Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


birləşdirici şöbə; 9-toplayıcı boru; 10-yığıcı boru



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   23   24   25   26   27   28   29   30   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


birləşdirici şöbə; 9-toplayıcı boru; 10-yığıcı boru. 

Gətirici damarın divarında yumaqcığa daxil olduğu  yerdə 

mioepitelial  hüceyrələrdən  əmələ  gəlmiş  qalınlaşma  yus- 

taqlomerulyar (yumaqcıq ətrafı) kompleks var (şəkil 5 Q). 

Yustaqlomerulyar  kompleks  morfoloji  cəhətdən  üçbucağı 

xatırdadır,  iki  tərəfdən  afferent  və  efferent  arteriolalarla  əhətə 

olunub, əsasında isə bərk ləkə (macula densa) adlanan hüceyrələrlə 

əhatə olunmuşdur (şəkil 5 Q). 

Bu  hüceyrələr  daxili  sekretor  funksiyaya  malik  olub, 

böyrəyə  az  qan  gəldikdə  renin  ifraz  edirlər.  Renin  arterial  qan 

təzyiqinin tənzimində iştirak edir. Güman olunur ki, elektrolit 

291 

downloaded from KitabYurdu.org



balansının normal saxlanmasında da onun əhəmiyyəti var. 

Nefronun tipləri. Nefronun iki əsas tipi ayırd edilir - qabıq 

(nefronun  əsas  şöbələri  qabıq  maddəsində  yerləşir,  nef-  ronlarm 

85%-i  qabıq  nefronlardır)  və  yukstamedulyar  [(bu  nefronların 

Henle  ilgəyi  böyrəyin  beyin  maddəsinin  dərinliyinə  daxil  olur) 

(şəkil 4)]. 

Yukstamedulyar  nefron  böyrəyin  beyin  maddəsində 

yerləşir. Yukstamedulyar nefronlarda qan gətirici damarın diametri 

çıxarıcı  damarın  diametrinə  bərabər  olur.  Digər  tərəfdən  çıxarıcı 

damar  kapsuldan  çıxdıqdan  sonra  ikinci  dəfə  kapillyar  əmələ 

gətirmədən venoz sisteminə açılır. 

Henle  ilgəyinin  nazik  borucuqları  yastı  epitel  hüceyrə-

lərindən ibarət olub və əhəmiyyətli dərəcədə suyun diffızion rolunu 

azaldır.  Henle  ilgəyinin  hüceyrələri  kanalcıq-ların  mən-  fəzindən 

NaCl  kanalcıqlar  arasındakı  çıxarıcı  arteriola  qovur,  nəticədə 

arteriolda  təzyiq  yüksəlir,  mühit  hipertonik  olur.  Bu  isə  böyrək 

kanalcıqları arasında suyun osmotik diffuziyası üçün şərait yaradır. 

Henle ilgəyinin  yoğun şöbəsinin kanallarının divarı sidik cövhəri 

və  su  üçün  keçirici  deyil.  Birləşdirici  şöbə  və  birləşdirici 

borucuqların  divarı  əsas  və  aralıq  hüceyrələrdən  ibarətdir.  Əsas 

hüceyrələrin  sərbəst  səthində  kirpiciklər  var.  Onların  əsas 

funksiyası Na

+

 və Ch reabsorbsiya və K



sekresiya etməkdir. 

Aralıq hüceyrələr A (a) və V (/?) tipli hüceyrələrə ayrılırlar. 

Bu hüceyrələr K

+

 reabsorbsiya edir, bundan başqa a - hüceyrələri 



H

+

,  /?  -  hüceyrələri  isə 



HCO3 

sekresiya  edir.  Top-  layıcı  axarlar 

(toplayıcı borucuqlar kimi) elektrolitlərin, həmçinin aldosteron və 

ADH-təsiri altında su və sidik cövhərinin nəql olunmasında iştirak 

edir. 

Böyrək  cisimciyin  (şəkil  5)  süzülmə  baryerindən  plaz- 



manın  süzülməsi  nəticəsində  ilk  sidik  əmələ  gəlməsi  baş  verir 

(ultrafiltrat və ya yumaqcıq filtratı). 

Filtrasiya baryeri (şəkil 5B, V) kapillyarların endoteli, bazal 

membranı  və  podositlərin  ayaqcıqları  arasında  olan  filtrasiya 

yarığından ibarətdir. 

292 

downloaded from KitabYurdu.org



 

Daıııar qütbü 

Yumaqcıq kapilyan. 

podosıt 


(kapsııiııu 

daxili qatı) 

kapsulun boşluğu 

Proksimal əyri bontcuqlar 

Sidik qtitbii 

 

Şəkil  5.  Böyrək  cismi,  fıltrasiya  baryeri  və  yumaqcıq  ətrafı  kompleksi.  A.  Böyrək  cismi 



kapilyar yumaqcığı (təqribən 50-e qədər kapillyarlar ilgəyi) və epitel kap- suladan ibarətdir. Böyrək 

cisminin getirici arteriol daxil və xaric olan nahiyə damar qütbü adlanır; nefrondan proksimal əyri 

borucuqlar  çıxan  nahiyə  cismin  sidik  qütbüdür.  Epitelial  kapsula  iki  qatdan  ibarətdir;  xarici 

(parietal) və daxili (visseral). Qatlar arasında boşluq olur, bura qan kapillyarlarından yumaqcıq 

fıltratı  daxil  olur.  Kapsulun  boşluğu  proksimal  əyri  borucuqlara  açılır.  Bir  qatlı  yastı  epiteldən 

ibarət olan kapsulun xarici qatı, kapsulun xariclə əlaqəsini məhdudlaşdırır. Kapsulun xarici qatının 

hüceyrələri (podositler) yumaqcıqların kapilyarlanmn xarici yuxarı səthinə bitişmiş və endotel və 

bazal membranla birlikdə podositlər və kapillyar üçün ümumi olan fıltrasiyada iştirak edir. Həmin 

nefronun böyrək cisminin sidik qütbündən distal əyri borucuq damar qütbünə yaxınlaşır. Nefronun 

bu şöbəsinin şəkilinin dəyişməsi hüceyrələri (sixv ləkə) şəklini deyişmiş gətirici arteriollarla birlikdə 

(yukstamedulyar hüceyrələr) yumaqcıq ətrafı kompleks əmələ gətirir. Böyrək cisminin və həmçinin 

yumaqcıq ətrafı kompleksin tərkibinə yumaqcıqların kapilyar ilgəkləri arasında yerləşən mezanxial 

hüceyrələri daxildir. B. Podositlər. Kapsulun şəklini dəyişmiş daxili vərəqinin hüceyrələridir. Onlar 

böyük ayaqcıqlar əmələ gətirir, hansı ki, onlardan çoxlu sayda kiçik ayaqcıqlar çıxır. Yumaqcığın 

kapilyarların  endotelial  hüceyrələrində  çoxlu  sayda  fenestrlər  var.  Kapsulun  daxili  qatı  ilə 

kapillyarların endoteli arasında ümumi (üçqatlı) bazal membran formalaşır. 

downloaded from KitabYurdu.org



Kaya əzələ 

hüceyrələri 

yuqostavaskulyar 

(mezanqilial) 

hüceyrələr 

endotelial hüccyrələlr 



Şəkil 5. 

Böyrək cismi, fıltrasiya baryeri və yumaqcıq ətrafı kompleksi (ardı). 

V.  Filtratsiya  yarığı.  Podositlərin  kiçik  ayaqcıqları  bazal  membrana  birləşirlər. 

Podositlərin  ayaqcıqları  arasında  kiçik  (3040  nm)  filtratsiya  yarığı  vardır.  Plazmanın 

fıltrasiyası  bazal  membranın  lifli  əsası  və  fıltrasiya  yarığında  həyata  keçirilir.  Q. 

Yumaqcıq  ətrafı  kompleks,  yumaqcığın  kökündə  yerləşən  üç  tip  hüceyrədən  əmələ 

gəlmişdir. Birinci  tip-yuqustaqlamerulyar  (danəli)  hüceyrələr  -  gətirici  arteriolun  renin 

qranulaları  saxlayan  şəklini  dəyişmiş  orta  qat  saya  əzələ  hüceyrəsidir.  İkinci  tip-

yukustovaskulyar hüceyrələr (mezenxial) gətirici və çıxarıcı arteriollar arasında yerləşir. 

Üçüncü tip-distal bo- rucuğu yumaqcıq kökü ilə təmasda olduğu yerin epitel hüceyrələrdir 

(sıx ləkənin hüceyrələri). 

Filtrasiyanın parametrləri. Yumaqcıq fıltrasiyası müxtəlif 

ölçülərlə  xarakterizə  olunur.  (Filtratm  həcmi  yumaqcıq  fil- 

trasiyanın  sürəti  -  YFS;  effektiv  fıltrasiya  təzyiqi,  filtratm  gös-

təriciləri, kapsulun epitel boşluğu ilə kapillyarların mənfəzi arasında 

osmotik  təzyiqin  fərqi,  fıltrasiya  olunan  ion  və  mole-  kullarm 

xarakteri).  Qanın  plazmasından  fıltrasiya  olunan  ilk  sidik 

yumaqcığın kapillyarlarından axan qanın 10%-ni təşkil edir. Bu isə 

yaşlı adamlar üçün 10% sutkada 1800 / qan = sut. 180/ ul- tra və ya 

125 ml/dəq. (plazmanın həcminin 20%) olur. 

Elektrik  yükü.  Bazal  membranın  torunun  gözcükləri  və 

fıltrasiya  yarıqları  mənfi  yük  daşıyır,  bu  vəziyyət  də  anionlarm 

filtrasiyasmı məhdudlaşdırır və kationların filtrasiyası isə asanlaşır. 

Yumaqcıq filtratm tərkibi. Filtrasiya nəticəsində ilk si 

294 

downloaded from KitabYurdu.org



diyin  tərkibi  plazmanın  tərkibinə  yaxın  olur,  lakin  ultrafiltrat-  da 

qanın hüceyrə elementləri olmur, zülal isə nisbətən az olur. Xüsusilə 

ilk sidikdə həqiqi radiusu 4 nm çox olan makromole- kullar olmur. 

Böyrəyin  qan  cərəyanının  və  yumaqcığm  filtrasiya  sürə-

tinin tənzimində çoxlu hormonlar və neyromediatorlar iştirak edir. 

Onlardan anqiotenzin II, noradrenalin, dofamin, ADH, atriopeptin, 

entotelin, leykotrien və NO-azot oksidini göstərmək olar. 

Sidiyin  əmələ  gəlmə  prosesi  haqqında  yuxarıda  qeyd 

etdiklərimizi  daha  ətraflı  nəzərdən  keçirsək  son  sidiyin  əmələ 

gəlməsi əsas 3 prosesdən - süzülmə, geriyə sorulma və sekresiyadan 

ibarətdir.  Sidiyin  əmələ  gəlməsinin  ilk  mərhələsi  Bau-  man-

Şumlyanski  kapsulunun  daxilində  Molpigi  yumaqcıqla-  rında  baş 

verir.  Əvvəlcə  qanın  plazma  hissəsi  Şumlyanski-  Bauman 

kapsulundan süzülür. Toplanmış fıltrat (süzüntü) tər- kibcə yalnız 

zülalların və formalı elementlərin olmaması ilə qanın plazmasından 

fərqlənir. Həmin fıltrat (ilk sidik) birincili, ikincili dərəcəli qıvrım 

kanalcıqlar  və  sidik  toplayıcı  bo-  rucuqlarda  hərəkət  etdikdə 

tərkibindəki  su  və  həll  olmuş  maddələr  müxtəlif  intensivlikdə 

geriyə sorulur (kanalcıq reabsor- -bsiyası). Digər proses - kanalcıq 

sekresiyası ondan ibarətdir ki, nefronun epiteli hüceyrələrdən yeni 

üzvi maddələr, NH

4

+



 və H

+

 ionları sintez olunur. 



Sidiyin  əmələ  gəlməsində  birinci  nəzəriyyə  1842-ci  ildə 

Bauman tərəfindən irəli sürülmüş sekretor nəzəriyyədir. O ilk dəfə 

bu  kapsulanın  birinci  dərəcəli  qıvrım  borucuqlara  açıldığını 

müəyyən  etmişdir.  Baumana  görə  sekresiya  vasitəsilə  su  və  duz 

Malpigi  yumaqcığında,  başqa  üzvi  maddələr  isə  qıvrım 

kanalcıqların divarından ifraz olunur. 

Qana  bəzi  kolloid  boyası  yeridildikdə  bu  boyalar  kap- 

sulaya  toplanmış  mayedə  deyil,  kanalcıqlarda  və  kanalcıq  epi- 

telinin  protoplazmasmda  olur.  Beləliklə,  sianidlə  kanalcıqda 

toxuma tənəffüsünü ləngitdikdə bu proses azalır. 

Dərisi  tikanlılarda,  o  cümlədən  quşların  böyrəklərində 

yumaqcıqlar az və kanalcıqların əksəriyyəti kor qurtardığm- 



295 

downloaded from KitabYurdu.org



dan  sidiyin  əmələ  gəlməsində  kanalcığın  sekresiyası  əsas  rol 

oynayır. 

1844-cü  ildə  K.Lüdviq  tərəfindən  irəli  sürülən  süzülmə 

nəzəriyyəsinə görə sidiyin əmələ gəlməsi qanın plazma hissəsinin 

yumaqcıq  kapillyarlarmdan  süzülməsi  və  qıvrım  kanalcıq-  larda 

yenidən geriyə sorulması (reabsorbsiyası) nəticəsində baş verir. 

Yumaqcıq  kapillyarlarının  ümumi  səthi  böyrəyin  100  q 

çəkisinə görə 1,5 m

2

-a çatır. Bu süzgəc 100 A-ə qədər molekul- ları 



keçirir. 

Bunu A.N.Riçards əvvəlcə qurbağa, sonra isə dəniz donuzu 

və  siçanların  kəskin  təcrübə  şəraitində  böyrəyin  üzərini  açaraq 

mikroskop altında kapsulalardan birinə nazik mikro- pepitka şüşə 

borucuq salınmışdır. 

Bu  yolla  sidiyin  kapsulun  daxilindən  mikropepitka  ilə 

xaricə  şüşə  boru  axıdıb  toplamışdır.  Nəticədə  alman  yumaqcıq 

fıltratının  tərkibində  üzvi  və  qeyri-üzvi  maddələrin  olduğu 

müəyyən edilmişdir. 

Süzülmənin  olması  böyrəklərin  zəngin  qan  təchizatı  ilə 

əlaqədardır.  Gündə  böyrəklərdən  1500-1800  /-ə  qədər  qan  keç-

diyindən hər 6-10 / qanda 1 /. fıltrat əmələ gəlir. 150-180 / yumaqcıq 

fıltratının yalnız 1-1,5 l bədəndən xaric olur ki, buna son sidik və ya 

ikincili  sidik  və  ya  defınetiv  sidik  də  deyilir.  Demək  qıvrım 

kanalcıqlardan keçərkən ilk sidiyin tərkib hissəsi yenidən geriyə - 

qana  sorulur.  Bu  mülahizəni  sonralar  V.Keşni  inkişaf  etdirərək 

sidiyin  əmələgəlmə  prosesində  süzülmə  -  geriyə  sorulma 

(fıltratsion-reabsorbsion) nəzəriyyəsini irəli sürür. 

Birinci  qıvrım  kanalcıqda  əsasən  qlükoza,  qismən  su  və 

duzlar, Henle ilgəyinin enən hissəsində suyun çox hissəsi, qalxan 

hissəsi və ikinci dərəcəli qıvrım kanalcıqlarda isə qapı maddələrin 

geriyə sorulması baş verir. 

Belə ki, Henle ilgəyinin enən hissəsində su qalxan hissəsinə 

nisbətən çox sorulur. 

Müxtəlif  maddələrin  geriyə  sorulma  intensivliyini  sübut 

etmək üçün itin təcrid olunmuş böyrəyi üzərində təcrübə apa 



296 

downloaded from KitabYurdu.org



rılmışdır.  Böyrəkləri  sianidlə  zəhərlədikdə  və  ya  soyutduqda 

maddələr  mübadiləsi  zəifləyir,  geriyə  sorulma  prosesi  azalır  və 

xaric olan sidiyin miqdarı kəskin artır. 

Bəzi  maddələr  tamamilə  sorulmur  (məsələn,  kreatin, 

sulfatlar, karbomid. Bunlara qeyri-qatı maddələr deyilir), digərləri 

isə  müxtəlif  münasibətdə  (mələsən,  sidik  cövhəri,  sidik  turşusu, 

amiak çox az miqdarda geriyə sorulurlar) sorulurlar. Bəzi maddələr 

isə tamamilə geriyə sorulurlar (məsələn, qlüko- za, natrium, kalium, 

kalsium  və  s.).  Belə  maddələr  qapı  maddələr  adlanırlar.  Belə  ki, 

qlükozanın  miqdarı  qanda  150-180%-  dən  artıq  olmadıqda, 

tamamilə geri sorulur. 

İlk və son sidiyin tərkibi bir-birindən fərqlənir. Belə ki, son 

sidikdə sidik cövhərinin miqdarı ilk sidikdən 65 dəfə, sidik turşusu 

12 dəfə, kalium 7 dəfə, fosfatlar 16 dəfə, sulfatlar 90 dəfə çoxdur. 

Qlükoza,  qan,  zülallar  normal  sağlam  adamların  son  sidiyində 

olmur. 


14.4.  Böyrək kanalcıqlarında nəqliyyat 

Natrium.  Böyrəklər  ion  Na,  K,  Ca,  Mg  və  s.  homeostaz 

sisteminin tənzimində mühüm rol oynayır. Balanslandırılmış dieta 

zamanı orqanizmə daxil olan 120m mol Na

+

 ancaq 15% tər vəziləri 



və mədə-bağırsaq sistemi vasitəsilə xaric olur, 85% isə sidiklə xaric 

olur. 


Hər  gün  böyrəklər  tərəfindən  25500  m  mol  Na  fıltrasiya 

olunur və 25400 m mol isə reabsorbsiya olunur, bu 1,5 kq xörək 

duzuna  ekvivalentdir.  Natrium  ionlarının  geriyə  sorulma-  sında 

bütün  hüceyrələrdə  olan  dehidrogenaza  fermentinin  mühüm  rolu 

vardır.  Civə  preparatları  dehidrogenaza  fermentinin  fəallığını 

azaltdıqda natrium duzlarının sorulması pozulur. Kanalcıq epiteli 

ilə natrium ionlarının daşınması xlor ionlarının sorulmasında iştirak 

edir. Bundan aydın olur ki, böyrəklər bədəndə mayenin həcminin 

saxlanmasında 

çox 


böyük 

əhəmiyyətə 

malikdir. 

Na

+



 

rabsorbsiyasını artıran amillərə, başqa sözlə Na

+

 və suyun bədəndə 



saxlanmasına  aldostoron,  ADH  və  sinir  sisteminin  simpatik 

şöbəsinin təsiri səbəb olur. 



297 

downloaded from KitabYurdu.org



Na reabsorbsiyasını artıran amillərə, başqa sözlə diure- zi 

sürətləndirən  Na

+

  qüvvətli  itkisinə  və  orqanizmdə  suyu  azaldan 



amillərə atropeptin, bradikinin, dofomin və endoqen inqibitor Na

+



K

+

,  ATF.  Xlorun  böyrək  borucuqlarının  müxtəlif  nahiyələrində 



reabsorbsiya həcmi, həmçinin Na

+

 üçün olduğu kimidir. 



Plazmada  natrium  ionlarının  miqdarı  azaldıqda  böy- 

rəküstü vəzi qabıq maddəsi hormonu olan aldosteron ifrazı baş verir 

və nefronların distal hissəsində və toplayıcı boru- cuqlarda natrium 

ionlarının geriyə sorulmasmı artırır. 



Su. Bütün böyrək kanalcıqları boyu suyun sorulması ancaq 

passiv  baş  verir.  170  /  filtrasiya  olunmuş  sudan  proksi-  mal 

kanalcıqlarda 67%, Henli ilgəyində 15%, toplayıcı boru- cuqlarda 

və axarlarında 10-dan 15%-ə qədər sorulması baş verir. Nefronun 

distal borucuqlarında reabsorbsiya getmir. 

Beləliklə,  böyrəklər  osmotik  tənzimdə  əsas  orqandır. 

Orqanizmdə  suyun  miqdarı  artdıqda  bunu  hipotalamusun 

supraorbital  nüvələrində  yerləşən mərkəzi,  həmçinin  qaraciyərdə, 

böyrəklərdə,  dalaqda  və  digər  orqanlarda  olan  periferik 

osmoreseptorlar  hiss  edir.  Nəticədə  neyrohipofızdən  qana  an- 

tidiuretik hormonun az daxil olması hesabına suyun böyrəklərdən 

süzülməsi sürətlənir. 

Qanda  suyun  miqdarı  artdıqda  antidiuretik  hormon  ifrazı 

artır və suyun  fakültativ geriyə sorulması sürətləndiyi  üçün sidik 

ifrazı azalır. 

Kaliy.  Böyrəklər  hər  gün  800  m  M  K

+

  filtrasiya  edir, 



hərçənd qida ilə 100 m M qədər daxil olur, amma sidiklə təqribən 

90  m  M  ekskritsiya  olunur.  K

+

  həmçinin  sekresiyada  baş  verir. 



Beləliklə,  orqanizmdə  K

+

  balansının  saxlanması  filtrasiya, 



reabsorbsiya  və  sekresiyanın  əlaqələndirilməsi  nəticəsində  baş 

verir.  Nefronun  praksimal  hissəsində  K

+

  güclü  reab-  sorbsiyası 



(80%)  baş  verir,  amma  distal  hissədə  orqanizmə  ka-  limun  daxil 

olmasından  asılı  olaraq  bu  kation  ya  reabsorb-  siyası,  ya  da 

ekskretsiya  olunur.  Aldasteron  hormonu  sidikdə  kaliumun  xaric 

olunmasını  sürətləndirir.  Alkaloz  sidiklə  kaliumun  ifrazını 

çoxaldır, asidoz isə azaldır. 

298 

downloaded from KitabYurdu.org



Birinci  dərəcəli  qıvrım  kanalcıqlar  və  Henle  ilgəyində 

gedən  proseslərdən  fərqli  olaraq,  ikinci  dərəcəli  qıvrım  kanal- 

cıqlarda natrium və kalium ionlarının geriyə sorulma dərəcəsi daimi 

(mütləq  geriyə  sorulma)  olmayıb  dəyişkəndir  (fakultətiv  geriyə 

sorulma).  Bu  proseslər  natrium  və  kaliumun  qandakı  qatdığından 

asılı  olub,  orqanizmdə  bu  ionların  normal  səviyyəsinin 

saxlanmasında mühüm tənzimedici mexanizmdir. 

Geriyə sorulma təkcə qıvrım kanalcıqlar və Henle ilgəyində 

deyil,  həm  də  toplayıcı  borucuqlarda  gedir.  Burada  əsasən  NaCl 

sorulur.  Toplayıcı  borucuqlara  daxil  olan  qatı  hi-  petonik  sidik 

əsasən suyun sorulması ilə əlaqədardır. Böyrəyin beyin maddəsinin 

toxumasında  osmotik  təzyiq  yüksək  olduğundan  toplayıcı 

borucuqların mənfəzindən su toxuma arası mayeyə keçir. 

Sidik cövhəri. Amin turşularının katobolizmin son məhsulu 

olan sidik cövhəri qaraciyərdə NH

4

+

-dan əmələ  gəlir, onun qanda 



qatılığı  (sidik  cövhərin  azotu)  2,5-8,32  mmol/1.  Sidik  cövhərinin 

100%-da  böyrəklərdə  fıltrasiya  olur,  sidik  vasitəsilə  fıltrasiya 

olunan sidik cövhərinin  40%-i  ekskretsiya olunur (hər  gün 20-35 

qr). Böyrəklərdə sidik cövhəri həm re- absorbsiya, həm sekretsiya 

olunur, həm də nəticədə böyrəyə daxil olan sidik cövhərinin 5%-ni 

təşkil edən venoz qan böyrəyi tərk edir (şəkil 6). 

Qanda  bir  sıra  üzvi  maddələrin  sabitliyi  böyrəklərin 

metabolik fəaliyyəti sayəsində təmin olunur. 



Qlükoza.  Böyrəklərdə  qlükozanm  yenidən  əmələgəlmə  - 

qlükogenez sistemi vardır. Uzun müddətli aclıq zamanı böyrəklər 

qana daxil olan qlükozanm ümumi miqdarının yarısını sintez edir. 

Ac qarma plazmada qlükozanm qatılığı - 4-5,5 m M (3,58-6,05 m 

mol/1,  85-115  mq%).  Böyrəklərdə  qlükoza,  hansı  ki,  tamamilə 

fıltrasiya  olunur  və  nefronun  proksimal  kanalcıqlarının  başlanğıc 

hissəsində fəal olaraq reabsorbsiya olunur. 

Sidikdə qlükoza, qan, zülal olmur. 



299 

downloaded from KitabYurdu.org



 

Amin  turşuları.  L-amin  turşularının  qanda  qatılığı  2,4mM 

qədərdir. Bu daha çox mədə-bağırsaq traktının amin turşularından 

sorulur. Böyrəklərdə amin turşularının əksəriyyəti süzülür və 98%-

i Na


+

-dan asılı olmayan diffuziya yolu ilə sorulur. 

Böyrək  yumaqcıqlarından  kiçik  molekullu  zülallar, 

peptidlər  süzülür.  Onlar  nefronun  proksimal  kanalcıq  hüceyrə-

lərində  amin  turşularına  qədər  parçalanır  və  bazal  plasmatik 

membrana ilə toxumaarası mayeyə, sonra isə qana keçirlər. Bu da 

orqanizmdə  amin  turşularının  bərpasını  təmin  edir.  Böyrək 

xəstəliklərində bu funksiya pozula bilər. 



Fosfatlar.  Qanın  plazmasında  fosfatların  qatılığı  -  4,2 

mq%, 50% ionlaşmış formada olur (HPO

4

 - dörddən beşi, 



300 

downloaded from KitabYurdu.org



H3PO4- 

beşdən  biri).  40%  elektrolit  kompleksi,  10%  zülallarla 

əlaqəlidir. Qalxanabənzər vəzin hormonu bu nəqliyyatı in- qibirə 

edir.  Müəyyən  qədər  fosfor  kanalcıqların  mənfəzinə  sekresiya 

olunur. 

Kalsiy. Kalsi elementin qanın plazmasında qatılığı 2,22,7 m 

M.  Kalsiumun  40%-ə  qədəri  zülallarla  əlaqədar  olub  və 

böyrəklərdə süzülmür. Kalsiumun 60%-i qandan süzülür, bu kalsi 

karbonat  sitratlar,  fosfatlar  və  sulfatlar  (15%)  və  ionlaş-  mış 

kalsium  (45%,  1,0-1,3  m  M).  Süzülmüş  kalsiumun  95%-i 

reabsorbsiya olunur. Qalxanabənzər vəzin hormonu və vitamin D 

Ca

2+

  reabsorbsiyasım  stimulyasiya  edir,  qanın  plazmasında  olan 



[Ca

2+

] isə Ca



2+

 reabsorbsiyasım pozur. 

Qalxanvarı  ətraf  vəzilərin  ifraz  etdiyi  parathormon  qanda 

kalsium  azaldıqda  ilk  sidikdən  və  sümüklərdən  kalsiumun  qana 

sorulmasım  sürətləndirməklə  onun  səviyyəsini  normallaşdırır. 

Əksinə  qanda  kalsiumun  miqdarı  artıqda  qastri-  nin  təsirindən 

qalxanvarı vəzidən tireokalsitonin hormonu ifraz olunur. Nəticədə 

kalsiumun böyrəklərlə ifrazını artırmaqla onun qanda səviyyəsini 

azaldır. 

Maqnium. Qanın plazmasında maqni qatılığı 0,8-1,0 m M 

(1,8-2,2  mq%),  30%-i  maqni  zülalla  əlaqəlidir.  70%  maqni 

böyrəklərdə süzülür. Ondan ən azı 10%-i fosfatlardan sitratla- rın 

və oksatların tərkibində olur. 

60%  ionlaşmış  maqnidir  (Mg

2+

).  Qalxanabənzər  vəzinin 



hormonu  nefronun  bütün  kanalcıqlarında  reabsorbsiyanı 

qüvvətləndirir. 

Beləliklə,  məhz  böyrəklər  su  mübadiləsinin  əsas  tənzim-

ləyiciləridir. 

Ağciyər və böyrəklər qanın turşu-qələvi müvazinətini qanın 

bufer sisteminin komponentlərinə CO

2

 və HCÜ


3

' nəzarət etməklə 

birinci dərəcəli əhəmiyyətə malikdir. 

Böyrəklərin  turşu  ifrazı  funksiyası  orqanizmdə  turşu- 

qələvi vəziyyətindən daha çox asılıdır. 

Ətlə  qidalandıqda  sidiyin  PH-ı  turşuluğa,  bitki  mənşəli 

qidalarla qidalandıqda isə qələviyə doğru dəyişir. İntensiv fiziki iş 

zamanı qana çoxlu miqdarda süd və fosfor turşusu daxil 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin