9.3. Beynəlxalq avtomobil nəqliyyatı sistemini və beynəlxalq avtomobil daşımalarını tənzimləyən mühüm təşkilatlar və sənədlər
Beynəlxalq nəqliyyat sistemində avtomobil daşımaları xüsusi önəm kəsb edir və intensivliyi ilə xeyli fərqlənir. Bununla bağlı beynəlxalq avtomobil nəqliyyatı sistemi üzrə qaydaların beynəlxalq səviyyədə razılaşdırılması və bu sahədə dünya dövlətlərinin siyasətinin yaxınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq avtomobil yük daşımalarının hüquqi tənzimlənməsi əsas etibarı ilə 1956-cı ildə qəbul edilmiş “Beynəlxlaq yükdaşıması müqaviləsi haqqında Konvensiya“ ilə həyata keçirilir. Bundan əlavə, 1959-cu ildə qəbul edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma sahəsində Gömrük Konvensiyası” mövcuddur. Bunlarla bərabər beynəlxalq avtomobil nəqliyyatı əməliyyatlarının tənzimlənməsi üzrə bir sıra Konvensiya və Sazişlər qüvvədədir:
Beynəlxalq yük daşınması üçün istifadə olunan nəqliyyat vasitələrinə görə vergi ödənilməsi haqqında Konvensiya
(1956-cı il);
Yol hərəkəti haqqında Konvensiya (1968-ci il);
Yol nişanları və işarələti haqqında Protokol (1949-cu il);
Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi (1975-ci il);
Sürücülərin iş və istirahət rejimini müəyyən edən beynəlxalq Sazişlər( 1970-ci il).
Beynəlxalq avtomobil daşımalarının daha səmərəli təşkili, bu istiqamətdə beynəlxalq nəqliyyat əməliyyatlarının effektivliyinin artırılması üçün bir çox beynəlxalq təşkilatlar yaradılmışdır:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (1948-ci il);
Beynəlxalq Avtonəqliyyat Federasiyası (1948-ci il);