Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci il tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix02.03.2017
ölçüsü1,28 Mb.
#10040
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.Təlimin mahiyyəti. 

2.Mədəniyyət müəssisələrində mövcud olan təlim məşqələlərinə verilən   

tələblər. 

3.Mədəniyyət və incəsənət müəssisələrindəki təlim  məşqələlərinin  

spesifik xüsusiyyətləri. 



 

 

 

 

 

TƏLİM  PRİNSİPLƏRİ 

 

Ümumiyyətlə prinsip insanların hər hansı istənilən fəaliyyət  prosesində istinad etdiyi, rəhbər tutduğu 



qaydalar    sistemidir.  Təlim  prinsipləri  öyrədənin  (müəllim,    təlimatçı,  usta  və  s.)  öyrətmə  prosesində, 

biliklərə  yiyələnmə  prosesində    əsaslandığı  qaydalar,  qanunlar  sistemidir.  Təlim  prinsipləri  təlimin  bütün  

mərhələlərində, öyrətmənin yerindən, yaşından asılı olmayaraq bütün mərhələlərində ən  ümumi cəhətlərini 

əhatə  edir. Təlimin  məqsədlərinin səmərəli şəkildə  yerinə yetirilməsinə xidmət edən təlim prinsipləri təlim  

məqsədlərindən asılı olaraq  dəyişir. 

Öyrətmə  təcrübəsi,  müəllim  və  öyrətmə  ilə  məşqul  olan  digər  şəxslərin  təcrübəsi,  ümumiləşdirilmiş  

qənaətləri  və  s.  təlim    prinsiplərinin  mənbəyidir.  Bura  həmçinin  klassik  pedaqoqların  təlim  haqqındakı 

nəzəri  fikirləri  də  daxildir.  Pedaqoqika  tarixində  təlim  prinsipləri  müxtəlif  mənbələrə  istinad  edilərək 

müəyyən edilmişdir. Məsələn Y.A.Komenski təlim prinsiplərini   təbiətəvarilik əsasında müəyyən etmişdir. 

Təlim  prinsipləri  haqqındakı  mövcud  nəzəri  və  təcrübi  fikirləri  ümumiləşdirərək  aşağıdakı  şəkildə 

təsnif etmək olar: 

1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi. 

2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi. 

3.Müvafiqlik. 

4.Fərdi yanaşma. 

5.Əyanilik. 

6.Şüurluluq və fəallılıq. 

7.Sistematiklik və ardıcıllıq. 

8.Biliklərin möhkəmləndirilməsi. 

Təlimin həyatla quruculuq işi ilə əlaqələndirilməsi. 

Bu  prinsip  bütün  formasiyalar  və  dövrlər  üçün  aktual  olan  əsas  prinsipdir.  Çünki  bu,  bilavasitə 

cəmiyyətin  pedoqoji  proses  qarşısında qoyduğu  məqsəddən,  formalaşdırmalı   şəxsiyyət    modelindan çıxış 

edir.  Yəni  təlim  işi  bilavasitə  həyatın  tələbləri  ilə    əlaqələndirilməli,  həyatla    bağlanılmalıdır.  Orta 

ümumtəhsil  məktəblərində tədris edilən hər bir elmin həyati əhəmiyyəti şüurlu sürətdə dərk etdirilməlidir. 

Mədəniyyət  müəssisələri  və  digər  (ixtisas  artırma,  təkmilləşdirmə  və  s.)  müəssisələrdə  tədris  edilən 

elmlər isə bilavasitə həyatın tələblərindən irəli gəldiyi üçün qürücülüqla, həyatla bağlı olur. Digər tərəfdən 

mədəniyyət  və  incəsənət  müəssisələrində  aparılan  tədbirlər,  dərnəklərdəki  yaradıcılıq  işləri,  ümumiyyətlə 

bütün    yaradıcılıq  fəaliyyəti  cəmiyyətin  aktual  problemləri  əsasında  tədris  edilir  və  bilavasitə  quruculuq 

işləri ilə əlaqələndirilir.  



Təlimin tərbiyələndirməsi. 

Bu  prinsip  pedaqoji  qanunauyğunluqlardan  biridir.  Beləki  öyrənənlər  təlim    prosesində  biliklərə  

yiyələnməklə yanaşı həm də tərbiyə  olunurlar. Təlim  materiallarının məzmunu elə  qurulur, tərtib edilir ki, 

o, həm də mövcud əxlaq normaları baxımından tərbiyə edir. Təlim öz məzmunu ilə yanaşı təşkili  formaları,  

səmərəli üsul və  vasitələri ilə öyrənənlərin  əxlaqına,  dünyagörüşünə, onlarda  psixi proseslərin inkişafına 

təsir göstərir. Yəni təlim prosesi tərbiyələndirmə vasitəsinə çevrilir. 

Demokratik təlim sistemində təlim ilk  növbədə öz  məzmunu ilə  tərbiyələndirir. Beləki dəqiq  elmlərə 

aid  fənlərin tədrisi zamanı təbiət hadisələri obyektiv qanunlar əsasında aparılır. Təbii hadisələr arasındakı 

əlaqələr  obyektiv  inkişaf  qanunauyğunluqlar  əsasında  izah    edilir.  Dərk  olunmuş  obyektiv 

qanunauyğunluqlar isə  materialist dünyagörüşün əsasını qoyur, hər kəsə təbiət və  cəmiyyət  hadisələrinə 

obyektiv və şüurlu yanaşma imkanı verir. 

Humanitar fənlərin tədrisi vasitəsilə isə böyüyən nəsldə müxtəlif əxlaqi keyfiyyətlər   formalaşdırılır. 

Məsələn tarix dərslərində uşaq,  yeniyetmə  və  gənclər  tarixi  keçmişi ilə  tanış  olur,  yadellilərə və ölkənin  

müstəqilliyi uğrunda   vuruşaraq  canından keçən  qəhramanlarla,  şəhidlərlə və  onların döyüş yolu ilə tanış 

olur. Bu isə tərbiyə  olunanlarda milli  vətənpərvərlik tərbiyə edir. 

Coğrafiya  dərslərində   ölkənin   təbii   coğrafi  şəraiti,  iqlimi,  təbii   gözəllikləri,   sərvətləri  ilə  tanışlıq  

onlarda milli qürur  və iftixar hissi tərbiyə edir.  

Mədəniyyət  müəssisələrində  aparılan  təlim  işlərinin  məzmunu  da    insanlarda    zəruri    əxlaqi  

keyfiyyətlərin   formalaşdırılmasına  imkan    verməlidir.    Hər    bir  mədəniyyət  və  incəsənət işçisi  öz   işinin  

məzmunu ilə  tərbiyə etməlidir. Daha  doğrusu hər bir yaradıcı əsər öz məzmunu  ilə  insanlarda cəmiyyətin 

vacib  saydığı  əxlaqi  keyfiyyətləri    aşılamalıdır.  Məsələn,    rəssamın  rəsm    əsərləri    insanlarda  gözəllik   

duyğuları    yaratmalı,  gözəlliyi  sevdirməli,  onlarda  gözəlliyi  qorumaq,    qayğısına  qalmaq  hissləri,  ətraf  

mühiti daha da  gözəlləşdirmə meyl və  təşəbbüsləri yaratmalıdır.  

 Müvafiqlik və ya  gücəuyğunluq prinsipi. 


Bu  prinsip  təlimi    öyrənənlərin    inkişaf    səviyyəsinə  –  psixoloji,  fizioloji    və    intellektual  –  uyğun 

şəkildə  qurmağı  tələb    edir.    İnsanların  inkişaf    səviyyələri  qarşılıqlı    əlaqə  və    vəhdətdə  gedir.  Yəni  yaş  

artdıqca uşaqlar həm fiziki cəhətdən inkişaf edirdə, həm psixoloji prosesləri, ona görə anlama  səviyyə artır. 

Digər tərəfdən təlim prosesində getdikcə mürəkkəbləşən biliklərə yiyələnirlər, yəni intellektual imkanları da 

artır tədris ediləcək elmi məlumatlar, və vasitələri müəyyən edilir. 

Gücə  müvafiqlik  həmçinin    asılanacaq  bacarıq  və  vərdişlərdə  də    nəzərə        alınır.  Bu  təlimin   

səmərəliyini təmin edən mühüm prinsiplərdən biridir.  

Təlim  materiallarının  seçilməsi ilə  bərabər səmərəli  mənimsədilməsin təmin edən  üsullar, onların 

məzmunu da mürəkkəbləşir. Müxtəlif yaş  səviyyələrində mənimsəməyə münasibət, maraq da  müxtəlifdir. 

Əgər  orta  ümum  təhsil      məktəblərində    mənimsəmə,  biliklərə    yiyələnmə,  yiyələnmiş  biliklərə  müvafiq 

bajarıqlara, vərdişlərə  yiyələnmə  məcburidirsə  sonrakı  mərhələdə bu   könüllü xarakter alır.  Beləki peşə  

seçmə insanların müstəqil şəkildə biliklərə yiyələnməsi, yaradıcılıq işləri, təkmilləşmə prosesləri buna misal 

ola bilər. Bu  mədəniyyət  müəssisələrində  mövcud olan marağa görə  təlim  işlərinə də  aiddir. Mədəniyyət  

müəssisələrində  təşkil  edilən  müxtəlif  növ  məşğələlərdə    mənimsəmə    səviyyəsini    yüksəltmək  üçün  

öyrənənlərin  gücünə  müvafiq,  intellektual  tələblərinə  və  səviyyəsinə  uyğun  maraqlı  təlim  materialları  və 

səmərəli  təlim  üsulları  seçilməlidir.  Bu  üsullar    öyrənənlərin  yaş  səviyyələrinə  uyğun  olaraq  onların 

inkişafını  düzgün    istiqamətləndirməli  onu  öz  arxasınca    aparmalıdır.  Öyrənənlərin  marağlandığı    təlim  

məşğələlərini  daha    səmərəli,  inkişaf  etdiriji,    qurmaq  təlim    materialının  məzmununa,  həmçinin  

öyrənənlərin intelektual  səviyyəsinə  müvafiq üsullar  seçilməsindən də çox  asılıdır. Müvafiqlik  prinsipi  

müxtəlif yaş  səviyyələrində aşağıdakı  qaydalarda ifadə  olunmuşdur: məlumdan  məchula:  asandan çətinə; 

sadədən  mürəkkəbə;   ümumidən  xüsusiyyə. 

Fərdi yanaşma. 

Təlim prosesində gücəmüvafiqliklə bərabər fərdi yanaşma da böyük əhəmiyyət kəsb edir. Mənimsəmə 

səviyyəsini yüksəltmək ayrı-ayrı yaş dövrlərində - siniflər, kurslar, dərnəklər və sairdə-öyrənənlərin, təlim 

alanların ümumi inkişaf və yaş xüsusiyyətləri ilə yanaşı fərdi xüsusiyyətlərini də nəzərə almağı tələb edir. 

Eyni yaş dövründə insanların ümumi cəhətləri ilə yanaşı fərdi – xüsusi cəhətləri də mövcuddir. Belə ki, eyni 

yaşlı insanlar müxtəlif fiziki inkişaf, psixi xüsusiyyətlərə malikdir. 

Təlim prosesində məhz fərdi xüsusiyyətlər nəzərə alınmalı, hər kəsə bu  fərdi imkanlara uyğun olaraq 

yanaşılmalıdır. Məsələn eyni sinifdə oxuyan eyni yaşlı uşaqlardan bəzilərinin görmə hafizəsi, birinin nəzəri 

hafizəsi  və  s.  qüvvətlidir;  birinin  təfəkkürü  güclüdür,  tez  düşünür,  nətijə  çıxarır,  digəri  nisbətən  ləng 

fikirləşir;  biri  problemdən  qorxur,  digəri  həll  etməyə  problem  axtarır    və  s.  Təlim  prosesində  bu 

xüsusiyyətlər nəzərə alınmazsa təlim müvəffəqiyyətinə də nail  oluna bilinməz. 

Bu cəhətlərin nəzərə alınmasında əsas məqsəd zəif  cəhətləri aradan qaldırmaq, qüvvətli tərəfləri daha 

da  inkişaf  etdirərək  təlim  səviyyəsini  yüksəltməkdən  ibarətdir.  Fərdi  yanaşma  müxtəlif  səviyyəli 

öyrənənlərin  hamısı  üçün  zəruridir.  İnsan  inkişaf  edib  dəyişdikjə  ondakı  fərdi  xüsusiyyətlər  də,  onların 

səviyyəsi də dəyişir. 

Fərdi  yanaşma  prinsipindən  mədəniyyət  müəssisələri,  istehsal    müəssisələri,  incəsənət  və  digər 

müəssisələrdə  təşkil  edilən  təlim  məşğələlərində  də  istifadə  edilir.  Məsələn,  müxtəlif  yaşlılar  üçün  təşkil 

edilmiş rəqs dərnəkləri, musiqi dərsləri, xarici dil dərnəkləri, biçmə-tikmə və s. kimi məşğələləri gostərmək 

olar. Bu dərnəklər müxtəlif yaş və intellektual səviyyəli insanlar üçün təşkil edilir. Bunlar sırf təlim işləridir. 

Ona görə də həmin məşğələlərdə təlimin digər prinsipləri kimi yaşauyğunluluq prinsipi də tətbiq edilir.   



Əyanilik prinsipi. 

Bu prinsip dərk etməni real əyşa və ya hadisələr, faktlar üzərində qurmağa deyilir. 

 Məşhur  çex  pedoqoqu  Y.A.Komenski  əyaniliyə  yüksək  qiymət  verərək  onu    müəllimlər  üçün  «qızıl 

qayda» adlandırılmışdır. Qeyd etmişdir ki, mənimsəmə prosesində nə qədər çox hiss üzvləri iştirak edərsə 

qavrama bir o qədər səmərəli olar. 

Mənimsənilən  materialın  konkret  əşya  və  hadisələr  üzərində  qurulması,  onun  haqqındakı  məlumatı 

dəqiqləşdirir, daha da  aydın və dürüst  dərk etmə imkanı yaradır. Əşya haqqında (məlum olmayan) şifahi 

sözlə  məlumat  əvəzinə  özünün  təqdim  olunması  mənimsəmədə  eyni  zaman  da  bir  neçə  hiss  üzvünün 

iştirakını təmin etdiyi üçün, əşya aydın mənimsənilməklə yanaşı uzun müddət yadda qalır, hafizədə özünə 

daha  möhkəm  yer  edir.  Bu  həmçinin  materialın  şüurlu  mənimsənilməsinə  də  imkan  yaradır.  Hər  kəsə 

öyrəndiyini görmə, toxunma, üzərində iş aparma imkanı verilir. 

Əyanilik  təlimin  bütün  sahələrində,bütün  mərhələlərində  aktualdır.  Bu  əsasən  əşya  və  ya  hadisə 

haqqında ilk tanışlıq zamanı müsbət nəticə verir. Təhsil müəssisələrində bu əvvəlcədən düşünülmüş xüsusi 

sistem əsasında aparılır. 

Mədəniyyət  və  incəsənət  müəssisələrində  aparılan  təlim    tipli    məşğələlərdə  də  bu  xüsusilə  nəzərə  

alınmalıdır.  Məsələn    musiqi,  dərnəklərində  musiqi    alətini  tutma,  ifanın  xüsusi    elementləri  müəllim 



tərəfindən  göstərilməklə  yanaşı  xüsusi  şəkillər    vasitəsilə  də    çatdırılmalıdır.  Rəqs    dərnəklərində  rəqsin 

özünü, ifa tərzlərini əks etdirən şəkil və  plakatlardan istifadə edilməlidir. 

Yallılar və gənclər üçün texniki və digər yaradıcılıq dərnəklərində isə  vəziyyət başqadır. Beləki, bu 

dərnəklərdə irəli sürülən hər bir «yeni»  mütləq köhnənin  üzərində onun yenidən təhlili və  tərkibi üzərində 

qurulur. Burada da əyani  şeylərlə yanaşı onun şəkli, sxemi, maketi üzərində də  işləmək olar.  

Deməli  əyanilik  təlimin  bütün  səviyyələrində  biliyin  asan  mənimsənilməsini,  əşya  və  hadisələr 

haqqında  düzgün  təsəvvürlər  yaranmasını,  nitq  və  təfəkkür  inkişafını,  biliklərin  uzun  müddət    hafizədə 

qalmasını,  dərsin    maraqlılığını  öyrənənlərin  fəallığını  və  s.  təmin  edir.  Bu  prinsip  öyrənənlərin  yaş, 

intelektual, ümumiyyətlə inkişaf səviyyələrinə uyğun şəkildə tətbiq edilməlidir. 

Şüurluluq və fəallıq prinsipləri. 

Yeni  materialı dəlil və  sübutlarla, isbatlarla  öyrənməyə fəal surətdə bilik əldə etmə, biliklərini tətbiq 

etməyə şüurluluq və fəallıq  deyilir. Bu prinsipi pedaqoqika tarixində  inqilabi bir prinsip adlandırmaq olar. 

Beləki,  uzun  müddət  mənimsəmədə  doqmatik  prinsip  hökm  sürmüşdür.  Şüurluluq  və  fəallıq  prinsipi  də 

məhz bu prinsipə qarşı qoyulmuşdur. Şüurluluq prinsipi əsasında öyrənənlərin təfəkkürünə tez-tez tələblər 

verilir, onlar düşünərək məntiqi nəticələr çıxarılmağa məcbur edilirlər. Bu isə onlara  öyrəndikləri bilikləri 

istənilən  zaman  sübut  edə  bilmə  imkanı  verir.  Materialın  mənimsənilməsi  zamanı  öyrənənlərin  təhlillərə, 

müqayisələrə,  səbəb  və  nəticə  əlaqələrinin    araşdırılmasına  cəlb  edilməsi  onların    mənimsəməyə  şüurlu 

münasibətilə yanaşı  fəallığını da artırır. Təlim prosesində, ümumiyyətlə öyrənmə prosesində şüurluluq və 

fəallığı  təmin  etmək üçün  öyrəniləçək hər  material qarşıya  problem şəklində qoyulmalı və öyrənənlər 

onun həllinə cəlb edilməlidir. Bu zaman öyrənənlər yeninin bütün mümkün əlaqələrini axtarır, müqayisələr 

edir  yeni–yeni  əqli nəticələr çıxarmağa çalışırlar.  

Mədəniyyət müəssisələrindəki  təlim işlərində də öyrətmə  məhz bu prinsip  əsasında aparılır. Marağa 

görə  təşkil    edilmiş  dərnəklərdə  bu  xüsusilə  qabarıq  şəkildə  üzə  çıxır.  Çünki  bu  dərnəklər  özləri 

problemlilik, axtarıcılıq tələbləri əsasında qurulmuşdur. Burada şüurluluq fəallıqla müstəqillik axtarıcılıqla 

daha  qabarıq  şəkildə    birləşir.  Deməli  təlimdə  şüurluluq  və  fəallıq  həm  də  təlimin    müxtəlif    səviyyə  və 

formalarında  öyrənənlərin həmdə  müstəqilliyini inkişaf etdirir, onlarda hadisə və faktlara  sərbəst  yanaşma 

bacarığı    formalaşdırır.  Bu  cür    mənimsənilmiş  biliklər  inamlı  olur,  hafizədə  möhkəm  qalır,  düzgün 

dünyagörüşün əsasını qoyur. 

Şüurlu sürətdə mənimsənilmiş bilikləri istənilən zaman, lazım gəldikdə tətbiq etmək də asan olur. Bu 

isə  əvvəlcə  müxtəlif  təlim    çalışmalarında  həyata  keçirilir,    öyrənmənin  müxtəlif    səviyyələrində 

genişləndirilir. Buna isə mədəniyyət müəssisələrində marağa görə məşğələlərdə daha  geniş imkan vardır. 

Beləki  hər  hansı  yaradıcılıq  işində  (dərnəklərdə)  yeni,    məhz  əvvəlki,  insanların    təlim  prosesində 

mənimsədikləri bilikləri  üzərində qurulur. Daha doğrusu təlim prosesində biliklər tətbiq edilərək onun yeni 

cəhətləri axtarılır, araşdırılır. 

Şüurlu    mənimsənilmiş  biliklər  həmçinin    öyrənənlərin  nitqini  inkişaf  və  tərbiyə  edir.  Hər  kəs  

öyrəndiyi məlumatı şifahi və ya yazılı şəkildə şərh etmək üçün söz axtarır, cümlə qurur, fikrini  məntiqi və 

ardıcıl şəkildə tfadə  etməyə çalışır. Bu isə  öyrənənlərin nitqini və  məntiqi  təfəkkürünü inkişaf  etdirir. 

Şüurluluq həmçinin  öyrənənlərin nəzəri və əməli, fəallığının da artırılması deməkdir. Biliklərin şüurlu  

mənimsənilməsi nəzəri öyrənənlərin nəzəri səviyyəsini artırır, onların biliklərini tətbiq edə bilməsi, müxtəlif  

şəkildə  sınaqdan keçirməsi, hər kəsin öz həyat və  fəaliyyətində ondan istifadə etməsi isə əməli  fəallığını 

təmin edir. Bu prinsip təlimin  müvəffəqiyyətini təmin edən əsas prinsiplərdən biridir. 



Sistematiklik və  ardıcıllıq. 

Bu  prinsip  elmlərin    əsaslarına  yiyələnən  zaman  elmin  sistemini  mühafizə  etmək,  bilik,  bacarıq  və  

vərdişləri    aşılayarkən  müəyyən  ardıcılığa  riayət  etmədir.  Bu  prinsipə  riayət  etmədən  sistemli  elmlərə 

yiyələnmə də mümkün deyil. Elmlərin  özlərinin sistemi də bunu tələb edir. Müxtəlif  sniflərdə tədris edilən 

fən  aid  olduğu,  ifadə    etdiyi  elmin  sistemi  əsasında  qurulur.  Həmçinin    proqramlar,  dərs  yükü,  da  məhz  

elmin  sistemi  əsasında  qurulur.  Digər  tərəfdən təbiət və  cəmiyyət  hadisələri    bir–birilə  qarşılıqlı    əlaqədə 

olduğu  kimi  onları əks  etdirən    elmlər də  bir-birilə  qarşılıqlı əlaqədədir.  Bu   bir-birilə  əlaqədar  elmlər  də 

müəyyən sistem əsasında öyrədilməlidir. Mənimsənilmiş biliklər də müəyyən sistemlə bacarıq və  vərdişlərə 

çevrilməlidir.  

Biliklərin  möhkəmləndirilməsi. 

Təlimin  müvəffəqiyyətini  təmin    edən  əsas  və  mühüm    prinsiplərdən  biri  də  biliklərin 

möhkəmləndirilməsidir.  Y.A.Komenski  biliyin  möhkəmləndirilməsi  qayğısına  qalmayan  müəllimin  işini 

xəlbirlə su  daşımağa bənzədirdi. Hər bir  sonrakı bilik  özündən əvvəlkinin davamı olmaqla ona  əsaslanır, 

ona görə də hafizədə  möhkəmləndirilməyən biliyin heç  bir  əhəmiyyəti olmur, onun  öyrənilməsinə sərf 

olmuş zaman da hədər gedir. 



Uşinski  biliklərin    möhkəmləndirilməsi  qayğısına  qalmayan  müəllimin    işini      yükünü  arabaya  pis 

bağlamış arabaçının işi ilə  müqayisə edir, ona bənzəyir.  

Birliklərin    şüurlu,  problemli    situasiya  şəraitində    mənimsənilməsi  onların  hayizədə  uzun  müddət 

qalmasına imkan yaradır.  

Öyrənilmiş  məlumatların  tətbiqi  də  biliklərin    möhkəmləndirilməsi  şərtlərindən    biridir.  Hər  bir 

müəllim, təlimatçı, dərnək  rəhbəri öyrətdiyi məlumatların yadda  qalması  qaydasına qalmalı, bunun üçün 

bütün    vasitələrdən  istifadə    etməlidir.  Belə    səmərəli    vasitələrdən  biri  təkrarlardır.  Öyrənilmiş  material 

dəfələrlə təkrar  etdirildikcə hafizədə özünə daha möhkəm yer edir. Təkrarlar rüblük və illik olmaqla üç yerə  

ayrılır. Cari təkrarlar hər  dərsdə müəyyən biliklərin yada salınmasıdır. 

Rüblük və illik  təkrarlar hər rübün və dərs illiyin  sonunda aparılan yoxlama  təkrarlarıdır. Problemi 

təlim  zamanı  yeni  öyrənilənin  məlum  əlaqələri  təkrar    müsahibələr  vasitəsilə  üzə  çıxarılır.  Burada  təkrar  

müsahibələr müəyyən mənada, yaradıcı müsahibə kimi çıxış edir. 



Müstəqil iş üçün sual və tapşırıqlar: 

          1. Təlim prinsiplərinin  mahiyyətini təhlil edin. 

          2. Mədəniyyət  müəssisələrində  təlim prinsiplərinin  tətbiqi. 

          3. Təlim prinsipləri haqqında nəzəriyələr. 



 

 

 

 

 

 

 

 

 

 

 

TƏLİM  ÜSULLARI 

 

Məqsədə    müvəffəqiyyətlə  nail  olmağın  əsas  və    başlıca  şərti    fəaliyyət    üsullarının  düzgün  

seçilməsidir. Fəaliyyətin bütün  sahələrinin  müvəffəqiyyəti məhz bundan  asılıdır. Bu təlim fəaliyyətinə də 

aiddir. Beləki öyrətmə, bilik, bacarıq və  vərdişlərə səmərəli şəkildə  yiyələndirmə  əlverişli, səmərəli təlim  

üsulu seçməkdən çox asılıdır. Öyrənənlər də,  ümumiyyətlə  insanlarda biliksizlikdən biliyə doğru irəlliləmə  

obyektiv  aləm  hadisələri  haqqında  dərin  elmi    məlumatlara    yiyələnmə,    yaradıcılıq    qabiliyyətlərinin 

inkişafı,  müstəqil işləmə  bacarığı, başqaları ilə  birgə  çalışma  qabiliyyətləri məhz  düzgün  seçilmiş təlim  

üsulları  vasitəsilə  həyata  keçirilir. 

Təlim üsulları təlim  məqsədlərini  həyata  keçirmək  və təlim  fəaliyyətini səmərəli təşkil etmək  üçün  

öyrədənlərin    istifadə    etdikləri    yollardır.  Müxtəlif    dövrlərdə    alimlər  təlim    üsullarını  müxtəlif  şəkildə  

təsnif  etmişlər. Pedaqoqlar bu  təsnifatda  müxtəlif mənbələrə  istinad  etmişlər. Məsələn M.Muradxanov 

XX əsrin 60-cı illərində təlim  üsullarını bilik  mənbələrinə görə  aşağıdakı  şəkildə  təsnif  etmişdir: 

1.

 

Şifahi və  müsahibə, metodları. 



2.

 

İllüstrasiyə və  demonstrasiya, metodları. 



3.

 

Labalator  məşğələləri,  praktik  məşğələlər və çalışmalar. 



4.

 

Kitab  üzərində  iş. 



80-cı illərdə B. Əhmədov təlim  üsullarını istifadə olunan  vasitələr  baxımından təsnif etmişdir: sözlü, 

əyani, təcrübi metodlar olmaqla üç qrupa ayırmışdır. 

90-cı  illərdə  N.Kazımov  təlim  üsullarını  təlim  mərhələlərinə  görə    müəyyənləşdirmişdir  və  təlim  

üsullarını  aşağıdakı şəkildə  qruplaşdırmışdır. 

1.Yeni tədris  materiallarının, əsasən,  qavranılmasına   xidmət edən üsullar. 

2.Bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət edən  üsullar. 

3.Bilik,  bacarıq və vərdişlərin,  əsasən,  tətbiqinə xidmət edən  üsullar. 

4.Təlimdə müvəffəqiyyətə  nəzarət edən üsullar. 

Rus və digər  ölkələrin  pedaqoqları da təlim üsullarını müxtəlif  konsepsiyalardan təsnif etmişlər. Bu 

dərslikdə  işə  təlim  üsulları    tətbiqi  sahəsi  baxımından  təsnif  edilir.  Yəni  təlim  üsullarının  sırf  təlim 

müəssisələrində deyil,  müəyyən mənada, pedaqoji gerçəklikdə tətbiqi baxımından təsnif ediləcək. Təlim –

tərbiyə    müəssisələrində    tətbiq    edilən  təlim    üsullarının  müxtəlif  qeyri-təhsil  müəssisələrindəki  təlim  

xarakterli  işlərdə,    fəaliyyət  sahələrində  tətbiqi  baxımından  yanaşılacaq.  Bu    fəaliyyət  sahələrinə  

mədəniyyət  müəssisələrindəki  təlim    öyrətmə    dərnəklərini,    islah  –əmək  koloniyalarındakı  dərnək    tipli  

təlim    işlərini,  istehsal    müəssisələrindəki    ustanın-şagirdi    təlimi  etməsi  öyrətməsi  və  s.  bu  kimi  

məşğələlərdə  istifadə    edilən  təlim  üsulları  və    tərzləri  təhlil    ediləcək.  Bu    məşğələlərdə  təlimin  bütün  

üsulları tətbiq edilir. Həmin  üsullar   məşğələnin  məzmunundan və  məqsədindən asılı olaraq  üsul və  ya 

tərz  kimi  çıxış    edir.  Tərz  əsas  öyrətmə  üsulunda  göməkçi  kimi  çıxış    edən  xırda  epizodik    yollardır.  

Məqsəddən  asılı  olaraq  bunlar  rollarını  dəyişdirirlər.  Məsələn  mühazirə  metodunda  əyani  vəsaitlərdən 

istifadə əyanilik tərzi kimi çıxış edir. İllistrasiya, demonstrasiya, əşya dərsləri zamanı isə əyanilik üsul, izah 

ilə tərz kimi çıxış edir. Təlim üsullarının təsnifi və qruplaşmasında biz  üsulları təlimin məqsədi, simvol və 

motivləri,  şüurluluğu,  problemliliyi,  nəzarət  və  özünə  nəzarətə  əsaslanması  baxımından  götürəcəyik.    Bu 

nöqteyi-nəzərdən  təlim  üsullarını  aşağıdakı  şəkildə  təsnif  etmək  olar:  Yeni  biliyin  öyrədilməsinə  xidmət 

edən sözlü üsullar; Yeni biliyin öyrədilməsi  prosesində mustəqil fəaliyyət elementləri üstünlük təşkil  edən 

və bilik, bacarıq, vərdişlərin  yaradılmasına xidmət edən üsullar (ekskursiyalar, labarator  məşğələlər, kitab 

üzərində müstəqil iş, oyunlar,  məsələlər və s.); Müstəqil işlər; Problemli təlim, proqramlaşdırma üsulları; 

Nəzarət və özünənəzarət metodları.  

Yeni biliyin öyrədilməsinə xidmət edən  sözlü metodlar. 

Bu metodlar  ənənəvi  pedaqoqikada şərh üsulları kimi, gedir. Lakin burada şərhin bütün növləri deyil, 

ancaq yeni biliyin öyrədilməsində daha çox rolu olan  metodlardan  bəhs  ediləcəkdir: izah, nəql, mühazirə, 

müsahibə. 

İzah təlimin ən geniş yayılmış  usuludur. Bu  öyrəniləcək yeni  materialı şifahi söz  vasitəsilə  dəlillərlə 

isbat  etməkdir.  İzah  vasitəsilə    öyrənənlər  yeni    fakt  və  ya    hadisənin,    elmi    təlimatın    səbəb  və  nəticə 

əlaqələrini dərk edir,  mənimsəyir. Bu zaman həm də yeni dərk olunan  material əvvəl dərk  olunmuşlarla  

əlaqələndirilir, beləliklə  də  yeni  öyrənilən  məlum  biliklər  sisteminə  daxil edilir. Məlum    biliklərə   istinad  

edilərək  öyrənilənin yeni cəhətləri aşkar edilir. Bu əlaqə  mədəniyyət müəssisələrindəki texniki-yaradıcılıq 

dərnəklərində  daha    qabarıq  nəzərə  çarpır.  Problemli  izah  vasitəsilə  «kəşf»  edilmiş  elmi    məlumatları 

insanlar  daha  yaxşı  dərk  edirlər.  Belə  dərk  olunmuş  elmi  məlumatlar  onların  malına  çevrilir.  Öyrətmə 

zamanı, daha  döğrusu izah  zamanı müxtəlif  vasitələrdən də  istifadə etmək olar. Yəni  öyrədən öz  fikirini 

daha aydın  izah etmək üçün müxtəlif əyani vasitələrdən, illüstrativ və  demonstrativ vasitələrdən istifadə 


edə  bilər.  İzah  zamanı  həmçinin  öyrətmənin  səmərəliyini  təmin    edən  induktiv  və  dediktiv  təlim  

formalarından  da  istifadə  edilir.  İndiktiv  və  dediktiv  izah    formalarından  istifadə  təlimin  məqsədindən 

asılıdır. İzah  üsulundan dəqiq  elmlərin  mənimsədilməsində daha geniş  istifadə edilir. Humanitar elmlərin 

öyrədilməsi  prosesində  hadisə  və  faktlar  arasında  səbəb  –  nəticə  əlaqələrinin    üzə  çıxarılması  zamanı  da  

izahdan geniş istifadə edilir.  

Nəql yeni materialın  təsvirə əsaslanaraq  öyrədilməsi üsuludur. Nəql vasitəsilə yeni  material  sistemli 

və ardıcıl şəkildə təsvir  edilir. Nəql  müsahibə və izahla əlaqəli şəkildə də aparılır. Nəql şərhin  nisbətən 

asan    forması  olub,  öyrənənləri  az  idraki  çətinliyə  salır.  Nəqldən    öyrətmənin  bütün    dövrlərində    bütün 

siniflərdə, təlim  mərhələlərində istifadə  edilir.  

Nəqlə təlim metodu kimi bir sıra pedaqoji tələbələr verilir: nəql edmi cəhətdən əsaslandırılmış hadisə 

və  faktlara  istinad  etməlidir;  məntiqi  cəhətdən  düzgün  qurulmalıdır; irəli  sürülən    məsələnin doğruluğunu 

sübüt  edən  misallarla  təmin  edilməlidir;  düzgün  planlaşdırmalı,  aydın  şərh  edilməlidir;  əsas  məsələlər 

xüsusilə nəzərə çatdırılmalıdır; sadə, aydın dildə şərh olunmalıdır; nəql ifadəli və emosional  aparılmalıdır, 

nəqlin səmərəlliyi öyrədənin ona diqqətli və hərtərəfli  hazırlığını tələb edir. 

Mühazirə    şərhin  nəqlə  və  izaha    nisbətən  geniş  və    uzunmüddətli  növü  olub  özünün    ciddiliyi, 

prinsipial  cəhətdən  vacib  məsələlərə  həsr  olunması  ilə    xarakterizə  edilir.  Beləki    mühazirə  öyrənənlərin 

başqa mənbələrdən mənimsədikləri məlumat və faktların  ümumiləşdirərək dəqiqləşdirilməsinə həsr edilir. 

Mühazirə  məktəb,  ali  məktəb  və  təlimdən  kənar  müəssisələrdə    olmaqla    müxtəlif    növlərə  ayrılır.    Bu 

mühazirə növləri içərisində  orta məktəb  mühazirəsi konkret  məsələnin  geniş  şərhinə həsr olunması ilə  

fərqlənir.  Mühazirənin  bu    növünün  müddəti  də  öz    qısalığına  görə    digərlərindən  fərqlənir.  Orta  təhsil 

mühazirəsi digər  mühazirə  növlərinə  nisbətən qısa  müddət, 20-30 dəqiqə ərzində aparılır.  İzah və nəqlə  

nisbətən  mühazirə gərgin diqqət tələb  etdiyinə görə onu dinləmək izah və nəqlə nisbətən çətindir. Ona görə 

də    mühazirədən  ancaq  10-11-ci  siniflərdə  məcburi    tələblər,  ehtiyac  olduqda  istifadə  edirlər.  Ali  məktəb  

mühazirəsinə nisbətən orta məktəb  mühazirəsi  aramla, asta-asta aparılır ki, lazımlı hissələri şagirdlər yaza  

bilsinlər. 

Mühazirə ali məktəblərdə ən çox  istifadə edilən təlim üsuludur.Bu  mühazirələr daha geniş məsələlərin 

yığcam  şərhinə  həsr  olunur.  Buna    səbəb ali  məktəb tələbələrinin  yüksək  intellektual inkişafı  və  müstəqil 

işləmə qabiliyyətləridir. Şərh edilən məsələ yığcam şəkildə izah edilir, tələbələrə  nəzəri  istiqamət verilir, 

məsələ  ətrafında daha  geniş və ətraflı işləmə isə  tələbələrin  özlərinə  tapşırılır. Ali  məktəb mühazirəsi  

80-dəqiqə  ərzində  aparılır.  Mühazirə  zamanı  şərh    edilən  məsələlərin  əsas  mahiyyəti    tələbələrə    qeyd  

etdirilir və ya da  mühazirənin məzmunu qısa tezislər şəklində  yazdırıla bilər. 

Mədəniyyət    müəssisələrində  aparılan    mühazirələr  dövrün  aktual    problemlərinə  həsr  edilir.  Bu  

mühazirənin  ən    uzunmüddətli aparılan    formasıdır. Bu    tip  mühazirələr  müxtəlif  yaş  qrupları ilə   aparıla  

bilər.  Yaşlılarla    mühazirələr  müxtəlif  elm  və  ya    texnika  sahəsindəki    yeniliklərə  həsr  edilir.  Bu  tip  

mühazirələr yeni elmi  kəşflərlə yanaşı  qabaqcıl təcrüələrin  tətbiqinə də həsr edilir.  

Müsahibə. 

Müsahibə  təlimin  bütün    mərhələlərində  istifadə  edilən  sual-cavab    üsuludur.Təlim    prosesində 

müsahibənin aşağıdakı növlərini göstərmək olar: 

1.Yeni materialın mənimsənilməsi prosesində. 

2.Biliklərin   möhkəmləndirilməsinə xidmət edən  müsahibə. 

3.Biliklərin yoxlanılması və  qiymətləndirilməsinə xidmət  edən  müsahibə. 

4.Təkrarlama  müsahibəsi. 

Yeni  materialın  öyrədilməsi prosesində  müsahibədən o zaman  istifadə olunur ki,  öyrədilən material 

haqqında öyrənilənlər müəyyən məlumata malik  olsunlar. Müsahibənin bu  növündən ən çox problemli izah 

zamanı istifadə  edilir. Beləki, müəllim  uşaqlara  məlum olan  materialları sual-cavabla üzə  çıxardıqdan 

sonra  onu    evrestik  müsahibə  ilə  yeni  «problemə»  bağlayır,  məntiqi    ardıcılıqla,  düşündürüjc  suallar 

vasitəsilə onları problemin  açılışına  qoşur. Evrestik müsahibə  düşündürücü, araşdırıcı  müsahibədir. Bu 

zaman    öyrənənlər  idraki  fəallıq  gösətərir,    sualın    cavabını  şüurlu  sürətdə  axtarırlar.  Sualların 

qoyuluşundaki məntiqi ardıcılıq isə onların  araşdırmasına, idraki fəaliyyətinə istiqamət verir. Bununla da  

mənimsəmədə  müsahibənin rolu artır, öyrənmə  şüurluluq və  fəallıq  şəraitində keçir.  Müsahibə   müxtəlif  

əşya  və    ya  hadisələr  üzərində  də    aparıla  bilər.  Yeni    materialın  öyrədilməsi  prosesində    müsahibə  həm  

indiktiv həm də dediktiv yolla aparıla bilər. 

     İnduktiv  yolla  müsahibə  zamanı  müəllim,  təlimatçı,  usta  və  digər  öyrətmə  ilə  məşğul  olan  şəxs 

öyrənənləri  onlara  məlum  olan  hadisə,    fakt  və  qanunlara  istinad  edərək  yeni  qənaət,  nəticə    çıxarmağa 

gətirir. 


      Dediktiv müsahibə zamanı isə məlum  həqiqətlər, elmi nəticələr ayrı-ayrı hallar və  vəziyyətlərdə 

tətbiq edilir, tərkib  hissələrinə ayrılır. Materialın  induktiv və  ya dediktiv izahı özü bilavasitə  müsahibədə 

əks olunur.  

     Müsahibə təlimin mürəkkəb   metodu olub onun səmərəli  keçirilməsinə  aşağıdakı tələblər verilir: 

müsahibədə məntiqi ardıcılıq gözlənilməlidir;  qoyulan suallar  təfəkkürü  inkişaf  etdirməlidir; suallar aydın  

şəkildə qoyulmalıdır. 

      Həmçinin  suallara  verilən  cavablara  da  müəyyən  tələblər  verilir.  Beləki,  cavab    aydın  və  məntiqi 

olmalı, cavab verənin  münasibətini əks  etdirməli, təfəkkürün məhsulu olduğunu sübüt etməlidir. 

Biliklərin  möhkəmləndirilməsinə  xidmət edən  müsahibələr də təlimdə böyük  əhəmiyyət kəsb edir. 

Bu tip  müsahibə, əsasən, yeni material öyrədildikdən sonra, yeni  öyrədilmişi daha da  möhkəmləndirməyə 

xidmət  edir.  Bu  müsahibə  bilavasitə  müəllimin  izahından,  yeni  materiala  aid  çalışmalar  icrasından  və  ya 

sonrakı dərsdə ev  tapşırıqlarının  yoxlanılmasından sonra  aparılır.  

Möhkəmləndirmə ilə bərabər  qiymətləndirmə və yoxlama müsahibəsi  də aparıla bilər. İstənilən sual-

cavaba    öyrənənin      bilik  və  mənimsəmə  səviyyəsini  müəyyən  etmək  olar.  Yoxlama    məqsədilə  aparılan  

müsahibə  də  suallar  aydın    qurulmalı,  düşündürücü  olmalı,  qeyri-müəyyən  cavab  üçün  imkan  verən, 

alternativ suallar  verilməməlidir. Suallar  dəqiq, qısa, məntiqi  ardıcılıqla qurulmalıdır. 

Müsahibə üsulu təlimin bütün  mərhələlərində, bütün təlim  tipli  məşğələlərin  hamısında geniş şəkildə 

tətbiq  olunur.  Bura  həmçinin    mədəniyyət    müəssisələrindəki  təlim    işləri,    öyrədici  rejissor  işləri,  ritorik 

xarakterli öyrədici tətbirlərin təşkili və s. daxildir. Belə tip məşğələlərdə çox vaxt  müsahibə  diskusiyalar 

şəklində  aparılır. Diskusiyalar ən çox  ali təhsil müəssisələri, mədəniyyət və incəsənət  müəssisələrindəki 

təlim  işlərində  təşkil  edilir.  Diskusiyalar  zamanı  iştirakçılar  (tələbə,  şagird,  tədqiqatçı  və  s.)  öz  fikirini 

əsaslandırılmış  dəlil  və  sübutlarla  isbat  etməyi  öyrətmək  lazımdır.  Bu  uşaq  və  yeniyetmələrin,  eləcə  də 

böyüklərin əqli inkişafını sistemə salır, onların fikrini  cilalayır, onlarda məntiqi inkişaf etdirir. 

Ekskursiyalar  müstəqillik  elementləri  üstünlük  təşkil  edən  metodlardan  biridir.  Ekskursiya  təlim 

prosesinə  həm  təlim  üsulu  həm  də  təlimin  təşkilat  forması  kimi  daxil    olmuşdur.  Ekskursiyalar  zamanı 

öyrənənlər həm yeni  məlumatlar əldə edir, yeni biliklərə yiyələnirlər, həm də öyrəndiklərini  təkrar  edir, 

hafizədə    möhkəmləndirir,  öyrəndiklərinin  əməli  əhəmiyyəti,  biliklərin  tətbiqi  ilə  bilavasitə  tanış  olurlar. 

Ekskursiyalar zamanı izah və şərhin digər növlərindən də  istifadə edilir. Orta ümumtəhsil məktəblərində, 

orta ixtisas məktəbləri,  peşə  məktəblərində ekskursiyalar  tədris planı və proqramı əsasında xüsusi dərslər 

kimi  aparılır.  Bunlar  tədris  işinin  mühüm  tərkib  hissəsi  hesab  olunur.  Mədəniyyət  müəssisələrində 

ekskursiyalar, əsasən marağa  görə təşkil edilən  məşğələlərdə  təşkil edilir. Məsələn mü\əyyən texniki,elmi 

işin  istehsalda    qoyuluşu  vəziyyətini  öyrənmək  məqsədilə,  həmçinin    məşğələdə  əldə  edilmiş  yeniliyin 

istehsalda tətbiqi və onun əhəmiyyətini öyrənmək məqsədilə ekskursiyalar təşkil edilə bilər. 

Labarator  məşğələlər  və    praktikumlar  da  tədqiqatçılıq    metodlarından  biri  olub,  yeninin  axtarıcılığı 

mənimsəməsində  mühüm  əhəmiyyətə  malikdir.  Praktikum  və  labarator  məşğələlərdən  həmçinin  biliklərin  

möhkəmləndirilməsi  məqsədilə də  istifadə edilir. Bu məşğələlərin xüsusi əhəmiyyəti ondan  ibarətdir ki 

müxtəlif təbii, kimyəvi, texniki hadisələr üzərində uzun  müddət  müşahidə apara və müstəqil nəticə çıxara  

bilirlər.  Məsələn,  bitkilərin  becərilməsi  üzərində  iş,  kimyəvi    reaksiyalarla  yeni  element    və    maddələrin  

alınması və s.  

Mədəniyyət müəssisələrində labarator  məşğələləri  və praktikumlar marağa  görə  təşkil edilir və sırf  

yaradıcılıq  məqsədi daşıyır. Bu  məşğələlərdə yeni bitki növü üzərində iş, yeni texniki yaradıcılıq və s. işlər 

aparılır. 

Kitab  və  müxtəlif  mənbələr  üzərində  iş  həm  biliklərə  müstəqil  yiyələnmə,  həm  də  möhkəmləndirmə 

metodu  kimi  məlumdur.  Bu  üsulla  təhsilin    müxtəlif    mərhələlərində,  həmçinin  təlim  xarakterli  bütün 

fəaliyyət sahələrində geniş istifadə edilir. Təlimin ilk  mərhələlərində kitab üzərində işdən sinifdə və evdə  

istifadə  edilir.  Sinifdə  öyrətmə,  evdə  təkrarlama  və  möhkəmlətmə    vasitəsi  kimi  tətbiq  edilir.  Təlimin 

sonrakı  mərhələlərində  isə  kitabdan  müstəqil  iş  vasitəsi  kimi    istifadə  edilməyə    başlanılır.  Kitab  və  ilk 

mənbələr  üzərində  iş  hər  kəsdən  müəyyən  bacarıq  və  vərdişlərə  malik  olmağı  tələb  edir.  Bu  bacarıq  və 

vərdişlərə  müxtəlif yaddaşlardan istifadə,  sitatlara istinad etmə şərtlərini bilmə, cədvəllərdən istifadə, elmi-

texniki ədəbiyyat oxuma, müxtəlif işarə və   atlaslardan istifadə  və s. daxildir.  

Kitab və ilk mənbələr üzərində iş  insanlara bütün  həyatı  boyunca, fəaliyyəti prosesində lazım olan 

vacib  və  əhəmiyyətli  bir   üsuldur.  Ona  görə  də  təlimin  ilk    günlərindən    başlayaraq  şagird  və  tələbələrdə 

kitab  üzərində    müstəqil    iş  bacarıq  və  vərdişləri    formalaşdırılmalıdır.  Kitab    üzərində    iş  bacarığın  

formalaşdırılmasının insanların gələcək fəaliyyətində böyük əhəmiyyəti vardır. Beləki, bu  təhsilin  bütün  

mərhələlərində  elmi  məlumatları  daha  ətraflı  və  dəqiq    mənimsəmə  üçün,  xüsusi  məqsədli  müstəqil  iş, 

axtarıcılıq işi və onun səmərəliliyini təmin edən mühüm  şərtlərindən biridir. Kitab üzərində iş qaydalarına 

aşağıdakılar aid edilə bilər: öyrədənin izahı ilə kitabda verilənin əlaqələndirilməsi, öyrənilmişlərin təkrarı, 


yarımçıq  öyrənilmiş  materialın  tamamlanması,  çətin  və  anlaşılmayan  ifadə  və    sözlərin    aydınlaşdırılması 

(lüğət üzərində iş), materialın  planlaşdırılması, plan üzrə  materialın  seçilməsi, oxunun şifahi şərhlə ifadəsi. 

Kitab üzərində iş, müəyyən mənada , insanların  fəaliyyətinin  müvəffəqiyyətinin əsasını  təşkil  edir. 

Beləki,    kitabdan  səmərəli  istifadə    qaydalarını  bilən  hər  kəs  həyatda,  müstəqil  fəaliyyətdə    müxtəlif  

mənbələrdən (kitab, maşınlar və yeni  avadanlığı işlətmək və ya  tətbiq etmək üçün verilmiş təlimatlar, arxiv  

materialı, kəşf edilmiş yeniliklər və s.) istifadə edə  bilirlrər. Məsələ, istehsalatda qabağcıl olmaq  dövrün 

iqtisadi  tələblərindən  geri    qalmamaq  elmi-texniki    tərəqqini,    yenilikləri    izləməyi    tələb  edir.  Bu  isə  

sahibkardan və ya  istehsalatçıdan mövcud dövrü  mətbuatı, elmi-texniki  materialları oxuyub dərk etməyi 

tələb edir. Və yaxud mədəniyyət  müəssisələrində təşkil edilmiş dərnəklər özü o zaman səmərəli  nəticə verir 

ki,  iştirakçıların hamısı  mənbələrdən  səmərəli  istifadə edə bilsinlər. 

Ona görə də hələ  təlimin   ilk  mərhələlərindən  başlayaraq  uşaqlarda kitab üzərində işləmə  bacarığı  

formalaşdırılmalıdır.  Bəzən  elə şagird  olur  ki,  onun hafizəsi həddindən  artıq iti  olur, o,  müəllimin  izahını  

bütünlüklə  mənimsəyir və  yadda saxlayır. Ona görə  də o, kitab  oxumur, kitabdan istifadə etmir. Bu cəhət 

müəllimin nəzərindən  qaçmamalı, həmin  şagirdə kitab üzərində  işləmək üçün əlavə  tapşırıqlar verməlidir. 

Əks  halda  həmin    şagirddə  nəinki  kitab  üzərində  iş  bacarığı    formalaşmır,  həmçinin  onda  oxu  vərdişinin  

səviyyəsi aşağı  düşər. 

Kitab  üzərində      ilk  olaraq  mətni  düzgün  başa  düşmək,  qavramaq,  mətn  əsasında  qeydlər  aparmaq 

bacarığı    öyrədilməlidir.  Bura    həmçinin  mətnin  planını  tutmaq,    tezislərlə    konspektləşdirə  bilmək  də 

daxildir. 

Təlimdə  oyun    üsulundan,  əsasən,    məktəbəqədər  təlimdə  geniş  istifadə    edilir.  Oyun    vasitəsilə 

uşaqlara  təbiət  və  cəmiyyət  hadisələri  haqqında  konkret,  təcrübi  məlumatlar  verilir.  Didaktik    oyunların 

nisbətən    mürəkkəb    formalarından    ibtidai  siniflərdə  istifadə  edilir.  Oyun  izah  edilən  məsələ  ətrafında  

üşündürürməklə  yanaşı,  uşaqların    diqqətini  nəinki  yayınmağa    qoymur,  hətta  onları  inkişaf  etdirir. 

Oyunlarla  təlim  həmçinin    materialın  şüurlu    mənimsənilməsinə  onu  həyatla    əlaqələndirilməsinə    imkan 

yaradır,  uşaqlarda    müstəqillik,  fəallıq,  yaradıcılıq    tərbiyə  edir.  K.D.  Uşinski  oyuna  insanların  mənəvi 

formalaşma,  əqli,  iradi  inkişafı    vasitəsi  kimi  baxırdır.  Onun  fikrincə  oyun  uşaqlarda    müstəqillik,  iradə, 

diqqət,  yaradıcılıq,  müxtəlif  qabiliyyətlər  inkişaf  etdirməklə  yanaşı  onların  müəyyən  mənada  gədəcək 

taleyini həll edir: 

Təlimdə oyun  mənimsəməsi   yüngülləşdirir, maraqlı edir və uzun müddət yaddaşda qalmasına səbəb 

olur. Müasir dövrdə dünya didaktikasında oyunla təlimə xüsusi əhəmiyyət verilir. Oyun həmçinin  insanların 

asudə  vaxtlarının  səmərəli  təşkili,  fiziki  inkişaf  və    sağlamlığın  təmini  vasitəsi  kimi  də    əhəmiyyətli    yer 

tutur. Mədəniyyət müəssisələrində müxtəlif dərnəklərdə  süjetlər qurulması, dramlaşdırma, texniki yarışlar, 

idman yarışları oyunla təlimə misal  ola bilər. 

Məsələn  dil  dərnəklərində danışıq dilini  mənimsəmə  məqsədi  ilə dialoq  xarakterli     süjetli  oyunların 

təşkili  zamanı  sözlərin  öyrənilməsi,  tələffüzü  şüurlu  şəkildə,  həyatda  olduğu  kimi  aparılır.  Belə  halda 

öyrənilən material şüurlu mənimsənilməklə yanaşı daha  möhkəm yadda qalır. Çünki oyun vasitəsi ilə yadda 

saxlama şəraiti, ona təsir edən amillər daha səmərəli təşkil edilir (adamların  tələffüz tərzi,   cestləri,  ifadə 

tərzləri, hətta  buraxdıqları səhvləri).  

Texniki  yarış  xarakterli  oyunlarda  dərnəklər  üzvü  həm  işini    bilavasitə tətbiq edir,   səhvlərini  görür, 

yeniliyin əhəmiyyətini dərk edir. 

Beləliklə oyunla təlim işi öyrətmənin və  öyrənmənin bütün  mərhələlərində səmərəli təlim üsulu kimi 

çıxış edir. Onun  müvəffəqiyyəti isə öyrədənin pedaqoji ustalığı və  bacarığından çox asılıdır. 

Biliklər,  bacarıq  və  vərdişlər  formalaşdırılması  və  möhkəmləndirilməsi  metodlarından  biri  də 

çalışmalar və məsələlərdir. 

Çalışmalar müxtəlif  olub, təlim  materialının  məzmunundan asılıdır. Məsələn riyaziyyat üçün məsələ 

və  misal  həlli,  dil  dərsləri  üçün  qrammatik  və  üslub    cəhətdən  düzgün    yazı  çalışmaları;  kimya  və  fizika 

fənləri üzrə məsələ və misal həlli,  labarator çalışmalar və s. spesifik çalışmalar  hesab edilir.  Çalışmalar 

vasitəsilə  biliklərin  şüurluluğu,  tətbiqi  təmin  edilir,  öyrənilmiş    materiallar  hafizədə    daha  da  

möhkəmləndirilir. Çalışmaların müvəffəqiyyətli  icrasına  verilən əsas tələbələr  şüurluluq və  ardıcılılıqdır. 

Çalışmanı icra edən hər kəsə bu prosesdəki təlim məqsədi, çalışmanın şərti və onun  həlli ardıcılığı aydın  

olmalıdır.  Təlim    materialın  məzmunundan  asılı  olaraq    çalışmaların  məzmunu  da  getdikcə  

mürəkkəbləşdirilməlidir.  Hər  dəfə  yeni    öyrənilmiş  materiala  aid  verilən  çalışmalarda  yaradıjılıq  və  

müstəqillik  elementləri  olmalı,  öyrənənə  yenini  ona  məlum  biliklər  sisteminə  daxil  etmə  şəraiti  və  imkan  

yaradılmalıdır.  Çalışmaların  rəngarəngliyi  və  müxtəlifliyi  də  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  çalışmaları  

maraqlı edir və təlimdə  yeknəsəkliyi aradan  qaldırır. Eyni  çalışmanın müxtəlif  variantlarda həlli də təlimi  

maraqlı və  şüurlu edir. Çalışmaların tərtibi və seçilməsində sistematiklik də əhəmiyyətli yer tutur. Beləki 

çalışmaların getdikcə çətinlik dərəcəsi artırılması, idraki  fəallıq  gücləndirilməsidir. 


 Müstəqillik  insanların  heç    kəsin,  heç  bir  kənar  şəxsin    təsir  və    müdaxiləsi    olmadan,  mövcud 

situasiyaya üyğun fəaliyyət üsulu seçərək sərbəst hərəkət etmə xassəsidir,  keyfiyyətidir. Təlim prosesində 

müstəqilliyin  inkişafı,  öyrənənlərin  müstəqilliyə    alışdırılması  təlimin  mənimsəmə  səviyyəsini  artırmaqla 

yanaşı  insanların həyata şüurlu yaradıcı kimi  hazırlanmasını da təmin edir. Müstəqil şəxs həyatda qarşısına 

çıxan problemi həll etdikdə  çaşmır, özünü itirmir, düşündüyü vəziyyətdən çıxmaq üçün, mövcud problemi 

həll etmək üçün yollar  axtarır. Böyüyən nəsldə müstəqillik  tərbiyə edilməsi daha da çox  aktuallıq  tələb 

edir.  Beləki    müasir  elmi-texniki  tərəqqi  insanlardan    müstəqillik,  yeniliklərin  fəaliyyətlərinə  tətbiqində 

sərbəstlik və yaradıjılıq tələb edir.Bu isə müasir  fasiləsiz təhsil sistemi təmin edir. Məhz təhsil vasitəsilə hər 

bir  yeniyetmə  və  gənclər  təcrubi  və  psixoloji  cəhətdən    daima  öyrənməyə,  yeni    biliklərə    yiyələnmə 

meylinə,    öyrəndiklərini    fəaliyyətləri  tətbiq  edə    bilməyə    hazırlanırlar.  Bu  cəhət    həmçinin  təhsilin  

həyatiliyini təmin edən əsas  şərtlərdən biridir. 

Təlimin  problemləşdirilməsi  də  müasir  dövrün  aktual  təlim    üsullarından  biridir.  Təlimin  

problemləşdirilməsi öyrətmə prosesində  problemlilik şəraiti yarammağı əhatə edir. Öyrətmənin səmərəliyi 

öyrənənlərin yüksək  fəallığı,  faktları müstəqil analiz,  ümumiləşdirmə, nətijələr  çıxarma şəraitində daha 

yüksək  səviyyədə  keçir.  Yəni  yeni  material  öyrədənlərin  nə  qədər  yüksək  idraki  fəallığı,    tədqiqatcılığı, 

təhlil  tərkib  aparmaları  əsasında    aparılarsa  mənimsəmə  bir  o  qədər  yüksək  səviyyədə  keçər.  Bu  işə 

problemli suallar sistemi, şüurlu sual və tapşırıqların icrası şəraitinin  yaradılması vasitəsilə həyata keçirilə 

bilər.  Belə  yolla  mənimsəmə  prosesində  öyrənənlərin  fəallığı  üstünlük  təşkil  edir.  Bu  zaman  öyrədən 

problemli  suallar  əsasında  öyrənənləri    tədqiqatçılığa,  problemi  müstəqil  həll  etməyə  çəlb  edir. 

Öyrədən(müəllim,  təlimatçı,  dərnək  rəhbəri  və  s.)  düşündürücü  suallar  vasitəsilə  öyrənənləri    problemi 

açmağa  doğru  aparır,  onlara  “bələdçilik”  edir.  Belə  vəziyyətdə  mənimsəmə  prosesində  (müəllimin) 

öyrədənin  izahına  az ehtiyac qalır. Materiala aid  müstəqil məsələ və  misalların, tapşırıq və  sualların həlli 

zamanı  öyrədənin  izahına ehtiyac yaranır. Belə mənimsəmə üsulu  evristik  mənimsətmə üsulları adlanır. 

Problemli  evristik yolla mənimsəmə zamanı öyrədən öyrənənlərin fəal iştirakı ilə yenini “kəşf” etdirir. Yeni 

öyrədənin həll edilməli məsələyə aid  ümumiləşdirmələr vasitəsilə  fəallaşdırdığı məlum faktlar əsasında üzə  

çıxarılır.  Öyrənənlərə  məlum    faktlar  məntiqi,    evristik  suallar    vasitəsilə  elə    məharətlə    fəallaşdırılır  ki, 

öyrənənlər özləri bu məlum faktları yeni ilə, “ problemlə”  əlaqələndirərək onun  mahiyyətini aça  bilirlər. 

Bu  proses  həmçinin,  müəyyən  mənada,  tədqiqatçılıq   prosesidir.  Belə    mənimsəmə  prosesində  öyrənənlər 

hələ kiçik  yaşlarından  tədqiqatçılığa  alışırlar. 

 Öyrənənlərdə  qarşıya  çıxan  problemləri,    tapşırıqları  müstəqil  həll  etmə    bacarığı      formalaşdırılır. 

Deməli həm idraki fəallıq təmin edilir, həm də həyat üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırılır. 

Bu isə müasir dövrdə təlimə  verilən ən aktual  tələblərdən  biridir. 

Problemli  tədqiqatcılıq  təlimin  son    mərhələlərində  problemli  proqramlaşdırma  ilə  paralel    aparılır. 

Daha  doğrusu  problemli  –  proqramlaşdırma  da  təlimin  digər    problemli  üsulları  kimi  idraki  fəallığı  və  

müstəqilliyi təmin edən təlim üsullarından biridir. Proqramlaşdırılmış təlimi   müasir pedaqoq, psixoloq və 

qibernetiklər  təşkil    etmişlər.  Təlimin  bu  növü    öyrənənlərin  xüsusən  də  şagirdlərin  şüurlu  fəaliyyətinin 

səmərəliyini  artırır.  Proqramlaşdırılmış  təlimin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  öyrənənlər  xüsusi  təşkil 

edilmiş proqramlar və texniki  vasitələrdən istifadə edərək yenini  özü  tapa  bilir. Ona görə də ona yeni bilik 

və  bacarıqlara müstəqil yiyələnmə  vasitəsi kimi  baxılır. 

Proqramlaşdırılmış təlimə  özüntəhsil vasitəsi, proqramlaşdırma  vəsaitlərinə isə özü öyrədən, müstəqil 

öyrənmə  vasitəsi kimi  baxmaq olar. Təlim üsulu kimi proqramlaşdırmaya təlimin,  öyrətmənin müstəqil 

tipi kimi çıxış etmir, tapşırıqların sistemli  proqramlaşdırılması  yollarını əhatə edir.  

Problemli  –proqramlaşdırma  üsulu  təlimdə  problemliyin    hesaba  alınması,    məlum  biliklərə  istinad  

edilməsi,  öyrənənlərin  yaradıjılığının təmin edilməsi və s. üzərində qurulur. Mədəniyyət ve qeyri  təhsil  

müəssisələrində proqramlaşdırma əsas təlim  üsulu kimi tətbiq  edilir. Çünki bu  müəssisələrdə həll ediləcək 

təlim  işi,  əksər  hallarda,  problem  kimi  qarşıya  çıxır  onun    həlli  müəyyən    proqramlaşdırmalar  əsasında 

aparılır.  Bu  üsula  mənimsəmə  səviyyəsi    problemin  müstəqil  həll  etmə  imkanları  və  situasiyasından  asılı 

olur. Problemli proqramlaşdırma  metodunun tətbiqi  prosesində təlimin digər  metodlarından istifadə edilir. 

Proqramlaşdırma aşağıdakı şəkildə tətbiq edilir. Beləki,  hərbir məsələ,  tapşırıq işin müəyyən mərhələsini 

təşkil edir. Hər bir  mərhələ də sual , cavab, tapşırıq və s. şəkildə  öyrənilən materialın müəyyən hissəsini 

təşkil edir. Bu mərhələlər suallara hazır cavab şəklində və yaxud da düzgün  cavabı yoxlama şəklində tərtib  

edilir. 


Təlim üsulları bir  biri ilə  qarşılıqlı əlaqədədir. Beləki, təlimin, öyrədiləcək materialın məzmunundan 

asılı olaraq təlim üsulları  tərzi formasında çıxış edir. Yəni bir  materialın  öyrədilməsi prosesində yalnız bir 

təlim üsullarından istifadə  edilmir. Bir üsul  aparıcı, həlledici rol oynayır, digərləri isə təlim  məqsədinin  

muvəffəqiyyətlə  icrasına kömək  edən tərzlər kimi çıxış edir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin