Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix02.03.2017
ölçüsü1,28 Mb.
#10040
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

2.

 

Tərbiyə üsullarının mədəniyyət, incəsənət müəssisələrində tətbiqi sahələri 



 

TƏRBİYƏ  İLƏ  ÖZÜNÜTƏRBİYƏ   

PROSESİNİN QARŞILIQLI ƏLAQƏSİ VƏ DİALEKTİKASI 

 

Şəxsiyyətin formalaşması müxtəlif amillərin ziddyyətli təsiri əsasında baş verir. Bura həmçinin xarici 

və  daxili  təsisirlər,  onlar  arasında  olan  dialektik  ziddiyyət  və  onların  vəhdəti  daxildir.  İnsanların 

mənəviyyatı,  əxlaqı,  müxtəlif  münasibətləri  və  digər  keyfiyyətləri  bu  təsirlər    əsasında  baş  verir  və 

formalaşır.  Xarici  ziddiyyətlər  dedikdə  pedoqoji  və  ətraf  aləmin  tərbiyə  olunma  göstərdikləri  müxtəlif 

təsirlər başa düşülür. Müxtəlif tərbiyə təsirləri xüsusən də pedaqoji təsirlər o zaman səmərəli nəticə verir ki, 

o  tərbiyə  olunanların  daxili  aləminə  təsir  etsin,  onların    mənəvi  dünyasını  hərəkətə  gətirsin.  Bu  daxili 

hərəkətəgəlmə özünütərbiyə meyllərinin yaranmasına səbəb olur. Ziddiyyətlər zamanı insan özünə, hərəkət 

və  davranışlarına  nəzər  salmağa,  təhlil  etməyə  məcbur  olur.  Obyektiv  təhlil  etmə  isə  müsbət  və  mənfi 

keyfiyyətlərin  müəyyən  edilməisnə  imkan  yaradır,  insan  öz  mövqeyini  düzgün  müəyyən  edir,  mənfi 

keyfiyyətlərini aradan qaldırmaq arzusuna düşür. Bu arzu tərbiyənin özünütərbiyəyə meyllər, səylər yaradır, 

tərbiyə hər bir tərbiyə olunanı lazımi qaydada hərəkət edib-etmədiyi üzərində düşünməyə məcbur etməlidir. 

Bu təhrik etmə, düşündürmə və nəzarət insanın özünü yenidən tərbiyəsinə istiqamət verir. Özünü dərk etmə, 

özünü  görmə  özüntərbiyənin  ilk  pilləsidir.  Özünü  dərk  edən,  mənfi  keyfiyyətlərini  görən  və  bu  mənfi 

keyfiyyətlərin aradan qaldırılması işi hər kəsdən iradi səy, güc tələb edir. Yəni  özünü yenidən tərbiyə etmək 

istədikdə insan lazım olan zəruri hərəkətləri ijra etməyə özünü məjbur edir. Çünki insanların malik olduqları 

hərəkət  və  davranışlar  yeni  qaydada  hərəkət  etməyə  mane  olur,  fəaliyyəti  məhdudlaşdırır.  Bu  isə  onun 

arzusu ilə davranışında, marağı ilə fəaliyyətində ziddiyyət yaranmasına səbəb olur. 

     Özünütərbiyə  sistemli  təlim  müəssisələrində  düz  istiqamətdə,  yəni  cəmiyyətin  tələbləri 

istiqamətində  aparılır.  Belə  ki,  hər  şagird  və  ya  tələbə  kənar  tərbiyə  təsirləri  ilə  yaranmış  adət  və 

münasibətlərin  düzgün  olmadığını,  həm  jəmiyyət,  həm  də  özü    üçün  yararsız  olduğunu  dərk  edir  və  bu 

adətlərin  dəyişdirilməsi  üçün  şüurlu  səy  göstərir.  Bu  prosesə  müəllim  və  tərbiyəçi  rəhbərlik  edir,  ona 

istiqamət verir. 

      İstehsal prosesində isə artıq bu özünütərbiyə motivləri dəyişir. Bu dəyişmə isə müxtəlif istiqamətdə 

gedə  bilər.  Belə  özünütərbiyə  prosesində  mühit  əsas  rol  oynayır.  Belə  ki,  fəaliyyətə  başlayan  şəxs  malik 

olduğu  bilikləri  yeni  fəaliyyət  üsulları  ilə  tətbiq  etməyə  səy  göstərir.  Onun  fəaliyyətinə  isə  müəssisədə 

müxtəlif  münasibətlər  yaranır.  Bura  həm  rəsmi  iş  münasibətləri,  həm  də  qeyri  rəsim  münasibətlər  aiddir. 

Belə  münasibələr  həm  obyektiv,  həm  də  subyektiv  xarakter  daşıyır.  Tətbiq  edilən  ideya,  fəaliyyət  üsulu 

müəssisənin mənafeyinə uyğun olmadıqda o qəbul edilmir. Ümumi işin xeyrinə olduqda isə qəbul edilir. Bu 

«qəbul  edilməmə»,  obyektiv  səbəb  fərddə  müxtəlif  münasibət  yaradır.  Bu  münasibət  hər  kəsə  özünə  və 

özünün malik olduqlarına yenidən nəzər salmağa məcbur edir. Fərd dərk edir ki, özündə yeni keyfiyyətlər 

formalaşdırmalıdır. Bu tələb obyektiv olub müəyyən mənada onun həyatını müəyyən edir. Yəni özüntərbiyə 

obyektiv,  real  həyati  təlabata  çevirilir.  O,  yenidən  tərbiyə  vasitələri  araşdırır  və  özündə  yeni  keyfiyyəelər 

formalaşdırmağın zəruriliyini dərk edir.   Bəzən isə ona qeyri-obyektiv, subyektiv  səbəbələr mane olur. Bu 

vəziyyət də şəxsiyyətdə, onun rəftar və davranışında yeni keyfiyyətlər yaradılmasına səbəb olur. 

Özünütərbiyə  məktəb  illərindən  başlanır.  Belə  ki,  aparılan  bütün  tərbiyə  işi  özünütərbiyə  tələbləri 

yaratmalıdır. Hər şagird verilən əxlaqi tələbi özünün hərəkət və davranışlarında formalaşmağa çalışmalıdır. 

Bu formalaşdırma səyi, fəaliyyəti müəyyən mənada özüntərbiyədir. 

Özünütərbiyə, göründüyü kimi, insanların daxili səyləri ilə bağlıdır. Bu daxili səylər isə xarici təsirlərin 

məzmunu ilə şərtlənir. 

Daxili  səy  həm  də  insanların  psixi  in  ilə  bağlıdır.  İnsan  öz  psixi  inkişafına  nəzarət  etdikdən  sonra 

özünütərbiyə  başlayır.  Ona  görə  də  insanların  şüurlu  surətd  özün  tərbiyəsi  yetkinlik,  insanın  özünüdrk 

etməsi dövründən başlanır. Özünüdərketmə dövründə tələbat özünütərbiyə motivinə çevrilir. Ancaq həyat, 

yaşamaq üçün zəruri olan tələbatlar özünütərbiyə motivinə çevrilə bilər. Bu tələblər insanların yaşadığı və 

fəaliyyət  göstərdiyi  maddi  həyatdan  doğan  tələbatlardır.  Məhz  bu  tələbatlar  əsasında  insanlar  yeni 

keyfiyyətlər  formalaşdırır.  Artıq  şəxsiyyət  özü-özündə  yeni  əxlaqi  keyfiyyətlər  formalaşdırmağa  səy 

göstərir. Bu isə özünütərbiyəni tərbiyədən fərqləndirən əsas və başlıca şərtdir. 

Özünütərbiyə formalaşdırılacaq əxlaqi keyfiyyətin tələb etdiyi yeni keyfiyyətlərlə-şəxsin malik olduğu 

adət və rəftarlara, imkanlara uyğun gəldikdə daha asanlıqla baş verir. 

Özünütərbiyə anlayışı geniş mənada özünütəhsil anlayışını da əhatə edir. Dar mənada isə özüntərbiyə 

jəmiyyətin və fəaliyyətin tələbi əsasında insanın özündə yeni mənəvi keyfiyyətlərin formalaşdırılması və ya 

hər hansı əxlaqi keyfiyyətlərin adət və rəftarından çıxarması prosesidir. 

Özüntərbiyənin  özünüdərketmə,  özünüməcburetmə,  özününəzarət,özünü  ələalma  kimi  anlayışları 

mövcuddur. 

       


 

     2.  Özüntərbiyəyə rəhbərlik 

 

Özünütərbiyə  rüşeymləri  tərbiyənin  ilk  məhələlərindən  başlanır.  Yeni  verilən  tərbiyə  tələbləri  şüurlu 



surətdə  mənimsənildikcə,  uşağın  özü  tərəfindən  transformasiya  edildikcə,  özünü  dərketmə,  özünü  məcbur 

etmə meylləri də başlanır. Bu prosesə məhz müəllim rəhbərlik etməlidir. Müəllim tərbiyə tələbləri verdikcə 

uşaq şəxsiyyətinə, onun gücünə də müraciət etməlidir. Yəni tərbiyəçi və müəllim tərbiyə tələbləri ilə tərbiyə 

olunanın  fəaliyyətinə  elə  istiqamət  verməlidir  ki,  onlarda  müstəqillik,  təşəbbüskarlıq,  yaradıcılıq  fəallıq 

yaransın.  Bu  təsirlər  həmçinin  tərbiyə  olunanda  öz  üzərində  səylə  işləmə  arzusu  və  ona  daxili  tələbat  da 

yaratmalıdır. Bu isə tərbiyəçinin tərbiyələndirmə fəaliyyətinin əsasını təşkil edir. 

Mədəniyyət müəssisələrində isə bu iş daha böyük ustalıq, pedaqoji bajarıq və takt tələb edir. Belə ki, 

mədəniyyət müəssisələrində marağa görə təşkil edilən müxtəlif yaş qruplarında bu işin aparılma səviyyəisi 

də müxtəlif olur. Yaşlılardan ibarət qruplarda bu iş daha mükərəkkəb olur. Belə ki, dövrün aktual ictimai-

siyasi problemləri insanların əxlaqına müxtəlif şəkildə təsir göstərir. 

      İnsanlarda  düzgün  münasibət  formalaşdırmaq,  problemli  situasiyaları  düzgün  dərk  etdirmək, 

rəhbərdən  xüsusi  biliklər, pedaqoji  ustalıq  tələb  edir.  Təşkilatçı, tərbiyəçi  mövjud  şəraiti  obyektiv  şəkildə 

təhlil etməli, şəxsi özünə nəzər salmağa, özü-özünün hərəkət və fəaliyyətini təhlil etməyə məcbur etməlidir. 

Şəxsiyyət  özünü  təhlil  edərək  öz  nöqsanlarını  dərk  etməli  və  ya  özünü  doğru  bildiyi,  amma  cəmiyyət  və 

ətraf mühit tərəfindən qəbul edilməyən şərh, davranış və ya hərəkətlərini görməli, başa düşməlidir. Anjaq 

bundan  sonra  şəxsdə  özünü  tərbiyə  etmə  arzusu  və  meyli  yarana  bilər.  Özünü  tərbiyə  bütün  dövrlərdə 

mövjud olmuşdur. Xüsusən inqilablar və yenidənqurma dövrlərində buna böyük ehtiyaj yaranmışdır. Belə 

ki,  köhnə  ijtimai  münasibətlər  əsasında  formalaşmış  şəxs  yeni  cəmiyyətin  tələblərinə  çətin  alışır,  onda 

çaşqınlıq  yaranır,  yeni  tələbləri  qəbul  edə  bilmir.  Mədəniyyət  müəssisələrinin  tərbiyəvi  fəaliyfəti  belə 

vəziyyətlə daha çox aktuallıq vəsv edir. Mədəniyyət müəssisələrində aparılan tədbirlər vasitəsilə  yeni əxlaqi 

tələblər,  ictimai  münasibətlərin  mahiyyəti  təhlil  edilməli,  onun  daxili  mənzərəsi  insanların  qarşısında 

açılmalı  və  insanlara dərk etdirilməlidir.  Yeni  münasibətlərin  qəbul edilərək  insanların  mənimsənilməsinə 

düzgün  istiqamət  verilməlidir.  Hər  bir  yeni  ictimai  münasibətlər  isə  yeni  əxlaqi  keyfiyyətlər  yaradır  və 

cəmiyyət  üzvlərindən  bu  keyfiyyəti  mənimsəməyi,  ona  uyğun  hərəkət  etməyi  tələb  edir.  Odur  ki, 

özünütərbiyə  də  ictimai  xarakter  daşıyır,  onun  məzmunu  cəmiyyətin  dəyişməsilə  bərabər  gedir.  İşgüzar, 

kamil  və  hərtərəfli  şəxs  isə  mühit  və  onun  yeni  tələbləri  ilə  ayaqlaşmağa,  özündə  zəruri  keyfiyyətlər 

formalaşdırmağa,  lazım  olmayanları  aradan  qaldırmağa  çalışır.  İctimai  həyat  hadisələrində  fəal  iştirak 

etməyə,  ona  bu  və  ya  digər  şəkildə  təsir  göstərməyə  çalışır.  Bu  isə,  əsasən,  insanın  özünün  həyata  olan 

münasibətini başa düşdükdən, dərk etdikdən sonra başlanır. Həyatın insana verdiyi tələbləri, şəxs özü-özünə 

verməyə başlayır. 

      Özüntərbiyə  tələbatının  əmələ  gəlməsində  subyektiv  səbəblər,  amillər  də  mühüm  rol  oynayır. 

Subyektiv  şərtlər  dedikdə  formalaşmış  adətlər,  rəftarlar,  əxlaqi  anlayışlar,  ümumi  inkişaf  səviyyəsi,  iradi 

keyfiyyətlər, maraq, meyl və s. başa düşülür. Bu keyfiyyətlər insanların fərdi keyfiyyətlərində təzahür edir. 

      Özüntərbiyə stimulları maddi və mənəvi olmaqla iki yerə bölünür. Maddi stimullar əmək fəaliyyəti 

və iqtisadi tələbləri ilə bağlı olan stimullardır. Bu stimullar özünütərbiyədə əsas rol oynayır. 

     Mənəvi  stimullara  isə  insanların  mənəviyyata  olan  tələblərindən  doğan  stimullar  daxildir.  Mənəvi 

stimullar da insanların həyatdakı mövqeyindən doğur, maddi təminatla bağlı olur. 

Müstəqil iş üçün sual və tapşırıqlar. 

1. Özüntərbiyə stimulları hansılardır? 

2. Mühit özüntərbiyəyə necə təsir edir? 

3. Mədəniyyət müəssisələrində hansı özüniərbiyə imkanları vardır. 

     

 

 

 



 

 

 

 

 

 

 

 

 

DİDAKTİKA 

 

Didaktika  pedaqoqikanın  bir  sahəsi  olub  təhsil  nəzəriyyəsini  tədqiq  edir.  Təhsil  tərbiyə  və    inkişafı 

həyata keçirən,  reallaşdııran, öyrədən və öyrənən, müəllim və şagird, müəllim və tələbə, təlimatçı  usta və 

şağird  birliyinin  məqsədyönlü,  qarşılıqlı  fəaliyyəti  prosesində  biliklərə  müvafiq  bacarıq    və  vərdişlərə 

yiyələnmə  prosesidir.  Təhsil  həmçinin  təkcə  sistemili  təlim    müəssisələrində  müəllimin  rəhbərliyi  altında 

biliklərə  yiyələnməni  deyil,  həm  də    özünətəhsili  əhatə  edir.  Bura    insanların  bütün  həyatı  boyü  müxtəlif 

mənbələrdən yeni məlumatlar mənimsəməsi, yeni elmi biliklərə yiyələnməsi daxildir. Təhsil  geniş mənada 

tərbiyənin insanların həyata hazırlanması proesesinin tərkib hissələrindən biridir. 

Didaktikanın  predmeti  təhsil  prosesidir.  Didaktikada  müəllimin,  (öyrədənin)  rəhbərliyi  altında  baş 

verən mənimsəmə prosesinin mahiyyəti, bu prosesin qanunauyğunluqları, vasitələri, prinsipləri, üsulları  və 

s. tədqiq edilir. Həmçinin müxtəlif tip təhsil müəssisələrində təhsilin təşkili formaları, təlimin səmərəliyini 

artırmağın    yol  və  vasitələri    və  s.    araşdırılır.  Didaktika    ayrı  –  ayrı  fənlərin  tədrisinin  spesifik  

xüsusiyyətlərini tədqiq edən xüsusi  metodikaları da  əhatə edir. 

Didaktikanın vəzifələri böyüyən nəslin təhsilinin məzmununu müəyyən etmək, onları bilik, bacarıq və 

vərdişlərə  yiyələndirmənin  ən  səmərəli  yol  və  vasitələrini  araşdırmaqdan  ibarətdir.  Ona  görə  də  didaktika 

həmişə  təhsil  və  təlim    nəzəriyyəsi  kimi  götürülmüşdür,  qəbul  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  təhsil  

prosesində  böyüyən  nəsl  həm  də  tərbiyə  olunur.  Yəni  təlim    materiallarının  məzmunu,  təhsilin  quruluşu, 

vasitələri, pedaqoji tələblər  elmlərə yiyələndirməklə, mənimsətməklə tərbiyə edirlər. Bu  nöqteyi-nəzərdən 

bir qrup  alimlər didaktikanın predmetinə  təhsil və təlimlə bərabər tərbiyəni də daxil etmişlər.  

Ümumi pedaqoqika kimi didaktika da cəmiyyətin inkişafı ilə bağlı olaraq inkişaf  etmiş, dəyişmişdir. 

Tarixən didaktika da jəmiyyətin pedaqoji proses qarşısında  qoyduğu şəxsiyyət modelinə uyğun  insanlar, 

vətəndaşlar    formalaşdırılması  məqsədinə  xidmət  etmişdir.  Müasir  didaktika  ümumi  pedaqoqikanın 

məzmunu,  məqsədi,  səmərəli  inkişafı  yolları,  elmi  metodiki    tədqiqatına,  yeniliklərinə  istinad  edir.  Təhsil 

nəzəriyyəsi  kimi  didaktikanın  mahiyyətini  daha  dərindən  dərk  etmək  üçün  onun  tarixi  inkişafına  nəzər 

salmaq lazımdır. Tarixi inkişaf prosesində insanların təcrübəsinin əmək prosesində  mübadiləsi, tətbiqi tələbi 

meydana ğəldikdə  bu tələb həm də  yığılmış bəşər  təcrübəsinin,  fəaliyyət üsullarının, elmi  məlumatların 

böyüyən nəslə  öyrədilməsinə, mənimsədilməsinə ehtiyac yaratdı. Mədəni və iqtisadi inkişafın hərəkətverici  

qüvvələrindən  biri  olan  bu  mənimsəmə,  öyrətmə  prosesi  bəşər    cəmiyyətinin  ilk  mərhələlərində    lənq 

qedirdi.  Elmin  inkişafı,  yeni  fəaliyyət  üsullarının  yaranması,  ticarət,  sənətkarlığın  inkişafı  və  bu   yığılmış  

təcrübənin  qorunub    saxlanılması,  inkişaf  etdirilməsi  tələbi  onun  böyüyən  nəslə    ötürülməsi  tələbini 

meydana çıxardı. Bu tələb əsasında da  öyrətmə və təhsil nəzəriyyəsi  yaranmağa başladı. 

         XVII  əsrdə  ilk  dəfə  olaraq  Çex  alimi  Yan  Amos    Komenski  (1561-1626)  özünün  “Böyük 

Didaktika”  əsərində  didaktikanın  elmi  əsasını  vermişdir.  İlk  dəfə    olaraq    o  didaktikanı  “hər  şeyi  hamıya 

öyrətmək    elmi”  kimi  təhlil  etmiş,    öyrətmənin    prinsip  və    üsullarını  şərh  etmişdir.  Özünün  pedaqoji  

tədqiqatlarında  o,  ingilis  filosofu  Frensiz  Bekonun  fəlsəfi  görüşlərinə  istinad  etmişdir.  Onun  didaktik 

görüşləri təbiətə varlik prinsipi üzərində qurulmuşdur, çünki o insanı da  təbiətin bir hissəsi hesab etmişdir. 

Komenskiyə  görə  didaktikanın  əsas  vəzifəsi    öyrətmə  prosesində    şeylərin  mahiyyəti    elə  ardıcılıqla 

açılmalıdır ki,  o həmişə  müvəffəqiyyətlə  nəticələnsin. Onun fikirincə didaktikanın  məqsədi  şagirdlərin 

dərk etmə qabiliyyətini öyrənəcək  mənimsəməni  ona uyğun şəkildə  qurmaqdan ibarətdir. O, sensualizmə 

əsaslanaraq  mənimsəmənin  prosessual,  əşyavi duyğulara əsaslanan  uzun  müddətli proses olduğunu aşkar 

etmişdir.  

Komenski  həmçinin  mənimsəmənin    səmərəliyini  təmin  edən  bir  sıra    dərslik  tərtib  etmiş,  təlim  

müvəffəqiyyətini təmin edən üsullar irəli  sürmüşdür. Onun didaktik  nəzəriyyəsinin  əhəmiyyətli jəhəti bir 

də ondan ibarətdir ki, o, pedaqoqika tarixində ilk dəfə olaraq  mənimsəmənin iki  tərəfli olmasını  açmışdır: 

obyektiv  (didaktikanın   qanunauyğunluqları),  subyektiv  (bu    qanunauyğunluqların    tətbiqi).  Bununla  da  o 

didaktika nəzəriyyəsi və  mənimsəmə nəzəriyyəsinin əsasını  qoymuşdur.  

Fransız    maarifçilərindən  J.J.Russo  da  öz    dövründə    didaktika  haqqında  mütərəqqi  fikirlər  irəli 

sürmüşdür.  O,  öz  dövründə  mövcud  olan,  quru,  həyatdan  ayrı  düşərək  onun  tələbləri  ilə    ayaqlaşmayan 

təhsil sistemini tənqid edərək yeni mənimsəmə təlim  konsepsiyası irəli sürmüşdür. Bu konsepsiyaya görə  

mənimsəmə, öyrətmə prosesində  uşağın  tələbləri və imkanları nəzərə  alınmalı və ona  istinad edilməlidir. 

Uşaqlara onların gələcək həyatı üçün zəruri və lazım olan  biliklər  öyrədilməlidir. Onun fikrincə ancaq belə 

halda uşağın əqli inkişafı baş  verə bilər. Elmləri tədris etməzdən əvvəl onu uşaqlara  sevdirmək, ona qarşı 

maraq    yaratmaq  lazımdır.  Didaktika  haqqında  Y.Pestalotsi,  A.Disterven,  A.Rodişşev,  V.Belinski, 

K.Uşinski,  L.Tolstoy  və  başqaları.  mütərəqqi  və  qiymətli  fikirlər  söyləmiş  və  bu    fikirlərin  didaktikanın 

inkişafında əhəmiyyətli rolu olmuşdur. 


Didaktikanın quruluşu və əsas kateqoriyaları. 

Didaktikanın  tədqiq  etdiyi  əsas  və  mürəkkəb  məsələlərdən  biri  təlim  prosesidir.  Beləki,  məhz  təlim 

prosesində bəşər təcrübəsi özünün müxtəlifliyi ilə birlikdə bilik bacarıq və  vərdişə  çevrilməsinin obyektiv 

və subyektiv  qarşılıqlı  inkişafı baş verir. Bu prosesdə insanlar əqli, əxlaqi, ideya baxımından formalaşır. 

Öyrənənlərin    təşəbbüskarlığı  inkişaf    etdirilərək  obyektiv  şəklə  salınır,  konkret  xarakter    əlamətlərinə  

çevrilir.  Təlim  prosesində  bilik bacarıq və vərdişlərə  yiyələndirməyə maddi aləmin dərk  etdirilməsi və bu 

əsasda  elmi    dünyagörüşlər  formalaşdırılması  zəminində    qurulan    öyrədən  və  öyrənən  (müəllim-şagird, 

müəllim  -  tələbə,  usta  -  şagird  və  s.)  fəaliyyəti  qarşılıqlı  əlaqədə  və  sıx  fəaliyyət  göstərir,  biri  digərini  

tamamlayır.  Didaktika    özündə  aşağıdakı  komponentləri  birləşdirən  təhsillə  şərtlənir:  təlimin  məzmunu 

(öyrədiləcək  biliklərin  məzmununu  və  sistemi),  öyrədənin  fəaliyyəti,  öyrənənin  fəaliyyəti,  öyrənmə  və  

öyrətmənin maddi vasitələri. 

Didaktikada təhsil məqsədlərinin tam həyata keçirilməsinin aşağıdakı  mərhələlərə bölmək olar: 

1.Təhsilin mövcud  şəraitdəki   vəziyyətini  – cəmiyyətin təhsil  tələblərini, elmin inkişaf səviyyəsini, 

metodiki rəhbərliyin  səviyyəsi və s. – öyrənmək; 

2. Təhsil  məqsədlərini  dərslik, proqram, təlim üsulları və  vasitələrində əks etdirmək. 

3. Təhsil  məqsədlərinin bilavasitə  öyrətmə ilə məşqul olan pedaqoq və digər  öyrədənlərin fəaliyyəti  

vasitəsilə  həyata  keçirmək. 

4. Təhsil  və təlim  məqsədlərini  öyrənənlərə şüurlu  sürətdə dərk etdirmək və onların  özlərini könüllü

müstəqil  öyrənməyyə cəlb etmək,  özüntəhsil arzu və meyyləri yaratmaq. Biliklərə  maksimum  səviyyədə  

yiyələndirmə,    öyrənənlərin  əqli  inkişaf  səviyyəsini    yüksəltmək  üçün  bu    komponentlərin    qarşılıqlı 

əlaqəsini təmin etmək didaktikanın əsas  problemlərindən biridir. 

Didaktikanın qanunauyğunluqları. 

Biliklərə yiyələndirmə mürəkkəb, hər bir  öyrətmənin xüsusi  metodları olan çətin bir  prosesidir. Ona 

görə  də  ümumi  pedoqoji  prosesdən,  pedaqoji  tələblərdən  çıxış  edərək    öyrətmə    qanunauyğunluqlarının 

müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. 

Fəlsəfi  qanunlar  təbiət,  cəmiyyət  və  insan  təfəkkürünün  daxili  inkişaf  qanunauyğunluqlarını    əks  

etdirir.  Pedaqoji    qanunlarda  şəxsiyyət  formalaşdırılması,  onun  əqli,  əxlaqi,  fiziki  və  s.  cəhətləri  özündə  

birləşdirən inkişaf qanunları əsas  götürülür. Yəni pedaqoji qanunlar  formalaşdırmanın daxili  mahiyyətini,  

sosiollaşmasını özündə əks etdirir. 

Didaktika  öyrətmə  prosesi  kimi,  ümumi  pedaqoji    qanunauyğunluqlara  istinad  edən  xüsusi    öyrətmə  

qanunlarına malikdir. Rus alimləri L.V.Zankov  «şagirdlərin ümumi  inkişafı  öyrətmə üsulları,  qaydaları ilə   

şərtlənir»

9

  qanununu,S.Q. Şapovalenko «Şagirdlərin inkişafı təlimin  xarakteri və onun tələb  etdiyi  şərtlər  



əsasında  baş verir»

10

  kimi  didaktik  qanunları    əsas    götürmüşlər.  Onlar  bu    didaktik    qanunları  müəyyən 



edərkən K.D.Uşinskinin «əql nə qədər çox  faktiki  biliklərə  yiyələnərsə, bir o qədər onları yaxşı dərk  edər, 

yenidən  işləyər, bununla da o, inkişaf etmiş və guclü olar» müddəasına  əsaslanmışlar. 

 Uşinskinin  pedaqoji  və    psixoloji  təhlilinə  istinad  edən  L.V.Zankov  və  S.Q.Şapovalenkonun 

yuxarıdakı  müddəaları  dərketmənin inkişafının ümumi  qanunu kimi qəbul  edilib. 

           Didaktikanın  qanunauyğunluqları özündə  aşağıdakıları birləşdirir:  

1.

 



Təlim  prosesinin  müxtəlif  elementləri  arasındakı  qarşılıqlı  keyfiyyət  əlaqəsini  üzə  çıxarmaq  

məqsədilə  təhlillər aparmaq. Bu  təlim prosesinin  qanunauyğun  dərk olunmasının ilk  emprik səviyyəsidir. 

Bu yolla təlimdə  öyrənənlərin fəallığı  qanunu  müəyyən edilmişdir. 

2.

 



 Öyrənilən hadisə və onun daxili  əsaslı struktur əlaqələrinin açılması, qanunu. Bu onu ifadə edir ki, 

yeni anlayış  formalaşdırılması  öyrənənlər üçün vacib,  təxirə  salınmaz olduqda baş verir. Yəni yeni faktın 

öyrənilməsi ehtiyacı yaradıldıqdan sonra öyrənmə səmərəli nəticə verir, elmin əsas anlayışları və qanunları 

öyrənənlərin dərk etmə səviyyəsini nəzərə almaqla səmərəli  mənimsədilir. 

3.

 

   Öyrənilmişlərin təcrübədə  yoxlanılması qanunu. Bu da əsas və  həlledici qanun olub öyrənmənin 



səmərəliyini  təmin  edir.  Pedaqoji  prosesdə  bəzən  qanunla  onun    şəraiti  və  şərtləri  arasında    uyğunsuzluq 

yaranır.  Ümumiyyətlə  isə    didaktik  qanunlar  həmişə  həmin  prosesin    baş    verdiyi    şəraitlə  qarşılıqlı 

əlaqədədir. Pedaqoji  qanunauyğunluqlar  şəraitdən asılı olaraq  gah həyata  keçirilmiş prinsip kimi, gah da 

ənənəvi qaydaların həyata  keçirilməsi kimi çıxış  edir. Məhz  şəraitlə  qanunun qarşılıqlı əlaqəsi insanlara 

təbiət  və  cəmiyyət    qanunlarından  öz  məqsədləri  üçün    istifadə  etmə    imkanı  verir.  Bu  qanun  elmi 

pedaqoqikada  çoxdan    istifadə  edilir.  Qabağcıl  və  təcrübəli  müəllimlər  öyrətmə  prosesində    öyrənənləri 

bilik,  bacarıq  və    vərdişlərə  daha  səmərəli  şəkildə  yiyələndirmək  üçün    qanunla    onun  şərtləri  arasındakı 

                                                           

9

 Л.В.Занков «Дидактика  и жизнь» М.1968. 



10

 С.Г.Шаповаленко, «Методика  преподавания химии в средней школе», М.,1963,с.646 

 


əlaqənin  təzahürü üçün geniş imkan  yaratmağa  çalışır. Yəni  öyrənilən hadisə və fakt həmin sahənin daxili  

struktur mahiyyəti, əsas  anlayışları ilə əlaqələndirilir. Didaktika  – öyrətmə prosesi  əsasən ilk  əlamətinə 

görə  xarakterizə olunur: bir tərəfdən öyrətmə   prosesində məqsədyönlülük, ciddi ardıcılıq  gözlənilir, digər 

tərəfdən isə  öyrənmələrə  yaradıcı  fəallıq,  axtarıcılıq, müstəqil fəaliyyət göstərmək üçün imkan  yaradılır. 

Bu isə didaktikanın dialektikliyidir. Dialektikanın dialektikasının göstəriciləri isə öyrənənlərin əqli inkişafı, 

biliklərini  dərinləşdirmək və genişləndirmək səyləri, formalaşan elmi dünya görüş təşkil edir. 

Yuxarıda  deyilənlərdən  belə    gənaətə  gəlmək  olar  ki,    didaktika  uşaqların  –  öyrənənlərin  şüurlu  

fəaliyyətinə  istinad  edən  sistemli  şəkildə  biliklərə    yiyələnmə,  bu  əsasda  bacarıq  və  vərdişlər  

formalaşdırılmasından  ibarət  olan  təhsil  prosesini  öyrənir.  Onun    predmetini  öyrətmə  prosesi,  onun 

qanunları,  mənimsəmə  prosesində  didaktik  qanunauyğunluqların  mahiyyətinin  açılması  bu  qanunların 

həyata keçirilməsi şərtlərinin tədqiqi təşkil edir. Müasir didaktika sübüt etmişdir ki, təlimin səmərəliyi təkcə 

yiyələnmiş bilik, bacarıq və vərdişlərin həcmi ilə deyil həmçinin  materialların mahiyyətinin dərk edilməsi; 

qanun və  qanunauyğunluqların şüurlu sürətdə mənimsənilməsi  səviyyəsi ilə də  ölçülür. Didaktika  tədrislə 

bu  əlaqənin  qarşılıqlı  təsiri  şərtlərini,  mahiyyətini  açır.    Biliksizlikdən  bilikliyə,  bacarıqsızlıqdan  şüurlu 

sürətdə biliklərin tətbiqinə istinad edən bacarıqlılığa çevrilməsi yollarını, səmərəli vasitələrini tədqiq edir. 

Təlimin  qanunauyğunluqlarını  tədqiq  edən  didaktika  müxtəlif  tədris  fənləri  üzə  çıxarır.  Belə  ümumi 

qanunauyğunluqlardan biri tədris etmə  ilə  öyrənmə arasındakı əlaqədədir. Öyrədənin, müəllimin rəhbərliyi 

altında hər hansı elmi məlumatın mənimsənilməsi prosesində elmi məlumat, öyrənilən məsələ şüurlu sürətdə 

dərk edilir, onun əsas və köməkci əlamətləri və  xüsusiyyətləri haqqında təsəvvür  yaradılır, həmin hadisə və 

ya faktın digər hadisə və  faktlarla qarşılıqlı əlaqələri üzə çıxarılır, təcrübi əhəmiyyəti dərk  etdirilir, tətbiqi 

yolları  öyrədilir, uyğun məlumatların gələcəkdə  öyrədilməsi üçün  baza, zəmin yaradılır. 

Öyrətmə  qanunauyğunluqlarını  tədqiq  edərək  didaktika  yaş  və  uşaq    psixologiyasının  inkişaf 

haqqındakı  elmi  müddəalarına  istinad  edir,  öyrətmədə  psixi  proseslərin  inkişafı  qanunauyğunluqlarından 

istifadə  edir.  Bu  nöqteyi  nəzərdən  didaktika  üçün  pedaqoji  psixologiya  əhəmiyyətli  rol  oynayır.  Pedaqoji 

psixologiya  uşaqların  təlim  və  tərbiyə  prosesində  inkişafı    qanunauyğunluqlarını  açır,  bu  prosesdə  uşaq  

şəxsiyyətinin formalaşmasına verilən  psixoloji tələblərin mahiyyətini uşaqların inkişafı qanunları əsasında 

izah etsin.  

     Didaktikanın  tədqiq  etdiyi  ümumi  qanunauyğunluqlar  bütün  fənlərin  tədrisinin  xüsusi  cəhətlərini 

əhatə etmir. Bu spesifik xüsusiyyət və cəhətləri xüsusi metodikalar tədqiq edərək üzə çıxarır. Deməli xüsusi 

didaktikalar    didaktikanın  ümumi    müddəalarına  istinad  edərək  ayrı-ayrı    fənlərin  tədrisinin  spesifik  

xüsusiyyətlərini üzə  çıxarır. Digər tərəfdən xüsusi didaktikalar həmdə ümumi didaktikanın konkret tətbiqi 

sahəsi kimi çıxış  edir, onun zənginləşməsinə,  inkişafına səbəb olur. Belə ki, xüsusi  didaktikalarda  baş 

vermiş hər hansı yenilik  ümumiləşdirilərək  ümumi didaktikaya ötürülür və burada isə yeni didaktik qanun 

kimi tədqiq edilir. Ümumi didaktik qanunlar öyrətmə   mövcud olan bütün sahələrdə tətbiq edilir. Sistemli 

təlim  müəssisələrində olduğu kimi digər  müəssisələrdə də öyrətmə xarakterli işlərdə didaktikanın qanunları 

tətbiq  edilir.  Məsələn    mədəniyyət  müəssisələrində  müxtəlif  tip  dərnəklərdə,  istehsal  prosesində    usta  – 

şagird    münasibətlərində,  islah  əmək    koloniyalarındakı  təlim    xarakterli    işləri,  yeni    tamaşaların 

hazırlanması, istehsal prosesinə yeniliklərin tətbiqi və s. bu  qəbilədən olan  işlərdir.  Didaktika nəzəriyəsi 

istehsalın tələbi, yeni ictimai iqtisadi tələblər əsasında dəyişir, inkişaf edir. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin