Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 26,66 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix29.12.2016
ölçüsü26,66 Mb.
#3874
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

347

vaxtında  müalicə  edilmiş  fassiolyozlu  qaram alın  3  ay  müddətində  hər 

başının  diri  çəkisinin  müalicə  olunm ayanlara  nisbətən  ən  azı  5-8,  8  kq  art­

dığı müəyyən  edilmişdir.  Planlı  surətdə  apanlan müalicə  və  profilaktika təd­

birləri  nəticəsində  son  10-15  ildə  qan-parazitar  xəstəliklərinin,  xüsusən 

pıroplazmidozun  və  teyleriozun  yerli  və  cins  qaram al  arasında  yayılmasının 

qarşısı  alınmışdır.  Heyvanlar  arasında  yayılmış  xəstəlikləri  ləğv  etmək  üçün 

planlı  surətdə  mübarizə  tədbirləri  aparılmalıdır.  Planın  tərtibi  zamanı xəstə­

liklərin  xüsusiyyətləri,  törədicilərin  bioloji  inkişafı,  yayılması  və  yoluxma 

yolları  nəzərə  alınmalıdır.  M al-qaranın  yoluxmadan  qorunması,  xəstəliyə 

tutulan  heyvanlarm  müalicəsi  mübarizə  işlərinin  əsasını  təşkil  etməlidir.  Bu 

tədbirlərin  səmərəli  təşkili  üçün  yoluxma  diaqnostiki  müayinələrlə  vaxtında 

müəyyənləşdirilməli,  hər  bir  təsərrüfatın  hansı  xəstəliklərə  görə  qeyri-sağlam 

olmasını  göstərən  epizootoloji  xəritə  tərtib  edilməli,  aparılacaq  bütün 

müalicə-profilaktika  tədbirləri  vaxtında  hazırlanmalı,  dərmanlar,  peyvənd 

və  diaqnostika  vəsaitləri  əldə  edilməlidir.  Azərbaycanda  geniş  yayılmış  və 

qorxulu  xəstəlik  kimi  helmintozlardan  fassiolyoza,  moniezioza,  diktiokaul- 

yoza,  mədə-bağırsaq  nematodozlarına,  askaridozlara,  tenidiozlara,  ibti­

dailərin  törətdikləri  xəstəliklərdən  teylerioza,  anaplazmoza,  piroplazmoza, 

fransielloza,  babezioza,  ixtiofıtirioza,  araxnoentomozlardan gənələrə,  qotur- 

luğa,  dəri  mozalanına  qarşı  hər  ıl  epizootik  plan  hazırlanmalıdır.  Dıkrosel- 

yoz,  protostrongilidozlar,  payetinoz,  sinqamoz,  metastronqilyoz  və  s.  geniş 

yayılmış  xəstəliklərin  profilaktikası  da  planlı  aparılmalıdır.  Parazitizmin 

bioloji və genetik aspektləri şərh edilərkən A.Q.  Məmmədov və b.  tərəfindən 

hazırlanan  «Baytarlıq  parazitiologiyası»  məlumat  kitabına  (1986)  istinad 

olunmuşdur.

10.5.  Helmintozlara  qarşı genetik davamlılıq və həssaslıq

Heyvanlarda,  insanda  və  bitkilərdə  parazitlik  edən qurdlar helmint,  on­

ların  törətdikləri xəstəliklər  isə  helmintoz  adlanır.  Parazit  qurdlar  və onların 

törətdikləri  xəstəlikləri  helmintologiya  elmi  öyrənir.  Bu  elmin  tədqiqat  ob­

yekti yastı,  yumru,  tikanbaşlı və  b.  qurdlardır.  Helmintologiya  helmıntlərin 

anatomik-morfoloji  quruluşunu,  bioloji  və  genetik  xüsusiyyətlərini,  onların 

heyvanlar  aləmində  sistematik  yerini  və  yaşadıqları  mühitlə  qarşılıqlı  əla­

qələrini  öyrənir.  Qeyd  etdiyimiz kimi,  helmintlər  müxtəlif xəstəliklər  törədir. 

Bu  cəhətdən  helmintologiya  helmintozlara  qarşı  müxtəlif mübarizə  və  pro­

filaktiki  tədbirləri  də  işləyib  hazırlayır.  H azırda  helmintologiya  əsas  dörd 

istiqamətdə  inkişaf  etdirilir:  ümumi  helmintologiya,  tibbi  helmintologiya, 

baytarlıq  təbabəti  helmintologiyası  və  aqronom ik  helmintologiya.  İnsan  və 

heyvanlarda  təsadüf edilən helmintlər iki qrupa  ayrılır:

1)  biohelmintlər; 2) geohelmintlər.

Biohelmintlərin  inkişafı  aralıq  sahibin  iştirakı  ilə  gedir.  Biohelmintlərə 

bütün  trematodlar,  sestodlar  və  bəzi  nem atodlar  aiddir.  Geohelmintlərin 

inkişafı  aralıq  sahibsiz  gedir.  Geohelmintlərə  insan  askaridini.  uşaq  bizquy-

348


ruğunu.  tükbaş  qurdu,  onikibarmaq  bağırsağın  əyribaş  qurdunu  və  s.  misal 

göstərmək  olar.  Geohelmintlər  əsas  sahibdə  cinsiyyət  yetişkənliyinə  çatdıq­

dan  sonra  yumurta  qoyur.  Y um urtalar kalla  xarici  mühitə  düşür,  xarici  mü­

hit  şəraitindən  (temperatur,  işıq  rütubət  və  s.)  asılı  olaraq  müəyyən 

müddətdən  sonra  invazion  hala  keçir  və  insan  və  heyvanları  yoluxdurur. 

Müxtəlif helmintozların törədiciləri  insana  və  heyvana  əsasən  iki  yolla:  ağız 

və  dəri  (peroral  və perkutan)  vasitəsilə keçir  Sorucular  sinfindən  olan  pişik 

sorucusu,  ağciyər sorucusu,  lentşəkilli  qurdlar sinfindən  olan  donuz  və  öküz 

soliteri,  enli  lent  qurdu,  alveokokk,  exinokokk,  kiçik  lent  qurdu,  habelə 

nematodlar  sinfinə  daxil  olan  insan  askaridi,  uşaq  bizquyruğu  və  s. 



peroral

  helmintozlar  hesab  edilir.  İkinci  qrup  helmintozlar  isə  sudan, 

torpaqdan,  bitkilərdən  və  müxtəlif  keçirici  həşərat  vasitəsilə  yoluxur  və 

perkutanial

  adlanır.  Bu  zaman  müxtəlif helmintlərin  sürfələri  aktiv  surətdə 

dəriyə  daxil  olur.  Perkutan  helmintlərə  şistosomozlar,  bilqarsioz,  ankilosto- 

moz, 


strongiloidoz, 

filyarioz 

və 

s. 


aiddir. 

Helmintologiyada 



helmintoantroponoz  və helmintozoonoz-terminhnni

  bir-birindən  ayırd  etmək 

lazımdır. 

Antroponoz

  -   helmintozlann  törədiciləri  təbiətdə  öz  inkişafım 

insansız  başa  vura  bilmir.  Buna  misal  olaraq  şistosomozu,  teniozları, 

heminolepidozu,  onxoserkozu,  vuxereriozu,  trixosefaliozu,  ankilostomiozu, 

stronkiloidozu  və  b.  göstərmək  olar.  İnsanda  və  heyvanlarda  parazitlik  edə 

bilən  və  inkişafında  insanın  olması  hökmən  vacib  olmayan  parazit  qurdlar 



epidemioloji  zəncirdə  zoonozlar

  adlanır.  O nlara  yapon  şistosomozu, 

opistorxoz, 

paraqonimoz, 

fassiolyoz, 

alveokokkoz, 

exinokokkoz, 

difillobotrioz,  drakunkulyoz,  trixinelyoz  göstərmək  olar.  Hazırda  insan  və 

heyvan populyasiyasmda 31  növ hclmintoz çox yayılmışdır 

(cədvəl 28).

Cədvəl 28

İnsan  və heyvanların  əsa s helm irozları  və  on ların   törədiciləri

Helmintozlar

X ə stəliy in   törəd iciləri

Ş isto s o m o z la r

O p is to rx o z

F a ss io ly o z

M e ta q o n im o z

P a ra q o n im o z

Trematodozlar:

S c h isto so m a   m a n s o n i, 



Sch. 

h a e m o to b iu m ,  Sch.  J a p o n ic u n ı 

O p isto rc h is  felineus 

F   assio la  h e p a tic a ,  E.  g igantic 

M e ta g o n im u s   y o k o g a v a i 

P a ra g o n im u s   v c slcrm an i



il .  Sestodozlar:

T e n ia rin x o z

T e r io z

E x in o k o k k o z

G im n o le p id o z

D ifillo b o trio z



Ш .  Nematodozlar:

T a e n ia rh y n c h u s   s a g in a tu s 

T a e n ia   so liu m  

E ch in o co c c u s  g ra n u lo s u s. 

H y m e n o le p is  n a n a  

D ip h illo b o th riu m   latu m .

V u x ererio z

V u ch ereria  b a n c ro fti

349


B ru k io z

B ru g ia  m a la y i  L o a  — loa

L o a o z

G n c h o c e rc a   v o lv u lu s

O n x o s e rk o z

M a n s o n e lla  o z z a rd ı

M a n s o n e llo z

D ip e th a lo n e m a  p e rs ta n s

D ip e ta lo n e m a to z

D ra c u n c u lu s  m ed in en sis

D r a k u n k u lo z

G n a x h o s to m a   sp m ig eru m

Q n a to s to m o z

A n k y lo s to m a   d u o d e n a le ,

A n k ilo s to m id o z

N e c a to r a m e ric a n u s

T r ix o s tro n k ilid o z

A scaris  lu m b ric o id e s .

A s k a rid o z

T o c s o c a ra   canis,  T .  m u stax

A n iz a k in o z

T ric b o c e p h a lu s  tric h ic e ru s

T rix o s e fa ly o z

A n g io stro n g y lo s  c o n to n e n u s

A n k io s tro n k ilid o z

S tro n g y lo id e s  stereo ralis

S tr o n k ilo id o z

E n te ro b iu s   v en n icu laris

E n te ro b io z

T ric b in e lla   sp iralis

Yuxarıdakı  cədvəldə  adları  çəkilən  parazit  qurdların  törətdikləri  xəstə­

liklərin  bəziləri  tropik  və  subtropik  qurşaqlarda  (şistosomozlar,  opistorxoz, 

vuxererioz,  brukioz,  onxoserkoz,  loaoz,  mansonellyoz,  dipetalonematoz, 

qnatostomoz,  angıostroııgilidoz),  digərləri  isə  tropik  və  subtropik  zonalarla 

yanaşı,  başqa  iqlim  zonalarında  da  yayılmışlar.  Tropik  və  subtropik 

'zonalarda  təsadüf edilən  helmintozlar  həm  maddi  və  həm  də  ictimai  itkiyə 

səbəb  olur.  Ümumi  hesablamalara  görə.  Yer  kürəsində  450  mln.  Ankilosto- 

midozla,  240 mln.  filariozla,  200 mln.  insanın şistosomozla yoluxması qeydə 

alınmışdır.  Askaridoz  isə insanda,  heyvan  və  quşlarda  ən  çox  təsadüf edilən 

xəstəlikdir.  H ər  bir  parazit  qurd  lokalizasiyasına  görə  spesifik  xarakterli 

olur.  Parazit  qurdlar  bağırsaq  sistemində,  venalarda,  limfa  damarlarında, 

qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə, dərialtı toxumada, exinkokokkun 

sürfəsi  isə  müxtəlif  orqanların  toxumalarında  (ən  çox  isə  ağciyər  və 

qaraciyərdə)  parazitlik  edir.  Parazit  qurdlar  fərdi  inkişaf zamanı  miqrasiya 

etdiklərindən,  əksər  orqan  və toxum alarda  parazitlik  etmək  imkanına malik 

olur.  Məsələn,  cinsiyyət  yetişkənliyino  çatmış  trixinella  bağırsaqda,  sürfələri 

isə  eninə  zolaqlı  əzələlərdə  olur.  Askarid  və  onikibarmaq  bağırsağın əyribaş 

qurdu  öz  miqrasiyası  zamanı  mürəkkəb  yol  keçərək  çinsiyyət  yetişkənliyinə 

çatır.  Helmintlər  parazitlik  etdiyi  sahib  orqanizmdə  müxtəlif  xəstəliklər,  o 

cümlədən  allergiya  reaksiyaları  törədir,  onların  metabolizminin  son məhsul­

ları  təsirindən  yaranan  intoksikasiya,  orqan  və  toxumaların  mexaniki  zədə- 

lənməsinə  və  s.  səbəb  olur.  Hclmintozların  təsir  səviyyəsi  əsasən  üç  mər­

hələdə 

-knskin,  gizli

  və 


xroniki  halda

  olur.  Müxtəlif  helmintozlann  kəskin 

mərhələsi  parazitin  sürfəsinin  qan-dam ar  sistemində  miqrasiya  ilə  əlaqədar 

olaraq  baş  vermiş  allergiya xarakterli  əlamətlərdə özunu  göstərir.  Helmintin 

orqanizmdə  lent  mərhələsində  xəstəliyin  üzə  çıxması  parazitin  cinsiyyət 

yetkinliyinə  çatmaması  ilə  izah  edilir.  Xroniki  mərhələ  isə  parazitin  bütün 

inkişaf mərhələlərinin sahibdə getməsi ilə əlaqədardır.

Yastı  qurdlar  tipinin-(platlıelminthes)

  -   xarakterik  xüsusiyyətləri  aşağı­

dakılardır:  1-yastı  qurdlar  tipinə  daxıl  olan  nümayəndələr  ikitərəfli  (bi-

350


laterial)  simmetriyaya  malik  olub,  ilk  dəfə 

m ə h z  

bu  qrup  heyvanlarda  mey­

dana  gəlmişdir;  2-yastı  qurdlar  üç  rüşeym  təbəqəsinə  malikdir.  Bu təbəqələr 

ontogenez  zamanı  formalaşır.  Ektodermadan  bədən  örtüyü,  endodermadan 

bağırsaq  sistemi,  aralarında  isə  mezoderma qatı yerləşmiş  olur;  3-bədən  bel- 

qarın  istiqamətində  basıq  olub,  yarpaq  şəklində  (sorucularda),  bəzilərində 

isə  lent  (sestodlarda)  şəklindədir;  4-yastı  qurdların  ən  mühüm  xüsusiy­

yətlərindən  biri,  bir  neçə  qatdan  ibarət,  dairəvi  və  uzununa  istiqamətdə 

yerləşmiş  dəri-əzələ  kisəsinə  malik  olmasıdır.  Bu əzələ  sistemi  epiteli  altında 

bədəni  kisə  şəklində  əhatə  etdiyindən 

dəri-əzələ  kisəsi

  adlanır. 



Dəri-əzələ 

kisəsi

  elementlərinin  yığılıb-açılması  sayəsində  qurdabənzər  hərəkət  təmin 

olunur;  5-yastı  qurdlarda  bədən  boşluğu  yoxdur.  Daxili  orqanlar  mezoder- 

mal  mənşəyə  malik  birləşdirici  toxuma  və  ya  parenximlə  əhatə  olduqla­

rından  buna 

parenximatoz bədən boşluğu

  da  deyilir.  Parenxim dayaq,  ehtiyat 

maddələrin  saxlanılmasında  və  metabolizmdə  rol  oynayır;  6-həzm  borusu 

primitiv  quruluşlu,  ektoderma  mənşəli  ön  bağırsaqdan  və  ya  udlaqdan, 

endoderma  mənşəli  orta  bağırsaqdan  ibarət  olub,  kor  çıxıntı  ilə  qurtarır. 

Bəzi  parazit  formalarda  (sestodlarda)  həzm  sisteminin  tamamilə  reduksiya 

etməsi  ilə  əlaqədar  olaraq  qidalanma  endoosmotik  yolla  gedir;  7-sinir  sis­

temi  cüt  beyin  düyünündən  və  ondan  çıxan  sinir  sütunundan  ibarətdir.  Sinir 

sütunları  dairəvi çıxıntı  ilə  bir-birilə birləşir;  8-tənəffüs və qan-damar  sistemi 

yoxdur;  9-iIk  dəfə  olaraq  protoncfridial  tipli  xüsusi  ifrazat  sistemi  əmələ 

gəlmişdir.  Bu  ifrazat sistemi  şaxələnmiş  kanalcıqlardan  ibarət  olub,  parenxi- 

maya  açılan  dəstəşəkillı  kirpiklərə  malik  xüsusi  ulduz  formalı  hüceyrələrlə 

q u r t a r ı r .   B u   h ü c e y r ə l ə r d ə  

toplanmış  ifrazat  məhsulları  nazik  borularla  ifra­

z a t   q o v u ğ u n a   g ə t i r i l i r  

və  buradan  xüsusi  dəliklə  xaric edilir.  Yastı  qurdların ■

 

c i n s i y y ə t  



sistemi  əsasən  hermafroditdir,  bir  qayda  olaraq,  mürəkkəb 

a x a r l ı  

sistem 

f o r m a l a ş ı r  



ki,  bu  sistem  vasitəsilə  cinsiyyət  məhsullarının  çıxa­

r ı l m a s ı  

və  daxili  mayalanma  üçün  imkan  yaranır;  10-əksər  formalar  mürək­

kəb  inkişafa malik  olub,  nəsil  növbələşməsinə (cinsiyyətli və qcyri-cinsiyyətli 

nəsil)  və  sahib  dəyişməyə  (əsas  və  aralıq  sahib)  malikdir.  Yastı  qurdlar  tipi 

7300-ə qədər növü əhatə edir və 5 sinfə böiünür:

Kirpikli qurdlar -  Turbellarıa;

Sorucular və ya trem atodlar -  Trematoda;

Monogeneylər  Monogenoidea:

Lentşəkilli qurdlar -  Cestoidea

Sestodkimilər -  Cestodaria;

Yastı  qurdların  birinci  sinfi  (kirpikli  qurdlar)  müstəsna  olmaqla  bütün 

nümayəndələri  parazitdir.  Helmintozlar  barəsindəki  məlumatlar  D.V.IIacı- 

yev  və  b.-nm  «Parazitizmin  bioloji  əsaslan»  (1989)  adlı  dərs  vəsaitinə 

istinadən hazırlanmışdır.

Helmintozlar -  parazit qurdlar tərəfindən törədilən və olduqca geniş ya­

yılan  xəstəliklərdir.  Südçülük  komplekslərindəki  inəklərin  22%-i  fassiolyoz- 

la,  15%-i  -   paramfistomidlərlə,  39%-i  isə  -   strongilyozla  yoluxmuş  olur 

(l.Jarikov,  1981).  Parazitar  xəstəliklərə  qarşı  yaranan  qeyri-spesifik,  humo-

351


ral  və  hüceyrə  faktorlarının  rolu  bakterial  və  virus  infeksiyalannda  olduğu 

kimidir.  Cinsdaxili  və  cinslərarası  davamlılıq  və  həssaslıq,  bir  qayda  olaraq 

genetik  nəzarətdə  saxlanılır.  Bu  zaman  dəyişkənliyin  kəmiyyət  və  keyfiyyət 

göstəriciləri xüsusi  əhəmiyyət kəsb edir.



Fassiolyoz

  -   insan  və  heyvanların  qaraciyərində  parazitlik  edən 

trematodlar  növünə  aid olan  Fassiola  hepatika  tərəfindən  törədilir.  Xəstəliyi 

Fassiolide  fəsiləsinə  mənsub  olan  Fassiola  hepatica  və  Fassiola  gigantica 

sorucu  qurdlan  törədirlər.  Bunlardan  birincisinə  adi,  ikincisinə  isə  nəhəng 

fassiola  deyilir 



(şəki! 54).

  Hər iki  а т й   qaramal,  camış,  zebu,  qoyun,  keçi,  at 

və  donuzlar  arasında  yayılmşışdır.  İnsanlar  da  fassiolylzlla  yoluxurlar. 

Fassiolalar  qaraciyərdə  və  öd  yollarında  parazitlik  edirlər.  Lakin  şiddətli 

yoluxma  zamanı  onlara  ağciyər,  dalaq,  limfa  vəziləri  və  başqa  üzvlərdə  də 

təsadüf edilir. 



Adi fassiola

 kiçik  yarpaq  formasında,  enli  və  qısa  olur.  Onun 

uzunluğu  20-30  mm-ə,  eni  isə  8-12  mm-ə  çatır.  Bədənin  üzərində  ağız  və 

qarm  sormacı  vardır.  Birincinin  diametri  1  mm,  ikincinin  diametri  isə  1,5-

1.6  mm  olur.  Bədənin  ön  hissəsində  yumurtalıq,  ondan  arxada  isə  yumurta 

vəzi yerləşir.  Fassiolanm  açıq-san  rəngli  yum urtalarının uzunluğu  0,11-0,15 

mm,  eni  isə 0,07-0,08  mm olur.  M ikroskop altında yumurtanın  bir qütbündə 

qapaqcıq,  içərisində  isə  külli  m iqdarda  sarılıq  hüceyrələri  görünür. 



Nəhəng 

fassola

  adi  fassioladan  böyükdür.  Onun  bədəninin  uzunluğu  33-76 mm,  eni 

isə 5-12 mm-dir.  Ağız sormacınm diametri  1  mm,  qarm sormacımnkı isə  1,5-

1.6 mm-dir,  yumurtasının uzunluğu 0,15-0,19 mm. eni  0,06-0,07  mm-ə qədər 

olur.  Fassiolanm yumurtası  heyvanın  kalı  ilə xaricə  düşür.  Suya,  bataqlıq və 

sucaq  sahələrə  düşmüş  yum urtada  münasib  hərarət  olduqda  12-16  günə 



mirasidi

  adlanan  sürfə  əmələ  gəlir.  Azərbaycanın  təbii  otlaq  şəraitində 

yumurtada 

mirasidimn

  əmələ  gəlməsi  və  onu  tərk  etməsi  iyulda  23-25, 

avqust-sentyabrda  isə 

33-34  günə  başa  çatır.  Yumurtadan  çıxmış 



mirasidilər

  parazitin  aralıq  sahibi  olan 



şirin  su  ilbizlərinin

  bədəninə  soxulur 

və  orada,  əsasən,  33-51  gün  inkişaf  edib 

serkari

  adlanan  sürfələrə  çevrilir. 



Serkarilər

  ilbizin  bədənini  tərk  edib  suya  düşür  və  üzərək  ota,  daşa,  ilbizin 

çanağına  yapışır,  yaxud  suyun  üzərində  qalırlar.  Sonra  serkari  quyruğunu 

itirir,  öz  bədənindən  buraxdığı  maye  ilə  üzərini  qişa  ilə  örtür.  Fassiola 

sürfəsinin  bu  mərhələsi 

adoleskari

  adlanır  (şəkil  55).  Heyvanlar  adoles- 

karilori  ot  və  su  ilə  udduqda  yoluxurlar.  Bağırsaqda  şirənin  təsirindən 

adoleskarinin  qişası  əriyir.  Qişadan  azad  olunmuş  sürfə  bağırsaq  divarım 

deşərək  qarm  boşluğuna,  oradan  da  öz  fəal  hərəkəti  ilə  qaraciyərin  səthinə 

daraşır,  onun  parenximasına  keçib,  nəhayət  daimi  parazitlik  etmək  üçün  öd 

yollarına  çatırlar.  Bəzən  fassiola  sürfələri  bağırsaq  divarının  qan  damar­

larına  keçərək,  qan  vasitəsilə  qaraciyərə  düşürlər.  Qaraciyərdə  fassiola 

sürfəsi  2,4-4  ay  müddətində  inkişaf  edib  cinsiyyotcə  tam  yetişir.  Yetkin 

fassiolalar  qaraciyərdə  4-5  il,  bəzən  daha  çox  yaşayırlar.  Respublikanın 

bütün  təbii-iqtisadi  zonalarında  heyvanların  adi  və  nəhəng  fassiola  növü  ilə 

yoluxması  qeyd  olunur.  Fassiolyozun  yayılması  üçün  əsas  mənbələr  şirin 

sulu  durğun  göllər,  axmazlar,  sucaqlar,  qaynamalar,  suvarılan  torpaqlar  və 

su  çıxarılan  otlaqlarda isə su arxları,  xırda  və orta  həcmli  suvarma  kanalları,

352


artezian  quyularından  ayrılan  axarlardır.  Azərbaycanda  heyvanların 

fassiolyozla  yoluxması,  əsasən,  yayın  sonu  və  payızın  əvvəlində  baş  verir. 

Lakin adoleskarilərin  otlaq  şəraitində uzun müddət  dırı  qalması fassiolyozla 

bütün il boyu yoluxmaya im kan yaradır.  Camışlar bataqlıq və sulu sahələrdə 

otlaqlara  çoxlu fassiola  yum urtaları  yayırlar.  Belə  otlaqlarda  qoyunlar  daha 

çox yoluxurlar (A.Q.M əmmədov və b.,  1986).



Şakil 54.  Qaraciyər sorucusu-Fasciola hepatica (D.V.hacıyev və b.,  1989). A- 

cinsiyyət sisteminin  quruluşu:  В-Həzm  sistemi;  1-ağız sormacı;  2-qarın sormacı; 

3-şaxələnmiş bağırsaq; 4-cütləşmə orqanı;  5-yumurtalıq;  6-sarılıq; 7-sarılıq axarı; 

8-toxumluqlar;  9-toxumçıxarıcı kanal;  10-balalıq



353

IV  P-*

"У  \ >

*7

S

 ГА


J

*—■ 

r

A 3 /




i

*

f *



\  

* m


, \ ' t ı >

'

^



 

„ v   < \ :  



> /-■ '.  '*

  ’ 


*

’  ^   4   \ V ) I  ' W ^   й г / Г

Şək/7 55.  Qaraciyər sorucusunun  həyat dövriyyəsi  (D.V.Hacıyev və b., 

1989):  1-yumurta;  2-mirasidi;  3-sporosista;  4-redi;  5-serkari; 6-adoleskari;

7-yetkin forma

Fassiola  hepatika-ya  qarşı  immun  davamlılıq  timusdan 

a s ı l ı   x a r a k t e r  

daşımaqla  antiparazitar  antitellərin  miqdarından  çox  asılıdır.  Hüceyrə 

immuniteti  zəif  və 

d e f i s i t  

olan  bütün 

i r i  


buynuzlu  heyvan  cinslərində 

fassiolyoza  qarşı  olduqca  yüksək  həssaslıq  müşahidə  olunur.  Bu  prosesdə 

hemoqlobinin  tiplərinin  müstəsna  rolu  vardır.  Belə  ki.  AA  hemoqlobin 

tipinə  malik  olan buzovların  80%-ində  Sö  fassiola tapıldığı  halda, 

B B   v ə   A B  

hemoqlobin  tipi  olanların  44-50%-ində  həmin  sayda  fassiola  tapılmışdır. 

Fassiolyoz  zamanı  qanda  natrium un  miqdarı  ilə  fassiolalar  arasında  əks 

korrelyasiya  mövcuddur (r=-0,37).



Strongiloidozlar

  -   i n s a n   v ə   h e y v a n l a r ı n   h e l m i n t o z   x ə s t ə l i y i   o l u b ,   ə s a s ə n  

n a z i k   v ə   y o ğ u n   b a ğ ı r s a q l a r ı n   s e l i k l i   q i ş a s ı n d a   p a r a z i t l i k   e d ə n   s t r o n q y l o i d e  

a i l ə s i n ə   m ə n s u b   n e m o t o d l a r   t ə r ə f i n d ə n   t ö r ə d i l i r .   B u   x ə s t ə l i y ə   q a r ş ı   d a v a m l ı

354


o l a n  

buğaların  törəmələrinin  lq   fekalisində  olan 

y u m u r t a l a r ı n   s a y ı  

1 4 7  


o l d u ğ u   h a l d a ,  

həssas  buğaların  törəmələrində 

h ə m i n   g ö s t ə r i c i   -   3 0 0  

ol­


m u ş d u r .   S e y f e r t ə  

görə 


( 1 9 7 7 )  

britaniya  qaram allarının 

h e r e f o r d   X  

şorthornı 

h i b r i d l ə r i n i n  

lq   fekalisində 

4 1 0  

helmint  yumurtası 



o l d u ğ u   h a l d a ,  

britaniya- 

afrikander hibridlərində 

1 8 0  


yum urta  aşkar edilmişdir. 

Ş o t l a n d i y a   q a r a b a ş l ı  

qoyun  cinsi  fin  dorset  cinsinə  nisbətən  hemenxoza 

q a r ş ı   ç o x   d a v a m l ı   o l u r .  

Şotlandiya  qoyunlarında  təkrar  yoluxmadan  sonra  orqanizmin  helmintlər- 

dən  öz-özünə  tamayıilə  azad  olması 

7 5 % ,  

fin  dorsetində  isə 

1 2 %  

təşkil 


etmişdir.  Hemoqlobinin  A  tipi  olan  qoyunların  hamısında  orqanizmin 

hemonxozun  törədicisindən  (H .kontortus)  azad  olması  çox  intensiv 

v ə  

səmərəli  olur.  Qoyun və  qaram al cinslərinin H.  contortus  helmintinə davam- 



lılağına nəzarət  edən  allellər  dominantdır.  Amerikanın  targi,  panama  qoyun 

cinsləri  Suffolk,  hempsir  və  rambulye  qoyunlarına  nisbətən  Ostertagia  cir- 

cumcincta  nem atodlarına  qarşı  daha  çox  davamlı  olur.  Şotlandiya qarabaşlı 

qoyun  cinsində  O.  circumcincta  nem atodu  ilə  yoluxmaya  davamlılıqla 

hemoqlobinin  tipi  arasında müəyyən  asılılıq vardır.  Belə ki,  6-7 aylıq  qoyun­

ları  həmin nem atodun  100  min  yumurtası ilə  süni  yoluxdurduqda  yoluxma­

dan  16  gün  sonra  (3-cü mərhələdə)  AA  hemoqlobin  tipi  olan qoyunlarda  BB 

-   tıpı  olanlara  nisbətən  daha  çox  davamlılıq  aşkar  edilmişdir.  HbAA 

hemoqlobin  tipi  olan  qoyunlarda  yaşlı  parazitlərin  sayı  11  min.  HbBB  tip 

olanlarda  isə  -  

1 9 , 5  

min  olmuşdur.  Göründüyü  kimi,  A  hemoqlobin  tipmə 

malik  olan 

q o y u n  

cinslərinin  hamısı  nematodlara  qarşı  yüksək  davamlılıq 

göstərir.



Yüklə 26,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin