Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


xüsusiyyətlərinin bioqrafık əlamətləri



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

xüsusiyyətlərinin bioqrafık əlamətləri. 

V - 1. Yarımkürələr: sağ, sol, 2. Beyin qalığının hərəki üz nahiyəsi, 3. Bucaq şırımı, 4. Görmə 

qabığının  yuxarı  səviyyəsi,  5.  Birincili  görmə  qabığı,  6.  Dizəbənzər  cismin  lateral  tərəfi,  7. 

Qabarabənzər dəstə. 

20.18.


 

Vernika nahiyəsi 

Qabığın  somatik,  eşitmə  və  görmə  assosiativ  nahiyələri 

gicgah  payının  arxa  yuxarı  sərhədinin  üçdə  birində  bir-birinə 

toxunur. 

Beynin bu nahiyəsi, xüsusilə sağaxaylarda sol yarımkürə də 

daha yaxşı inkişaf etmişdir. O, beyinin ali funksiyasında həlledici 

rol oynayır - anlama funksiyası (və ya adətən belə deyirlər, ağıl). 

Beynin bu şöbəsi nitqin sensor mərkəzi kimi daha çox məlumdur 

(vernika mərkəzi). 



■479 

downloaded from KitabYurdu.org



20.19. Broka nahiyəsi 

Vernika nahiyəsi qövsəbənzər dəstə vasitəsilə alın qırışığının 

aşağı  üçdə  birində  yerləşən  nitqin  hərəki  mərkəzi  ilə  -  Broka 

nahiyəsi ilə birləşir. 



Vernika  mərkəzi.  Sol  yarımkürənin  arxa  yuxarı  gicgah 

payının zədələnməsindən sonra, insan yaxşı eşidə, hətta bəzi sözləri 

tanıya  bilər.  Lakin  o,  eşitdiyinin  mənasını  başa  düşmək 

qabiliyyətini  itirir.  Bununla  belə  insan  oxumaq  qabiliyyətini 

saxlaya  bilir,  lakin  oxuduğunun  mənasını  başa  düşmür.  Vernika 

nahiyəsinin  elektrik  stimulyasiyası  mürəkkəb  dəyişikliklərin 

meydana çıxmasına səbəb olur: insan görmə sahəsi vasitəsilə görə 

bilər  və  uşaqlığını  yada  sala  bilər,  onda  eşitmə  halsunasiy-  ası 

şəklində  spesifik  musiqi  səsi,  hətta  tanış  adamın  sözlərini  eşidə 

bilər,  bu  müxtəlif  formalı  sensor  təcrübələri  başa  düşmək  üçün 

vernika mərkəzinin mühüm rolunu təsdiq edir. 

Broka  nahiyəsi  vernika  nahiyəsindən  alınan  məlumatları 

incəliklərinə  qədər  analiz  və  sintez  edir.  O,  yerli  prosesi  tənzim 

edərək, siqnalları hərəki qabığa istiqamətləndirir, o isə dodağın, dil 

və qırtlağın uyğun gələn hərəkətinə səbəb olur. 

Bucaq  qırışığı  (nitqin  görmə  mərkəzi,  şəkil  20.4.  A,B) 

oxunan  söz  məlumatının  akustik  formada  vernika  nahiyəsinə 

keçməsini - təmin edir. Əgər həmin mərkəzin funksiyası pozularsa, 

onda insan tələffüz edilən sözü başa düşə bilər. 

İnsan sözü görür və hətta bu sözün mənasını bilir, lakin onu 

izah edə bilmir (disleksiya və ya söz pozğunluğu). 

Sağ  yarımkürənin  təpə,  ənsə  -  gicgah  qabığında  yerləşən 

vernika nahiyəsinin zədələnməsi demək olar ki, nitq və söz simvolu 

ilə  əlaqədar  olan  bütün  intellektual  funksiyaların  itməsinə  səbəb 

olur: oxumaq, riyazi və loqiq-məntiq əməliyyatları həyata keçirmək 

qabiliyyəti  itir,  lakin  gicgah  payına  və  digər  sol  tərəfin 

yarımkürəsinin bucaq qırışığına aid olan çoxlu qabiliyyət qalır. Belə 

ki,  sağ  yarımkürə  musiqini  və  interpretasiyasını  başa  düşməyə 

verbal olmayan və görmə təcrübəsini fərdlə onu əhatə edən xarici 

mühit arasındakı qarşılıqlı əlaqəni başa düşməyi təmin edir. 



480 

downloaded from KitabYurdu.org



"Bədənin  dili"  və  insanın  səsinin  intonasiyası  müxtəlif 

somatik təcrübələri başa düşməyi təmin edir, lakin sağyarım- kürə 

intellektual  funksiyalardan  başqa  digər  növ  şüur  fəaliyyətində 

dominantlıq edə bilər. 

Perefrontal  assosiativ  nahiyənin  xüsusi  intellektual 

funksiyasının  olduğunu  perefrontal  lobotomiya  edilmiş  şəxs 

üzərində  aparılan  müşahidə  ilə  aydınlaşdırılmışdır.  Perefrontal 

lobatomiya  itməsinə  səbəb  olur:  kompleks  problemlərin  həlli, 

mürəkkəb  məsələlərin  həllinin  həyata  keçirilməsini  bir  çox  mə-

sələlərin  eyni  vaxtda  həlletmə  qabiliyyətinin,  adekvat  davranışı 

qiymətləndirməyi, əhval-ruhiyyə, tez rəhmli olmaqdan rəhmsizliyə, 

ağlamaqdan  qəzəblənməyə  doğru  dəyişilir.  Bundan  başqa 

perefrontal 

nahiyə 


təfəkkürün 

yaxşılaşmasını, 

müxtəlif 

məlumatların  birləşdirilməsi  hesabına  onun  dərinliyi  və  abst- 

raktlaşmasmın  artmasını  təmin  edir.  Məlumatın  bütün  müvəqqəti 

elementlərini işçi yaddaşda birləşdirərək, beyin gələcək təsir və təsir 

sonrası proqnozlaşdırma, planlaşdırmaqla mürəkkəb riyazi, hüquqi 

və  ya  fəlsəfi  problemlərin  asan  həllini  seçməyə,  əxlaq  normasına 

uyğun gələn fəaliyyətə nəzarət etməyə malikdir. 

Digər  funksiyaların  lokalizasiyası.  Sağaxaylarda  şəxsi  ta-

nımamaq çatışmazlığı  sağ  gicgah nahiyəsinin pozğunluğu zamanı 

baş verir (prozonaqnoziya). Bu xəstəlikdən əziyyət çəkən adamlar, 

formanı tanıya və onları yenidən istehsal edə bilir, insanları onların 

səsinə  görə  tanıya  bilir,  lakin  tanış  adamları  gördükdə  onların 

kimliyini müəyyənləşdirməkdə çox çətinlik çəkir. 

Şəxs  haqqında  məlumatların  işlənməsi  zamanı  hadisənin 

ardıcıllığı (1-6) şəkil 20.4 B-də verilmişdir. 



20.20.

 

Təfəkkür və şüur 

Beyin qabığı şöbələrinin müəyyən hissəsi pozulmuş insanın 

fikirləşməsinə, düşünməsinə mane olmur, lakin onların dərinliyi və 

ətraf  mühit  haqqında  hesabat  dərəcəsini  azaldır.  Sadə  düşüncələr 

beynin aşağı şöbələrin iştirakı ilə müəyyən edilir. 

481 

downloaded from KitabYurdu.org



Deyilənə  ağrı  haqqında  fikir  yaxşı  misaldır,  belə  ki,  baş-beyin 

yarımkürələrinin  elektrik  stimulyasiyası  sadə  ağrıların  əmələ 

gəlməsinə  səbəb  olduğu  halda,  bu  zaman  hipotalamusun,  ba- 

damabənzər cismin, ara-beynin bir sıra sahələrinin stimulya- siyası 

əzabverici  ağrıya  səbəb  ola  bilir.  Əksinə,  bir  çox  düşüncəli 

təsəvvürlər daha çox görmə, baş-beyin yarımkürələrində reallaşır. 

Limbik  sistemin,  talamusun  və  torabənzər  törəmənin  oy-

naması qavrayışın xoşagələn, xoşagəlməyən, ağrı, kamfort və digər 

ümumi keyfiyyət xüsusiyyətlərinə cavabdehdir. 

20.21.

 

Yuxu 

İnsan və heyvan orqanizmində müşahidə edilən bütün bioloji 

ritmlər bilavasitə ətraf mühitdə baş verən müvafiq dəyişiklikləri əks 

etdirən  qeyri-fəal  reaksiyalardır.  Tədqiqatlar  nəticəsində  sübut 

edilmişdir  ki,  bioloji  ritmlər  orqanizm  xarici  mühit  təsirlərindən 

təcrid edildikdə də yarana bilər. 

Endogen  bioritmlərin  dövri  dəyişilmələri  sutkalıq  ritmə, 

təxminən  də  olsa,  müvafiq  gəldiyinə  görə  onlara  sutkalıq  və  ya 

sirkad ritmlər deyilir. 

Tədqiqatlarla  göstərilmişdir  ki,  insan  və  heyvanlarda  çoxlu 

miqdarda (

100


-ə qədər) fizioloji göstərici sirkad ritmi üzrə dəyişir. 

Sutka  ərzində  bədən  temperaturu,  orqanizmin  ümumi  fəallığı, 

hormonların ifrazı dəfələrlə artıb-azala bilər. Bəzən belə təəssürat 

yarana bilər ki, orqanizmin funksiyalarında baş verən dəyişikliklər 

oyaqlıq  -  yuxu  tsiklinə  tabedir.  Bu,  əslində  heç  də  belə  deyildir. 

Çünki  bir  sıra  fizioloji  funksiyalar,  hətta  yuxu  zamanı  belə,  öz 

ritmik fəaliyyətini itirmir. Son tədqiqatlar göstərmişdir ki, insanda 

ümumi fəallıq sutka ərzində hər iki üç saatdan bir dəyişilir. 

Uzunmüddətli yuxu zamanı bir neçə saat ərzində orqanizmdə 

bərpa prosesi getdiyi, bədən və beynin ümumi fəallığının zəiflədiyi 

təsəvvürləri hakim olmuşdur. 

Bu  anlayış  yuxu  davranışı  ilə,  yəni  yuxu  zamanı  əlverişli 

vəziyyət alan insan və heyvan uzunmüddət hərəkətsiz olur

482 

downloaded from KitabYurdu.org



həmçinin  bununla  əlaqədar  qeyd  olunan  EEQ-da  ləng  dalğalar 

görünür. 

Sonralar yuxuda xüsusi mərhələ paradoksal və ya tez yuxu 

fazasının  kəşfilə  əlaqədar  olaraq  yuxu  zamanı  beynin  fəallığının 

zəifləməsi  haqqında  təsəvvürlər  inkar  edildi.  Bu  kəşf  aspirant 

E.Azerinski və tədqiqatçı H. Kleytmanın adı ilə bağlıdır. Hansı ki, 

onlar  sağlam  adamlarda  gecə  yuxusu  vaxtı  gözün  tez  hərəkətini 

təsvir  etdilər.  Bütün  bunlar  göstərir  ki,  yuxuya  həyat  fəaliyyəti 

proseslərinin azalması kimi baxmaq olmaz. 

Yuxu zamanı baş verən fizioloji dəyişikliklərdən ən mühümü 

sinir  sistemi  fəaliyyətinin,  xüsusilə  beyin  qabığı  fəaliyyətinin  və 

eləcə də onun xarici aləmlə əlaqəsinin zəifləməsidir. 

Yuxu ilə əlaqədar olaraq, baş verən dəyişikliklərdən biri də 

əzələ  tonusunun  kəskin  surətdə  aşağı  düşməsidir.  Məhz  bu 

səbəbdən də adamın başı birdən-birə döşə tərəf enir, gövdəsi əyilir

əli  və  ayaqları  boşalır  və  s.  Yuxuda  olarkən  hissiyyatın  bütün 

növləri görmə, eşitmə, dad, qoxu və dəri hissiyyatı kəskin surətdə 

azalır, hətta adamda müəyyən bir reaksiya doğurmaq üçün ona daha 

güclü qıcıq vermək lazım gəlir. 

Yuxu - sensor və ya hər hansı digər amillər vasitəsilə insanın 

xarici  aləmlə  sinir  sistemi  fəaliyyətinin,  xüsusilə  beyin  qabığı 

fəaliyyətinin kəsilməsi və ya düşüncəsiz hala gətirilməsi deməkdir. 

Yatmış  adamın  beyin  hüceyrələrində  bioelektrik  proses-

lərinin  öyrənilməsi  zamanı  elektroensofaloqramm  yazılarından 

görünür ki,  yuxu zamanı beynin fəallığı müəyyən dövrlərdə hətta 

ayıqlığa nisbətən yüksək olur. Yuxunun lənğ və tez yuxu fazaları 

ayırd edilir. 

Yuxunun tez (parodoksal) yuxu və ya gözün tez hərəkəti ilə 

olan yuxu fazasında əzələ tonusu aşağı düşməsi şəraitində gözün tez 

hərəkəti, ətrafların və bədənin nizamsız hərəkəti müşahidə edildiyi 

üçün onu paradoksal yuxu adlandırırlar. 

Yuxunun çox hissəsini ləng yuxu təşkil edir. Yuxuya gedən 

kimi ləng yuxu fazası başlayır və 1,5 saat davam edir. Uzunmüddət 

oyaq qalandan sonra yuxunun birinci saatı dərin və sakitləşdirici ola 

bilər. Ləng yuxu müddətində tez yuxu epi 



483 

downloaded from KitabYurdu.org



zodik olaraq müşahidə edilir və cavan adamlarda ümumi yuxunun 

25%-ə qədər ini əhatə edir. 

Ləng  yuxu  orqanizmə  sakitləşdirici  təsirilə  xarakterizə 

olunur: 


1

)  mühiti  damarların  tonusu  aşağı  düşür; 

2

)  vegetativ 



funksiyaların  zəifləməsi;  3)  arterial  qan  təzyiqi  aşağı  düşür;  4) 

tənəffüsün tezliyi və əsas mübadilə azalır. 

Ləng  yuxu  dövründə  xüsüsilə  qorxulu  yuxular  görmək 

mümkündür.  Lakin  tez  yuxu  fazasında  xüsusilə  səhərə  yaxın 

görülən yuxular yadda qaldığı halda, ləng yuxu fazasında görülən 

yuxular yadda qalmır. 



Oyaqhq 

 

Ləng yuxunun 1-ci fazası 

 

 

Ləng yuxunun 2-ci fazası 



1

 ----------  ---  ---  --------  

 

 

Ləng yuxunun 3-cü fazası 



vvs



.-' 

3

 



 .......  ..  .... 

4

 



VlAV/v^vV’VVVVV' 

Ləng yuxunun 4-cü fazası 

\A/VWv 

I 10 MkV 

X/\A'A^V*WVVt>\lVS 

j

 

150MkV 



>s- 

W. 


Tez yuxu (pa radoksal) 

 

Şəkil 



5.  Yuxunun  müxtəlif  mərhələlərində  elektroensofaloqrama  və  əzələ 

fəaliyyətinin qeydi, 1,2-elektrookuloqrama, 3- elektro- mioqrama, EEa, 4- 

pariyetal, 5- alın, 

6

- ənsə. 

Birinci faza - mürgüləmə və yuxuya keçid. EEQ-da yüksək 

tezlikli, kiçik amplitudalı dalğalar qeyd olunur. 



484 

downloaded from KitabYurdu.org



İkinci  faza  -  EEQ  yuxu  dalğalar  görünür.  Bu  a  -bənzər 

dalğaların tezliyi 10-14 Hers, amplitudası 50 MkV olur. 



Üçüncü  faza  -  EEQ  kiçiktezlikli  yüksək  amplitudalı 

dalğaların olması ilə xarakterizə olunur (ö -dalğası). 



Dördüncü faza - EEQ böyük amplitudlu maksimal ləng 

8

 -



dalğaları  qeyd  edilir.  Beləliklə,  dərin  yuxu  EEQ-da  ritmik  ləng 

dalğalarla  xarakterizə  olunur,  qabığın  dentrit  potensialların 

sinxronizasiyasını göstərir. 

Tədqiqat göstərmişdir ki, oyaq it yuxu vəziyyətinə keçərkən 

ali  sinir  fəailyyətində  aşağıdakı  fazalar  müşahidə  edilir: 

bərabərləşmə, paradoksal (təəccüblü) və narkotik. 

Oyaq  vəziyyətdə  olarkən  kiçik  amplitudlu,  yüksəktezlikli 

dalğalar (P-dalğalar) rast gəlinir. Gözləri yumduqda onlar nisbətən 

böyük amplitudlu a -dalğalara keçir, tədricən əzələlər boşalır, insan 

huşsuz vəziyyət alır. 30 dəqiqədən sonra elek- troensefaloqramdakı 

a-dalğalar  iy  varı  xarakter  alır.  Yuxu  dərinləşdikcə  yüksək 

amplitudlu teta və nəhayət, delta dalğalar əmələ gəlir (şəkil 

6

). 


Səthi yuxu 

Dərin yuxu 

 

Təccüblü 



yuxu 

Şəkil 

6

.  Oyaqlıqdan  yuxuya  keçmə  zamanı  elektroense- 



faloqramdakı dinamiki dəyişikliklər. 

Tez  yuxu.  Tez  yuxu  aydın  yuxugörmə  ilə  əlaqədar  olduğu 

üçün sakitləşdirici hesab edilmir. Normal gecə yuxusu zamanı tez 

yuxunun  fazaları  hər  90  dəqiqədən  bir  5-dən  30  dəqiqəyə  qədər 

davam  edir.  Əgər  insan  dərin  yuxu  fazasında  olursa,  onda  tez 

yuxunun hər hissəsi qısa olur, bəzən isə hətta 

485 

downloaded from KitabYurdu.org



yox olur. Əksinə, insan gündüz yaxşı dincəlibsə, onda tez yuxunun 

davamlılıq müddəti çoxalır. Tez yuxu aşağıdakı  xüsusiyyətləri ilə 

xarakterizə olunur: 

1

) çoxlu əzələ hərəkətləri və yuxugörmə ilə; 



2

insanı  ləng  yuxudan  tez  yuxudan  oyatmaq  çətin  olur;  3)  əzələni 



tənzim  edən  onurğa  beyni  sahəsinin  güclü  ləngiməsi  nəticəsində 

bütün  bədən  əzələlərinin  tonusu  aşağı  düşür;  4)  ürək 

döyünmələrinin və tənəffüsün sayı nizamlanır; 5) əzələnin nizamsız 

təqəllüsü  və  gözün  tez  hərəkətləri  müşahidə  edilir; 

6

)  insanın 



cinsiyyət orqanının erreksiya vəziyyəti müşahidə edilir; 7) beyin ən 

yüksək  fəaliyyət  vəziyyətində  olur  və  beynin  ümumi  metabolizm 

qabiliyyəti 20% yüksəlir; 

8

) EEQ- ma oyaqlıq vəziyyətində olduğu 



kimi olur. 

3-5  gün  yatmamış  adamlarda,  qarşısıalınmaz  yuxu  ehtiyacı 

yaranır.  60-80  saatlıq  yuxusuzluqdan  sonra  insanda  psixi 

reaksiyalar  zəifləyir,  zehni  işdə  tez  yorğunluq  baş  verir, 

hərəkətlərdə  dəqiqlik  itir.  Yuxusuzluqdan  irəli  gələn  subyektiv 

hisslər  daha  ağır  və  dözülməz  olur.  Vegetativ  funksiyalar  çox 

dəyişilmir,  yalnız  bədən  temperaturunun  bir  qədər  azalması  və 

nəbzin zəifləməsi müşahidə olunur. 



Yuxunun növləri və fazaları. Yuxunun bir neçə növü vardır: 

1

)  dövri  gecə  yuxusu; 



2

)  dövri  fəsil  yuxusu  (heyvanlarda  təsadüf 

olunan qış və yay yuxusu); 3) müxtəlif kimyəvi maddələr və fiziki 

amillərlə yaranan narkotik yuxu; 4) hipnoz yuxusu; 5) patoloji yuxu. 

Periodik  gündəlik  və  fəsil  yuxusu  fizioloji  yuxu  hesab  edilir. 

Yuxunun digər növlərisə bəzi xarici təsirlərdən əmələ gəlir. 

Yaşlı adamların əksəriyyəti gündə bir dəfə (birfazalı yuxu), 

bəziləri iki dəfə (ikifazalı yuxu), uşaqlar isə bir neçə dəfə (çoxfazalı 

yuxu)  yatırlar.  Yeni  doğulmuş  uşaqlar  günün  21  saatını  yuxuda 

keçirir. 

6

 aylıqdan 1 yaşa qədər uşaqlar 14 saat, 4 yaşlarında 12 saat, 



10 yaşlarında isə 10 saat yuxuda olur. Ortayaşlı adam gündə 7-8 saat 

yatır. Qoçalığa doğru yuxunun müddəti bir qədər azalır. Bəzi dahi 

şəxslər məsələn, Gete, Şil- ler, Bexterev gündə 5 saat, Edisson 2-3 

saat yatırmış, 3-5 gün ərzində yatmamış adam, kəskin yuxusuzluq 

hiss edir: yuxunun qarşısını almaq üçün ona şiddətli ağrı qıcıqları 

və ya elektrik 



486 

downloaded from KitabYurdu.org



cərəyanı vermək lazım gəlir. 

Narkotik  yuxu.  Müxtəlif  kimyəvi  və  narkotik  maddələrin 

(məsələn,  efirlə  xloroform  Buxarı  ilə  nəfəs  aldıqda  bədənə  spirt, 

morfi  və  s.  kimyəvi  maddələr  yeridildikdə),  fasiləli  elektrik 

cərəyanının təsirindən narkotik yuxu baş verir. 



Patoloji  yuxu.  Beynin  qansızması,  sıxılması,  beyin  ya-

rımkürələrinin şiş xəstəlikləri, beyin sütununun bəzi nahiyələrinin 

zədələnməsi patoloji yuxuya səbəb olur. Patoloji yuxunun müddəti 

müxtəlifdir. O, bir neçə gündən bir neçə həftəyə, aya və hətta bir 

neçə  ilə  qədər  davam  edə  bilər.  İ.P.  Pavlov  (1898)  20  il  letarji 

yuxuda olmuş 60 yaşlı adamı müalicə etmişdir. Yuxudan əvvəl o, 

cavan, qıvraq və möhkəm adam olmuş, 20 il ərzində sacı-saqqalı 

ağarmış qocaya çevrilmişdir. Yuxuda olarkən qohum və tanışların 

səsini eşidir, sözləri başa düşür lakin əzələ zəifliyi hərəkət etməyə 

və  başını  qaldırmağa  imkan  vermirmiş,  sanki  əzələlərindən  daş 

asılmış kimi. 

Patoloji yuxu zamanı əzələlərin tonusu azalır, bəzi hallarda 

isə,  əksinə,  çoxalır.  Əzələ  tonusunun  artması  ilə  gedən  patoloji 

yuxu 


katalepsiya

 

adlanır. 



Başqa bir müşahidə sinir xəstəliyinə tutulmuş 4 yaşlı qız 18 

il letarji yuxuda olmuşdur. Maraqlı burasıdır ki, o ayılarkən oyunc-

aqlarım istəmiş və özünü 4 yaşlı uşaq kimi aparmışdır. 

Hipnotik  yuxu.  Bu  yuxunun  əmələ  gəlməsi  üçün  xarici 

mühitin təsiri və hipnoz edən adamın daima yuxu ehtiyacını təlqin 

etməsi  lazımdır.  Hipnoz  zamanı  huş  və  beyin  qabığının  başqa 

fəaliyyətləri dayanır, xarici aləmlə əlaqə qismən saxlanılır, hissi və 

hərəki  fəaliyyət  mühafizə  olunur.  Hipnotik  yuxuda  əzələ 

fəaliyyətini  idarə  edən  mərkəzlər  həm  dərin  ləngimə,  həm  də 

şiddətli oyanma halında ola bilər. 

Yuxu  zamanı  beyin  fəaliyyətinin  dəyişilməsində  iki  əsas 

mərhələ  müəyyən  edilmişdir.  Onlardan  biri  alçaqtezlikli  və  ya 

sinxronlaşmış  yuxu  mərhələsidir.  Adından  göründüyü  kimi,  bu 

mərhələdə EEQ ritmlərinin getdikcə zəifləməsi baş verir və onda 

böyük amplitudlu müntəzəm alçaq tezlikli ritmlər (ən çox delta  - 

ritm)  təzahür  edir.  Bu  mərhələdə  yuxu  dərin  olur  (dərin  yuxu 

fazası). İkinci mərhələ sürətli kiçik amplitudlu (de- 



487 

downloaded from KitabYurdu.org



sinxronlaşmış)  bioelektrik  ritmlərlə  səciyyələnir.  Müəyyən 

edilmşidir ki, yuxu zamanı bu mərhələ dövri olaraq, bir neçə dəfə 

(orta  hesabla  3-4  dəfə)  təkrar  olunur.  Bu  dövrlərin  hər  birində 

yuxunun maksimum dərinliyi səhərə yaxın azalır. De- sinxronlaşmış 

yuxu  mərhələsi  zamanı  qeyd  edilən  EEQ  fəallığı  öz  əlamətlərilə 

insanda və heyvanda oyaq vaxtdakı EEQ-yə bənzəyir. Lakin bu bəzi 

somatovegetativ  reaksiyaların  fəal-  laşması  ilə  xarakterizə  edilir; 

örtülü  göz  qapaqları  arxasında  göz  almaları  tez-tez  hərəkət  edir, 

tənəffüs  və  ürək  döyünmələri  tezləşir,  digər  tərəfdən  skelet 

əzələlərinin ümumi tonusu, xüsusilə boyun əzələlərinin tonusu çox 

aşağı düşür. Bu kimi təzahürlərə görə, ona təəccüblü (paradoksal) 

və ya gözlərin tez hərəkətli yuxu mərhələsi deyilir (şəkil 

7

). 


 

 

,ı.ınıi)niıı mn 





mwmmıw

 

 

Şəkil 7. 



A-oyaqlıq, B-aşağıtezlikli dalğa, V-paradoksal (təəccüblü) yuxu fazaları zamanı 

EEQ və fizioloji fəallığın müxtəlif növləri. 

I-beyin  qabığının  sensomotor  və  II-eşitmə  sahələri,  III-hipokamp,  IV-orta  beynin 

retikulyar formasiyası və V-varol körpüsünün EEQ-si, Vl-boyun əzələlərinin EMQ, VH-

gözün hərəki reaksiyaları, VHI-elektrokardioqram, IX-pletizmoqram, X-tənəffüs. 

’ 

488 

downloaded from KitabYurdu.org



Paradoksal  yuxu  fazası  təkamülün  yuxarı  pilləsində  duran 

heyvanlarda, o cümlədən insanda müşahidə olunur. 

Paradoksal yuxu mərhələsində oyadılmış adamların 60- 80%-

i yuxu gördüklərini söyləmişlər. Buradan belə nəticə çıxarmaq olar 

ki,  yuxugörmə  təəccüblü  yuxu  fazası  ilə  əlaqədardır.  Yuxuda 

danışmaq,  qorxmaq  (adətən,  uşaqlarda  müşahidə  olunur),  yuxulu 

halda gecə gəzmək kimi hallar, həmçinin, bu fazada baş verir. 

İ.P.Pavlovun təliminə görə, yuxu və yuxugörmə öz təbiətinə 

görə fəal prosesdir. O, itlərdə şərti ləngimənin müxtəlif növlərinin 

inkişafı zamanı yuxunun yaranması üzərində aparılmış müşahidələr 

əsasında belə bir müddəa irəli sürmüşdür ki, yuxu beyin qabığında 

ləngimənin  yayılması  və  burada  bəzi  oyaq  nöqtələrin  qalması 

nəticəsində əmələ gələn xüsusi fizioloji haldır. 

Beləliklə,  yuxu  tsiklik  hadisədir,  7-8  saatlıq  adi  yuxu  qa-

nunauyğun şəkildə bir-birini əvəz edən 4-5 tsikldən ibarətdir. Hər 

tsiklin isə iki fazası - ləng və tez yuxu fazaları vardır. Yatanda ilk 

dəfə ləng yuxu fazası başlayır. 

Yuxu  və  oyaqlığın  mərkəzi  mexanizmi,  tik  dəfə  Amerika 

alimi V.Hess (1932) müəyyənləşdirmişdir ki, pişikdə hipotala- mik 

sahəni  alçaq  tezlikli  (3-15  hersə  qədər)  elektrik  qıcığı  ilə 

qıcıqlandırmaqla yuxu yaratmaq olar. 

XX əsrin 50-60-cı illərində D.Morutsi və onun əməkdaşları 

yuxu və oyaq vəziyyətlərinin yaranmasında retikulyar formasiyanın 

qabığa qeyri-səciyyəvi təsirinin rolunu geniş tədqiq etmişlər. Beyin 

tikişi  nüvələrində  beynin  serotonin  sintezinin  ləngiməsi 

yuxusuzluğa səbəb olur, serotoninin sələfi olan 5- hidroksitriptofan 

yeridildikdə isə yuxusuzluq dərhal aradan çıxır və i.a. Beyin tikişi 

nüvələrinə 

və 


orta-beyin 

retikulyar 

formasiyasının 

katexolaminergik  neyronlarına  isə,  əksinə,  oyaq-  lıq  və  yuxunun 

təəccüblü fazalarında iştirak edən sistem kimi baxılır. 

Ekonomo  1916-1917-ci  illərdə  Avropanı  bürümüş  letarji 

ensefalitdən ölən adamların beynində III mədəciyin arxa diva 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin