Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə30/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   26   27   28   29   30   31   32   33   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


322 

downloaded from KitabYurdu.org



malik sağlam adamlar üçün orta rəqəmlər tapıb xüsusi cədvəl tərtib 

edilir. 


Xüsusi  şəraitdə  maddələr  mübadiləsi.  Müxtəlif  yüklər 

zamanı cədvəl 1-də göstərilmişdir. 

Cədvəldən  müəyyən  olur  ki,  əsas  mübadilənin  intensivliyi 

70  kq  çəkiyə  malik  olan  qadın  və  kişilərdə  MKC/gün,  vt  və  O

2

 

mL/dəq udulmasına görə aşağıdakı kimi olur. 



Cədvəl 1 

Şərait

 

Metobolizmin intensivliyi

 

Oksigenin

 

 



MC/gün.

 

Vt

 

udulması

 

mL/dəq

 

Əsas mübadilənin 70 kq

 

$ 6,3 6* 



7,1

 

46

 

215

 

bədən kütləsi olan qadın və 



kişilərdə intensivliyi

 

85

 

245

 

Nisbi sakitlik zamanı 



əsas

 

9 8,4

 

6*9,6

 

100

 

275

 

mübadilənin + metoboliz- 



min intensivliyi

 

115

 

330

 

İşçi metobolizm (bir neçə 



il

 

9 15,5 



6*20,1

 

186

 

535

 

ağır iş zamanı)

 

240

 

690

 

İdman ilə məşğul olan za-

 

kC/saat

 

Vt

 

mL/dəq

 

man metobolizmin ümumi 

intensivliyi

 

4300

 

1200

 

3600

 

Məsafə  uzun  olduqca  (və  yəqin  ki,  çox  vaxt  sərf  edəndə), 



metabolizmin səviyyəsi aşağı olur. 

Maddələr  mübadiləsinin  intensivliyi  100  və  200  metr 

məsafəyə qaçan zaman 22 kvt təşkil edir. Bu marofon məsafəsinə 

qaçanlarla müqayisədə 13 dəfə çox olur. 10 san yüksək sürətlə qaçan 

zaman iş 200 KC çatır, bu kaloriliyinə görə 14 qr qlükozaya uyğun 

gəlir. 


Maddələr  mübadiləsinin  intensivliyinin  vasitəsiz  üsulla 

təyini.  Bu  metod  orqanizmin  istilik  itirməsini  vasitəsiz  üsulla 

(vasitəsiz  kalorimetriya)  təyininə  əsaslanır.  Hələ  1780-cı  ildə 

Lavuaze  canlı  orqanizmdən  xaric  olan  istiliyin  miqdarını  təyin 

etmək üçün üsul işləyib hazırlamışdır. Onun «kalorimetri» standart 

olmayan  şəraitdə  vasitəsiz  üsulla  maddələr  mübadiləsinin 

intensivliyini müəyyən edir. Maddələr mübadiləsinin intensivliyini 

vasitəsiz üsulla təyini, bir hal üçün xüsusi ilə 

323 

downloaded from KitabYurdu.org



orqanizmdə qida maddələrin balansını müəyyənləşdirməklə, canlı 

orqanizmlərdə  enerjinin  saxlanması  qanununun  mövcudluğunu 

təsdiq etdi. Bundan başqa vasitəsiz kalorimetriya alınan nəticələrin 

dəqiqliyini müəyyən etmək üçün kontrol kimi istifadə edilə bilər. 



Kalorimetriya.  Vasitəsiz  kalorimetriya  üsulu  ilə  qida 

maddələrinin  xüsusi  kalorimetrik  bombada  yandırmaqla  canlı 

orqanizmdə müəyyən vaxt ərzində xaric olan istiliyin miqdarı lqr 

karbohidrat  üçün  -  4,1 kkal/qr, zülallar üçün  - 5,3 kkal/qr,  yağlar 

üçün - 9,3 kkal/qr müəyyən edilmişdir. 

Orqanizmdə karbohidrat və yağların oksidləşməsi zamanı 

ayrılan  istiliyin  miqdarı,  kalorimetrik  bombada  həmin  maddənin 

yandırılması  zamanı  ayrılan  enerji  ilə  eynidir.  Lakin  zülalların 

orqanizmdə  oksidləşməsi  zamanı  5,3  kkal/qr  deyil,  4,3  kkal/qr 

enerji yaranır. Belə ki, orqanizmdə zülallar müəyyən həddə qədər 

parçalanır, yəni su və CO

2

 başqa, həm də kifayət qədər enerjisi olan 



sidik cövhəri əmələ gəlir. Orqanizmdə xaric olan enerjini vasitəli 

kalorimetriya,  yəni  oksidləşmənin  məhsulu  olan  oksigenin 

miqdarını  spiroqrafm  və  xüsusi  cihaz  «metabolizm  arabası» 

vasitəsilə hesablamaqla müəyyən etmək olar. 



Tənəffüs  əmsalı  (TƏ)  -  xaric  olan  CO

2

  və  vahid  vaxt 



ərzində sərf olunan O

2

 təyin edilir. Tənəffüs əmsalı bədəndən kənar 



reaksiyalar,  ayrıca  orqan  və  ya  toxuma  və  bütöv  orqanizm  üçün 

hesablana bilər. Fiziki sakit vəziyyətdə TƏ karbo-  hidratlar üçün 

1,0, yağlar üçün 0,70 (cədvəl 2). 

Maddələr mübadiləsinin intensivliyinin vasitəli yolla təyin 

edilməsi.  Vasitəli  yolla  maddələr  mübadiləsinin  intensivliyinin 

təyini, orqanizm tərəfindən udulan oksigenin miqdarına əsaslanır. 

Bununla əlaqədar olaraq, udulan oksigen orqanizmdə hər bir bioloji 

oksidləşmə  üçün  istifadə  olunur,  amma  oksigenin  bədəndə 

saxlanması  ehtiyatı  çox  böyük  olmadığı  üçün  onun  miqdarını 

(metobolizm  intensivliyin  göstəricisi)  ağciyərlərə  daxil  olan 

oksigenin miqdarına görə müəyyən etmək olar. Bunu nəfəs verilən 

havada olan CO

2

 miqdarına görə də təyin etməyə cəhd edilmişdir. 



Belə ki, CO

2

 bədəndə toplanması sə 



324 

downloaded from KitabYurdu.org



viyyəsi  yüksəkdir. Lakin xaric olan CCL-nın, bədəndə hasil olanla 

uyğun gəlməsi şübhəlidir. 



Cədvəl 2 

Tənəffüs əmsalı (TƏ) və enerji ekvivalenti (1KC=0,24 kkal) 

 

Karbohidratlar

 

Yağlar

 

Zülallar

 

Tənəffüs əmsalı

 

1,00

 

0,70

 

0,81

 

KC/LOz

 

21,1

 

21,1

 

18,8

 

Əsas hesablamalar. Əgər udulmuş oksigenə miqdarına görə 

enerji  mübadiləsinin  intensivliyi  haqqında  nəticə  çıxarmaq 

lazımdırsa,  onda  mühakimə  aşağıdakı  kimi  olmalıdır.  Qlükozanm 

oksidləşməsi zamanı enerjinin xaric olması belə yazılır; 



C

6

H

U

0

6

 

+ 60

2

 

6C0



2

 + 6H



2

0 + 2826KC 

(2) 

Bu  reaksiyada  2826KC  -  1  mol  qlükozanm  oksidləş- 

məsindən xaric olan enerjini göstərir (entrapiya), ancaq bu enerjinin 

müəyyən  hissəsi  (sərbəst  entrapiya)  hüceyrənin  funksiyaları  üçün 

istifadə oluna bilər. 



Enerjinin  qiyməti.  İstehsal  olunan  enerjinin  miqdarı  çox 

hallarda, adətən kütləyə uyğun və ya substratın həcminə görə ifadə 

edilir; 

1 mol qlükozanm  kütləsi  180 qr, amma 16 mol  oksigenin 

kütləsi  6x22,4L=134,4L  bərabərdir.  Bundan  belə  görünür  ki,  lqr 

qlükozanm tam oksidləşməsi üçün 2826:180=15,7 KC xaric olması 

ilə  müşayiət  olunur.  Beləliklə,  qlükozanm  enerji  dəyəri  15,7  KC 

təşkil  edir.  Enerji  ekvivalenti  (kalori  ekvivalenti)  istehsal  olunan 

enerjinin  udulan  oksigenin  miqdarına  uyğun  olan  miqdarına  görə 

ifadə  edilir.  Belə  halda  yuxarıda  verilən  reaksiyada  bu  qiymət  1/ 

oksigenə görə 2826KC/134,4/= =21,0 KC bərabərdir. Lakin ümumi 

qidada olan karbohidratın qlükoza ilə müqayisədə enerji əhəmiyyəti 

daha  yüksək  olduğunu  nəzərə  alsaq,  onda  kar  bo  hidr  atların 

oksidləşməsinin 1/ O

görə 21,1 KC təşkil edir. 



Tənəffüs  əmsalı  (və  ya  ağciyərlərdə  qaz  mübadiləsinin 

koffısenti)  maddələr  mübadiləsində  istifadə  olunan  qida  mad-

dələrinin tipini göstərir. Bu göstərici aşağıdakı kimi göstərilir: 

325 

downloaded from KitabYurdu.org



Tənəffüs əmsalı (TƏ)= 

^ obn CP

2 (J)

 

V0



2

 = istifadə olunan 0

2

 

Belə halda qlükozanın oksidləşməsi zamanı istifadə olunan 

oksigen xaric olunan karbon iki oksidə bərabərdir, belə ki, TƏ=1. 

Beləliklə, TƏ birə bərabər olan qiyməti karbohidratla- rın 

oksidləşməsinin xarakter göstəricisidir. 

Hesablama nümunələri. Sakit şəraitdə oksigenin udulması 

dəqiqədə  280  ml/dəq  təşkil  edir  (havada  temperatur,  təzyiq  və 

rütubətin  standart  qiymətində,  standart  həcm),  amma  tənəffüs 

əmsalının  qiyməti,  müstəsna  olaraq  1,00  bərabər  olur.  Bu  halda 

maddələr  mübadiləsinin  intensivliyi  dəqiqədə  0,280-21,1=5,97 

KC/dəq«9510 KC/sutka («98 VT) bərabər olur. Yağ turşusunda bir 

atom  karbona  az  oksigen  atomu  gəlir,  onların  oksidləşməsi  daha 

aşağı tənəffüs əmsalı ilə (0,7) xarakterizə olunur. Bunu tripalmitinin 

oksidləşməsindən görmək olar. 

Təmiz zülal mənşəli qidaların oksidlşməsi zamanı tənəffüs 

əmsalı 0,81 olur. 

Cədvəl 3 

Tənəffüs əmsalı və oksigenin kalorik ekvivalenti arasındakı nisbət 

 

Tənəffüs əmsalı

 

0,70

 

0,75

 

0,80

 

0,85

 

0,90

 

0,95

 

1,0

 

Oksigenin kalorik ekviva-



lenti (kiiocouüarla)

 

19,619

 

19,841

 

20,101

 

20,356

 

20,61

 

20,871

 

21,17

 

Oksigenin kalorik ekvi-

valenti (kilokaloriləriə)

 

4,686

 

4,739

 

4,801

 

4,862

 

4,924

 

4,985

 

5,057

 

Katabolizmin  son  məhsulları.  Katabolizmin  son  məh-

sullarına, digər komponentlərlə birlikdə su (gündə 350 ml), karbon 

iki  oksid  (dəqiqədə  230  ml/dəq),  karbon  oksidi  (dəqiqədə  0,007 

ml/dəq), sidik cövhəri (gündə 30 qr/gündə), həmçinin sidiklə ifraz 

olunan digər maddələr. 

Sidik cövhəri - bu zülalların tipik parçalanma məhsuludur, 

ona  görə  də  sidik  cövhərin  və  digər  azot  saxlayan  maddələrin 

miqdarına görə zülalların katabolizmi intensivli-yinə 

326 

downloaded from KitabYurdu.org



qiymət vermək olar. Qarışıq qidalarda dietada zülalların payına 16% 

düşür.  Belə  ki,  sidikdə  olan  azotun  miqdarını  6,25  vurmaqla 

katabolizmə uğrayan miqdarını bilmək olar. 

Orqanizmdə  zülal  mübadiləsinin  səviyyəsinin  normal 

olması, onun strukturunu və boyunu daimi saxlamaqda əhəmiyyəti 

böyükdür. 

Beləliklə, tənəffüs əmsalından enerji məhsulunun o hissəsini 

hesablamaq  üçün  istifadə  etmək  olar  ki,  o,  yağların  və  zülalların 

katabolizmi  ilə  əlaqədardır,  həmçinin  bir  litr  oksigenin  udulması 

zamanı nə qədər enerji istehsal olmasını hesablamaq üçün də istifadə 

etmək olar (cədvəl 3, 4). Tənəffüs əmsalının 0,1 dəyişilməsi enerji 

ekvivalentin 0,5KC/L O

2

 dəyişməsinə uyğun gəlir. 



Cədvəl 4-də verilən məlumatlar metabolizmin vasitəli üsulla 

düzgün qiymətini təyin etmək üçün istifadə oluna bilər. 



Cədvəl 4 

Ümumi metabolizmidə zülalın qiymətini nəzərə almadan energetik 

ekvivalentin tənəffüs əmsalından (TƏ) asılılığı 

Orta tənəffüs əmsalı 0,22 təşkil edir. 



 

1,0


 

0,9 

0,82 

08 

07 

KC/L 0

2

 

21,1 



20,6 

20,2 

20,1 

19,6 

Hesablama  nümunəsi.  Əvvəlki  misalda  olduğu  kimi  ok-

sigenin udulması 280 ml/dəq təşkil edir, amma tənəffüs əmsalının 

qiyməti 0,82 təşkil edir (enerji ekvivalentin orta qiyməti 20,2 KC/L 

O

2



  bərabərdir).  Bu  halda  metobolizmin  intensivliyi  0,280-

20,2«5,66KC/dəq«8150KC/gün  (təqribən  94  vt).  Əvvəlki  misalla 

müqayisədə fərq 358 KC/gün və ya 4% təşkil edir. 

Tənəffüs əmsalına təsir edən amillər. Xaric olan C02-ın və 

istifadə olunan oksigenin miqdarı aşağıdakı üç amildən asılıdır. 

1.  Mübadilədə iştirak edən qidalı  maddələrin  tipindən. Belə 

müəyyən  edilmişdir  ki,  tənəffüs  əmsalı  -  karbohidratların 

oksidləşməsi zamanı - 1,0, yağların oksidləşməsi zamanı - 0,7 

327 

downloaded from KitabYurdu.org



və zülalların oksidlşməsi zamanı isə-0,8 (cədvəl 2). 

2.  Hipervintilyasiyadan.  Hipervintilyasiya  zamanı  orqa-

nizmdən əlavə xaric olan CO

2

  metobolik  proseslər  zamanı  əmələ 



gələn  CO

2

  ilə  əlaqəli  olmayıb,  toxuma  və  qanda  olan  CO



2

  ilə 


əlaqədardır. Qann və toxumalarda əlavə oksigen toplana bilmədiyi 

üçün, hipervintilyasiya udulan oksigenin həcminə təsir etmir. Hava 

balonunun doldurulması çox ağır psixoloji stress və süni tənəffüs 

(bu zaman ventilyasiyanm dəqiqəlik həcmi tələb olunan səviyyədən 

yüksək olur) və b. amillər hipervintilyasiyaya səbəb ola bilər. 

3.  Bir  qida  maddəsinin  digər  qida  maddəsinə  çevrilməsi 

zamanı. Bu hal qida rasionunun çox hissəsini karbohidratlar təşkil 

edəndə  müşahidə  edilir.  Belə  ki,  yağlarda,  karbohidrat-  lara 

nisbətən oksigen az olur. Belə ki, həddindən artıq karbo- hidratla 

orqanizmi yüklədikdə ağciyərlərlə udulan oksigenin miqdarı aşağı 

düşür, tənəffüs əmsalı isə artır. Həddindən artıq qidalanma ən son 

halda  tənəffüs  əmsalının  qiymətinin  ördəklərdə  1,38,  donuzlarda 

1,59  arasında  dəyişməsinə,  aclıq  dövründə  və  diabet  zamanı 

tənəffüs əmsalı 0,6 qədər düşə bilər. Bu qlükozanın metobolizminin 

aşağı  düşməsi  zamanı  yağ  və  zülalların  mübadiləsinin 

intensivliyinin qüvvətlənməsi zamanı müşahidə edilir. 



Standart  həcm.  Havada  temperatur  və  təzyiqin  həqiqi 

qiymətindən asılı olmayaraq, nəticəni müxtəlif eksperimentlərdən 

alman  rəqəmlərlə  müqayisə  etmək  üçün  oksigenin  udulması 

intensivliyinin  standart  şəraitə  uyğun  hesablamaq  lazımdır. 

Standart  temperatur,  təzyiq,  rütubət  üçün  aşağıdakı  şərait  qəbul 

edilir; O

0

C, 760 mm.Hg.st. və quru hava. 



Yenidən  hesablama  koeffısentini  düstura  uyğun  cədvəl 

rəqəmlərinə görə alırlar. 



v r

-P

t



-f

K

,o 273 



0

  760


 

273+ ( 


Vo-standart  həcm,  V  -  təyin  edilən  həcm,  Pb  -  barometr 

təzyiqi, PH

2

o-spirometrdə su buxarı təzyiqi, t  - təyin edilən qazın 



həcminin Selsi termometri ilə temperaturu. 

Tam orqanizmdə oksigenin mənimsənilməsini təyin etmək 



328 

downloaded from KitabYurdu.org



üçün qapalı (şəkil 4) və açıq (şəkil 6) sistemdən istifadə edilir. 

Maddələr  mübadiləsinin  intensivliyini  qapalı  üsulla 

müəyyən  edən  zamanı  təcrübədə  vahid  vaxt  ərzində  sərf  olunan 

oksigeni təyin etmək lazımdır. Bu məqsəd üçün həm qapalı, həm də 

açıq respirator sistemlərdən istifadə olunur. 

Qapalı sistem. Bu sistemdə prinsip ondan ibarətdir ki, insan 

içərisi  oksigenlə  dolu  olan  spirometrdən  nəfəs  alır.  Nəfəs  vermə 

havası içərisində natrium karbonat olan və karbon iki oksidi udan 

rezervuardan  buraxılır  və  bundan  sonra  qaz  qarışığı  yenidən 

spirometrə  qayıdır.  Qeyd  olunan  olunan  spiro-  qramma  əyilmə 

bucağı  ilə  xarakterizə  olunur  (şəkil  4).  Vahid  vaxt  ərzində 

sistemdən xaric olan oksigeni hesablamaq üçün əyilmə bucağının 

əyrisi  müəyyən  edilir.  Əyilmə  bucağının  əyrisinin  uzun  olması 

sistemdən  çox  oksigen  xaric  olmasını  göstərir.  Qapalı  sistemdə 

oksigen  çox  sərf  olunduğu  üçün  sistem  daimi  oksigenlə  təmin 

edilməlidir. Qapalı sistemin əhəmiyyəti ondan ibarətdir ki, oksigeni 

təyin  etməyə  ehtiyac  qalmır,  çatışmayan  cəhəti  tənəffüs  əmsalını 

təyin etmək mümkün deyil. 

 

Natrium karbonat 



Şəkil 4. Qapalı sistemdə oksigenin udulmasının təyin edilməsi prinsipi. İnsan oksigenlə dolu 

zəngəbənzər  qaz  balonundan  nəfəs  alır;  nəfəs  verilən  havadan  xaric  olan  COı  qaz  ölçən  cihaza 

qayıdana qədər natrium karbonat tərəfindən udulur. Ritmik dalğanın aşağı əyrisindən xətti çəkib, 

əyilmə  bucağının  əyrisini  təyin  etməklə,  oksigenin  udulma  intensivliyinin  surətinin  əhəmiyyətini 

tapmaq olar (verilən vəziyyətdə 9,5L/dəq-dir). 

329 

downloaded from KitabYurdu.org



Açıq sistem. Açıq respirator sistemdə nəfəs verilən və nəfəs 

alınan havanın getdiyi yol ayrılır. Adətən təmiz hava ilə nəfəs alınır, 

həm də nəfəs alman havanın yolunda onun həcmini, həmçinin O

2

 və 



CO

2

  qatılığım müəyyənləşdirmək üçün cihaz qoyulmuşdur. Nəfəs 



alman tənəffüs havasında qaz komponentlərinin miqdarı məlumdur. 

Ancaq istifadə olunan oksigeni  və xaric olan CCh-ni  hesablamaq 

lazımdır. 

Tənəffüs əmsalı 1 olarsa, onda hesab etmək olar ki, nəfəs 

verilən  və  nəfəs  alınan  havanın  dəqiqəlik  tutumu  eynidir.  Nəfəs 

vermə havası, nəfəs almaya nisbətən xaricə az verildikdə tənəffüs 

əmsalı  1,0  aşağı  olur.  Lakin  tənəffüs  əmsalı  məlum  olanda  da 

dəqiqəlik tutumu Duqlas üsulu ilə təyin etmək olar (şəkil 5). 

 

Şəkil 

5. Duqlas kisəsi ilə oksigen qazının miqdarının təyini. 

Bu üsulda 10-15 dəqiqə ərzində kisəyə nəfəs vermə havası 

doldurulur  (şəkil  5).  Kisəyə  nəfəs  verən  zaman  burun  sı-  xıcı  ilə 

sıxılır,  təmiz  hava  klapandan  kisəyə  daxil  olur.  Kisədə  olan 

havadakı  O

2

  və  CO


2

  miqdarı  təyin  edilir.  Kisəyə  toplanan  bütün 

havanın həcmi qazometrin köməyilə təyin edilir. 

330 

downloaded from KitabYurdu.org



 

Şəkil 6. 



Açıq sistem oksigenin udulması və karbon dioksidin xaric edilməsinin 

təyin  edilməsi  prinsipi.  A. İnsan burnu  sıxıcı  ilə  sıxıldıqdan  sonra  ikitərəfli  klapandan 

muştuk vasitəsilə təmiz hava ilə nəfəs alır. Nəfəs verilən havanın miqdarı sorucu nasosla 

tənzim  olunan  qazometr  (və  ya  pnevmotaxoqrafıya)  vaitəsilə  ölçülür.  Bu  cihaz  nəfəs 

verilən havada mütənasib miqdarda bütün komponentləri olan nopsiyam almağa imkan 

verir. B. İnsan nəfəs alma və nəfəs verməni klapanı olmayan muştuk (və ya maska və ya 

kapşuyon)  vasitəsilə  həyata  keçirir.  Qaz  analizatoruna  saxlanma  yerindən  daxil  olan 

oksigen  və  karbondioksidin  miqdarı  udulan  oksigenin  və  xaric  olan  karbon  dioksidin 

miqdarı ilə düz mütənasibdir. 

Tənəffüs və fosforlaşmanın bir-birindən ayrılması. Bir 

sıra  kimyəvi  maddələr  ATF-sinetazinin  proton  kanalma 

toxunmadan  (protonoforlar)  protonları  və  digər  ionları  (ion- 

noforlar) membran arası boşluqdan membranla matrisə daşıya bilər. 

Bunun nəticəsində elektrokimyəvi potensial itir və ATF-in 

sintezi  dayanır.  Bu  hadisə  tənəffüs  və  fosforlaşmanın  ayrılması 

adlanır.  Ayrılmanın  nəticəsində  ATF-in  miqdarı  azalır,  ADF  isə 

çoxalır.  Aralayan  maddələrə  misal,  bir  sıra  dərman  maddələri 

(məsələn, antikoaqluyant dikumarın) və ya 

331 

downloaded from KitabYurdu.org



metabolitlər (məsələn, bilirubin və trioksin) ola bilər. 

15.4. 

Zülal mübadiləsi 

Orqanizmin dörddən üçünü zülallar təşkil edir. 20-dən çox 

amin  turşuları  zülalların  tərkibinə  daxildir.  Bir  sıra  zülal 

molekulları  bir-birilə  hidrogen  əlaqəsi,  elektrostatik  qüvvə  və  ya 

sulfıhidril,  fenol  və  b.  qruplarla  birləşmiş  bir  neçə  peptid 

zəncirindən ibarət olur. 



Əvəz  olunan  və  əvəz  olunmayan  amin  turşuları.  Orqa-

nizmdə olan 20-dən çox amin turşusundan 10-nu arqinin, ba- lin, 

histidin,  izoleysin,  leysin,  lizin,  metionin,  treonin,  tripto-  fan, 

fenilalanin hüceyrədə sintez oluna bilmədiyi üçün, orqanizmə qida 

maddələri ilə daxil olmalıdır. 

Amin turşularının nəqliyyat  və deponirə olunması. Mədə- 

bağırsaq borusunda zülalların parçalanmasının son məhsullaı amin 

turşularıdır. Qanda aminturşularının normal səviyyəsi 35-dən 65%-

ə  qədər  təşkil  edir.  Qanda  olan  amin  turşuları  510  dəqiqə 

müddətində  hüceyrələrə  daxil  olurlar.  Amin  turşuları  molekulları 

membranmdan hüceyrəyə fəal daşınma və diffu- ziya yolu ilə nəql 

olunurlar.  Hüceyrəyə  daxil  olandan  sonra  fermentlərin  təsiri  ilə 

hüceyrə  zülalları  ilə  birləşdiyi  üçün,  onların  miqdarı  hüceyrədə 

həmişə  az  olur.  Bir  çox  hüceyrə  daxili  zülallar  tez  bir  zamanda 

həzm fermenti lizosomin təsiri ilə amin turşularına çevrilib yenidən 

qana daxil ola bilirlər. 

Nüvənin xromosom aparatının zülalları və struktur zülalları 

(kallogen  və  əzələnin  yığıcı  zülalları)  müstəsna  təşkil  edir  və 

qanuna  tabe  olmurlar.  Bu  zülallar  yenidən  amin  turşularına 

çevrilmir. Əgər amin turşularının plazmada olan miqdarı normadan 

aşağı  olarsa,  onda  sərbəst  amin  turşuları  hüceyrədən  plazmaya 

keçərək onun plazmada qatılığını normal səviyyəyə çatdırır. Eyni 

vaxtda  hüceyrə  zülalları  da  amin  turşularına  parçalanır.  Hüceyrə 

zülalı  olan  öz  tələbatını  təmin  etdikdən  sonra  amin  turşularının 

artığı yağlara və qlikogenə mübadilə olunur. 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin