Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  İşgörmə qabiliyyəti və yararlılığm (faydalılığın)



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   34   35   36   37   38   39   40   41   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


17.19.  İşgörmə qabiliyyəti və yararlılığm (faydalılığın) 

müəyyən edilməsi üçün testlər 

Əməyin  və  idmanın  fiziologiyası  sayəsində  aparılan  təd-

qiqatlar  zamanı  testlərin  (sınaqlar)  həyata  keçirilməsi  şəxsiyyətin 

və ya davranışın bəzi xüsusiyyətlərinin müəyyən edilməsinin üsulu 

kimi  xidmət  edir.  Bəzi  testlər  digərlərinə  nisbətən  daha  məlumat 

vericidir,  onu  da  qeyd  etmək  lazımdır  ki,  testin  yararlılığını 

(dəyərliliyini) qiymətləndirmək üçün müxtəlif kri- terilər vardır. Bu 

kriterilərdən  ən  əsasları  -  obyektivlik,  etibarlılıq,  mötəbərlikdir 

(düzgünlük);  ikinci  dərəcəli  kreterilərə  standartlaşdırmanm 

dərəcəsi, müqayisə oluna bilmə və əlverişliliyidir (faydalılığı). 



406 

downloaded from KitabYurdu.org



TESTLƏRİN DƏYƏRLİLİYİNİN ƏSAS KRİTERİLƏRİ 

Obyektivlik.  Obyektiv  test  üçün  onun  nəticələrinin  təd-qi- 

qatçıdan  asılı  olmaması  xarakterikdir.  Siqnalların  bir  çox  me-

todikaları tam obyektivlik üçün nəzərdə tutulmayıb, buna görə də 

onların tamamilə kompüterin bazası əsasında həyata keçirilməsi və 

analizi mümkün deyil. 

Etibarlılıq.  Bu  kriterinin  köməyilə  bu  və  ya  digər  insanın 

xarakteristikaları və  ya onun davranışının  xüsusiyyətlərinin hansı 

dəqiqliklə müəyyən edilməsi qiymətləndirilir. Etibarlılıq bir neçə 

baxışa  (nöqteyi-nəzərə)  malik  olub  testin  mahiyyəti  və 

tədqiqatçının işi kimi amillərdən asılıdır. 

Mötəbərlilik (düzgünlük). Testin mötəbərliliyi fərdin və ya 

onun  davranışının  konkret  xassələrini  qiymətləndirməyə  imkan 

verən  reallığın  dərəcəsidir.  Mötəbərlilik  də  həmçinin  bir  neçə 

baxışa malikdir. 

Məsələn,  işgörmə  qabiliyyətinin  müəyyən  edilməsi  üçün 

tətbiq  olunan  testin  həqiqətən  də  işgörmə  qabiliyyətini  ölçməyə 

imkan  verməsində,  kliniki  sınaqların  isə  xəstəliyin  konkret 

əlamətlərini  müəyyən  etməsində  əmin  olmaq  vacibdir.  Bunu 

mötəbərliliyi  sübut  edilmiş  digər  sərbəst  üsullarla  (xarici  kriteri) 

alınmış  nəticələri  müqayisə  etməklə  yerinə  yetirmək  olar.  Yeni 

metodikaların  işlənib-hazırlanması  zamanı  adətən  onların 

mötəbərliliyi  ən  çətin  problem  hesab  olunur.  Testin  həqiqətə 

uyğunluğunu  nümayiş  etdirmək  kifayət  deyil,  belə  ki,  həqiqətə 

uyğun  gəlmə  verilən  testlər  dəfələrlə  yalnız  nəticələrin  mənbəyi 

kimi  çıxış  etmiş  və  sonunda  onlar  qeyri-qənaətbəxş  hesab 

olunmuşlar. 

Misal  kimi  ağciyərlərin  həyat  tutumunun  təyin  edilməsini 

nəzərdən keçirək ki, onun spirometrik ölçülməsi müavinə olunanın 

testi  aparanla  əməkdaşlıq  etməsi  şəraitinə  obyektiv  təkrarlanan 

nəticələr  verir.  Bir  çox  idmançılar  dözümlülüyə  təlim 

keçdiklərindən çox böyük ağciyərlərin həyat tutumuna malikdirlər, 

buna görə də aşağıdakı prinsip həqiqətə uyğun hesab edilə bilinər: 

“Ağciyərlərin  həyat  tutumunun  ölçülməsi  dözümlülük  tələb  edən 

fəaliyyətə nisbətdə insanın işgörmə qabiliyyə 



407 

downloaded from KitabYurdu.org



tini  müəyyən  etməyə  imkan  verir”!  Lakin  opera  müğənniləri  və 

nəfəs  alətlərində  çalan  musiqiçilər  də  normadan  yuxarı  olan 

ağciyərlərin  həyat  tutumuna  malikdirlər,  baxmayaraq  ki,  onlar 

idman  fiziologiyasının  nöqteyi-nəzərindən  qeyri-adi  dərəcədə 

yüksək  dözümlülüyə  sahib  deyillər.  Ağciyərlərin  həyat  tutumunu 

müvafiq  tənəffüs  çalışmalarından  istifadə  etməklə  artırmaq  olar, 

lakin  bu  çox  çətin  ki,  dözümlülüklə  təyin  edilən  təcrübələrdə 

işgörmə  qabiliyyətinin  göstəricilərini  yaxşılaşdırsın.  Əgər 

ağciyərlərin həyat tutumunu xarici kriterilərə - “5000 m məsafəyə 

qaçmaq  üçün  vacib  olan  zaman”  (dözümlülük  tələb  edən  tipik 

idman növü) əsasən qiymətləndirsək, o halda nə opera müğənnisi, 

nə də trombon çalan bu yükün öhdəsindən məharətlə gələ bilməz. 

Ağciyərlərin  həyat  tutumunun  təyin  edilməsində  testin  daha  da 

problemli xüsusiyyəti aşağıdakından ibarətdir: Ağciyərlərin həyat 

tutumunun qiyməti bir tənəffüs hərəkətindən xaric edilən havanın 

maksimal  həcminin  göstəricisi  kimi  çıxış  edir,  o  konkret  insanda 

tənəffüsün  mexa-  nikasından  asılıdır.  Beləliklə,  bu  dözümlülük 

tələb  edilən  fəaliyyət  növlərində  işgörmə  qabiliyyətinin  müəyyən 

edilməsi  üçün  deyil,  tənəffüsün  mexanikasmı  aşkar  etmək  üçün 

aparılan testdir. 

Əgər  testin  etibarlılıq  və  mötəbərliliyi  yüksəkdirsə  onun 

köməyilə  konkret  əlamətin  inkişaf  dərəcəsinə  görə  təcrübədən 

keçirilənləri  bir-birindən  fərqləndirmək,  daha  doğrusu  məsələnin 

düzgün mənfi və müsbət həllini tapmaq çox asandır. Lakin heç bir 

zaman  məsələnin  həlli  100%  düzgün  olmur.  Məsələnin  həllinin 

düzgünlüyünün  kriteriləri  kimi  testin  spesifikliyi  və  həssaslığı 

xidmət  edir.  Spesifiklik  hansı  testin  məsələnin  düzgün  mənfi 

həllinin  qəbul  edilməsinin  təmin  etməsinin  dərəcəsini  göstərir 

(düzgün  mənfi  həllinin  sayının  bu  əlamətin  olmadığı  şəxslərin 

ümumi  sayma  olan  nisbəti  hesablanır).  Həsasslıq  testlərin  hansı 

dərəcədə  məsələlərin  düzgün  həllini  təmin  etməsini  göstərir 

(düzgün müsbət həllin sayının bu əlamətləri olan şəxslərin ümumi 

sayma olan nisbəti hesablanır). 

408 

downloaded from KitabYurdu.org



XVIII FƏSİL 

18.1.  Ekoloji fiziologiya 

İnsanlara  təsir  göstərən  ekoloji  amillər  çoxsaylı  və  müx-

təlifdir.  Onların  təsiri  nəticəsində  dəqiqə  və  ya  saatlar  ərzində 

sürətli  uyğunlaşma  reaksiyalarını,  yaxud  günlər  və  həftələrlə 

uzanan  uzunmüddətli  adaptasiyanı  təmin  edən  tənzimləyici 

mexanizmlər aktivləşir. Bu dəyişikliklərin hesabına insanlar böyük 

yüksəkliklərdə  və  su  altında  -  qütb  rayonlarından  ekvatora  qədər 

ərazilərdə yaşaya və işləyə bilir. 

Öz təbiətinə görə fiziki və ya kimyəvi ola bilən xarici mühit 

amillərinin  təsiri  yük  -  gərginlik  sxeminə  ekoloji  yük  kimi  daxil 

edilir. Yükün rəngarəngliyinə uyğun olaraq orqanizm ona müxtəlif 

yollarla  reaksiya  verir.  Bu  cür  reaksiyalarla  məşğul  olan  elmi 

fənlərin  sırasına  toksikalogiya,  travmatologiya,  allerqologiya  və 

fiziologiya  daxildir.  Fiziki  amillərin  təsiri  əsasən  fıziloji 

tənzimləyici mexanizmlərin reaksiyasına səbəb ola bilər, lakin həm 

də  xəstəlik  və  pozğunluqların  səbəbkarı  kimi  xidmət  edə  bilər. 

Növbəti bölmələrdə biz bir sıra əsas fiziki ekoloji yüklər, əmək və 

istirahət  prosesində  onların  insan  üçün  əhəmiyyətini  və  fizioloji, 

bəzi hallarda isə patoloji təsirlərini nəzərdən keçirəcəyik. 

18.2.  Yüksəklik. Aşağı təzyiq 

Böyük yüksəkliklərdə üç əsas amil insanlar üçün yük yaradır: 

1

) oksigenin  aşağı  parsial  təzyiqi, 



2

)  yüksək  günəş radiasiyası,  3) 

soyuq. Onların arasında ən vacibi yüksəkliyin artması ilə oksigenin 

parsial təzyiqinin tədricən aşağı düşməsidir. 



OKSİGEN ÇATIŞMAZLIĞI 

Kəskin və xroniki hipoksiya. Böyük yüksəklik şəraitində belə 

oksigenin  qatılığı  dəyişməz  qaldığı  halda,  yüksəklik  artdıqca 

atmosfer  təzyiqi  aşağı  düşür.  Oksigenin  parsial  təzyiqi  atmosfer 

təzyiqinin azalmasına proporsional olaraq aşağı dü- 



409 

downloaded from KitabYurdu.org



şür; məsələn, o dəniz səviyyəsindən 5500 m yüksəklikdə yarıbayarı 

azalır (cədvəl 

1

). 


Cədvəl 1 

Yüksəklik, 

m

 

Havanın

 

təzyiqi

 

Udulan havanın 



parsial təzyiqi, 

mm.c.süt.

 

Alveollardakı havanın 



parsial təzyiqi

 

Ch-in ekvivalent 



fraksiyası

 

0

 

760

 

149

 

105

 

0,2095

 

2000

 

596

 

115

 

76

 

0,164

 

3000

 

526

 

100

 

61

 

0,145

 

4000

 

462

 

87

 

50

 

’ 0,127

 

5000

 

405

 

75

 

42

 

0,122

 

6000

 

354

 

64

 

38

 

0,098

 

7000

 

308

 

55

 

35

 

0,085

 

8000

 

267

 

46

 

32

 

0,085

 

10000

 

199

 

32

 

 

0,074



 

14000

 

106

 

12

 

 



0,055

 

19000

 

49

 

0,4

 

 

0,014



 

Oksigen  çatışmazlığına  orqanizmin  reaksiyası  yalnız  so-

nuncunun özünü büruzə verməsindən asılı olmayıb, həm də yükün 

verilmə  müddətindən  asılıdır.  Təsirin  müddətindən  asılı  olaraq 

kəskin  hipoksiya  (məsələn,  təyyarənin  daxilində  təzyiqin  kəskin 

aşağı  düşməsi  və  ya  tənəffüs  aparatında  qüsurların  olması 

şəraitində),  sürətlə  inkişaf  edən  hipoksiya,  (məsələn,  funikulyora 

qalxan  zaman)  və  xroniki  hipoksiya  (məsələn,  böyük 

yüksəkliklərdə uzun müddət qaldıqda) fərqləndirilir. Yüksəkliyə tab 

gətirmək,  həmçinin  yoxuşun  xarakterindən  də  asılıdır;  böyük 

yüksəkliyin  insan  passiv  (maşın  və  ya  təyyarə  ilə)  deyil,  aktiv 

(piyada) qət etdikdə bu şəraitə dözümlülüyü artır. 



Yüksəklik  xəstəliyi.  Bu  termin  oksigen  çatışmazlığı  nə-

ticəsində əmələ gələn bir sıra fizioloji pozğunluqları bildirir. Onun 

əsas əlamətləri - əqli və fiziki işgörmə qabiliyyətinin aşağı düşməsi, 

tez yorulma və narahatçılıq hissidir. 

Böyük  yüksəkliklərdə  oksigen  çatışmazlığının  xarakter 

əlamətləri  aşağıdakılardır:  başlanğıcda  olan  iradənin  zəifləməsi, 

yuxululuq,  iştahın  itməsi,  tənginəfəslik,  taxikardiya,  baş  gi-

cəllənməsi, qusma, baş ağrısı və konkret şəraitdən asılı olaraq 



410 

downloaded from KitabYurdu.org



bu  əlamətlər  tək-tək  və  müxtəlif  kombinasiyalarda  təzahür  oluna 

bilər. Onların təhlükə siqnalı olması çox zaman dərk edilmir və ya 

qiymətləndirilmir.  Xüsusilə  insanın  sakitlik  vəziyyətində  ləng 

inkişaf  edən  oksigen  çatışmazlığı  daha  təhlükəlidir,  belə  ki,  o 

təhlükə siqnalı kimi çıxış edən bu və ya digər əlamətlər meydana 

çıxmamış bayılmaya (özündəngetməyə) gətirib çıxara bilər. 



Təsirlərin  yüksəklik  astanaları.  Oksigen  çatışmazlığının 

bütün təsirlərini təsirlərin astanaları ilə sərhədlənən yüksəkliyin 4 

zonasına görə ayırmaq olar. Əlbəttə ki, bu bölmə kəskin deyil, belə 

ki, müxtəlif keçid təsirlər mövcuddur, astanalar isə iqlimləşmə və 

meylliliyin hesabına dəyişilə bilər. 

Neytral zona. 2000 m yüksəkliyə qədər fizioloji funksiyalar, 

məsələn, dinamiki işin maksimal sürəti az dəyişir və ya tamamilə 

təsirə məruz qalmır. 

Tam kompensasiya zonası. 2000-4000 m yüksəklikdə hətta 

sakitlik  vəziyyətində  belə,  oksigenlə  təchiz  olunma  reaksiyasının 

aşağı düşməsi nəzərə çarpır: ürək yığılmasının tezliyi, ürəkdən qan 

çıxımı  və  bir  dəqiqədə  olan  tənəffüsün  həcmi  cüzi  artır.  Belə 

yüksəkliklərdə  iş  zamanı  bu  göstəricilərin  artımı  dəniz 

səviyyəsindən fərqli olaraq daha çox dərəcədə baş verir, beləliklə, 

həm fiziki, həm də əqli işgörmə qabiliyyəti kifayət qədər azalır. 

Tam olmayan kompensasiya zonası (təhlükə zonası). 

4000-7000  m  yüksəklikdə  iqlimləşməmiş  insanlarda  müxtəlif 

pozğunluqlar yaranır. 4000 m yüksəklikdə pozğunluqlar astanasına 

çatdıqdan  (təhlükəsizlik  həddi)  sonra  fiziki  işgörmə  qabiliyyəti 

kəskin  aşağı  düşür,  həmçinin  reaksiya  və  qərarlar  qəbul  etmək 

qabiliyyəti zəifləyir. Əzələlərin qıc olması baş verir, arterial təzyiq 

aşağı düşür, tədricən beyində dumanlanma gedir. Bu dəyişiklikləri 

geri döndərmək mümkündür. 



Kritik  zona.  7000  m-dən  başlayaraq  və  daha  artıq  yük-

səklikdə  alveollardakı  havanın  oksigeninin  parsial  təzyiqi  kritik 

astanadan  -  30  -  35  mm.c.süt.  (4,0  -4,7  kPa)  aşağı  olur.  Mərkəzi 

sinir sisteminin huşunu itirmə (huşsuzluq) və qıcolma ilə müşayiət 

olunan potensial letal pozğunluqları əmələ gəlir; 

411 

downloaded from KitabYurdu.org



bu pozğunluqlar udulan havadakı -in sürətlə artması şəraitində geri 

dönəndir. Kritik zonada oksigen çatışmazlığının müddəti həlledici 

əhəmiyyət  daşıyır.  Əgər  hipoksiya  həddindən  artıq  uzun  müddət 

davam  edirsə  MSS-in  tənzimləyici  həlqələrində  pozğunluqlar 

yaranır və ölüm baş verir. 

Böyük  yüksəklikdə  olmaqla  əlaqədar  olan  intoksikasiya. 

İnsanın həssaslığından asılı olaraq bu vəziyyət 3000 m və daha artıq 

yüksəklikdən  başlayaraq  bu  və  ya  digər  pozğunluqlar  olmayan 

şəraitdə  yarana  bilər.  Alkoqol  intoksikasiyada  olduğu  kimi,  onun 

tipik əlamətləri eyforiya - təhlükəni dərk etməmək və baş verənlərin 

qeyri-adekvat qiymətləndirilməsidir (şəkil 5). 

Yiiksaklik, m 

7000 - 

4000 - 

4000 _ 

35 

50 

76 

Kritik zona 

(öliiıu* gətirib çıxaran 

donmayan pozğunluqlar) 

Pozğunluq astana?;! 

Tnııı  olıiinynıı  kompensasiya  zoııası 

fağır, lakin geri döııaıı pozğunluqlar) 

Pozğunluq astanası 

Iaııı olmayan kompensasiya zonası (ağır, 

lakin geri döııaıı pozğunluqlar) 

Pozğunluq astanası 

Tam  olmayan  kompensasiya  zoııası 

(ağır. Lakiıı geri dönaııpozğunluqlar) 

8,5 

12,7 

16,4 

Şəkil 


5. Şüurun (düşüncənin, huşun) yerində olduğu müddətin 

əhəmiyyəti (xeyri). 

7000 m-dən artıq olan yüksəkliklərdə qəflətən oksigen 

çatışmazlığı yaranır (məsələn, təyyarənin kabinəsində təzyiqin 

412 

downloaded from KitabYurdu.org



azalması  şəraitində),  insanda  isə  qısa  zaman  müddəti  ərzində 

(“mərhəmət  dövründə”)  normal  funksiyalar  saxlanılır  (cədvəl  2). 

Bu  dövrün  sonunda  şüur  pozulur,  daha  sonra  isə  məhvə  gətirib 

çıxaran geri dönməyən pozğunluqlar əmələ gəlməyə başlayır (şəkil 

1

). 


Cədvəl 2 

7000  m-dən  artıq  olan  yüksəkliklərdə  oksigenin  verilməsi 

dayandırılan andan huşun itirildiyi ana qədər olan zaman 

Yüksəklik, km 7 

8 

9 10 

11 

12 

15 

Zaman, dəq 5 

3 

1,5 1 

2/3 

1/2 

1/6 

Yüksəklikdə  təmiz  oksigenlə  nəfəs  alma.  Oksigenin  udul-

ması yüksəklik astanalarının artma istiqamətində dəyişir, lakin bu 

reaksiyaları aradan qaldırmır. 14 km yüksəklikdə təmiz oksigenlə 

nəfəs alma zamanı udulan havada P

0

^ 106 mm.c.süt. 



(14,1 kPa) təşkil edir. 37°C temperatur şəraitində ölü məkanda p „ 

47 mm.c.süt (6,3 kPa) təşkil edir, beləliklə, udulan qaz 

qarışığında P

Q2

 60 mm.c.süt. (8,0 kPa) ibarət olur. Alveol boş- 



luqlarında  parsial  təzyiqi  30  mm.c.süt.  (4,0  kPa  hiperventila- 

siyanın  dərəcəsindən  asılı  olaraq  enib-qalxır)  təşkil  edən  karbon 

dioksid hələ də saxlanılır ki, buna görə də P

Ü2

 daha da 



aşağı  olur.  Yerdə  qalan  hissə  30  mm.c.süt.  (4,0  kPa),  yəni  hi- 

poksiyanm  kritik  astanasından  aşağı  olan  səviyyədir.  Əgər  insan 

təmiz  oksigenlə  nəfəs  alarsa  bu  həddə  yüksəkliyin  13-14  km-i 

arasında  çatmaq  olar,  buna  görə  də  böyük  yüksəkliyə  qalxarkən 

xüsusi  kostyumlar  və  ya  yüksək  təzyiqə  malik  kabinələr  tələb 

olunur. 


18.3.  Böyük yüksəkliyə qısamüddətli uyğunlaşma 

Böyük  yüksəkliklə  (və  ya  digər  səbəblərlə  (vəziyyətlərlə), 

məsələn,  ürək  çatışmazlığı)  şərtlənən  hipoksiya  qısa,  orta  və 

uzunmüddətli  uyğunlaşma  reaksiyalarının  meydana  çıxmasına 

səbəb olur. Qısamüddətli reaksiyalar üçün bir neçə saat tələb 

413 

downloaded from KitabYurdu.org



olunur, halbuki böyük yüksəkliklərə əsl mənada iqlimləşmək üçün 

bir neçə gündən bir neçə aya qədər vaxt tələb olunur. 



Sirkulyar uyğunlaşma dəyişkənlikləri. 2000 m və daha artıq 

yüksəklikdə  sakit  vəziyyətdə  ürək  yığılmalarının  tezliyi  artır  və 

6000  m  yüksəklikdə  təqribən  120  dəq^-ə  çatır.  Yüklə  əlaqədar 

olaraq onun artımı dəniz səviyyəsindən fərqli olaraq kifayət qədər 

çoxdur.  Vuruş  həcmi  cüzi  dəyişir;  onun  həm  artması,  həm  də 

azalması müşahidə edilir. Bu səbəbdən də sakit vəziyyətdə ürəkdən 

qan çıxımı az artır, lakin yük şəraitində bu artım aydın nəzərə çarpır. 

Arterial  təzyiq  yükün  olduğu  şəraitdə  yüksəklikdən  asılı 

olaraq  az  dəyişir.  Lakin  ağciyər  arteriyasında,  xüsusilə  sakit 

vəziyyətdə, ağciyərlərin şişməsi ilə əlaqədar olaraq təzyiqin artması 

baş verir. 

Respirator  uyğunlaşma  dəyişkənlikləri.  Sakitlik  şəraitində 

arterial  hipoksiya  tənəffüs  sisteminin  zəif  aktivləşməsinə  səbəb 

olur;  5000  m  yüksəklikdə  bir  dəqiqədə  olan  tənəffüsün  həcmi 

müqayisə olunan dəniz səviyyəsindəki kəmiyyətdən 

10

% artıq olur. 



Baxmayaraq ki, bu qiymət 6500 m yüksəklikdə 2 dəfə çox olur. Yük 

şəraitində  bir  dəqiqədə  olan  tənəffüs  həcmi  artmağa  başlayır. 

Hiperventilyasiya  tənəffüs  əmsalının  1,0-ə  qədər  yüksəlməsinə 

səbəb  olur.  Hiperventilyasiyaya  baxmayaraq,  udulan  havanın 

kəmiyyəti  aşağıdır,  çünki  bir  dəqiqədə  olan  tənəffüsün  həcmi 

yüksəlməsi P

02

 azalma dərəcəsində olmur. 



Oksigenin  nəql  olunmasında  olan  uyğunlaşma  dəyişik-

likləri. Alveol havada p

o

 yüksəkliyin artmasına uyğun olaraq 



aşağı  düşdüyündən  arterial  qanda  P

02

  aşağı  düşür. 



2000

  m  yük-

səklikdə sakitlik şəraitində alveol havasında P

0

 76 mm.c.süt. 



(10,1  kPa),  arterial  qanda  73  mm.c.süt.  (9,7  kPa)  təşkil  edir; 

bununla belə arterial qanda hemoqlobinin oksigenlə doyması 93% 

təşkil edir. Oksigenin nəql olunmasını iki əlavə amil pozur. Birinci, 

oksihemoqlobinin  dissosiasiyasının  əyrisinin  sola  doğru 

dəyişməsinə  səbəb  olan  respirator  alkoloza  gətirib  çıxarır.  Bu 

dəyişkənlik ağciyərlərdə oksigenin əlaqələnməsinə şəra 



414 

downloaded from KitabYurdu.org



it  yaradır,  lakin  onun  toxumalarda  ayrılmasına  maneçilik  törədir. 

İkincisi,  yük  şəraitində  oksigenin  sərf  edilməsi  artdıqca  alveol 

havası  və  arterial  qanda  Ch-in  parsial  təzyiqinin  qiymətləri  artır. 

Ağır  iş  zamanı  0,15  mm.c.süt.  (2,0  kPa)  çatır.  200m  AqD

02

 

yüksəklikdə alveol havasında P



02

-in 76 mm. c.süt. (10,1 

kPa)  olduğunu  nəzərə  alsaq,  buna  görə  də  AqD

0j

  -in  qiymətində 



olan  hər  hansı  bir  yüksəliş  oksihemoqlobinin  dissosia-  siyasmm 

əyrisinin daha sərt meylli olan sahəyə dəyişməsi ilə əlaqədar olaraq 

arterial qanın oksigenlə doymasında nəzərə çarpan azalmaya səbəb 

olur. Ağır iş şəraitində 2000 m yüksəklikdə oksigenlə doyma 90% 

təşkil edir ki, bu arterial qanda 

66

 mm.c.süt.-dan (



8,6

 kPa) aşağı olan 

P

0z

  -nə  uyğun  gəlir;  bunun  nəticəsində 



2000

  m  yüksəklikdə 

maksimum  işgörmə  qabiliyyəti,  demək  olar  ki,  10%  (3500  m 

yüksəklikdə «20%) azalır. 



Turşu-əsas tarazlığının uyğunlaşma dəyişkənlikləri. Böyük 

yüksəkliyə uyğunlaşma şəraitində hiperventilyasiya külli miqdarda 

CCh-in ayrılmasına səbəb olur. Qanda CÜ

2

-in parsial təzyiqi aşağı 



düşür və respirator alkaloz əmələ gəlir. 4000 m yüksəklikdə arterial 

qanda P


02

 « 30 mm.c.süt. (4,0 kPa) təşkil 

edir; 6500 m yüksəklikdə o, 20 mm.c.süt.-na (2,7 kPa) bərabərdir, 

arterial qanda isə pH 7,5-dən yuxarı olur. Böyük yüksəkliyə qalxma 

ilə əlaqədar yaranan kəskin stres şəraitində əsasların artıq miqdarı 

dəyişmir. 



18.4.  Böyük yüksəkliyə iqlimləşmə 

Yüksək  dağlıq  şəraitində  uzun  və  ya  bir  qədər  qısa  zaman 

müddətində  keçirilən  həyat  ürək-damar,  tənəffüs,  əzələ  və  qan-

damar sistemlərində uyğunlaşma dəyişkənliklərinə gətirib çıxarır. 

Bu  dəyişkənliklər  özündə  əsasən  arterial  hipoksiya  və  respirator 

alkaloza qarşı reaksiyaları əks etdirir. Qalıq (artıq) dəyişkənliklər 

fazasından (məşələn, eritropoezdə) keçə bilən 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin