Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
1   2   3   4   5   6   7   8   9
Fiziologiya

Cədvəl1. İstiqanlı heyvanların əzələ hüceyrələrində ionların hüceyrədaxili və hüceyrəxarici qatılığı. (A
-
-
«yüksəkmolekullu hüceyrə anionları»).



Hüceyrəni heç bir halda statik hesab etmək olmaz, çünki müxtəlif təbiətli hüceyrədaxili komponentlərlə 
xarici mühit arasında həmişə maddələr mübadiləsi gedir. Hüceyrə quruluşları dinamik tarazlıqda olur. Bu 
isə onların öz aralarında və ətraf mühitlə normal qarşılıqlı təsir nisbətini təmin edir. Nəticədə orqanizmin 
normal həyat fəaliyyəti üçün təminat yaranır. 
Diffuziya – maddələrin daşınmasının sadə yoludur. Bir maddənin atom və molekulları məhlullarda və 
qazlarda sərbəst halda yayılır və bu mühitlərdə diffuziya hesabına qatılıq
bərabərləşir.
Diffuziya – vacib proses olub, onun köməyilə maddə hissəcikləri sulu 
məhlulda yayılır. Bir çox maddələr, xüsusilə də su və onda həll olan qazlar – 
O
2
və CO
2
lipid membranından sərbəst diffuziya edə bilir. Yağda həll olan 
maddələr də 
membranlardan yaxşı diffuziya edir: bu etanol və sidik cövhəri kimi kiçik 
ölçülü polyar (qütblü) molekullara da aiddir, şəkərlər isə lipid qatından 
çətinliklə keçirlər. Bununla yanaşı lipid qatları yüklənmiş molekullar və 
habelə qeyri-üzvi ionlar üçün demək olar ki, pis keçiricidir. 
Maddələrin membrandan diffuziyası 
Plazma membranı və digər membranlar yalnız lipid qatından diffuziya edən maddələr üçün deyil, həmçinin 
bir çox ionlar, şəkərli birləşmələr amin turşuları və nukleotidlər üçün də keçiricidir. Bu maddələr 
membranın üzərində olan məsamələr vasitəsilə keçirlər. Məsamələri - membranın divarına girmiş 
nəqliyyat zülalları yaradırlar. Belə zülalların özünün daxilində su ilə dolmuş ±1 nm diametrli kanallar var, 
onlardan kiçik molekullar diffuziya edə bilirlər. Onlar qatılıq dərəcəsinə əsasən hərəkət edirlər və əgər 
onlar yüklüdürlərsə, belə halda onda onların kanallarla hərəkəti membran potensialı sayəsində 
tənzimlənir. Membran kanalları onlardan keçən molekul tiplərinə görə nisbi seçiciliyə malikdir. 
Passiv diffuziyanın özünün də 3 növü vardır: 
Adi diffuziya, yəni maddələr yüksək konsentrasiyadan aşağı konsentrasiyaya keçir. Fosfolipid 
təbəqəsindən keçir. Əsasən qazlar yəni oksigen və karbon qazı bu yol ilə mübadilə olunur. 
Fasilitasiyalı nəql, yəni kömək vasitəsi ilə. Dediyimiz kimi, zülal qapıları vardır ki, onlar da iri molekulların 
hüceyrə daxilinə ötürülməsinə kömək edirlər.



Osmos - bu o deməkdir ki, su çox olan hissədən qapılar vasitəsi ilə su az olan hissəyə keçir. Əgər biz osmos 
prosesindən danışırıqsa, osmotik təzyiqi də 
xatırlamaq lazımdır.
Osmotik təzyiq - məhlulun saf həlledici ilə 
təmasda olduğu zaman həllolan maddə və 
həlledici 
maye 
molekullarının 
qarşılıqlı 
diffuziyası nəticəsində qatılığının azalmasını 
xarakterizə edir. 
Hansı mühitlər vardır? Hipotonik; 2. İzotonik; 3. 
Hipertonik 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin