TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan 8 ölkə bunlardır: Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan , Tacikistan, Türkmənitan və Özbəkistan. TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya
Dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş “nin imzalanması və bu haqqda Bakı Bəyannaməsi- 1998-ci il sentyabr ayının 7-8 də Bakı şəhərində Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfransda baş tutmuşdur. Bu tədbirdə 9 ölkənin – Azərbaycan, Bolqaristan, Gürcüstan, Qirğizistan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları iştirak etmişlər. Bundan əlavə, Konfransın işində 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətləri qeydə alınmışdır.