Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

439 

downloaded from KitabYurdu.org



genetik olmayan səbəbləri birləşdirən toplama nəzəriyyəsində səhv 

nəzərə  alınır.  Həmin  konsepsiyaya  əsasən  müxtəlif  amillər  cinsi 

zədələnmələrə  səbəb  olaraq  ribonuklein  turşusunun  (RNK) 

molekulunu dəyişdirir, bu isə «düzgün olmayan» zülalın sintezinə 

səbəb  olur.  Əgər  axırıncı  özü-özünün  zəncirinin  proqramlaşmış 

halqasının  biosintezinə  xidmət  edirsə  (məsələn,  DNT-dən  asılı 

RNT-polimeraza),  məlumat  səhv  yayılır.  Zülalın  dəyişməsi  digər 

düzgün olmayan ribonuklin turşusunun sintezini induksiya edir. 

Təcrübi  olaraq  müəyyən  edilmişdir  ki,  əmələ  gələn  səhv 

kritik həddi aşanda, proses sürətlə inkişaf edir. Lakin eksperiment 

göstərdi  ki,  belə  hadisənin  «özünü  inqibirə  etmə»  mexanizmi  ilə 

vaxtında  qarşısı  alınır.  Qocalma  prosesini  müşayiət  edən  zülalın 

modifıkasiyası daha ətraflı öyrənilmişdir və müəyyən edilmişdir ki, 

yaşla əlaqədar olaraq müəyyən fermentlərin xüsusi fəallığı onların 

strukturunun  dəyişməsi  nəticəsində  əhəmiyyətli  dərəcədə  aşağı 

düşür.  Ahıl  yaşlarda  lazım  olan  ka-  talitik  effektə  çatmaq  üçün 

hüceyrə  böyük  molekulalı  ferment-  ləri  sintez  etməlidir.  Lakin 

nəzərə  almaq  lazımdır  ki,  yaşla  əlaqədar  olaraq  bir  çox  qrup 

fermentlər  nəinki  dəyişikliyə  uğramır,  hətta  digərləri  öz  xüsusi 

fəallığını arıtırır. Ona görə də bunu qocalmaya aid etmək düzgün 

olmaz.  Beləliklə,  demək  olar  ki,  qocalma  -  bu  çoxamilli  hüceyrə 

fenomeni olub, əsas element genetik aparatın dəyişməsidir. 



Cədvəl 1 

Dünyanın on inkişaf etmiş sənaye ölkəsində müxtəlif yaş 

qrupları 

Səbəbin

 

yeri

 

Yaş 

qrup-

ları, il

 

0-4

 

5-14

 

15-44

 

45-64

 

65 və daha çox

 

1

 

 



bədbəxt

 

hadisələr

 

bədbəxt

 

hadisələr

 

bədbəxt

 

hadisələr

 

xərçəng

 

ürək

 

xəstəliyi

 

2

 

 

anadang



 

əlmə

 

pozğun

 

luqlar

 

xərçəng

 

xərçəng

 

ürək

 

xəstəliyi

 

insult

 

3

 

 



xərçəng

 

anadangəlmə 



pozğunluqlar

 

ürək xəstəliyi

 

insult

 

xərçəng

 

440 

downloaded from KitabYurdu.org



4

 

 



pnevmo-

 

niya

 

pnevmaniya

 

Özünə

 

qəsd

 

bədbəxt

 

hadisə

 

pnevma-

 

niya

 

5

 

 

bağırsaq



 

infeksi-

 

yası

 

ürək xəstəliyi

 

insult

 

yuxarı

 

tənəffüs

 

yollarının

 

infeksiya-

 

 

yuxarı tənəffüs 



yollarının 

xroniki 

infeksiyası

 

19.4 Yaşın funksional dəyişiklikləri 

İnsanın  yaşa  dolması  səviyyəsindən  asılı  olaraq,  onun 

orqanları müəyyən dəyişikliklərə məruz qalır. Onlardan heç biri çox 

qorxulu olmur. Lakin yaşlı dövrlərdə patoloji inkişafa meyllik artır. 

Cədvəldən görünür ki, həyatın bu yaş dövründə ölümün əsas səbəbi 

ürək xəstəliyi, insult və bəd xassəli şişdir. Qocalma prosesi özü heç 

bir  zaman  ölümə  səbəb  olmur;  o  yaşlı  dövrün  xəstəliklərinin 

hesabına baş verir. 

Qan.  Burada  yaşla  əlaqədar  dəyişikliklər  birinci  növbədə 

formalı elementlərin yaranma sisteminə toxunur. Cavan adamlarda 

qırmızı  sümük  illiyinin  ümumi  həcmi  1500  ml  təşkil  edir.  Yaşlı 

yaşdan  (ahıl)  əvvəl  (40-60  il)  onun  əhəmiyyətli  hissəsi  yağ  və 

birləşdirici toxum  ilə əvəz olunur və daha  yaşlı  adamlarda da bu 

proses  davam  edir.  70  yaşlı  insanın  döş  sümüyünün  hüceyrə 

populyasiyasının  sıxlığı  cavandan  iki  dəfə  azdır.  Bu  nəzərdə 

carpacaq  dərəcədə  leykopoeza  nisbətən  eri-  tropoeza  təsir  edir. 

Qocalmanın  səviyyəsinə  uyğun  olaraq  erit-  rositlərin  ümumi 

hemoqlobinin  və  hemotokritin  miqdarı  aşağı  düşür.  Lakin 

eritrositlərin  ömrünün müddəti  praktiki  olaraq əvvəlki kimi  qalır. 

Metobolizm  dəyişikliklər  haqqında  ATF-  nin  və  2,3- 

difosfoqliseratm eritrositlərdə azalması göstərilir. 

40  yaşından  sonra  leykositlərin  miqdarı  25%  azalır.  Yaşlı 

yaşda  immunoloji  komponentlərin  azalması  ola  bilsin  ki  əlavə 

olaraq timusun degenerasiyası ilə əlaqədardır. 



Ürək. Sağlam yaşlı adamda ürəyin və bütün bədənin kütləsi 

arasında  münasibət  dəyişmir,  lakin  əzələ  kütləsi  azalır  və  o 

müəyyən qədər birləşdirici toxum ilə əvəz edilir. 

Onlarda hüceyrə nüvəsinə yaxın linofussinin çökməsi he 

441 

downloaded from KitabYurdu.org



sabına  xarakter  degenerativ  dəyişikliklər  müşahidə  olunur.  Yaşla 

əlaqədar  olaraq  endokard  qalınlaşır.  70  yaşdan  yuxarı  insanlarda 

ürəyin klinik əhəmiyyətli morfoloji dəyişiklikləri arasında koranar 

(tac)  ateroskleroz  əsasdır.  O,  miokardın  qanla  kifayət  qədər 

təmininin çatışmazlığına səbəb ola bilər. 

Ürək  yığılmasının  funksional  pozğunluğuna  çox  hallarda 

ürəyin nəqledici sistemində dəyişikliklərə səbəb olur. Nəticədə çox 

və az dərəcədə oyanmanın nəql olunmasının blokada olunması ilə 

nəticələnir.  Hüceyrə  membranın  keçiriciliyinin  dəyişməsi  bu 

prosesdə  iştirak  edən  ionlar  üçün  (ürəyin  aparıcı  sistemində) 

ektopik  oyanma  nahiyəsində  ürək  ritminin  pozğunluğunun  əmələ 

gəlməsinə səbəb ola bilər. Belə  funksional  dəyişikliklər 50%-dən 

çox yaşlı adamların EKQ-sında da dəyişiklərə səbəb olur. 

Damar  sistemi.  Arteriyaların  yaş  fərqləri  yaxşı  məlum  olsa 

da,  lakin  vena  və  limfa  damarlarında  nə  baş  verməsi  haqqında 

məlumatlar  nisbətən  azdır.  Yaşlı  arterianın  əsas  əlamətləri  - 

elastikliyinin tədricən aşağı düşməsidir. Elastiki liflər və saya əzələ 

daha  çox  dərəcədə  kollagenlə  əvəz  olunur.  Arteriya  damarlarının 

divarlarında  patologiya  hesab  edilən  arterioske-  rotik  dəyişiklər 

həm  genetik  amil,  həm  də  qidalanma  xarakteri  və  digər  həyat 

tərzləri xüsusiyyətləri ilə izah edilir. Bu dəyişikliklər yaşlı dövrün 

çoxlu  xəstəliklərinin  əsasıdır,  məsələn,  in-  sult,  tromboz  və 

emboliya.  Çox  vaxt  belə  hesab  edirlər  ki,  arteriya  divarının 

elastikliyinin  itməsi  yaşla  əlaqədar  statistik  qan  təzyiqinin 

artmasının səbəbi hesab edilir, bəziləri isə bu fikirlə razılaşmır. 



Tənəffüs  orqanları.  Hətta  sağlam,  papiros  çəkməyən  in-

sanlarda  tənəffüs  sistemi  yaşla  əlaqədar  olaraq  xarakter  dəyi-

şikliklərə məruz qalır. Alveolun ölçüsü bir neçə dəfə artır, onların 

arasında  olan  arakəsmələr  itir.  Ağçiyər  kapillyarları  və  elastiki 

liflərin sayı azalır. 

Bu  morfoloji  dəyişikliklər  məlum  dərəcədə  ağçiyərin 

funksiyasını məhdudlaşdırır. Ağçiyər parenximasınm elastikliyinin 

azalması  və  döş  qəfəsinin  nəfəsalma  və  nəfəsvermə  zamanı 

genişlənməsi və kiçilməsi, ağırlaşması ağçiyərlərin həyat 

442 

downloaded from KitabYurdu.org



tutumunun azalmasına səbəb olur. Belə ki, elastiki liflər vasitəsilə 

təmin  olunan  gərginlik,  ən  kiçik  bronxiolları  belə  genişlənməsi 

üçün  lazımdır,  həmin  liflərin  itirilməsi  hava  yollarının 

müqavimətinin  artması  ilə  müşayiət  olunur.  Tənəffüs  yollarının 

müqavimətinin  tədricən  artması  ağçiyərin  funksional  qalıq 

həcminin  artmasına  səbəb  olur.  Və  nəhayət,  tənəffüs  səthinin 

azalması hesabına ağçiyərlərin diffuziya qabiliyyəti azalır. 

Mədə-bağırsaq  traktı.  Orta  yaş  dövründən  başlayaraq 

kordinasiya  olunmuş  peristaltik  dalğaların  anormal  yığılmaları 

hesabına  yemək  borusunun  peristaltikasının  pozğunluğu  tezləşir, 

bu isə qidanı mədəyə doğru itələməyə kömək etmir. 60 yaşından 

sonra  mədənin  selikli  qişasının  tədricən  atrofıyası  son  nəticədə 

atrofıyalı qastritə səbəb ola bilər. Nazik bağırsağın kütləsi azalır və 

onun  selikli  qişasının  regenerasiyası  ləngiyir.  Nəticədə  bir  çox 

maddələrin reabsorbsiyası azalır. Yaşla əlaqədar yoğun bağırsağın 

səciyyəvi  cəhəti  selikli  qişanın  əzələ  lövhəsinin  (muscolaris 

mucosal)  hipertrofiyası  və  özünün  əzələ  qatının  (muscularis 

propria) atrofıyası aid edilir. Yaşlı adamlar çox hallarda zapordan 

əziyyət çəkir, lakin kobud bitki mənşəli liflərlə zəngin qidalar qəbul 

etmək və fiziki fəallıqla qarşısını almaq olar. Daha yaşlı dövrlərdə 

sfınqter əzələlərinin çatışmazlığı meyli artır. 



Qaraçiyər.  Qaraçiyər  insan  orqanizmində  ən  mühüm  və-

zilərdən biridir və yaşla əlaqədar olaraq dəqiq dəyişikliklərə məruz 

qalır. 40 yaşından sonra onun kütləsi və ondan axan qanın həcmi 

azalır.  Bir  çox  fermentlərin  fəallığı  nəzərə  çar-  pacaq  dərəcədə 

zəifləyir və onların induksiya prosesi pozulur. Bunun nəticəsində 

yaşlı  dövrdə  çoxlu  dərman  preparatlarının  qaraçiyərdə 

parçalanması  tədricən  gedir.  Ona  görə  də  farma-  kokinetiklər 

yaşlılara dərman məsləhət görəndə ehtiyatlı olmalıdırlar. 



Böyrək.  Qocalma  ilə  əlaqədar  olaraq  böyrəyin  struktur  və 

funksional  dəyişiklikləri  tədricən  nefronlarm  sayının  azalmasına 

əsaslanır.  70  yaşından  sonra  nefronlarm  ilk  sayı  ilə  müqayisədə 

70% qədər qalır. Lakin bu çatışmazlıq qalan nefronlarm ölçülərinin 

artması hesabına bərpa olunur. Amma 

443 

downloaded from KitabYurdu.org



böyrəyin  ümümi  kütləsi  azalır  və  müvafiq  olaraq  yumaqcıq 

filtrasiyasınm sürəti azalır. 



Dəri.  Dərinin  dəyişilməsi  qocalmanm  daha  nəzərə  çarpan 

göstəricisidir.  Məhz  burada  xarici  mühit  amillərinin  genetik 

strukturlara təsiri daha aydın özünü göstərir. Günəş təsirinə məruz 

qalan  nahiyədə  piqment  ləkələri  şəklində  mutagen  hüceyrələrin 

klonları  əmələ  gəlir  (dermatoqelioz).  Belə  oxşar  olmayan 

piqmentasiyaya  əlavə,  poliferativ  dəyişikliklər  -  qırı-  şıqlıq, 

büküşüklük,  qızartı,  dəridə  quruluğu  və  s.  müşahidə  edilir.  Tük 

piqmentini itirir (ağarır) və tökülür, kəpək əmələ gəlir və s. 



Reproduktiv orqanlar. Yaşlı dövrdə cinsi funksiya haqqında 

fikir,  məlumatlar  çox  müxtəlifdir.  Lakin  bioloji  imkanları  nəzərə 

alsaq, yaşlı dövrdə həm kişilərdə, həm də qadınlarda bu həvəs aşağı 

düşür. Yəqin ki, burada həlledici rolu fərdin həyat xüsusiyyəti və 

hormonal status oynayır. 

Kişilərdə.  Məlum  olmayan  səbəblərə  görə,  55-60  yaşından 

sonra  prostat  vəzinin  böyüməsi  (prostatın  adenoması)  müşahidə 

olunur.  Bu  paraureltral  vəzin  xoşxassəli  şişinin  nəticəsi  olub, 

prostatın özünün toxumasını xaricə sıxışdırır. Böyümüş vəzi sidik 

buraxıcı kanalı sıxır, bu isə sidik buraxmanı çətinləşdirir.  . 

Qadınların cinsi funksiyasında əsas dəyişiklik - klimaks- dır. 

Bu  yumurtaların  fəaliyyəti  dayananda,  yəni  50  yaşında  başlayır. 

Onun  birinci  əlaməti  -  zəif  və  nizamsız  aybaşıdır;  sonra 

yumurtalama və sarı cismin əmələ gəlməsi dayanır. Qanda estrogen 

və progesteronun qatılığı aşağı düşür. Lakin bir neçə il ərzində FSH 

və LH-ın qanda qatılığı artır. 



Menopauza - axırıncı aybaşının başladığı vaxt meno- pauza 

adlanır.  Klimaksla  əlaqədar  xoşagəlməz  hallar  qəflətən  tərləmə, 

huşun itməsi, depressiv əhval-ruhiyyə və s. müşahidə oluna bilər. 

444 

downloaded from KitabYurdu.org



XX FƏSİL 

ALİ SİNİR FƏALİYYƏTİ 

20.1.

 

Ali sinir fəaliyyəti haqqında anlayış 

İlk  dəfə  olaraq  İ.P.Pavlov  beyin  yarımkürələrinə  və  onun 

qabığına ali sinir fəaliyyəti orqanı kimi baxırdı. 

Ali  sinir  fəaliyyəti  dedikdə,  İ.P.Pavlov  beyin  qabığı  və 

qabıqaltı törəmələrin qarşılıqlı iş mexanizmlərini nəzərdə tuturdu. 

İ.P.Pavlov  ibtidai  sinir  fəaliyyətinə  instinkt  reaksiyalar  və 

davranış xassələri kimi baxırdı və bu fəaliyyətin beyin sütununun 

və  mərkəzi  sinir  sisteminin  səviyyəcə  daha  aşağıda  yerləşən 

şöbələrinin iştirakı ilə həyata keçirildiyini göstərmişdir. 

İnsanda  ali  sinir  fəaliyyəti  məhz  ona  xas  olan  şüurlu  fəa-

liyyətdə  və  əmək  fəaliyyəti  sayəsində  yaranan  ikinci  siqnal  sis-

teminin (nitq qabiliyyəti)  yaranmasında özünü göstərir. Beləliklə, 

İ.P.Pavlov ali sinir fəaliyyəti haqqında təlimin məzmununa şərtsiz 

və  şərti  reflekslər,  birinci  və  ikinci  siqnal  sistemləri,  qabığın  və 

digər  mürəkkəb  mərkəzi  törəmələrin  analiz-  sintez  xassələri 

haqqında yeni təsəvvürləri daxil etmişdir. 



Şərti  refleks.  (bu  anlayışı  elm  aləminə  rus  alimi  tvan  Pet- 

roviç  Pavlov  1901-ci  ildə  daxil  etdi)  Əvvəllər  orqanizmin  reak-

siyasına səbəb olmayan, sonra indeferent stimula uyğun orqanizmin 

reaksiyasına  səbəb  olan  qıcıqla  bir  yerdə  bir  neçə  dəfə  təkrar 

olunduqda, o özü də reaksiyaya səbəb olur. 

I.P.  Pavlov  klassik  təcrübəsi  ilə  əvvəlcə  ac  itə  ət  verməklə 

onda tüpürcək ifrazına səbəb olur. Sonra hər dəfə yeməkdən qabaq 

əvvəlcə zəngin səsini çalmış və ya lampanı yandırmışdır. Bundan 

bir neçə saniyə keçdikdən sonra yemək vermişdir və bu əməliyyatı 

ancaq zəng səsi (qidalanmadan əvvəl) tüpürcək ifarzına səbəb olana 

qədər  təkrar  etmşidir.  Bu  tərcübədə  ət  -  şərtsiz  qıcıq  (həmişə 

tüpürcək ifrazına səbəb olur), amma zəng səsi isə şərti qıcıq hesab 

edilir. 

Yəni şərti refleks yaranandan sonra, ancaq zəng səsi veri 



445 

downloaded from KitabYurdu.org



ləndən sonra vəzidən şirə ifraz olunur. 

Şərti refleksin yox olması. Əgər şərti refleks, şərtsiz qıcıqla 

möhkəmləndirilmədən  təkrar  olunarsa,  onda  şərti  refleks  nəhayət 

yox olur. Bu sönmə və ya daxili ləngimədir. 

Lakin şərti qıcıq şərtsiz qıcıqla vaxtaşırı təkrar olunursa onda 

yaranan şərti refleks uzun müddət mühafizə edilir. 

İnstrumental şərti reflekslər. Şərti refleksin sərbəst forması 

instrumental refleksdır. Bu reflekslər fəal və məqsədyönlü fəaliyyət 

əsasında formalaşır. Bura isə dirissirovka və ya ope- rant təlim alma 

("sınaq  və  təcrübi  xəta"  üsulu  ilə  təlim  almadır)  aid  edilir.  Əgər 

insan və heyvan müsbət qıcıq almaq üçün, yaxud mənfi stimuldan 

qaçmaq  üçün  şərti  (məsələn,  zəng  səsi)  cavab  olaraq 

manipulyatorun  düyməsini  basmağı  öyrənirsə,  bu  şərti  refleks 

instrumental refleks kimi təsnif olunur. İnsan üçün bu refleksi nitqin 

köməyi ilə yaratmaq olar. 

Şərti refleksin fizioloji əhəmiyyəti. Şərti refleks hər bir şəxsin 

fərdi həyatında qazanılır və toplanır. Uyğunlaşma xarakteri daşıyır 

və fərdin davranışı daha plastik olur. 

Beləliklə, şərti refleks - fərdi qazanılmış sistemli, uyğunlaşma 

reaksiyasıdır.  Sinir  sistemində  şərti  qıcıqlandırıcı  ilə  şərtsiz 

reflektor fəaliyyəti arasında müvəqqəti əlaqə formasıdır. 



20.2.

 

Anadangəlmə və ya şərtsiz reflektor fəaliyyəti 

İnstinkt.  Təkamül  nəticəsində  heyvanlar  mənsub  olduqları 

növü qoruyub saxlamaq üçün qidalanma, mübarizə və cinsi fəallıq 

kimi əsas bioloji funksiyaları qazanmışdır. İnstinkt ilk növbədə ən 

ümdə  bioloji  xassələri  qoruyub  davam  etdirməyə  imkan  verir  və 

onlar fizioloji mahiyyətinə görə anadangəlmə şərtsiz reflekslərdir. 

Bunların əsasını təşkil edən reflektor mexanizmlər eyni bir növün 

bütün fərdlərində tamamilə oxşar mexanizmlər şəklində meydana 

çıxır,  nəsildən-nəslə  keçərək  instinktiv  davranış  reaksiyalarını 

əmələ  gətirir.  Belə  ki,  yenicə  dünyaya  gələn  orqanizmdə  bu 

mexanizmlərin bir çoxu artıq fəaliyyətə hazır vəziyyətdə olur. 

Deməli, instinktiv fəaliyyətin səciyyəvi xüsusiyyətlərin 

446 

downloaded from KitabYurdu.org



dən  biri  onların  növə  mənsub  olan  bütün  fərdlərdə  eyni  şəkildə 

təzahür etməsindədir. Hər fərd üçün  eyni  dərəcədə  zəruri  bioloji, 

hüdudi avtomatizmə çatmış, təkrar aktlardır. 

Mövcud  şərait  dəyişən  kimi  instinktiv  davranış  məqsədə- 

uyğunluğunu itirir. Bu onu göstərir ki, instinktiv davranış formaları 

yalnız dəyişməz şəraitdə məqsədəuyğun olur. 

İnstinktin tədqiqi göstərir ki, ibtidai hiss üzvlərinə malik olan, 

yəni bağırsaq boşluqlu heyvanlara nisbətən inkişafca daha yüksək 

pillədə duran qurdlarda, həşəratlarda və digər onurğasızlarda aydın 

nəzərə çarpan instinktiv davranış formaları anadangəlmədir. 

İ.P.Pavlova  görə,  instinkt  mürəkkəb  şərtsiz  refleks  olub, 

yalnız  müəyyən  və  sadə  təsirlərə  yaxud  qıcıqlar  kompleksinə 

verilən  ardıcıl,  zəncirvarı  reaksiyalardır.  Onlar  ciddi  surətdə 

müvafiq  şəraitə  uyğunlaşdırılmış  olur.  Bir  çox  instinktlər  öz 

məhdudluğu,  standartlığı,  stereotipliyi  ilə  fərqlənir.  Məsələn, 

hörümçək  özünə  yaşayış  arealı  kimi  və  ov  məqsədilə  mürəkkəb 

quruluşlu  top  düzəldir.  Bir  o  qədər  də  həyat  təcrübəsi  olmayan 

hörümçək balası da heç təlim almadan, stereotip olaraq bu cür top 

qura bilir. Arı ailəsi yem ehtiyatı və nəsil qayğısına qalmaq üçün 

çox  böyük  ustalıqla  şanı  qurur  və  bunu  hər  dəfə  eyni  dəqiqliklə 

yerinə  yetirir.  Qrup  halında  yaşayan  arılar,  yaxud  qarışqalar 

arasında da elə ona bənzər ciddi müəyyənləşdirilmiş əmək bölgüsü 

və  tabelik  münasibətləri  mövcuddur.  Lakin  həşəratların 

məqsədəuyğun instinktiv davranışı, əslində məqsədi dərk etməkdən 

uzaqdır. 

Onurğalı  heyvanlarda  da  instinktlər  geniş  yayılmışdır.  Hər 

çoxalma  dövrü  ərəfəsində  nərə  balığı  dənizdən  çaya  miqrasiya 

edərək əlverişli yerdə kürü tökür və sonra öz məskəni olan dənizə 

qayıdır.  Quşlarda  və  məməlilərdə  qida  əldə  etmək,  yuva  və  ya 

sığınacaq  qurmaq,  nəsil  qayğısına  qalmaq,  öz  yaşayış  arealını  və 

özünü qorumaq uğrunda mübarizə instinktləri çox güclüdür. 

447 

downloaded from KitabYurdu.org



20.3. Şərtsiz refleks növləri 

Mühüm  bioloji  əhəmiyyətə  malik  olan  reflekslərin  ilk 

təsnifatını 1926-cı ildə I.P.Pavlov vermişdir. 

A.D.Slonim şərtsiz refleksləri 3 əsas qrupa bölmüşdür: 

I.

 

Maddələr  mübadiləsini  və  orqanizmin  daxili  mühitinin 



sabitliyini  mühafizə  edən  reflekslər  (qida  və  hemostatik  ref- 

lekslər); 

II.

 

Xarici  mühitin  təsirlərinə  və  onların  dəyişilmələrinə 



verilən  reflektor  reaksiyalar  (müdafiə,  mühit  və  ya  vəziyyət 

refleksləri); 

III.

 

Növün nəslini mühafizə edən reflekslər (cinsi, valideyn, 



ictimai davranış refleksləri və s.). 

Məməlilərdə inkişafın ilk mərhələlərində əvvəlcə birinci qrup 

şərtsiz reflekslər, onların ardınca ikinci və üçüncü qrup reflekslər 

meydana çıxır. Mühitin mürəkkəbləşməsi, hiss üzvlərinin inkişafı 

funksiyalarının 

müxtəlifləşməsi 

onların 

formalaşmasını 

sürətləndirir.  Hər  üç  qrup  reflekslər  sonralar  orqanizmin 

fəaliyyətində mühüm rol oynayır. 

Səciyyəvi  xüsusiyyətlərinə  görə  şərtsiz  refleksləri  6  qrupa 

bölmək olar: 

1)

 

Qida  refleksləri.  Bunlar  qidalanmanı  təmin  edən  ref- 



lekslərdir.  Buraya  əmmə,  qidanı  tutma,  çeynəmə,  ağız  şirəsi  ilə 

islatma, udma, mədə və pankreas şirələrinin ifrazı və s. reflekslər 

daxildir. 

2)

 



Müdafiə  refleksləri.  Bunların  formaları  olduqca  çoxdur. 

Nəfəs yoluna toz və zərərli qazlar düşdükdə əmələ gələn asqırma 

və öskürmə refleksləri, həzmdə yaranan pozğunluq zamanı öyümə, 

qusma  refleksləri,  gözə  kəskin  işıq  düşdükdə  gözün  və  bəbəyin 

daralması refleksləri, düşmənlə mübarizə refleksləri və i.a. 

3)

 



Cinsi reflekslər. Bunlar cinsi aktların icrası, nəsilver- mə, 

nəsil qayğısına qalma ilə bağlı olan reflekslər dir. 

4)

 

Xəbərdarlıq refleksləri. Buraya xarici mühitdə baş verən 



müxtəlif  dəyişmələrdən,  eləcə  də  orqanizmin  məkandakı 

vəziyyətindən xəbərdarlığı təmin edən reflekslər aiddir. Qəfil- 



448 

downloaded from KitabYurdu.org



dən  göz  qabağından  keçən  cisim  və  ya  hadisəyə  doğru  başm  və 

gözün hərəkəti, qeyri-adi səsə qulaqların şəklənməsi və s. bu kimi 

reflekslərə aiddir. 

5)

 



Statogenetik  və  lokomotor  reflekslər.  Bədənin  məkanda 

vəziyyəti və hərəkəti ilə əlaqədar olan reflekslər dir. 

6)

 

Daxili  reflekslər.  Daxili  orqanların  tənzimi  ilə  əlaqədar 



olan  reflekslərdir.  Qusma,  defekasiya,  qan  təzyiqinin  reflektor 

tənzimi belə reflekslərdəndir. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin