332
downloaded from KitabYurdu.org
Plazmanuı zülallarının funksiyası. Plazmanm əsas zü-
lalları - albimun, qlobulin və fıbrinogen zülallarıdır. Albumin- lər
kalloid osmotik təzyiqi təmin edir, Qlobulin immunitetin
formalaşmasında iştirak edir. Fibronogen qanın laxtalanmasına
səbəb olan fıbrin liflərini əmələ gətirir.
Hər gün orqanizmdə ən azı 400 qr zülal parçalanır və sintez
olunur. Hətta aclıq və qorxulu çəkinin tükənməsinə səbəb olan
xəstəliklər zamanı belə toxuma zülalları ilə ümumi plazma zülalları
arasında münasibət (33:1) nisbətən sabit qalır.
Orqanizmdə zülalların iştirakı olmadan icra olunan heç bir
funksiya yoxdur. Ona görə də zülal mübadiləsi orqanizmin
mübadilə proseslərində əsas yer turur. Bir çox kimyəvi reaksiyalar
bioloji katalizatorlar hesab edilən zülal fermentlər vasitəsilə
sürətlənirlər. Karbohidrat mübadiləsini tənzimləyən in- sulin kimi
bəzi hormonlar da zülallı təbiətə malikdirlər.
Tərkibində dəmir olan hemoqlobin zülalı qaz mübadi-
ləsində iştirak edir. Yad mənşəli maddələrin orqanizmə düş-
məsindən sonra hasil olunan anticisimlər kimi xüsusi maddələr də
zülallı təbiətə malikdirlər. Sümük əzələ sisteminin əsas
komponentləri də zülallardan ibarətdir.
Toxuma metobolizmi zamanı zülalların parçalanması və
sintezi prosesləri. Zülalların plastik rolu onların enerji əhə-
miyyətindən böyükdür, ona görə də nə yağlar, nə karbohidrat- lar
və nə də hər hansı başqa maddələr zülalları əvəz edə bilməz. Zülal
bilavasitə qana yeridildikdə ilk növbədə yüksək qızdırma və bəzi
başqa reaksiyalar əmələ gəlir. Müəyyən müddətdən sonra (15-20
gün) zülalı təkrar bədənə yeritdikdə tənəffüs iflici, ürək
fəaliyyətinin kəskin surətdə pozulması və qıcolma nəticəsində
ölüm baş verir.
Son vaxtlar eksperiment yolu ilə isbat edilmişdir ki, məlum
olan 24 amin turşusundan 14-ü əvəz edilən, 10-u isə əvəz
edilməyəndir (cədvəl 5).
Əgər qidada bunlardan bir neçəsi olmazsa, mənfi azot
balansı və zülal sintezinin pozulması ilə əlaqədar həmin amin
turşusuna uyğun xüsusi dəyişikliklər, boyun inkişafdan qalması,
çəkinin azalması və sinir pozğunluqları (ümumi zəiflik,
333
downloaded from KitabYurdu.org
başgicəllənmə, həssaslığın pozulması, bəzən ağrılar) baş verir.
Cədvəl 5
Əvəz edilən amin turşuları
Əvəz edilməyən amin turşuları
Qlikokol
Valin
Alanin
Leysin
Sistein
İzoleysin
Qlyutamin turşusu
Lizin
Asparagin turşusu
Arginin
Tirozin
Metionin
Prolin
Treonin
Oksiprolin
Fenilalanin
Serin
Triptofan
Oksilizin
Histidin
Ornitin
-
Qlitsin
-
Norleysin
-
Sitrüllin
-
Belə ki, hamiləliyin normal gedişi üçün triptofan lazımdır.
Əgər mayalanmadan sonra siçanın qidasından triptofan çıxarılarsa,
14-cü gün rüşeym sorulmağa başlayır. Siçovulların qidasında valin
olmadıqda onların müvazinəti pozulur və sinir sisteminin
zədələnməsi müşahidə edilir.
Bitki ilə qidalanan heyvanlar qida vasitəsilə yaşıl bitkilər ilə
sintez olunmuş bitki zülallarını, vəhşi heyvanlar isə - heyvan mənşəli
zülallar alırlar və onlardan orqanizmin hüceyrələrində özlərinə
məxsus olan zülal sintez edirlər.
İnsan orqanizmi tərəfindən istifadə olunan qida məhsulları
müxtəlif miqdarda zülallardan ibarət olurlar; zülallar ilə zəngin
məhsullar - ət, balıq, qarğıdalı, yumurta və b. Cüzi zülal tərkibli
məhsullar isə - tərəvəz və meyvələrdir. Bu baxımdan aralıq yeri
çörək və digər məhsullar tuturlar.
İnsan orqanizmi gündəlik təxminən lazım olan 100 qrama
qədər zülalı amin turşuları şəklində qan damarlarına daxil
334
downloaded from KitabYurdu.org
olaraq, daha sonra qanla bütün orqan və toxumalara nəql olunurlar.
Amin turşuları orqanizmdə əsasən plastik funksiyanı yerinə
yetirirlər; onlar səciyyəvi zülalların, hormonların (məsələn,
insulinin, qlükoqonun, hipofız hormonlarının və b.) hüceyrələr ilə
toxumaların azotlu, zülalsız birləşmələrinin sintezi üçün material
kimi xidmət göstərirlər. Qida zülalında olan amin turşuları nəinki
parçalanmış zülalları sintez etmək, həm də toxuma və hüceyrələrin
zülallı komponentlərinin çoxalması üçün istifadə olunur.
Zülal molekullarının parçalanması zamanı orqanizmdə
əmələ gələn zəhərli maddələrin neytrallaşması qaraciyərdə baş
verir.
Azot tarazlıq. Qidanın tərkibindəki azotun əsas hissəsi
zülalın payına düşür. Orqanizmdə zülal mübadiləsinin vəziyyəti
haqqında azot tarazlığı əsasında mühakimə yürüdürlər. Qida
vasitəsilə orqanizmə daxil olan zülallı maddələrin tərkibində olan
bütün N əsas etibarilə sidik, sidik cövhəri, sidik turşusu vasitəsilə
azotlu maddələr şəklində bədəndən xaric olur. Orqanizmdən nəcis,
tər vasitəsilə xaric olunan azotlu maddələrin payı əhəmiyyətsiz
olur.
Orqanizmə qida məhsullarının zülalları ilə birlikdə daxil
olan N sidik cövhəri və yaxud sidik turşusu şəklində ifraz olunan
azotlu birləşmələrin miqdarına bərabər olduqda orqanizmin bu cür
vəziyyəti azot tarazlığı adlanır.
Azot tarazlığı vəziyyəti - Zülallı maddələrin tərkibini təşkil
edən azot orta hesabla 16%-a bərabər olur. Qida ilə qəbul olunan
N-un miqdarı onun orqanizmdən xaric olunan miqdarından çox
olduqda, bu cür vəziyyət müsbət azotlu tarazlıq, orqanizmdən xaric
olunan N-un miqdarı orqanizmə daxil olan N-un miqdarından çox
olduqda isə bu cür vəziyyət mənfi azotlu balans adlanır.
Azotun hamısı mənimsənilmədiyindən hesablamanın dəqiq
olması üçün nəcisdə azotun miqdarını tapır və onu qəbul edilmiş
azotdan çıxırlar. Alınmış rəqəm mənimsənilmiş azotun dəqiq
göstəricisi olur. Bu göstəricinin köməyilə orqanizmə daxil olan
zülalın miqdarı tapılır. Gündəlik qəbul etdiy
335
downloaded from KitabYurdu.org
imiz qida maddələrinin tərkibində olan zülalın miqdarını tapmaq
üçün nə etmək lazımdır? Bunun üçün əvvəlcə zülalın tərkibində
olan azotun miqdarı təyin edilir və məlum olan 6,25 rəqəminə
vurulur. Belə ki, müəyyən edilmişdir ki, zülalın tərkibində 14-19%-
ə qədər, orta hesabla 16% azot var. 6,25 q zülalda 1 q azot olur.
Deməli, 6,25 rəqəmini almaq üçün 100-ü 16-ya bölürlər
(100:16=6,25). Beləliklə, qidanın tərkibindəki azotu təyin etməklə
zülalın miqdarını bilmək olar.
Parçalanmış zülalın səviyyəsini təyin etmək üçün sidiyin
tərkibində olan azotun miqdarını 6,25-ə vurmaq lazımdır.
Tərkibində orqanizm üçün yararlı bütün amin turşuları olan
zülalların tam dəyərli (jelatindən başqa bütün heyvan mənşəli
zülallar tam dəyərli hesab edilir. Bunlardan ətdə, yumurtada, süddə,
balıqda, balıq kürüsündə olan zülalların orqanizm üçün xüsusilə
böyük əhəmiyyəti var), amin turşuları çatışmayanlar isə az dəyərli
zülalları hesab edilir. Tam dəyərli zülallardan orqanizmə xas olan
zülalları sintez edilir. Tam dəyərli zülal iki ya üç dəyərsiz zülalla
əvəz oluna bilər. Lakin bəzi bitkilərdə tam dəyərli zülallar
(məsələn, qarğıdalıda - zein, buğdada - qliadin, arpada - qordein
zülalı) var.
Zülalın parçalanması amin turşusunun oksidləşməsi ilə
başlayır və ammonyak, karbon qazı və suya qədər ayrılır. Zəhərli
maddə olan ammonyakın çox hissəsi xüsusi reaksiyalar vasitəsilə
təsirsiz birləşmələrə çevrilir xaric edilir, digər hissəsi isə karbamidə
qaraciyərdə keçdikdən sonra zərərsiz hala salınır və böyrəklərlə
ifraz olunur.
Ammonyakın qaraciyərdə karbamidə çevrilməsi prosesini
Ekk-Pavlov fıstulası ilə heyvanlar üzərində asanlıqla nümayiş
etdirmək olar. Belə ki, qaraciyər arteriyasını bağlamaqla Ekk-
Pavlov flstulasının köməyilə qapı vena sisteminin qaraciyərlə
əlaqəsini kəsdikdə sidikdə karbamid kəskin azalır, ammonyak isə
çoxalır. Ekk-Pavlov fıstulası olan heyvanlarda karbamidin əmələ
gəlməsinin tamamilə dayanması göstərir ki, başqa üzvlər
qaraciyərin bu funksiyasını əvəz edə bilmir. Əgər qaraciyəri
çıxarılmış heyvan qida ilə az zülal, yəni az amin turşusu qəbul
edərsə uzun müddət yaşaya bilir. Lakin çoxlu ət ye
336
downloaded from KitabYurdu.org
dikdə isə ətdə olan zülalın parçalanmasından əmələ gələn am-
monyak qana keçərək toxuma və hüceyrələri zəhərləyir, nəticədə
heyvan qıcolma və hərəkət koordinasiyasının pozulması ilə
müşayiət edilən intoksikasiyasından məhv olur.
Tədqiqatlar göstərir ki, orta yaşlı sağlam orqanizmdə qəbul
olunan və xaric edilən azotun miqdarı bərabər olur.
Əgər azot qida vasitəsilə qəbul olunan qədər orqanizmi tərk
edərsə azot balansı sıfra bərabər olur. Bu halda azot müvazinəti
yaranır.
Qidada zülalın miqdarı xeyli azaldıqda bir sıra pozğunluqlar
baş verir. Gündəlik qida ilə 80-110 q zülal daxil olduqda azot
müvazinəti yaranır. Zülalın miqdarı 60 qramdan aşağı düşdükdə
mənfi azot balansı əmələ gəlir. Orqanizmə daxil olan qidanın
tərkibindəki azot müvazinətini saxlayan zülalın ən az miqdarına
zülal minimumu deyilir. Bəzi fizioloji şəraitdə çoxlu zülallı qida
daxil olarsa azot balansı müsbət olur və orqanizmdə azotun
ləngiməsi baş verir. Bu vəziyyət əksər hallarda uşaqlarda rast gəlir.
Çünki uşaqların normal inkişafı onların böyüməsi üçün çoxlu zülal
tələb olunur.
Orqanizmin zülalla kafi dərəcədə təmin olunmaması zülal
aclığı törədir. Bu zaman bədən çəkisi azalır və uzun müddət zülal
aclığı nəhayət ölümə səbəb olur.
Azot balansına təsir edən amillər. Orqanizmdə zülal ba-
lansının müvazinətini sidik cövhərinin (sidik cövhərinin azotu)
miqdarına görə müəyyən edirlər, belə ki, sidikdə olan azotun
miqdarı zülalların katobolizminin real göstəricisidir. Əgər sidikdə
olan miqdarı qida ilə orqanizmə daxil olan azotun miqdarına
bərabər olarsa, onda insan azot tarazlığı (balansı) müvazinətində
olur. Əgər orqanizmə artıq miqdarda zülal daxil olmağa başlayırsa
onda amin turşularının artığı dezaminlə- şir və sidik cövhərinin
miqdarı yüksəlir və azot balansı saxlanılır. Lakin böyrəküstü
vəzinin katabolizm hormonlarının ifraz olunmasının yüksəlməsi
şəraitində və ya insulin hormonun sekresiyasının çatışmazlığı
zamanı, həmçinin aclıq zamanı və ya hərəkətin məcburi
məhdudlaşdırılması zamanı orqanizmdən xaric olan azotun
miqdarı, daxil olan azotdan çox olur
337
downloaded from KitabYurdu.org
və azot balansı mənfi olur. Dietdə əvəz edilməyən amin turşu-
larından birinin olmaması nəticəsində mübadilə üçün lazım olan
zülal sintez olunmur. Böyümə və ağır xəstəlikdən sonra sağalma
zamanı və ya anobalizm steroidlərin (testestoron kimi) tətbiqi
zamanı orqanizmə qəbul olan azot, xaric olandan çox olur və azot
balansı müsbət olur. Orqanizmin itirdiyi zülalın qarşısını almaq
üçün 20-30 qr zülala ehtiyac olur. Zülal balansını qorumaq üçün hər
gün qida ilə orqanizmə 60-75 qr zülalın daxil olması lazımdır.
Zülallı mübadilənin tənzimlənməsi. Orqanizmdə zülal
mübadiləsi beynin böyük yarımkürələrinin qabığını daxil etməklə
yanaşı, mərkəzi sinir sisteminin təsiri altında zülallar mübadiləsinin
intensivliyinin şərti reflektor şəkildə dəyişilməsi halları elmə
İ.P.Pavlovun işlərindən yaxşı məlumdur.
Tədqiqatlar göstərir ki, ara beynin hipotalamus şöbəsində
zülal mübadiləsini tənzim edən xüsusi mərkəzlər var.
Eksperiment yolu ilə hipotalamusun müəyyən nüvələrini
zədələdikdə sidiklə xaric olan azotun miqdarı kəskin artır. Bu isə
zülalın parçalanmasının nəzərə çarpacaq dərəcədə sürətləndiyini
göstərir.
Toxumalarda zülal mübadiləsinə sinir sisteminin təsir
mexanizmi aşağıdakı yollarla həyata keçirilir. Sinir sistemi daxili
sekresiya vəzilərinə, xüsusən qalxanvarı vəzə təsir edərək tiroksin
və triyodtrionin hormonunun əmələ gəlməsini və ifrazını
sürətləndirir. Bu isə toxumalarda zülal mübadiləsinin dəyişilməsinə
səbəb olur.
Qalxanvarı vəzin hormonlarından başqa zülal mübadiləsinə
hipofızin ön payından ifraz olunan somototrop hormonu da təsir
göstərir.
Zülal mübadiləsinin hormonal tənzimi. Zülallı mübadilə-
nin tənzimlənməsi neyro humoral yolu ilə həyata keçirilsə də,
təsirləri idarə edən yekun halqa kimi bir qayda olaraq humoral
təsirlər (hormonlar ilə vitaminlərin fəaliyyəti) çıxış edir. Or-
qanizmin zülallarının biosintezində B
12
vitamini - nikotin turşusu
fəal iştirak edir. Boy hormonu zülal sintezinin intensivliyin amin
turşularının hüceyrə membranından nəqlini artırmaq və
338
downloaded from KitabYurdu.org
transkripsiya və transilyasiya sürətləndirmək hesabına artırır.
tnsulin bir sıra amin turşularının hüceyrəyə nəqliyyatını
sürətləndirir. Hüceyrənin qlükozaya olan tələbatını artırmaqla amin
turşularının energetik sərf edilməsinin yerini doldurmaq üçün
istifadəsini azaldır.
Testesteron orqanizmdə zülalın toplanmasını artırır.
Xüsusilə əzələ zülalını artırır.
Estrogen testesteronla müqayisədə nisbətən zəif olsa da
zülalların əzələ hüceyrəsində toplanmasını artırır.
Qlükokartikoidlər çoxlu toxumalarda zülalların miqdarını
azaldır, lakin plazmada amin turşularının qatılığım, qaraciyər və
plazma zülallarının miqdarını artırır.
Tiroksin bütün hüceyrələrdə metabolizmin intensivliyim
artırır və zülal mübadiləsini yüksəldir.
15.5. Karbohidrat mübadiləsi
Maddələr mübadiləsinin əsas növləri. Həzm borusunda
karbohidratların parçalanmasının son məhsulu qlükoza, fruk- toza
və qalaktozadır. Qanda sirkulyasiya edən əsas karbohidrat
qlükozadır (venoz qanda qlükozanın normal səviyyəsi 80120 mq%
(3,9-6,46 mmol/L), arterial qanda 15-20 mq% çox olur).
Qlükozanın hüceyrə membranından nəql olunması. Qlü-
koza əvvəlcə onu hüceyrə membranından hüceyrə daxilinə dif-
fuziya yolu ilə nəql edən zülaldaşıyıcıya birləşir. Qlükozanın
transmembran daşınmasının əsas fəallaşdırıcısı insulindir. İn-
sulinsiz hüceyrəyə daxil olan qlükozanın miqdarı (beyin və qa-
raciyər müstəsna olmaqla) çox az olub, metobolizmin normal
səviyyəsini enerji ilə təmin edə bilməz. İnsulinin təsiri altında
hüceyrə membranından nəql olunan qlükozanın sürəti və miqdarı
əhəmiyyətli səviyyədə artır.
Qlükozanın fosforlaşması. Hüceyrəyə daxil olan qlükoza
qlükokinaza fermentinin təsiri altında fosforlaşır. Qlü- kozanm
fosforlaşması qaraciyər, böyrək kanalcıqları və bağır
339
downloaded from KitabYurdu.org
saq epitel hüceyrələrindən başqa geri dönməyən prosesdir. Bu
hüceyrələrdə fosforlaşma reaksiyasını dəyişdirən xüsusi fosfo- taza
fermenti vardır. Beləliklə, əksər hüceyrələrdə qlükoza xaricə
diffuziya edə bilmir.
Qlükozanın toplanması və qlükogenoliz. Qlükoza hü-
ceyrəyə daxil olandan sonra, enerji əmələ gəlməsi üçün və ya
qlükogen şəklində toplanır. Orqanizmin bütün hüceyrələri müəyyən
miqdar qlükogen toplamaq qabiliyyətinə malik olsa da, lakin
hepatositlər, skelet əzələ lifləri və kardiomiositlər daha çox
qlükogen ehtiyatı deponirə edə bilirlər.
Qlükozadan qlükogenin əmələ gəlməsi prosesinə - qlü-
kogenez, qlükoqenin parçalanıb qlükoza əmələ gətirməsinə -
qlükogenoliz deyilir. Qlükoza molekulunun qlükogendən ayrılması
prosesi fosforilaza fermentinin təsiri altında olur. Sakit vəziyyətdə
fosforlaza ferment passiv vəziyyətdə olur. Adrena- lin və qlükoqon
hormonlarının təsiri altında fosforilazanın fə- allaşması baş verir.
Qlükozadan enerjinin ayrılması. Bir molekula qlükoza-
nın tam parçalanması zamanı 686 min kalori ayrılır. Bundan ancaq
12 min kalori ATF-in əmələ gəlməsi üçün lazım olur. Nəticədə hər
bir qlükozadan 38 molekul ATF əmələ gələ bilir. Bundan 2-si
qlikoliz, 2-si limon turşusu şəklində, 34 isə oksid- ləşdirici
fosforlaşma zamanı əmələ gəlir. Beləliklə, əmələ gələn 686 min
kalori enerjidən 456 min kalorisi ATF şəklində deponirə olunur.
Başqa sözlə orqanizmin ehtiyacı üçün 66% istifadə olunur, 34% isə
istiliyə çevrilir.
Qlükozanın parçalanmasının tənzimi. Qlükoliz və oksid-
ləşdirici fosforlaşma tənzim oluna bilən prosesdir. Hər iki proses
hüceyrənin ATF uyğun tələbatına görə daima nəzarətdə olur. Bu
nəzarət ATF və ADF arasında olan qatılıqla əks əlaqə mexanizminə
görə münasibətdə olur. Enerjiyə nəzarətin elementlərindən biri
ATF-in qlukolizin ilk mərhələsində baş verən fermentativ prosesə
inqibirəedici təsirdir.
ATF artıqlığı qlükolizi karbohidrat metobolizmini lən-
giməklə dayandırır. ADF isə əksinə olaraq qlükolitik prosesin
fəallığını artırır. ATF toxumalar tərəfindən mənimsənilən kimi,
340
downloaded from KitabYurdu.org
ATF qlükoliz fermentinə inqibirə edici təsiri azalır. Bununla eyni
vaxtda ADF formalaşmadan fermentlərin fəallığı artır.
Hüceyrədə ATF ehtiyatı yenidən bərpa olan kimi, fer-
mentativ proseslər ləngiyir.
Qlükonogenez. Karbohidratlarm miqdarı orqanizmdə
ehtiyat normadan aşağı olur. Onda qlükozanm orta miqdarı amin
turşuları və yağların qliserin hissəsindən qlükonogenez prosesində
yarana bilər. Orqanizmin zülallarının amin turşusunun 60%-dan
çoxu asanlıqla karbohidrata çevrilir. Hüceyrədə karbohidratlarm
aşağı səviyyəsi və qanda qlükozanm miqdarının azlığı
qlükonogenezin intensivliyinin yüksəlməsi üçün əsas stimuldur.
Ani anlarda hüceyrələri enerji ilə təmin etmək üçün or-
qanizmdə əsas mənbə karbohidratlardır. Karbohidratlar - bitki
mənşəli qida məhsullarının əsasını təşkil edirlər. Yaşlı insanın
orqanizmə qida ilə birlikdə gündəlik 350-450 qr karbohidratlar
daxil olur. Orqanizmin enerji tələbatlarının təqribən 60%-i
karbohidratlarm sayəsində təmin olunurlar.
Toxuma metobotizmində karbohidratlar. Karbohidratlar
polosaxaridlər (sellüloz, kartofunu, qlükogen və yaxud heyvan
unu), oliqasaxaridlər - mürəkkəb şəkərlər (maltoza, laktoza,
saxaroza) və monosaxaridlər (qlükoza, fruktoza, qa- laktoza və b.)
şəkildə
ola
bilərlər.
Karbohidratlarm
ümumi
düsturu
(CH20)
n
=3,4,5,6 kimi olur. Monosaxaridlərin iki mo- lekulunun
birləşməsi disaxaridin əmələ gəlməsi ilə nəticələnir. Bu zaman bir
monosaxaridin hidroksilli qrupu digərinin kar- bohidratı ilə
birləşərək, suyun azad olması ilə xarakterik qlükozidli əlaqəni
əmələ gətirir.
Qlükozanm qanda miqdarı 40 mq% aşağı olduqda hi-
poqlikemiya, 180 mq% çox olduqda hiperqlikemiya baş verir. Hər
iki hal orqanizm üçün təhlükəlidir. Bu zaman huşsuzluq, baş ağrısı,
qıc olma müşahidə olunur.
Karbohidratlara daha çox çörəkdə və digər un məmu-
latlarda, kartofda, daha az isə süddə, tərəvəzlərdə rast gəlinir. Ət
məhsullarında karbohidrat yoxdur.
Qlükogenin qaraciyərdə sintezi prosesində qlükozanm
341
downloaded from KitabYurdu.org
fosforlaşması baş verir. Onun miqdarı 150-200 qrama çatır.
Şəkərin miqdarı azaldıqda qaraciyərdəki ehtiyat qli- kogent
qlükozaya çevrilir və qana keçir.
Qlükogen yalnız qaraciyərdə deyil, həm də xeyli miqdarda
əzələlərdə toplanır. Fosforilaza fermentinin təsiri nəticəsində
əvvəlcə əzələ təqəllüsü fəallaşır, qlükogen fosfor turşusu molekulu
ilə birləşir və əzələ təqəllüsü üçün enerji mənbəyi olan qlükoza-
monofosfota qədər parçalanır.
Bağırsaqda karbohidratlarm parçalanmasının əsas məhsulu
olan qlükoza qanın daimi tərkib hissəsidir. İnsanın qanında onun
tərkibi normada 70-120 mq% təşkil edir.
Ali səviyyəli heyvanlarda anaeroblu kimyəvi proseslər özü-
özlüyündə həyat fəaliyyətinin qorunub saxlanılması üçün kifayət
qədər olsa da, onlar karbohidratlarm aeroblu parçalanma
proseslərinin əhəmiyyətli əlavəsi kimi xidmət göstərirlər. Bunun
nəticəsində külli miqdarda enerji azad olur. Belə ki, intensiv fiziki
iş zamanı insan orqanizmində istifadə olunan külli miqdarda
enerjinin böyük bir hissəsi qlükozanm anaeroblu parçalanması
prosesində hasil olunur. Lakin bu zaman əzələ toxumasında
orqanizmin oksigen çatışmazlığı əlaməti ilə yəni yorğunluq hissi ilə
nəticələnən külli miqdarda süd turşusu toplanır.
Karbohidrat mübadiləsinin tənzimlənməsi. Karbohidrat
mübadiləsinin tənzimlənməsində mərkəzi sinir sisteminin müxtəlif
strukturları iştirak edirlər: IV mədəciyin nahiyəsində uzunsov
beyin, hipotalamus, beynin böyük yarımkürələrinin qabığı.
Hipotalamus ilə beynin böyük yarımkürəsinin qabığı strukturlarının
stimullaşdırıcı effekti vasitəli xarakter daşıyır: Sinir sisteminin
karbohidrat mübadiləsinə təsirini ilk dəfə fransız alimi Klod Bernar
uzunsov beyində IV mədəciyin dibinə iynə batırmış «şəkər iynəsi»
qaraciyərin qlükogeni parçalanaraq qlükozaya çevrilib, qana keçir
və həm də sidiklə (qlü- kozuriya) xaric olur. Dalaq və ağciyərdə
ehtiyat qlükoza olmur, onlar qlükozanı qandan alırlar. Simpatik
sinir sisteminin fəallaşması böyrəküstü vəzilərdə qana adrenalinin
ifrazını artırır, adrenalin isə qaraciyər və əzələlərə təsir edərək
qlikogeni
Dostları ilə paylaş: |