Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


Dölün spirtli içkilərin təsirinə məruz qalması



Yüklə 227,59 Kb.
səhifə102/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

Dölün spirtli içkilərin təsirinə məruz qalması


Tərifi

Hamiləlik dövründə spirtli içkinin qəbul edilməsi bir çox müəyyən anormal hallarla, nəticələnir. Spirtli içkinin qəbul edilməsi dölü zədələyir. Hamilə qadın spirtli içki qəbul edərkən, öz gələcək körpəsinin həyatını təhlükə altına atmıĢ olur.


Xüsusiyyətləri


Dölün spirtli içkinin məruz qalmıĢ uĢaqlar aĢağıda qeyd olunan xüsusiyyətlərə malik olurlar: bətndaxili və doğuĢdan sonra çatıĢmazlığın artması, inkiĢafın ləngiməsi, inkiĢaf qüsurları, xarici görkəmin böyük təsirlərə məruz qalması, əqli ləngimə.

Fiziki anormallıqlara aĢağıdakı hallar daxildir: balaca baĢ, balaca gözlər və ağız, göz qapaqlarının bükülməsi, burunla üst dodaq arasındakı məsafənin böyüklüyü, zəif eĢitmə, yaxından görmə, çəpgözlük və ürək xəstəliyi.

Tədris çətinlikləri

Dölü spirtli içkiyə məruz qalan uĢaqların əksəriyyəti təhsil proqramını qavrama və davranıĢ problemlərə məruz qalırlar, onlarda qavramanın ləngimə prosesi dərinləĢir və yadda saxlama çətinlikləri yaranır.

DavranıĢ xüsusiyyətlərinə hiperfəallıq, əsəbilik, diqqətin zəifliyi, dərsi zəif dinləmə qabiliyyəti kimi xüsusiyyətlər daxildir.

Dölü spirtli içkiyə məruz qalan uĢaqların nitqi və dili müəyyən qüsurlara malik olur. bu uĢaqların nitqi axıcı olmur və dilin sintaksis, sematik və proqmatik sahələrində çətinlik çəkirlər. Bu uĢaqlar – nitq və tələffüz problemlərinə də malik olurlar. Bəzi uĢaqlar qurd ağızlılıq və eĢitmə qüsuru ilə çudğaĢan xüsusi problemlərə malik olurlar. Bu Ģərtlər birbaĢa dilin öyrənmə xüsusiyyətlərinə mənfi təsir göstərə bilər, bu sıraya danıĢılan Ģəxsi eĢitmə və onun dediyi sözü anlama çətinliyi də daxildir. UĢaq böyüdükcə, erkən yaĢda nəzərə çarpan bu qüsurlar oxuma, yazma qüçurları ilə birləĢə bilər.

Dölü spirtli içkiyə məruz qalan uĢaqlara təhsildə kömək etmək üçün aĢağıdakı tədris strategiyaları məsləhət görülür:


  • Məktəb gününün rejimini və cədvəlini tərtib etmək.

  • Nəyin baĢ verdiyini, nə vaxt baĢ verdiyini və hansı nəticənin gözlənildiyini əvvəlcə izah edin. Cədvəldə müəyyən dəyiĢiklik yarandıqda, sözügedən xəstə uĢaq xəbərdar olunmalıdır.

  • Xüsusm dərs vəsaitlərindən istifadə olunmalıdır. Müəyyən proqrama əlavə olaraq müəllimlər dölü spirtli içkiyə məruz qalmıĢ uĢaqlarla təkrar etmənin əhəmiyyətini təcrübədə süğut etməlidir.

  • Dərsi hissə-hissə keçmək.

  • Əyani vəsaitdən istifadə etmək.

  • Yaradıcı qabiliyyəti təkmilləĢdirmək.

  • Yaradıcı üsullardan istifadə etmək.

  • UĢağa yardım üçün necə müraciət etməyin öyrənmək.

  • Emosiyaların meydana çıxmasında birbaĢa təlimatın verilməsi və müvafiq sosial vərdiĢlərdən istifadə olunması.

Dilin spirtli içki ilə zədələnmiĢ uĢaqların inkiĢaf istiqaməti son dərəcə fərdi səciyyə daĢıyır. Bəzi uĢaqlarla mülayim, digərləri ilə isə sərt olmaq lazımdır. çətinliklərin müəyyən qismi mərkəzi sinir sisteminin zədələnməsini əks etdirir və uzun müddət davam edir. Digər inkiĢaf ləngilmələri sonralar müdaxilə, yaxud müalicə nəticəsində azaldılır, yaxud aradan qaldırılır.

UĢaqların müalicə olunmasına aĢağıdakılar daxildir.

Erkən müdaxilə, o cümlədən uĢaq üçün müvafiq terapiya üsulları (psixoloji məsləhətlər, nitq və dil terapiyası və məĢğulluq terapiyası).

Dölü spirtli içki ilə zədələnmiĢ uĢağın valideynləri ilə baqnoz barədə möhbətin aparılması.

UĢağın valideynlərinin bu diaqnoz barədə məlumata malik olan Ģəxslərlə söhbət etməsi.

Hər iki valideynin içki qəbul etməmələri barədə söhbətin aparılması.

AğırlaĢmaları aradan qaldırmaq üçün uĢağın tibbi problemlərinin öyrənilməsi.

Nevroloji və davranıĢ ehtiyaclarının öyrənilməsi.

Onlara yardımçı olan tədris mühitinin yaradılması.

Ruhdan düĢmə hallarına yol verilməməsi. UĢağın potensial inkiĢafına diqqət yetirilməsi.





Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin