Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

20,4.

 

Şərtsiz reflektor fəaliyyəti 

Şərti  refleks.  İ.P.Pavlova  görə  qabaqcadan  heç  bir  təlim 

olmadan orqanizmdə müəyyən dərəcədə reaksiya, qıcıq (məsələn, 

qida) - şərtsiz cavab adlanır. Orqanizmə əvvəllər yabanı (indiferent) 

olan və yalnız təkrar təsirlərdən sonra müəyyən reaksiya doğurmaq 

qabiliyyəti kəsb edən qıcıq - şərti qıcıq, ona verilən reaksiya isə şərti 

reflektor cavab adlanır. 

Əgər hər dəfə  yemək verməzdən əvvəl kamerada, itin gözü 

qarşısında işıq yandırılarsa və bu təcrübə dəfələrlə təkrar edilərsə, 

onda heyvan qida almadan da işığın yanmasına ağız şirəsi ifrazı ilə 

cavab  verir  (şəkil  1.).  Deməli,  şərtsiz  qıcıq  (qida)  və  şərti  qıcıq 

(lampa işığı) orqanizmə dəfələrlə birgə təsir etdikdə işıq da bioloji 

əhəmiyyətli  qıcıq  və  ya  siqnal  funksiyası  qazanır.  Onun  əmələ 

gəlməsi üçün əvvəlcədən heyvan üçün əhəmiyyətsiz olan hər hansı 

qıcığın,  şərtsiz  refleks  törədən  qıcıqla  bir  vaxtda  təsir  göstərməsi 

zəruridir.  Şərtsiz  qıcıq  şərti  qıcıqla  yanaşı  getməli  və  onu 

möhkəmləndirməlidir.  Şərti  qıcıq  və  ya  şərti  siqnal  kimi  işıqdan, 

zəngdən, fitdən, musiqi tonlarından, elektromaqnit kameralarından, 

dərini  mexaniki  qıcıqlandıran  qaşovlardan,  dərini  soyudan  və 

qızdıran,  əzələ  tə-  qəllüsünü  dəyişdirən  aparatlardan,  bədənin 

məkanda  tutduğu  vəziyyətdən,  daxili  üzvlərin  vəziyyətindən, 

orqanizmdə  gedən  maddələr  mübadiləsinin  dəyişməsindən,  bir 

sözlə bütün ekste- roseptiv və proprioreseptiv qıcıqlardan istifadə 

etmək olar. Şərti qıcıqlar iki cür olur. Onların bir qrupu heyvanın 

təbii ehtiyacları ilə əlaqədardır (qoxu, qidanın forması, rəngi və s.), 



449 

downloaded from KitabYurdu.org



bunlara təbii şərti qıcıqlar deyilir. 

 

Şəkil 20.1. Şərti refleksin və xarici ləngimənin yaranması sxemi: 



I - şərtsiz tüpürcək ifrazı refleksi, II - it üçün indiferent (əhəmiyyətsiz) olan işıq 

qıcığı,  III  -  şərti  refleksin  alınması,  it  üçün  əhəmiyyətsiz  olan  qıcığın  şərtsiz  qıcıqla 

möhkəmləndirilməsi  (beyin  qabığında  eyni  vaxtda  iki  oyanma  mənbəyinin  əmələ 

gəlməsi), IV - şərti refleks, V - şərti refleksin xarici ləngiməsi (oyanma mənbəyinin beyin 

qabığının eşitmə zonasında əmələ gəlməsi və başqa zonaların ləngiməsi). 

tkinci  qrup  isə  təcrübə  şəraitində  tətbiq  olunan  şərti  qı-

cıqlardır (işıq, zəng səsi və s.), bunlara süni şərti qıcıqlar deyilir. 

Şərti  reflekslərdən  fərqli  olaraq,  şərtsiz  reflekslərin  icrası, 

əsasən, mərkəzi sinir sisteminin ibtidai şöbələri - qabıqaltı nüvələr, 

beyin sütunu və onurğa beyni vasitəsilə olur. İnsanda və meymunda 

funksiyaların beyin qıcığında yerləşməsi ilə əlaqədar olaraq, bir sıra 

şərtsiz reflekslər mütləq yarımkürələrin iştirakı ilə həyata keçirilir. 

Tədqiqiatlarla müəyyən olunmuşdur ki, beyin yarımkürələri 

tamamilə kəsilib çıxarılmış itlərdə əməliyyatdan əvvəl yaradılmış 

şərti  reflekslərin  hamısı  itir  və  onlarda  artıq  belə  şərti  əlaqələr 

yaratmaq  mümkün  olmur.  Deməli,  şərti  refleksin  qövsü  beyin 

qabığında qapanır. 

450 

downloaded from KitabYurdu.org



20.5. Şərti refleks növləri 

İ.P.Pavlov  şərti  refleksin  aşağıdakı  növlərini  daha  ətraflı 

öyrənmişdir. Onların bəziləri ilə tanış olaq: 

1.

 



Şərti  tüpürcək  refleksi.  Birinci  dərəcəli  reflekslərə  aid 

edilir. Şərti refleks ilk dəfə tüpürcək vəzilərində öyrənilmişdir. Bu 

reflekslərdə  müəyyənləşdirilən  bütün  qanunauyğunluqlar,  əsas 

etibarilə,  tüpürcək  vəzilərinin  şərti  reaksiyalarının  təhlilinə 

əsaslanmışdır. 

Tüpürcək,  mədə  və  pankreas  vəzilərinin  şərti  şirə  ifrazına 

birlikdə  şərti  qida  refleksləri  deyilir.  Bunların  əhəmiyyəti  qida 

qəbulundan  əvvəl  onun  həzmi  üçün  lazımi  əlverişli  şərait  ya-

ratmaqdan ibarətdir. 

2.

 



Şərti hərəki refleks. Bunlar iki yerə bölünür: şərti hərə- ki 

qida refleksləri və şərti hərəki müdafiə refleksləri. 

3.

 

Şərti  ürək  və  qan  damar  refleksi.  İnsanda  göz  almasına 



düşən azacıq təzyiq ürək fəaliyyətini ləngidir, onun döyünmələrinin 

sayını azaldır. Buna şərti göz-ürək refleksi deyilir, yaxud da şərti 

vazomotor  (damar  hərəki)  refleks  almaq  üçün  üzərində  təcrübə 

aparılan  adamın  bir  qolu  pletizmoqrafa  salınır,  digər  qoluna 

spirtşəkilli metal boru sarınır. Bu şərtsiz ref- leksdir. Spiral borudan 

soyuq və ya isti su buraxmazdan əvvəl hər hansı şərti qıcıq versək 

və bu şərtsiz qıcıqla müşayiət olunarsa, damarın sıxılıb genəldiyini 

müşahidə  etmək  olar.  Bu,  qan  damarlarına  qarşı  alınan  şərti 

vazomotor refleksdir. 

4.

 



Vaxta  qarşı  şərti  refleks.  Burada  şərti  qıcıq  kimi  vaxt 

götürülür. Əgər təcrübə ərzində müəyyən vaxtda itə yemək verilsə 

və ya onun ağzına turşu məhlulu tökülsə, bir neçə dəfə təkrardan 

sonra, həmin vaxta qarşı şərti ağız şirəsi ifrazı refleksi yaranacaqdır. 

5.

 

Ali  dərəcəli  şərti  reflekslər.  Şərtsiz  reflekslər  əsasında 



yaradılan  şərti  reflekslərə  birinci  dərəcəli  şərti  reflekslər  deyilir. 

Müəyyən dərəcəyə qədər möhkəmlənmiş hər hansı refleks yeni şərti 

refleks almaq üçün əsas ola bilər. Bunlara ikinci dərəcəli və ya ali 

dərəcəli şərti refleks deyilir. Bu reflekslərin yaranması üçün əvvəlcə 

hər hansı şərtsiz və şərti qıcıq, məsələn, 

451 

downloaded from KitabYurdu.org



qida və zəngin çalınması eyni vaxtda tətbiq edilir və sabit şərti qida 

refleksii yaradılır. Sonra zəng səsi ilə başqa şərti qıcığı,  məsələn, 

dərinin qaşınmasını eyni vaxtda tətbiq edirlər. Bu zaman əvvəlcə 

bir  neçə  saniyə  ərzində  dəri  qıcıqlandırılır,  sonra  zəng  çalınır  və 

şərtsiz  qıcıqdan  isə  istifadə  edilmir.  Beləliklə,  təkcə  dərinin 

qaşınması  şərti  qida  refleksinin  yaranmasına  səbəb  olur.  Halbuki 

əvvəllər  bu  təcrübədə  dərinin  qaşınması  şərtsiz  qida  refleksii  ilə 

möhkəmləndirilməmişdir.  Bu  qayda  ilə  heyvanlarda  və  insanda 

ikinci  və  üçüncü,  hətta  çox  dərəcəli  şərti  reflekslər  almaq 

mümkündür. Uşaqlarda 

6

 dərəcəli şərti refleks yaradılmışdır. 



6

.  Şərti  interoreseptiv  reflekslər.  İtin  mədəsinə  iki  fıstula 

qoyulur. Onlardan biri ilə mədəyə ilıq su daxil edilir, digərindən isə 

həmin  su  xaricə  axıdılır  və  beləliklə,  onun  reseptorları  müəyyən 

vaxt ərzində temperatur təsirinə məruz edilir. Eyni zamanda onun 

ayağı  elektriklə  qıcıqlandırılır.  İt  bu  zaman  pəncəsini  çəkir. 

Əməliyyatı bir neçə dəfə təkrar etsək, onda heyvan elektrik qıcığı 

almasa da, mədənin yuyulmasına qarşı şərti hərəki reflekslə cavab 

verəcəkdir. Bu təcrübə mədə resep- torlarınm iştirakı ilə yaranmış 

şərti müdafiə hərəki refleksinə misaldır. 

Mədə  divarının  mexaniki  qıcıqlandırılması  ilə  qidanın 

verilməsi  eyni  vaxtda bir neçə dəfə təkrar edildikdən sonra təkcə 

mədənin  qıcıqlandırılması  tüpürcək  ifrazına  səbəb  olur.  Bunlar 

interoreseptorlardan alınan şərti qida refleksləridir. 



20.6.

 

Şərti reflekslərin xüsusiyyəti 

insan  və  heyvan  orqanizminin  həyatında  öz  xarakteri  və 

əhəmiyyətinə  görə  bir-birindən  fərqlənən  ən  müxtəlif  şərti  ref- 

leksləri  səciyyələndirən  mühüm  xüsusiyyətlərdən  biri  onların 

ləngiməsi  və  sönməsidir.  Əmələgəlmə  şəraitinə  və  funksional 

əhəmiyyətinə görə I.P.Pavlov ləngimənin daxili və xarici ləngimə 

növlərini  müəyyən  etmişdir.  Orqanizmin  artıq  ehtiyacı  olmayan, 

onun tələbatına uyğun gəlməyən şərti reflekslər təd- 



452 

downloaded from KitabYurdu.org



ricəxı sıradan çıxır, buna sönən ləngimə deyilir. 

1  Şərti  refleksin  sönməsi.  Məsələn,  fərz  edək  ki,  müəyyən 

şərti  qıcığa  qarşı  5  ml  tüpürcək  ifraz  edilir.  İndi  biz  həmin  şərti 

refleksi möhkəmləndirməsək, yəni itə işığı göstərib qida verməsək, 

o zamanı ifraz olunan tüpürcəyin getdikcə azaldığını və axırda sıfra 

bərabər  olduğunu  görərik.  Pavlov  buna  şərti  refleksin  sönməsi 

deyir. Bunu  yenidən almaq üçün şərti qıcığı bir neçə dəfə şərtsiz 

qıcıqla təkrar etmək lazımdır. 

2.

 

Qıcıqların  fərqlənməsi.  Məsələn,  itdə  qarın  nahiyəsində 



dərinin  qaşınmasına  və  itin  gözünün  qarşısında  ekranı  işıqlan-

dırmağa  qarşı  möhkəm  şərti  refleks  aldıqdan  sonra,  başqa  yaxın 

qıcıqlar,  üçbucaq  ekran  işıqlanır)  verilir.  İkinci  qıcıqlar  qida  ilə 

möhkəmləndirilmir. Əvvəlcə ikinci qıcıqlara qarşı reaksiya alınsa 

da, işıq ilə möhkəmləndirilmədiyi üçün sönür. Deməli, it qıcıqları 

bir-birindən  ayıra  bilir.  Buna  qıcıqların  fərqləndirilməsi  deyilir, 

yəni təcrübə zamanı tətbiq olunan qıcıqları qəbul edən mərkəzlər 

birinci halda oyanır, ikinci halda isə ləngiyir. 

3.

 

Şərti ləngimə. Məsələn, metranomun zərbəsinə qarşı şərti 



refleks  əldə  etdikdən  sonra  həmin  şərti  qıcığı,  başqa  bir  qıcıqla, 

zəngin səsi ilə eyni vaxtda tətbiq edirlər. İt iki qıcığa qarşı tüpürcək 

ifraz edir. Çünki ikinci qıcıq qida ilə möhkəmləndirilməyib, ancaq 

tək  metronomun  səsinə  tüpürcək  ifraz  edir.  Deməli,  ikinci  şərti 

qıcıq, yəni zəng səsi qida ilə möhkəmləndirilmədiyi üçün bir neçə 

təcrübədən sonra ləngidici təsir edir. 



Xarici ləngimə. Bu hadisə Pavlov tərəfindən belə izah edilir. 

MSS-nə  gələn  hər  hansı  qüvvətli  qıcıq  orada  qüvvətli  oyanma 

nöqtəsi  əmələ  gətirir.  Bu  oyanma  bütün  başqa  mərkəzlərin,  o 

cümlədən tədqiq olunan şərti refleks mərkəzinin ləngiməsinə səbəb 

olur  (şəkil  1-V).  Xaricdən  verilən  qıcığın  təsiri  altında  şərti 

refleksin  zəifləməsi  və  ləngiməsinə  səbəb  olur: 

1

)  Deməli,  güclü 



qıcıqların təsirindən refleks sönə bilər, buna hüdudxarici ləngimə 

deyilir.  Bu  ləngimə  şərti  siqnalın  şərtsiz  siqnala  təkrar 

möhkəmləndirilmədiyi hallarda daha tez baş verir. 2) Orqanizmin 

xarici və daxili mühitinin dəyişilməsi ya 



453 

downloaded from KitabYurdu.org



ranmış şərti refleksi ləngidir. Buna müvafiq olaraq, şərti ref- leksin 

xarici  (şərtsiz)  və  daxili  (şərti)  ləngiməsi  müəyyənləşdirilmişdir. 

Xarici  ləngiməyə  səbəb,  əksər  hallarda,  bə-  lədləşmə  şərtsiz 

reflekslər,  habelə,  müxtəlif  şərti  reflektor  aktlardır.  3)  Keçikən 

ləngimə  forması  da  mövcuddur.  Şərti  siqnalla  şərtsiz  siqnal 

arasındakı vaxtı uzatdıqda şərti reaksiyanın baş verməsi ləngiyir. 4) 

Mənfi  və  müsbət  əhəmiyyətli  qıcıqların  fərqləndirilməsi  zamanı 

şərti siqnalla əmələ gələn refleks ləngiyə bilər. Buna fərqləndirici 

ləngimə  deyilir.  Müsbət  və  mənfi  siqnallar  qarşılıqlı  surətdə 

fərqləndirici  ləngiməni  yarada  bilər.  Müsbət  qıcıqlar  mənfilərə 

qarşı  yaranan  refleksləri  və  ya  əksinə,  mənfi  siqnallar  müsbət 

siqnallara qarşı yaranan refleksləri söndürə bilər. 

Oyanma və ləngimə mahiyyətcə dinamik proses olub, əksər 

hallarda gözlənilmədən baş verir və yox olur. Bu xassənin əsasını 

bir  sıra  qanunauyğunluqlar  təşkil  edir.  Bunlara  oyanmaların 

yayılması və ya irradiasiya, cəmlənməsi və ya konsen- trasiya, bir-

birini gücləndirməsi və ya yenidən doğurması - induksiya hadisələri 

aiddir. Oyanma ləngimə doğurursa və onu gücləndirirsə, bu mənfi 

induksiya  və  müsbət  induksiyadır.  Hər  iki  sinir  hadisəsinin 

qarşılıqlı  təsiri  həm  irradasiya  və  kon-  sentrasiyanın,  həm  də 

induksiyanın xassələri ilə əlaqədardır. 

Şərti reflekslərin mühüm xassələrindən biri onların tədricən 

ixtisaslaşmasıdır.  Şərti  reflekslərin  ixtisaslaşması  dəyişilən  mühit 

şəraitinə daha düzgün və adekvat cavabların verilməsini təmin edir. 



Qıcıqların  analizi  vs  sintezi.  Ali  heyvanlarda  və  insanda 

qıcıqları təhliletmə bacarığı yüksəkdir. Bu orqanizmlərdə qıcıqların 

analizi,  bilavasitə,  böyük  yarımkürələrin  qabığı  və  qabıqların 

analizi,  bilavasitə,  böyük  yarımkürələrin  qabığı  və  qabıqaltı 

törəmələrin  iştirakı  ilə  gedir.  Qıcıqların  analizi  resep-  tor  aparat 

səviyyəsində  başlansa  da,  özünün  ən  yüksək  mərhələsinə  sütun 

törəmələri və beyin  qabığında  çatır.  Eynilə sinir  sistemi  müxtəlif 

qıcıqları əlaqələndirmək, müxtəlif qıcıqları əlaqələndirmək, onları 

ümumiləşdirmək  xassəsinə  də  malikdir.  Bu  qıcıqların  analiz  və 

sintez hadisələridir. Analiz kimi sintez 



454 

downloaded from KitabYurdu.org



də  reseptorlardan  başlanıb,  sütun  törəmələri  və  beyin  qıcığında 

özünün ən yüksək mərhələsinə çatır. 

İ.P.Pavlovun  təliminə  görə,  analiz  və  sintez  hadisələrinin 

maddi əsasını analizatorlar təşkil edir. Hər analizator müvafiq xarici 

və daxili mühit siqnallarını ayrı-ayrılıqda qəbul edib, onları analiz 

və sintez edərək orqanizmin bu və ya digər səciyyəli uyğunlaşma 

reaksiyalarını təmin edir. 

Analiz və sintez hadisələri beyin funksiyasının iki ayrılmaz, 

sıx  və  qarşılıqlı  təsirə  malik  cəhəti  olub,  ali  sinir  fəaliyyətinin 

əsasını təşkil edir. 



Dinamik  stereotip.  Siqnalların  mərkəzi  sinir  sisteminə 

müəyyən  nizamlı  sistem  halında  təsiri  öz  növbəsində  onun  fəa-

liyyətində  xüsusi  sistemlik  yaradır.  Dinamik  stereotip  məhz  bu 

sistemliyi özündə əks etdirir. 

İ.P.Pavlovun tərifinə görə, dinamik stereotip beyin qabığının 

kompleks  qıcıqlardan  doğan  kompleks  fəaliyyəti  kimi  başa 

düşülməlidir.  Bu  kompleksə  daxil  olan  qıcıqlar  ardıcıllığı  və 

müddəti bir-birinə təsir edir, onların hər birinin ayrılıqda doğurduğu 

nəticə  özündən  əvvəl  və  sonrakı  qıcığın  effektindən  asılıdır. 

Dinamik  stereotip  çətin  yaranır,  əmələ  gəldikdə  isə  uzun  müddət 

davam edir və orqanizmin qazandığı müəyyən vərdiş, uyğunlaşma 

və  davranış  aktı  kimi  təzahür  edir.  Qazanılmış  stereotiplər  daimi 

funksional  hallar  olmayıb,  müəyyən  şəraitdə  güclü  bioloji 

tələbatların təsirindən dəyişilə və biri digərini əvəz edə bilər. İnsan 

və  ali  heyvanların  həyatında  dinamik  stereotipin  olduqca  böyük 

əhəmiyyəti vardır. Belə ki, formalaşmış stereotiplər sayəsində beyin 

daha asan işləyir və onun fəaliyyətində avtomatizm daha tez yaranır.

 



20.7.

 

Sinir sistemi tipləri 

I.

 



P.Pavlov  beyində  baş  verən  oyanma  və  ləngimə 

hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə 

və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy 

göstərmişdir. Bu bölgüdə sinir fəaliyyətinin bir neçə xüsu 



455 

downloaded from KitabYurdu.org



siyyəti əsas götürülmüşdür. Buraya birinci mərkəzi sinir sisteminin 

qüvvəsi,  ikinci  -  oyanma  ilə  ləgimənin  müvazinəti  (oyanma  və 

ləngimənin  gücü  arasındakı  münasibət)  və  üçüncüsü  sinir 

hadisələrinin mütəhərrikliyi daxil edilmişdir. 

Sinir  sisteminin  gücü  qabıq  hüceyrələrinin  işgörmə  qabi-

liyyətinə  görə  müəyyən  edilir.  Bu  qabiliyyəti  İ.P.Pavlov  hü- 

dudxarici  ləngimənin  yaranması  vaxtı  ilə  ölçürdü.  Qüvvələr 

münasibəti  qanununa  görə,  şərti  qıcığın  qüvvəsi  artdıqca  onun 

effekti də artır, lakin bu münasibət sabit deyildir. 

Müəyyən  qüvvəyə  çatdıqdan  sonra  şərti  qıcıq  gücünün 

artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni 

hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, 

məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. 

Bu  onu  göstərir  ki,  heyvanın  birində  oyanma  çox  tez  ləngiməyə 

çevrilir,  digərində  isə  bunun  üçün  xeyli  vaxt  tələb  olunur. 

İ.P.Pavlov  bu  xüsusiyyətlərə  əsasən  sinir  sistemini  zəif  və  güclü 

tiplərə bölür. Məsələn, nabələd həyətə girdiyiniz zaman bağlı itin 

sizə hürməsini təsəvvürünüzə gətirin. Siz itə acıqlandıqda ola bilsin 

ki, it bundan «qorxub» hürməyini dayandırsın. Bu onun zəif sinir 

tipli  olduğunu  göstərir.  Güclü  sinir  sistemi  olan  it  sizə  belə 

münasibət 

göstərməyəcəkdir, 

acıqlanmağınıza 

və 


onu 

qorxuzmağınıza qarşı o bir qədər də yüksəkdən hürəcəkdir. Deməli, 

verdiyiniz qıcıqlar itdə ləngimə əmələ gətirməmişdir, əksinə, onu 

daha da oyatmışdır. Bu halda iti yalnız sahibi susdura biləcəkdir. 

Yəni,  onun  üçün  yalnız  sahibinin  acıqlanması  daha  güclü  qıcıq 

olub,  hüdudxarici  ləngimə  əmələ  gətirəcəkdir.  Belə  itə  şərti  tip 

deyilir, o güclü sinir sisteminə malikdir. Beyin fəaliyyətinin ikinci 

səciyyəvi  xüsusiyyəti  oyanma  və  ləngimə  qabiliyyəti  eyni  gücdə 

olan heyvanlara aiddir. Bu növə daxil olan heyvanlara müvazinətli 

tip deyilir. Əgər heyvanda oyanma  yaxud ləngimə hadisələrindən 

biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir. 

Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oynama və 

ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin 

dəyişməsi  və  əksinə,  ləngimənin  oyanmaya  keçməsi  baş  verir. 

Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır. 

456 

downloaded from KitabYurdu.org



Tədqiqatlar göstərir ki, sinir sisteminin bu tipi iki cür ola bilər: 

1



mütəhərrik (cəld) tiplər - bunlarda bir hadisə digərinə çox tez keçir, 

2

) durğun tiplər - bunlarda oyanma və ləngimə bir- birinə çox gec 



və çətinliklə keçir. İ.P.Pavlov heyvanlarda (itlərdə) sinir tiplərini 4 

yerə  ayırmışdır:  1)  güclü  və  müvazinətsiz  tip;  bunlarda  oyanma 

ləngimədən üstündür; 

2

) güclü və müva- zinətli tip, bu tipdə sinir 



hadisələri çox mütəhərrik olur (diribaş tip); 3) güclü müvazinətli, 

lakin qeyri-mütəhərrik - durğun tip (sakit tip); 4) zəif tip, bunlarda 

oyanma və ləngimə çox zəif cərəyan edir. 

Məhz  patoloji  pozğunluqlar  (nevrozlar)  yaratmaq  çətin 

olduğu  halda,  müvazinətsizlərdə  bunu  yaratmaq  bir  o  qədər  də 

çətinlik törətmir. 

Xarici  amillərin  təsiri  sayəsində  sinir  sisteminin  tipini  də-

yişdirmək  və  onları  bir  tipdən  digərinə  çevirmək  mümkündür. 

Məsələn, məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik 

hiss  olunan  şagirdlərə  icrası  xeyli  cəsarət  tələb  edən  tapşırıqlar 

verməklə onların sinir sistemini güclü edə bilər. 

Heyvanlar  üzərində  aparılan  tədqiqatlar  göstərir  ki,  onların 

sinir  sistemi  tipləri  insanların  sinir  sistemi  tiplərinə  uyğun  gəlir. 

Hippokrat tərəfindən insanda aşağıdakı sinir tipləri ayırd edilmişdir. 

1.

 

Sanqvinik tip (diribaş tip). Bu, ən yaxşı tip hesab olunur. 



Sanqviniklər  güclü  oyanma  və  güclü  ləngimə  qabiliyyəti, 

müvazinəti və mütəhərrik sinir sistemi tipi olan adamlardır. 

2.

 

Melanxolik tip (zəif tip). Bu tip adamlarda əsas oyanma və 



ləngimə  hadisələri  zəif  cərəyan  edir,  beyin  qabığı  fəaliyyətində 

ləngimə üstündür. 

3.

 

Xolerik  tip  (hövsələsiz  tip).  Bu  tipə  aid  olan  adamların 



oyanma və ləngimə prosesləri bir-birinə çətinliklə keçir, möhkəm 

iradəli, ehtiraslarını boğa bilən adamlardır. 

4.

 

Fleqmatik  tip  (sakit,  durqun  tip).  Bu  tip  adamların  sinir 



sistemində çox vaxt oyanma və ləngimə hadisələri ağır cərəyan edir 

və çətinliklə biri digəri ilə əvəz olunur. 



457 

downloaded from KitabYurdu.org



20.8.

 

Ali sinir sisteminin pozğunluqları 

Sinir sisteminin bir çox xəstəliklərinin baş verməsi  ali sinir 

fəaliyyətinin  və  sinir  proseslərinin  normal  xassələrinin  funksional 

pozulması  ilə  əlaqədardır.  Bu  pozğunluqların  təbiətinin 

aydınlaşdırılması  oyanma  və  ləngimə  proseslərinin  gərginləşməsi 

və ya toqquşması nəticəsində əmələ gələn eksperimental nevrozların 

öyrənilməsi zamanı mümkün olmuşdur. 

Oyanma  prosesinin  gərginliyi  1924-cü  ildə  Leninqradda 

Eksperimental Tibb  İnstitutunda saxlanan itlərdə  subasma zamanı 

həddən  artıq  qüvvətli  qıcığın  təsirindən  əyani  şəkildə  müşahidə 

edilmişdir.  Hətta  şərti  reflekslərin  bərpasından  sonra  onlar  güclü 

qıcıqlandırıçılara qarşı normal reaksiya verə bilməmişlər. 

Tibbi  praktikada  ağır  işgənçələr,  xüsusilə  yorğunluq  və  ya 

xəstəliklər  sinir  sisteminin  zəifləməsi  nəticəsində  əmələ  gələn 

nevrozlara  rast  gəlinir.  Buna  görə  nevrotik  vəziyyətin  əsas  sə-

bəblərindən  biri  insanın  gözləmədiyi  hadisələr,  aldadıcı  ümidlər, 

qəmginlik zamanı həyat tərzinin məcburi köklü dəyişilməsi olur. 

Oyanma və ləngimə proseslərinin qarşılaşması bir-birini əks 

qıcıqlandırıcıların  həddən  artıq  tez-tez  əvəz  edilməsi  və  ya  eyni 

vaxtda  təsirilə  baş  verir.  I.P.Pavlovun  laboratoriyasında  bu  yolla 

müdafiə reaksiyasını törədən ağrı qıcığına qarşı şərti qida refleksinin 

yaradılması zamanı ilk eksperimental nevroz alınmışdır. 

Ali  sinir  fəaliyyətinin  nevrotik  pozğunluğu  müxtəlif  for-

malarda  özünü  göstərir.  Sinir  sisteminin  zəif  və  davamsız  tipində 

nevrotik pozulmanı daha asan əmələ gətirmək olur. Belə ki, birinci 

halda  daha  çox  oyanma  prosesi,  ikinci  halda  isə  ləngimə  prosesi 

zərər çəkir. Ali sinir fəaliyyətinin tiplərinin spesifik xüsusiyyətlərilə 

əlaqədar insanda nevrotik pozulmanın şəklini və izahını almaq olar. 

Eksperimental nevrozlar zamanı əsasən vegetativ funksiyalar 

pozulur ki, bu da beyin qabığı ilə daxili orqanlar ara 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin