Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

N.N.Baranski (1881-1963) və onun şagirdləri iqtisadi və sosial coğrafi obyektlərin (şəhərlər, rayonlar, olkələr) 

oyrənilməsini, bu obyektlərin coğrafi movqeyini, başqa obyektlərə munasibətini, iqtisadi coğrafi təsir dairələrini və 

s.  kimi  məsələləri  muəyyənləşdirməyi  və  onları  sosial  –  iqtisadi  xəritələrin  tərtibi  ilə  başa  catdırmağı  zəruri  hesab 

edirdilər.  

Baranski-Kolosovski-Vitver məktəbi ərazi sosial-iqtisadi sistemlərini, onları əhatə edən coğrafi muhitlə uzvu surətdə 

əlaqədə  oyrənir.  Təbii  ehtiyatları  və  istehsalda  istifadə  edilən  təbii  prosesləri  həmin  sistemlərin  maddi-texniki  bazasına 

daxil  edirdilər.  Baranski-Kolosovski-Vitver  məktəbi  həm  də  ozunun  konstruktivliyi  ilə  oyrənilən  sistemlərə  onların 

inkişafı  və  perspektivliyi  baxımından  yanaşılması  ilə  fərqlənir.  Bu  məktəbin  numayəndələri  tərəfindən  aparılan 

tədqiqatların əksəriyyəti istehsalın və əhalinin ərazi uzrə təşkili haqqında elmi surətdə əsaslandırılmış təkliflər və dovlətin 

qəbul etdiyi qərarlarla nəticələnmişdir.  

Gorkəmli  coğrafiyacı  N.N.Baranskinin  1924-cu  ildə  yazdığı  «SSRİ-nin  iqtisadi  coğrafiyası»  kitabı  iqtisadi 

coğrafiyanın inkişafında boyuk əhəmiyyət kəsb etdi və 1926-cı ildən məktəblərdə dərslik kimi istifadə edildi. Həmin 

kitab  iqtisadi  coğrafiyanın  elmi  əsaslarla  yenidən  qurulmasına  və  təkmilləşməsinə  səbəb  oldu.  Baranski  iqtisadi 

coğrafiyanın  yeni  sahəsini  yaratmışdır.  Bu  da  məhsuldar  quvvələrin  ərazi  uzlaşmalarının  (komplekslərinin) 

qanunlarını oyrənir.  

N.N.Baranski coğrafi ərazi əmək bolgusunə xususi fikir vermiş, muqayisə metodunun tətbiqi ilə iqtisadi rayonların 

səmərəliliyini  kəmiyyət  və  keyfiyyətcə  təhlil  etmiş,  bununla  da  iqtisadi  coğrafiyanı  təsviri  elmdən  dəqiq  elmə  cevirmiş, 

onu  sistemli  təhlillə  zənginləşdirmişdir.  Baranski  subut  etmişdir  ki,  coğrafi  əmək  bolgusu  iqtisadi  coğrafiyada  sistemli 



təhlilin  əsası  olmaqla,  sosial-iqtisadi  ərazi  sistemlərinin  inkişafında  bir  nov  hərəkətverici  mexanizm  rolunu  oynayır.  O 

qeyd  edir  ki,  butovun  hər  cur  dəyişməsi  istər  kəmiyyətcə,  istərsə  də  keyfiyyətcə,  bu  və  ya  digər  dərəcədə  onun  tərkib 

hissəsinə təsir edir. Coğrafi əmək bolgusu həmin dəyişiklikləri bir yerdən başqa yerə kecirən mexanizmdir.  

Baranski muxtəlif olkələrin iqtisadi rayonlarının oyrənilməsinə boyuk diqqət yetirərək muqayisə və kartoqrafik 

metodlardan  geniş  istifadə  edirdi.  O,  belə  hesab  edirdi  ki,  rayonların  xususiyyətlərini  aydınlaşdırarkən  onların 

«ozulunə-əsasına»  (nəqliyyat  şəbəkəsinə  və  şəhərlərə)  həlledici  yer  vermək  lazımdır.  Baranski  şəhərlərin  iqtisadi-

coğrafi cəhətdən oyrənilməsi metodlarını işləyib hazırlamışdır.  

Baranskinin  iki  cildli  secilmiş  əsərləri  1983-cu  ildə  nəşr  edildi.  Bu  kulliyyatda  «İqtisadi  coğrafiya»,  «İqtisadi 

kartoqrafiya»,  «Orta  məktəblərdə  iqtisadi  coğrafiya  və  iqtisadi  kartoqrafiyanın  tədrisi  metodikası»  kimi  qiymətli 

əsərləri toplanmışdır.  

Baranskinin  rəhbərliyi  ilə  SSRİ  Coğrafiya  Cəmiyyətinin  Moskva  şobəsi  yaradılmışdır.  Bu  şobə  «Voprosı 

qeoqrafii» adlı illik toplu buraxırdı. Bu topluda vacib problemlərin həllinə dair Moskva alimlərinin məqalələri cap 

edilirdi.  

Onun təşəbbusu ilə 1934-cu ildən «Məktəb coğrafiyası» («Qeoqrafiya v şkole») jurnalı nəşr edilir. Bu jurnalın 

coğrafiyanın tədrisində və coğrafiya elminin inkişafında cox boyuk rolu olmuş və olmaqdadır. 1934-1948-ci illərdə 

həmin jurnalın redaktoru N.N.Baranskinin ozu olmuşdur.  

N.N.Baranskinin  ən  yaxın  əməkdaşlarından  olan  N.N.Kolosovski  (1891-1954)  birinci  beşillik  planın 

tərtibcilərindəndir. O, iqtisadi rayonların kompleks quruculuq işlərinin layihələrini hazırlamışdır.  

1940-cı  illərin  sonunda  Baranski  onu  MDU-ya  dəvət  etmişdir.  Alim  burada  iqtisadi  rayonlaşdırma  kursunu 

yaratmış  və  ilk  dəfə  onun  tədrisinə  başlamışdır.  Onun  iqtisadi  rayonlaşdırma  nəzəriyyəsi  indi  də  ali  məktəblərdə 

tədris olunur.  

Kolosovski olkədə ilk dəfə ərazi-istehsal kompleksləri (ƏİK) nəzəriyyəsini irəli surmuşdur. Onun hazırladığı planlar 

əsasında Ural-Kuznetsk kombinatı (kompleksi)  yaradılmışdır. O,  ərazi-istehsal kompleksləri  (ƏİK) dedikdə, cəmiyyətdə 

muəyyən ictimai əməyin təşkilinin coğrafi və texniki formasını başa duşurdu. Bu forma enerji və maşınla təmin edilmiş, 

muəyyən təbii sərvətlərin uyğunluğu olan, bir-birini tamamlayan istehsal obyektlərinin ərazi butovluyudur. ƏİK-lər vahid 

ərazi-istehsal sistemi olub bu sistemə daxil olan elementlərin (muəssisələrin) bir-birilə əlaqəsindən yaranan ərazi birliyidir. 

Belə  ƏİK  təşkili  və  inkişafı  oradakı  movcud  enerji  –  istehsal  silsilələrinin  inkişaf  səviyyəsindən  asılıdır.  Beləliklə  o, 

iqtisadi  coğrafiyaya  ərazi  istehsalat  kompleksləri,  enerji  istehsal  silsilələri  (EİS)  iqtisadi  rayonların  təşkili  kimi  muhum 

coğrafi anlayışlarını gətirmişdir.  

N.N.Baranskinin  tələbəsi  və  iqtisadi  coğrafiyanın  nəzəri  problemlərinin  tədqiqatcısı,  iqtisadi  coğrafi 

mərkəzlərin  təşkilatcılarından  biri  də  Y.Q.Sauşkin  (1911-1982)  olmuşdur.  O,  Baranskidən  sonra  25  ildən  artıq 

MDU-da SSRİ-nin iqtisadi coğrafiyası kafedrasına rəhbərlik etmişdir.  

Y.Q.Sauşkin  «Coğrafi  ocerklər»,  «Moskva»,  «İqtisadi  coğrafiyaya  giriş»,  «Coğrafiyanın  tarixi 

metodologiyası»,  «Coğrafiya  elminin  kecmişi,  bu  gunu  və  gələcəyi»,  «İqtisadi  coğrafiyanın  tarixi,  metodları  və 

praktikası»  adlı  qiymətli  əsərlər  yazmış,  kecmiş  Sovet  İttifaqının  muxtəlif  rayonları  ucun  yuksək  ixtisaslı  kadrlar 

hazırlamışdır.  

Y.Q.Sauşkində mahir təşkilatcılıq qabiliyyəti vardı. O, coğrafiyanın muxtəlif problemlərinin həlli ucun kecmiş 

Sovet  İttifaqında  kecirilmiş  simpoziumların,  elmi  sessiyaların  təşəbbuskarı  və  rəhbəri  olmuşdur.  İqtisadi  coğrafi 

tədqiqatlarda riyazi metodlardan geniş istifadə edilməsi novator alimin adı ilə bağlıdır.  

N.N.Baranskinin  MDU-da  ən  yaxın  əməkdaşlarından  olan  və  onunla  birlikdə  pedaqoji  fəaliyyətə  başlamış 

İ.A.Vitverin  də  (1891-1956)  MDB  məkanında  iqtisadi  coğrafiyanın  yaranmasında  xidmətləri  boyukdur.  O,  ali  və  orta 

məktəblərdə xarici olkələrin iqtisadi coğrafiya kursunun tədrisinin əsasını qoymuş, «Xarici olkələrin iqtisadi coğrafiyası» 

dərsliyini yazmışdır. Tədris ədəbiyyatı kimi qiymətli olan bu əsər 16 dəfə yenidən nəşr edilmişdir. Vitver bir sıra olkələrin 

coğrafiyası haqqında maraqlı əsərlər nəşr etdirmiş, Moskva Universitetində xarici olkələrin coğrafiyası kafedrasını təşkil 

etmişdir. Geniş dunya goruşunə malik, mədəni, bilikli və təşkilatcı bir alim olmuşdur.  

Kecmiş  sovetlərin  iqtisadi  coğrafiyasının  qocaman  alimlərindən  biri  R.M.Kabo  (1887-1957)  uzun  muddət 

Moskva  Pedaqoji  İnstitutunun  professoru  olmuşdur.  Əhali  coğrafiyasının  tədqiqatcısı  kimi  tanınan  R.M.Kabo 

Moskva  ali  məktəblərində  bu  elm  sahəsi  uzrə  muhazirələr  oxumuşdur.  Onun  «Təbiət  və  insan,  onların  qarşılıqlı 

munasibəti»,  «Sosial və  mədəni coğrafiya»,  «Qərbi Sibirin  şəhərləri»,  «Tarixi-iqtisadi-coğrafi ocerklər» və  s. kimi 

əhəmiyyətli  əsərləri  vardır.  Muasir  iqtisadi  və  sosial  coğrafiya  coxsahəli,  geniş  diapazonlu  elmə  cevrilmişdir. 

A.N.Rakitnikov  və  K.İ.İvanov  tərəfindən  əsası  qoyulmuş  kənd  təsərrufatı  coğrafiyasında,  İ.V.Stepanov  və  A.T.Xruşşov 

tərəfindən  yaradılmış  sənaye  coğrafiyasında,  S.A.Kavalyov,  V.V.  Pokşişevskinin  yaratdıqları  əhalinin  məskunlaşması 

coğrafiyasında və s. sahələrdə, A.Mints tərəfindən ilk dəfə formalaşdırılmış təbii şərait və ehtiyatların qiymətləndirilməsi, 

onlardan səmərəli istifadə edilməsi məsrəflərinin işlənib hazırlanmasında boyuk nailiyyətlər qazanılmışdır. Son zamanlar 

iqtisadi coğrafiyada sosial istiqamət genişlənib, xidmət coğrafiyası və s. kimi yeni sahələr yaranmışdır.  

Hazırda  xarici  olkələrin  oyrənilməsinə  də  cox  diqqət  yetirilir.  Rusiya  Elmlər  Akademiyasının  Amerika  və 

Kanada,  Latın  Amerikası  olkələri,  Şərq  olkələri  institutlarında  və  coğrafiya  institutlarında  xarici  olkələri  oyrənən 

ayrıca  şobələr  yaradılmışdır.  Bir  sıra  ali  məktəblərdə  xarici  olkələrin  iqtisadi  coğrafiyası  kafedraları  fəaliyyət 

gostərir.  

5.4. Muasir coğrafiya XX əsrin 90-cı illərində  

70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin uzərinə qayıdır. Bu cox 

əhəmiyyətli  məsələdir.  Belə  ki,  texnokratiyanın  ustələdiyi  sovet  cəmiyyətində  həmin  prinsip  kolgədə  qalmışdır.  Hələ  60-cı 

illərdən  bunu  gorən  N.N.Baranski  acıq  şəkildə  «insansız  coğrafiyanın»  əleyhinə  cıxış  etmişdir.  İstehsal  sahələrini  oyrənən 

iqtisadi  coğrafiya  tədricən  oz  tədqiqat  obyektinə  sosial  sahələrin  coğrafiyasını  da  əlavə  edir.  Elmin  mahiyyətinin 


genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona gorə də «İqtisadi və sosial coğrafiya» adı  yaranır və 

1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas uzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu 

elmin  yeniləşdirilmiş  anlayışları  və  kateqoriyaları  geniş  və  hərtərəfli  şəkildə  E.B.Alayevin  fundamental  xarakterli  terminlər 

luğətində (Sosialno-ekonomiceskaya qeoqrafia. Ponətiyno-terminoloqiceskiy slovar. M. 1983) verilmişdir. Luğətdə, iqtisadi  və 

sosial coğrafiyanın 800-ə qədər termininin geniş izahatı verilmişdir.  

İqtisadi  coğrafiya  elmində  başlanan  yeniləşmə  80-90-cı  illərdə  davam  etdirilir.  Bu  dovrdə  A.İ.Cistobayev  və 



M.D.Şarıqinin yazdıqları nəzəri-metodoloji monoqrafiyada (Ekonomiceskaya i sosialnaya qeoqrafiya, Novıy etap, 1990) 

iqtisadi  və  sosial  coğrafiyanın  predmeti  kimi  butovlukdə  cəmiyyətin  ərazi  təşkilinin  oyrənilməsi  ideyası  əsaslandırılır. 

Bununla  bağlı  olaraq  cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqəsi  və  təsiri,  iqtisadi  –  ekoloji  rayonlaşdırma,  coğrafi  əmək 

bolgusunun novləri, cəmiyyətin ərazi təşkilinin sosial-coğrafi problemləri diqqət mərkəzinə cəkilir.  

Yenə  də  həmin  dovrlərdə  rus  dilində  «Coğrafiya  dunyası»  (M.  1984)  adlı  fundamental  əsər  cap  olunur.  Populyar 

dildə  yazılmış  bu  əsərdə  coğrafiyanın  məşğul  olduğu  koklu  məsələlər  nəzərdən  kecirilir,  dunyanın  dərk  edilməsində  bu 

elmin  rolu  və  yeri  haqqında  geniş  məlumat  verilir.  Orada  coğrafiyanın  tarixi,  Yerin  coğrafi  kəşflər  tarixi,  səyahətlər, 

tədqiqatcılar  və  s.  haqqında  danışılır.  Yerin  təbiətini  canlı  şəkildə  əks  etdirən,  oxunuşunu  asanlaşdıran  illustrasiya 

materialları kitaba boyuk maraq doğurur.  

1990-2000-ci  illəri  əhatə  edən  kecid  dovrunun  tələbatı  ilə  bağlı  olaraq  iqtisadi  və  sosial  coğrafiyanın  bir  sıra 

problemlərinin  dərinləşdirilməsi  və  yeniləşdirilməsi  muşahidə  olunur.  SSRİ-nin  dağılması  bizim  elmə  zorla  sırıdılan  inzibati 

amirlik  baxışlarından  qurtarmaq,  sərbəst  axtarışlar  aparmaq  tələb  olunurdu.  Lakin  bu  umumi  axtarışlar  gedişində  bəzi 

ədəbiyyatlarda iqtisadi və sosial coğrafiyada indiyədək toplanmış elmi irsi kolgədə qoymaq və tamamilə sıfırdan başlamaq kimi 

səslər  də  eşidilirdi.  N.N.Baranski,  N.N.Kolosovski  və  başqalarının  iqtisadi  rayonlaşdırma  və  ərazi-istehsal  kompleksləri 

nəzəriyyələri  və  baxışları  tənqid  olunurdu.  Belə  cıxırdı  ki,  bu  nəzəriyyələr  artıq  kohnəlib  və  coğrafiya  tarixinin  «zaman 

gəmisindən» kənara atılmalıdır. Bu kimi səhv fikirləri tənqid edən akad. V.M.Kotlyakov qeyd edirdi ki, coğrafi ideyalar həmişə 

zamanla bağlı olduğundan dərin tarixi koklərə malikdir və zaman kecdikcə daha da quvvətli gorunur. Bu baxımdan N.N.Baranski 

və  N.N.Kolosovskinin  nəzəriyyələri  haqqında  deyilən  mənfi  fikirləri  duzgun  hesab  etmək  olmaz.  Deməli  yeni  sosial-iqtisadi 

sistemə kecid hec də bizim elmin əvvəllər yaratdığı bir cox mutərəqqi nəzəri və metodiki anlayışları inkar etməməlidir.  

Muasir dovrdə iqtisadi və sosial coğrafiyanın diferensiasiyası xeyli dərinləşir, bu elmdə sosioloji, humanizm və 

siyasi coğrafiya  istiqamətlərinə  meyllər artır. Cəmiyyət tərəfindən sifarişlər, daha  cox siyasi coğrafiyaya, xususilə 

onun secicilər (elektoral) coğrafiyası qoluna, geosiyasətə, ərazi və etnik konfliktlərin coğrafiyasına aid verilir.  

Regional siyasət problemlərinin işlənib hazırlanması, inzibatı-ərazi bolgulərinin elmi cəhətdən əsaslandırılması 

və s. istiqamətlərin inkişafı daha surətlə gedir.  

Butun  bunlar  oz  nəticəsini  son  illərin  elmi  ədəbiyyatında  tapmışdır.  İstehsal  sahələrinin  coğrafiyasına  həsr 

olunan  movzuların  capı  azalır,  sosial  sahələrinki  isə  artır.  Əgər  70-ci  illərdə  MDB  məkanında  iqtisadi  və  sosial 

coğrafiya  uzrə  nəşr  olunmuş  butun  elmi  ədəbiyyatın  50  faizi  istehsalın  coğrafiyasına  həsr  olunmuşdursa,  90-cı 

illərdə bu rəqəm cəmi 30 faiz təşkil etmişdir. Əksinə, muxtəlif siyasi partiya və hərəkətlərdən, ozəl muəssisələrdən 

qəbul olunan sifarişlər nəticəsində sosial və siyasi coğrafiyaya həsr olunan elmi ədəbiyyatın sayı xeyli coxalmışdır. 

Butun bu yeniliklərlə bağlı olaraq 1995-ci ildə MDB-nin bir sıra olkələrinin Ali Attestasiya Komissiyaları «İqtisadi 

və  sosial  coğrafiya»  ixtisası  uzrə  elmlər  namizədi  və  doktoru  adlarının  verilməsi  ucun  daha  bir  soz  «siyasi 

coğrafiya» sozunu əlavə etməklə – «iqtisadi, sosial və siyasi coğrafiya» adını təsdiqləmişlər. Belə geniş ad altında 

iqtisadi və  sosial coğrafiya cəmiyyətin  həyatının butovlukdə ərazi təşkilini və onun ayrı-ayrı olkələrdə, rayonlarda 

və məhəllələrdə təzahur xususiyyətlərini və qanunauyğunluqlarını oyrənir.  

90-cı  illərdə  acıq  iqtisadiyyata  kecməyə  başlayan  Mustəqil  Dovlətlər  Birliyi  olkələrində  xususilə,  Rusiyada  bir  sıra 

yeni  iqtisadi  və  sosial  coğrafi  ədəbiyyatlar  cap  olunmuşdur.  Bu  ədəbiyyatlarda  olkələrin  iqtisadi  inteqrasiyası  və  tarazlı 

(dayanıqlı)  inkişafı  anlayışlarının  mahiyyətinə,  bohran  və  depressiyaya  uğramış  regionların  dircəldilməsi  problemlərinə, 

urbanizasiya proseslərinə və s. aid maraqlı və yenilik xarakterli elmi yazılar verilir. Bu dovrdə əhali və yaşayış məskənləri 

coğrafiyasına aid daha cox elmi ədəbiyyat yazılmışdır.  

S.A.Kovalyovun  Moskva  universitetində  yaratdığı  kənd  yerlərinin  coğrafiyasına  aid  məzmunlu  məktəbin 

davamcısı olan A.İ.Alekseyevin 1990-cı ildə «Cox uzlu kənd» adlı monoqrafiyası bu problemə həsr olunmuşdur. 

Burada kənd yerlərinin funksiyası, yaşayış şəraiti, strukturu, idarə olunması və s. məsələləri kompleks şəkildə təhlil 

olunur.  

Urbanizasiya  və  şəhərsalma  problemlərinə  həsr  olunan  ən  əhəmiyyətli  əsərlərdən  biri  də  E.N.Pertsikin 



«Şəhərlər  coğrafiyası urbanistika  əsasları  ilə»  (M. 1996) kitabıdır. Əsərdə  rayon layihələşdirilməsi baxımından 

dunya urbanizasiya prosesinin murəkkəb dongələrindən kecdiyi yollar parlaq şəkildə işıqlandırılır.  



Q.M.Lapponun  şəhərlər  coğrafiyası  ilə  bağlı  yeni  capdan  cıxmış  (Qeoqrafiya  qorodov,  1997)  dərs  vəsaiti 

boyuk əhəmiyyət kəsb edir. Dərs vəsaitində şəhərlər sisteminin metodoloji problemləri, strukturu, dinamikası, ərazi-

dayaq  («karkas»)  rolu  və  s.  nəzərdən  kecirilir.  Şəhərlərin  coğrafiyası  ilə  bağlı  məsələlər  əsasən  Rusiya 

Federasiyasına həsr olunsa da, kecid dovrunun şəhərlərə təsirinin oyrənilməsi baxımından xeyli maraq doğurur.  



Nəqliyyat coğrafiyası ilə bağlı olan tədqiqatların sayı da artmışdır. Bu da bazar iqtisadiyyatına kecid, sərbəst gediş-

gəliş  və  olkələrarası  inteqrasiyanın  guclənməsi  və  s.  ilə  bağlıdır.  MDB-nin  nəqliyyat  coğrafiyasına  aid  1991-ci  ildə  iri 

həcmli dərslik nəşr olunmuşdur. Dərslikdə nəqliyyatın iqtisadi coğrafiyasının predmeti kimi olkə və onun regionları uzrə 

iqtisadi və sosial inkişaf prosesində formalaşan ərazi nəqliyyat sistemləri goturulur. Kitabın mərkəzi ideyasını məhsuldar 

quvvələrin yerləşdirilməsi ilə nəqliyyatın qarşılıqlı əlaqələri və iqtisadi coğrafi rayonlar uzrə bu əlaqələrin həcmi, strukturu 

və  istiqamətlərinin  təhlili  təşkil  edir.  Bir  cox  obyektiv  amillərə,  texniki-iqtisadi  və  coğrafi  əsaslarla bağlı  olduğuna  gorə 

SSRİ mustəqil dovlətlərə ayrılsa da, onların nəqliyyat sistemləri oz fəaliyyətini əvvəlki kimi birgə davam etdirirlər.  

Başlıca nəqliyyat  novləri, onların yuk və  sərnişin daşınmalarında  yeri və əhəmiyyəti və  MDB olkələrinin hər 

birinin ayrıca nəqliyyat sisteminin coğrafiyası geniş təsvir olunur.  


Kompleks  diyarşunaslıq  tədqiqatları  son  illər  daha  da  inkişaf  etdirilmişdir.  SSRİ-nin  dağılması,  sərhədlərin 

acılması,  həm  bizim  və  həm  də  xarici  olkələrin  coğrafiyaşunasları  və  cəmiyyətləri  arasında  əlaqələri 

genişləndirmişdir.  

Xarici  olkələr,  o  cumlədən  MDB  uzrə  kompleks  diyarşunaslıq  istiqaməti  davam  etdirilmişdir.  Bununla  bağlı 

son illər nəşr olunan ədəbiyyatlar arasında ən iri və sanballısı M.D.Aksyonovanın redaktorluğu ilə buraxılan coğrafi 

ensiklopediyadır  (Ensiklopediya,  tom  3,  Qeoqrafiya,  M.1997).  Ensiklopediyada  Boyuk  coğrafi  kəşflər, 

ekspedisiyalar,  Yerin  təbiəti,  dunya  təsərrufatı  və  əhalisinin  coğrafiyası,  təbiət  və  cəmiyyətin  qarşılıqlı 

munasibətlərinin  muasir  vəziyyəti  və  s.  məsələlər  canlı  və  anlaşılan  dildə  şərh  edilmiş,  coxlu  orijinal  şəkil  və 

xəritələrdə əks etdirilmişdir.  

A.T.Xruşşyovun  redaktorluğu  ilə  Rusiyanın  iqtisadi  və  sosial  coğrafiyası  dərs  vəsaiti  (Ekonomiceskaya  i 

sosialnaya qeoqrafiya Rossii» M.1997) nəşr olunmuşdur.  

Universitetlər  ucun  nəzərdə  tutulan  bu  vəsaitdə  MDB  olkələri  haqqında  muxtəlif  məlumatlar  Rusiyanın  yeni 

geosiyasi  vəziyyəti  onun  təsərrufat  sahələri,  iri  iqtisadi  zona  və  rayonlarının  iqtisadi  və  sosial  coğrafi  səciyyəsi 

verilir.  

Son  illər  xarici  olkələrə  həsr  olunan  sanballı  coğrafi  ədəbiyyatın  nəşri  də  artmışdır.  Bir  cox  tədris  vəsaitləri, 

ensiklopediyalar,  monoqrafiyalar,  atlas  və  xəritələr  buraxılmışdır.  Onlardan  V.P.Maksakovskinin  uc  cilddə  capdan 

cıxmış  «Dunyanın  coğrafi  mənzərəsi»  (M.1998)  kitabı  muəllimlərə  koməklik  məqsədilə  yazılsa  da,  geniş  oxucu 

kutləsi ucun boyuk maraq doğurur.  

Dunyanın təbii ehtiyatları, siyasi xəritəsində baş verən son yenilikləri, əhalisi, təsərrufatı, qlobal problemləri və 

s.  kitabda  geniş  təsvir  edilmişdir.  Kitabın  birinci  hissəsində  dunya  təsərrufatının  muasir  coğrafiyası  və  onda  baş 

verən dəyişikliklər, siyasi coğrafiyanın problemləri, azad iqtisadi zonalar anlayışı, dunyanın ekoloji problemləri və 

s.  haqqında  geniş  məlumat  verilir.  İkinci  hissədə  dunyanın  iri  regionlarında  baş  verən  siyasi,  iqtisadi  və  sosial 

coğrafi dəyişikliklər gostərilir, hər bir regionun xarakterik cəhətlərini əks etdirən problemlər təhlil olunur, iri olkələr 

haqqında  coğrafi  muntəxabat  xarakterli  geniş  oxu  məlumatları  verilir.  Dunyanın  qlobal  problemlərinin  yeni 

baxımdan təhlili kitabın ucuncu cildində toplanmışdır. V.P.Maksakovskinin  son illər  yazdığı iri həcmli (600 səhifə) 

fundamental əsərlərindən biri də dunyanın tarixi coğrafiyasına (İstoriceskaya qeoqrafiya mira, M. 1997) həsr olunmuşdur. 

Bu təqdirəlayiq əsərin qayəsi təkcə coğrafi baxımdan tarixi proseslərin qiymətləndirilməsi olmayıb, həm də tarixi-coğrafi 

araşdırmaların  necə  aparılmasını  gostərmişdir.  Onun  ən  umdə  vəzifəsi  dunyanın  muasir  xəritəsinin,  təsərrufatının  və 

əhalisinin formalaşma  tarixini  gostərməkdir.  Ozu  də  əhalinin  artması,  hərəkəti  maddi  və  mənəvi  mədəniyyəti  əsas  kimi 

goturulur.  Dunya  mədəniyyətlərinin  səciyyələndirilməsində  şəhərlərin  inkişaf  tarixindən  geniş  istifadə  olunur.  Qədim 

şəhərlərin – İyerixon, Milet, Afina, Roma, İsgəndəriyyə və s. mədəniyyətin və elmin, o cumlədən coğrafiyanın inkişafında 

oynadıqları əvəzsiz rolu qeyd olunur.  

Coğrafi  baxımından  bu  kitabın  ən  muhum  ana  xəttlərindən  biri  də  Yer  haqqındakı  biliklər  səviyyəsini 

sistematik təsvir etməsi, coğrafiya elminin vəziyyətini və inkişafını səciyyələndirməsidir.  

Bu dovrdə (1990-2000-ci illər) xarici olkələrin iqtisadi, sosial və siyasi coğrafiya ədəbiyyatlarında bizim ucun 

onəmli  olan,  təcrubə  rolunu  oynaya  bilən  bir  sıra  yeni  problemlər  irəli  surulur.  Bunların  sırasına:  Qərb-Şərq  və 

Şimal-Cənub  iqtisadi  inteqrasiyası,  sərhədyanı  əməkdaşlıq,  azad  iqtisadi  zonalar  ucun  coğrafi  məkanın  secilməsi 

meyyarları, beynəlxalq coğrafi əmək bolgusu və inteqrasiyanın yeni mərhələsi, regionların tarazlı inkişafı, mərkəz 

və  əyalətlərin  (periferiyanın)  qarşılıqlı  munasibətləri  və  s.  daxildir.  Gostərilən  bu  problemlərin  həlli  bazar 

munasibətləri  quran  postsosialist  olkələrinin  iqtisadi  və  sosial  coğrafiyası  elminin  yeni  ideyalarla  zənginləşməsinə 

səbəb olacaqdır.  

V.P.Maksakovskinin  son  illər  cap  olunan  və  boyuk  maraq  doğuran  yeni  səpgili  əsərlərindən  biri  də  «coğrafi 

mədəniyyət»ə  (Qeoqraficeskaya kultura.  M.1998)  həsr  olunmuş  dərsliyidir.  Burada  ilk  dəfə coğrafi  mədəniyyət  anlayışı, 

muasir məktəb coğrafiyasında onun vəziyyəti ətraflı nəzərdən kecirilir. Qeyd olunur ki, butovlukdə coğrafiya elminin və 

məktəb  coğrafiyasının  reytinqinin  aşağı  olması  coğrafi  mədəniyyətin  səviyyəsinə  də  mənfi  təsir  gostərir.  Bunun  səbəbi 

elmlər sırasında coğrafiya elminin tutduğu yerin «direktiv orqanlar» tərəfindən lazımı dərəcədə qiymətləndirilməməsi və 

coğrafiya muəllimlərinin boyuk əksəriyyətinin, xususilə kənd yerlərində coğrafi baza təhsillərinin aşağı olmasıdır.  

Muəllif  daha  sonra  gostərir  ki,  mədəniyyət  xeyli  aydın  secilən  «ufuqi»  (horizontal)  və  «şaquli»  (vertikal) 

aspektlərə malikdir. Birinciyə misal olaraq dunya mədəniyyətinin iki boyuk ərazi tiplərini-qərb və şərq, və coxsaylı 

digər tiplərini və yarım tiplərini gostərmək olar.  

Mədəniyyət  anlayışının  «sahə»  və  ya  «şaquli»  aspektləri  də  yekcins  deyildir.  Biz  riyaziyyat,  fizika,  tarix, 

coğrafiya  və  başqa  mədəniyyətlər  haqqında  ətraflı  danışa  bilərik.  Onların  hər  birinin,  o  cumlədən  coğrafi 

mədəniyyətin mustəqil yaşamaq huququ vardır. Umumbəşər mədəniyyətin və təhsilin inkişafında coğrafiyanın rolu 

haqqında məşhur elm adamları da sozlər demişlər. Coğrafi mədəniyyət son illər iqtisadi, kartoqrafik və ən vacibi isə 

ekoloji mədəniyyət elementləri ilə xeyli zənginləşmişdir. Ekoloji mədəniyyət planetimizdə yaşayan butun insanların, 

ətraf  muhitin  qorunub  saxlanılması  və  gələcək  nəsillərə  onun  yararlı  halda  verilməsi  sahəsində  oz  səylərini 

birləşdirmələri ilə səciyyələnir.  

Coğrafi  mədəniyyət  anlayışı  V.P.Maksakovski  tərəfindən  dar  və  geniş  mənada  şərh  olunur.  Birinci  halda 

sohbət,  coğrafiya  mutəxəssislərinin  peşəkarlıq  mədəniyyətindən,  onların  oz  elmlərinin  başlıca  nəzəri  və  tətbiqi 

məsələlərini  dərindən  bilmələrindən  gedir.  Geniş  mənada  coğrafi  mədəniyyət,  muasir  sivilizasiyalı  cəmiyyətin  hər 

bir vətəndaşının coğrafiya sahəsində tələb olunan  həcmdə  biliklərə sahib olmasıdır.  Bu  duyun  noqtəsində  muəllim 

aralıq  movqe  tutaraq  bir  tərəfdən  coğrafiya  mutəxəssisi,  digər  tərəfdən  isə  gənclər  arasında  kutləvi  coğrafi 

mədəniyyətin  yayıcısı  kimi  cıxış  edir.  Coğrafi  mədəniyyət  dord  əsas  unsuru  əhatə  edir:  1.  Dunyanın  coğrafi 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin