377
downloaded from KitabYurdu.org
Bu mexanizm bədənin bütün sahələrində dərinin qan damarlarını
tam genişləndirərək dəriyə gətirilən istiliyin miqdarını 8 dəfə
yüksəldir. Arxa hipotalamusun simpatik aktivliyinin ləngiməsi
zamanı tər ifrazı buxarlanma hesabına baş verir.
Tər ifrazı buxarlanma hesabına istilik verməni artırır.
Bədən temperaturunun 1°C yüksəlməsi tər ifrazına səbəb olur, bu,
istilik əmələ gəlmənin səviyyəsini 10 dəfə aşağı salmaq üçün
kifayət edər.
Kimyəvi termogenez və titrəmə hesabına istiliyin əmələ
gəlməsi tormuzlanır.
Badən temperaturunu artıran mexanizm (şəkil ll.B). Də-
rinin əsas sahələrində damarların daralması bədən temperaturunu
artırır. Arxa hipotalamusun simpatik mərkəzindən fəallığı
sayəsində damarların daralması baş verir.
A
B
Şəkil 11. Temperaturun yüksəlməsi
və aşağı salınmasının effektor mexanizmləri.
Piloereksiya - bədənin tükünün düzlənməsi reaksiyası. Bu
reaksiya insanlarda heyvanlar qədər əhəmiyyətli deyil (hava
izolyatoru).
Simpatik sinir oyanması və trioksinin ifrazının artması və
əzələ titrəməsinin vasitəsilə istilik hasilatı əhəmiyyətli miqdarda
artır. Əzələ titrəməsi temperatur hasilatını 4-5 dəfə artıra bilər.
Titrəmənin hərəki mərkəzi arxa hipotalamusun dor- zamedial
hissəsində yerləşir. O xarici mühitin temperaturu yüksələndə
tormozlanır və əksinə onun azalması zamanı oya
378
downloaded from KitabYurdu.org
nır. Titrəmə mərkəzindən gələn siqnallar əzələ tonusunun yük-
səlməsinə səbəb olur. Yüksək əzələ tonusu iyvarı əzələ ritmik
reflekslərin yaranmasına səbəb olur ki, bu da titrəməyə səbəb olur.
Bədən temperaturunun sinir-humoral tənzimi. MSS-nin
müxtəlif şöbələrini qıcıqlandırmaq, zədələmək və ya çıxartmaq,
mikroelektrodlar qoyub sükunət və fəaliyyət potensialını qeyd
etməklə baş-beyin yarımkürələri zolaqlı cism, görmə qabarları,
hipotalamusun və s. bədən temperaturunun tənzimində rolu
müəyyən edilmişdir (şəkil 12).
Şəkil 12.
Temperatur tənziminin sinir mexanizmini nümayiş etdirən sxem. H -
hipotalamus; C - onurğa beynin boyun şöbəsi; TH - onurğa beynin döş şöbəsi;
I
və
II
-
beynin sütununun kəsilməsi;
III
- onurğa beynin kəsilməsi.
İlk dəfə Rise dovşanda zolaqlı cismi nazik uzun iynə ilə
(Rişe iynəsi dağıtdıqda temperaturun (2,5-3°-yə qədər) artdığını,
S.V.Renson isə temperaturu tənzim edən mərkəzin əsasən
hipotalamusda olduğunu apardığı təcrübələrlə isbat etmişdir.
Bu mərkəz hipotalamusda on şırımla (comissura ante-
379
downloaded from KitabYurdu.org
rior) görmə çarpazı (chiazma opticun) arasında olduğu müəyyən
edilib. Daxili sekresiya vəzilərindən böyrəküstü vəzin beyin
maddəsinin hormonu adrenalin, qalxanabənzər vəzin hormonu
trioksin humoral yolla bədən temperaturunun tənzimində iştirak
edirlər.
Böyrəküstü vəzidən ifraz olunan adrenalinin bədənə
yeridilməsi, xüsusilə əzələlərdə oksidləşmə prosesini sürətlən-
dirməklə, istiliyin əmələ gəlməsini artırır və dəri damarlarını
dartmaqla istiliyin verilməsini azaldır. Ona görə adrenalin bədən
temperaturunun yüksəlməsinə (adrenalin hipertermiyası) səbəb
olur.
380
downloaded from KitabYurdu.org
XVII FƏSİL
ƏMƏYİN FİZİOLOGİYASI.
17.1.
Əməyin fiziologiyasının başlıca müddəaları
İş şəraitində və idmanla yüklənmiş orqanizmin funk-
siyalarının öyrənilməsi ilə sıx bağlı olan ekoloji Fiziologiya əmək
və idman fəaliyyəti nəticəsində meydana çıxan fiziki iş yükləri və
onların insana təsirinin analizi ilə məhdudlaşmayan fiziologiyanın
bir sahəsini təşkil edir.
Bir zamanlar ağır fiziki əmək həyatın ayrılmaz hissəsi hesab
olunurdu, lakin müasir işçilərin böyük əksəriyyəti vəziyyətin
qiymətləndirilməsi, məlumatın sürətlə qəbul edilməsi və
işlənməsini, həmçinin planlar işlənib hazırlanması və qərarlar qəbul
etmək (məsələn, yığma xətlərində, nəzarət bölgələrində və təcrübə
stansiyalarında) qabiliyyətini tələb edən məsələləri yerinə
yetirirlər. Əməyin fiziologiyası ilə məşğul olan tədqiqatçılar hətta
idman sahəsində belə bu psixoloji aspektlərə böyük diqqət
ayırmalıdır, baxmayaraq ki, burada adətən həlledici rolu fiziki səy
daşıyır.
Əgər fiziki yük öz təbiətindən asılı olmayaraq, həddindən
artıq ağır olarsa, orqanizm çox gərginləşir və sağlamlığın zəif-
ləməsi baş verir. Sağlamlıq anlayışı Ümumdünya Sağlamlıq
Təşkilatı (ÜST) tərəfindən aşağıdakı kimi müəyyən edilmişdir:
Yalnız xəstəlik və halsızlıq əksik olduğu tam fiziki, psixi və
sosial rifah (salamatlıq) vəziyyəti.
Fizioloji əməyin əsaslarını bilmədən əməyin humanist
şərtlərini müəyyən etmək qeyri-mümkündür. Beləliklə, müvafiq
ixtisas adamları fiziologiyanın bütün sahələrini cəlb etməklə insan
və onun iş yeri (idman meydanları da daxil olmaqla) arasında
qarşılıqlı təsirin öyrənilməsilə məşğul olurlar. Yalnız məsələyə bu
cür yanaşma imkan verir ki, iş şəraiti və ya maşının işçiyə
uyğunlaşmasını və əksinə işçinin iş şəraitinə adaptasiyasını
(yararlılıq testləri üzrə seçmə və ya təlim yolu ilə) asan
381
downloaded from KitabYurdu.org
laşdıran məsləhətlər işləyib-hazırlamaq olar. Bu mənada əməyin
fiziologiyasını insanın fıravanlığı istiqamətinə yönəlmiş elm kimi
nəzərdən keçirmək mümkündür.
YÜK, İŞ VƏ GƏRGİNLİK
Terminologiya. Yük, iş yerinə yetirən insandan asılı olmayan
parametrlərə malik xarici məsələdir. Eyni zamanda iş- yükə uyğun
reaksiya şəklində büruzə verilən fəaliyyətdir ki, bu insanın fərdi
xüsusiyyətlərindən asılıdır. Müəyyən işi yerinə yetirərkən
orqanizmin keçirdiyi gərginlik, müxtəlif fizioloji funksiyaların
dəyişməsində əks olunur. Qeyd olunan hər 3 kəmiyyəti ölçmək
mümkündür.
Yükün növləri. Sinir-psixi və fiziki ayırd edilir. Fiziki yükləri
adətən fiziki kəmiyyətlərlə xarakterizə etmək mümkün olsa da,
sinir-psixi yüklərə çox zaman dil ilə təsvir vermək olur. Sinir-psixi
yüklərə bəzi reaksiyalar sonrakı başlıqlarda müzakirə olunacaqdır.
Gərginliyi müəyən edən amillər. Orqanizmin ona verilən
yükün öhdəsindən gəlməsi üçün vacib olan fizioloji funksiyaların
yenidən qurulmasının dərəcəsi əsasən iki amildən - işgörmə
qabiliyyəti və fəaliyyətin effektivliyindən asılıdır.
işgörmə qabiliyyəti - yükə reaksiya vermə, müəyyən işi
yerinə yetirmək qabilliyyətidir. İş görmə qabiliyyəti sağlamlığın
vəziyyəti, təcrübəlilik, həmçinin görülən işə qarşı olan istedaddan
asılıdır. Hər bir ayrı-ayrı vəziyyətlərdə ona ətraf mühit (məsələn,
iqlim, günün saatı, səs-küy) və əqli fəaliyyət və emosional dairənin
ümumi vəziyyətinə təsir göstərir.
Faydalı iş əmsalı - sərf olunmuş səyin faydalı ölçüsüdür; işin
görülməsi zamanı insana verilən yük nə qədər yüksək olarsa, onun
iş görmə qabiliyyəti və faydalı iş əmsalı bir o qədər aşağı olar və
əksinə.
İŞİN TİPLƏRİ
Yükün xarakterindən asılı olaraq yerinə yetirilən iş də fiziki
və zehni ola bilər, baxmayaraq ki, gərginliyin göstəricilə
382
downloaded from KitabYurdu.org
rinə əsaslanaraq bu iki növ arasında hüdud qoymaq çox zaman
çətinlik törədir. Fiziki yük kimi fiziki işi fiziki kəmiyyətlərlə ifadə
etmək olar. Zehni və emosional işi isə (məsələn, incəsənət
yaradıcılığı və ya elmi tədqiqatlarda) adətən ölçmək olmaz.
Fiziki iş. Dinamiki iş o zaman yerinə yetirir ki, fiziki mənada
müəyyən məsafədə müqavimətin dəf edilməsi baş verir. Bu zaman
(məs., velosiped sürərkən, pilləkən və ya dağa çıxarkən) iş fiziki
vahidlərlə ifadə oluna bilər. (lVt = lC/s = İNm/s) Müsbət dinamiki
iş şəraitində əzələlər "mühərrik" vəzifəsində çıxış etdiyi halda,
mənfi dinamiki iş şəraitində "əyləc" rolunda çıxış edir (məsələn,
dağdan düşərkən).
Statik iş - izotermik əzələ yığılması zamanı əmələ gəlir.
Zehni iş -özündə təfəkkür və emosional komponentləri
cəmləşdirir. Təfəkkür komponentləri o zaman üstünlük təşkil edir
ki, iş ilk növbədə intellektual qabiliyyətlərin istifadə olunmasını
tələb edir. Məsələn, burada düşünmə və diqqətin bir yerə
cəmlənməsini tələb edən məsələləri, yaxud siqnalların aşkar
edilməsi və işlənməsini əşya və ya hadisələri izləyərkən məhsulun
keyfiyyətinə nəzarət zamanı və ya avtomobil idarə edərkən misal
çəkə bilərik. Emosional komponentlərin üstünlük təşkil etdiyi zehni
iş vegetativ sinir sisteminin konkret reaksiyaları ilə bağlıdır və
insanın əhval-ruhiyyəsində təzahür edir (sevinc, qəzəb, kədər
duyan zaman).
İşin digər növləri. Sensomotor fəaliyyət üçün ağır əzələ işi
deyil, müəyyən vərdiş və səriştə xarakterikdir (məsələn, cərrahiyyə
əməliyyatları və ya maşının yığılması). Gündəlik əmək
fəaliyyətində qarşılaşdığımız məsələlərin həll edilməsi çox zaman
işin müxtəlif növlərinin kombinasiyasının yerinə yetirilməsini tələb
edir.
ERQOMETRİYA
Erqometriya - fiziki işgörmə qabiliyyətinin müəyyən
edilməsi üsuludur. Erqometrlər işin görülməsi zamanı faydalı iş
əmsalını nisbi sabit səviyyədə saxlamaq imkanı verirlər; aşağıda
təsvir olunduğu kimi onlar 2 əsas növdə olurlar.
383
downloaded from KitabYurdu.org
Veloerqomethr. Müəyyən kütləyə malik stasionar velo-
sipedin çarxı məlum tormozlanma qüvvəsini uzadaraq fırlanır.
Fırlanmanın tezliyi nə qədər yüksək olarsa (dövrdən, d/dəq) və
tormozlanmanm qüvvəsi (f) nə qədər çox olarsa, bir o qədər böyük
iş görülür. Beləliklə, iş (p) p=d/dəqf düsturu ilə ifadə olunur. Bir
çox erqometrlərdə iş avtomatik olaraq qeydə alınır; bu qeydedici
cihazların dəqiqliyini 2 ildən bir yoxlamaq lazımdır.
Tredban erqometrlər. Əgər insan öz bədəninin vəziyyətini
saxlamağa can atarkən maili qaçış zolağı ilə addımlayırsa, onun
bədəninin ağırlıq mərkəzi daimi qaçış zolağı ilə enərkən düşdüyü
səviyyəyə (qiymətə) qalxır (onun hərəkətinin sürəti və maillikdən
asılı olaraq). Bu səbəbdən bu iki dəyişkən (eyni ilə dağa qalxan
zaman olduğu kimi) görülmüş işi müəyyən edir. Velorqometr kimi
bu aparat da faydalı iş əmsalı 20-25% olan iş yaratmağa imkan
verir.
FİZİKİ YÜKLƏRƏ ADAPTASİYA
Fiziki fəallıq əzələ, ürək-damar və tənəffüs sistemi də daxil
olmaqla müxtəlif orqanlar sistemində dərhal reaksiyaları fəaliyyətə
gətirir. Sürətlə baş verən bu uyğunlaşma dəyişkənlikləri az və ya
çox dərəcədə uzun müddətə, məsələn məşqlər nəticəsində inkişaf
edən uyğunlaşmadan fərqlənir. Sürətin reaksiyalarının qiyməti bir
qayda olaraq gərginliyin ölçüsü kimi xidmət edir.
İntrafərdi və fərdlərarası fərqlər.
İş eyni bir adamdan günün vaxtı və ətraf mühitin tempe-
raturundan asılı olaraq bu və ya digər fiziki uyğunlaşmanı tələb edə
bilər; belə fərqlər fərddaxili adlandırılır. Fərdlərin qruplarının
daxilində kifayət qədər əhəmiyyətli fərqlər qeydə alma bilər.
384
downloaded from KitabYurdu.org
17.2. Dinamiki iş zamanı əzələlərə qan axını
və maddələr mübadiləsi
Əzələlərdə qan axını: Sakit halda əzələlərdə qan axım 2040
ml dəq kq təşkil edir. Ekstremal fiziki yükün altında bu qiymət
maksimuma çataraq dözümlülüyə öyrənilmiş adamlarda 1,81 dəq
kq, öyrəşməmiş adamlarda 1,3 I dəq kq olub, xeyli dərəcədə artır.
Qan axını işin başlanması ilə dərhal deyil, 20-30 saniyədən az
olmayan müddət ərzində güclənir; bu zaman yüngül işin yerinə
yetirilməsi üçün vacib qan axını ilə təmin olunmağa kifayət edir.
Lakin ağır dinamiki iş zamanı oksigenə tələbat tamamilə təmin
oluna bilməz, buna görə də anaerob metabolizmin hesabına alınan
enerji payı artır.
Əzələlərdə maddələr mübadiləsi: Yüngül işin görülməsi
zamanı enerjinin alınması işin başlanmasından sonra yalnız qısa
keçid dövrü ərzində anaerob yolla baş verir, daha sonra isə
metabolizm substrat kimi qlükoza, həmçinin yağ turşuları və
qliseroldan istifadə olunmaqla tamamilə aerob reaksiyaların
hesabına həyata keçirilir. Bundan fərqli olaraq ağır iş zamanı
enerjinin alınması qismən anaerob proseslər ilə təmin edilir.
Anaerob metabolizm istiqamətində dəyişkənlik (süd turşusunun
əmələ gəlməsinə səbəb olan) əsas etibarilə əzələlərdə arterial qan
axınının çatışmazlığı və ya arterial hipoksiya üzündən baş verir.
Enerji ilə təmin olunma proseslərində olan bu və işin
başlanmasından dərhal sonra müvəqqəti olaraq meydana çıxan
digər «dar bölgələr»lə yanaşı, ekstremal yüklərin təsiri altında
metabolizmin müxtəlif mərhələlərində fer- mentlərin aktivliyi ilə
bağlı olan «dar bölgələr» yaranır. Külli miqdarda süd turşusunun
toplanması ilə əzələlərin yorulması baş verir.
İşin başlanmasından sonra əzələdə anaerob energetik
proseslərin intensivliyinin yüklənməsi üçün bir qədər zaman tələb
olunur. Bu dövr ərzində enerjidə olan kəsir asanlıqla əldə olunan
anaerob energetik ehtiyatların (ATF və kreatinfosfat) hesabına
barpa olunur. Mikroergik fosfatlarm miqdarı qli- kogen ehtiyatı ilə
müqayisədə böyük deyil, lakin onlar nəinki
385
downloaded from KitabYurdu.org
qeyd olunan dövr ərzində, beləcə də işin görülməsi zamanı qısa
müddətli yüklənmə şəraitində enerji ilə təmin olunmada əvəzo-
lunmazdılar (cədvəl
1
).
Cədvəl 1
75 kq çəkiyə malik adamın ehtiyatları, kC_____
ATF
4
Kreatinfosfat
15
Qlikogen
4600
Yağlar
300000
17.3. Dinamiki iş zamanı ürək-damar sisteminin
işinin göstəriciləri
Dinamiki iş zamanı ürək-damar sisteminin işində əhə-
miyyətli dərəcədə uyğunlaşma dəyişkənlikləri yaranır. Ürəkdən
çıxan qanın miqdarı və işləyən əzələdə qan axını artır, bununla da
oksigenə olan ehtiyac qanın hesabına daha tam ödənilir, əzələdə
əmələ gələn istilik isə istilik vermənin baş verdiyi orqanizmin
hissələrinə ötürülür.
Qan təzyiqi. Dinamiki iş şəraitində arterial qan təzyiqi yerinə
yetirilən işin funksiyası kimi dəyişir. Sistolik təzyiq 200 Vt yükün
təsiri altında demək olar ki, yerinə yetirilən yükə mütənasib olaraq
artaraq təqribən 220 mm. C. süt-na (29 kPa) çatır. Diastolik təzyiq
adətən azalma istiqamətində olmaqla cüzi dərəcədə dəyişir. Buna
görə də orta arterial təzyiq yüngülcə artır. Qan təzyiqinin normal
artmasının yüksək həddi veloerqometriya (100 Vt) şəraitində
oturaq vəziyyətdə 200/100 mm. c.süt., uzanılı vəziyyətdə 210/105
mm.c.süt., təşkil edir (RR metodu). Qan dövranı sistemində iş
görülən zaman aşağı təzyiqin təsiri altında funksiya göstərən qan
təzyiqi az artır, bu bölgədə aydın nəzərə çarpan yüksəliş patologiya
(məsələn, ürək çatışmazlığında) hesab olunur.
386
downloaded from KitabYurdu.org
17.4. Dinamiki iş şəraitində tənəffüsdə oksigenin sərf edilməsi
Orqanizm tərəfindən oksigenin sərf edilməsi çəkilmiş
zəhmətin effektivliyi və yükündən asılı olan kəmiyyət qədər artır.
Asan iş görülən zaman stasionar vəziyyət əldə edilir, bu zaman
oksigenin sərf və istifadə edilməsi ekvivalentdir, lakin bu 3-5 dəq
keçdikdən sonra baş verir ki, bu müddət ərzində əzələdə qan axını
və maddələr mübadiləsi yeni tələblərə uyğunlaşır. Stasionar
vəziyyət əldə olunmayana qədər əzələ mi- oqlobinlə bağlı olan
oksigenin təmin etdiyi az miqdarda oksigen ehtiyatından və qandan
daha çox miqdarda oksigen almaq qabiliyyətindən asılıdır. Ağır
əzələ işi şəraitində o, tərkiblə yerinə yetirilirsə belə stasionar
vəziyyət mümkün olmur, ürəyin yığılmasının tezliyi kimi oksigenin
sərf edilməsi maksimuma çataraq yüksəlir.
TƏNƏFFÜS
Yüngül dinamiki iş zamanı tənəffüsün bir dəqiqədə olan
həcmi ürəkdən qanın çıxması kimi oksigen sərfinə mütənasib
qaydada artır. Bu yüksəliş tənəffüs həcminin və ya tənəffüsün
tezliyinin artması nəticəsində meydana çıxır.
Belə güman edirlər ki, yüngül iş zamanı oksigen sərfi ilə bir
dəqiqədə olan tənəffüs həcmi arasında mütənasibliyə ürəyin
yığılmasının tezliyinin uyğunlaşması (adaptasiyası) halında olduğu
kimi metabolitik aktivlikdən asılı olan əzələ reseptorla- rı nəzarət
edir. Ağır iş şəraitində tənəffüsün 1 dəqiqədə olan həcminin
qiymətinin artması oksigenin sərfində olan dəyişkənliklərə
mütənasib olan dəyişkənlikləri hiss olunacaq dərəcədə üstələyir,
ona görə ki, əzələdə əmələ gələn süd turşusu qanda metabolitik
asidoz yaratmaqla tənəffüsün əlavə tənzimləyicisi kimi çıxış edir.
387
downloaded from KitabYurdu.org
17.5. Dinamiki iş zamanı qanın göstəriciləri
Dinamiki işdən əvvəl və sonra qanda kifayət qədər əhə-
miyyətli dəyişkənliklər əmələ gəlir. Çox nadir hallarda bu dəy-
işikliklərə əsasən həqiqətən də fiziki gərginliyin dərəcəsini
qiymətləndirmək olar, lakin onların başlıca əhəmiyyəti ondadır ki,
onlar laborator diaqnostikada edilən səhvlərin mənbəyi rolunda
çıxış edirlər.
Yüngül fiziki iş zamanı sağlam adamın arterial qanında
karbon qazı və oksigenin porsial təzyiqindən yalnız cüzi dəyi-
şikliklər aşkar edilir. Ağır iş daha da hiss olunacaq dəyişikliklərə
səbəb olur. Sakitlik səviyyəsindən ən çox kənaraçıxma arterial P
02
üçün
8
%, arterial Pco
2
üçün
10
% təşkil edir.
Gərginliyin artması ilə qarışıq venoz qanın oksigenlə
doyması aşağı düşür; buna uyğun olaraq oksigenə görə olan
arteriovenoz fərq sakitlik səviyyəsində olan 0,05-ə bərabər
qiymətdən öyrənilməmiş adamlarda 0,14-ə, öyrəşmiş adamlarda
0,17-ə qədər yüksəlir. Bu yüksəliş işləyən əzələdə qandan
oksigenin ayrılmasının artması ilə şərtlənmiş olur.
Fiziki iş şəraitində hematokritin göstəricisi nəinki plazma
həcminin aşağı düşməsi (kapillyar fıltrasiyanm güclənməsi ilə
əlaqədar), eləcə də eritrositlərin onların əmələ gəldiyi yerdən daxil
olması hesabına (bu zaman yetkin olmayan formaların payı artır)
yüksəlir. Həmçinin leykositlərin sayının arması da qeydə
alınmamış (işçi leykositoz).
Uzaq məsafəyə qaçan qaçıcınm qanında leykositlərin sayı
işgörmə qabiliyyətindən asılı olaraq qaçışın uzunluğuna mütənasib
şəkildə 5000-15000 hüceyrə/mkl qədər yüksəlir (yüksək işgörmə
qabiliyyətinə malik şəxslərinkindən az). Yüksəlmə əsasən neytrofıl
qranulositlərin kəmiyyətinin artması hesabına baş verir, belə ki, bu
zaman müxtəlif tip hüceyrələrin sayında olan nisbət dəyişilir.
Bundan əlavə, işin intensivliyinə mütənasib olaraq trambositlərin
sayı da artır.
Yüngül fiziki iş turşu - əsas tarazlığına təsir göstərmir, belə
ki, əmələ gələn karbon qazının bütün artıq miqdarı ağciyərlər
tərəfindən xaric edilir. Ağır iş zamanı metabolitik asidoz
388
downloaded from KitabYurdu.org
inkişaf edir ki, onun dərəcəsi laktatm əmələ gəlməsinin sürətinə
mütənasibdir; o qismən tənəffüsün hesabına kompensə olunur
(arterial Po2-in aşağı düşməsi).
17.6.
Qanda qidalı maddələrin miqdarı
İş zamanı sağlam adamın arterial qanında qlükozanm
səviyyəsi az dəyişir. Yalnız ağır və uzun müddətli iş zamanı arterial
qanda qlükozanm qatılığının aşağı düşməsi baş verir ki, bu
yaxınlaşmaqda olan yorulmaya (üzülməyə) dəlalət edir. Əgər qida
rasionu karbohidratlarla zəngindirsə sərbəst yağ turşuları və
qliserrolun qatılığı işin təsiri altında az dəyişir, belə ki,
karbohidratların sərfi ilə şərtlənmiş insulin sekresiyası lipoliz
prosesini ləngidir. Lakin adı qida rasionu şəraitində uzun müddətli
ağır iş qanda sərbəst yağ turşuları və qliserolun qatdığının 4 dəfə və
ya daha çox artması ilə müşayiət olunur.
QANDAKI DİGƏR MADDƏLƏR
Fiziki yük şəraitində qanda bəzi ionların (məsələn, kalium)
və üzvi maddələrin (məs., tranaminazalarm) qatılığı artır. Bu
dəyişikliklər əzələlərdə membran keçiriciliyi ilə izah olunur ki,
bunun sayəsində hüceyrədaxili komponentlər qan axınına keçirlər.
Ümumiyyətlə, işin təsir ilə qanda meydana çıxan dəyişkənliklər
xəstəliyin təsirindən yaranaraq dəyişkənliklərdən çox çətinliklə
fərqlənirlər.
Dostları ilə paylaş: |