunitetlərə  bölünür.  Virus  əleyhinə 

immunitetin amilləri iki qrupa- qeyri-spesifik və spesifik bölünür.

8.5.2. 

Virus  əleyhinə  immunitetin  qeyri-sepisifik  amilləri.

  Anadangəlmə 

immunitet  qeyri-spesifik  ohıb  ayn-ayn  cinslərin  bioloji  xüsusiyyətlərindən 

asılı  olaraq  yaranaraq  irsi  xarakter  daşıyır.  Bu  cür  immunitet  bir  sıra 

amillərlə  əlaqədar olaraq  yaranır.  Həmin  amillərə  orqanizmdə virusun  inki­

şaf etməsi  üçün  müvafiq  həssas  hüceyrələrin  olmaması  və  fəal  sekretə malik 

olan  örtüklər (dəri  və  selikli qişalar)  aiddir.  Viruslar  hüceyrədaxili parazitlər 

olduğu  üçün  yalnız  müvafiq  həssas  hüceyrələrin  daxilində  reproduksiya  et­

məklə,  onların  həyat  fəaliyyəti  hüceyrənin  funksiyası  ilə  bilavasitə  əlaqə­

dardır.  Virusa həssaslıq,  hüceyrənin  səthində  onun  adsorbsiyası  üçün  xüsusi 

reseptorlann  və  hüceyrənin  virusu  deproteinizasiya  (proteinsizləşdirmə) 

etmə  qabiliyyətinin  olmasından  asılıdır.  Hüceyrədə  bu  xüsusiyyətlər  olma- 

dıqda o,  həmin  virus üçün qeyri-həssas  olur.  Orqanizmin cinsindən  asılı ola­

raq  orada virus uçün həssas hüceyrə  olmadıqda həmin virus  orqanizmə daxil 

olsa  da  o,  qeyri-həssas  hüceyrələrdə  reproduksiya  və  inkişaf edə  bilmir  və 

orqanizmdə  həmin  virusa  qarşı  davamlılıq  yaranır.  Məsələn,  at  və  quşlar 

dabaq  virusu  ilə  yoluxmur.  Anadangəlmə  qeyri-həssaslığm  mühüm 

amillərindən  biri  də  fəal  sekret  ifraz  edən  örtük  qişalarıdır.  Müəyyən 

edilmişdir  ki,  yuxan  tənəffüs  aparatının  selikli  qişasmda  ifraz  olunan 

sekretin  tərkibində virusid təsirə malik  olan anticisimlər olduğu üçün  o,  bəzi 

virusları  (qrip  və  s.)  inaktivləşdirir.  Orqanizmin  viruslardan  müdafiə 

olunmasında  tənəffüs  yollarının  titrəyici  epiteliləri  də  iştirak  edir.  Belə  ki, 

viruslar  yuxarı  tənəffüs  yolu,  traxeya  və  bronxlann  epiteliləri  və  selik 

vasitəsilə  orqanizmdən  xaric  olur.  Bu  isə  infeksion  prosesin  gedişini 

yüngülləşdirir.

Qanın  plazmasmda  olan  properdin,  komplementin  3-cü  komponenti, 

maqnezium ionu və  /?  (beta)  qlobulinlə  birlikdə xüususi  sistem-properdin 

sistemi-əmələ  gətirir  ki,  bu  sistem  də  bəzi  virusları  (Nyukasl  xəstəliyinin 

virusu  və  s.)  inaktivləşdirir.  Properdini  ük  dəfə müəyyən  edən  L.  Pillemerin 

məlumatına  əsasən  siçovulun  orqanizmində  25-50,  hind  donuzunda  1-2, 

insanda  -4-8  vahid  properdin  vardır.  Buna  görə  siçovullar  hind  donuzlanna 

nisbətən  infeksion  agentlərə  çox  davamlıdır.  Virus  əleyhinə  immunitetdə 

faqositozun da müəyyən rolu vardır. Əvvəllər belə güman edilirdi ki, viruslar 

leykositlər  üzərində  adsorbsiya  olunaraq  onlar  tərəfindən  udulur,  lakin 

onlar  hüceyrədaxilində  məhv  olmur.  Buna  görə  də  faqositozun  virus 

infeksiyalannda  rolu  inkar  edilirdi.  Sonralar  sübut  edilmişdir  ki, 

makrofaqlar  virusu  udaraq  onu  parçalam aqla  qan  dövranında  sirkulyasiya 

edən  viruslardan  orqanizmin  azad  olunmasında,  həmçinin  anticisimlərin  və 

interferonun  əmələ  gəlməsində  də  iştirak  edir,  tmmun  orqanizmdəki

272


makrofaqlar qeyri-immun  orqanizmdəkinə  nisbətən  daha fəal  olur.  İmmun 

orqanizmdə əmələ gələn anticisimlər makrofaqlann faqositoz xassəsini daha 

da gücləndirir.  Viruslara qarşı rezistentlik  (davamlılıq) orqanizmin yaşından 

da asılıdır.  Belə ki,  cavan  orqanizmlər yaşlılara nisbətən viruslara  daha  çox 

həssasdır.  Orqanizm  yaşlaşdıqca  viruslara  davamlılığı  da  artır.  Məsələn, 

yeni  doğulmuş  ağ  siçan  və  hind  donuzu  ensefalomielit,  dabaq  və  s. 

xəstəliklərin  viruslarına  çox  həssas  olduqları  halda,  yaşlı  ağ  siçan  və  hind 

donuzları  onlara  qeyri-həssasdır.  Ağ  siçanlar  doğulduqdan  sonra  iki  sutka 

müddətində  koksaki  A  virusu  ilə  yoluxduğu  halda,  4-5  günlük  siçanlar 

həmin  virusla  yoluxmur.  Toyuq  em brionu  da  cücəyə  nisbətən  virusla 

yoluxmaya daha  həssasdır.  Heyvanın yaşı nəinki  orqanizmin rezistentliyinə, 

həm  də  virus  infeksiyalarınm  gedişinə  böyük  təsir  göstərir.  Aueski  xəstəliyi 

zamanı  iki  həftəliyə  qədər  olan  çoşqalar  arasında  xəstələnmə  faizi  70-100, 

ölüm  faizi-80-100,  ondan  yuxarı  yaşlarda  isə  xəstələnmə  faizi-40-  80  olur. 

Çoşqalardan  fərqli  olaraq  bu  xəstəlik  yaşlı  donuzlarda  abortiv  (əlamətsiz) 

keçir.  Bu  hal  cavan  orqanizmlərdə  maddələr  mübadiləsinin  xüsusiyyətləri, 

həmçinin  onların  hüceyrələrinin  qılafında  spesifik  reseptorlann  olması, 

həmin  hüceyrələrdə  virusun  nuklein  turşusunun  daha  fəal  azad  edilməsi  və 

yaşlı  orqanizmin  hüceyrələrində  cavanlara  nisbətən  interferonun  daha  tez 

yaranması  ilə  əlaqədardır.  Bundan  başqa,  cinsiyyət  hormonları  orqanizmin 

virusla  yoluxmasında  mühüm  rol  oynayaraq  onun  müqavimət  qüvvəsini 

yüksəldir.  Belə ki,  axtalanm a orqanizmin rezistentliyini  azaldır,  honodotrop 

hormonların  orqanizmə  yeridilməsi  isə  onun  rezistentliyini  artırır.  Lakin 

kortizonun  orqanizmə  yeridilməsi  heyvanlarda  bəzi  viruslara  qarşı 

(orbiviruslar, poliomielit, qrip və s.) rezistentliyin azalmasına səbəb  olur.

İstiqanlıların  orqanizmində  virusların  inkişafına  mane  olan  amillərdən 

biri  də  bədən  tem peraturunun  yüksəlməsidir.  Virus  əleyhinə  immunitetdə 

bədən  tem peraturunun  rolu A.  A.  Smorodinsev və  onun əməkdaşları  (1953- 

1956)  tərəfindən  daha  ətraflı  öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki, 

• temperaturun  yüksəlməsi  hüceyrədən  xaricdə  yerləşən  virusu  inaktı'vləşdirir, 

onun  hüceyrədə  çoxalmasım  dayandırır,  interferonun  əmələ  gəlməsini  və 

hüceyrədə mübadilə prosesini sürətləndirir.  Soyuq  və ya aşağı temperatur isə 

orqanizmin  viruslara  qarşı  həssaslığmı  artırır.  Tem peraturun  artması  ilə 

əlaqədar 

olaraq 

hüceyrələrdə 



maddələr 

mübadiləsinin 

sürətlənməsi 

nəticəsində  hüceyrədaxili  və  hüceyrəarası  mühitin  turşluğu  artaraq  (pH-5,5- 

6,5)  virusların  inkişafına  mənfi  təsir  göstərir.  Bundan  başqa,  temperaturun 

yüksəlməsi  həm  interferonun  yaranm a  sürətininin,  həm  də  ingibitorların 

virusa  təsirinin  artm asına  səbəb  olur.  Elə  buna  görə  də  virus  infeksiyalan 

zamanı  bədən  tem peraturunun  yüksəlməsi  müsbət  hal  hesab  edilir.  Virus 

əleyhinə  immunitetin  qeyri-spesifik  amilləri  arasında  interferon  və  qan 

serumunda  olan  termolabil  virus  neytrallaşdıncı  ingibitorların  rolu  xüsusilə 

qeyd  edilməlidir.  Virus  əleyhinə  immunitetin  əmələ  gəlməsində  hüceyrə 

amillərinin  rolu  olduqca  böyükdür.  Son  zamanlar  viruslar  arasında 

interferensiya  hadisəsinin  öyrənilməsi  nəticəsində  hüceyrə  mayesində  zülal 

təbiətli  xüsusi  maddə-interferon  aşkar  edilmişdir. 



İnterferensiya

  «interfere»



273

sözündən  götürülməklə  «mane  olmaq»,  «sədd  çəkmək»  deməkdir.  Yəni  bir 

virus  orqanizmdə  və  ya  hüceyrə  kulturasmda  digər  virusun  inkişafına  ya 

mane  olur  və  ya  onu  tamamilə  dayandırır, 

interferon

  qeyri-spesifık  amil 

olmaqla, həssas hüceyrədə virusun  reproduksiyasını və inkişafını dayandırır. 

Onun təsirindən virusun sitopatogen təsiri dayanır  və 

infeksion proses in­

kişaf  edə  bilmir,  interferon  ilk  dəfə  1957-ci  ildə  qrip  virusu  ilə  yoluxdurul­

muş  toyuq  embrionunun  xorioallantois  qişasının  ekstraktm da  müşahidə 

edilmişdir.  Interferon  orqanizmdə  başqa  maddələrin  təsirindən  də  yarana 

bilər,  interferon  doğuran  amillər  üç  qrupa-diri  və  inaktivləşdirilmiş  virus­

lara,  sintetik  polinukleotidlərə,  bakteriyalara  və  onların  endotoksinlərinə 

bölünür.  Qeyd  edilən  amillərin  təsirindən  həm  hüceyrə kulturasm da,  həm də 

orqanizmdə  interferon  yaranır.  Orqanizmdə  interferon  bir  qayda  olaraq 

bakteriyalar,  onların  toksini  və  virusların  təsiri  nəticəsində  əmələ  gəlir. 

Onurğalılann  bütün  viruslarının  interferon  törətməsinə  baxmayaraq,  o,  ən 

çox miksoviruslar və orbiviruslann təsirindən əmələ gəlir.

interferon,  orqanizmə virus yeridildikdən  1-2 saat sonra yaranmaqla, 4- 

8  saatdan  sonra  maksimum  səviyyəyə  çatır.  Diri  viruslar  inaktivləşmiş 

viruslara  nisbətən  orqanizmdə  zəif  interferon  yaradır.  Orqanizmin  bütün 

toxumalarının  hüceyrələri  interferon  yaratma  qabiliyyətinə  malikdir.  Lakin 

ən  fəal  interferon  istehsal  edən  retikulo-endoteli  sisteminin  (dalaq,  limfa 

düyünü) hüceyrələri və leykositlərdir (makrofaq  və limfositlər).  interferon ən 

çox  qan,  sidik,  haramilik  mayesi,  burun  axmtısı  və müxtəlif orqan  (böyrək, 

ağciyər)  və  toxumalarda  olur.  İnterferonun  əmələ  gəlməsi  heyvanm 

cinsindən  və  yaşından  da  asılı  olub,  yaşlı  heyvanların  orqanizmində 

cavanlara  nisbətən  daha  fəal  yaranır.  Onun  yaranması  üçün  optimal 

tem peratur  36-37°  C  hesab  edilir.  Orqanizmin  və  ya  mühitin  tempera­

turunun  artıb-azalması  interferonun  yaranmasına  mənfi  təsir  göstərir. 

Kimyəvi  tərkibinə  görə  molekul  çəkisi  aşağı  (20.000-30.000)  olan  sadə 

zülallara  aid  olub  dondurma,  əritmə,  ultrabənövşəyi  şüaların  və  proteolitik 

fermentlərin  (tripsin,  pepsin) 

təsirinə  davamsız,  temperatur  (60-80°  C), 

ribonukleaza  və  dezoksiribonukleazamn  təsirinə  isə  davamlıdır.  Mühitin 

reaksiyasımn  (pH) dəyişilməsi interferona  o  qədər də  mənfi  təsir  göstərmir. 

Belə  İci,  o,  həm  turş  (pH-2,0),  həm  də  qələvi  (pH-10,0)  mühitdə  fəallığını 

saxlayır,  interferon  heyvanın  növünə  görə  spesifiklik  təşkil  edir.  Yəni  bir 

orqanizmin  hüceyrələri  tərəfindən  hazırlanmış  interferon  hansı  virusun 

təsirindən  yaranmasından  asılı  olmayaraq  yalnız  həmin  növ  orqanizmi 

virusun  təsirindən  qoruyur.  Anticisimlərdən  fərqli  olaraq  interferon  virus 

əleyhinə  geniş  təsir  dairəsinə  malikdir.  İnterferonun  antigenlik  xassəsinin 

zəif  olması  və  toksiki  olmaması  onun  orqanizmə  bir  neçə  dəfə  böyük 

dozalarla  yeridilməsinə  imkan  yaradır.  İnterferonun  əmələ  gəlmə  mexaniz­

minin  yaxşı  öyrənilməsinə  baxmayaraq,  hüceyrə  kulturası  və  orqanizmin 

virusla  yoluxdurulması  zamanı  müəyyən  edilmişdir  ki,  onu  virusun  nuklein 

turşusu törədir.  İnterferonun  yaranmasında  əsas rolu  bir və iki  spirallı  RNT 

oynayır.  Virusun  nuklein  turşusu  hüceyrəyə  daxil  olduqdan  sonra  genin 

funksiyası  pozulur  və  hüceyrə  interferon  yaratmağa  başlayır.  Virusla



274

yoluxmamış  hüceyrədə  interferon  yaranm ır.  Bunun  əsas  səbəbi  həmin 

hüceyrədə interferon sintez edən genin fəaliyyətini dayandıran xüsusi 



zülalın 

-repressorun

  sintez  olunmasıdır.  Güman  edilir  ki,  interferon  hüceyrələrdə 

dəyişilmiş form alarda həmişə olur.  O, yalnız o vaxt sintez olunur ki, hüceyrə 

ya  virusla,  ya  da  bakteriya  endotoksini  ilə  yoluxmuş  olsun.  İnterferonun 

molekul  çəkisi  virusun molekul  çəkisindən çox olduğu üçün  onu  induktorla 

təsir  etmədən  hüceyrədən  xaricdə  almaq  olmur.  Ayn-ayrı  viruslar  inter- 

ferona  müxtəlif  dərəcədə  həssasdır.  Virusların  virulentli  ştammlan  inter­

feronun  təsirinə  az,  avirulent  ştam m lan  isə  çox  həssasdır.  Adenoviruslar, 

herpesviruslar, qrip  və Nyukasl xəstəliyi virusu, ensefalomielit və vezikulyar 

stomatit  viruslarına  nisbətən  interferonun  təsirinə  daha  davamlıdır,  interf­

eron  virusun  hüceyrənin  qılafında  adsorbsiya  olunmasına  mane  olmayıb, 

virus hüceyrəyə daxil  olduqdan sonra onun çoxalmasına mənfi təsir göstərir, 

interferon hüceyrə daxilində R N T, D N T və virus zülalının sintezini, eləcə də 

hüceyrə  ribosom unun  fəaliyyətini  zəiflətdiyi  üçün  virusun  RNT-si  öz 

informasiya funksiyasını yerinə yetirə bilmir.  Başqa sözlə, interferon virusun 

RNT-sinin  hüceyrə  ribosom lan  ilə  birləşməsinə  maneçilik  törədir,  beləliklə 

də virus  komponentləri sintezinin  inkişaf mərhələsini  pozur və hüceyrə  artıq 

virusun  sintezi  üçün  yararsız  vəziyyətə  düşür.  Interferon  DNT-li  və  RNT-li 

viruslara eyni mexanizmlə təsir göstərir.

İnterferonun  viruslara  mənfi  təsir  göstərməsi  onun  virus  xəstəliklərinin  mü­

alicə  və  profilaktikasında  tətbiq  edilməsi  üçün  zəmin  yaradır.  Virus  hücey­

rələrə  daxil  olduqdan  sonra  anticisimlər  ona  təsir  edə  bilmir.  Bu  məqsədlə 

orqaiizmə  ya  hazır  interferon,  yaxud  da  onu  əmələ  gətirən 

stimulyatorlar- 

interferonogenfor-inyeksiya

 edilməlidir.  Lakin  interferonun  vaksinlərə nisbə­

tən təsir müddəti  az  olduğundan  onu  hər  7-10  gündən  bir təkrarən  tətbiq et­

mək  lazımdır.  H azırda  yüksək  immunogen  vaksini  olmayan  virus  xəstəlik­

lərinə (qrip) qarşı immunizasiya məqsədilə vaksinlə interferon birlikdə tətbiq 

edilir.


Virus əleyhinə immunitetin qeyri-spesifik amillərindən  biri də 

inkibitor- 

lardır.  İngibitorlar

  -  virusun  hemaqqlyutininləşdirici  və  infeksionluq  xassə­

sini  aşağı  salan  mukoproteid  və  lipoproteid  təbiətli  maddələr  olmaqla 

qanda,  tüpürcəkdə,  burun  seliyində,  göz  yaşında  və  başqa  toxuma  maye­

lərində  olur.  İngibitorlann  viruslara  təsiri  olduqca  genişdir.  Onlarda 

virusneytrallaşdıncı  xassənin  olması  virus  əleyhinə  immunitetdə  ingibitor- 

ların böyük əhəmiyyət  kəsb  etməsini  göstərir,  ingibitorlar  virusa  təkrarən 

təsir  göstərir.  Onların  orqanizmə  yeridilməsi  virusun  hüceyrədə  adsorbsiya 

olunmasına  və infeksiyanm  inkişafına  mənfi  təsir göstərir.  İngibitorlar eyni 

təsirə  malik  olmayıb  bir  qrup  viruslara  fəal,  digərlərinə  isə  qeyri-fəal  təsir 

göstərir.  Tem peratura  münasibətinə  görə  ingibitorlar 

termolabil

  və 


termostabil

  olur. 


Termolabil ingibitorlar

  qan  serumunun  beta  ( /? )  

fraksi­

yasında  olmaqla  (62-65°  C  -də  parçalanır.  Termostabil ingibitorlar isə alfa ( 



a   )

  və qamma 



( y )

  qruplarına  bölünməklə  75-100°  C temperaturda  belə 

fəallığını  saxlayır, 

у

 -ingibitorlan  serumun  qammaqlobulin  fraksiyasında



275

olmaqla  başqalarına  nisbətən  daha  yüksək  virusneytrallaşdırıcı  fəallığa 

malikdir.  Onlar 



a

 və 


fi

  ingibitorlanndan  fərqli  olaraq  proteolitik  ferment- 

lərin  (tripsin  və s),  CO

2

 və s.  təsirinə davamlı,  aseton,  rivanol,  kalium  və 



natrium-periyodatm təsirinə isə  davamsızdır.  Virus  ingibitorları  orqanizmdə 

viruslarla  əlaqəyə  girdikdə  onların  hüceyrə  üzərində  adsorbsiya  olunmasına 

imkan  verməyərək  onların  hemaqqlyutininləşdirici  və  virusneytrallaşdırıcı 

fəallığını  yox  edir.  İmmunizasiya  zamanı  qanda  ingibitorlann  konsentra- 

siyası  sabit  olmayaraq  artıb-azala  bilər.  Ingibitorun  təsir  dərəcəsi  virusun 

ona  qarşı  həssaslığından  asılıdır.  Belə  ki,  ingibitora  həssas  olan  viruslar 

orqanizmdən  tez  xaric  olduğu  halda,  qeyri-həssas  viruslar  orqanizmdə  bir 

neçə  gün  (3-4)  qala  bilir.  İngibitorlar  virusun  virulentli  ştam mlanna  daha 

fəal təsir göstərir.

8.5.3. 

Virus  əleyhinə  immunitetin  spesifik  amilləri.

  Həmin  amillərə 

virusneytrallaşdırıcı  serum  və  yerli  sekretor  anticisimləri,  spesifik  hüceyrə 

amilləri  aiddir.  Viruslar  orqanizmə  daxil  olduqdan sonra  orqanizmdə yara­

nan  anticisimlər  immunitetin  spesifik  amilləri  arasında  xüsusi  əhəmiyyətə 

malikdir.  Anticisimlər (antitellər) -  antigenlərin təsirindən  orqanizmdə əmə­

lə  gələn  spesifik,  yaxud  immun  qlobulinlərdən  ibarət  olub  antigenlə 

birləşməyə  xidmət  edən  xüsusi  fəal  mərkəzin  olması  ilə  normal  və  başqa 

qlobulinlərdən  fərqlənir.  Elektroforetik  hərəkətinə  görə  serumun  normal 

qlobulinlərində üç fraksiya -alfa  ( 



a  ),

  beta 


( fi )

  və qamma 



(y )

  qlobulinləri 

ayırd  edilir.  Lakin  anticisimlərin  əmələ  gəlməsində  qammaqlobulinlər  əsas 

rol oynayır.

Anticisimlər (immunoqlobulinlər) heterogen  zülallardan  ibarət  olmaqla, 

onlann  molekullan  bir-birindən  fərqlənən  bir cüt  ağır (H) və bir  cüt  yüngül 



(L )

  polipeptid  zəncirdən  təşkil  olunub.  Beynəlxalq  təsnifata  əsasən  hazırda 

immunoqlobulinlər  fiziki  və  kimyəvi  xassələrinə  görə  bir-birindən  fərqlənən 

5  sinfə  bölünür-.  JgM, 



JgG,

  JgA,  JgE,  JgD.  Qeyd  edilən  immunoqo- 

lobulnlərdən  JgG,  JgM  və JgA  immunitetin  əmələ  gəlməsində  daha  böyük 

rol  oynayır.  Anticisimlər  termolabil  olub  70°  C  temperaturda  və  spirtin 

təsirindən  dəyişilərək  fəallığını  itirir.  O nlann  fəallığına  mühitin  reaksiyası 

(pH),  elektrolitlər  və  başqa 

komponentlər  də  təsir  edir.  Virusəleyhinə 

yaranan 


anticisimlər 

komplement 

birləşdirici, 

presipitinləşdirici

 

və 



aqqlyutininləşdirici

  anticisimlərə  bölünür.  Orqanizmdə  viruslara  qarşı 

anticisimlər  2-3  gündən  sonra  yaranmaqla  onlann  əmələ  gəlməsində  əsas 

yeri  retikuloendoteli  sistemi tutur.  Anticisimlər spesifikliyə,  yəni  bir antigeni 

digərindən  fərqləndirmək  qabiliyyətinə  malik  olmaqla,  yalnız  onlan  əmələ 

gətirən  antigenlərlə  birləşir.  Buna  görə  də  seroloji  reaksiyalar  başqa 

reaksiyalara  nisbətən  çox  spesifik  və  həssas  olur.  Anticisimlərin  spesifik 

antigenlərə  qarşı  yaranması  onların 



komplementarlığı

  adlanır. 

Bir  neçə 

antigen  birlikdə  orqanizmə  yeridildikdə  onların  hamısına  qarşı  anticisimlər 

əmələ  gəlir.  Müəyyən  edilmişdir  ki,  anticisimlər  virusla  birləşərək  onun 

fıziki-kimyəvi  xassələrini  pozur,  bu  isə  öz  növbəsində  virusun  hüceyrə



Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin