Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


İŞİN YERİNƏ YETİRİLMƏSİ ŞƏRAİTİNDƏ



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə38/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

İŞİN YERİNƏ YETİRİLMƏSİ ŞƏRAİTİNDƏ 

ƏKS OLUNMA VƏ TƏNZİM OLUNMA 

İdmanda hər bir adamın öz fiziki imkanları  və ehtiyatlarını 

uyğun  olaraq  yük  tənzimetmə  qabiliyyəti  xüsusilə  aydın  şəkildə 

büruzə  verilir;  məqsədə  nail  olmayana  qədər  adətən  tükənmə  baş 

vermir.  Eyni  hal  həm  mövsümi  iş  (məsələn,  məhsul  yığımı)  və 

günün  müəyyən  vaxtında  təsadüf  edilən  digər  yüklər  üçün 

xarakterikdir. 

Fəaliyyətin  bir  çox  növləri  ağır  və  yüngül  işin  növbə-ləş- 

məsi ilə bağlıdır, həm də bu əvəzolunmanı günün saatları arasında 

elə bölüşdürmək olar ki, tükənmə baş verməz. Buna uyğun olaraq 

normal  şəraitdə  insanlar  öz  işgörmə  qabiliyyətinin  ehtiyatlarını 

optimal  istifadə  etməklə  vaxtından  qabaq  yorulma  və  üzülmədən 

kənar  qaça  bilərlər.  Belə  vəziyyətdə  müşahidə  edilməsi  insanın 

fiziki  işi  zamanı  və  kəmiyyətinə  görə  bölüşdürülməsinə  nəzarət 

edən mexanizmin olması ilə əlaqədar hipotezm meydana çıxmasına 

səbəb  oldu.  Əgər  belə  tənzimləyici  mexanizm  həqiqətən  də 

mövcuddursa, o zaman üzülmə və həddindən artıq yüklənmə onun 

dekompensasiya əlamətləri 



400 

downloaded from KitabYurdu.org



kimi  xidmət  edir;  onlar  bərpaedilmə  dövründə  məcburi  keçidin 

hesabına  işgörmə  qabiliyyətinin  itkisinin  qarşısım  alan  “qəza 

əyləci” ekvivalenti kimi çıxış edirlər. Bu mənşəli dekompensa- siya 

gərginlik  və  bərpaedilmə  arasında  tarazlığın  xarici  təsirlərin  - 

məsələn,  yığma  xətlərində  bəzi  işlər,  xüsusi  motivasiya 

(hədiyyələrin  oynanılması)  və  ya  əks  əlaqə  siqnallarının  po-

zulmasının təsiri altında pozulan zaman baş verir. 

17.14.

 

İşgörmə qabiliyyətinin dəyişilməsi. 

Sirkad ritmi 

Fiziki və zehni işgörmə qabiliyyətini müəyyən edən bir çox 

amillər  gün  ərzində  sistematik  olaraq  dəyişir.  Adi  şəraitdə  bu 

ritmlər  adətən  xarici  təsirlərlə  “ört-basdır”  edilir,  buna  görə  də 

ritmlərin  aşkar  edilməsi  ilə  aparılan  əksər  eksperimentlərdə 

müayinədən keçirilən şəxsi tamamilə ətraf mühitdən izolə edirlər. 

Belə  təcrübələr  göstərmişlər  ki,  müxtəlif  xarakterli  xarici 

“cəlbedici” (ritm verən) amillərin vasitəsilə daxili “sirkad” ritmi 24 

saatlıq - sutkalıq tsikillə sinxronlaşdırılıb. 

İş şəraitində və ya laborator testlərdə işgörmə qabiliyyətinin 

dəyişilməsinin sutka ərzində sistematik tədqiq edilməsi nəinki bir 

adamdan digərinə doğru, eləcə də yaranan tələbatlardan asılı olaraq 

kifayət  qədər  olan  variasiyaları  aşkar  etməyə  imkan  verir.  Əksər 

hallarda isə hazırlıq sutkanın vaxtı arasında əlaqəni nümayiş etdirən 

əyri  özündə  qaz  sayğaclarının  göstəricilərinin  müəyyən  edilməsi 

şəraitində  səhvlərin  tez-  tez  təkrarlanmasının  qiymətləndirilməsi 

üzrə  19  il  ərzində  müxtəlif  şəxslərlə  aparılan  təcrübələrdə  alınan 

orta nəticələri əks etdirir. Əksər qrup insanlar üçün sutka ərzində 

alınmış qiymətin orta səviyyəli ritminin bu əyrisini bütün insanlara 

və əmək fəaliyyətinin bütün nömrələrinə şamil etmək olmaz (şəkil 

4). 

401 

downloaded from KitabYurdu.org



 

Şəkil 4. 

Sutka ərzində "işə fizioloji hazırlığın" dəyişməsi. Koordinat oxu boynca 

orta sutkalıq qiymətdən (%) kənara çıxmalar. 

17.15. Növbəli iş 

Növbəli işin ən geniş yayılmış forması üçnövbəli sistemdir. 

Sutkanı  adətən  saat 

8

,  16  və  24-də  başlayan  üç  səkkiz  saatlıq  iş 



növbəsinə  bölürlər.  Müxtəlif  növbələrdə  işləyən  şəxslərdə  ritm 

verən xarici  siqnalların  desinxronizasiyası  baş verir. Qeyd etmək 

lazımdır  ki,  Yerin  fırlanmasından  asılı  olan  təbii  siqnallar  isə 

növbədən  asılı  olaraq  dəyişir.  Uyğunlaşmaq  ilə  əlaqədar  olan 

çətinliklər növbənin dəyişilməsinin ilk günlərində xüsusilə nəzərə 

çarpır.  Göstərilmişdir  ki,  insanlar  öz  bioloji  ritmlərinin 

səviyyəsində növbəli işə heç bir zaman uyğunlaşmırlar. Bu zaman 

müxtəlif  növbələrdə  işləyənlərin  daha  ciddi  problemləri  qeyri-

adekvat  (həm  keyfiyyət,  həm  də  kəmiyyətcə)  yuxu,  qənaətbəxş 

olmayan qidalanma (tərkib və qidalanma vaxtına görə), həmçinin 

ailəvi  istirahətlə  bağlı  fəaliyyətdən  ayrılma  nəticəsində  yaranır.

 



İnsanlar  daimi  gecə  və  ya  növbəli  işə  uyğunlaşma  qabiliy-

yətinə  görə  fərqlənirlər.  Bir  çoxları  daimi  gecə  işində  (məsələn, 

restoranlarda,  redaksiyalarda,  xəstəxanalarda)  heç  bir  çətinlik 

olmadan  dözür,  digərləri  üçün  isə  bu  iş  çox  ağır  gəlir.  Konkret 

olaraq bu insan qabiliyyətinə, şəxsə həyatının xüsusiyyətlərinə və 

işin xarakterinə görə növbəli işə yarayıb-yaramaması çox 



402 

downloaded from KitabYurdu.org



vaxt işə başladıqdan bir neçə ay sonra aydın olur. Qeyri- yararlılıq 

özünü  məsələn,  funksional  pozğunluqlarda  göstərə  bilər. 

Fəaliyyətin  bu  növünə  yararlı  olmayan  şəxs  təcili  olaraq  növbəli 

sistemi tələb etməyən işə keçməlidir. 

Müxtəlif mövcud sistemlərdən göründüyü kimi ideal növbəli 

rejim mövcud deyil. Səbəb kifayət qədər dəyişkən olan amillərin - 

həm  işçinin  nöqteyi-nəzəri,  həm  də  işin  qoyduğu  tələblərin 

təsirindəndir.  Əmək  prosesinin  mükəmməlləşməsinə  yönəlmiş 

təkliflər  mövcud  sistemin  mürəkkəbliyini  və  əlavə  şərtlər  lazımi 

dərəcədə nəzərə almırsa, onlar nadir hallarda müvəffəqiyyəti təmin 

edirlər. 

Çox  zaman  növbəli  iş,  məsələn,  sənayedə,  həmçinin  digər 

professional dairələrdə (xəstəxanalar) qaçılmazdır. Bu halda əmək 

və  istirahət  elə  şəkildə  planlaşdırılmalıdır  ki,  növbə  və  gecə 

işçilərinin qüvvələrinin bərpa edilməsində olan tələbatla ödənilsin. 

17.16.

 

İşgörmə  qabiliyyətinin  mühafizə  edilməsi  (saxlanması) 

və 

artırılması 

işgörmə qabiliyyətinin mühafizə edilməsi. Bu baxımdan bəzi 

amillərin təsirini və onların arasında işçi yükün düzgün seçilməsi və 

fasilələrin  bölüşdürülməsi,  optimal qidalanma, həmçinin  yuxunun 

kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən tamlığını nəzərə almaq 

lazımdır.  Düzgün  olmayan  dieta  yə  pozulmuş  yuxu  çox  vaxt 

sənayesi inkişaf etmiş dövlətlərin sakinlərinin işgörmə qabiliyyətinə 

və  ümumi  əhval-ruhiyyəsinə  təsir  göstərir.  Buna  görə  də  vəzifəsi 

işçi  və  idmançıların  sağlamlığına  nəzarət  etmək  olan  təbiblər 

onların  işgörmə  qabiliyyətinin  yüksək  səviyyədə  saxlanılmasına 

çox qiymətli nailiyyətlər gətirə bilər. 

İnsanın  öz  boş  vaxtını  və  məzuniyyətini  necə  keçirməsi  də 

həmçinin  işgörmə  qabiliyyətinə  təsir  göstərir.  Əksər  qruplarda  iş 

həftəsi  qısaldığından  və  digər  məşğuliyyətlər  üçün  çox  vaxt 

qaldığından bu amil getdikcə daha vacib olacaqdır. 



İşgörmə qabiliyyətinin artırılması. İşgörmə qabiliyyətinin 

403 

downloaded from KitabYurdu.org



əsl  artımına  yalnız  məşq  etməklə  nail  olmaq  olar;  digər  tədbirlər 

vegetativ sinir sistemi ilə mühafizə olunan ehtiyatların səfərbərliyə 

alınmasının  hesabına  yalnız  zahiri  yüksəlməyə  səbəb  olurlar.  Bu 

mühafizə  xüsusi  motivasiya  şəraitində,  ekstremal  vəziyyətlərdə  və 

ya formokoloji preparatların təsiri altında dəf edilə (aradan qaldırıla) 

bilinər. 



Dopinqin  qəbul  edilməsi.  Bu  termin  formokoloji  prepa-

ratların köməyilə işgörmə qabiliyyətinin artırılması cəhdi mənasını 

verir.  Belə  hesab  edirlər  ki,  bəzi  maddələr  vegetativ  sinir  sistemi 

tərəfindən  mühafizə  olunan  ehtiyatları  səfərbərliyə  almağa 

qabildirlər;  bura  adrenalinin  effektini  imitasiya  edən  (yəni,  süni 

həyəcan reaksiyası  yaradan) və  ya əlaqə mexanizmi üzrə nəzarəti, 

buna uyğun olaraq informasiyanın ötürülməsini aşağı salan və yaxud 

informasiyanın  işlənməsini  pozan  (psixo-  aktiv  preparatlar) 

preparatlar aid edilir. Beləliklə,  dopinqin qəbul edilməsi sağlamlıq 

üçün  kifayət  qədər  təhlükə  ilə  bağlıdır.  Stimulyatorlar  ağır 

funksional pozğunluqlara səbəb olurlar. Sağlamlığın tez-tez sıradan 

çıxmasının,  hətta  ölümə  gətirib  çıxaran  kollapsin  səbəbkarı  kimi 

xidmət edirlər. 

Bundan  əlavə  yüksək  dərəcəli  idmanda  arzuolunan  və  ona 

yaxın nəticələrin alınmasında bu stimulyatorların tətbiq edilməsi ilə 

bağlı kifayət qədər fikir ayrılığı mövcuddur. 

Anabrliklər dopinqin bir variantıdır; bu maddələr əzələlərdə 

zülalın  əmələ  gəlməsini  artıran  və  sürətləndirərək  kişi  cinsiyyət 

hormonlarının  anabolitik  effektini  təkrarlayırlar.  Sağlamlıq  üçün 

təhlükə  onların  hormonal  tarazlığa  əlavə  (əks)  təsiri  və  həddindən 

artıq  yüklənməyə  görə  vətər,  bağ  və  oynaqların  zədələnmələrinin 

mümkünlüyü ilə bağlıdır. 



17.17.

 

Məşqetmə (təlim) 

Təlim (məşq) zamanı uyğunlaşma prosesləri. 

Tərif:  Təlim  termini  burada  onun  sistematik  məşğələ  (ça-

lışma)  forması  olmasından  və  ya  gündəlik  həyatda  öz-özünə  baş 

verməsindən  asılı  olmayaraq  insanın  dəfələrlə  müəyyən  fiziki  və 

zehni işi yerinə yetirilməsi mənasında işlədilir. Təlim 



404 

downloaded from KitabYurdu.org



orqanizmdə  işgörmə  qabiliyyətinin  mühafizə  edilməsi  və  artı-

rılmasına şərait yaradan uyğunlaşma proseslərinin fəallaşma- sma 

gətirib  çıxarır.  Bu  isə  fərdi  təcrübə  toplamağa  səbəb  olur.  Fərdi 

təcrübə toplamağa təlim deyilir. 

Məşq prosesini təqdim olunan şəkildəki sxemin köməkliyilə 

təsvir  etmək  olar;  məşqin  müəyyən  həcmi  yük  tərəfindən  verilir, 

məşq  işin  bir  forması  hesab  olunur,  təlim  görmüş  (təcrübəlilik) 

vəziyyəti isə bir sıra fizioloji sistemlərin uzunmüddətli uyğunlaş-

masında əks olunur. Halbuki, təlim görmüşlülük vəziyyəti işgörmə 

qabiliyyətinə ekvivalent deyil. Bəzi şəxslər daha intensiv təlimdən 

sonra  təlim  görmüşlülüyün  ən  yüksək  səviyyəsində  olmaqla  orta 

səviyyədən intensivlik və ağırlığına görə cüzi artıq olan işi yerinə 

yetirməyə qadir olurlar, baxmayaraq ki, çox az təlim görmüş digər 

şəxslər bundan daha yorucu işi yerinə yetirməyə qabildirlər. Bunun 

səbəbi  sözsüz  ki,  işgörmə  qabiliyyətinin,  həmçinin  istedadla  da 

müəyyən  olunmasmdadır.  Bu  termin  özündə  təlimdən  asılı 

olmayaraq  işgörmə  qabiliyyətinə  təsir  göstərən  bütün  amilləri 

özündə  birləşdirir.  Belə  xassə  ya  anadangəlmə  olub,  ya  da  erkən 

uşaqlıqda  qazanılmış  və  möhkəmlənmiş  olur.  Beləliklə,  işgörmə 

qabiliyyəti  istənilən  vaxt  həm  təlimdən,  həm  də  istedaddan  asılı 

olur. 

Müəyyən  məqsədə  yönəlmiş  təlim.  Əsas  prinsip  ondan 

ibarətdir  ki,  işgörmə  qabiliyyətinin  yüksəldilməsi  ilə  müşayiət 

olunan  hərəkətlərin  konkret  ardıcıllığını  məşq  etmək  lazımdır. 

Yalnız belə məqsədyönlü təlim bu və ya digər xüsusi iş üçün vacib 

olan  bütün  komponentlərin  optimal  uyğunlaşmasını  təmin  edir. 

Cərrahiyyə 

əməliyyatının 

yerinə 


yetirilməsi 

bacarığını 

təkmilləşdirmək  üçün  əməliyyat  aparmaq,  avarçəkmə  şəraitində 

işgörmə  qabiliyyətinin  yüksəldilməsi  üçün  daha  çox  avarlamaq 

lazımdır. Təlimin digər formaları yalnız əlavə kimi əhəmiyyətlidir. 

17.18.

 

Hərəkət azlığı. Müalicəvi bədən tərbiyəsi 

Hərəkətin azlığı (hipodinamiya) epidomoloji baxımdan vacib 

risk (təhlükə) amili hesab olunur. Siqaret çəkmə, yüksək 

405 

downloaded from KitabYurdu.org



təzyiq, piylənmə, şəkərli diabet və pozulmuş yağ mübadiləsi kimi 

əsas hesab olunan və özlüyündə həyatın orta statistik davametmə 

müddətinin kifayət qədər aşağı düşməsi ilə korrelyasiya təşkil edən 

amillərdən fərqli olaraq, hərəkət azlığı ilə şərtlənən risk (təhlükə) 

mübadiləsi predmeti olaraq qalır. Çox güman ki, istənilən risk amili 

- məsələn, hiperteneziya və meta- bolitik pozğunluqlardan əziyyət 

çəkən xəstələrdə müşahidə edilən tipik ağırlaşmalar şəraitində fiziki 

aktivlik bəzi profilaktik əhəmiyyətə malik olur. 



Müalicəvi bədən tərbiyəsi. Ürək-damar sisteminin xəstəlik-

lərindən  əziyyət  çəkən  insanlarda  dözümlülüyün  artırılması  üçün 

edilən  məşq  və  hərəkət  aparatının  xəstəlikləri  zamanı  yerinə  ye-

tirilən gimnastik çalışmalar profilaktik əhəmiyyətdən başqa həm də 

müalicəvi  dəyərə  də  malik  ola  bilər.  Lakin  müalicə  məqsədilə 

xəstələrdə  fiziki  çalışmalar  yalnız  həkim  məsləhəti  ilə  və  ciddi 

həkim  nəzarəti  altında  istifadə  edilməlidir.  Arzu  olunan  və 

profilaktik  effektləri  idman  məşğələləri  zamanı  alman  travma 

(zədə)  təhlükələri  ilə  üst-üstə  qoymaq  lazımdır,  onu  da  nəzərə 

almaq lazımdır ki, bir çox insanlar (heç də hamı deyil) belə hesab 

edirlər  ki,  fiziki  aktivlik  onların  ümumi  əhval-ruhiyyəsinin 

yaxşılaşmasına köməklik göstərir. 



17.19.

 

İşgörmə qabiliyyəti və yararlılığm (faydalılığın) 

müəyyən edilməsi üçün testlər 

Əməyin  və  idmanın  fiziologiyası  sayəsində  aparılan  təd-

qiqatlar  zamanı  testlərin  (sınaqlar)  həyata  keçirilməsi  şəxsiyyətin 

və ya davranışın bəzi xüsusiyyətlərinin müəyyən edilməsinin üsulu 

kimi  xidmət  edir.  Bəzi  testlər  digərlərinə  nisbətən  daha  məlumat 

vericidir,  onu  da  qeyd  etmək  lazımdır  ki,  testin  yararlılığını 

(dəyərliliyini) qiymətləndirmək üçün müxtəlif kri- terilər vardır. Bu 

kriterilərdən  ən  əsasları  -  obyektivlik,  etibarlılıq,  mötəbərlikdir 

(düzgünlük);  ikinci  dərəcəli  kreterilərə  standartlaşdırmanm 

dərəcəsi, müqayisə oluna bilmə və əlverişliliyidir (faydalılığı). 



406 

downloaded from KitabYurdu.org



TESTLƏRİN DƏYƏRLİLİYİNİN ƏSAS KRİTERİLƏRİ 

Obyektivlik.  Obyektiv  test  üçün  onun  nəticələrinin  təd-qi- 

qatçıdan  asılı  olmaması  xarakterikdir.  Siqnalların  bir  çox  me-

todikaları tam obyektivlik üçün nəzərdə tutulmayıb, buna görə də 

onların tamamilə kompüterin bazası əsasında həyata keçirilməsi və 

analizi mümkün deyil. 

Etibarlılıq.  Bu  kriterinin  köməyilə  bu  və  ya  digər  insanın 

xarakteristikaları və  ya onun davranışının  xüsusiyyətlərinin hansı 

dəqiqliklə müəyyən edilməsi qiymətləndirilir. Etibarlılıq bir neçə 

baxışa  (nöqteyi-nəzərə)  malik  olub  testin  mahiyyəti  və 

tədqiqatçının işi kimi amillərdən asılıdır. 

Mötəbərlilik (düzgünlük). Testin mötəbərliliyi fərdin və ya 

onun  davranışının  konkret  xassələrini  qiymətləndirməyə  imkan 

verən  reallığın  dərəcəsidir.  Mötəbərlilik  də  həmçinin  bir  neçə 

baxışa malikdir. 

Məsələn,  işgörmə  qabiliyyətinin  müəyyən  edilməsi  üçün 

tətbiq  olunan  testin  həqiqətən  də  işgörmə  qabiliyyətini  ölçməyə 

imkan  verməsində,  kliniki  sınaqların  isə  xəstəliyin  konkret 

əlamətlərini  müəyyən  etməsində  əmin  olmaq  vacibdir.  Bunu 

mötəbərliliyi  sübut  edilmiş  digər  sərbəst  üsullarla  (xarici  kriteri) 

alınmış  nəticələri  müqayisə  etməklə  yerinə  yetirmək  olar.  Yeni 

metodikaların  işlənib-hazırlanması  zamanı  adətən  onların 

mötəbərliliyi  ən  çətin  problem  hesab  olunur.  Testin  həqiqətə 

uyğunluğunu  nümayiş  etdirmək  kifayət  deyil,  belə  ki,  həqiqətə 

uyğun  gəlmə  verilən  testlər  dəfələrlə  yalnız  nəticələrin  mənbəyi 

kimi  çıxış  etmiş  və  sonunda  onlar  qeyri-qənaətbəxş  hesab 

olunmuşlar. 

Misal  kimi  ağciyərlərin  həyat  tutumunun  təyin  edilməsini 

nəzərdən keçirək ki, onun spirometrik ölçülməsi müavinə olunanın 

testi  aparanla  əməkdaşlıq  etməsi  şəraitinə  obyektiv  təkrarlanan 

nəticələr  verir.  Bir  çox  idmançılar  dözümlülüyə  təlim 

keçdiklərindən çox böyük ağciyərlərin həyat tutumuna malikdirlər, 

buna görə də aşağıdakı prinsip həqiqətə uyğun hesab edilə bilinər: 

“Ağciyərlərin  həyat  tutumunun  ölçülməsi  dözümlülük  tələb  edən 

fəaliyyətə nisbətdə insanın işgörmə qabiliyyə 



407 

downloaded from KitabYurdu.org



tini  müəyyən  etməyə  imkan  verir”!  Lakin  opera  müğənniləri  və 

nəfəs  alətlərində  çalan  musiqiçilər  də  normadan  yuxarı  olan 

ağciyərlərin  həyat  tutumuna  malikdirlər,  baxmayaraq  ki,  onlar 

idman  fiziologiyasının  nöqteyi-nəzərindən  qeyri-adi  dərəcədə 

yüksək  dözümlülüyə  sahib  deyillər.  Ağciyərlərin  həyat  tutumunu 

müvafiq  tənəffüs  çalışmalarından  istifadə  etməklə  artırmaq  olar, 

lakin  bu  çox  çətin  ki,  dözümlülüklə  təyin  edilən  təcrübələrdə 

işgörmə  qabiliyyətinin  göstəricilərini  yaxşılaşdırsın.  Əgər 

ağciyərlərin həyat tutumunu xarici kriterilərə - “5000 m məsafəyə 

qaçmaq  üçün  vacib  olan  zaman”  (dözümlülük  tələb  edən  tipik 

idman növü) əsasən qiymətləndirsək, o halda nə opera müğənnisi, 

nə də trombon çalan bu yükün öhdəsindən məharətlə gələ bilməz. 

Ağciyərlərin  həyat  tutumunun  təyin  edilməsində  testin  daha  da 

problemli xüsusiyyəti aşağıdakından ibarətdir: Ağciyərlərin həyat 

tutumunun qiyməti bir tənəffüs hərəkətindən xaric edilən havanın 

maksimal  həcminin  göstəricisi  kimi  çıxış  edir,  o  konkret  insanda 

tənəffüsün  mexa-  nikasından  asılıdır.  Beləliklə,  bu  dözümlülük 

tələb  edilən  fəaliyyət  növlərində  işgörmə  qabiliyyətinin  müəyyən 

edilməsi  üçün  deyil,  tənəffüsün  mexanikasmı  aşkar  etmək  üçün 

aparılan testdir. 

Əgər  testin  etibarlılıq  və  mötəbərliliyi  yüksəkdirsə  onun 

köməyilə  konkret  əlamətin  inkişaf  dərəcəsinə  görə  təcrübədən 

keçirilənləri  bir-birindən  fərqləndirmək,  daha  doğrusu  məsələnin 

düzgün mənfi və müsbət həllini tapmaq çox asandır. Lakin heç bir 

zaman  məsələnin  həlli  100%  düzgün  olmur.  Məsələnin  həllinin 

düzgünlüyünün  kriteriləri  kimi  testin  spesifikliyi  və  həssaslığı 

xidmət  edir.  Spesifiklik  hansı  testin  məsələnin  düzgün  mənfi 

həllinin  qəbul  edilməsinin  təmin  etməsinin  dərəcəsini  göstərir 

(düzgün  mənfi  həllinin  sayının  bu  əlamətin  olmadığı  şəxslərin 

ümumi  sayma  olan  nisbəti  hesablanır).  Həsasslıq  testlərin  hansı 

dərəcədə  məsələlərin  düzgün  həllini  təmin  etməsini  göstərir 

(düzgün müsbət həllin sayının bu əlamətləri olan şəxslərin ümumi 

sayma olan nisbəti hesablanır). 

408 

downloaded from KitabYurdu.org



XVIII FƏSİL 

18.1.

 

Ekoloji fiziologiya 

İnsanlara  təsir  göstərən  ekoloji  amillər  çoxsaylı  və  müx-

təlifdir.  Onların  təsiri  nəticəsində  dəqiqə  və  ya  saatlar  ərzində 

sürətli  uyğunlaşma  reaksiyalarını,  yaxud  günlər  və  həftələrlə 

uzanan  uzunmüddətli  adaptasiyanı  təmin  edən  tənzimləyici 

mexanizmlər aktivləşir. Bu dəyişikliklərin hesabına insanlar böyük 

yüksəkliklərdə  və  su  altında  -  qütb  rayonlarından  ekvatora  qədər 

ərazilərdə yaşaya və işləyə bilir. 

Öz təbiətinə görə fiziki və ya kimyəvi ola bilən xarici mühit 

amillərinin  təsiri  yük  -  gərginlik  sxeminə  ekoloji  yük  kimi  daxil 

edilir. Yükün rəngarəngliyinə uyğun olaraq orqanizm ona müxtəlif 

yollarla  reaksiya  verir.  Bu  cür  reaksiyalarla  məşğul  olan  elmi 

fənlərin  sırasına  toksikalogiya,  travmatologiya,  allerqologiya  və 

fiziologiya  daxildir.  Fiziki  amillərin  təsiri  əsasən  fıziloji 

tənzimləyici mexanizmlərin reaksiyasına səbəb ola bilər, lakin həm 

də  xəstəlik  və  pozğunluqların  səbəbkarı  kimi  xidmət  edə  bilər. 

Növbəti bölmələrdə biz bir sıra əsas fiziki ekoloji yüklər, əmək və 

istirahət  prosesində  onların  insan  üçün  əhəmiyyətini  və  fizioloji, 

bəzi hallarda isə patoloji təsirlərini nəzərdən keçirəcəyik. 

18.2.

 

Yüksəklik. Aşağı təzyiq 

Böyük yüksəkliklərdə üç əsas amil insanlar üçün yük yaradır: 

1

) oksigenin  aşağı  parsial  təzyiqi, 



2

)  yüksək  günəş radiasiyası,  3) 

soyuq. Onların arasında ən vacibi yüksəkliyin artması ilə oksigenin 

parsial təzyiqinin tədricən aşağı düşməsidir. 



OKSİGEN ÇATIŞMAZLIĞI 

Kəskin və xroniki hipoksiya. Böyük yüksəklik şəraitində belə 

oksigenin  qatılığı  dəyişməz  qaldığı  halda,  yüksəklik  artdıqca 

atmosfer  təzyiqi  aşağı  düşür.  Oksigenin  parsial  təzyiqi  atmosfer 

təzyiqinin azalmasına proporsional olaraq aşağı dü- 



409 

downloaded from KitabYurdu.org



şür; məsələn, o dəniz səviyyəsindən 5500 m yüksəklikdə yarıbayarı 

azalır (cədvəl 

1

). 


Cədvəl 1 

Yüksəklik, 

m

 

Havanın

 

təzyiqi

 

Udulan havanın 



parsial təzyiqi, 

mm.c.süt.

 

Alveollardakı havanın 



parsial təzyiqi

 

Ch-in ekvivalent 



fraksiyası

 

0

 

760

 

149

 

105

 

0,2095

 

2000

 

596

 

115

 

76

 

0,164

 

3000

 

526

 

100

 

61

 

0,145

 

4000

 

462

 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin