351
downloaded from KitabYurdu.org
İnsanın rasional şəkildə qidalanmasının fizioloji əsasları.
İnsan orqanizminin normal həyat fəaliyyəti plastik və enerji
materiallarda, mineral birləşmələrə və vitaminlərə orqanizmin
fizioloji tələbatlarım nəzərə alıb düzgün qida rasionu tutan zamanı
mümkün ola bilər.
Qida maddələrinin plastik rolu əsasən zülallar vasitəsilə
təmin olunur. İnsanın qida rasionunda hüceyrə ilə toxumaların
dağılmış, köhnəlmiş strukturların lazım bərpa olunması üçün zəruri
olan müəyyən miqdarda zülalların orqanizmə mü- təmadi şəkildə
daxil olması nəzərə alınmalıdır.
Zülallar əsasən süd, süd məhsulları, balıq, ət, yumurta,
qarğıdalı, düyü və s. tərkibində olur. Heyvan mənşəli qida
maddələrində zülal daha çox olur.
Heyvan mənşəli zülal məhsulları, bitki mənşəli zülallı
məhsullar kimi qarşılıqlı şəkildə əvəz olunurlar. Belə ki, ət insanın
sağlamlığına heç bir ziyan vurmadan balıq və yaxud yumurta ilə
əvəz oluna bilər.
İnsanın qida rasionu tərtib olunan zaman yağın miqdarı orta
hesabla 50-90 qram olur (kərə və bitki yağından başqa, ət piyi, balıq
piyi, pendir, süd, şirniyyat məhsullarını da daxil etməklə yanaşı).
Bitki yağı insanın qida rasionuna daxil olan yağın ümumi
miqdarının təqribən 1/3 hissəsini təşkil etməlidir.
Əqli və yüngül fiziki əmək ilə məşğul olan sağlam, yaşlı
insanın qida rasionu 400-500 qram karbohidratlardan ibarət olsa da,
bu zaman qənd ilə şirniyyatın miqdarı 80-100 qramdan artıq
olmamalıdır.
Enerjinin külli miqdarda sərf olunması, məsələn, ağır fiziki
iş və yaxud idman müsabiqələri zamanı qida rasionunda
karbohidratların miqdarı 800-900 qrama qədər çoxalmalıdır.
Kökəlməyə meylli insanlar çovdar unundan hazırlanmış
çörəyin nisbətən cüzi kaloriliyini nəzərə alaraq ondan daha çox
istifadə edirlər. Sağlam yaşlı insanın qida rasionu adətən 150-200
qram çovdar və 150-200 qram buğda çörəyindən ibarət olmalıdır.
Qida rasionunda fizioloji baxımdan vacib birləşmələr
352
downloaded from KitabYurdu.org
olan vitaminlər, eləcə də energetik dəyərlərə malik olmayan
maddələr olan mineral duzlar iştirak etməlidirlər.
Təzə-tər meyvələr vitaminlərin əsas mənbəyidirlər. İnsan
praktiki olaraq yalnız meyvələrdən, giləmeyvələrdən və
tərəvəzlərdən C vitamini, karotin, bəzən isə PP vitamini alır. İnsanın
vitaminlərə olan gündəlik tələbatı C-70 mq, PP-15 mq, A-1,5 mq
təşkil edir.
Təzə göyərti (yaşıl soğan, cəfəri, şüyüd) C vitamini, ka-
rotindən ibarət olur. Şaftalı, banan (0,7 mq) və gavalı (0,5 mq) C
vitamini ilə zəngin olur. Ona daha çox qara meyvəli quş armudunda
(1000 mq), qara qarağatda (300 mq), çaytikanınla (120 mq),
çiyələkdə (51 mq), giləmeyvədə (47 maq), almalarda (50 mq), sitrus
meyvələrində (30-40 mq) rast gəlinir. Karotin qaratikanında və
qarameyvəli quş armudunda
(8
mq), itburnunda (5 mq), ərikdə (70
mq) olur.
Mineral duzlara külli miqdarda təzə göyərtidə, tərəvəzdə,
bitki mənşəli müxtəlif qida məhsullarında rast gəlinir. Təzə tərəvəz
Ca və P duzlarından ibarət olur. Mineral duzlar, o cümlədən də Ca
və Fe duzları, mədəni bostan-tərəvəz bitkilərinin xüsusilə də
qarpızın tərkibində olur. Mn, Fe və Cu duzlarına isə itburnu
meyvələrində rast gəlmək mümkündür.
İnsanın qida rasionunun tərtib olunması zamanı onun
hüceyrənin pektin kimi xaric olan ballastlı maddələrə olan tələbatını
da (ballastlı maddələr, xüsusilə yerkökündə, çuğundurda, yaşıl
noxudda, lobyada, qara gavalıda, çörəkdə, soğanda, pomidorda,
badımcanda) nəzərə almaq lazımdır. Bal- lastlı maddələr bağırsaq
selikli qişasının sinir uclarını qıcıqlandıraraq, onun hərəkətli
fəallığını gücləndirərək, həzm şirələrinin ifrazım stimullaşdırırlar.
Onlar həm də xolestrin ilə zərərli mübadilə maddələrinin
orqanizmdən xaric olunmasına, bağırsağın mikroflorasının
normallaşmasına, maddələr mübadiləsinin yaxşılaşmasına da
yardım edirlər.
Beləliklə, insanın qida rasionu tərtib olunan zaman enerji
sərfinə görə 4 qrupa bölünmüş sənət adamlarının enerjiyə olan
gündəlik tələbatı nəzərə alınaraq tutulmuş cədvəl nəzərə alınmalıdır
və həmin enerjini hər iş növü nəzərə alınaraq
353
downloaded from KitabYurdu.org
(səhər yeməyi üçün 25%, nahar 50%, günorta 15%, axşam
10
%)
yeyilən qidanın tərkibində olan zülalların, yağların, kar-
bohidratların (mineral duz və vitaminlərin) miqdarına uyğun həmin
enerjinin miqdarı hesablanmalıdır. Məsələn, cədvəldə 4- cü qrupa
daxil olan ağır fiziki iş adamları üçün 12142-1591 kC (2900-4200
kkal) enerji nəzərdə tutulur. Ona görə də qida ra- sionunu tərtib
edərkən bu enerjiyə uyğun istifadə olunan zülal, yağ, karbohidrat
mənşəli qidalar səhər, nahar, günorta və axşam yeməyindəki
miqdarı nəzərə alınaraq 4 yerə bölünməlidir.
15.8. Vitaminlər
Vitaminlər insan və heyvan orqanizmində normal mü-
badiləni təmin etmək üçün zülal, yağ və karbohidratlardan sonra,
əlavə olaraq minimal miqdarda qida və provitaminlərlə bədənə
daxil olması mütləq lazımdır. Orqanizmə vitaminlərin lazım
olduğunu Rus alimi N.İ.Lunin 1880-ci ildə bir qrup siçovula süni,
digərinə isə təbii qida verməklə müəyyən etdi. O, süni qida alan
heyvanların ölməsini qidada həyat üçün zəruri olan maddənin
olmaması ilə izah etdi. Maddələrin əsas hissəsini vitamində olan
amin qrupu təşkil etdiyi üçün vitamin (vita - həyat, vitaminlər -
həyat amilləri) adını ilk dəfə 1912-ci ildə Polşa alimi Funk təklif
etdi. Sonralar məlum oldu ki, bəzi vitaminlərin tərkibində amin
qrupları və hətta azot da yoxdur. Olmasa da onlarda vitamin adı
saxlanılmışdır.
Hazırda 13-ə qədər vitamin var (daha dəqiq qrup və ya
vitaminlər fəsiləsi). Hər bir fəsilə isə bir neçə vitamindən ibarətdir.
Onları vitaminlər adlandırmaq təklif edilmişdir. Vitaminləri həll
olmalarına görə iki qrupa bölürlər:
1. Suda həll olan vitaminlər, bura B qrupu vitaminləri və
askorbin turşusu, P vitamini və ya rutin.
2. Yağda həll olan vitaminlər, bura isə A, D, F və K
vitaminləri daxildir. Son illər bir sıra yağda həll olan vitamin
354
downloaded from KitabYurdu.org
lərin suda həll olan formalarını almaq mümkün olmuşdur.
Vitaminlərin əksəriyyəti qida ilə daxil olsa da, ancaq biotin
(H vitamini) və vitamin K orqanizmin tələbini ödəyən miqdarda
orqanizmdə sintez olunur. Bir çox suda həll olan vitaminlər
bağırsaq mikroflorası (bakteriyalar) tərəfindən sintez olunur.
Vitaminlər zülallardan, yağlardan və karbohid- ratlardan fərqli
olaraq enerji mənbəyi və plastik material olmayıb, bir qayda olaraq
hüceyrələr və toxumaların qurulması məqsədilə istifadə
olunmasalar da, onlar maddələr mübadiləsinin tənzimlənməsində
vacib rol oynayırlar. Bu vitaminlərdən bir çoxları orqanizmdə
gedən səviyyəvi mübadilə reaksiyalarında koferment rolunu ifa
edirlər. Buna görə də, qidada vitaminlərin yoxluğu və yaxud kifayət
qədər olmaması maddələr mübadiləsinin və heyvan orqanizminin
bir sıra fizioloji funksiyalarının əhəmiyyətli şəkildə pozulması ilə
nəticələnir.
Vitaminləri az miqdarda olsa da bütün hüceyrələr de- ponirə
edir. Qaraciyər A vitaminini orqanizmin tələbini 5-10 ay ödəyə
biləcək miqdarda deponirə edir. Vitamin D-yə olan gündəlik
tələbatı ödəmək üçün onun qaraciyərdə olan miqdarı 2-4 ay
orqanizmin tələbini ödəyə bilər. Suda həll olan B qrupu vitaminin
(vitamin B
12
başqa) orqanizmdə ehtiyatı olmur. Ona görə də qidada
onun çatışmazlığı qorxulu xəstəliklərə səbəb olur. Qaraciyərdə olan
vitamin B
12
miqdarı bir il orqanizmin təbəbatını ödəməyə çatır.
Vitamin C qidada çatışmazlığı orqanizmdə bir neçə həftədən sonra
öz təsirini göstərir.
Bundan başqa, heyvanların bağırsaqlarında mövcud olan
bir sıra mikroorqanizmlər B qrupu vitaminlərini qeyri- kafi
miqdarda hasil edirlər. Heyvanın müxtəlif qida rasionu adətən
orqanizmin vitaminlərə olan tələbatını təmin edir. Vitamin
çatışmazlığı zamanı isə hipovitaminoz adlanan xəstəlik meydana
çıxır (nadir hallarda vitaminin tam yoxluğu - avita- minoz müşahidə
olunur). Hipovitaminozun təzahürü orqanizmin qida rasionunda
iştirak etməyən konkret vitamindən asılıdır.
Ən nəhayət, orqanizm antibiotiklər və sulfanilamidli
preparatlar kimi antibakterial vasitələrin uzun müddətli tətbi
355
downloaded from KitabYurdu.org
qi nəticəsində vitaminlərə qarşı çatışmazlığı hiss edə bilər.
Bir neçə vitaminin olmaması nəticəsində inkişaf edən
xəstəlik poliavitaminoz adlanır. Lakin belə avitaminozun tipik
forması çox az rast gəlir. Əksər hallarda hər hansı bir vitaminin
müəyyən dərəcədə çatışmaması təsadüf edilir. Orqanizmin bu
vəziyyətinə hipovitaminoz deyilir. Bəzən qidanın tərkibində kifayət
qədər vitamin olduğu halda, onun sorulması pozulur və
hipovitaminoz baş verir. Bu zaman vitaminləri parenterial yolla
(dərialtma, əzələ daxilinə, venaya) yeritmək lazımdır. Vitaminlərin
həddindən çox mənimsənilməsi isə hipervitaminoz adlı xəstəlik
törədə bilər.
Vitamin A (retinol (provitamin- /3 -karotin), retinol
(provitamin-kriptoksantin), retin turşusu) toxumalarda retinol
şəklində olur. Yaşlı insanın A vitamininə olan gündəlik tələbatı
1
mq təşkil edir.Bitki qidası ilə provitaminlər daxil olur (qırmızı və
sarı karotinoidlər). Vitamin A-nın əsas funksiyası görmə
piqmentinin əmələ gəlməsində, böyümə və inkişafı təmin edən
epitel və sümük toxumasının normal inkişafını təmin etməkdir.
Çoxlu hüceyrə funksiyaları üçün modifikator rolu oynayan
retinoidlərə qarşı çoxlu hüceyrələrdə reseptorları olur.
A vitamini çoxalma və görmə funksiyasına spesifik təsir
göstərir.
Əsasən A vitamini karotinoidlərin bitki piqmentli mad-
dələrindən əmələ gəlir. Heyvan orqanizmində V provitamini kimi
bitki karotini karotinaz fermenti ilə hidroliz zamanı A vitamininə
çevrilir.
Karotinaza heyvanların qaraciyərində də aşkar
olunmuşdur.
A vitamini müxtəlif qida məhsullarında daha çox balıq
yağında, kərə yağında, yumurtalarda, qaraciyərdə, balıq kürüsündə,
süddə olur. Bitki karotininə yerkökündə, göbələklərdə, ərikdə,
qırmızı bibərdə rast gəlinir.
A vitaminin onurğalı heyvanlarda görmə piqmentin sintezi
zamanı iştirak edirlər. Onurğalı heyvanların gözündə görmə
piqmentinin formaları radopsin və iodoropsin mövcuddurlar. A
vitamininin çatışmaması toyuq korğulu xəstəliyinin inkişafına,
gözün buynuz təbəqəsinin zədələnməsinə səbəb
356
downloaded from KitabYurdu.org
olur: A avitaminoz xəstəliyinin ağır formalarının təzahürü zamanı
skeletin inkişafında ləngimə və dərinin bəzi zədələnmələ- ri
müşahidə olunur. Avitaminoz zamanı görmə zəifliyi, kserof-
talmiya, keratomolyasiya meydana çıxır.
Sutkalıq tələbat (dozanı ME ilə təyin edirlər: ME=0,3 Mkq)
yaşlılar üçün - 1,5 mqr (5000 ME), hamilə qadınlar üçün - 2 mqr
(6600 ME), süd verən analar üçün - 2,5 mqr (8250 ME), 1 yaşında
uşaqlar üçün - 0,5 mqr (1650 ME), 1-6 yaş - 1 mqr (3300 ME), 7
yaşından yuxarı - 1,5 mq (5000 ME) təşkil edir.
Vitamin Bı (tiamin) tiaminfosfat formasında metobo-
lizmdə iştirak edir. Mədə-bağırsaq traktında sorulduqdan sonra
tiamin tiaminfosfata fosforlaşır. Bı vitamini karbohidrat- lar
sayəsində, kofermentlərin kokarboksilaza və dehidrazanm
sintezində, üzüm turşusunun dekarboksilləşməsində iştirak edirlər.
Tiamin bitki və heyvan toxumalarında geniş yayılaraq, həm
aeroblu, həm də anaeroblu hüceyrələr üçün zəruri olur. Yaşlı
insanda tiaminin gündəlik tələbatı 2-3 mq təşkil edir. Bı vitamini
pivə mayasında, yunan fındıqlarında, yumurtalarda (yumurta
sarısında), çovdar ununda, qarğıdalıda rast gəlinir.
Bı avitaminozu zamanı amin turşularının mübadiləsi,
karbohidratlarm yenidən sintezi, eləcə də sinir sistemində ase-
tilxolinin əmələ gəlməsi pozulur. Avitaminozlu heyvanların
qanında karbohidratlarm parçalanmasının pentozafosfatlı aralıq
məhsullarının əhəmiyyətli miqdarı aşkar olunur. Qanda pirivat və
laktatların miqdarı artır.
Orqanizmdə tiaminin çatışmaması zamanı maddələr
mübadiləsinin pozulması kəskin polinervit xəstəliyinin inkişafı ilə
nəticələnir. Nəticədə heyvanın hərəkətində pozğunluqlar gəzməklə
müxtəlif pozğunluqlar meydana çıxarır.
Vitamin B
2
(riboflavin) toxumalarda ATF-lə birləşir,
flavinmononukleotid və flavinadenin nukletotidə çevrilir. Ko-
fermenti dehidrogenez və oqksidoz oksidləşdirici-bərpaedici
proseslərdə iştirak edir. Riboflavin görmə funksiyası və he-
moqlabinin sintezini həyata keçirməsi üçün lazımdır.
B
2
vitamini quruluşuna görə toxuma piqmenti flavinə
357
downloaded from KitabYurdu.org
yaxın olur. Riboflavin toxuma flävininin 5 atomlu spirt ribitol ilə
birləşməsidir. B
2
vitamini orqanizmin toxumalarında baş verən
oksidləşmə-bərpaedici proseslərində iştirak edən bir sıra
kofermentli sistemlərə daxil olur (tənəffüs fermenti, oksidaza və b.).
Riboflavin bir çox mikroorqanizmlər, bakteriyalar, mayalar, ali
heyvanların orqanizmində mövcud olan mikroorqanizmlər
vasitəsilə sintez edilir.
B
2
vitamininə mayalarda, dənli bitkilərdə, pomidor
pastasında, kələmdə, yumurtalarda, qaraciyərdə, beyində rast
gəlinir. Qidada B
2
vitamininin çatışmaması zamanı dərinin, gözün
buynuz təbəqəsinin zədələnməsi müşahidə olunaraq, cavan
heyvanlarda artım dayanır. Yaşlı insanda B
2
vitamininə olan
gündəlik tələbat
1,8
mq-dir.
Vitamin E (a -taxoferol,
7
-tokoferol) doymamış yağ
turşularının oksidləşməsinin qarşısını alır. Hema və zülalların
sintezində və toxuma tənəffüsündə iştirak edir. Gündəlik tələbat -
15 ME. Bitki yağı, tərəvəzin yaşıl yarpaqları, yumurtada olur.
Avitaminoz zamanı skelet əzələlərinin distrofiyalaşır, cinsi
fəaliyyət zəifləyir, mitoxondirinin lizosom və hüceyrə membranın
funksiyası pozulur. Dölün ölümünə səbəb olur. E vitamini çoxalma
funksiyasının təmin olunmasında vacib rol oynayır. Onun yoxluğu
zamanı xayada spermotozoidlərin normal inkişafı pozularaq,
onların hərəkətinin itməsi, embrio- nun sorulması müşahidə olunur.
E vitamini bütün onurğalı heyvanlar üçün zəruridir.
Vitamin
B3
(pantoten turşusu) - mübadilə prosesinə
koenizm A formasında daxil olur, yağlar və karbohidratlarm
mübadiləsində iştirak edir. Bütün qidaların tərkibində pantoten
turşusu olduğu və həm də orqanizmdə sintez oluna bildiyinə görə
insan orqanizmində onun çatışmazlığına az təsadüf edilmir. Dənli
və paxlalı bitkilərdə, kartofda, qaraciyərdə, yumurtada, balıqda
olur.
Sutkalıq tələbat - 10 mq-dır. O, yağ turşuları, steroid
hormonlar və s. sintezində iştirak edir. Təsadüfən çatışmazlığı
olanda tez yorulma, halsızlıq, huşsuzluq, dermatit nevritlər, selikli
qişalarda zədələnməyə təsadüf edir.
358
downloaded from KitabYurdu.org
Pantoten turşusu həşəratların bağırsaqlarında mikro-
orqanizmlərin varlığından asılı olmayaraq bütün həşəratlar üçün
zəruridir. Göyşəyən heyvanlarda pantoten turşusu külli miqdarda
birinci mədə mikroorqanizmləri, dovşanlarda kor bağırsaq
bakteriyaları, insanda isə yoğun bağırsağın mikroflo- rası tərəfindən
sintez olunur. Yaşlı insanın pantoten turşusuna olan gündəlik
tələbatı 10 mq təşkil edir. Onun çatışmaması zamanı artımda
yubanma, bədən kütləsinin azalması, saçların ağarması, anemiya
əlamətləri müşahidə olunur.
Vitamin Be (pridoksin) - suda həll olan vitamindir. Bitki və
heyvan mənşəli qidalarda (mal əti, qaraciyər, donuz əti, qoyun əti,
balıq ətində (bağırsaq mikroflorası sintez edir) olur.
Pridoksin çatışmaması hemoqlobinin normal bioloji
sintezinin pozulması ilə nəticələnə bilər. Müxtəlif heyvanların
qidalarında B
Ö
vitamininin çatışmaması dermatit ilə nəticələnir. Bir
çox heyvanların qidasında B
Ö
vitamininin yoxluğu və yaxud
kifayət qədər olmaması anemiya üçün xarakterik olan qan
tərkibinin dəyişilməsində təzahür edir. Yaşlı insanda B
Ö
vitamininə
olan gündəlik tələbat 2-4 mq təşkil edir.
Vitamin B
9
(folturşusu) bağırsaq bakteriyaları sintez edir.
Əsasən heyvan (qaraciyər, böyrəklər, mal əti, yumurta) və bitki
(buğda, arpa, yerkökü, pomidor, kələm, turşəng) mənşəli qidalarda
olur. Qanın yaranmasını stimul və tənzim edir. Hüceyrələrin
çoxalmasında iştirak edir. Vitamin
B9
olan gündəlik tələbat 400 mq-
dır.
Vitamin Bn (stankobalamin) pibonukleotidlər üçün ke-
onzim kimi təsir edir. Boy və eritrositlərin yaranmasına təsir edir.
Vitamin Bi
2
fəal kaferment formaları - metilkobalamin və
dezoksiadenozinoko-balamindir. Əsas funksiyası hərəkətli metil
qrupları və hidrogeni daşımaqdır. Vitamin B
12
çatışmazlığı
anemiya və onurğa beyninin arxa və yan sütunda nəqledici
yollarının mielinləşməsində pozğunluğa səbəb olur. Gündəlik
tələbat 2-5 mkq.
Orqanizmdə B
12
vitamininin çatışmaması qida məhsul-
larında onun yoxluğu ilə deyil, onun aşağı səviyyədə mənim-
sənilməsi, onun mədə-bağırsaq traktına daxil olmasının po-
359
downloaded from KitabYurdu.org
zulması ilə əlaqədardır. B
12
vitaminin mənimsənilməsi üçün
mədənin bəzi hüceyrələri ilə ifraz olunan kastla amili kimi xüsusi
maddə zəruridir. Külli miqdarda B
12
vitamini heyvanların
qaraciyər, böyrək kimi bəzi orqanlarında aşkar olunur.
Vitamin C (askorbin turşusu)-suda həll olan vitamindir. Bitki
mənşəli qida maddələrində (limon, bibər, şüyüd, portağal, qara
qarağat, göy soğan, pomidor pastası, kartof, kələm, itburnu
meyvəsi)
olur.
Hüceyrədaxili
oksidləşmə-bərpa-
edici
proseslərində iştirak edir. Kallogenin, hialuron turşusu,
kortikosteroidlərin sintezində, triozin, fenilalanin və foli tur-
şusunun mübadiləsi üçün lazımdır. Vitamin C gündəlik tələbat
yaşlılar üçün - 70 mq, uşaqlar üçün: 6 aylıq - 1 yaşa qədər - 20 mq,
1-1,5 yaş - 35 mq, 1,5-2 yaş - 40 mq, 3-4 yaş - 45 mq, 510 yaş - 50
mq, 11-13 yaş - 60 mq olur. Avitaminozu zamanı əmələ gələn
xəstəliklər qanaxma, damarların sürüşməsi, dişlərin tökülməsi,
dəridə kiçik qansızmalar, diş dibindən qan axma (sinqa) və s.
xəstəliklər meydana çıxır.
Onurğalı heyvanların bir çoxu askorbin turşusunu külli
miqdarda sintez etsələr də, dəniz donuzu, meymun və insan qida ilə
askorbin turşusunu almalıdır.
Vitamin D (xolekalsiferol-D3, erqokalsiferol-02) yağda
həll olan vitamindir. Sümük və dişlərin sintezi üçün lazımdır. Bioloji
cəhətdən az fəal olan bitki (erqosterol, provitamin D
2
) və heyvan
(provitamin D
3
) mənşəli provitaminlər ultrabənöv- - şəyi şüaların təsiri
ilə dəridə, sonra qaraciyərdə, sonra böyrəklərdə bioloji fəal formaya -
kalsiyə (1.25-(OH)2-D3) çevrilir. Vitamin D
3
reseptorları
transkripsiyanm nüvə amilidir. Heyvan orqanizminin toxumalarında
(əsasən dəridə) D vitamini ultrabənövşəyi şüaların təsiri altında 7-
dehidroxolesterindən sintez edildiyindən onun sintezi üçün optimal
şərait yay mövsümündə yaranır. Onurğasız heyvanlarda D vitamininə
olan tələbat aşkar olunmur. Külli miqdarda D vitamininə əsasən balıq
yağında və yumurta sarısında, quşların və balıqların qaraciyərində,
balığın kürüsündə rast gəlmək mümkündür.
Uşaqlarda D vitamininin çatışmaması zamanı kalsiu-
360
downloaded from KitabYurdu.org
mun həcmindəki kəskin dəyişikliklər və sümükdə kalsium duzunun
çatışmaması ilə müşayiət olunan raxit xəstəliyi inkişaf edir.
Südəmər uşaqlarda D vitamininə olan gündəlik tələbat 10-25 mq
təşkil edir. Yaşlı insanda D vitamininin çatışmaması zamanı
osteomalyasiya, yəni orqanizmdə kalsiumun mübadiləsinin
pozulmasının nəticəsi kimi sümüklərin yumşalması başlanır.
Vitamin K (filloxinon). K vitamininə qida məhsullarında
rast gəlinir. Daha çox turşəng, kələm, pomidor, qaraciyərdə olur.
Heyvanın orqanizmində yoğun bağırsaq bakte- riyaları sintez edir.
K vitamininin çatışmaması zamanı qanın laxtalanması pozularaq,
protrombinin qanda iştirakı zəifləyir. Protrombin sintezində iştirak
edir, qanın normal laxtalanma- sına təsir edir.
K vitaminin fəaliyyəti qaraciyərin funksiyası ilə sıx şəkildə
əlaqədardır. Qaraciyərdə qanın laxtalanmasmı müşayiət edən
proseslərdə iştirak edən maddələr sintez olunur. Bitki
məhsullarında daha çox K vitamini olur. Avitaminoz qidada K
vitamininin çatışmaması nəticəsində deyil, onun mədə-bağırsaq
traktında sorulması prosesinin pozulması zamanı baş verir.
Avitaminoz zamanı laxtalanma müddəti artır, mədə- bağırsaq
qanaxması, dərialtı qanaxma baş verir.
H vitamini (biotin). H vitamini və trikarbon turşularının
karboksidləşməsi proseslərində iştirak edən bir sıra fer- mentlərin
tərkibinə daxil olur. Heyvanlarda biotin bağırsaq traktının
bakteriyaları ilə sintez edilir. Lakin bəzi hallarda, məsələn, çiy
yumurta zülalının qəbul olunması zamanı qidanın ayrı-ayrı
komponentlərinin biotin ilə birləşməsi və bununla da biotinin həyat
üçün zəruri vacib proseslərindən istisna olunması baş verir. Digər
hallarda H vitamininin çatışmaması sul- fanilamidli preparatların
qəbul olunması zamanı bağırsaq bakteriyalarınm həyat
fəaliyyətinin pozulması nəticəsində inkişaf edir. Toyuqlarda
biotinin çatışmaması rüşeymlərin tələf olması və cücələrdə skeletin
patoloji dəyişikliklərə məruz qalmasına səbəb olur.
Yaşlı insanda H vitamininin gündəlik tələbatı 10 mq və
Dostları ilə paylaş: |