Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix02.03.2017
ölçüsü1,28 Mb.
#10040
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

 

 

 

TƏRBİYYƏNİN  ÜSULLARI 

 

Mütərəqqi  fikirli  pedaqoqlara  görə  insan  mürəkkəb  məxluq  olub,  onun  tərbiyəsi  müxtəlif  psixoloji 

amillərin qarşılıqlı təsiri nəticəsində yaranır və formalaşır. Tərbiyəvi anlayışlar iradə, adət və hiislər əxlaqın 

təşəkkülündə  eyni  dərəcədə  əhəmiyyətli  yer  tutur.  İnsanın  müəyyən  tərbiyə  tələblərinə  uyğun  surətdə 

hərəkət etməsi üçün onun həmin tələblər haqqında düzgün təsəvvürü və anlaјışları olmalıdır. 

Çox  zaman  insanların  düzgün  olmaјan  hərəkət  və  davranışlarına  səbəb  onların  tərbiyə  norma  və 

qaydaları haqqında düzgün məlumata malik olmamasıdır. Əxlaq normaları və davranış qaydaları aid səhv

 

və 



dolaşıq fikirlər düzgün olmayan hərəkətin baş verməsinə səbəb olur. Hələ kiçik yaşlarında uşaqdan düzgün 

davranış tələb etməzdən əvvəl, düzgün və səhv hərəkətin nədən ibarət olduğunu başa salmaq lazımdır. 

Əxlaq  normaları  haqqında  biliklər,  xüsusən,  həјat  təcrübəsi  az  olan  uşaq  və  yeniyetmələr  üçün 

zəruridir. Həmin biliklərə yiyələndikcə tədricən uşaqda inam yaranır o, inanır ki, həqiqətən bu cür hərəkət 

etmək  düzgündür  və  lazımdır.  Nəticədə necə  hərəkət etmək  haqqında  onda  müəyyən  anlayışlar  yaranır  bu 

anlayışlara  uyğun  hərəkət  etməyə    inam  formalaşır.  Bu  isə  insanlarda  formalaşacaq  əşidənin,  inamın 

başlanğıcı olur. Formalaşmış əqidə isə hərəkətlərə rəhbərlik edir, ona istiqamət verir. Tərbiyəçinin rolu nə 

qədər əhəmiyyətli yer tutsa da əqidənin təşəkkülü anlayışlardan başlanır. 

Əqidənin gücü ondadır ki, insanda müəyyən əxlaqi tələb haqqında inam yaranmışsa, artıq ona həmin 

tələbə uyğun hərəkət etməyi xatırlatmaq və ya ona nəzarət etmək tələb olunmur. Uşaq, yeniyetmə və böyük 

həmin  əxlaqi  tələbə  əməl  etməyi  özünə  borc  bilir  və  heç  bir  nəzarət,  təşəkkür  gözləmədən  onu  icra  edir. 

Məsələn, tramvayda və başqa minik vasitələrində yer vermək, tələb olunan yerdə başqalarına kömək etmək, 

zibili zibil yeşiyinə atmaq, küçədə ağacları sındırmamaq, yaşıllığı tapdalamamaq, ictimai yerlərdə bərkdən 

danışmamaq,  rəftarlarında  nəzakətli  olmaq  və  s.  Görgəmli  tarixi  şəxslərin  fəaliyyətində  onların  möhkəm, 

yenilməz  əqidələrinin  əsas  hərəkətverici  qüvvə  olduğuna  aid  çoxlu  misal  kətirmək  olar.  Əqidə  yuxarı 

yaşlarda  təşəkkül  tapsa  da  onun  əsası  kiçik  yaşlarından  başlanır.  Yuxarıda  yazılanlar  tərbiyənin  bir 

cəhətvdir,  əvvələn  hər  bir  tərbiyə  anlayışı  əqidə  şəklinə  düşmür,  xüsusən  uşaq  və  yeniyetməlik  dövrüvdə 

dərk  etdirilən  hər  bir  əxlaqi  anlayışın  tezliklə  tərbiyə  olunanın  hərəkətlərinə  rəhbərlik  edən  əqidəyə 

çevriləcəyini yəqin etmək olmaz. İkincisi bir çox hallarda insan iradəsinin zəifliyi üzündən yaxşı niyyətini 

icra edə, yerinə yetirə bilmir; yaxşı arzular arzu olaraq qalır. Beləliklə əxlaqi biliklə əxlaqi davranış arasında 

ayrılıq əmələ kəlir. Belə nöqsan həm uşaqlarda, həm də yaşlı adamlarda olur. 

Uşağın  tərbiyəsinin  formalaşması,  anlayışların  rəftar  və  adətlərə  çevrilməsi  üçün  möhkəm  iradəyə 

malik olması  mühüm şərtlərdən biridir. Davranış qaydaları, normaları naqqında biliklə yanaşı tərbiyəçi bu 

biliklərin, anlayışların onların hərəkət və adətlərinə keçməsinə, çevrilməsinə nail olmalıdır. Bu işdə isə iradə 

əhəmiјјətli yer tutur. Deməli tərbiyələndirmədə düzgün anlayışla möhkəm iradə eјni dərəcəli əhəmiјјət kəsb 

edir. 


Tərbiyənin formalaşmasında iradi gərginliklə ifadə olunan şüurlu hərəkətlərlə yanaşı, adətlər də böyük 

yer  tutur.  Bir  çox  mədəni  davranışlar  -  qadına,  uşağa  qocaya,  əlilə  hörmət  etmək,  biri-birilə  salamlamaq, 

mədəni  ifadələr  işlətmək,  rejimlə  yaşamaq,  qoyulmuş  qaydalara  əməl  etmək,  işləyəndən  sonra  iş  yerini 

səliqəyə salmaq, səliqəli və təmiz  qeyinmək, məişətdə təmizkarlıq və s. məhz adətlər əsasında ifadə olunur. 

Ümumiyyətlə  insanların  həyat  və  fəaliyyətində  adətlər  çox  böyük  əhəmiyyətə  malikdir.  Adətlər  insanın 

diqqət və iradəsini gərginlikdən müəyyən dərəcədə azad edir, hərəkətlər avtomatiq icra olunur. 

Adətlər  insanın  diqqət  və  iradəsini  gərginlikdən  müəyyən  dərəcədə  azad  edir.  Çünki  adət  olunan 

hərəkətin  ifası  hər  insanda    gərginlik  tələb  etmir.  O,  avtomatik  icra  olunur.  Adət  edilmiş  hərəkəti  icra 

etməmək özü çətin olur (məsələn yeməkdən əvvəl əlin yuyulması və s.), insanda narahatlıq yaradır.  

Müasir pedaqogikada tərbiyənin aşağıdakı üsulları mövcuddur: 

1. İnandırma. 

2. Alışdırma. 

3. Rəğbətləndirmə və cəzalandırma. 

4. Müəllimin - tərbiyəçinin şəxsi nümunəsi. 

 

1. İnandırma üsulu 

İnandırma  üsulu,  düzgün  tərbiyə  tələblərinin  nədən  ibarət  olmasını  izah  etmək  və  onların  icrasının 

zərurliyinə  tərbiyə  olunanları  inandırmaq,  bu  haqda  onda  əqidə  yaratmaq  üçün  istifadə  edilən  yol  və 

vasitələrə  deyilir.  İnsanın  möhkəm  əqidəyə  müxtəlif  şəraitdə  yiyələnirlər.  Məktəbdə  bu  iş  təlim,  həmçinin 

sinifdən  və  məktəbdənkənar  tədbirlər  prosesində  aparılır.  Təlim  prosesində  bu  iş  müxtəlif  fənlərin  tədrisi  

zamanı həyata keçirilir. Məktəbdənkanar tədbirlər prosesində isə inandırma əxlaqi söhbətlər fərdi söhbətlər 

fərdi  söhbətlər,  tərbiyə  məsələlərinə  dair  məruzə  və  mühazirələr,  disputlar  və  bədii  əsərlərin  müzakirəsi 

vasitəsilə  keçirilir.  Mədəniyyət  və  incəsənət  müəssisələrində  isə  əxlaq  normalarının  doğruluğuna,  onun 



həyatın  tələblərindən  irəli  gəlməsinə  inam  təlim  tipli  məşğələlərdə,  müxtəlif  xarakterli  dərnəklərdə, 

yaradıcılıq  birliklərində  yaradılır,  tərbiyə  olunur.  Təlim  tipli  məşğələlər  və  dərnəklərdə  materialların 

məzmunu  tərbiyə  tələblərinə,  cəmiyyətin  tərbiyə  ideyalarına  uyğun  şəkildə  tərtib  edilir.  Məzmun  özü 

mövcud  tərbiyə  tələblərinə,  əxlaq  normalarına  uyğun  hərəkət  etməyin  vacibliyini  tətbiq  edir.  İnandırma 

üsulunun  əxlaqi  söhbətlər  formasından  tərbiyə  ilə  məşğul  olan  bütün  adamlar,  tərbiyəçilər  müəllimlər, 

gənclər təşkilatı, işçiləri və başqaları geniş istifadə edirlər. 

 Əxlaqi  söhbətlərin  mahiyyəti    ondan  ibarətdir  ki,  pedaqoq  müəyyən  əxlaqi  məsələni  canlı  söhbət 

şəklində şərh edir, müəyyən  ardıcılıqla tərbiyə edilənlər qarşısında əxlaq məsələlərinə dair müvafiq suallar 

qoyur,  onların  bu  məsələ  haqqındakı  fikirlərini    aşkara  çıxarır,  dürüstləşdirir  və  dəqiqləşdirir,  həmin 

məsələnin  mahiyyəti  haqqında  düzgün  anlayış  yaradlır.  Müəllim  təlim  prosesində  təlim    materialları  ilə 

əlaqədar olaraq müəyyən əxlaqi söhbətlər aparır, amma söhbətlər dərsin bir hissəsi kimi çıxış edir. Əxlaqi 

söhbətlər  həm  də  dərsdən  kənar  vaxt  aparılardı.  Əxlaqi  söhbətlər    siniflə,  bir  qrup  şagirdlə  və  bir  qrup 

adamlarla  aparıla  bilər.  Mövzu  əxlaq  normaları    və  qaydalarından  şagirdlər  üçn    qaydalardan  və  müxtəlif 

tərbiyə  problemlərindən  götürülə  bilər.  Hər  sinifin  və  ayrı-ayrı  adamlar  qrupunun  öz  yaşına  uyğun  əxlaqi 

söhbət  keçirilir.  Hər  bir    tərbiyəçi  sinif  rəhbəri,  sinif  müəllimi  və    tərbiyəilə  məşğul  olan  digər  şəxslər  

söhbətləri əvvəlcədən planlaşdırılmalıdır. Əxlaqi söhbətləri aşağı siniflərdə sinif müəllimi, yuxarı  siniflərdə 

isə sinif rəhbəri, məktəbdənkanar tərbiyə müəssisələrində isə tərbiyəçi və təlimatçılar aparmalıdırlar. 

Nümunə əxlaqi söhbətlərdə əhəmiyyətli yer tutur. Söhbət aparılan qrupun və ya kollektivin həyatından 

gətirilən müsbət və mənfi faktların təhlili də əxlaqi söhbətin  daha canlı təsir bağışlayır. Mənfi faktları təhlil 

edərkən  qrupun  və  ya  kollektivin  şüurlu  surətdə  pisliyin  mahiyyətinin  dərk  etməsinə,  həmin  pis  hərəkəti 

tənqid etməsinə nail olmaq lazımdır. 

Əxlaqi söhbətlər tərbiyəçi və ya müəllimin giriş sözləri ilə başlanır, o söhbətin mövzusu və məqsədini 

şərh edir, sonra mövzu ətrafında tərbiyə olunanların məlumatlarını üzə çıxarır, alınan cavabları təhlil  edərək 

müəyyən nəticəyə gəlir. 

Tərbiyə olunanları söhbət vaxtı fəallaşdırılması, onların şəxsi münasibətlərinin üzə çıxarılması tərbiyə 

işinin  səmərəliyini  dana  da  artırır.  Əxlaqi  söhbətlər  həmçinin  mədəniyyət  müəssisələrində  də  aparılır.  Bu 

zaman  əxlaqi  söhbətlərin  mövzusunu  insanların  iş  fəaliyyəti,  yerinə  yetirəcəkləri  rəsmi  -  iş  münasibətləri, 

fəaliyyətin tələb  etdiyi  yoldaşlıq,  dostluq,  qarşılıqlı  yardım  münasibətləri təşkil edir.  Bu həm  ayrıca tədbir 

şəklində və yaxud da böyük tədbirin bir hissəsi kimi aparıla bilər. 

Tərbiyə işində əxlaqi söhbətlərlə bərabər fərdi əöhbətlər də əhəmiyyətli yer tutur. Bu tək-tək şəxslərlə 

aparılan əxlaqi söhbətlərdi.  

Fərdi  söhbətlər,  adətən  tərbiyə  olunan  tərəfindən  müəyyən  əxlaq  norması  pözulduqda,  onun 

hərəkətlərində xoşa gəlməz hallar müşahidə edildikdə aparılır. Burada məqsəd tərbiyə olunanı pis hərəkəti 

ətrafında  düşündürməkdən  və  əxlaqi  nöqsanın  baş  vermə  səbəbini,  şəraitini  üzə  çıxarar,  onları  aradan 

qaldırmaqdan ibarətdir. 

Fərdi  söhbət  danlağa  çevrilməməlidir.  Danlaq  cəza  tədbiridir,  fərdi  söhbət  tərbiyə  olunana  pis 

hərəkətlərini başa salmaq üsuludur. Fərdi söhbət  aşağıdakı şəkildə aparılmalıdır. 

Fərdi söhbət can sıxıcı, uzun - uzadı aparılmamalıdr. 

Fərdi söhbət tərbiyəçi və müəllimdən ustalıq tələb edir. 

Bir çox halda pis hərəkətin tərbiyə olunanın özünün izah etməsi tələbindən başlanması müsbət nəticə 

verir. Bu tərbiyə olunanın fərdi-psixoloji xüsusiyyətlərindən asılıdır. 

Məruzə  və  mühazirələr  əxlaqi  söhbətdən  fərqli  olaraq  daha  keniş  şəkildə  və  sistemli  şərh  yolu  ilə 

keçirilir. Bu ən çox yuxarı sinif şagirdləri və geniş zəhmətkeş kütlələrlə aparılır. 

Əxlaqi mövzuda məruzə və mühazirələrdən həm məktəblərdə həm də mədəniyyət və məktəbdənkənar 

tərbiyə müəssisələrində keniş istifadə olunur. 

Məruzə  və  mühazirələrin  mövzusunun  materialları  böyük  şəxsiyyətlərin  həyat  və  fəaliyyətindən, 

cəmiyyət adamlarının gündəlik həyatından, ədəbiyyatından alınır, dövrün aktual tərbiyə problemlərinə həsr 

edilir.  Mədəniyyət müəssisələrivdə məruzə və münarizələr əxlaq, vətənpərvərlik və s. ideya-siјasi tərbiyəyə 

xidmət edir. Bu müəsisələrdə aparılan məruzələr ayrı-ayrı siyasi partiyaların mübarizəsi, dövlətin və xalqın 

həyatında tutduğu mövqeyə vətən uğrunda gedən mübarizələrə həsr edilir. 

Məruzələri  bir  çox  hallarda  tərbiyə  olunanların  özünə  də  tapşırmaq  olar.  Bu  zaman  müəllim  və 

tərbiyəçi ona rəhbərlik etməlidir. 

Məruzə  və  münarizədən  sonra  aydın  olmayan  məsələlər  barədə  suallar  verilməsinə  imkan  yaratmaq 

lazımdır. Bəzən tərbiyəçinin izahatına, ümumləşdirici çıxışına ehtiyac da yarana bilər. 

Disputlar  müəyyən  əxlaqi  məsələlər  naqqında  adamlar  arasında  rəy  mübadiləsi  keçirməkdır.  Belə 

mübahisələr şəklində aparılan disputlar tərbiyə olunanların əxlaqi görüş və davranışarına daha qüvvətli təsir 



köstərir. Disputlar yanlış və düzgün əxlaqi anlayıpşarı müqayisə edərək araşdırmağa imkan verir. Bu zaman 

hər kəsə öz nöqteyi nəzərəni müdafiə etmək imkanı verilır. 

Disputlarda  əsasən  yuxarı  sinif  şagirdləri,  yəni  yeniyetmə  və  kənclərlə  aparılır.  həmçinin  disputları 

kənclər  və  yaşlı  nəsillə  də  aparıla  bilər.  Əvvəlcə  mövzu  seçilir.  "Xoşbəxtlik  nədir",  "həqiqi  və  yalnış 

dostluq",  "Qızlar  və  oğlanlar  arasında  dostluq",  "Qəhrəmanlıq  nədir  və  dinc  quruculuq  illərində  bu  necə 

ifadə  olunur”,  "Əsl  insan  olmaq  üçün  nə  etmək  lazımdır?"  və  s.  mövzularda  disputlar  keçirmək  olar. 

Disputların mövzusu əsasən, problem və aktual məsələlərə həsr edilir.    

Disputu      həm      ümumi      məktəb      üzrə      həm      də      sinif  daxilində,  məktəbdən  kənar  tərbiyə 

müəssisələrində aparmaq olar. Disputlar həmçinin mədəniyyət müəssisələrində ən çox istifadə edilən tərbiyə 

vasitəsidir. O, xüsusi hazırlıq tələb edir. Belə ki, bir neçə gün əvvəlcədən mövzu elan edilir, keçirilmə vaxtı 

haqqında  məlumat  verilir.  Keçirildiyi  zaman  aparıcı  əvvəlcə  mövzu  haqqında  məlumat  verir,  sonra  isə 

iştirakçılara  söz  verilir.  Disput  prosesində    hərə  öz  mövqeyini  müdafiə  edir,  bəzən  fikirlər  kəskinləşir, 

zidiyyətli mövqelər yaranır. Belə zidiyyətli şəraitdən qorxmaq lazım deyil, məhz həmin zidiyyət prosesində 

həqiqət  meydana  çıxır.  Disputun  keçirilməsi  zamanı  aktual  suallar  qoyulmalı,  əxlaqi  kefiyyətin  yeni-yeni 

cəhətləri  meydana  çıxarılmalıdır.  Disputu  təşkil  edən  tərbiyəçi  hər  tərəfli  hazırlığa,  geniş  və  elmi 

dünyagörüşə,  müşahidəçilik  qabiliyyətinə,  məntiqi  mühakimə  qabiliyyətinə  malik  olmalıdır.  Əks  halda 

keçirilən  disputun  səmərəli  nəticəsi  olmaz.  Təşkilatçı,  aparıcı  ziddiyətli  vəziyyətdə  obyektiv  nəticə 

çıxarmağı, hadisələrə düzgün istiqamət verməyi bacarmalıdır. 

Bədii  əsər  müzakirəsi.  İnandırma  üsulunun  mühüm  vasitələrindən  biri  də  bədii  əsər  müzakirəsidir. 

Bədii  əsər  müzakirəsi  zamanı  əsərdəki  müsbət  və    ya  mənfi  qəhrəmanlardan  müsbət  və  mənfi  əxlaq 

nümunələri kimi istifadə edilir, dövrün ictimai siyasi hadisələri, adamlar arasında ictimai münasibətlər təhlil 

edilir.  Bədii  kitab  müzakirəsinin  əsas  müsbət  cəhəti  ondan  ibarətdir  ki,  burada  müzakirə  olunan  əxlaq 

normaları mücərrəd şəkildə deyil, ədəbi surətlərin nümunəsində ifadə olunur. 

Kitab  müzakirəsi  disputlardan  fərqlənir.  Disput  əxlaqi  mövzular  üzrə  keçirilir,  bədii  əsərin 

müzakirəsində isə bir ədəbi qəhrəmanın hərəkətləri təhlil olunur. 

Kitab müzakirəsinin keçirilmə qaydası da təxminən disput kimidir. 



2. Alışdırma üsulu 

Əxlaqi hərəkəti dəfələrlə təkrar etdirməyə alışdırma üsulu deyilir. 

Alışdırma üsulu adətlər, intizam tərbiyyəsi və iradənin inkişafında xüsusi əhəmiyyətə malikdir. 

Bu  üsul  həmçinin  intizam  tərbiyəsində  tətbiq  edilir;  Çünki  adət  halına  düşmüş  hərəkətlər  intizamlı 

olmaqda  böyük  rol  oynayır.  Başqa  tərbiyəvi  kefiyətlər  tərbiyəsində  də  alışdırma  üsulu  əhəmiyyətli  rol 

oynayır və geniş tətbiq olunur. Məsələn, vətənpərvərlik tərbiyəsində alışdırma üsulu uşağı müntəzəm olaraq 

vətənin xeyrinə çalışdırmaq kimi ifadə olunur. 

Mərdlik tərbiyəsində bu üsul dönə-dönə uşağın mərdlik köstərmək şəraitinə salmaqla həyata keçirilir. 

Belə əxlaqi hərəkətlərin təkrarı sayəsində tərbiyə olunanda əxlaqi adətlər əmələ gəlir və bu hərəkətlər onda 

gündəlik təlabat şəklinə düşür. 

Alışdırma  üsulu  tərbiyə  olunanın  düzgün  olmaјan  hərəkətini  dayandırmağı  və  bu  hərəkətin  əksi  olan 

düzgün əxlaqi hərəkəti əməli olaraq ona təkrar etdirməyi tələb edir. 

Alışdırma üsulunun aşağıdakı vasitələri vardır: 

1. Rejim 

2. Əmək prosesi. 

3. Oyun və idman 

Rejim.  İnsanın  davranışını  və  həyat  tərzini  nizama  salan,  məcburi  qaydalar  sistemidir.  Məsələn, 

məktəbdə  -şagirdin sinifdə, koridorda, paltar asılan yerdə, həyətdə və s. yerlərdə; teatrda foyedə, salonda, 

paltar asılan yerdə, özünü aparmaq naqqında xüsusi rejimlər vardır. Kitaxanada kitab alıb qaytarmanın, oxu 

zalında işləmənin özünə məxsus rejimi olur.  Ailələrin də  öz rejimləri mövcuddur. 

Səmərəli  davranışı  adət  şəklinə  salmaq  üçün  rejim  çox  əlverişli  vasitədir.  Çünki  rejim  uzun  müddət 

üçün müəyyən edilir və tələb olunan qaydaların hər gün, hər dəfə icra edilməsini nəzərdə tutur. Qaydaların 

belə  sabitliyi  isə  insanda  adətlərin  yaranmasına  səbəb  olur.  Orta  məktəblərdə  bu  qaydaların  bir  çoxu 

şagirdlər  üçün  "Qaydalar"da  öz  əksini  tapmışdır.  Bu  qaydalar  şagirdlərin  təhsilə,

 

əməyə,  mətəb  əmlakına 



münasibətini,  müəllimlərlə,  yaşlılarla,  yoldaşları  ilə  rəftar  etməsi  qaydalarını,  evdə  velideyininə 

münasibətini  müəyyən  edir  və  s.  Qaydalara  olan  tələblər  ümumi  şəkildə  varildiyindən  bu,  nisbətən, 

şagirdləri  əxlaqi  hərəkətlərə  alışdırmağa  imkan  vermir.  Həmin  qaydalar  hər  məktəbin,  ayrı-ayrı  təhsil

 

müəsisələrinin  şəraitinə  uyğun  olaraq  xırdalanıb  verilməlidir.  Rejimin  tərbiyələndirici  tələbləri  həmçinin 



bütün təhsil müəssisələrində həmin müəssisənin öz spesfikasına uyğun olaraq müəyyən edilməlidir.  Rejim 

qaydaları  rəsmiləşdirilməmişdən  əvvəl  həmin  müəssisədəki    təşkilat  və  birliklərdə  müzakirə  edilməli, 

kollektivin rəyi  öyrənilməlidir.  Belə halda rejim tələblərini  hamı əvvəlcədən mənimsəyir, onun tələblərini 


könüllü  surətdə  qəbul  edir,  bu  isə  gələcəkdə  qəbul  edilmiş    qaydalara  tabe  olmaq  məcburiyyəti  yaradır.  

Rejim  tərtibində aşağıdakıları nəzərə almaq vacibdir:  

1)

 

rejimin tələbləri məqsədəuyğun olmalı və onun zəruriliyinə hamı inanmalıdır;  



2)

 

rejim tez-tez  dəyişməməli,  müəyyən  dövr üçün sabit olmalıdır.     



Bu  mərhələdən sonra əsas məsələ   qəbul  edilmiş  rejimin  tələblərinin  hamı  tərəfindən  icra  edilməsinə  nail 

olmaqdır. Rejim qaydalarının icrasına aşağıdakı tələbkarlıqla yanaşılmalıdır: 

-

 

qaydalar icraçıların gücünə müvafiq olmalıdır; 



-

 

qaydaların icrasında axıra qədər tələbkar və ardıcıllıq gözlənilməlidir; 



-

 

heç bir qayda pozuntusu (ən xırda pozuntu belə) nəzərdən yayınmamalıdır;  



-

 

qaydaların yerinə yetirilməsində vahid tələbkarlıq olmalıdır və s. 



Rejimin icrasına nəzarətə kollektiv üzvlərinin cəlb edilməsi də səmərəli nəticə verir.                                 

Əmək    insanların  sosial  baxımdan  saflaşdırılmasında  əhəmiyyətli  yer  tutur.    Qədim  xalqların 

ədəbiyyatında,  demokratik  fikirli    mütəfəkkir,  filosof,  şair  və  yazıçıların    əsərlərində    əməyə    insanı  

saflaşdırma vasitəsi kimi baxılmışdır.  

Dahi N.Gəncəvi ağır zəhmətlə məşğul olan qocanın dili ilə: "Onun üçün öyrətdim, əlimi bu sənətə,  

 Bir gün sənə əl açıb, düşməyim xəcalətə" deməklə əməyin insana şəxsi sərbəstlik verdiyini və müsbət 

əxlaqlı etdiyini göstərir. 

Görkəmli  fransız  pedaqoqu  J.J.Russo  və  İsveçrə  pedaqoqu  Pestalotsi  uşaq  və  yeniyetmələrin  əmək 

əsasında tərbiyə olmasını tərbiyədə əsas vasitə kimi müdafiə etmişlər. 

Russo əməyi hər bir insanın həyatının labüd əsas şərti hesab edərək köstərirdi ki, uşaq əməkdə iştirak 

etməklə  nəinki  faydalı  əmək  vərdişləri  kəsb  edir,  həm  də  onda  əmək  adamlarına  hörmət  hissi

 

aşılanır,  o, 



müstəqil  yaşamağa  alışır,  əxlaqca  pozucu  təsir  köstərən  tənbəllikdən  azad  olur.  XIX  əsrin  rus  inqilabçı 

demokratları  N.D.Dobrolyubov  və  N.Q.Çernışevski  uşaqların  ahəngdar  inkişaf  etməsi  üçün  onlara  əmək 

tərbiyəsi verilməsini zəruri hesab edirdilər. 

Dahi rus yazıçısı L.N.Tolstoy əməyin əxlaqa təsirindən bəhs edərək yazır: " İnsanı əxlaqsızlıqdan əmək 

qədər heç bir şey qorumur. İnsan əməksiz öz insani ləyaqətini mühafizə edə bilməz. Јaxşı tərbiyənin birinci 

şərti  odur  ki,  uşaq  bütün  istafadə  etdiyi  şeylərin  köydən  hazır  düşmədiyini,  başqa  adamların  əməyinin 

məhsulu olduğunu bilsin

Böyük  rus  pedaqoqu  K.D.Uşinski  "Əməyin  psixi  və  tərbiyəvi  Əhəmiyyəti"  adlı  əsərivdə  insanın 

mə'nəviyyatına  əxlaqi  cəhətdən  təşəkkülünə  əməyin  dərin  surətdə  təsirini  təhlil  edərək,  bunu  tamamilə 

qanunauyğun bir pedaqoji hadisə hesab edirdi. O, yazırdı: “Şəxsi əməksiz insan irəliyə doğru hərəkət edə 

bilməz,  bir  yerdə  dayana  bilməz:  o  geri  getməlidir” (Seçilmiş  pedaqoji  əsərləri,  Azərnəşr,  B.1959,  s. 57). 

Deyilənlərdən belə mə'lum olur ki,ta qədim zamanlardan, müxtəlif ictimai quruluşlu formasiyalarda insan 

əməyininə onun əxlaqi keyfiyyətlərinin saflaşması işinə əhəmiyyətli yer vermişdilər. 

Əmək öz-özlüyündə deyil, öz təşkili ilə tərbiyələndirici tə'sir bağışlayır. Əmək prosesində əsl tərbiyə 

edici cəhət uşaq, yeniyetmə, kənc və yaşlıların girişdiyi qarşılıqlı münasibətlər və əlaqələrdir. Ona görə də 

fərdi əməklə kollektiv əməyin şəxsiyyətə təsirində də böyük fərq vardır. Kollektiv əməkdə insanlar geridə 

qalmış yoldaşlarına kömək edir, səhlənkarlıq və tənbəllik edənləri isə yoldaşcasına tənbeh və tənqid edir. Bu 

isə onlar arasında qarşılıqlı olur, düzgün münasibət yaranmasına səbəb olur. Əməyin kollektiv təşkilinin bir 

əhəmiyyəti də insanların kollektivçilik ruhunda tərbiyələndirilməsi üçün şərait yaratmasıdır. Bu zaman həm

 

də onlarda təşkilatçılıq qabiliyyətləri də inkişaf etdirilir. 



Kollektiv əmək sosial münasibətlərin formalaşmasında da böyük 

 ƏHƏMIYYƏT  

kəsb edir. 

Əməkdə iştirak edən şəxsdə əmək məhsuluna qayğılı münasibət də tərbiyə olunur. 

Əmək prosesində iştirak etməklə insan həm də çətinliklərlə mübarizəyə alışırılar. 

Oyun və idman.  Fiziki tərbiyə vasitəsi olub, uşaq və yeniyetmələrin bütün fəaliyyətinə təsir köstərir, 

onları  faydalı  əxlaqi  hərəkətlərə  alışdırır.  Oyunun  uşağı  psixoloji  cəhətdən  həyata,  əməyə  hazırlaması 

haqqında  hələ  Q.  Plexanov,  A.M.Qorki,  E.F.lesqaft  və  başqaları  qiymətli  fikirlər  irəli  sürmüşlər. 

A.S.Makarenko yaxşı oyunla əmək arasında oxşar cəhətləri xüsusən qeyd edərək, bu oxşarlığın hər ikisini 

uşaqda  məqsədə  çatmaq  üçün  əməli  səy  və  düşüncə  oyatmasında,  qabiliyyət  və  yaradıcılıq  sevinci 

doğurmasında və nəhayət, uşaqda məsuliyyət yaratmasında görürdü. "Gələcək xadimin tərbiyəsi, hər şeydən 

əvvəl, oyun prosesivdə yaranır"  - deyən Makarenko qeyd edirdi ki,  oyunu elə təşkil etmək lazımdır ki, o 

oyun kimi qalsın, amma onda gələcək işçinin, vətəndaşın kefiyyətləri tərbiyə olunsun. 

İradənin inkişafı və möhkəmləndirməsində oyun və idman xüsusi əhəmiyyətə malikdir. Oyunda iştirak 

edən  tərəflər  qələbə  uğrunda  mübarizə  aparırlar  ki,  bu  da  onlarda  məqsəd  ardıcıllığının  təmin  edilməsi 

deməkdir.  İdman  və  oyunda  mövcud  olan  möhkəm  qaydalar  insanlarda  intizam  tərbiyə  edir.  Kollektiv 

şəkilində aparılan oyunlar kollektiv üzvləri arasında müxtəlif əlaqə və münasibətlər yaradır, bu isə onlarda 



kollektivçilik  tərbiyəsinə  təkan  verir.  Nəhayət  oyun  və  idman  uşaqlarda  təşkilatçılıq  bacarıqlarını  inkişaf 

etdirir. 



3. Cəzalandırma və rəğbətləvdirmə 

Rəğbətləndirmə  tərbiјə  olunanın  hərəkətlərinə  müsbət  cəzalandırma  isə  mənfi  qiymət  vermək 

deməkdir. Tərbiyə olunanın hərəkətlərinə müsbət qiymət vermək təqdir edilən hərəkətləri möhkəmləndirir, 

mənfi qiymət isə qeyri məğbul hesab edilən  hərəkətləri aradan qaldırmağa təhrik edir. 

Tərbiyə olunan yaxşı hərəkəti üçün tərifləndikdə bundan həzz alır, həmin hissi bir daha yaşamaq üçün 

o yeni-yeni yaxşı hərəkətlər etməyə çalışır. Pis hərəkət nəticəsində cəza alan şəxs kədərlənir, iztirab çəkir. 

İztirab hissi ilə pis hərəkət arasında assosisativ əlaqə yaranır. Bir dava həmin hissi yaşamamaq üçün mənfi

 

hərəkətdən daşınmağa çalışır. Bu cəzalandırma və rəğbətləndirmənin əxlaqa təsirinin mexanizmidir. 



Digər tərəfdən hər bir şəxs  öz hərəkət və davranışını kollektiv tərəfindən necə qiymətləndirilməsinə də 

diqqətli  münasibət  bəsləyir.  Az  yaşlı  uşaqların  bu  qiymətləndirməyə  ehtiyacı  daha  çoxdur  (çünki  həјat 

təcrübələri azdır). 

Yeniyetməlik  dövründə  məlum  olduğu  kimi,  müstəqilliyə  daha  çox  can  atılır.  Onlar  zahirən  özlərini 

müstəqil, heç kəsin qiymətinə əhəmiyyət vermədiklərini köstərsələr də əhatə edənlərin onların hərəkətlərinə 

verdiklərini qiymətlərə kəskin reaksiya verirlər, daxilən həyacan keçirirlər. Onlar tərifə daha çox can atır, 

cəzadan çəkinir və qaçırlar. İnsanın hərəkətinə verilən qiymət onu öz hərəkəti üzərində düşünməyə məcbur 

edir ki, nəticədə hər adam əxlaqi kefiyətlər haqqında düşünür, onun mahiyyətini dərk etməyə çalışır. Bu isə 

onlarda şüuru inkişaf etdirir. 

Rəğbətləndirmə  və  cəza  tək-tək  adamlarla  yanaşı  büqün  kollektivə  də  təsir  edir.  Rəğbətləndirmə  və 

cəza  tərbiyə  üsulu  kimi  təkcə  təhsil  müəssisələrində  deyil  bütün  müəssisələrdə  və  ailədə  də  tətbiq  edilir. 

Fiziki cəza bütün sahə və müəssisələrdə qanunla qadağan edilmişdir. Hər müəssisənin spesifikasına uyğun 

rəğbətləndirmə  və  cəza tədbirləri  mövcuddur.  Bu  tədbirlər  rəsmi  şəkildə  uyğun  baş  idarələr  və  nazirliklər 

tərəfindən müəyyən edilir. 

Azərbaycan  təhsil  müəssisələri  üçün  TƏHSİL

 

nazirliyi  tərəfindən  aşağıdakı  rəğbətləndirmə  növləri 



müəyyən edilmişdir: 

1 – Tərifləmə - bu ən yüngül rəğbətləndirmə növü olub, bütün məktəb işçiləri tərəfindən tətbiq edilir. 

Həmçinin bütün müəssisələrdə. 

2 - Təşəkkür - daha yüksək rəğbətləndirmə növü olub yazılı və şifavi şəkildə sinif rəhbəri və məktəb 

direktoru tərəfindən kollektiv qarşısında elan edilir. 

3 - Mükafatlandırma - təşəkkürü şeylə ifadə etməkdir. Bunu müəllim, sinif rəhbəri, məktəb rəhbərləri 

edə bilərlər. Bu zaman şagirdlər dərs ləvazimatı, bədii kitab, kino və ya teatra bilet, ekskursiyaya vəsiqə və 

s. mükafatlandırılırlar.  

4  -  Tərifnamə  -  dərs  ilinin  sonunda  əla  əxlaqa  və  təlim  müvəffəqiyyətinə      malik    olan  şakirdlərə 

pedaqoji şuranın qərarı ilə verilir. Bu da təntənəli şəraitdə həyata keçirilir.  

Aşağıdakı cəza tədbirləri mövcuddur. 

I  - Danlaq  - ən  yünkül cəzadır. Şagird pis hərəkəti üçün ya təklikdə ya da yoldapşarı arasında tənqid 

edilir. 

II - Ayaq üstə saxlamaq - şagirdin pis hərəkətini dərhal dayandırmaq məqsədi güdür. 

III  -  Sinif  qarşısında  töhmət

 

etmək danlağın rəsmi formasıdır. Şagirdin pis hərəkəti qısa şəkildə sinif 



qarşısında izah edilir və ona töhmət

 

elan edilir. 



IV - Dərsdən kənar etmək - şagirdi intizamsız hərəkətindən kənar etmək məqsədini güdür. 

V  -  Dərsdən  sonra saxlamaq  -  icra  olunmamış  tapşırığı,  icra  etmək  məqsədi  güdür.  Buna  təbii  nəticə 

üsulu ilə cəzalandırma da deyilir. 

VI - Şagirdi pedaqoji şuraјa çağırmaq qüvvətli cəza tədbiridir. 

VII - Əxlaq qiymətini aşağı salmaq şagird üçün şiddətli cəzadır. 

VIII - Əmrlə töhmət

 

- ancaq məktəb direktorunun əmrilə verilə bilər. 



IX - Paralel snifə köçürmə - şagirdi pis təsir edən şəraitdən uzaqlaşdırma deməkdir. 

X - Başqa məktəbə köçürmə - şagirddə yeni kollektivə daxil olma nəticəsində dönüş yaratmaqdır. 

XI  -  Məktəbdən  xaric  etmək  son  cəza  tədbiri  kimi  tətbiq  edilir.  Bu  cəza  xuliqanlıqla  məşğul  olan, 

müəllim heyətini təıir edən, müntəzəm surətdə heç bir sərəncamı yerinə yetirməyən, məktəb rejimini pozan, 

əmlakını dağıdan və oğurlayan şagirdə tətbiq edilir. 

Bu  rəğbətləndirmə  və  cəza  tədbirləri  orta  ixtisas  və  ali  məktəblərdə  də  tətbiq  olunur.  hər  idarə, 

müəssisə, fabrik və digər sahələrini də müvafiq rəğbətləndirmə və cəzalandırma tədbirləri mövcuddur. Bu 

rəğbətləndirmə və cəzalandırma zamanı istehsalın spesifik xüsusiyyətləri də nəzərə alınır. 

Nümunə – əyani tərbiyə üsulu olub tərbiyə olunanlara güclü təsir vasitəsidir. Tərbiyəçi və müəllimin 

verdiyi tərbiyə tələbənin daşıyıcısı olması zəruri pedaqoji tələbdir. Hər bir tərbiyəçi verdiyi tərbiyə tələbinə 



birinci özü riayət etməlidir. Əgər  tərbiyəçi bərkdən danışmağın ədəbiszlik olduğunu tərbiyə olunanlara izah 

edib,  özü  bərkdən,  heç  kəsə  aman  vermədən  danışırsa  onun  verdiyi  tərbiyə  boş  söz  olaraq  qalır.  Əgər 

müəllim  səliqəli  və  təmiz  geyim  tələb  edib,  özü  zövqsüz  və  səliqəsiz  geyinirsə  onun  tələbi  yerinə 

yetirilməyəcək.  Çünki  uşaqlara,  tərbiyə  olunanlara  onun  dediyi  sözdən əməl  və  hərəkətləri  daha  çox  təsir 

edir. 

Müstəqil iş üçün sual və tapşırıqlar: 



1.

 

Tərbiyə üsüllarının  elmi əsasları.  



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin