Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə99/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

Beyin iflici




Tərifi

Beyin iflici, adətən doğuĢdan əvvəl, yaxud doğuĢ zamanı və ya doğuĢdan az sonra meydana çıxan beyin zədələnməsinin doğurduğu haldır. Burada «beyin» sözünün nəyə iĢarə etməsi aydındır. «Ġflic» isə hərəkət etmə və bədəni müvazinətdə saxlama funksiyasında narahatlığın yaranmasıdır. Bu hadisə nə proqressiv, nə də reqressiv xarakter daĢıyır. Sözügedən xəstəlik qəbul edilən mənada «sağalan» deyildir. Bununla bərabər təlim, terapiya və tətbiqi xarakter daĢıyan texnoloji vasitələr beyin iflici keçirən Ģəxslərə müvafiq həyat tərzi keçirməkdə yardım göstərir. O, ənənəvi mənada baĢa düĢülən xəstəlik deyildir və bu sıraya aid edilə bidməz. Onun yumĢaq və ağır formaları olur.

Beyin iflicinin səbəblərinə hamiləlik dövründə keçirilən xəstəliklər, vaxtından əvvəl doğuĢ, yaxud uĢağın oksigenlə yaxĢı təmin olunmaması aid edilə bilər: bu xəstəlik eyni zamanda çox erkən yaĢlarda zəhərlənmə, hər hansı yoluxucu xəstəliyin keçirilməsi zamanı da meydana çıxa bilər. Sadalanan səbəblərin arasında dünyaya təzəcə gələn uĢağın beynində oksigen kütləsinin çatıĢmaması, yaxud qan dövranının zəif olması əsas yeri tutur.

Digər sadalanan səbəblər vaxtından əvvəlki doğuĢ amili ilə çulğaĢa bilər. RH, yaxud valideynlərin arasında qan tipinin uyğunsuzluğu, yaxud digər yoluxucu xəstəliklər və yeni doğulan uĢağın mərkəzi sinir sisteminə təsir göstərən digər mikroorqanizmlər bu sıraya daxil edilə bilər. DoğuĢdan əvvəl tələb edilən qayğının kifayət qədər göstərilməməsi də mühüm faktordur.

UĢaq yaĢlaĢdıqca, hansı fərddən söhbət getməsindən asılı olaraq, göstərilən xidmətlərin tipi də dəyiĢir. Beyin iflici keçirən Ģəxslər, adətən müəyyən mənada müstəqillik qazana bilirlər, ancaq bəzi hallarda nəzərəçarpacaq yarlıma ehtiyac duyurlar. Məktəb yaĢlı uĢaq üçün nəzərdə tutulan xidmətlərə davamlı terapiya, xüsusi tədris proqramı, texniki yardım və s. daxildir.

Beyin iflici keçirən Ģəxsin özünə inam hissinin artırılmasında, onun ailəsinə kömək göstərilməsi əsas faktorlardan sayılır. Bunun nəticəsində beyin iflicinə məruz qalan Ģəxslər bu və ya digər mənada müstəqil ola bilərlər. Beyin iflici alan bir çox tələbələr kollec və universitetlərdə oxuyurlar.

1980-ci illərin ortalarından baĢlayaraq, beyin iflici keçirən uĢaqların davranıĢına müvafiq Ģəkildə müsbət təsir göstərən bir çox üsullar meydana çıxdı. Yeni texnoloji vasitələr, o cümlədən kompüterlər və bir çox mühəndis qurğuları beyin iflici keçirən uĢaqların ehtiyaclarına doğru yönəldildi. Nitq və ünsiyyət habelə özünəqayğı sahəsində də texnoloji yeniliklər inkiĢaf etdi.

ġəkər xəstəliyi

Tərifi

ġəkər xəstəliyi xroniki, kompleks metabolik xəstəlikdir ki, bədənin lazımi Ģəkildə tələb olunan maddələrlə təmin olunmaması, habelə karbohidratlar, yağ və proteinlərdən imtina etməsi deməkdir. ġəkər xəstəliyinə tutulan bir çox fərdlər – onların 95%-i insulindən asılı olmayan formalar aiddirlər. Buna ikinci tibb Ģəkər xəstəliyi də deyilir. insulindən asılı olmayan forma, adətən qırx yaĢından yuxarı Ģəxslərdə meydana çıxır.

ġəkər xəstəliyinin ən az tapılan forması insulindən asılı olan diabetdir, yaxud birinci tip diabetdir. Bu xəstəlik yeniyetmələrdə və uĢaqlarda özünü göstərir. insulindən asılı olan diabet halında bədən çox az miqdarda insulin ifraz edir, yaxud heç etmir. Bu xəstələr gün ərzində insulin iynəsini qəbul edirlər.



Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin