Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


TRASEKA Hökümətlərarası Komissiyasının Daimi Katibliyi-



Yüklə 175,75 Kb.
səhifə100/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   170
SDU nəqliyyat

TRASEKA Hökümətlərarası Komissiyasının Daimi Katibliyi- 2001-ci ilin fevral ayının 21-dən Bakı şəhərində fəaliyyətə başlamışdır. Katibliyin əsas vəzifəsinə TRASEKA Proqramı üzrə nəqliyyat dəhlizinin yük axınının artırılması, nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması, avtomobil magistrallarının, dəmiryolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının istismar hazırlığı səviyyəsinin yüksəldilməsi, beynəlxalq nəqliyyat yollarının keyfiyyətinin və təhlükəsizliyinin artırılması, beynəlxalq nəqliyyat hüquqi mexanizmlərinin təkmilləşdirilməsi və s. məsələlər üzrə üzv dövlətlərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək və nizamlamaqdır.

Avropa İttifaqı, Qara və Xəzər Dənizləri Hövzəsi və həmsərhəd ölkələrin nəqliyyat və enerji üzrə Nazirlər Konfransı (“Bakı prosesi”) – 2004-cü ilin noyabr ayının 13-14də Bakı şəhərində keçirilmişdir. Həmin Konfransda dörd İşçi Qrupu yaradılmışdır.

  • İnfrastruktur üzrə İşçi Qrupu;

  • Təhlükəsizlik üzrə İşçi Qrupu;

  • Mülki Aviasiya üzrə İşçi Qrupu;

  • Avtomobil və Dəmir Yolu Nəqliyyatı üzrə İşçi qrupu.

TRASEKA nəqliyyat dəhlizi üzrə görülən beynəlxalq səviyyəli tədbirlər artıq öz nəticəsini verməkdədir. Təkcə dəniz nəqliyyatı vasitəsilə TRASEKA dəhlizində son illərdə yük daşımaların orta illik həcmi 12 milyon tondan çox olmuşdur. Yaxın perspektivdə Azərbaycanın Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanının tikintisinin başa çatdırılması dəniz nəqliyyatının Şərq- Qərb beynəlxalq nəqliyyat dəhlizində fəaliyyətinin daha da genişlənməsinə əhəmiyyətli stimul verəcəkdir.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin