Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
1   2   3   4   5   6   7   8   9
Fiziologiya

 
 
Hüceyrənin keçiriciliyi 
Hüceyrə membranının müxtəlif maddələri (amin turşuları, şəkərlər, ionlar və s.) hüceyrənin daxilinə və 
xaricinə ötürmək qabilyyətidir. 
Müəyyən maddələrin hüceyrə ilə ətraf mühit arasında paylanması prosesi sitolemma vasitəsilə baş verir. 
Sitolemma yalnız müəyyən molekulların və ionların keçməsinə imkan verir. Maddələrin hüceyrəyə daxil 
olması və onların mühitlə hüceyrə arasında qeyri-bərabər paylanması necə baş verir: maddələr 
sitolemmada həll olur və onun tərkibindəki kolloidlər tərəfindən maddələrin udulması baş verir. 
 
Hüceyrə qıcıqlanması 
 
Müxtəlif fiziki və kimyəvi agentlərin - qıcıqlandırıcıların (işıq enerjisi, elektrik cərəyanı, zərbə, təkan, 
havanın tərkibinin dəyişməsi və s.) təsiri altında hüceyrə bu və ya digər reaksiya ilə cavab verir. Hüceyrənin 
bu qabiliyyətinə qıcıqlanma, hüceyrənin özünün reaksiyasına isə qıcıqlanma effekti deyilir. Əzələ 



hüceyrələri qıcıqlanmaya yığılma, sinir hüceyrələri impuls keçirmə, epitelinin vəz hüceyrələri ifrazat və s. 
kimi reaksiya verir. Qıcıqlanmanın ən yüksək forması oyanıqlıqdır (həyəcanlı olması). Bu sinir, əzələ və vəzi 
toxumalarına xas olan xüsusiyyətdir. 
 
Hüceyrənin komponentləri 
Hüceyrə üç əsas komponentdən ibarətdir: 1) Plazmatik membran; 2) Nüvə (hüceyrə genomu ilə); 3) 
Sitoplazma (sitozol – onda strukturlaşan subhüceyrə vahidi – orqanoidlər). 
 
Hüceyrə - mübadilənin fizioloji prosesinin vahidi kimi 
Hüceyrənin plazma membranı. Plazma membranının quruluşu. Plazma membranının funksiyaları. 
Heyvan hüceyrələri plazma membranı ilə əhatə olunmuşdur.
Heyvan hüceyrələri plazma membranı ilə əhatə olunmuşdur.
Membranın əsas matriksi lipidlərdən, əsas etibarilə fosfotidilxolindən təşkil olunmuşdur. 
Bu lipidlər hidrofil qruplu başcıqdan və ona birləşən uzun hidrofob karbohidrat zəncirli quyruqcuqdan 
ibarətdir. 
Suda bu cür lipidlər spontan olaraq 4-5 nm qalınlıqda ikiqat təbəqə yaradırlar ki, burada da hidrofil 
qruplar sulu mühitə tərəf istiqamətlənir. Hidrofob karbohidrat zəncirləri isə iki cərgədə düzülərək susuz 
lipid faza yaradırlar. Hüceyrə membranları məhz bu tipli ikiqat lipiddən ibarət olub, özlərində 
qlikolipidləri, xolesterolu və fosfolipidləri saxlayır. 
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən təşkil olunmuşdur. Qlikolipidlər plazma membranının 
xarici səthində yerləşirlər və molekulun oliqosaxarid hissəsi ətraf mühitə çıxmış tükcük şəklində 
istiqamətlənir. Fosfolipidlər arasına səpələnmiş xolesterol molekulları isə onlarla birlikdə membranı 
sabitləşdirir. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin