Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Yol hərəkəti haqqında Vyana Konversiyasına (8 noyabr 1968) əlavə Avropa Sazişi



Yüklə 175,75 Kb.
səhifə96/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   170
SDU nəqliyyat

9.4. Yol hərəkəti haqqında Vyana Konversiyasına (8 noyabr 1968) əlavə Avropa Sazişi

Bu Saziş – 01 may 1971-ci ildə Cenevrədə qəbul edilmişdir.



Sazişin əsas missiyası – Avropada yol hərəkəti qaydalarının nizamlanmasının təkmilləşdirilməsi və bu qaydaların Avropa ölkələrində eyniləşdirilməsinin təmin olunmasıdır. Digər mühüm bir missiya kimi ətraf mühitin qotunmasının yüksək standartlar səviyyəsinə qaldırılması qeyd olunmuşdur.

Sazişdə 3500 kq-dan çox çəkisi olan (sürücüdən əlavə 8 nəfər sərnişin daşıya bilən avtomobillər istisna olmaqla) avtomobillərin səs və çirkləndirici məmulatların atılmasına qarşı olan texniki standartlara görə konkret tələblər qoyulmuşdur.

Sazişin 5-ci bəndində qeyd olunur ki, sürücü yol hərəkəti qaydalarına elə nəzarət etməlidir ki, nəqliyyat vasitəsinin idarə edilmə rejimindən kənara çıxması mümkün olmasın. 6-cı bəndə əlavələrdə milli nəqliyyat qanunvericiliyində alkoqolun təsiri altında avtomobil idarə etməyin icazə həddi müəyyənləşdirilmişdir. Qanda alkoqolun maksimum həddi 0,80 q/litr, udulan havada isə 0,40 mq/litr razılaşdırılmışdır.

Konvensiyanın 13-cü maddəsinin birinci bəndindəki dəyişikliklərə əsasən, sürətin dəyişməsi zamanı yolun relyefinin, coğrafi xüsusiyyətərinin, hərəkətin intensivliyini nəzərə alınması bildirilmişdir. Konvensiyanın 14-cü maddəsinin birinci bəndinə əsasən sürücünün manevr zamanı spasifik hallar nəzərə alınmışdır. Konvensiyanın 25-ci maddəsinin birinci bəndinə görə avtomagistral yollarda piyadaların, heyvanların, velosipedlərin hərəkəti qadağan olunur. Bu yollarda nəqliyyat vasitələrin saxlanması da qadağandır (xüsusi yerlər istisna olmaqla).




Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin