Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
1   2   3   4   5   6   7   8   9
Fiziologiya

 
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən əmələ gəlir. Qlikolipidlər həmişə plazma membranının 
xarici səthində yerləşir və molekulun oliqosaxarid hissəsi ətraf mühitə nazik tük kimi istiqamətlənir. 
Fosfolipidlər və xolesterin molekulları bərabər miqdarda olmaqla membranı stabilləşdirir. 
Həmçinin biz hüceyrə membranına baxsaq, burada biz bənövşəyi rəngdə hissəciklər görürük. Bunlar
membran qapıları - hüceyrə zülalı adlanır. Bu da maddələrin daxil olmasına xidmət edir. Həmçinin, biz 
burada karbohidrat zənciri görürük. Bu antena rolunu oynayır, yəni kimyəvi maddələr üçün qapılar açılır, 
yaxud da qapanır.
Müxtəlif membranlarda zülalın çəkisi 25-75% arasında dəyişir. Zülal molekulları lipid molekullarından 
dəfələrlə böyükdürlər: 1 zülal molekulu 50 lipid molekuluna bərabərdir.
Bəzi zülallar membranın yuxarı və aşağı qatlarına sirayət edir, digərləri hansısa bir təbəqədə yerləşir. 
Adətən onların hidrofob qrupları xarici lipid qatına, hidrofil qrupları isə su mühitinə yönəlmişdir. 
Membranın xarici qatında olan zülalların əksəriyyəti qlikoproteinlərdən ibarətdir: onların da hidrofil 
saxarid qrupları hüceyrəxarici mühitə yönəlmişdir. 
 
 
Hüceyrədaxili orqanoidlərin membran sistemləri
Sitozol - orqanoidlər, sitoskelet və törəmələrdən ibarətdir. 
 
Orqanoidlər – dəqiq funksiyaları yerinə yetirməkdə ixtisaslaşan sitoplazmanın metabolik fəal 
elementləridir. Orqanoidlərə sərbəst ribosomlar, qranulyar endoplazmatik tor (kələ-kötür endoplazmatik 
retikul), hamar endoplazmatik tor (hamar endoplazmatik retikul), mitoxondri, Holci kompleksi, hüceyrə 
mərkəzi, haşiyəli qovuqcuq, lizosomlar və perooksisomlar aiddir. 
Hüceyrə həcminin təxminən yarısı orqanellərdən ibarətdir. Onlar sitozoldan membranla təcrid 
olunmuşlar.
 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin