Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
  1   2   3   4   5   6   7   8   9
Fiziologiya




Fiziologiya – 3-cü dərs - Mühazirə 
Hüceyrə fiziologiyası 
Bildiyiniz kimi, insan və heyvan orqanizmləri hüceyrələrdən, toxumalardan, orqanlardan və orqanlar 
sistemindən ibarətdir. 
Hüceyrə nəzəriyyəsinə əsasən bitki və heyvanların struktur elementi hüceyrədir. Orqanizmin ən kiçik 
struktur, quruluş və çoxalma vahidi hüceyrədir.
Fiziologiya canlı orqanizmi molekulyar səviyyədə, yəni orqanizmdə baş verən prosesləri hüceyrənin 
daxilində öyrənməklə məşğuldur. Hüceyrə özü-özlüyündə sərbəst bir canlı varlıqdır və hər bir canlı varlıq 
kimi o, bir sıra funksiyaları yerinə yetirir: keçiricilik, maddələr mübadiləsi, çoxalma, böyümə, qıcıqlanma 
və s. 
 
Maddələr mübadiləsi – metabolizm 
 
Mübadilənin iki fazası müəyyənləşdirilmişdir: 1) anabolizm – assimilyasiya, sadə maddələrin toplanması 
və onların mürəkkəb maddələrə çevrilməsi, yəni molekulların böyüməsi və daha iri molekul və 
birləşmələrin yaranması. M
onosaxarid və polisaxaridlərin biosintezinin ən mühüm prosesidir
Nümunə: qlükoneogenez - 
qlükozanın qeyri-karbohidrat maddələrdən sintezidir.
Qaraciyər və böyrəklər 
qeyri karbohidrat mənbələrdən istifadə etməklə qlükoza istehsal edirlər. 
Bu metabolik yolun çox böyük əhəmiyyəti vardır, çünki bəzi toxumalar və xüsusən beyin qlükozadan ilkin 
bir yanacaq kimi yüksək dərəcədə asılıdır. Orqanizmin qlükozaya olan ümumi tələbatının çox hissəsi 
beynin payına düşür.
2) katabolizm – dissimilyasiya, mürəkkəb maddələrin parçalanması və sadə maddələrin xaric edilməsi. 
Katabolizmə misal qlikolizdir. Bu proses demək olar ki, qlükoneogenezin əksidir. 
Bu proses sad
ə birləşmələrdən ATF enerjisinin sərf olunması ilə yeni, daha mürəkkəb birləşmələrin sintez və 
ya resintez olduğu anabolizm prosesininə əks prosesdir.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin