Mövzu 9. Beynəlxalq avtomobil daşımaları
Beynəlxalq avtomobil daşımaları anlayışı və xüsusiyyətləri.
Dünya avtomobil parkı.
Beynəlxalq avtomobil nəqliyyatı sistemini və beynəlxalq avtomobil daşımalarını tənzimləyən mühüm təşkilatlar və sənədlər.
Yol hərəkəti haqqında Vyana Konversiyasına (8 noyabr 1968) əlavə Avropa Sazişi. 9.5. Böyük İpək Yolu.
9.1. Beynəlxalq avtomobil daşımaları anlayışı və
xüsusiyyətləri
Beynəlxalq avtomobil daşımalarının mahiyyəti – beynəlxalq ticarət əməliyyatlarının beynəlxalq nəqliyyat təminatının tərkib hissəsi kimi olmaqla, mal və məhsulların istehsalçıdan istehlakçıya, beynəlxalq anlayışda isə ixracatçıtdan idxalçıya çatdırılması proseslərini təşkil edən beynəlxalq avtomobil nəqliyyat sistemi kimi təzahür edir.
Beynəlxalq avtomoibil daşımaları beynəlxalq nəqliyyat əməliyyatlarının mobil vasitələrindən biri kimi çıxış edir və əsasən beynəlxalq yüklərin “qapıdan qapıya” çatdırılması prinsipi ilə fəaliyyət göstərir. Bu nəqliyyat növü manevr etmək qabiliyyəti, operativ qəbul edilmiş beynəlxalq yük daşıması sövdələşmələrinin dərhal icrasına başlamaq imkanı, yəni yüklərin nisbətən yüksək sürətlə təyinatı üzrə çatdırmaq potensialı vardır. Avtomobil nəqliyyatının mühüm xüsusiyyətlərindən biri də, onun digər nəqliyyat vasitələrinin olmadığı ərazilərdə çevik manevr etmək imkanı ilə izah olunur.
Dünya nəqliyyat sistemi əhali ilə təmasda daha çox olan avtomobil nəqliyyatının şəhərlər və regionlar arası əlaqələrinin nəqliyyat sisteminin formalaşmasında və nəqliyyat təminatının təşkilində rolu böyükdür. XXI əsrin birinci onilliyindən sonrakı dövrdə dünya üzrə hərəkətdə olan yük maşınlarının sayı 190 mln. və minik maşınlarının sayı isə 610 mln. ədəd təşkil etmişdir.
Dünya avtomobil nəqliyyatı sisteminin əsas infrastruktur obyekti kimi avtomobil yolları – xüsusi əhəmiyyət daşıyırlar. Avtomobil nəqliyyatı yolu nisbətən daha çox olan 10 ölkəyə - ABŞ (6320 min km.), Hindistan (3360), Braziliya (2020), Çin Xalq Respublikası (1360), Yaponiya (1165), Rusiya (923), Kanada (917), Fransa (913), Avstraliya (816) və Almaniya (663) daxildirlər.
Müasir dövrdə dünya üzrə beynəlxalq avtomobil yükdaşımaların coğrafiyası genişlənməkdədir. Son 20 ildə yeni dövlətlərin yaranması, milli iqtisadiyyatların beynəlmilləşməsinin sürətlənməsi, ölkələr və regionlararası mal mübadilələrin artması, bu nəqliyyat növündən istifadəni genişləndirməyə imkan verən amillərdəndir. Avtomobil nəqliyyatı ilə daşınan yük dövriyyəsinə görə ilk beşlikdə yer tutan ölkələrə ABŞ (1470 mlrd. t/km), Yaponiya (332), Almaniya (305), İtaliya (208) və İspaniya (198) daxildirlər. Fransa, Türkiyə, Meksika və Böyük Britaniya kimi dövlətlərdə də daşınan yük dövriyyəsində avtomobil nəqliyyatının rolu böyükdür.
Dostları ilə paylaş: |