8.3. Beynəlxalq hava daşımalarının hüquqi mənbələri
Beynəlxalq hava daşımalarının ölkələr üzrə və bütövlükdə dünya miqyasında hüquqi mənbələrinin mükəmməl, səlis və dəqiq olması mühüm əhəmiyyət daşıyır. Bu sahədə qanunvericilik mənbələri kimi aşağıdakılar çıxış edirlər: hava gəmisindən istifadə üzrə qaydalar;
hava naviqasiyasının həyata keçirilməsinin nizamlanması, onun əsas prinsipləri, hava gəmilərinə texniki xidmətin göstərilməsi və hava təhlükəsizliyinin təmin edilməsi;
sərnişinlərin, baqaj və yüklərin hava daşınmasının təşkili və həyata keçirilməsini nizamlayan Varşava konvensiyası;
sərnişinlərin daşınması üzrə Avropa İttifaqının tarifləri, beynəlxalq avia qaimələr;
ölkələrin daxili qanunvericilik aktları;
hava nəqliyyatı üzrə beynəlxalq təşkilatların qəbul etdiyi ümumi qaydalar və s.
Dostları ilə paylaş: |