10.1. Boru kəmərləri anlayışı və onun mühüm aspektləri
Magistral boru kəmərləri maye və qaz halında kütləvi yüklərin daşınmasında ən ucuz və sərfəli nəqliyyat növüdür. Hələ vaxtilə-1907-ci ildə Bakı–Batumi neft kəmərinin tikintisi baş tutmuşdur. Bu kəmərin diametri 100 mm. olmuşdur. XX əsrin 7090-cı illərində boru kəmərləri vasitəsi ilə neft və qaz kəmərin çəkilişi istənilən ərazidən, o cümlədən su manelərindən də keçmək imkanlarına malikdir;
boru kəməri nəqliyyatının infrastukturunun yaradılmasına çəkilən xərclər, dəniz yolu və avtomobil yolu ilə müqayisədə ilkin olaraq iki dəfə ucuz başa gəlir;
boru kəməri nəqliyyatının istismarı iqlim və hava şəraitindən asılı olmayaraq, fasiləsiz davam etdirilir;
boru kəmərlərinin germetikliyi bu nəqliyyat növü üzrə daşınan yüklərin itkisinin qarşısını alır;
boru kəmərlərinin avtomatik idarə edilməsi, xidmət personalının azlığı xidmət xərclərinin xeyli aşagı salmasına çərait yaradır;
boru kəməri nəqliyyatının maya dəyəri dəmir yolu nəqliyyatına nisbətən üç dəfə aşağıdır.