8.4. Beynəlxalq hava nəqliyyatının əsas hüquqi sənədləri
Beynəlxalq hava nəqliyyatı üzrə hüququn əsasında beynəlxalq hava məkanı üzrə münasibətlərin tənzimlənməsi, hava marşrutlarının təhlükəsizliyinin təmin olunması və bu marşrutlar üzrə rejimi müəyyənləşdirən qaydalar dayanır.
Beynəlxalq hava hüquqi bazasına əsasən aşağıdakılar daxildir:
Çikaqo konvensiyası (1944-cü il, dövlətlər arasında Beynəlxalq mülki aviasiya üzrə münasibətləri tənzimləyir);
Varşava konvensiyası (1929-cu il, bir sıra beynəlxalq hava daşımaları sazişlərini eyniləşdirmişdir);
Haaqa protokolu (1955-ci il, Varşava konvensiyasına əlavələr olunmuşdur);
Qvadalaxar konvensiyası (1961-ci il, yüklərin icarə əsasında götürülmüş hava gəmiləri vasitəsi ilə daşınmasına icazə verir);
Roma konvensiyası (1962-ci il, istənilən bir dövlətin ərazisində sərnişin və aviakompaniyalara dəyən zərərin ödənilməsi haqqında Qərar);
Tokio konvensiyası (1963-cü il, hava gəmisinin salonunda baş vermiş hüquqi pozuntular və bu qaydaları pozanların cəzalandırılması barədə);
Haaqa konvensiyası (1970-ci il, hava gəmisinin işinə qeyriqanuni müdaxilə etmək və onu ələ keçirənlərə qarşı mübarizə haqqında, 151 dövlət tərəfindən imzalanıb);
Monreal konvensiyası (1971-ci il, hava gəmilərinin qeyrqanuni ələ keçirilməsi aktlarına qarşı mübarizə haqqında).
Dostları ilə paylaş: |