Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

468 

downloaded from KitabYurdu.org



daxili  mühitinin  sabitliyinin,  təsirlərin  izlərinin  saxlanılması  və 

icrası şəklində meydana çıxır. 

Yaddaşın  təkamülündə  ikinci  mərhələ  genetik  yaddaşa 

əsaslanan  immun  yaddaşda  möhkəmlənən,  məlumatların  zülal 

makromolekulları  vasitəsilə  hüceyrəarası  mübadiləsinə  əsaslanan 

formasıdır. 

Yaddaşın təkamülündə sonrakı üçüncü mərhələ sinir sistemi 

olan  heyvanlarda  meydana  çıxan  sinir  yaddaşıdır.  Belə  ki,  sinir 

hüceyrələri, yəni neyronda əmələ gələn oyanma elektrik impulsları 

şəklində aksonun sinapsları vasitəsilə digər neyronlara nəql olunur. 

Sinir yaddaşının ilk forması neyronlararası mürəkkəb şərtsiz 

reflekslərə  və  ya  instinkti  təmin  edən  neyronlararası  əlaqəyə 

əsaslanır. 

Sinir  yaddaşının  daha  sonra  meydana  çıxan,  funksional 

cəhətdən daha mürəkkəb forması olan adaptiv yaddaş - emosional 

möhkəmlənmə  mexanizmilə  idarə  olunur.  Sinir  yaddaşı 

qıcıqlandırıcının  izinin  mərkəzi  sinir  sistemində  orqanizm  üçün 

siqnal  əhəmiyyəti  olan  əlaqələr  şəklində  qalması  və  fıksə  olun-

masıdır. İnsanda nitqin əmələ gəlməsilə əlaqədar olaraq mühitə asan 

uyğunlaşan daha ali-məntiqi  yaddaş forması formalaşır. Yaddaşın 

bütün növləri ilk genetik strukturlar əsasında yaranır. 

Beləliklə,  insan  və  heyvan  beyninə  xarici  aləmdən,  səltə-

nətdən ölçüsü məlum olmayan, yəni onun məlumat tutumundan 

100


 

dəfə  çox  siqnallar  (görmə,  eşitmə,  qoxu,  dad,  dəri)  daxil  olsa  da, 

onların az bir hissəsi 

1

%-ə qədər yaddaşda qalan iz salır. 



Yaddaş - insan və heyvanlarda başa düşülən və düşülməyən, 

dərk edilən və edilməyən, şüurlu və şüursuz səviyyədə olan mühitdə 

baş  vermiş  genetik  aparatda,  MSS-də  yəni  bioloji  sistemdə  iz 

qoymuş  keçmiş hadisələri  yadda saxlamaq, qorumaq və sonradan 

lazım gəldikdə yada salmaq qabiliyyətidir. 

Məlumatı  bioloji  sistemə  daxil  etmək  kodlaşdırma  adlanır. 

Baş-beyin  strukturlarına  daxil  olan  məlumat  insanın  davranışına 

uyğun formaya çevrilir. Yaddaş olmadan öyrənmək



469 

downloaded from KitabYurdu.org



düşünmək  və  heç  bir  fərdi  davranış  təcrübəsini  həyata  keçirmək 

mümkün  olmaz.  İnsan  fərdi  təcrübə  toplamadıqda  onun  həyatının 

normal gedişi pozulur. Fərdi təcrübə toplamağa təlim deyilir. Təlim 

isə yaddaş sayəsində mümkündür. 

Ümumiyyətlə,  yaddaşın,  bütün  növləri  fəaliyyətdə  forma-

laşmasına  baxmayaraq  bioloji  tələbatın  ödənilməsindən  asılı 

olmayaraq əmələ gəlir. 

Onlara misal olaraq: 1) erkən izqalma (imprintinq); 2) la- tent 

izqalma  (menemik  yaddaş);  3)  qeyri-iradi  yaddasaxlama  və  digər 

halları göstərmək olar. 



İmprintinq təlim almanın və yaddaşın ən ilk forması sayılır 

və  yeni  dünyaya  gəlmiş  quş  və  ya  heyvan  balasının  həyatlarının 

məhdud zaman çərçivəsində, valideyn əhatəsi, həyatı ilə bağlı olan 

görmə,  eşitmə,  taktil  və  qoxu  siqnallarının  beyində  həkk 

olunmasında  ifadə  olunur.  Bu  yaddaş  izləri  heyvanın  sonrakı 

davranışında  dominatlıq  kəsb  edir,  onları  silmək,  onlara  düzəliş 

vermək  bir  o  qədər  də  asan  deyil,  bəzən  bu  heç  mümkün  olmur. 

Yumurtadan  təzə  çıxmış  ördək  balalarına  analarını  bircə  dəfə 

görmək  kifayətdir  ki,  onlar  onun  dalınca  getsin.  Anasının  öldüyü 

yeri  görmüş  quzu  sürüdən  ayrılaraq  dəfələrlə  həmin  yerə  qayıdır, 

oradan uzaqlaşmaq istəmir, o sürüyə çətin uyuşur. 

Latent və ya menemik yaddaş fenomeninin mahiyyətini isə 

S.Beritaşvili  tərəfindən  aparılmış  bir  təcrübə  doymuş  iti  müxtəlif 

yerlərdə  yem  qoyulmuş  təcrübə  otağına  buraxmışdır.  Daha  sonra 

otaqdan  yem  qablarını  götürmüşlər.  İt  acdıqda  onu  bir  də  həmin 

otağa salmışlar, indi it yem qabları yerində olmasa da, tərəddüdsüz, 

həmin yerləri tapır və orada yem axtarmağa başlayır. Deməli, insan 

və  ya  heyvan  hər  hansı  tələbatının  ödənilməsinə  xüsusi  ehtiyac 

olmadan  da  şərait  və  ya  situasiya  siqnallarını  yadda  saxlamağa 

qabildir. 

Sinir yaddaşı və ya neyroloji yaddaş. Bura bir neçə funksiya 

- məlumatların qəbulu, onların saxlanılması və işlənməsi kimi çox 

mürəkkəb proseslər daxildir. 

Yaddaşın  ənənəvi  təsnifatında  qısamüddətli  (operativ)  və 

uzunmüddətli yaddaş formaları fərqləndirilir. 

470 

downloaded from KitabYurdu.org



Əgər  qıcığın  təsirindən  yaranan  məlumatlar  bu  orqanizm 

üçün vacibdirsə, xüsusilə onun mütləq tələbatlarında^ irəli gəlirsə, 

sonra o, aralıq yaddaşda işlənilir və nəhayət, uzunmüddətli yaddaşa 

keçir. Əks halda o tez yaddaşdan silinir. 

Qısamüddətli yaddaş bir neçə saniyədən bir neçə dəqiqəyə 

qədər davam edir. Sərbəst olmur və düşüncəli nəzarətə məruz qala 

bilməz. 

Qısamüddətli  yaddaş  bir  neçə  saniyə  və  ya  dəqiqə  ərzində 

seçilmiş məlumat hissəsini saxlamağa və icra etməyə imkan verir. 

Qısamüddətli yaddaş insan, ancaq telefon nömrəsi və alınmış 

məlumatlar haqqında fikirləşdiyi müddətdə davam edir. Belə hesab 

edirlər ki, qısamüddətli yaddaşın əsasında sinir impulslarmın qapalı 

neyron zəncirində çoxlu təkrar olunan sirkulyasiyası durur. 



Uzunmüddətli  aralıq  yaddaş  bir  neçə  dəqiqədən  bir  neçə 

həftəyə qədər davam edə bilər. 

Belə  yaddaşa  danışıq  zamanı  fikirlərin  formalaşması, 

ünvanların,  telefon  danışıqlarının  və  bəzi  tapşırıqların  yadda 

saxlanması aid edilir. Əgər bu yaddaş təsadüfən itmirsə və onun izi 

daha daimi olursa, onda o uzunmuddətli yaddaş dərəcəsini alır. 



Uzunmüddətli  yaddaş.  Belə  hesab  edirlər  ki,  sinapsların 

struktursuzlaşmasından asılı olur, hansı ki, sinir siqnallarının nəqli 

zamanı  onların  hissiyyatının  uzunmüddətli  dəyişilməsinə  səbəb 

olur. 


Uzunmüddətli yaddaş bütün həyatı boyu qorunub saxlanılır. 

Subyekt  üçün  vacib  olan,  xüsusilə  emossional  əhəmiyyətli  təsir 

zamanı rənglənmiş hadisələr çox aydın uzun müddət yaddaşda həkk 

olunur. 


Lakin  uzunmüddətli  yaddaşın  mexanizmini  bir  neçə  nə-

zəriyyə ilə müxtəlif istiqamətlərdə izah edirlər. 

Uzunmüddətli  yaddaş  MSS  neyronlarmın  cismində  yeni 

sinaptik  kontaktların  əmələ  gəlməsi,  həmçinin  sinapsların  öl-

çülərinin  böyüməsi  zamanı  qliya  hüceyrələrində  ribonuklein 

turşusunun (RNT) miqdarının artması ilə müşayiət olunur. 



471 

downloaded from KitabYurdu.org



Bəzi  müəlliflərin  apardığı  mərkəzi  sinir  sistemi  sinapsla- 

rında  xolinoreseptorların  miqdarının  artması  müşahidə  edilir. 

Yaddaşın  mexanizmində  noradrenalinin  və  dofaminin  iştirakı  da 

müəyyən  edilmişdir.  Yaddaşın  möhkəmlənməsilə  əlaqəli  olan 

proseslərdə  serotoninergik  mexanizmlərin  iştirak  etməsi  inkar 

edilmir. 

Sinaptik yaddaşın mexanizmində, həmçinin qamma-ami- no-

yağ turşusu, qlütamin turşusu da iştirak edir. 

Yaddaşın  mexanizmində  neyropeptidlər  sinapslarda  me- 

diatorlarla sıx qarşılıqlı təsirdə olur. 



Immunoloji  nəzəriyyə.  Bu  nəzəriyyəyə  görə  immunoloji 

yaddaş  canlı  aləmin  yad  maddələrlə  antigenlərlə  ilk  qarşılaş-

masından  sonra  antitellərin  genetik  yığımı  ilə  zəngin  olan  im- 

munokomponentli limfositlərin membran səthindəki bu anti- tellər 

antigenlər üçün reseptor vəzifəsini daşıyır. Onların antigenlərlə ilk 

qarşılaşması müvafiq limfositlərin miqdarının artmasına səbəb olur. 



Yaddaşın neyron mexanizmi. XX əsrin 30-cu illərində Lo- 

rente de No belə bir fərziyyə irəli sürmüşdür ki, beynə daxil olan 

sinir  impulsları  qapalı  neyron  zənciri  və  ya  sistemlərində  dövrə 

(reverberasiya)  edə  bilər.  Onun  fikrincə,  bu  sistemlərə  daxil  olan 

impulsasiya  sayəsində  onlar  öz-özünü  fəallaşdıra  və  həmin  halı 

xeyli müddət ərzində saxlaya bilər. 

Hazırda bir çox alimlər tərəfindən qəbul edilmişdir ki, beynə 

daxil olan informasiya əvvəlcə eynitipli oyanma yaradır. 

M.Veresanr  tərəfindən  inkişaf  etdirilmiş  təsəvvürlərə  görə, 

sinir  siqnallarının  reverberasiyası  təkcə  neyron  ansambllarında 

deyil,  həmçinin  qabıq  və  qabıqaltı  törəmələr  daxilində  və  onların 

arasında yaranan qapalı dövrələrdə baş verə bilər. Qa- bıq-qabıqaltı 

tipli  öz-özünə  fəallaşan  reverberasiya  dövrləri,  xüsusilə  qabığın 

hissi  mərkəzləri  -  assosiativ  sahələri  -  hipno-  kamp  -  talamus  - 

retikulyar formasiya arasında geniş yayılmışdır. Bəzi mülahizələrə 

görə,  bu  cür  sistemlər  uzunmüddətli  yaddaşın  formalaşması  üçün 

daha  əlverişlidir  və  ola  bilsin  ki,  məhz  bu  tipli  əlaqələr 

informasiyaların  beynin  geniş  sahələri  çərçivəsində  daha  uzun 

müddət dövr etməsinə səbəb olur. 

472 

downloaded from KitabYurdu.org



Molekulyar  nəzəriyyə.  Bu  nəzəriyyənin  tərəfdarları  uzun-

müddətli yaddaş mexanizminin beyin neyronlarının genetik aparat 

və qliya elementlərinin fəaliyyətilə bağlı olduğunu göstərirlər. 

XX  əsrin  60-cı  illərinin  əvvəllərində  İsveç  alimi  H.Hiden 

belə  bir  mülahizə  irəli  sürmüşdür  ki,  neyronlardakı  dezoksiri- 

bonuklein  turşusu  (DNT)  növünə  məxsus  yaddaşı  ribonuklein 

turşusu  (RNT)  isə  fərdi  yaddaşa  xidmət  edir.  Öz  fikrini  əsas-

landırmaq  üçün  o  bir  sıra  biokimyəvi  tədqiqatlar  aparmışdır. 

Tədqiqatçı  siçovula  məftil  üzərində  durmağı  aşılayır,  təlimdən 

sonra  onun  vestibülyar  sinir  nüvəsinin  neyronlarmda:  PNT-  nin 

miqdarında  və  tərkibində  əmələ  gələn  dəyişikliyi  öyrənir. 

Tədqiqatlar  göstərmişdir  ki,  belə  heyvanlarda  nəinki  PNT-nin 

miqdarı  artmış,  hətta  onun  nukleotid  tərkibində  də  dəyişiklik  baş 

vermişdir. 

PNT-nin  «yaddaş  molekulu»  olduğu  fikrini  Amerika  alimi 

Mak-Konellinin planari qurdları üzərində apardığı nadir təcrübələr 

də təsdiq edirdi. 

Müəyyən  edilmişdir  ki,  yaddaş  funksiyası  müəyyən  zülal 

molekulları  ilə  əlaqədardır.  Təlim  keçmə  zamanı  spesifik  poli- 

peptidlər  və  beyinin  spesifik  zülallarının  sintez  olunduğu  qeyd 

edilmişdir. 

Q.Unqar  zülal  maddələrinin  yaddaşdakı  rolunu  aydın-

laşdırmaq üçün siçovulların beynindən 15 amin turşusu qalığından 

ibarət  birləşmə  olan  skotofobin  zülalını  almışdır.  Sonra  aşağıdakı 

təcrübəni  aparmışdır.  Əvvəlcə  elektrik  qıcığı  ilə  qaranlıq  yerdən 

qaçmaq refleksi yaradılmışdır. Sonra refleksi olan qrup siçovulların 

beynindən  skoltofobin  zülalı  alınıb  kontrol  siçovullara 

vurulmuşdur.  Təcrübəni  təkrar  edəndə,  skotofobin  zülalı  almış 

siçovulların  elektrik  qıcığı  olmadan  da  qaranlıqdan  qaçmışlar. 

Amerika alimləri RNT-nin sintezini 23 dəfə sürətləndirən «silert» 

adlı  üzvi  maddə  almışlar.  Silertlə  qidalanmış  siçovullarda 

başqalarına  nisbətən  4-5  dəfə  tez  şərti  refleks  yaratmaq  mümkün 

olur.  Qazandıqları  refleksi  uzun  müddət  yaddaşda  mühafizə  edə 

bilirlər. 



473 

downloaded from KitabYurdu.org



Yaddaşın qüvvətləndirilməsi və ya möhkəmləndirilməsi. Qı-

samüddətli  yaddaşın  uzunmüddətli  yaddaşa  çevrilməsi  üçün  bir 

həftə  və  bir  ildən  sonra  yenidən  tələb  etmək  üçün  onu  möhkəm-

ləndirmək lazımdır. Möhkəmləndirmək üçün minimal vaxt 5 və 

10

 

dəqiqə, davamlı möhkəmləndirmək üçün isə  - 



1

  saat  və  daha  çox 

vaxt  lazımdır. Bir saatdan sonra  yaddaş,  demək olar ki,  tamamilə 

möhkəmlənir və elektroşok onu pozmur. 



Məlumatın  təkrarlanması.  Yaddaşın  möhkəmləndirilməsi 

eyni bir məlumatın təkrarı üçün vacibdir. Bunu onunla izah etmək 

olar  ki,  çox  materialı  səthi  öyrənməkdənsə,  az  materialı  daha 

dərindən öyrənərək, yadda saxlamaq olar. Buna tələbələrin imtahan 

qabağı hazırlaşmasını misal göstərmək olar. 

Sağlam  və  aydın  düşüncəli  insan  yaddaşını  zehni  yorğun 

vəziyyətdə olan insana nisbətən yaxşı üzə çıxara bilər. 

20.16.


 

Yaddaşın anatomik topoqrafiyası 

Hipokamp.  Kodlaşma  prosesində  qısamüddətli  yaddaş 

uzunmüddətli  yaddaşa  çevrilən  zaman  hipokamp  və  ona  biti-şik 

olan qabığın medial gicgah hissəsi işə cəlb olunur (şəkil 

20

.



2

). 




 

 



Şəkil  20.2.  İzahlı  (deklerativ)  yaddaş. 

A.  Uzunmüddətli  yaddaşı 

kodlaşdırmağa malik olan beynin sahəsi. B. Medial gicgah nahiyənin izahlı (deklerativ) 

yaddaşı  kodlaşdırma  yolu.  Qabığın  görmə  və  digər  sahələrindən  parahipokampal 

qırışıqdan  (PQ),  peripinal  qabıq  (PQ)  və  hipo-  kampın  entorinal  qabığı  (EQ)  və 

kodlaşdırılmış məlumatın qabığa qaytarılması (xətlənmiş sahələrdə nişanlanmışdır). A - 

1. Alın payı, 2. Şəffaf arakəsmə, 3. Badamabənzər cisim, 4. Talamus. B - 5. Hipokamp. 

474 

downloaded from KitabYurdu.org



Məməyəbənzər  cisim  və  talamus  birbaşa  və  vasitəli  olaraq 

hipokampla  əlaqədardır,  həmçinin  qısamüddətli  yaddaşın 

mexanizminə cəlb edilmişdir. 

20.17.


 

Baş-beyin yarımkürələri qabığı 

Qısamüddətli  yaddaş  hipokamp  tərəfindən  kodlaşdırılır  və 

funksional  olaraq  onun  strukturası  ilə  əlaqədardır.  Yeni  beynin 

müxtəlif nahiyələrində uzunmüddətli yaddaşın qorunub saxlanması 

baş verir. 

İzahlı  (deklarativ)  yaddaşın  kodlaşdırılmasmın  mümkün 

mexanizmi  işçi  hipotez  formasında  şəkil 

20

.3.-də  verilmişdir. 



Hipotezə  görə  sensor  stimulun  daxil  olduğu  baş-beyin  yarım-

kürələrinin  qabığının  assosiativ  sahəsi  neyron  zəncirinin  oyanmış 

vəziyyəti olub, adekvat sensor siqnalları inisiruya edir. 

Sinir  siqnalları  medial  gicgah  payına,  arxahipokampal 

qırışığa,  peripinal  və  entorinal  sahəyə  istiqamətlənir.  Entrori-  nal 

qabıqdan  siqnallar  hipokampa  daxil  olur,  harada  ki,  qısamüddətli 

yaddaşın  hələ  məlum  olmayan  mexanizminin  kod-  laşması  baş 

verir. 


Hipokamp entrorinal qabıq vasitəsilə birləşmiş halda qabığın 

neyron  zəncirilə  (haradan  ki,  siqnallar  daxil  olur)  uzunmüddətli 

yaddaş əmələ gətirir. 

Yeni  qabığın  funksiyaları.  Bildiyimiz  kimi,  yaddaş  və  tə- 

limalma  funksiyasının  yerinə  yetirilməsində  beynin  çox  hissəsi 

iştirak  edir.  Lakin  nitq  mexanizminə  nəzarət  edən  mərkəz  yeni 

beyində  yerləşir.  Nitq  və  digər  intellektual  funksiyalar  insanda 

spesifik  inkişafa  çatdılar.  Müqayisəli  anatomik  baxımdan  məhz 

insanda 3 böyük assosiativ nahiyə (şəkil 20.2.) var. 

Alın  payı  (perefrontal  nahiyədən  ön  tərəfdə  yerləşir),  təpə-

gicgah  (samatosensor  nahiyə  ilə  görmə  qabığı  arasında  gicgah 

payına doğru yayılır) və gicgah (gicgah payının aşağı hissəsindən 

limbiq sistemə qədər uzanır). 



475 

downloaded from KitabYurdu.org





t, 



Şəkil  20.3. 



Baş-beyin  yarımkürələrinin  qabığının  birincili  sensor  və  ma-  tor  və 

assosiativ nahiyəsi göstərilmişdir. 1. Beyin qabığının hissəsi, 2. Beyin qabığının hissəsi, 3. 

Somatik  sinir  nahiyə,  4.  Arxa  təpə  nahiyəsi,  5.  Beyin  qabığının  görmə  mərkəzinin 

tənzimedici  səviyyəsi,  6.  Birincili  görmə  qabığı,  7.  Təpə-gicgah  və  ənsənin  assosiativ 

nahiyəsi, 8. Eşitmə qabığının mərkəzi səviyyəsi, 9. Gicgahın assosiativ nahiyəsi, 10. Alının 

assosiativ nahiyəsi. 

Qabığın  əlaqələri.  Yeni  qabığın  daxilində  neyron  əlaqələri 

son dərəcə əhəmiyyətli mürəkkəb sinir toru təşkil edir. Baş- beyin 

yarımkürələrinin dərin strukturu ilə zəngin aferent- efferent əlaqəsi 

olur  (şəkil  20.2).  Baş-beyin  yarımkürələri  qabığı  və  talamus 

arasında qarşılıqlı əlaqə xüsusilə əhəmiyyətlidir. Qabığın geniş sinir 

əlaqəsi dəyişilməz hesab edilmir: onlar digər sahələrilə müqayisədə 

qabıq  nümayəndəliyinin  konkret  periferik  strukturunun  (ətraf, 

barmaq və i.a.) istifadə dərəcəsini əks etdirməklə tez dəyişilə bilər. 



Yarımkürələrin  ixtisaslaşması  və  dominantlığı.  Şifahi  və 

yazılı nitqin və onların başa düşülməsi yarımkürələrin birindən daha 

çox asılı olur və dominantlıq edən 

yarımkürə

 

adlanır. 



Bununla  bərabər  digər  yarımkürə  şəxsi  əşya  və  obyektlərin 

formasına,  identifıkasiyasma  və  musiqi  səslərini  tapmağa  görə 

məkan-zaman  qarşılıqlı  əlaqəsinə  ixtisaslaşır  və  ona  cavab  verir. 

Beləliklə, 

yarımkürə 

dominantlığı 

haqqında 

əsas 


fikri 

«yarımkürənin əlavə ixtisaslaşması» konsepsiyası ilə əvəz 

 

476 

downloaded from KitabYurdu.org



etmək məqsədəuyğundur. 

Sol yarımkürə nitq funksiyası daxil olmaqla analitik proseslər 

üçün xidmət edir. Sağ yarımkürə görmə məkan qarşılıqlı əlaqə üçün 

lazımdır. 

Yarımkürələrin  ixtisaslaşmasının  genetik  müəyyən  edilən 

əlin əsas rolu ilə əlaqəsi var. Belə ki, 96% - sağaxay insanlar üçün 

(sağaxaylar əhalinin 91%-ni təşkil edir) qəti olaraq sol yarımkürə - 

əsasdır.  4%  üçün  isə  sağ  yarımkürə  əsas  sayılır.  15%  sağaxay 

insanlar  üçün  sağ  yarımkürə  dominant  olur.  15%  üçün  isə  dəqiq 

laterlizasiya  yoxdur,  amma  70%  solaxay  subyektlər  üçün  sol 

yarımkürə  dominant  olur.  Oxu  qabiliyyətinin  pozulması, 

solaxaylarda  sağaxaylara  nisbətən  12  dəfə  çox  rast  gəlinir.  Lakin 

xüsusi istedadlılar solaxaylar arasında orta hesabla yüksəkdir: çoxlu 

sayda  sağaxay  artistlərdə,  musiqiçilərdə  və  riyaziyyatçılarda 

uyğunsuzluq  olur.  Məlum  olmayan  səbəbdən  solaxaylar  arasında 

sağaxaylara nisbətən ömür az olur. 

İki yarımkürə arasında anatomik fərq sağ alın payı normada 

sola  nisbətən  daha  qalındır,  lakin  sol  ənsə  payı  sağ  ənsə  payına 

nisbətən  daha  enlidir.  Sağaxaylarda  sol  gicgah  payının  yuxarı 

hissəsinin səthi normada solaxaylara nisbətən iridir. 



Kimyəvi  fərq.  Zolaqlı  cisim  ilə  qara  maddəarası  yolda 

dofaminin  miqdarı  yüksəkdir:  sağaxaylarda  sol  yarımkürədə, 

solaxaylarda isə - sağ yarımkürədə dofaminin miqdarı çox olur. 

Xatırlama  prosesinin  ardıcıllığı.  Hipotalamik  və  başqa 

qabıqaltı  törəmələrin  qalxan  təsirlərinin  köməyilə  beyin,  xüsusilə 

qabıq neyronları fəallaşır. Növbəti mərhələyə qısamüddətli yaddaş 

mexanizmi daxil olur. Onun əsasını baş-beyin daxilində neyronlar 

zənciri  üzür,  qabıq  və  qabıqaltı  törəmələr  arasında  oyanmaların 

reverberasiyası təşkil edir. 

Yaddaş izlərinin əks etdirilməsi. Yaddaş izlərinin əks etdi-

rilməsi  beyin  strukturlarında  saxlanılan  məlumatların  hər  şeydən 

əvvəl onun genetik aparatda ayrılması ilə xarakterizə edilir. 

Orqanizmin bu və ya digər tələbatlarından irəli gələn 



477 

downloaded from KitabYurdu.org



motivasion  oyanmalar  həmçinin  ayrı-ayrı  neyronlarda  yayılır, 

onlarda spesifik zülal molekullarının ekspresiyasım fəallaşdırır. 



Yadasalma  prosesi.  İnsanda  yadasalma  prosesi  şüurlu  və 

şüursuz  şəkildə  baş  verə  bilər.  Şüurlu  yadasalma  xarici  mühit 

təsirlərini  tanımaq  və  motivasiya  əsasında  qurulur.  Bu  təsirlərin 

olması zamanı subyekt özünün keçmiş təcrübəsi əsasında təsir edən 

obyekti dərhal ayırd edir. 

Şüuraltı  yaddaş  sterotipə,  avtomatlaşdırılmış  davranış 

aktlarına  daxil  olur.  Çox  hallarda  öyrənilmiş  təsirlərlə  (məsələn, 

müsiqi əsərləri, idman məşğələləri, avtomobilin sürülməsi, şeirlərin 

oxunması və s.) ilə müşayiət olunur. 

Bir qayda olaraq emosional yaddaş çox tez formalaşır. 

Yaddaş  izlərinin  ayrılmasında  gicgah  qabığı  (qabıq  və 

qabıqaltı  törəmələr,  xüsusilə  beynin  limbik  sistemi)  mühüm  rol 

oynayır. 

Yaddançıxarma  (unutma).  Yaddançıxarma  funksiyası 

hipokamp  strukturu  və  beyin  yarımkürələri  gicgah  payının 

fəaliyyətilə əlaqədardır. 

Hipokampı və gicgah payı zədələnmiş xəstələrdə qazanılmış 

vərdişlər  çox  tez  itirilir.  Görmə  qabarları  zədələnmiş  meymunda 

belə  tez  yaddan  çıxartma  qeyd  edilmir.  Müəyyən  edilmişdir  ki, 

angiotenzin  II  siçovullarda  şərti  müdafiə  vərdişlərini  yaddan 

çıxarma prosesinin qarşısını alır. 



Beynin  intellektual  funksiyaları.  Nitq  qabiliyyəti  -  insan 

beyninin  mühüm  funksiyasıdır.  İnsanda  ikinci  siqnal  sisteminin 

meydana çıxması xarici həqiqəti abstrakt formada - söz anlayışı və 

həmçinin  mülahizə,  təfəkkür,  şüur  və  nəticə  çıxarmaqla  həyata 

keçirməyə səbəb oldu. 

Danışıq funksiyasını qabığın  müxtəlif sahələri,  o cümlədən 

verenika və broka sahələri yerinə yetirir (şəkil 4). 

478 

downloaded from KitabYurdu.org



 

Şəkil 20.4. Beyin qabığının bir sıra funksiyaları. 



A.  Sol  yarımkürənin  nitq  funksiyası  ilə  əlaqəsi  olan  nahiyəsi;  B.  Adı  çəkilən  görünən 

obyektin  hərəkət  impulslarının  yolu;  (beynin  horizontal  kəsiyində)  Sağaxaylar  fərdi 

tanımaq üçün münasibəti olan sağ yarımkürə nahiyəsi. 

A - 1. Broka nahiyəsi, 2. Vernika nahiyəsi, 3. Bucaq şırımı. 

B  -  1.  Bioqrafık  informasiyanın  saxlandığı  yer,  2.  Şəxsin  seçilmiş  əlamətləri,  3.  Şəxs 

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin