Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

489 

downloaded from KitabYurdu.org



rı  və  beyin  suyolunun  divarı,  yəni  ara-beyinlə  orta  beyin  hüdudu 

zədələnmişdir. 

İ.P.Pavlov  yuxunun  beyin  qabığı  nəzəriyyəsini  irəli 

sürmüşdür.  Onun  fikrincə,  yuxu  beyin  qabığında  baş  verən  daxili 

ləngimədən ibarətdir. Beyin qabığının bir nahiyəsində əmələ gələn 

ləngimə bütün qabığa yayılır və oradan da beyin sütununa enib, ara 

və orta-beyni tutur. 

Hipnozçu  yatırtmaq  istədiyi  adamı  daima  parlaq  bir  cismə 

(gümüş qaşıq və s.) baxmaq, ancaq yuxu haqda düşünmək təklif edir 

və kəsik-kəsik «yatın-yatın» əmrini verir. Beləliklə, o eyni zamanda 

beyin qabığının iki nahiyəsini, yəni görmə və eşitmə mərkəzlərini 

ləngitmək  istəyir  və  bilir  ki,  burada  əmələ  gələn  ləngimə  dərhal 

bütün beyin qabığına yayılacaq və yuxuya səbəb olacaqdır. 

Pavlovun  nəzəriyyəsinə  əsasən  yuxugörmə  belə  izah  edilir. 

Yuxu  zamanı  beyin  qabığının  ayrı-ayrı  məntəqələri  («növ-  bətci 

məntəqələr», «keşikci məntəqələr») oyaq qalır və onlar arasındakı 

sahələr isə ləngimiş olur. Yuxugörmənin başlanğıcı üçün lazım olan 

qıcıqlar,  bədənin  müəyyən  hissəsində,  əksərən  dəridə  baş  verir. 

Məsələn, soyuqda ayağın yorğandan çıxması, başın yastıqda narahat 

olması, sidik kisəsinin dolması yuxu- görməyə şərait yaradır. Həmin 

nahiyələrdən afferent impulslar beyin qabığının oyaq məntəqələrinə 

çatır  və  onları  şüursuz  surətdə  bir-birilə  bağlayır.  Nəticədə 

məntiqsiz və məzmunsuz hadisələrdən ibarət yuxugörmə baş verir. 

İsveç  fızioloqu  P.Hes  talamus  və  hipotalamusun  arxa 

hissəsinə  kiçiktezlikli  elektrik  cərəyanı  verdikdə  pişik  tez  yuxuya 

getmişdir,  o  bununla  isbat  etmişdir  ki,  «yuxu  mərkəzi»  beyin 

strukturlarında talamus və hipatamusda yerləşir. 

Həm  ləng,  həm  də  tez  yuxu  ritmiki  və  fazalı  hadisələrilə 

xarakterizə  olunurlar.  Yaxşı  məlumdur  ki,  materialın  yatmazdan 

əvvəl oxunması, onun 

8

 saatlıq yuxu müddətində daha yaxşı yadda 



qalmasına səbəb olur. Həm də gecənin birinci yarısında ləng yuxu 

zamanı daha asan qavranılır, nəinki gecənin ikinci yarısı, paradoksal 

yuxu üstünlük təşkil edəndə. 

Yuxunun fizioloji əhəmiyyəti. Yuxu həm sinir sisteminin, 

490 

downloaded from KitabYurdu.org



həm  də  müxtəlif  orqan  və  sistemlərin  fəaliyyətinə  təsir  göstərir. 

Uzunmüddətli inosomiya və ya yuxusuzluq əsəbiliyə, yorğunluğa 

səbəb  olmaqla,  hərəkətin  əlaqələndirilməsini  aşağı  salır.  Yuxu 

müxtəlif  vasitələrilə  sinir  mərkəzlərinin  fəallığının  normal 

səviyyəsini  və  onların  fəaliyyətinin  balansını  bərpa  edir.  Yuxu 

müddətində  simpatik  sinir  sisteminin  fəallığı  azalır,  parasimpatik 

sinir  sisteminin  fəaliyyəti  isə  yüksəlir.  Yuxunun  vegetativ 

funksiyalarla bərpaedici təsiri 

1

) arterial təzyiqin aşağı düşməsində, 



2)  dərinin  damarlarının  genişlənməsində,  3)  mədə-bağırsaq 

sisteminin  işinin  müəyyən  qədər  qüvvətlənməsində,  4)  əzələ 

tonusunun zəifləməsində, 5) ümumi mübadilənin 20-30% azalması, 

ləng  yuxunun  II-IV  fazasında  anabolizm  proseslərinin 

yüksəlməsində özünü göstərir. 

20.22. Motivasiya 

Tələbat. İnsan və heyvan orqanizmlərinin yaşayış şəraitindən 

asılılıqlarını  təcəssüm  edən  bir  bioloji  hal  kimi  meydana  çıxır. 

İstənilən  məqsədəuyğun  davranış  aktı  bu  və  ya  digər  tələbatla 

əlaqədardır.  Tələbatlar  kimi  motivlər  də,  həmçinin,  bioloji  və 

ictimai mahiyyətə malikdir. 

Beləliklə,  motivasiya  (motive  -  oyatmaq,  həvəs)  MSS-  nin 

xüsusilə  ali  sinir  fəaliyyətinin,  başqa  sözlə,  davranışın  fizio-

logiyasının öyrənilməsində mühüm rol oynayır. 

Motivasiyalar  iki  qrupa  bölünür:  1)  bioloji  motivasiya; 

2



sosial və ya ictimai motivasiya. 

Bioloji motivasiyaya irsi mexanizimlər əsasında formalaşan 

aclıq,  susuzluq,  qorxu,  aqressiya,  cinsi  həvəs,  valideyn,  xüsusilə 

analıq  həvəsi,  temperatur,  sidik  ixracı  və  defekasiya  aktları,  ya 

başqa  oyanmalar  aid  edilir.  Yəni  ibtidai  heyvanlar  dünyaya 

gələrkən aclıq, susuzluq və qorxu motivasiyalarının mexanizmləri 

artıq  yaranmış  olur.  Sonralar  aqressiya,  cinsi  və  valideyn 

motivasiyaları əmələ gəlir. 

Yeməkdən  sonra  qəfəsdə  mürgüləyən  erkək  meymunun 

yanma dişi meymun salınarsa, onun davranışı kəskin fəallaşar. Dişi 

meymunun görünüşü, qoxusu və başqa qıcıqlandırıcılar 

491 

downloaded from KitabYurdu.org



erkəklərdə cinsi motivasiyanı stimulə edir. Cinsiyyət hormonlarının 

sinir hüceyrələrinə təsirindən ilk növbədə cinsi reaksiyalar baş verir. 

Sosial  motivasiyalar  fərdin  yaşayış  şəraiti,  valideynlərlə  və 

digər  canlı  aləmlə  əlaqəsindən  yaranan  anadangəlmə  bioloji 

motivasiya  əsasında  qurulur.  Onların  formalaşmasında  xarici 

mühitin müxtəlif faktorlarının təsiri, təlim və yaddaş mexanizmləri 

əhəmiyyətli yer tutur. 

Fizioloji  müşahidələr  göstərir  ki,  daxili,  metabolik  ehtiyac 

hər  şeydən  əvvəl,  müəyyən  orqanların  fəaliyyətində  və  qanın 

tərkibindəki dəyişikliklərdə öz əksini tapır. 

Bioloji  ehtiyac  haqqında  hakim  sinir  və  humoral  siqnallar 

baş-beynin  xüsusi  zonalarına  gəlir.  Belə  zonalar,  əsas  etibarilə 

hipotalamusda müəyyən edilmişdir. 

Hipotalamik motivasion mərkəzlər beynin başqa şöbələri, ilk 

növbədə, limbiq və retikulyar törəmələrlə, buradan isə baş-beynin 

yarımkürələri qabığı ilə əlaqə yaradır (şəkil 

8

). 


 

Şəkil 8

. Humoral (1) və sinir (2) faktorlar əsasında formalaşan motivasion hipotalamik 

mərkəzlərin  retikulyar  formasiya  və  baş-beynin  qabığına  qalxan  fəallaşdırıcı 

təsiri tələbatı ödəmək üçün məqsədyönlü davranışın əsasını təşkil edir. 

Hipotalamus  strukturlarında  meydana  çıxan  ilk  motivasion 

oyanma baş-beyin yarımkürələri qabığına qədər yayılır. 

492 

downloaded from KitabYurdu.org



Hər  iki  lateral  hipotalamus  zədələndikdə  heyvan  qidaya 

toxunmayaraq acından tələf olur. 

Beləliklə,  motivasiya  vəziyyətinin  strukturunda  hipota- 

lamik mərkəzlər mühüm rol oynayır. 

Son  illər  motivasion  oyanmanın  mexanizmləri  haqqında 

təsəvvürlər  xeyli  dəyişikliyə  uğramışdır.  Müəyyən  edilmişdir  ki, 

motivasion  oyanmanın  strukturunda  endogen  mənşəli  ney- 

ropeptidlər fəal iştirak edir. F.l.Cəfərova (1984-1990) görə, beynin 

yan  mədəciyinə  (3-lipotropin  (P-LPT)  və  onların  törəmələrini 

yeritdikdə  ac  heyvanın  qida  davranışı  reaksiyaları  ləngiyir,  tox 

heyvanınkı isə fəallaşır. 

Susuzluq  motivasiyası.  Susuzluq  orqanizmdə  əmələ  gələn 

ümumi  hisslərə  mənsubdur.  Onun  reseptorları  əsasən,  vena 

damarlarında  olan  baroreseptorlar,  ağız  boşluğunun  selikli 

qişasında  olan  baroreseptorlar,  ağız  boşluğunun  selikli  qişasında 

yerləşən  reseptorlar  və  hipotalamusdakı  osmoreseptor-  lar  aiddir. 

Su-duz  balansını  tənzim edən  sinir  törəmələri  hipo-  talamusda  və 

ona  yaxın  olan  sahələrdə  yerləşmişdir.  Məhz  hi-  potalamusun  ön 

nüvələrinin  (preoptik  sahə)  neyronlarmda  çoxlu  osmoreseptorlar 

vardır.  Hipotalamus  neyronları  osmo-  reseptorlardan  siqnalları 

mərkəzi sinir sisteminin digər şöbələrinə nəql etməkdə çox mühüm 

rol  oynayır.  Hüceyrəxarici  mühitdə  suyun  azalmasına  reaksiya 

verən  renin-anqiotenzin  hormonal  sistemin  də  fəaliyyəti  mühüm 

əhəmiyyət kəsb edir. 

Böyrəklərdən  geçən  qanın  həcmi  və  ya  təzyiqi  azaldıqda 

onlarda  renin  hormonunun  ifrazı  artır,  bu  isə  dövr  edən  qanda 

anqiotenzin  II  hormonunun  artmasına,  o  isə  beynin  üçüncü 

mədəciyinin  divarında  yerləşən  reseptor  üzv  (subfornikal  üzv) 

qıcıqlandırılması  nəticəsində  hipotalamusun  susuzluq  mərkəzinin 

oyanmasına səbəb olur. 

Aclıq  motivasiyası.  Mədə-bağırsaq  reseptorlarmın  qıcıq- 

lanmaları  nəticəsində  qida  davranışını  tənzim  edən  vegetativ 

mərkəzlər oyanır. 

Aclığın baş verməsini siqnallaşdıran mühüm amillərdən biri 

qanda qlükozanın azalmasıdır. 

Qlükozanın təsir etdiyi reseptorlar (qlükoreseptorlar) 



493 

downloaded from KitabYurdu.org



mədədə,  bağırsaqlarda,  qaraciyərdə,  aralıq  beyində  və  xüsusilə 

hipotalamusda  aşkar  edilmişdir.  Aclıq  hissi,  həmçinin,  termo- 

reseptorlarda  əmələ  gələ  bilər.  Temperatur  yüksəldikcə  mə-

nimsənilən qidanın miqdarı azalır və əksinə. 

Sübut  olunmuşdur  ki,  aclıq  zamanı  əmələ  gələn  sinir  və 

humoral  siqnallar  ilk  növbədə  aralıq  beynin  qabaraltı  sahəsinə  - 

hipotalamusa  nəql  edilir.  Hipotalamusun  lateral  nüvələri  «aclıq», 

ventromedial  nüvəsi  isə  «toxluq»  mərkəzi  kimi  qiymətləndirilə 

bilər.  «Aclıq  mərkəzinin»  qıcıqlandırılması  heyvanda  qida 

hərəkətləri  doğurduğu  halda,  «toxluq  mərkəzi»  isə  əksinə,  belə 

halda bu cür hərəkətləri ləngidir. Aclıq mərkəzi dağıldıqda heyvan 

qidadan  tamamilə  imtina  edir  (afaqiya  vəziyyəti),  toxluq  mərkəzi 

dağıldıqda isə o, fasiləsiz olaraq, çoxlu qida qəbul edir (hiperfaqiya 

vəziyyəti) və nəticədə piylənmə baş verir (hipotalamik piylənmə). 



Cinsi  motivasiya.  insan  və  heyvanlarda  həyatın  zəruri 

cəhətlərindən  biri  də  cinsi  davranışdır.  O,  orqanizmin  cinsi  ye- 

tişkənlik  dövründə  başlanır  və  çoxalmanı  (generativ  funksiyanı) 

təmin  edir.  Cinsi  əlaqəyə  girmə  tələbatı  qanda  cinsi  hormonların 

(androgenlər,  estrogenlər)  artması  ilə  əlaqədardır.  Dişi  və  erkək 

fərdlərdə  cinsi  vəzilərin  fəaliyyəti  hipofızin  qonadotrop 

funksiyasının,  bu  isə  öz  növbəsində  hipotalamusun  müvafiq 

relizinq  amillərinin  tənzimləyici  təsiri  altındadır.  Qanda  dövran 

edən hormonlar cinsi davranışı fəallaşdırır və cütləşməyə hazırlıq 

onların hipotalamusa təsiri ilə başlanır. 

20.23. Emosiya 

Emosiya (emavere - sarsılıram, həyəcanlanıram) insanın ali 

sinir fəaliyyətinin təzahürlərindən biridir. 

Emosiyalar  orqanizmə  xarici  və  daxili  qıcıqlandırıcıların, 

sosial  amillərin  təsirindən  əmələ  gələn  hər  hansı  bir  hissin  keçi-

rilməsi və cərəyanı deməkdir. 

Emosiyalar daxili vəziyyətin və ona təsir edən xarici mühit 

amillərinin  çox  mürəkkəb  qarşılıqlı  münasibətlərinin  müxtəlif 

təzahürləridir. İnsanın xarici mühit amillərinə qarşı müna 

494 

downloaded from KitabYurdu.org



sibətin təzahürü kimi keçirmiş olduğu hisslərə emosiyalar deyilir. 

Emosiyanın  köməyilə  insan  və  heyvan  xarici  faktorların 

zərərli  və  ya  əhəmiyyətli  olmasını  araşdırır.  Beynin  limbik 

strukturu, məsələn, qursaq qırışığı, badamabənzər nüvə, dəniz- atı 

qırışığı,  heyvanın  emosional  reaksiyasını müəyyən edən ən vacib 

törəmələridir.  Onlar  zədələndikdə  heyvanın  qida  qabiliyyəti, 

duyğusu olmur. Valideynə tabe olma qaydasını itirir. 

Amma, onlarda bir-birinə qarşı yüksək cinsi hissiyata malik 

olurlar. Bu sistemin müxtəlif hissələrinin qıcıqlandırıl- ması və ya 

dağılması  heyvanlarda  qida  müdafiə  və  cinsi  ref-  lekslərin 

pozulmasına  qəzəb,  qorxu,  təcavüzkarlıq  və  digər  emosiyalara 

səbəb olur. 

Hisslər  və  emosiyalar  daha  çox  hərəkətlərdə,  bədənin  du-

ruşunda, səslərdə, sözlərdə, vegetativ reaksiyalarda ifadə olunur. 

İnsanın  müxtəlif  növlü  təəssüratları  mənfi  və  müsbət  xa-

rakterli  emosiyalara  bölünür.  Mənfi  emosiyalara  qorxu,  aclıq, 

qəzəb,  kədər,  məyusluq,  nifrət,  kin  (ədavət)  və  s.,  müsbət  emo-

siyalara isə sevinc, həzz (zövq), sevgi və s. aid edilir. 

İnsan  və  heyvanlar  üçün  müəyyən  dərəcədə  ümumi  olan 

hisslərə  və  emosional  hallara  aclıq,  toxluq,  həzz,  həyəcan,  na-

rahatlıq,  hər  şeylə  maraqlanmaq,  qorxu,  qəzəb,  təcavüzkarlıq  və 

sairə  aiddir.  Buraya  orqanizmin  digər  ümdə  bioloji  tələbatları 

(qidalanma,  mübarizə,  mühafizə,  cinsi  fəallıq,  nəsi  qayğısına 

qalmaq, yaşayış arealına hakim olmaq) ilə əlaqədar olan kompleks 

vegetativ və hərəki reaksiyalar da aiddir. Məlumdur ki, insanın hissi 

və  emosional  sahəsi  heyvana  nisbətən  olduqca  zəngin  və 

rəngarəngdir. 

Mənfi emosiyalar daxili enerji mənbəyi olub, çətinliklərin dəf 

edilməsində  insanın  köməkçisidir.  Əlbəttə,  emosional  gərginlik 

uzun sürməməlidir, əks halda onlar ağır xəstəliklər törədir. 

Vegetativ sinir sistemin simpatik şöbəsinin kəskin oyanması 

baş verir. Qanda adrenalinin miqdarı artır, ürəyin işi qüvvətlənir və 

adrenal qan təzyiqi yüksəlir, qazlar mübadiləsi 

495 

downloaded from KitabYurdu.org



sürətlənir,  bronxlar  genişlənir,  oksidləşmə  və  energetik  proseslər 

qüvvətlənir. 

Müəyyən edilmişdir ki, mənfi emosiya beyin neyronları- nın 

neyromediatorlara və neyropeptidlərə qarşı həssaslığım dəyişdirir 

və  onun  davamlı  formaya  keçməsi  daha  çox  müqayisə  şəraitində 

müşahidə olunur. Ağır sosial ehtiyaclar bunu daha da çətinləşdirir. 

İnsan  intensiv  əzələ  fəaliyyətinə  başladıqda,  məsələn,  ve-

losiped sürmək, qaçmaq və s. mənfi emosiyanı xeyli zəiflədir. 

İnsan  heyvandan  fərqli  olaraq,  güclü  daxili,  subyektiv  tə-

əssüratlar keçirə bilər. 

Emosiyaların  mənşəyin  sinir  mexanizmini  və  funksional 

əhəmiyyətini izah etmək üçün bir sıra təcrübələr aparılmış, ideyalar 

irəli sürülmüşdür. 

Emosiyanın  qabıqaltı  mərkəzlər  nəzəriyyəsi  emosiyanı 

beynin ən dərin strukturları ilə əlaqələndirir. 

Emosiyanın  qabıq  nəzəriyyəsi  heyvanlarda  baş-beyin 

qabığını çıxardıqda aqressiv reaksiya xüsusilə güclü alınır. 

Emosiyanın  periferik  nəzəriyyəsinə  görə  emosiyanın  for-

malaşmasında  daxili  orqanlardan  mərkəzi  sinir  sisteminə  gedən 

təsirlər mühüm rol oynayır. 

Emosiyanın  inteqrativ,  qabıq-qabıqaltı  nəzəriyyəsinə  görə 

qabıqaltı  törəmələrin  emosiyagen  zonalarının  qıcıqlandırıl-  ması 

beyin qabığının bütün neyronlarınm fəaliyyətində əks olunur. 

Hər hansı emosiya baş-beyin yarımkürələri qabığına qalxan 

istiqamətdə çatmaqla, insanın psixiki fəaliyyət formasında öz əksini 

tapır.  Emosional  oyanma  həmişə  limbiq  strukturlardan  enən 

istiqamətdə  somatik  və  vegetativ  sinir  sisteminə,  beyin 

strukturlarının  və  hipofizin  müvafiq  hormonları  vasitəsilə  eninə 

zolaqlı  əzələlərə,  daxili  sekresiya  vəzilərinə  və  daxili  orqanlara 

gəlir. Beləliklə, emosional oyanma periferik komponentləri özünə 

qoşur. 

Emosiyanın  periferik komponentlərinə, iradi  tənzim olunan 



(mimiki hərəkətlər, əks reaksiyaları, göz yaşı ifrazı və tənəffüs) və 

qeyri-iradi tənzim olunan (ürəyin və mədə-bağır 



496 

downloaded from KitabYurdu.org



 

saq traktının fəaliyyəti, damar mənfəzinin dəyişməsi, ağciyər saya 

əzələlərinin təqəllüsü) komponentlər aid edilir. 

Başqa  bir  maraqlı  fərziyyə  J.Peypesə  görə  irəli  sürmüş  in-

sanda və ali heyvanlarda emosiyalar qabıqaltı (subkortikal) limbik 

törəmələrin, ilk növbədə talamus, hipokamp, beyin tağı, mamillyar 

cisim  və  qurşaq  qırışığının  funksiyaları  ilə  sıx  bağlıdır.  Bu 

törəmələr arasında sinir oyanmalarının qapalı dövranı mövcuddur 

ki, bunlar emosiyaların formalaşması üçün zəmin yaradır. 

ea 


Ö

^^^Limbik si stc 



■ 

» 



-S 


 

Şəkil 9. 

Emosional-motivasiya davranışının mərkəzi periferik 

sinir-humoral  mexanizmlərinin  ümumi  sxemi  (K.Sudakova  görə, 

1975).

 

Bunu  müxtəlif  tədqiqatçılar  tərəfindən  beynin  müxtəlif 



törəmələrinə - qabırğa, badamcıq, hipotalamus, hipokamp, talamus, 

mikroelektrodlar qoparmaqla aparılan təcrübələri təsdiq edir. Belə 

ki,  K.Pribramın  siçovullarda  qurşaq  qırışığını  zədələdikdən  sonra 

onlarda nəsil qayğısına qalmaq hissinin 



497 

downloaded from KitabYurdu.org



çox  xaotikləşdiyini,  ana  siçovulun  qəfəsə  səpələnmiş  balaları  bir 

yerə  yığa  bilmədiyini,  bir  hərəkəti  qurtarmamış  tamam  başqa 

hərəkətə 

keçdiyini 

müşahidə 

etmişdir. 

Makak-rezus 

meymunlarında badamcığın çıxarılması qida davranışının sönməsi, 

hiperseksuallıq  əmələ  gətirməklə  yanaşı,  təcavüzkarlığın 

azalmasına da səbəb olmuşdur. 

C.Delqado radio ilə idarə edilən elektrik qıcıqlandırıcıla- rı 

ilə  meymunların  badamcığın  qıcıqlandırılması  sürü  başçısında 

tabelik, üzvlərində isə əksinə hakimçilik hissləri doğurmuşdur. 

C.Olds öz-özünə qıcıqlandırma metodu ilə siçovulların baş-

beynində,  xüsusilə  hipotalamusda  müxtəlif  emosional  reaksiyalar 

doğuran 


mərkəzlər 

aşkar 


etmişdir. 

Tədqiqatçı 

onları 

«mükafatlandırma»  (və  ya  «cənnət»)  və  «cəzalandırma»  (və  ya 



«cəhənnəm»)  mərkəzləri  kimi  xarakterizə  etmişdir.  «Mükafat- 

landırma»  mərkəzlərinin  qıcıqlandırılması  müsbət  emosiyalara 

(həzz,  rahatlıq  və  s.),  «cəzalandırma»  mərkəzlərinin  qıcıqlan- 

dırılması isə mənfi emosiyalara (qorxu, süstlük və s.) səbəb olur. 

Bütün bu təcrübi dəlillər göstərir ki, emosiyalar, bilavasitə, 

beyin  fəaliyyətinin  nəticəsidir.  Həm  müsbət,  həm  də  mənfi 

emosiyaların  visseral,  somatik  və  psixi  hadisələrə  təsiri  insanın 

çoxcəhətli həyat fəaliyyətini daha məzmunlu və ifadəli edir. 



498 

downloaded from KitabYurdu.org



ƏDƏBİYYAT 

Əsas: 


1.

 

®H3HOJiorna  nejıoBeıca.  YMeÖHHK  (no,a  penaıc. 



r.H.KocHU- Koro) M. Me^HUHHa, 1985. 

2.

 



®H3HOJioraa HenoBeıca. yneÖHoe nocoöne 

4-



HX

 TOMax. 


(non peaaıc. P-IÜMH^Ta 

H

 T.TeBca, M: Mnp, 1985, I 



T

., 272 


c., II 

T

., 240 c., III 



T

., 286 c., IV 312 c. 

H

 M, Mnp. 



3.

 

O



ÖUIHH

  Kypc 


4

>n

3



HOjıorHH  MeuoBeKa 

H  XCHBOTHMX

yneÖHHK,  B  2 



KH

.  (riofl  pe^ax.  A./I.Ho

3

ApaHeBa 


(M.Bwcmaa niKOJia, 1991, 512 c.). 

4.

 



BopOHHH  JI.F.  «®H3HOJIOrHH  BblCHieft  HepBHOH 

ZieaTejIbHO- 

CTH

». YueÖHoe nocoöne. M.Btıcmaa ımcojıa, 



1972, 312 c. 

5.

 



K

O

CTIOK  n.r. 



«®H3HOJIOrHfl 

UeHTpajIbHOH 



HepBHOH 

CHCTe- 

MM

».

 

yneÖHoe nocoöne, KneB, Bbicmaa niKOJia, 1977, 318 c. 

6.

 

Qarayev  A.İ.,  Mustafayev  M.K.  «Mərkəzi  sinir  sisteminin 



fiziologiyası». Dərs vəsaiti, ADU nəşriyyatı, 1961,290 s. 

7.

 



Guvton M.D. Medical physiology. Textbook. (7 edition) New-

York, 1986, IV-776 pp. IIV- 1534. 

8.

 

Carola R, Harlev Charles R. Human anatomy and physiology. 



(2 edition). Textbook 129, New-York, 1994, 716 p. 

9.

 



Basic  physiology.  Handbook  (Edited  by  P.D.Strurie,  New- 

York, 1981,556 F. 

10.

 

Davson  H.A.,  Textbook  of  General  Physiology,  Uth  ed, 



London, Chur Chill, 1976, 400 P. 

11.


 

Cəfərov F.İ. İnsan fiziologiyası. Tibb universitetinin nəşriyyatı. 

2001, H.I. 4825, H.II. 485 s. 

12.


 

Qarayev M.A. İnsan fiziologiyası. Bakı: I hissə (2004) 283 s. 

II hissə (2005) 395 s. 

13.


 

Əliyev  Ə.H.,  Cəfərov  H.İ.,  Məhərrəmov  Ş.A.  Həzmin  fi-

ziologiyası, Bakı: İrşad, 1996, 172 s. 

14.


 

Əliyev Ə.H. Bakı Dövlət Universitetində insan və heyvan 

fiziologiyasının  inkişaf  tarixi  haqqında  (1919-1998).  Azər-

baycanda fiziologiya elminin inkişaf tarixi. XX əsr, Bakı: 1999, 

s. 249-260. 

15.



 

Həsənov  H.H.,  Hacıyev  Ş.M.,  Qəribov  A.İ.  Mərkəzi  sinir 

sisteminin fiziologiyası. «Maarif» nəşr., Bakı: 1998, 360 s. 

499 

downloaded from KitabYurdu.org



16.

 

OpjıoB  P.C.,  Ho3^paneB.  HopMajibHaa  (j)H3HOJiorHa. 



yaeÖHHK  /uw  By30B.  MocKBa,  H

3

AaTejib.  rpynna 



«F30TAP-Me,ziHa» 2005, 687 c. 

17.


 

®H3HOJiorHfl  nejıOBCKa  (yaeÖHHK  /ura  By30B). 

OKPOBCKHH 



B.M.,

 

K



OPOTBKO

  r.O.  pe^.,  M.MezmıiHHa 

2003, 2005. 

18.


 

KoraH A.B.  «O

CHOBBI 

<|)H

3

HOJiorHH BBicmen HepBHOH 



/ıea-  TenbHocTH»,  yneÖHHK,  H.  Bbicmaa  niKOJia,  1988, 

368c. 


19.

 

BanaöojiKHH M.H. ƏH^oKpHHOJiorHa. yaeÖHoe nocoöne. 



M. Mea., 1989, 408 c. 

20.


 

EpecnaB  H.C.,  T



JICÖOBCKHH 

P.^.  Peryaaıına  /ibixaHHa.  JI. 

Hayıca, 1981, 230 c. 

21.


 

raHÖOB T./J. H3 



HCTOPHH 

Ka^e^pbi 4>H3HOJiornH nenoBeKa 



acHBOTHbix,  A3rocyHHBepcHTeTa,  yneHbie 

3

anncKH 


Ary, ce- pna 

ÖHOJI

.

 

HayK. 1969, N°2, c.49. 

22.

 

EpMOJiaeB  F.A.  «Bo



3

pacTHaa  (J)H

3

HOJiorHa».  yaeÖHoe 



noco- 

6

ne  fljıa  nefl.  PİHCTHTyTOB.  M.  Bbicmaa  mKOJia, 



1985, 384 c. 

23.


 

Chearman K.P. Clinical Reproductive Endocrinology Churchill 

Livingstone  Edinburgh  London.  Metbume  and  New-York, 

1985. 


24.

 

Hensel  H.  Thermoreception  and  Temperature  Requlation 



London. Akademik press, 1981. 

25.


 

KoraH  A.B. 

3

jıeıapo


4

>H

3



HOjıorHa.  yaeÖHHK  M.  Bbicmaa 

ımcojıa, 1969, 365 c. 

26.

 

Kyıjxjmep C., HnKOJibc ^ac. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin