Sığorta haqları bəyannaməsi” barədə BİLDİRİŞ



Yüklə 16,34 Kb.
tarix14.12.2022
ölçüsü16,34 Kb.
#74736
2206020394725000-Bildiris


2022-ci il 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan
vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi
sığorta haqları bəyannaməsi” barədə
BİLDİRİŞ

Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, tərəfinizdən 2022-ci ilin 3-cü rüb hesabat dövrü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsi (hesabatını) göstəricisiz təqdim edilmişdir (və ya ümumiyyətlə təqdim edilməmişdir).


Qeyd olunan kənarlaşmaların yaranmasına səbəb olan hallar barədə izahat məktubu və təsdiqedici sənədləri və ya müvafiq dövr üzrə dəqiqləşdirilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsini (bəyannamə təqdim edilmədiyi halda cari bəyannaməni) 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etməyinizi Sizdən xahiş edirik.
Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına ( www.taxes.gov.az ), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi,
baş vergi xidməti müşaviri Səməd Vəliyev
Yüklə 16,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin