Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  Membran qidalanmanın sterilliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


13.46.  Membran qidalanmanın sterilliyi 

Nazik  bağırsağın  himusunda  müxtəlif  bakteriyalar  inkişaf 

edir ki, onların da konsentrasiyanm 1 ml-də milyondan çox mikrob 

olur.  Bağırsağın  bakterial  florası  adi  şəraitdə  faydalıdır,  çünki  o 

mikroorqanizmlərə lazım olan bəzi əvəzedilməz amin turşularının, 

vitaminlərin daşıyıcısı sayılır. Lakin belə bir sual meydana çıxır. Nə 

üçün  amin  turşularının,  qlüko-  zanın  və  digər  qidalı  maddələrin 

mənimsənilməsində mikroor- qanizmlərin rəqibləri olmurlar? 

Bu  suala  belə  cavab  vermək  olar.  Haşiyəli  büküşün  ultra 

məsafələrində gedən qidalanmanın son mərhələsində mono- merlər 

yaranır ki, bu da mikroorqanizmlərin diffuz yolla qidalanması üçün 

əlverişlidir. Əgər bağırsağı tutan bakteriyanm ölçüsü (1 neçə mkm 

haşiyəli büküşün məsamələrinin ölçüsü 100-200 A°) ilə müqayisə 

etsək,  onda  aydın  olar  ki,  haşiyəli  büküşün  daha  bir  mühüm 

funksiyası da onun özünəməxsus 

271 

downloaded from KitabYurdu.org



bakterial filtr funksiyasına malik olmasıdır, nəticədə hidrolizin son 

mərhələsi mikroblar üçün keçilməz olan haşiyəli büküşdə çox gözəl 

steril şəraitdə gedir və ona görə də makroorqa- nizmlərin rəqibi ola 

bilmirlər (Uqolev, 1961, 1963). 



13.47.  Həzm üzvlərinin sorma vəzifəsi 

Xarici  mühitdən,  bədən  səthində  və  boru  şəkilli  daxili 

üzvlərdən  müxtəlif  maddələrin  bir  neçə  qat  hüceyrələrdən  təşkil 

olunmuş  mürəkkəb  bioloji  membrandan  qana  və  ya  lim-  faya 

keçməsi prosesi sorulma adlanır. 

Sorulma  əsas  etibarı  ilə  nazik  bağırsaqlarda  gedir.  Başqa 

həzm  üzvlərində  isə  sorulma  ya  zəif  gedir,  ya  da  heç  getmir. 

Məsələn, ağız boşluğunda bəzi dərman maddələri sorulur. Mədədə 

sorulma çox zəif, cüzü miqdarda baş verir. Burada mineral duzlar, 

monosaxaridlər, spirt və su çox az miqdarda sorulur, onikibarmaq 

bağırsaqda  da  sorulan  maddələrin  miqdarı  çox  deyildir. 

E.S.Londonun təcrübələri göstərmişdir ki, burada sulu karbonların 

53-63  %-i  zülal  və  yağların  az  hissəsi  sorulur,  onikibarmaq 

bağırsaqda sorulan zülalın miqdarı buraya həzm şirələrilə daxil olan 

zülalın miqdarından az olur. 

Normal  fizioloji  vəziyyətdə  yoğun  bağırsaqlarda  da  qida 

maddələrinin  sorulması  zəifdir.  Çünki  qida  maddələrinin  əksər 

hissəsi  nazik  bağırsaqlarda  sorulur.  Yoğun  bağırsaqlarda  tez 

parçalanan  və  asan  mənimsənilən  maddələr  sorulur.  Buna 

əsaslanaraq  bəzi  patoloji  hallarda  asan  mənimsənilən  qida 

maddələri  imalə  vasitəsilə  yoğun  bağırsağa  yeridilir.  Ancaq  bu 

üsulla  insanın  uzun  müddət  yaşamasım  təmin  etmək  mümkün 

olmur.  Normal  fizioloji  hallarda  yoğun  bağırsağlarda  bir  gün 

ərzində  0,4-0,51  su  sorulur.  Yoğun  və  ya  nazik  bağırsağlarda  su 

sorulması  prosesinin  pozulması  orqanizm  tərəfindən  su  itkisinin 

baş verməsinə səbəb olur. 

Sorulma nazik bağırsaqlarda intensiv gedir. Güman edilir ki, 

burada  sorulma  1  saat  ərzində  2-3  litrə  çatır.  Buna  səbəb  nazik 

bağırsaqlarda xovların olmasıdır, hər bir xov arteriya

272 

downloaded from KitabYurdu.org



vena  və  limfa  damarına  malikdir.  Xova  daxil  olan  arteriya  onun 

zirvəsinə  çatır  və  burada  onun  bir  hissəsi  kapillyar  toruna  keçir, 

digər məhsul isə birbaşa əsas vena ilə arteriya-vena əlaqəsi yaradır. 

Xovun  mərkəzində,  arteriya  ilə  vena  arasında  limfa  kapillyarı 

yerləşir. Xovun daxilində Meysner toru ilə birləşən zəif saya əzələ 

və sinir şəbəkəsi  yerləşir. Meysner toru selikli və selikaltı qişalar 

arasında sinir yolu yaradır və xovlara liflər göndərir. 

Sorulma  gedən  membran  haşiyəli  epitel  adlanan  hüceyrə-

lərdən  təşkil  olunmuşdur.  Bu  hüceyrələr  silindrşəkilli  olub, 

diametrləri  8  mk,  hündürlükləri  25  mk-a  qədər  olur.  Elektron 

mikroskopu  altında  bu  hüceyrələr  qalınlığı  1-3  mk  olan  haşiyə 

şəklində  görünür  ki,  epitel  öz  adının  elə  buradan  götürmüşdür. 

Elektron  mikroskopunun  köməyilə  müəyyən  edilmişdir  ki,  bu 

haşiyə  nazik  sapşəkilli  adacıqlardan  -  mikroxovlardan  təşkil 

olunmuşdur.  Bir  hüceyrə  səthində  1500-3000  mikroxov  olur. 

Bunların daxilindən mikrokanalcıqlar keçir. Hər bir mikroxo- vun 

hündürlüyü 1-3 mk, diametri 0,08 mk-ə çatır. Onların mövcudluğu 

selikli qişanın sorulma səthini 500 m2-a qədər artırır. 

Bağırsağın daxili səthi insanda təqribən 0,65 m

2

-a qədər- dir. 



Ancaq  səthdə  Kerrin  büküşlərinin  olması  və  selikli  qişanın  külli 

miqdarda  xovlarla  əhatə  olması  (1  mm

2

-da  18-40)  sayəsində 



bağırsağın ümumi səthi 4-5 m

2

 -a çatır. 



Onikibarmaq  bağırsaqdan  aşağı  bütün  nazik  bağırsağı 

çıxarılmış  heyvan  tezliklə  ölür.  Çünki  maddələr  əsasən  nazik 

bağırağm qeyd olunan şöbələrindən qana sorulur. Əgər eksperiment 

zamanı  nazik  bağırsağın  müəyyən  hissəsinin  selikli  qişası 

zədələnərsə və ya natrium-florid vasitəsilə zəhərlənərsə, bu hissədə 

sorulma  prossesi  kəskin  pozulur.  Tətqiqatlar  göstərmişdir  ki, 

sorulma  selikli  qişanın  epitelinin  normal  fizioloji  funksiyası  ilə 

əlaqədardır. 

Sorulmanm  mexanizmi  məsələsini  öyrənərkən  fizioloq-  lar, 

hər  şeydən  əvvəl,  üzvi  və  qeyri-üzvi  mənşəli  membranlarda  baş 

verən  analoji  mexanizmləri  tətqiq  etmişdir.  Sorulma  prosesinin 

izahında 2 mexanizmi: (süzülmə və diffuziya), bun 



273 

downloaded from KitabYurdu.org



dan başqa, membran müxtəlif maddələr üçün müxtəlif keçirici- liyə 

malik  olduğundan  osmos  hadisəsi  göstərilir.  Ancaq  təkcə  fıziki-

kimyəvi təsəvvürlər sorulmanı izah edə bilmir. 

Süzülmənin  mexanizmi  müəyyən  mexaniki  təzyiq  nəticə-

sində membrandan keçməsindən ibarətdir. Bağırsaqda me- xaniki-

hidrostatik  təzyiq  yaradan  bəzi  xüsusyyətlər  vardır:  bağırsağın 

peristaltikası, xovların sorucu hərəkəti və s. Star- linq göstərmişdir 

ki, hidrostatik qüvvələr sorulmanı təmin edə bilməz. 

Sorulma  elə  bir  mürəkkəb  fizioloji  prosesdir  ki,  bu  zaman 

müxtəlif  maddələr  bağırsaq  divarının  epitel  membranın-  dan 

keçərək  qana  və  ya  limfaya  daxil  olur.  Membranın  birtərəfli 

keçiriciliyi  nəticəsində bu maddələr əks istiqamətdə,  yəni  qandan 

və limfadan bağırsaqlara keçə bilmir. Yalnız bəzi ionlar, məsələn, 

Na və K ionları hər 2 istiqamətdə keçir. 

Sorulmanın fiziologiyası maddələr mübadiləsi və xovla- rın 

hərəkətilə sıx əlaqədardır. Bu biokimyəvi və fizioloji proseslərdə öz 

növbəsində sinir sisteminə tabedir. 

Sorulma  bağırsaq  divarının  saya  əzələlərinin  mexaniki 

yığılması  nəticəsində  bağırsaqda  yaranan  hidrostatik  təzyiqdən 

asılıdır. Tədqiqatlar göstərir ki, bağırsaqda təzyiqin 8-10 mm civə 

sütunu  səviyyəsinə  qədər  artması  xörək  duzu  məhlulunun  2  dəfə 

sürətlə sorulmasma səbəb olur. Lakin təzyiqin 80100 mm-ə qədər 

artması bağırsaq divarındakı xovların və qan damarlarının sıxılması 

ilə nəticələnir ki, bu da sorulmanın tam dayanmasına səbəb olur. 

Sorulma  prosesində  osmos  və  diffuziyanın  əhəmiyyəti 

böyükdür.  Ancaq  bunların  sorulmada  rolu  dəqiq  müəyyən 

edilməmişdir.  Çünki  bioloji  obyektlərdə  osmos  təzyiqinin  özü 

müxtəl  if  faktorlardan  asılıdır.  Hipotonik  məhlullardan  suyun 

sorulması osmos qanunlarına görə izah edilir. Lakin mövcud olan 

əksər  faktlar  sorulmanın  süzülmə,  diffuziya  və  osmosun  sadə 

proseslərilə  izahını  rədd  edir.  Heyvanın  bağırsağına  qan-  dakı 

miqdarına görə zəif qatılıqlı qlükoza məhlulu yeridildikdə qlükoza 

sorulur.  Eləcə  də  bağırsağa  NaCl  duzunun  izotonik  məhlulu 

yeridildikdə duz suya nisbətən tez sorulur və məhlul 



274 

downloaded from KitabYurdu.org



hipotonik olur. 

Öz  tədqiqatlarında  suyun  və  duzların  sorulmasmı  izotop 

indekatorlar  vasitəsilə  öyrənən  alimlərdən  İnqrem  və  Vişer  gö-

stərmişlər ki, bağırsaqlarda suyun sorulması diffuziya və os- mos 

proseslərilə birlikdə olduğundan 100 dəfə tez gedir. Əgər bağırsaq 

epiteli  natrium-florid  vasitəsilə  zədələnmişsə,  sorulma  bütünlüklə 

osmos  və  diffuziya  qanunlarına  tabe  olur  və  kəskin  pozulur.  Bu 

zaman  qandan  bağırsağa  suyun  və  duzların,  əksərən  keçməsi 

hesabına bağırsağa yeridilən məhlulun qatılığı və osmos təzyiqinin 

bərabərləşməsi müşahidə olunur. Normal fizioloji hallarda bu nadir 

hadisədir. 

Sorulma  prosesi  bağırsağın  selikli  qişasının  epitel  hücey-

rələrinin  maddələr  mübadiləsilə  əlaqədardır.  Bu  sorulmanın 

temperaturdan  və  oksigenin  miqdarından  asılılığında  özünü 

göstərir. Belə ki, temperatur azaldıqda sorulma da zəifləyir. Enerji 

mübadiləsini  pozan  zəhərlər  sorulmanın  da  pozulmasına  səbəb 

olur. 

Sorulma prosesində iştirak edən faktorlardan biri də xovların 



saya əzələ liflərinin yığılmasıdır. Onlar yığılarkən özündən qan və 

limfanı  sıxışdırıb  çıxarır,  boşalarkən  bağırsaqda  həll  olmuş 

maddələr sorulur. 

Xovlarm hərəkəti sorulmanın yeganə mexanizmi deyil. Belə 

ki, xovlar iflic edildikdə də sorulma prosesi davam edir. Xovlarda 

qapaqcıqların  olması  sayəsində  limfa  damarlarına  tərəf  axa 

bilmirlər. Xovlarm hərəkəti nəticəsində mərkəzi limfa damarlarının 

sorma  təsiri  yaranır.  Müxtəlif  heyvanlarda  xovlarm  hərəkətinin 

mikrokinemotoqrafıya  üsulu  ilə  öyrənilməsi  göstərmişdir  ki,  bu 

hərəkət  yalnız  yedizdirilmiş  heyvanlarda  müşahidə  edilir.  Ac 

heyvanlarda  isə  bu  hərəkəti  süni  qıcıqlan-  dırmalar  zamanı, 

məsələn, selikli qişanın iynə ilə qı- cıqlandırılması zamanı almaq 

olar.  Xovların  yığılmasına  səbəb  olan  qıcıqlandırıcılar  müxtəlif 

maddələr  ola  bilər.  Bunlar  arasında  bağırsaqlarda  normal  həzm 

prosesi zamanı yaranan maddələr, məsələn, zülalların parçalanma 

məhsulları-peptid-  lər,  alanin,  leysin,  öd  turşusu,  qlükoza  və  s. 

xüsusi yer tutur. 

Onikibarmaq bağırsağın selikli qişasında xovlarm hərə 



275 

downloaded from KitabYurdu.org



kə tini  təmin  edən xüsusi  hormon-villikinin hazırlanır. Xovla- rın 

hərəkətinin humoral yolla tənzimini belə bir təcrübə təsdiq edir: ac 

itin  qan  damarına  başqa  bir  tox  itin  qanının  yeridilməsi  xovların 

hərəkətinə səbəb olur. Güman edilir ki, xovların saya əzələlərinin 

yığılması selikaltı təbəqədə yerləşən Meysner sinir toru ilə tənzim 

edilir. 


Sinir  sistemi  bütünlüklə  sorulma  prosesinə  və  bağırsaq 

keçiriciliyinə  tənzimedici  təsir  göstərir.  Müəyyən  edilmişdir  ki, 

sorulma  prosesi  beyin  qabığı  tərəfindən  tənzim  edilir.  Saponin 

bağırsağın epitel hüceyrələrinin keçiriciliyini dəyişməklə qlü- koza 

və  suyun  sorulmasmı  gücləndirir.  Saponini  şərtsiz  qıcıqlandırıcı 

kimi  qəbul  edib,  onun  orqanizmə  yeridiləcəyi  əvvəlcədən  xəbər 

verildikdə belə, qlükoza və suyun sorulmasmı gücləndirir. Bununla 

beyin qabığının tənzimedici rolu sübut edilmişdir. Bu refleks şərti 

refleks  fəaliyyətinin  qanununa  uyğundur:  onu  söndürmək  və 

yenidən yaratmaq mümkündür. 

Amin turşularının nazik bağırsaqda sorulması sulu karbon və 

fosfor  mübadiləsini  zəiflədən  bəzi  maddələrin,  məsələn, 

dinitrofenolun  təsirindən  pozulur.  Bu  onu  göstərir  ki,  amin 

turşularının  bağırsaq  səthindən  qana  keçməsi  «aktiv  nəq-  liyyat» 

prosesidir. Yəqin ki, amin turşularının sorulması prosesində onların 

fosforlaşması  baş  verir.  Amin  turşusu  məhluluna  ATF  turşusu  və 

qeyri-üzvi  fosforun  əlavə  edilməsi  sorul-  manı  gücləndirir.  Qəbul 

edilmiş heyvan mənşəli zülalın 95-80 %-i həzm edilir və sorulur. 

Sulu  karbonlar  qana  başlıca  olaraq  qlükoza  və  qalakto-  za, 

çox cüzi miqdarda isə fruktoza və pentoza şəklində sorulur. Başqa 

maddələrdən fərqli olaraq sulu karbonlar oniki- barmaq bağırsaqda 

intensiv,  nazik  bağırsaqda  intensiv,  nazik  bağırsaqların  digər 

şöbələrində nisbətən zəif sorulur.  Bağırsağa qlükoza  yeridildikdə, 

qapı  venasında  onun  miqdarı  2-3  dəfə  artır.  Qana  qlükoza  və 

qalaktozanın  daxil  olunması  bağırsaq  epitelinin  «aktiv  nəqliyyat» 

xüsusiyyətinin  nəticəsidir.  Qlükoza  və  qalaktoza  başqa  şəkərlərə 

nisbətən intensiv, hətta qatılıq qradiyentinin əksinə, yəni bağırsaqda 

onların  qatdıqları  qandakına  nisbətən  az  olduqda  belə  sorulurlar. 

Heyvanın 

276 

downloaded from KitabYurdu.org



bağırsağının selikli qişasını monoyodasetat və ya 2,4 dinitro- fenol 

ilə zəhərləməklə sulukarbon mübadiləsi və onların fos- forlaşması 

prosesi  pozularsa,  qlükozanm  sorulması  zəifləyir.  Pentozanın 

sorulmasında isə osmos və diffuziya qanunlarına uyğun olaraq heç 

bir dəyişiklik yaranmır. Belə güman edilir ki, sorulma prosesində 

qlükoza  və  qalaktoza  fermentativ  fosfor-  laşma  prosesinə 

uğrayırlar. 

R.O.Faytelberq  öz  təcrübələrilə  müəyyən  etmişdir  ki,  sulu 

karbonların nazik bağırsaqlarda sorulması mədəaltı vəzin hormonu-

insulin  vasitəsilə  stimulə  edilir.  Belə  ki,  insulin  orqanizmin  sulu 

karbon  mübadiləsinə  təsir  edərək,  qanda  qlükozanm  miqdarını 

azaldır. 

B vitamini çatmadıqda qlükozanan sorulması zəifləyir. 

Heyvanlar  üzərində  nişanlanmış  atomlardan  C

14

  istifadə 



etməklə  aparılan  təcrübələr  göstərmişdir  ki,  həzm  sistemində 

orqanizmə  daxil  olan  bəzi  göstəricilərə  görə  75  %-i,  başqa  gös-

təricilərə görə 30-45 %-i parçalanır. Bu zaman triqliseridlər mono, 

diqliseridlərə  və  sərbəst  yağ  turşularına  parçalanırlar.  Nazik 

bağırsaqlarda  yağ  turşularının  duzları,  mono  və  diqlise-  ridlər, 

bəzən parçalanmamış neytral- yağlar, yəni triqliseridlər də sorulur. 

Triqliseridlər yalnız kiçik yağ damarlarından ibarət olan emulsiyaya 

çevrildikdən  sonra  sorula  bilirlər.  Emul-  siyalaşma  prosesi  öd 

turşusu  və  yağın  parçalanma  məhsullarından  (monoqliserid,  yağ 

turşusu  duzları)  ibarət  mürəkkəb  kompleks  birləşmələrin  təsiri 

altında  gedir.  Emulsiyalaşmış  triqliseridlər  bağırsaq  xovları 

tərəfindən  limfaya  sorulur.  Yağ  turşu-ları,  mono  və  diqliseridlər 

bağırsağın  epitelindən  keçdikdən  sonra  onların  bir  hissəsi  neytral 

yağı resintez edir, digər hissəsi isə fosfolipidlərin sintezində istifadə 

olunur. 

Neytral  yağ əsasən limfaya sorulur. Ona görə də yağlı qida 

qəbul  etdikdən  3-4  saat  sonra  limfa  damarları  südü  xatırladan 

maddə ilə dolur. Buna baxmayaq əgər itdə və ya pişikdə döş limfa 

axacağı bağlansa belə, yağların sorulması yenə də baş verir. Normal 

halda qana sorulan yağın ancaq kiçik bir hissəsi daxil olur. Bu yağ 

turşularının  qliseridlərinin  bir-birilə  yaratdıqları  qısa  sulu  karbon 

zəncirindən ibarətdir. 



277 

downloaded from KitabYurdu.org



Bağırsaqlara su qida və həzm şirələrilə daxil olur. Buraya l/-ə 

qədər selik; 1,5-2,5 / mədə şirəsi; 0,5-0,75 1 öd; 0,7-1 /. mə- dəaltı 

vəzin şirəsi və 1-2 /. Bağırsaq şirəsi, cəmi 6-7 /. maye daxil olur. Bu 

miqdara  gündəlik  su  rasionu  da  (təqribən  2-2,3  /.)  aiddir. 

Bağırsaqdan isə nəcis vasitəsilə cəmi 150 ml, su xaric olur. Qalan 

miqdar isə bağırsaqlardan qana sorulur. 

Suyun  sorulması  mədədən  başlayır,  nazik  və  yoğun 

bağırsaqlarda  intensiv  gedir.  Bəzi  tədqiqatçılar  ağır  suyun  (D

2

O) 


sorulmasmı öyrənmişdir. Ağır suyu mədəyə və ya nazik bağırsağa 

yeritməklə  öyrənilmişdir  ki,  nazik  bağırsaqlarda  sorulma  mədəyə 

nisbətən təqribən 10 dəfə intensiv  gedir. Göstərilmişdir ki,  50 ml. 

ağır suyun nazik bağırsağa daxil edilməsindən 10 dəqiqə sonra onun 

95 %-i sorulur. 

Suda həll olunmuş K. Ca-un xloridləri və fosfatları da başlıca 

olaraq nazik bağırsaqlarda sorulurlar. Bu prosesə göstərilən duzların 

orqanizmdə  miqdarı  təsir  göstərir.  Belə  ki,  qanda  Ca-un  miqdarı 

azaldıqda onun sorulması normaya nisbətən daha intensiv gedir. 

Bağırsaqlardan  qana  sorulmuş  maddələr  (zülal  və  sulu- 

karbonların  parçalanma  məhsulları)  qan  vasitəsilə  qaraciyərə 

gətirilir  və  burada  bir  sıra  mürəkkəb  kimyəvi  dəyişilmələrə  uğ-

rayırlar. Qaraciyərin bu vəzifəsi mühüm fizioloji əhəmiyyətə malik 

olub,  Ekk  üsulu  ilə  operasiya  edilmiş,  yəni  qapı  venasını 

qaraciyərdən  ayırıb,  aşağı  boş  venaya  birləşmiş  heyvanlarda 

müəyyən  edilmişdir.  Bu  əməliyyatdan  sonra  yığılan  qan  qa-

raciyərdən  keçmədən  qan  dövranına  daxil  olur.  Bu  operasiya 

nəticəsində  heyvan  ölür.  Ölümün  səbəbi  isə  orqanizmin  zəhər-

lənməsidir.  Normal  halda  parçalanma  nəticəsində  alman  zəhərli 

maddələr qaraciyərdə zərərsizləşdirilir. 

Qaraciyərin qoruyucu funksiyası qanda olan zəhərli maddələri 

zərərsizləşdirməkdən ibarətdir. Məsələn, yoğun bağırsaqlardan qana 

indol,  skatol,  fenol  kimi  zəhərli  maddələr  sorulur.  Bu  maddlər 

qaraciyərdə  oksidləşərək  kükürd  və  qlü-  koron  turşuları  ilə 

birləşərək  zərərsiz  efır-kükürd  və  cüt  qlü-  koron  turşularına 

çevrilirlər. Qaraciyərdə gedən zərərsizləşdi- rici proseslər qoruyucu 

sintez adlanır. İtin bağırsağından gö 

278 

downloaded from KitabYurdu.org



türülmüş ekstraktm periferik qan damarlarına yeridilməsi heyvanın 

zəhərlənməsinə  səbəb  olur.  Halbuki,  bu  ekstrakt  qanı  venasına 

yeridildikdə  zəhərlənmə  baş  vermir.  Bu  tədqiqat  qaraciyərin 

qoruyucu  vəzifəsini  bir  daha  sübut  edir.  Qaraciyərlər  aşağıdakı 

funksiyaların  yerinə  yetirilməsində  də  iştirak  edir.  1)  Qaraciyər 

qanın  tərkibində  olan  albumin,  fıbrinogen,  qlobulı-  nı,  2) 

protrombin  fermentini,  3)  qanın  laxtalanmasımn  qarşısını  alan 

heparin  maddəsini,  4)  A,D  vitaminlərini  sintez  edir.  5)  Ana 

bətnində  qan  yaradıcı  funksiyanı  yerinə  yetirir.  6)  Artıq  zülalı 

şəkərə  çevirir.  7)  Artıq  şəkəri  qlikogenə  çevirir.  8)  Zülalların 

parçalanma  məhsulu  amonyakı  sidik  cövhərinə  çevirir.  9) 

Qaraciyər öd sintez edir və s. ümumiyyətlə, qaraciyər orqanizmdə 

40-dan çox fizioloji funksiyaların yerinə yetirilməsində iştirak edir. 

13.48.  Həzinin yaş xüsusiyyətlərinin əsas göstəriciləri 

Müasir elmdə böyümə, inkişaf və onun yaş hüdudlarını tam 

əhatə edə bilən qəbul olunmuş təsnifat yoxdur. Aşağıdakı cədvəldə 

insan  ontogenezinin  I-antenatal,  II-internatal,  III-  postnatal  yaş 

dövrləri verilmişdir. 

İnsanda  yuxarıda  qeyd  edilən  yaş  dövrlərinə  uyğun  olaraq 

müşahidə  olunan  inkişaf  prosesi  həm  də  həzm  üzvlərinin  morfo-

funksional  dəyişilməsində  özünü  göstərir.  Həzm  sisteminin 

postnatal inkişafa uyğun yaş xüsusiyyətlərilə qısa olsa da aşağıda 

tanış ola bilərsiniz. 

Ağız  boşluğunda  həzmin  yaş  xüsusiyyətləri:  ağız  boşluğu 

həzm  borusunun  qapalı  olmaqla  sümük  əsası  olan  yeganə  həzm 

üzvüdür.  Burada  dil  və  dişlər  yerləşir.  O,  həm  dad,  həm  də  nitq 

funksiyasını yerinə yetirir. Dişlər qidanı xırdalayır, həm də sözlərin 

tələffüzündə  iştirak  edir.  Yeni  doğulmuş  uşaqların  ağız  boşluğu 

nisbətən kiçik olur. 



279 

downloaded from KitabYurdu.org



Cədvəl 2 

İnsan ontogenezinin dövrləri 

I Antenatal

 

11 İnternatal

 

III Postnatal

 

1.  Herminal  və  ya  xüsusi 



rüşeym mərhələsi (1 həftə)

 

2.  Embrional 



dövr 

(5 

həftə) 

iki 

fazaya: 

a) 

histotrof  qidalanma,  b) 

sarılıq qan dövram.

 

3.  Fərdi 



inkişafın 

ne- 

ofetal dövrü (2 həftədə).

 

4.  Fərdi  inkişafın  fe-  tal 



dövrü  (32  həftə):  Dölün  a) 

hemotrof,  b)  aminotrof 

qidalanma dövrləri.

 

Doğuşun 



başlanmasından 

göbək 

çiyəsi 

kəsilənə 

qədər 

keçən 

dövrü 

əhatə edir.

 

I.  Yeni  doğulma  və  ya  çağa  dövrü. 



2.Südəmər dövr (10 gündən-1 il).

 

3.  İlkin uşaqlıq (1-3 il).

 

4.  Birinci uşaqlıq (4-7İ1).

 

5.  İkinci uşaqlıq 7-11 yaş (oğlanlar), 8-11 



yaş (qızlar).

 

6.  Yeniyetmə  13-16  yaş  oğlanlar,  12-15 



yaş qızlar.

 

7.  Gənclik  dövrü  17-21  yaş  oğlanlar,  16-



21 yaş qızlar.

 

8.  Yetgin yaş, I dövr 22-35 yaş kişilər, 22-



35 yaş qadınlar.

 

9.  Yetgin  yaş;  II  dövr  36-60  yaş  kişilər, 



36-55 yaş qadınlar.

 

10.  Ahıl  yaş  61-74  yaş  kişilər,  5674  yaş 



qadınlar.

 

II.  Qocalıq dövrü 75-90 yaş.

 

12. Uzunömürlük dövrü 90 yaşdan sonra.

 

Aşağıda yaş dövrlərinə uyğun olaraq dişlərin inkişafı 3 



nömrəli cədvəldə verilmişdir. 

Cədvəl 3 

Süd və daimi dişlərin çıxma vaxtı 

Dişlərin adı

 

Dişlərin çıxma vaxtı

 

süd

 

daimi

 

Orta kəsici

 

6-8 aylar

 

7-7,5 yaş

 

Yan kəsici

 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin