Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   22   23   24   25   26   27   28   29   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


7-10 aylar

 

8-9 yaş

 

Köpək

 

14-18 aylar

 

10-12 yaş

 

Birinci kiçik azı dişi

 

12-14 aylar

 

10-11 yaş

 

İkinci kiçik azı dişi

 

20-30 aylar

 

11 yaş

 

Birinci böyük azı dişi

 

-

 

6-7 yaş

 

İkinci böyük azı dişi

 

-

 

12-14 yaş

 

Üçüncü böyük azı dişi

 

-

 

17



'

25

 y

a

? _________ 

 

Cədvəldən  göründüyü  kimi,  uşaqların  dişləri  iki mərhələdə 



inkişaf  edir.  İlk  mərhələdə  2  yaşa  qədər  20  ədəd  süd  dişi,  67 

yaşından 14-15 yaşa qədər daimi dişlər çıxır. Lakin ağıl dişləri 17-

25 yaşına qədər çıxır. 

280 

downloaded from KitabYurdu.org



Ağız suyu vəzilərinin inkişafı rüşeymin 3-cü əmmə və udma 

aktları isə rüşeym inkişafının 5 aylığında başlayır. 

Ağız suyunun miqdarı yeni doğulmuş uşaqlarda gün ərzində 

dəqiqədə 0,01-0,1 ml, 11-12 yaşlarda 800 ml; yaşlı insanlarda isə 1-

105 litrə ifraz edilir. Qocalarda isə onun  miqdarı azalır. Südəmər 

körpələrdə  ağız  suyunda  maltaza  fermenti  olmadığı  üçün 

karbohidratlar, disaxaridlərə qədər parçalana bilir. 

Yemək  borusu:  -  yeni  doğulmuş  uşaqlarda  10-11  sm,  2 

yaşında - 14 sm, 5 yaşında - 16 sm, 10 yaşında - 18 sm, 15 yaşında 

-  19  sm,  yaşlılarda  -  25  sm  olur.  Yemək  borusunun  selikli  qişası 

uşaqlarda böyüklərə nisbətən çox zəifdir. 

Mədə: - Yeni doğulmuş uşaqlarda ilk 12 ay ərzində mədənin 

sürətlə böyüməsi müşahidə olunur. Mədənin həcmi 7 sm

3

-dən 300 



sm

3

-dək artır. Mədənin forması 1,5 yaşa qədər dairəvi, 2-3 yaşında 



armudvarı,  7  yaşından  sonra  yaşlılara  məxsus  kisə  forması  alır. 

Əzələ  qişası  da  uşaqlarda  zəif  inkişaf  edir.  Vəz  epitelinin  əsas 

hüceyrələri  yaxşı  inkişaf  etmir.  Hüceyrə  diferensasiyası  7  yaşa 

qədər davam edir. Cinsi  yetişkənlik dövründə isə bu inkişaf başa 

çatır. Yeni doğulmuş körpənin (10 günə qədər olan vaxt) mədəsində 

xlorid turşusu olmur, südəmər (10 gündən 1 ilə qədər) dövründə isə 

az olur. Pepsinə nisbətən, süd zülalını parçalayan ximozin çox və 

həm də ondan aktiv olur. Ana südü inək südündən tez həzm olunur. 

Süd  qidasından  qarışıq  qidaya  keçən  dövrlərdə  (6  ayından  sonra) 

mədə  şirəsində  xlorid  turşusunun  miqdarı  artır,  bu  isə  pepsinin 

fəallığınmın artmasına səbəb olur. 

Yeni  doğulmuş  uşağın  mədə  şirəsinin  tərkibində  pepsin, 

ximozin,  lipaza,  süd  turşusu  və  birləşmiş  formada  xlorid  turşusu 

olur. Turşuluq zəif olduğu üçün ancaq südün tərkibində olan zülalı 

həzm  edə  bilir.  Ximozinin  fəallığı  (südü  çürüdən)  birinci  aya 

nisbətən,  ilin  axırında  16-32  vahiddən,  256-512  vahidə  qədər 

çoxalır. Lipaza fermenti süddə olan yağın 20 %-ni parçalayır. Lakin 

bu prosesə ananın südündə olan lipaza da kömək edir. Yaşa uyğun 

lipazanın  fəallığı  10-12-dən,  35-40  vahidə  qədər  artır.  Südəmər 

körpədə  polisaxaridlər  amilaza,  laktaza,  maltaza  təsirindən 

monosaxaridlərə qədər parçalanır. 

281 

downloaded from KitabYurdu.org



Parçalanma məhsulları südəmər körpədə mədədən qana və limfaya 

sorulur. Yaşlı insanlarda isə mədədə sorulma, bağırsaqlara nisbətən 

zəif  gedir.  Uşaqlarda  ana  südü  2,5-3  saata,  inək  südü  3-4  saata, 

qidanın  tərkibində  zülal  və  yağ  çox  olduqda  4,5-6,5  saata  həzm 

olunur. 

Bağırsaqlarda  qida  mədədən  bağırsağın  ilk  şöbəsi  oniki- 

barmaq  bağırsağa  keçir.  Buraya  mədəaltı  vəzi  və  qaraciyərin  öd 

axarları açılır. 

Onikibarmaq  bağırsaqda  mədəaltı  vəzə,  bağırsağın  özünün 

şirəsinin  və  ödün  təsirilə  qida  əhəmiyyətli  dərəcədə  həzm  olunub, 

qan  və  limfaya  sorulur.  Mədəaltı  vəzin  çəkisi  yeni  doğulmuş 

uşaqlarda 3,1 qr, 2-4 yaşında 21,4 qr, 7-14 yaşında 47,5 qr, 20-30 

yaşında  90,9  qr,  40-50  yaşında  104,0  qr  olur,  qocalarda  isə  vəzin 

çəkisi tədricən azalır. Onikibarmaq bağırsaqdan  qida kütləsi  nazik 

bağırsağın  acı,  qalça  şöbələrinə  isə  yoğun  bağırsağa  daxil  olur, 

burada lazımlı maddələr qan və limfaya sorulur, çöküntü məhsulları 

isə nəcis şəklində düz bağırsaqdan analdəliklə xaricə tullanır. Nazik 

bağırsağın  uzunluğu  5-6  m,  yoğun  bağırsağın  uzunluğu  1,5-2  m-ə 

qədər olur. Uşaqların yoğun bağırsaqlarında bakteriyalar tərəfindən 

B qrupu və K vitamini sintez olunur. 

Bağırsaqlar uşaqlarda böyüklərə nisbətən uzun olur. Belə ki, 

yaşlı  adamlarda  bağırsaq  bədəndən  4-5  dəfə  uzun  olduğu  halda, 

uşaqlarda  6  dəfə  uzun  olur.  Bu  xüsusən  uşaqların  qarışıq  qidaya 

keçməsilə  əlaqədar  olaraq  1-3  və  10-15  yaşlarında  daha  intensiv 

gedir. 

Yeni doğulmuş uşaqlarda qaraciyər 150 qr olub, onun çəkisi 



8-10  ayında  iki  dəfə  artır,  14-15  yaşında  1,3  kq,  yaşlılarda  1,5  kq 

qədər olur. 

Ödün ifrazı 3 ayından başlayaraq yaşla əlaqədar artır və sutka 

ərzində  onun  miqdarı  1-1,5  1-ə  çatır.  İnkişaf  dövrlərində  nəinki 

bağırsaqların  uzunluğu,  həm  də  selikli  qişada  olan  xov-  ların, 

haşiyəli hüceyrələrin miqdarı artır, qocaldıqda isə tədricən azalır. 

İşıq mikroskopunda çox çətinliklə müşahidə olunan xov- lar 

və onların mikroxovcuqlarmm uşaqların və yaşlıların qida 



282 

downloaded from KitabYurdu.org



kütləsini  mənimsəməsində  əhəmiyyəti  çox  böyükdür:  1)  sorma 

səthini artırıb 300-500 m

2

 çatdırır. 2) mikroxovcuq- larm arasında 



çoxlu  miqdarda  fermentlər  olur,  həmin  ferment-  lərdən  bağırsaq 

boşluğuna  çox  az  miqdarda  daxil  olur.  Buna  görə  də  bağırsaq 

divarının  epitelinin,  yəni  mikroxovcuqlarm  arasında  fermentlərin 

qatılığı yüksək olduğu üçün əsas həzm prosesi bağırsaq boşluğunda 

deyil, məhz mikroxovcuqlarm arasında bağırsaq epiteli divarında 

gedir. Buna görə də belə tip həzmə divarönü, membran və ya təmas 



həzmi deyilir. 

Bu  tip  həzm  orqanizm  üçün  həm  də  ona  görə  çox  əhə-

miyyətlidir  ki,  bağırsaqda  olan  mikroblar  mikroxovcuqlarm 

arasında  olan  məsamələrə  nisbətən  çox  iri  olduqları  üçün  oraya 

daxil  ola  və  həm  də  orada  həzm  olunmuş  qidanı  mənimsəyə 

bilmirlər.  Əgər  mikroblar  oraya  daxil  olub,  oradakı  qidanı 

mənimsəyə bilsəydilər, onda qana çox az miqdarada həzm olunmuş 

qida sorulardı. 



283 

downloaded from KitabYurdu.org



XIV FƏSİL 

SİDİK-İFRAZAT SİSTEMİ 

14.1.  Sidik ifrazat sisteminin 

quruluşu və əhəmiyyəti haqqında 

ümumi məlumat 

Sidik-ifrazat  sisteminin  əsas  funksiyası  insan  və  heyvan 

orqanizmində  maddələr  mübadiləsinin  gedişində  əmələ  gələn 

zərərli maddələrin artıq  miqdarının orqanizmdən xaric edilməsini 

təmin  etməkdir,  istər  yaşlı,  istərsə  də  uşaq  orqanizmində  qanın 

osmotik  təzyiqinin  (izoosmiya)  və  ion  tərkibinin  (izoioniya) 

sabitliyinin  saxlanılmasında  əsasən  ağciyərlər,  tər  vəziləri,  mədə-

bağırsaq traktı və əsas ifrazat üzvi olan böyrəklər iştirak edir. 

Ağciyərlər orqanizmdə karbon qazı, su, efir, xloroform və 

spirt buxarlarını, bağırsaqlar ağır metal duzların xaric edilməsində, 

dəri suyun buxarlanmasında iştirak etməklə, tər vəziləri təri kənar 

etməklə  bədən  temperaturunun  və  orqanizmin  daxili  mühitinin 

sabitliyini qoruyub saxlayır. 

Süd  vəzilərinin  ifaraz  etdiyi  süd  uşağın  gündəlik  qida-

lanmasına,  piy  vəzilərinin  ifraz  etdiyi  piy  dərini  nəm  və  yumşaq 

saxlamağa xidmət edir. 



14.2.  Böyrəklərin fiziologiyası 

Böyrəklər  (şəkil  1)  3  əsas  funksiya  yerinə  yetirir;  sidik 

əmələgətirmə, homeostaz və endokrin. 

Sidik  əmələgətirmə  prosesi.  Böyrəklər  mübadilənin  son 

məhsullarını, lazımsız maddələr və artıq birləşmələri orqanizmdən 

xaric edir. Hər gün böyrəkdən süzülən 1,5 / ikincili və ya son sidik 

sidik çıxarıcı  yollarla orqanizmdən kənar edilir.  Mübadilənin  son 

məhsullarına  sidik  cövhəri,  sidik  turşusu,  kreatin,  bilirubinin 

çevrilməsindən  əmələ  gələn  maddəni  (bi-  liverdin,  urobulin), 

amiak, polaminlər, hormonlar və onların metabolitləri daxildir. 

Homeostazın tənzimi. Böyrəklər sidiklə orqanizm üçün 

284 

downloaded from KitabYurdu.org



zərərli olan maddələri kənar etməklə, mayenin həcmi və tərkibini, 

elektrolit,  turşu-qələvi,  natrium,  kalium,  xlor,  fosfor  və  s. 

maddələrin müvazinətini sabit saxlayır. 

Endokrin funksiyası. Böyrəklər bir sıra kimyəvi maddələr 

sintez  edir.  Böyrəklər  həm  qan  cərəyanına  daxil  olan  hormonları 

(eritropoetin,  kalsitriol),  həm  də  lokal  fəaliyyət  göstərən 

vazokonstriktorları  (damar  daraldan)  və  vazodilatatorları  (damar 

genəldən) sintez edir (məsələn, arteriyal qan təzyiqinə təsir göstərən 

renin,  hipertonzin).  Yukstaqlomerulyar  aparatın  dənəli  hüceyrələri 

müxtəlif amillərin təsirindən renin ifraz edir (şəkil 4a). Angiotenzin 

II damar daraldıcı təsiri ilə yanaşı, al- dosteron ifrazını və susuzluq 

hissiyatını  gücləndirir,  o  həm  də  kanalcıqlarda  natriumun  geri 

sorulmasmı  tənzim  edir.  Lakin  böyrəklərin  əsas  funksiyası  sidik 

əmələ gətirmək və bədəndən xaric etməkdir. 

Filtrasiya  (süzülmə),  reabsorbsiya  (geriyə  sorulma), 

sekresiya  (ifrazetmə)  və  böyrək  daxili  metabolizm  (maddələr 

mübadiləsi),  böyrəyin  sidik  ifrazetmə  və  homeostatik  funksiyaları 

ardıcıl  prosesin  nəticəsidir:  filtrasiya,  reabsorbsiya,  sekresiya  və 

həmçinin  böyrək  daxili  metabolizm  kimi  əsas  proseslər  böyrəyin 

qan kapillyarı və böyrək borucuqlarmm mənfəzi arasında baş verir. 

Yumaqcıq filtirasiyası (ultra filtrasiya, şəkil 2) yumaq- cıq 

kapillyarların  mənfəzindən  (birinci  kapillyar  toru)  böyrək 

cisimciyində epitelial kapsulun mənfəzində baş verir və birincili ilk 

sidiyin  ultrafiltratının  əmələ  gəlməsinə  səbəb  olur.  Hər  gün  yaşlı 

adamların böyrəyi 180 / ilk sidik hazırlayır. 

Borucuq rabsorbsiyası (şəkil 2) böyrəyin borucuqların- dan 

sonra qan kapillyarlarının ikincili kapillyar torunun mənfəzində baş 

verir. Reabsobsiyanın sutkalıq həcmi 179 l qədər olur. 

Borucuq  sekresiyası.  Böyrək  borucuqlarmm  epitel  hücey-

rələri  ultrafiltrata  hüceyrə  mənşəli  olmayan  maddələrdən  və 

peritubulyar  kapillyarlarda  (ikincili  kapillyar  toru)  və  ya  bo- 

rucuqların  epitel  hüceyrələrində  əmələ  gələn  bir  sıra  kimyəvi 

maddələri ifraz edir. 

285 

downloaded from KitabYurdu.org



Sidik axarı 

Böyrək cisini 

kapsulun 

xarici qatı^

Kapilyar

 yumaqcıq 

Kanalcıqlar 

Urctra- 

Sidik kisəsi 

.. 



Hcnli 

„ 

xususı qat jjg

Ə

yj 

Topalayıcı 

Əzələ qişası 

axar 

Şəkil  1.  Sidik  ifrazat  sistemi. 

Soldan:  bu  sistemə  böyrəklər,  sidik 

axarları,  sidik  kisəsi,  sidik  kanalı  (uretya)  aiddir.  Sağ  böyrəyin  tərkibinə  daxildir:  1-

böyrək  ləyəni;  2-böyrəyin  beyin  maddəsi;  3-böyrəyin  qabıq  maddəsi.  Sağdan:  böyrək 

cisminin  tərkibində  -  yumaqcıq kapillyarlar  (qan gətirici  arteriyalardan yumaqcıqlara 

tökülür, çıxarıcı arteriollar ilə oradan çıxarılır), Bauman-Şimlyanski kapsulunun xarici 

epitelial  qatı.  Kapsulun  epitelial  daxili  qatı  (kapillyarların  daxili  qatının  hüceyrələri) 

foqositlərlə  verilmiş  (bax:  şəkil  6)  qan  kapillyarların  mənfəzindən  epitelial  kapsulun 

boşluğuna  süzülür,  filtrat-birincili  və  ya  ilk  sidik,  şəkil  2-yə  bax),  nefronla-  rın 

borucuqları və toplayıcı borucuqlar, hansı ki, böyrək kanalcıqlar ilə böyrək cismindən 

ilk sidik axır. Sidik borucuqlarında reabsorbsiya və sekresiyadan sonra (Şəkil 2-ə bax) 

son sidik (ikincili) əmələ gəlir və böyrək ləyəninə daxil olur. 

286 

downloaded from KitabYurdu.org





Çıxancı arteriol Gatlrici arteriol 

 

Şəkil 2. Filtrasiya, reabsorbsiyanm və sekretsiyanın yolları. 

A.  Böyrək  cisimciyinin  kapillyar  yumağında  (birincili  kapillyar  torunda)  gətirici 

arteriolla  gələn  arterial  qan  perfuziya  olunur.  Filtrasiyadan  sonra  böyrək  cismindən 

çıxancı  arteriola  keçir.  Borucuqlarm  arasında  (in-  tersistdə)  çıxarıcı  arteriol  orqanın 

parenximasını  qidalandıran  ikinci  kapillyar  torunu  (peretubilyar  kapillyar)  əmələ 

gətirir.  İkinci  kapillyarlarla  borucuqlarm  mənfəzindən  reabsorbsiya,  kapillyarların 

mənfəzindən isə borucuqlarm mənfəzinə sekresiya baş verir. Nəticədə ultrafiltratdan (ilk 

sidikdən) difintiv sidik (son sidik və ya ikinci sidik) əmələ gəlir. 

 

Şəkil



3

- Nefronun quruluş sxemi. 



1-kapillyar yumaqcıqları; 2- birinci 

dərəcəli  qıvrım  kanalcıqlar;  3-Henle  ilgəyinin  qalxan  hissəsi;  4-Henle  ilgəyinin  enən 

hissəsi; 5-ikinci dərəcəli qıvrım kanalcıq; 6-toplayıcı borular. 

287 

downloaded from KitabYurdu.org



14.3.  Nefronların quruluşu və böyrək qan dövranı 

Böyrəklər  paxla  formasında  cüt  orqanlardan  olub,  qarın 

boşluğunun arxa hissəsində onurğa sütununun yan nahiyəsinin sağ 

və sol  tərəfində  yerləşir. Böyrəyin  mikroskopda  kəsiyinə baxsanız 

onun  daxildən  beyin,  xaricdən  isə  qabıq  maddədən  təşkil 

olunduğunu görərsiniz. Böyrəklərdə 8-12 qədər piramidlər olur. Bu 

piramidlərin  əsası  qabıq  maddədə  olur.  Bu  piramidlərin  əsasında 

yerləşmiş  sidik  toplayıcı  bo-  rucuqlara  ayrı-ayrı  nefronun,  ikinci 

dərəcəli  qıvrım  və  əyri  sidik  borucuqlar  açılır.  Sidik  toplayıcı 

borucuqların zirvəsindəki məməciklər isə əvvəlcə kiçik kanalcıqlara, 

iki böyük kasalara, onlar da böyrək ləyəninə açılır. Buradan isə sidik 

axarları  başlayır  və  sidik  kisəsinə  birləşir  və  böyrək  ləyəninə 

toplanan  son  sidiyi  ora  axıdır.  Sidik  kisəsindən  isə  sidik  buraxıcı 

kanal- uretra başlayır (şəkil 1). 

Böyrəkləri  qanla  təchiz  edən  böyrək  arteriyası  qarın 

aortasından ayrılaraq böyrək qapısından böyrəyə daxıl olur və kiçik 

şaxələrə  arteriolalara  ayrılır,  bunların  hər  biri  gətirici  damar  (vas 

afferens) adı  altında Şumlyanski-Bauman kapsu- lasına daxil olur. 

Şumlyanski-Bauman  kapsulunda  hər  bir  damar  təxminən  50-yə 

qədər  arteriya  kapillyar  ilgəyi  təşkil  etməklə  Malpigi  yumaqcığını 

(birincili  arteriya  kapillyarlar)  əmələ  gətirir.  Yumaqcıqdakı 

kapillyarlar yenidən birləşərək atreriola (çıxarıcı damar-vas efferens) 

əmələ gətirərək kapsu- ladan xaric olur. Çıxarıcı damarın diametri 

gətirici damara nisbətən kiçik olduğundan yumaqcıqda təzyiq xeyli 

artır. Digər tərəfdən çıxarıcı damar kapsuldan çıxdıqdan sonra qısa 

məsafədə yenidən kapillyarlara şaxələnərək birinci və ikinci dərəcəli 

qıvrım  kanalcıqları  bürüyərək  ikinci  dəfə  arteriya  kapillyar  torunu 

əmələ gətirirlər. Beləliklə, böyrəkdə iki dəfə arteriya kapillyar toru 

kapsulun  daxilində,  birincili  və  ikincili  dərəcəli  qıvrım  sidik 

kanalcıqları və sidik toplayıcı borucuqlar ətrafında əmələ gəlir. Belə 

qan dövranı ancaq böyrəklərdə olur və əcaib qan dövranı adlanır. 

Kanalcıqların kapillyar torundan keçən qan kiçik ve- 



288 

downloaded from KitabYurdu.org



nalara daxil olur. Sonrakı birləşmədə onlar böyrək venasına çevrilir 

və aşağı boş venaya açılır. 



Qan  cərəyanı.  Ürək  hər  dəfə  yığılarkən  aortaya  vurduğu 

qanın  20%-dən  çoxunu  böyrək  arteriyası  ilə  böyrəklərə  axıdılır, 

yəni  dəqiqədə  1200  ml  qədər  (lOOq  böyrək  parenximası  350 

ml/dəq, beyin toxuması 50 ml/dəq), başqa sözlə beyin maddəsinə 

nisbətən 7 dəfə çox qan alır. 

Qan  plazmasınm  böyrəkdə  cərəyanı  (məhz  qanın  plaz- 

masmın yumaqcıq filtrasiyasından sonra ilk sidik əmələ gəlir) 600-

700 ml/dəq təşkil edir. 

Böyrəklər digər orqanlara nisbətən qanla 20 dəfə çox təchiz 

edilir. Hər böyrəkdən dəqiqədə 750 ml, gündə 1700 1-ə qədər qan 

axır.  Hər  5-10  dəqiqədən  bir  bədənin  bütün  qanı  böyrəklərdən 

keçir. 


Bədən çəkisinin 0,43%-ni təşkil edən böyrəklərdən ürəyin 

qovduğu qanın 1/4-1/5 hissəsi süzülür. 



Birinci  kapillyar  toru.  Müasir  təsəvvürə  görə  yumaqcıq 

kapillyarlarından  plazmanın  su  və  kiçik  molekullu  kompo-

nentlərinin  süzülməsi  yumaqcıqlardan  qanın  hidrostatik  təzyiqi 

(insanda  70  mm  civə  sütununa  bərabər  olur),  qan  plazması 

zülalların  onkotik  təzyiqi  (30  mm  civə  sütünü)  və  yumaqcıq 

kapsulasına toplanmış ultraflltratm hidrostatik təzyiqi (20 mm civə 

sütunu) arasındakı fərq nəticəsində baş verir. 

Birinci  kapillyar  torunun  mənfəzində  hidrostatik,  yəni 

duzların,  kristalların  yaratdıqları  təzyiqi  70  mm.Hg.st.  təşkil  edir 

(kapillyarlardan  kənarda  epitelial  kapsulun  boşluğunda  20 

mm.Hg.st.), onkotik zülalların yaratdığı təzyiq 30 mm.Hg.st. qədər 

olur.  Böyrək  cisimciyində  birinci  kapillyar  torunun  mənfəzində 

filtratsiya  Bauman-Şumlyanski  kapsulunun  boşluğunda  baş  verir 

(şəkil 2). 



Yumaqcıqdan süzülmənin sürətini müəyyən edən effektiv 

süzülmə  təzyiqi,  (hidrostatik  təzyiq)-(onkotik  təzyiq)-(epitelial 

kapsulun boşluğunda təzyiq)=(70 mm.Hg.st.)-(30 mm. Hg.st.) - (20 

mm.Hg.st.)=20  mm.Hg.st.  20  mm.Hg.  sütunu  ilk  sidiyin  əmələ 

gəlməsinə  kifayət  edir.  Süzülmə  yumaqcıq  kapillyarla-  rındakı 

təzyiqin plazma zülallarının onkotik təzyiqi ilə kap- 

289 

downloaded from KitabYurdu.org



suldakı filtratın təzyiqləri cəmindən artıq olduqda baş verir. 

İkinci  kapillyar  tom.  Çıxarıcı  arteriallar  vasitəsilə  birinci 

kapillyar tordan qan ikinci kapillyar tora daxil olur. Bu arteriollar 

beyin  maddəsinə  daxil  olub,  orada  ikincili  kapillyar  torunu 

(peritubulyar kapillyarlar) və duz vena damarları formasında qabıq 

maddəsinə  istiqamətlənir.  Bu  damarlar  (arterial  və  venoz) 

nefronların  borucuqlarına  və  toplayıcı  borucuqlara  paralel  gedir 

(Henle ilgəyi) və onları tor kimi əhatə edir. 

Peritublyar  (ikinci  kapillyar  toru)  kapillyar  toru  nefron 

borucuqlarına  yaxın  yerləşir,  bu  kapillyarlara  maddələr  bo- 

rucuqların  mənfəzindən  reabsorbsiya  olunur  (şəkil  2).  İkincili 

kapillyar torundan həmçinin böyrək hüceyrələrinin qidalanması baş 

verir.  Beyin  maddənin  kapillyar  lari  birbaşa  vena  qövsünə  açılan 

venulalara keçir. 

Beləliklə, böyrəyə daxil olan arterial qan əvvəlcə birincili 

kapillyar  torunun  kapillyarlarından  perfuziya  edir  və  məhz  sonra 

arterial  qan  ikincili  kapillyar  torun  kapillyarlarma  daxil  olur. 

Buradan isə venoz qan böyrək venaları ilə aşağı boş venaya açılır. 

Böyrəklərin  parenximası.  Hər  bir  böyrəyin  parenximası, 

qabıq  və  beyin  maddələrdən  ibarət  olub,  0,8-1,2  mln.  funksional 

struktur  vahiddən  -  nefrondan,  həmçinin  qabıq  və  beyin  qatında 

olan çoxlu toplayıcı borucuqlardan ibarətdir. Nefro- nun ayrı-ayrı 

hissələri  qanunauyğun  olaraq  qabıq  və  ya  beyin  maddəsində 

yerləşir. 



Nefron  -  böyrək  cismindən  başlayaraq  toplayıcı  bo-

rucuqlara  açılan  epitelial  borucuqlardır.  Nefronun  divarı  bir  qatlı 

epiteldən ibarət olub, onun müxtəlif nahiyələrindəki hüceyrələr biri 

digərindən fərqlənir. 

Bauman-Şumlyanski  (şəkil  3-4)  kapsulasından  xaric  olan 

kanalcıqlar,  böyrəyin  xarici  qabıq  qatının  proksimal  hissəsində 

birinci dərəcəli qıvrım sidik borucuqlarmı, sonra daxili beyin qatma 

daxil  olaraq  Henli  ilkəyinin  nazik  kanalını,  sonra  qalxan  (yoğun) 

distal borucuğunu, sonra yenidən qabıq maddəyə daxil olaraq ikinci 

dərəcəli qıvrım distal sidik borucuğunu əmələ gətirir. Qıvrım distal 

borucuqlar isə birləşdirici şöbə 

290 

downloaded from KitabYurdu.org



ilə sidik toplayıcı borucuğa, o da öz növbəsində toplayıcı axara və 

nəhayət məməciklərin ucundan kiçik və böyük kasacıqla- ra açılır. 

Buradan da böyrək ləyəninə açılır. 

Şumlyanski-Bauman  kapsulunun  diametri  təxminən  0,2 

mm-ə, qıvrım kanalcıqların uzunluğu 35-50 sm çatır. 

 

Şəkil 4. 



Yukstamedulyar (A) və qabıq 

(B) 


nefronlarm quruluş sxemi. I-qabıq 

maddə; II-xarici və III-böyrəyin beyin maddəsinin daxili sahəsi; 1 -yumaqcıq; 2-qıvrım 

kanalcıq; 3-enən düz hissə; 4-Henle ilgəyinin enən hissəsi; 5-nefron ilgəyinin nazik qalxan 

dizciyi;  6-nefron  ilgəyinin  yoğun  qalxan  dizciyi;  7-ikinci  dərəcəli  qıvrım  kanalcıq;  8-

Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin