Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   50   51   52   53   54   55   56   57   58

Leqallua  C.  fransız  tədqiqatçısı.  1812-ci  ilə  cərrahi  yolla 

beyni kəsməklə onurğalı heyvanlarda tənəffüs mərkəzinin uzunsov 

beyində olduğunu isbat etdi. 

Lumsden  T.  ingilis  fizioloqu.  1960-cı  ildə  pnevmatoksik 

mərkəzinin orta beyində yerləşdiyini isbat etdi. 



Levi  Otto  (1873-1963)  Avstriya  fizioloqu.  1921-ci  ildə 

qurbağa  ürəyində  simpatik  və  parasimpatik  sinirlərin  sinapsla- 

rında  oyanmanın  kimyəvi  təbiətinin  xarakterini  açdı.  O,  boru 

vasitəsilə izolə olunmuş iki qurbağa ürəyini əlaqələndirdi (A və B). 

A-ürəyində  parasimpatik,  B-ürəyində  simpatik  sinirləri  qı-

cıqlandırdıqda simpatik sinirin mayesinin digər ürəyin fəaliyyətinə 

sürətləndirici və B-ürəyindən alman parasimpatik sinirin mayesinin 

digər  ürəyə  ləngidici  təsir  göstərdiyini  müşahidə  etdi.  Levi  bu 

maddələri (mayedə olan) vaqusstoff və simpat- custoff adlandırdı. 

1962-ci ildə Levi, Deylom birlikdə oyanmanın kimyəvi ötürmə ilə 

əlaqəsini kəşf etdiklərinə görə Nobel mükafatına layiq görüldülər. 

548 

downloaded from KitabYurdu.org



Lunin N.İ. (1853-1937) rus həkimi. 1880-ci ildə heyvanlara 

normal inkişafı üçün zülal, yağ, karbohidat, su və mineral duzlarla 

bərabər, qida üçün başqa bir maddə də olmalıdır. 1911 -ci ildə Polşa 

alimi K.Funk bu maddəni qidada tapdı və vitamin adlandırdı. 



Lerner  A.  amerikan  dermotoloqu.  1959-cu  ildə  Lerner  öz 

əməkdaşları  ilə  birlikdə  epifiz  vəzinin  hormonu  melatonin  N- 

asetil-5-metoksitrip-tamin  sintez  edir.  1963-cü  ildə  Lerner  və 

amerikan alimi biokimyaçı Akseleroda epifiz vəzinin melato- ninin 

struktur  quruluşununa  və  təsir  mexanizminin  öyrənilməsi  üzrə 

işlərinə görə Nobel mükafatına layiq görüldülər. 

Fotoreseptor funksiyaya cavab verən epifiz sirkadian ritmin 

tənzimində  (bioloji  ritmlərdən  biri  olub,  yerin  sutkalıq  fırlanma 

dörvü ilə uyğunlaşır, 24 saata uyğun olur. Çoxlu fizioloji proseslər, 

o cümlədən də hipotalamik neyrosekresiya sutkalıq ritmə tabe olur. 

Epifiz digər endokrin vəzilərin funksiyasına hipotalamo-hipofizar 

böyrəküstü  vəzi  sistemi  ilə  lə-  ngidici  təsir  edir.  Onun  hormonu 

antihipotalamik təsirə malikdir. 

Mayssner  Georq  (1829-1905) alman histoloqu.  Bağırsağın 

divarlarında  əzələ  qatları  arasında  vəzilərin  şirə  ifrazını  tənzim 

edən Mayssner kələfini kəşf etmişdir. 

Minkovski O. və Merink Q.S. alman alimləri. 1899-cu ildə 

itdə  mədəaltı  vəzini  əvvəlcə  ektripasiya,  sonra  isə  oz  yerinə 

transplantasiya  etməklə  vəzin  arasında  əlaqə  olduğu  fikrinə 

gəldilər. 



Müller Yoqan Peter (Muller J.P.) (1801-1958) alman fizio- 

loqu və anatomu. Elmi işləri embriologiya, anatomiya, fiziologiya

palentologiya, ümumi patalogiyaya həsr edilmişdir. 

Maqnus  Rudolf  (Maqnus  R.)  (1873-1927)  holland  fizio- 

loqu  və  farmokoloqu.  Maqnus  bədənin  müvazinəti  haqqında 

reflekslərinin daxili qulağın labirintinin, boyunun əzələ və və- tər 

propioreseptorlarının  oyanması  nəticəsində  baş  verdiyini  elmə 

gətirib. 

Myüller X. (Müller H.) alman alimi, fizioloqu. Torlu qişanın 

onun tərəfindən təsir edilmiş iri qiliya hüceyrələri. Kirpikli 



549 

downloaded from KitabYurdu.org



əzələlərin sirkulyar lifləri onun adı ilə adlandırılmışdır. 

Ovsiyanikov Filipp Vasileviç (1827-1906) rus alimi. O, ilk 

dəfə  olaraq  damar-hərəki  mərkəzinin  uzunsov  beyində  olduğunu 

kəşf etdi. 

Mirəsədulla Mirələsgər oğlu Mirqasımov (1883-1958) 

Azərbaycan  alimidir.  Tibb  elmləri  doktoru,  akademik,  cərrah. 

1945-1947-ci  illərdə  Azərbaycan  EA  ilk  prezidenti  olmuşdur. 

1933-cü  ildə  «Ümumi  xirurqiya  kursu»,  1928-ci  ildə  «Azər- 

baycanda  sidik  daşı  xəstəliyi  haqqında  material»,  1941-ci  ildə 

«Ölkənin müdafiəsində cərrahlığm rolu» əsərlərini çap etdirmişdir.

 



Mislavski N.A. (1834-1929) rus alimi. O, uzunsov beyində 



tənəffüs  mərkəzinin  iki  hissədən  nəfəsalma  (inspirasiya)  və 

nəfəsvermə  (ekspirasiya)  mərkəzindən  ibarət  olduğunu  müəyyən 

etdi.  Baş-beyin  yarımkürələrini  daxili  orqanların  fəaliyyətinin 

fəallığına təsir etdiyini göstərdi. 



Meçnikov  İ.İ.  (1845-1916)  rus  fızioloqu.  1908-ci  ildə 

Meçnikov  hüceyrə  immunitetini  (faqasitozu)  kəşf  etdiyinə  görə 

Nobel mükafatı aldı. 

Marey  E.  (1830-1904)  fransız  fızioloqu.  Fizioloji  funk-

siyaların qrafik üsulla qeydini hazırladı. Bir sıra cihazlar hazırladı: 

Mareyin pnevmatik kapsulu, sfıqmoqraf, kardioqraf, mioqraf. 

Malpiqi  M.  (1628-1694)  italyan  həkimi,  anatom  və  natu-

ralist.  Mikroskopik  anatomiyanın  yaradıcılarından  biri.  O, 

ağciyərlərin  alviolyar  quruluşa  malik  olduğunu,  arteriya  və  vena 

damarları  arasında  kapillyar  damarlarla  əlaqənin  mövcudluğunu 

kəşf etdi. Epidermis qatı, böyrək kələfi, dalaq ci- simciyi onun adı 

ilə adlandırılıb. 



Ovsyanikov  Filip  Vasileviç  (1827-1906)  rus  fızioloqu  və 

histoloqu. O, 1871 -ci ildə uzunsov beyində damar-hərəki mərkəzin 

olmasını kəşf etdi. Ovsyanikov  S.İçiryev ilə birlikdə simpatik və 

parasimpatik  sinirlərin  orqan  və  toxumalara  fizioloji  təsirinin 

antogonezmini müəyyən etmişdir. 

Paçini F. (Pacini Filippo) (1812-1883) italyan anatomu. 1831 

-ci ildə dəridə təzyiq və titrəməni hiss edən kiçik ölçülü 



550 

downloaded from KitabYurdu.org



hiss  orqanlarını  kəşf  etdi.  Bu  mexanoreseptor  onun  adı  ilə  mə-

lumdur. 


Pavel İvan Petroviç (1847-1936). Rus fiziologiyasının atası, 

görkəmli fizioloqun elmi işçiləri fiziologiyanın müxtəlif sahələrini 

əhatə  etsə  də  (ürək-damar,  həzm  və  baş-beyin  yarımkürələri 

qabığı),  həzm  sahəsindəki  işlərinə  görə  1904-cü  ildə  Nobel 

mükafatına layiq görüldü. O, ilk dəfə azan sinirin həzm sisteminin 

(xüsusilə  mədənin)  sekretor  siniri  olduğunu  kəşf  etdi.  Qida 

yağlarının mədənin sekretor funksiyasını tormozla- dığım göstərdi. 

Mədə  sekresiyasında  3  faza  ayırd  edildiyini  -  beyin,  mədə  və 

bağırsaq göstərdi. 1867-ci ildə ürəyə trofik sinirin təsirini müəyyən 

etdi. 


1902-ci  ildə  Pavlovun  laboratoriyasında  şərti  reflekslərin 

kəşf olunduğü və ali sinir fəaliyyətinin öyrənilməsi təliminin əsası 

qoyuldu.  Beynin  reflektor  fəaliyyətini  daha  dəqiq  öyrənmək, 

İ.P.Pavlovun  «şərti  reflekslər»  üsulunu  kəşf  etdikdən  sonra 

mümkün oldu. 1909-cu ildə ilk dəfə analizator terminini elmə daxil 

etmişdir. 



Parkinson  James  (1755-1824).  1887-ci  ildə  paralic  haq-

qında kitabı çapdan çıxdı. 



Papes  James  Venceslas  (1883-1958)  amerikan  fizioloqu. 

1937-ci  ildə  hipokamp,  məməyəbənzər  cisim,  talamusun  bir 

hissəsi,  qursaq  qırışığının  qabığının  (Papes  dairəsi)  anadangəlmə 

davranış aktı və emosiyanın formalaşması üçün tam sistem əmələ 

gətirməsi haqqında hipoteza irəli sürdü. 

Penfild U. (1891-1976) kanadalı neyroloq və neyro-cər- rah. 

1950-ci ildə cərrahi əməliyyat zamanı elektro-stimulyator vasitəsilə 

mərkəzi qırışıq ətrafında beyin qabığını qıcıqlandırdıqda tüpürcək 

ifrazını,  udma,  çeynəmə,  dodaq  və  dilin  hərəkətini  müşahidə 

etmişdir.  Bununla  da  qabığın  hərəki  nahiyəsinin  müxtəlif 

yerlərində somatik əzələlərin düzgün fəza proyeksiyası  olduğunu 

isbat etmişdir. 

Pruziner  S.  amerikan  immunoloq  və  biokimyaçı.  1997-ci 

ildə  pionları  -  yoluxma  üçün  yeni  bioloji  səbəblər  kəşfinə  görə 

Nobel  mükafatı  almışdır.  Pionlar  -  hüceyrə  zülallar  olub,  adətən 

zərərsiz olurlar, lakin bir çox şəraitlərdə öz strukturlarını 



551 

downloaded from KitabYurdu.org



dəyişib, yoluxucu xəstəliklər üçün törədiciyə çevrilə bilirlər. 

Purkine  Yan  Evangelista  (1787-1869).  Çexoslovakiyada 

işləyəndə  ürəyin  aparıcı  sisteminə  aid  lifi  (Purkine  lifini)  və 

beyinciyin neyronlarını kəşf etdi. 

Pfluger  E.  (1829-1910)  alman  alimi.  t.Müller  və  Dybua 

Reymonun  tələbəsi  olub.  1857-ci  ildə  qarın  sinirinin  simpatik 

lifinin bağırsaq hərəkətinə ləngidici təsirini kəşf etdi. 1895-ci ildə 

sabit  cərəyanla  katod  (-  mühit)  mühitində  dövrəni  qapadıqda 

oyanma əmələ gəlir, açdıqda isə bu anod (+ mühit) keçən zaman 

katod  qütbündə  qüvvətli  oyanma,  anod  qütbündə  isə  oyanmanın 

aşağı  düşməsi  müşahidə  edilir.  O,  bu  tədqiqatların  nəticələrini 

nəzərə alaraq fizioloji elektrat qanunu və Pflügerin qütb qanununu 

kəşf etdi. 

Ranve Lui (1835-1932) fransız patofizioloqu. Azotlu gümüş 

və  xlorlu  qızıldan  tətbiq  etməklə  sinir  toxumasını  öyrənməklə 

məşğul  olmuşdur.  Mielinli  sinir  lifində  mieliniz  sahə  (Ranvye 

buğumu) onun adı ilə bağlıdır. 



Renşou  B.  (1911-1948)  amerikan  neyrofizioloqu.  Onurğa 

beyninin aralıq neyroları sonralar onun adı ilə (Renşou hüceyrəsi) 

adlandırılmışdır. 

Seçenov İ.M. (1829-1905) rus alimi. Tənəffüs sahəsi CO

2



nin  mübadiləsində  eritrositlərin  üzərinə  düşür.  Belə  ki,  hemoq- 

lobinin  oksigenlə  birləşməsi  karbonat  turşusunun  orqanizmdən 

daha asanlıqla xaric olmasına səbəb olur. 

İ.M.Seçenov  (1863)  müəyyən  şəraitdə  beynin  müəyyən 

hissələrinin qıcıqlandırılması nəinki oyanmaya, həm də ləngiməyə 

səbəb ola bilər. O, görmə qabarları üzərində duz kristalı qoymaqla 

apardığı  təcrübə  ilə  beyində  Seçenovun  «Lən-  gimə»  mərkəzini 

kəşf etdi. O, «şüurlu və şüursuz» hərəkətlərin əsasında üsuluna və 

mənşəyinə  görə  refleks  durduğunu  qurbağa  üzərində  apardığı 

təcrübələrlə isbat etdi. 



Şamayılov  A.F.  (1867-1903)  rus  fizioloqu.  Elektrokardio-

qrafiyanın əsasını qoyanlardan biri. O, simli qalvonometrdən skelet 

əzələsinin  fəaliyyətini  öyrənməkdə  istifadə  etdi  və  oyanmanın 

sinirdən əzələyə verilməsinin kimyəvi  təbiəti haqqında təlim irəli 

sürdü. O, oyanmanın MSS-də yayılmasının tsik- 

552 

downloaded from KitabYurdu.org



lik təbiəti haqqında hipotez irəli sürdü. 

Selye H. (1907-1982) Kanada fizioloq və patoloqu. O, stress 

və ümumi adaptasion sindrom haqqında təlim yaratdı. O, iki qrup 

kartikoidlərə  ad  verdi.  O,  su  və  duz  mübadiləsinə  təsir  edən 

mineralokortikoid,  iltibah və sulukarbon mübadiləsinə təsir edəni 

qlükokortikoidlər adlandırdı. 

Sent Gyogiy Albert (1893-1986) macar alimi. 1938-ci ildə 

əzələdə aktin və miozin və aktinomiozin kompleksini müəyyən etdi. 

1937-ci ildə Vitamin S-ni kəşf etdiyinə görə Nobel mükafatına layiq 

görülmüşdür. 



Sion  F.  (1842-1912)  alman  fızioloqu.  Əsas  əsərləri  qan 

dövranı  və  sinir  sisteminə  həsr  olunmuşdur.  1867-ci  ildə  qardaşı 

M.Sionla birliklə simpatik sinirlərin ürək fəaliyyətinə sürətləndirici 

təsir  göstərdiyini  təcrübi  olaraq  göstərdi.  1866-cı  ildə  aortadan 

ayrılan  (depressor)  mərkəzəqaçan  sinirin  mərkəzi  ucunun 

qıcıqlanması qan damarlarının genişlənməsi AT- təzyiqi aşağı salır. 



Tomas  Yang  1802-ci  ildə  rəngli  görmə  nəzəriyyəsini  irəli 

sürdü,  Hermon  Hemhols  isə  inkişaf  edirdi:  istənilən  rəngi  fərq-

ləndirmək torlu qişada üç görmə piqmentin olması ilə (qırmızı, yaşıl 

və göy rəng üçün) müəyyən edilir. 



Uqolyev  A.M.  (1924-1991)  rus  alimi.  1959-cu  ildə  mem- 

bran (divarönü) həzmin olmasını kəşf etdi. 



Uxotomski  A.A.  (1875-1942)  rus  alimi.  O,  1923-cü  ildə 

dominant haqqında fundamental təlim yaratdı. 



Henle  Fridich  Gustav  Jacob  (1809-1885).  O,  nefronda 

(1862-ci ildə) oraqvarı qasıq, keçid epiteli təsvir etmişdir. 



Xodçkin  A.D.  (1914-1998)  ingilis  fızioloqu.  1938-ci  ildə 

Kalmarin aksonun hüceyrə membranında oyanma zamanı elektrik 

yolu  ilə  nəql  olunma  sürətlənir.  1947-ci  ildə  Xakseli  ilə  birlikdə 

oyanmanın natri hipotezini isbat etdi. 1963-cü ildə Alan Xodçkin, 

E.Xaksli  ilə  birlikdə  neyronun  membranında  elektrik  prosesinin 

mexanizmini ətraflı izah etdiklərinə  görə Nobel  mükafatına layiq 

görülmüşlər. 

Xolden D. (1860-1936) ingilis alimi. Tənəffüsün humo- ral 

yolla nəzəriyyəsinin müəllifi kimi tanınır. Hemoqlobino- 



553 

downloaded from KitabYurdu.org



metr, qaz qarışığı və havanı analiz etmək üçün qazanalitik cihazları 

yaratdı. 



Xyuz D. ingilis fızioloqu, farmokoloqu. 1975-ci ildə beyində 

enkafalini-opoid sisteminin neyromediatorunu kəşf etdi. 



Xopkins F. (1861-1947) ingilis biokimyaçısı. Vitamin A və 

onun orqanizmin böyümə və inkişafında təsirinin kəşfinə görə ona 

Nobel mükafatı təqdim edilmişdir. 

Xaksili  X.  ingilis  bioloqu.  1954-cü  ildə  əzələ  təqəllüsünün 

mexanizmini izah edən, şürüşən liflər nəzəriyyəsini təklif etdi. 



Haydhayen  Rudolf  Peter  Henrix  (Heydenham  R.)  (1834-

1897)  alman  fızioloqu.  1879-cü  ildə  mədənin  böyük  əyriliyində 

cərrahi  əməliyyat  apararaq  «kiçik  mədə»  düzəldərək  həzm  sis-

temində  humoral  tənzimi  öyrəndi,  bu  zaman  azan  sinirin  tənzimi 

sinir kəsildiyi  üçün  yox olur. 1874-cü ildə sidiyin əmələ  gəlməsi 

prosesində kanal sekresiyasının əhəmiyyətini əsaslandırdı. 



Helmhols  Herman  Lydviq  Ferdinand  (H.Helmholtz) 

(1821-1894)  alman  fızioloqu.  Gözün  akkomodasiyası  haqqında 

nəzəriyyəni əsaslandırdı. Buna əsasən kirpikli əzələlərin yığılması 

kirpikli  vətərin  boşalmasına  səbəb  olur.  Bu  büllurun  fizika 

qanunlarına uyğun olaraq daha oval forma almasına və işıqsındırıcı 

qabiliyyətinin qüvvətlənməsinə səbəb olur. 

Helmhols  1862-ci  ildə  «Eşitmə  hissi  haqqında  təlimin 

musiqinin  fizioloji  əsasları  nəzəriyyənin  əsası  kimi»  kitab  çap 

etdirdi. 1863-cü ildə eşitmənin rezonans nəzəriyyəsini əsaslandırdı. 

Hippokrat  (Hipocrates  of  cos)  (460-375)  qədim  yunan 

həkimi və alimi. Bizim eradan əvvəl 460-cı ildə Yunanıstanda Köc 

adasında anadan olmuş, 365-ci ildə Larisa şəhərində vəfat etmişdir. 

Hippokrat  xəstəlikləri  kəskin  və  xroniki,  enidemik  və  en- 

demik,  xoşxassəli  və  bədxassəli  və  s.  bölməyi  təklif  etdi.  Orqa-

nizmin dörd mayesi haqqında təlim (qan [sanqus], selik [phleqma], 

sarı öd [shole] və qara öd [melanchole]) yaratdı. Həmin mayelərin 

miqdarmdakı  pozğunluq  xəstəliklərə  səbəb  olur.  Elmi-praktiki 

işlərinə görə onu «tibb elminin atası» ad 

554 

downloaded from KitabYurdu.org



landırırlar.  O,  özündə  belə  hesab  edirdi  ki,  həkim  andı  haqqında 

tekst (Hippokrat andı) ona məxsusdur. Lakin ola bilsin ki, o qədim 

Asklepidilərin andına əsaslanır. Asklep sağlamlıq allahı Appolonun 

oğludur.  Asklep  qızının  adını  Gigiyena  (sağlamlıq  gətirən) 

qoymuşdur. 

Hasser Herbert Spenser (Gasser H.) (1888-1963) amerikan 

fızioloqu. 1933-cü ildə sinir lifi ilə oyanmanın nəql olunmasının, 

onun  ox  silindirin  diametri  ilə  düz  mütənasib  olduğunun 

qanunauyğunluğunu müəyyən etdi. Bu sahədə tək sinir lifində yükə 

deferensiasiyası funksiyası ilə əlaqədar o, Nobel mükafatı aldı. 

Hiss Villhelim (1863-1934) alman həkimi. Kardiologiyanın 

pionerlərindən biridir. 1893-cü ildə ürəkdə atrioventi- kulyar dəstə 

(Hiss dəstəsi) haqqında məlumat verdi. 

Yanski  Y.  (1873-1921) çex  alimi.  1900-cü  ildə Lendeştay- 

ner tərəfindən təsvir edilən üç qan qrupunu təsdiq etdi və dördüncü 

qan qrupunu isə kəşf etdi. O, insanın qan qrupu üzrə ilk təsnifatını 

yaratdı və I-dən IV-ə qədər rum hərfi ilə işarə etdi. 



Mustafa Ağabəy oğlu Topçubaşov (1895-1981)  Azərbay-

can alimidir. Əsas elmi fəaliyyətini səhiyyə və dövlət işlərilə yanaşı 

icra  etmişdir.  Cərrah  1937-ci  ildə  dünyada  geniş  tətbiq  olunan 

analgeziya  üsulunu  ilk  dəfə  tətbiq  etmişdir.  1937-ci  ildə  «Ətraf 

mühit  və  sağlamlıq»,  1979-cu  ildə  «Analgeziyanm  tibbdə 

uzunmüddətli tətbiqi», 1980-ci ildə isə «Ürək-damar xəstəlikləri və 

onların qarşısının ahnması» kitablarını nəşr etdirmişdir. 

Yanq T. (Yound T.) (1773-1829) ingilis fızioloqu. 1804- cü 

ildə rəngli görmə nəzəriyyəsinin və gözün torlu qişasında üç rəngli 

seçən hissedici elementlərin olduğunu işlədi. 

İqnappo  L.  amerikan  farmakaloqu.  NO-azot  oksidin  ürək-

damar sistemində əhəmiyyətini öyrənmişdir. İqnappo Furçqottom 

və Mypadom NO-nun siqnal molekulu olması haqqında işinə görə 

Nobel mükafatı almışdır. 



Jakob  F.  fransız  genetiki.  O,  1965-ci  ildə Jakom-Mono  ilə 

birlikdə m-RNT-nin kəşfi, genin transkripsiya və ekspres- siyasının 

mexanizminin izahına görə Nobel mükafatı almışdır. 

555 

downloaded from KitabYurdu.org



BDU-nun BİOLOGİYA FAKÜLTƏSİNİN 

İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI 

KAFEDRASININ TANINMIŞ ALİMLƏRİ HAQQINDA 

QISA ARAYIŞ 

Qarayev  A.İ.  (1910-1968)  Azərbaycan  fızioloqu.  (Eks-

perimental  fıziologiya»  məktəbinin  yarıdıcısı,  «Nəzəri  və  əməli 

fıziologiya»nın  banisidir.  O,  ilk  «Sulukarbonların  əzələlərin 

potensiallarının  mənbəyində  əhəmiyyəti))  dissertasiya  işində 

əzələlərin  elektrik  proseslərinin  sulukarbonlar  mübadiləsinin 

vəziyyətindən  və  xüsusilə  qanın  şəkər  səviyyəsindən  asılı  olması 

haqqındakı  müddəanı  irəli  sürür.  «Diafraqmanm  fiziologiyasına 

dair)> ikinci dissertasiya işində tənəffüs üzvünün sinir- lənməsinə 

dair yeni fikirlər irəli sürdü. 1940-cı ildə «Bioelekrik hadisələrinə 

dair» tibb elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etdi. 

Sublimunab  qıcıqların  dekrementli  ötürülməsi  -  yerli  ətrafa 

yayılmayan oyanmalar haqqında yeni fikirlərilə «Canlı orqanizmdə 

potensialların mənşəyinə dair)> xarici alimlərin nəzəriyyəsinə qarşı 

çıxış  edərək,  İ.Bernşteynin  fiziki-kimyəvi  nəzəriyyəsinə  qarşı  o 

nəzəriyyəsini  irəli  sürdü.  1950-1968-ci  illərdə  visseral 

reseptorların-interoreseptorlardan baş-beyin yarımkürələrinə daxil 

olan  siqnalların  kortiko-  visseral  əlaqələri  haqqında  məlumatları 

«lnteroreseptorlar və maddələr mübadiləsi)) (1957) kitabında çap 

etdirmişdir. 

Ağayev T.M. 1935-ci ildə qədim azəri türklərinin vətəni olan 

Sisyan rayonunun Vaqadi kəndində anadan olmuşdur. AMEA-nm 

A.İ.Qarayev 

adma 

Fiziologiya 



İntstitutunun 

direktoru, 

((Müqayisəli  və  yaş  neyrokimyası»  laboratoriyasının  rəhbəri, 

biologiya  elmləri  doktoru,  professor,  AMEA-nm  müxbir  üzvü, 

A.İ.Qarayev  adma  Fiziologiya  Cəmiyyətinin  prezidentidir. 

Fiziologiya və biokimya ixtisası sahəsində onlarla elmlər namizədi 

və  doktorunun  elmi  rəhbəri  olmuşdur,  bir  çox  elmi  və  tədris 

kitabları  çap  etdirmişdir.  O,  öz  məktəbinin  yaranmasına  nail 

olmuşdur. 

Tağıyev  S.K.  (1922-2007)  Beyləqan  rayonunun  Şahsevən 

kəndində anadan olmuşdur. Akademik, biologiya elmləri dok 

556 

downloaded from KitabYurdu.org



toru,  professor  1970-ci  ildə  «Onurğalı  heyvanlarda  qlikemik 

reaksiyalara  interoseptiv  təsirlərin  filogenetik  və  ontogenetik 

təkamülü»  üzrə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 

Azərbaycan  AMEA-nın  Fiziologiya  İnstitutunun  «Evolyu-  sion-

ekoloji  fiziologiya  və  biokimya»  şöbəsinin  müdiri,  Azərbaycan 

Fizioloqlar Cəmiyyətinin sədri olmuşdur. 



Qasımov  R.Ə.  1931-ci  ildə  İrəvan  şəhərində  anadan  ol-

muşdur.  AMEA-nın  müxbir  üzvü,  biologiya  elmləri  doktoru, 

professor. O, «Təkamül və ekoloji fiziologiya» sahəsində apardığı 

işlərlə  dünyada  məşhurdur.  1950-ci  ildə  akademik  İ.A.Qarayevin 

rəhbərliyilə  İnsan  və  heyvan  fiziologiyası  kafedrasında  işə 

başlamışdır.  O,  A.İ.Qarayev  adma  Fiziologiya  İnstitutunda 

laboratoriya  müdiridir.  Ekoloji  fiziologiya  sahəsində  onlarla 

mütəxəssisin rəhbəri olmuş və bu sahədə kitablar çap etdirmişdir. 



Əliyev  M.H.  1923-cü  ildə  Gədəbəy  rayonunun  Böyük 

Qarabulaq  kəndində  anadan  olmuşdur.  Biologiya  elmləri  doktoru, 

professor.  1949-cu  ildə  Moskva  Baytarlıq  İnstitutunu  bitirib.  O, 

elmi-praktik  problemin  «Ana  südü  və  uşaqların  normal  fiziki  və 

zehni inkişafı»nm öyrənilməsinə həsr etmişdir. O, 287 elmi əsərin 

müəllifidir. Alim fiziologiya və tibb sahəsində 28-dən çox doktor və 

elmlər namizədi hazırlamışdır. O, dəfələrlə dövlət tərəfindən medal 

və fəxri fərmanlar ilə təltif olunmuşdur. 



Qayıbov T.D. (1923-2002) Quba rayonunun Alpan kəndində 

anadan olmuşdur. Biologiya elmləri doktoru, professor. 1961-ci ildə 

Moskvada  N.İ.Piroov  adma  2JM°-li  Tibb  İnstitutunda  doktorluq 

dessertasiyasım  müdafiə  edərək  biologiya  elmləri  doktoru  alimlik 

dərəcəsi  almışdır.  1950-ci  ildən  1967-ci  ilə  qədər  Azərbaycan 

Dövlət Pedaqoji İnstitutunun, 1967-1993-cü ilə qədər Bakı Dövlət 

Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasına rəhbərlik 

etmişdir. O, 40-a qədər yüksək ixtisaslı elmlər doktoru və namizədi 

hazırlamışdır. 

Hüseynov  H.Ə.  (1915-1987)  biologiya  elmləri  namizədi, 

professor.  Bakı  şəhərində  anadan  olmuşdur.  Prof.  1961-1966-  cı 

illərdə ADU-nun İnsan və heyvan fiziologiyası kafedrasının 

557 

downloaded from KitabYurdu.org



müdiri,  1972-1975-ci  illərdə  biologiya  fakültəsinin  dekanı  olub. 

Dərslik,  dərs  vəsaitləri  və  proqramların  müəllifi  olmuşdur. 

Professor  H.Ə.Hüseynov  100-dən  çox  əsərin  və  kitabların 

müəllifidir. Onun tədqiqatında  «Dağ-dağ mərgümüş suyunun qan 

və  qanyaranmaya  və  Azərbaycan  florasından  alınmış  aktiv 

maddələrin  orqanizmin  karbohidrat  mübadiləsinə  təsiri» 

öyrənilmişdir.  Onun  elmi  işlərində  Naftalan  neftinin  müalicəvi 

təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər 

əsas yer tutur. 

Ömərov  İ.A.  (1936-2007)  biologiya  elmləri  doktoru,  pro-

fessor.  1936-cı  ildə  Gürcüstanda  Dmanisi  rayonunun  Səfəri 

kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi qızıl medalla 

bitirib.  1991-ci  ildə  Moskvada  SSRİ  TEA  nəzdində  olan  Şurada 

«Naften  turşuları  və  naften  karbohidrogenlərinin  fizioloji  təsir 

mexanizmləri)) mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 

b.e.d. elmi dərəcəsinə layiq  görülmüşdür. 1962-ci ildən elmi işçi, 

1968-ci  ildən  böyük  elmi  işçi,  laboratoriya  müdiri  və  kafedranın 

professoru  vəzifəsində  çalışmışdır.  O,  70-dən  çox  elmi  əsərin  və 

kitabların müəllifi olmuşdur. 

Məmmədov  Z.H.  biologiya  elmləri  doktoru.  «Təlim  ney- 

rofiziologiyası»  laboratoriyasının  rəhbəri.  1946-cı  ildə  İrəvan 

şəhərində  anadan  olmuşdur.  1983-1987-ci  illərdə  «İntermozq» 

beynəlxalq  elmi  proqram  çərçivəsində  Çexoslovakiya  EA-nın 

Fiziologiya  İnstitutunda  «Yaddaşın  neyrofiziologiyası»  labo-

ratoriyasında çalışıb. 1996-cı ildə «Neyron və sinapasların plastik 

xassələrinin  modulyasiyasında  biogen  aminlərinin  iştirakının 

neyrobioloji mexanizmləri)) mövzusunda doktorluq dissertasiyası 

müdafiə  etmişdir.  Z.H.Məmmədov  104-dən  çox  elmi  işin, 

monoqrafiyanın  müəllifi,  onlarla  elmlər  doktoru  və  elmlər 

namizədinə  rəhbərlik  etmiş,  xarici  ölkələrdə  konfrans  və 

simpoziumlarda elmi məruzələr etmişdir. 

Qazıyev  A.Q.  1950-ci  ildə  Naxçıvan  MR-nin  Şahbuz 

rayonunun  Türkeş  kəndində  anadan  olmuşdur.  AMEA-nm 

A.Qarayev  adma  Fiziologiya  İnstitutunun  elmi  işlər  üzrə  direktor 

müavini,  «Analizatorlar  müqayisəli  və  yaş  fiziologiyası)) 

laboratoriyasının rəhbəri, biologiya elmləri namizədi. 1977-ci 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin