Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
1   2   3   4   5   6   7   8   9
Fiziologiya

Endositoz və ekzositoz 
 
İndi isə aktiv nəqlin digər üsuluna baxaq: endositoz və ektositoz. Hüceyrə membran vasitəsilə maddələri 
daxilinə ötürür.
Aktiv nəqlə həmçinin zülal nasosu, endositoz və ektositoz da deyilir.
Bəzi maddələrin hüceyrəyə daxil olması və ya hüceyrədən 
çıxmaları üçün nəqliyyat kanalı olmur; bu cür maddələrə 
zülalları və xolesterolu aid etmək olar. Onlar plazmatik 
membrandan endo- və ekzositozun köməyilə vezikullardan 
və qovuqcuqlardan keçirlər.
Ekzositoz zamanı müəyyən orqanoidlərin hüceyrədən 
çıxarılmasını hormonlar və ya fermentlərlə dolu olan 
vezukullar həyata keçirdir. Bu cür vezikullar plazmatik membrana çatdıqda onların lipid membranı 
plazmatik membranla birləşərək vezikulun möhtəviyyatının xarici mühitə çıxmasına imkan yaradır.
Hüceyrədaxili vezikula plazmatik membranın ikiqat lipid təbəqəsi ilə birləşir və hüceyrə xarici mühitə açılır. 
Buna əks proses olan endositoz zamanı plazmatik membran çuxur əmələ gətirməklə invaqinasiya edir 
(qatlanır), sonra bu çuxur dərinləşərək qapanır, nəticədə 
hüceyrəxarici maye və bəzi makromolekullarla dolu olan 
hüceyrədaxili vezikula yaranır. 
Endositoz zamanı demək olar ki, hüceyrəxarici mühitdən 
hüceyrəyə təsadüfi maddələr daxil olmur. Hüceyrə 
membranında çox vaxt ixtisaslaşmış qruplarda toplanan 


10 
makromolekullara uyğun spesifik reseptorlar (məsələn, insulin və ya antigenə spesifik gələn reseptorlar) 
olur. Belə spesifik reseptorlar əsasən insulin və ya bəzi antigenlərə uyğun gəlir. Bu molekullar öz 
reseptorları ilə birləşdikdən sonra reseptoru əhatə edən membran sahəsində endositoz baş verir və 
makromolekullar hüceyrəyə seçici daşınırlar. 
Plazmatik membran çox da böyük olmayan sahədə invaqinasiya edir və hüceyrə xarici material dolmuş 
vezikulları bağlayır. 
Endositozun əsas növlər: faqositoz, pinositoz və reseptor vasitəçiliyi ilə əlaqəli endositozdur. 
Hüceyrədə endo- və ekzositoz fasiləsiz baş verir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin